Ramiz Mehdiyev demokratiya yolunda: irs haqqında düşünərkən
Download 5.08 Mb. Pdf ko'rish
|
- Bu sahifa navigatsiya:
- S.Hantinqton
- SƏMƏRƏSİZ SİSTEM
İnqilabın arxitektor- ları da məhz seçkilərin saxtalaşdırılmasına ümid bəsləyirdi- lər. “İxrac olunan transformasiyalar” modeli artıq Gürcüstan, Ukrayna və Qırğızıstanda uğurla həyata keçirilmişdi. “The Guardian”dakı həmin məqalənin müəlliflərinin fikrin- cə, Gürcüstan, Ukrayna və Qırgızıstandakı hadisələr “Azər- baycan və Qazaxıstanda qorxu doğurmuşdu və hətta ikincinin prezidenti Nursultan Nazarbayev seçkilər vaxtı etiraz mitinq- ləri keçirilməsini qadağan etmiş, müxalifət qəzetlərini bağla- mış və Ukrayna inqilabının rəngi olan narıncı köynəklər gey- miş cavan nümayişçiləri polisin döyməsinə imkan vermişdi” 2 .
24-də yazırdı: “Qarşıdakı seçkilərin azad və vicdanlı ke- çirilib-keçirilməyəcəyindən asılı olmayaraq, yaxın vaxt- larda Azərbaycanda başlaya biləcək yeganə “rəngli” inqi- lab qan tökülməsi olacaqdır” 3 .
da “zərif” transformasiyanın mümkünlüyünə az diqqət yetir-
1
2
Yenə orada.
3 Yenə orada.
405 3‐cü fəsil
İnqilablardan təkamülə doğru:
siyasi reallığı transformasiya edərkən mirdi. “Novaya politika” jurnalı yazırdı: “Vaxt bir yerdə dur- mur, Ukrayna və Qırğızıstandakı hadisələr Azərbaycan “in- qilabçılarının” qəlbində yeni ümidlər doğurmuşdur. Onlar rəngli inqilablar qatarının Rusiyanın sərhədləri boyunca kur- yer sürəti ilə mümkün qədər tez şütüməsinin Birləşmiş Ştatlara açıq-aşkar sərfəli olduğunu ağılla mühakimə edərək ruhlan- mışlar. Axı, noyabrda Azərbaycanda parlament seçkiləri ke- çiriləcək – bu, inqilabi sıçrayış üçün aşkar bəhanədir… Növbəti rəngli inqilabın baş verməsi üçün Azərbaycanın müəyyən şansları var, hərçənd, bu, sadəcə, parlamentdə müxalifətin təmsilçiliyinin genişləndirilməsi ilə də məhdud- laşa bilər. Hələlik isə müxalifət bütün seçki dairələrində ölkə parlamentinə razılaşdırılmış namizədlərin irəli sürülməsi barədə saziş əldə olunduğunu bəyan edir” 1 . Digər bir internet nəşri yazırdı ki, “MDB məkanında baş verən “rəngli inqilablardan” ruhlanan müxalifət siyasi iradə nümayiş etdirdi, onun indiki qətiyyəti isə belə deməyə əsas verir ki, artıq yaxın gələcəkdə Azərbaycanı mürəkkəb dövr gözləyir” 2 . Azərbaycanda “məxməri” inqilabın perspektivləri barədə müxtəlif informasiyalara Fransa, Almaniya, Böyük Britani- ya, ABŞ və digər ölkələrin nəşrlərinin səhifələrində rast gəl- mək olardı. Halbuki, sayca onlardan heç də az olmayan təh- lilçi və politoloqlar Azərbaycanda hər hansı “rəngli” trans- formasiyanın mümkünlüyünü qəti şəkildə rədd edirdilər. Tam bir sıra analitik mərkəzlər bildirirdi ki, Cənubi Qafqazın siyasi reallıqları və Azərbaycanın inkişafının daxili kompo- nenti hakimiyyətin konstitusiyaya uyğun şəkildə təhvil ve-
1
2
www. pravaya.ru
406 Ramiz Mehdiyev
Demokratiya yolunda: irs haqqında düşünərkən
rildiyi, yəni vətəndaşların əsas hüquq və azadlıqlarının təmin olunduğu, açıq və ədalətli seçkilərin keçirilməsi vasitəsilə iradənin ifadə edilməsinin şəffaflıq və demokratikliyin göstə- ricilərinin olduğu səmərəli dövlətçilik xəttinin təmin edilməsi üçün real zəmin yaratmışdır. 2005-ci ilin noyabrındakı parlament seçkilərindən əvvəl dünya internet şəbəkəsini və kütləvi informasiya vasitələrini dolduran analitik yazılardan bəzilərində əsas fikir Azərbay- canda müxalifətin gücləndiyini, siyasi təsisatların zəifliyini, iqtisadiyyatın geridə qaldığını, hakimiyyətin ölkədə gedən prosesləri idarə edə bilmədiyini və bunun nəticəsi olaraq, Gürcüstandakı və Ukraynadakı inqilabi ssenarilərə doğru getməyin zəruriliyi və labüdlüyünü nümayiş etdirməkdən ibarət idi. Azərbaycan müxalifəti “zərif” transformasiyaların real geosiyasi ilkin şərtlərini, habelə “qan tökülmədən” çev- rilişləri həyata keçirmiş ölkələrdə mövcud olan və güclənən siyasi və iqtisadi ziddiyyətləri götür-qoy etməyərək, qarşı- dakı transformasiya haqqında baş tutmuş fakt kimi ucadan bəyanatlar verirdi. Müsavatın başçısı İsa Qəmbər deyirdi: “Ölkədə dinc, demokratik dəyişikliklər üçün başlıcası aşağı- dakı amillərdir: ictimaiyyətin əksəriyyətinin bu dəyişiklikləri istəməməsi. Zənnimcə, Azərbaycanda bu fakt göz qabağın- dadır, ölkə vətəndaşlarının əkrsəriyyəti ölkədə demokratik dəyişikliklərin olmasını istəyir. İkinci amil real müxalifətin olmasıdır. Kim deyir desin, biz dəqiq bilirik ki, Azərbaycan müxalifəti postsovet məkanında ən güclülərindən biridir. Üçüncü amil isə beynəlxalq ictimaiyyətin diqqətidir...” 1 .
belliyini” dərk etməyən milli müxalifət Azərbaycanda inqila-
1
407 3‐cü fəsil
İnqilablardan təkamülə doğru:
siyasi reallığı transformasiya edərkən bi çevrilişi həyata keçirmək üçün daxili və xarici “potensial” deyilən potensialdan istənilən yolla istifadə etməyə cəhd göstərirdi. Gürcüstanda, Ukraynada və Qırğızıstandakı pro- seslərdən sonra baş vermiş bu transformasiyaların “daxili siyasi legitimliyini” şübhə altına almış dəyişikliklərin siyasi və iqtisadi dəyərinin nədən ibarət olduğu barədə düşünməyən Azərbaycanın radikal müxalifəti konstitusiya quruluşunu dəyişdirmək məqsədi ilə küçələrə çıxmağa hazır idi. “Daxili siyasi legitimliyin” ictimai konsensusun, daxili siyasi sabitliyin və vətəndaş cəmiyyətinin müəyyən seqmentlərinin olmasının üstünlük təşkil etdiyi dövlət hakimiyyəti sistemi- nin formalaşması və qurulması kimi başa düşülməsi keçmiş sovet respublikalarında inqilabdan sonrakı prosesləri daha geniş şəkildə araşdırmağa imkan verir. Lakin “məxməri” transformasiyanı yaşamış bəzi dövlətlərdə baş verən hadi- sələr vəziyyəti əsaslı şəkildə dəyişmədi və məkanı sabit şəkildə saxlaya biləcək iqtisadi mühiti təkmilləşdirmədi. Məsələn, Beynəlxalq Sülh Uğrunda Karnegi Fondunun baş elmi işçisi Anders Oslundun yazdığı kimi, “Qırğızıstanda çox az dəyişiklik oldu. Demək olar ki, hakimiyyətdə bir qrup digərini əvəz etdi. Hansısa dəyişikliklərdən danışmaq çox çətindir. Gürcüstanda bir sıra ciddi iqtisadi islahat aparıldı, qısa müddət ərzində korrupsiyanın səviyyəsini kəskin şəkildə aşağı salmaq mümkün olmuşdur. Bununla belə, Gürcüstan rəhbərliyi indiyədək ölkənin konkret inkişaf planını işləyib hazırlaya bilməmişdir” 1 . CATO İqtisadi Tədqiqat İnstitutunun elmi işçisi Castin Loqan yazır ki, köhnə rejim yox oldu, hakimiyyətə təzə və olduqca rəngarəng siyasi elita gəldi. Belə şəraitdə hamının
1
408 Ramiz Mehdiyev
Demokratiya yolunda: irs haqqında düşünərkən
rəyini və istəyini nəzərə almaq çox çətindir. Ona görə də, hesab edirəm, inqilabın baş verdiyi ölkələrdə hansısa ciddi dəyişikliklərdən danışmaq hələ tezdir. Digər problem də on- dan ibarətdir ki, – məsələn, bunu Qırğızıstanda müşahidə et- mək olar, – köhnə rəhbərliyin dəyişməsi ilə hakimiyyət strukturlarında məmurların dəyişdirilməsi baş vermədi. Beləliklə, bu respublikada hakimiyyətin yalnız yuxarı pilləsi dəyişdi” 1 . Kolumbiya Universiteti tarix fakültəsinin Rusiya və Şərqi Avropa araşdırmaları şöbəsinin professoru Mark fon Hagen Ukraynadakı siyasi prosesləri belə qiymətləndirir: “Ukrayna- da yeni hökumətdən məyusluq artır. Lakin, əvvəlki kimi, yenə də ümid qalır ki, yaxşılığa doğru dəyişiklik baş verə- cəkdir. Mən hesab edirəm ki, son hadisələr bu dəyişikliklərin başlanğıcıdır. “Narıncı” inqilabdan sonra Yuşşenko hakimiy- yətə gələndə seçkilər zamanı ona kömək etmiş adamlardan ibarət kompromis hökumət yaratdı. Problem bundadır ki, həmin adamlar bir-biri ilə yola getmək məsələsində çox iddialıdırlar”. K.Brinton belə vəziyyəti ikihakimiyyətlilik kimi səciyyə- ləndirir: “...inqilabın birinci mərhələsi başa çatanda mötədil- lərlə radikallar arasında mübarizə bir-biri ilə rəqabət aparan iki dövlət maşını arasında mübarizəyə çevrilir” 2 . İnqilablardan üç, iki və bir il keçəndən sonra Gürcüstan- da, Ukraynada və Qırğızıstanda əhəmiyyətli dəyişikliklərdən danışmaq son dərəcə çətindir, çünki keçmiş avtarkiyaların si- yasi və iqtisadi kökləri bu dövlətlərin ictimai şüurunda və siyasi strukturunda dərin iz buraxmışdır. Hətta hakim elitalar
1
2
K.Brinton.1965, p.135.
409 3‐cü fəsil
İnqilablardan təkamülə doğru:
siyasi reallığı transformasiya edərkən dəyişdikdən sonra da bu ölkələrdə, bir çoxlarının, sanki, postkommunist siyasi elitalarının süqutunun əsas səbəbi say- dığı daxili fikir ayrılıqları təzə hakim rejimlər üçün gündə- likdə qalmışdır. Üstəlik, “zərif” transformasiyaların geosiyasi və coğrafi-iqtisadi mahiyyəti şübhə doğurmur. Bütün bunlar yeni transformasiyalara etimadın azalmasını şərtləndirmişdir. Halbuki, çoxları hesab edirdi ki, bu transformasiyalar siyasi prosesin iştirakçıları arasında daha açıq və şəffaf qarşılıqlı münasibətlərin əsası olmalı, iqtisadi sıçrayışı təmin etməli və beləliklə də həmin ölkələrdə həyat səviyyəsini əhəmiyyətli dərəcədə yüksəltməli idi. Postsovet məkanı ölkələrində “məxməri” transformasiyaların perspektivlərinin qeyri- müəyyənliyinin qorxu doğurması, habelə bu transformasi- yaların merkantilliyi şübhəsizdir. Bu baxımdan İ.Starodubrovskayanın və V.Maunun fikirləri çox maraqlıdır. Onlar yazırlar: “Köhnə rejim zamanı işlənib hazırlanmış və həmin şəraitdə dərhal əməli şəkildə həyata keçirilmək üçün nəzərdə tutulan proqramın bir sıra özünəməxsus xüsusiyyətləri vardır ki, bunlar onun xüsusilə inqilabi cəmiyyət çərçivəsində reallaşdırılmasını prinsipcə mümkünsüz edir. Əvvəla, bu proqram açıq-aşkar normativ xarakter daşıyır, yəni, arzu olunanı cəmiyyətin vəziyyətinin qabaqcıl ideyaları baxımından təsvir edir, lakin qarşıya qoyulmuş məqsədlərə nail olmağın konkret mexanizmləri məsələsinə gəlib çıxanda məlum olur ki, o, çox dumanlıdır. İkincisi, əvvəlki rejim üçün səciyyəvi olan məhdudiyyətlər və xurafatlar kompleksini tam şəkildə özündə əks etdirən bu proqram keçmiş sistemdə olan yaxşı nə varsa, hamısını dövrün yeni dəyişiklikləri ilə bu və digər şəkildə uzlaşdır- mağa çalışır. Nəhayət, üçüncüsü, proqram konkret sosial qüvvələrin mənafelərinə istiqamətlənməmişdir, lakin ədalətli,
410 Ramiz Mehdiyev
Demokratiya yolunda: irs haqqında düşünərkən
düzgün və ideal ictimai quruluş haqqında təsəvvürləri əks etdirən hansısa mücərrəd məqsədləri özündə təcəssüm etdir- məyə, buna görə də hamının və ya demək olar, hamının dəstəyini almağa çalışır” 1 . Demək lazımdır ki, bu yaxın vaxtlarda “transformasiya olmuş” dövlətlərin iqtisadi siyasəti və ictimai inkişafı barədə müxtəlif “beyin” mərkəzlərinin təhlili yazılarını öyrənərkən, tez-tez bu və ya digər “inqilabın” nəzəri və praktik təq- dimatında “ikili standartlar” siyasətinin olması ilə qarşı- laşmışıq. Belə olan halda, “üçüncü demokratik dalğa”nın getdikcə daha çox Pax Americana-nın təcəssümünə çevrilən yeni dünya nizamının forma və mahiyyətinin dəyişdirilmə- sinə dair təkcə qlobal layihə deyil, həm də sivilizasiyalı qərbləşmənin hücumu olmasına şübhə qalmır. Qərb həyat tərzini, kodlarında Modernity mənası gizlənən təfəkkür for- masını və yeni davranış stereotiplərini “üçüncü demokratik dalğa” vasitəsilə yaymaq asan və münasibdir. Rusiya tədqiqatçısı A.İ.Neklessa yazır: “Modern dünyanın parlaq xüsusiyyəti onun məkanında iki tarixi meylin yanaşı mövcud olmasıdır... Xristian dünyasının, universal və pro- zelit sivilizasiyanın bərqərar olması ilə yanaşı, ikinci minillikdə tarixi hərəkətin əsas subyekti kimi tarix ağacına hansısa məqamda başqa, dünyəvi avropamərkəzçilik və qnostik bidətlərin toxumlarından cücərmiş zoğ calaq edilir. Böyüyüb möhkəmlənən bu zoğ vaxt keçdikcə qüdrətli Avropa mutasiyasına səbəb olmuş, bizə müasir olan iqtisadi universiumu, Şimali Atlantik dünyasını, indiki statusunda Qərbi və hazırda planeti bürüyən nəhəng qloballaşma dalğa- sını doğurmuşdur... Yeni dövr epoxasının əsas tapmacası
1
411 3‐cü fəsil
İnqilablardan təkamülə doğru:
siyasi reallığı transformasiya edərkən tarixi səmtləri dolaşdıran və bu zaman sosial mühiti nəzə- rəçarpacaq dərəcədə dəyişdirən kapitalizmin genezisi və inkişafıdır... Kapitalizm, sadəcə, bazar iqtisadiyyatı (yeri gəlmişkən, bazardan onu fəaliyyət obyektindən daha çox miqyası və məqsədləri fərqləndirir) şəraitində təbii şəkildə meydana gələn səmərəli təsərrüfat fəaliyyəti forması deyildir. Bu, per se bazarı deyil, lakin onun xüsusi təşkilidir. Başqa sözlə desək, kapitalizmin substansiyası fəal sosial strategiya, bütöv ideologiya və eyni zamanda, dünya quruculuğunun, pul quruluşunun uzaq məqsədlərə hesablanmış elə bir sxemidir ki, burada mahiyyət istehsalın özü və ticarət əmə- liyyatı deyil, fasiləsiz şəkildə sistemli mənfəət götürmək- dir”
1 . Bu yolla Qərb sivilizasiyası sistemli mənfəət götürmək məqsədi ilə demokratikləşmənin təriflərindən universal xarakterli dəyərlərə və ideallara əsaslanan dünya nizamının formalaşmasına təsir göstərməyin ən real vasitəsi kimi istifadə edir. Bununla bərabər, bu kontekstdə onu da unutmaq lazım deyil ki, “Qərb demokratiyası homogen cəmiyyətlər şəraitin- də inkişaf etmişdir; azlığın çoxluğa tabeliyi prinsipi ilə azlıq ona görə razılaşırdı ki, özünün çoxluq olmaq perspektivi var idi, çoxluq isə özünün statusunun müvəqqətiliyini unutma- yaraq, öz hakimiyyətini tətbiq etməkdə təmkinlilik göstərirdi, bu hakimiyyəti hüquqi baxımdan həm də azlıq üçün nəzərdə tutulan məcburi təminatlar məhdudlaşdırırdı. Lakin dini mənsubiyyət nəticəsində çoxluğun statusu fasiləsiz olanda və etnik fərqlər və on illərlə davam edən amansız diktatura sayəsində gücləndikdə, belə bərabərlik qüvvədə olmur. Belə
1
http://postinductrial. net/content 2/show-text.php? razdeli-id=297 & table=books &sql=razdeli-show & books-id=36 &land=russian
412 Ramiz Mehdiyev
Demokratiya yolunda: irs haqqında düşünərkən
vəziyyətlərdə majoritar idarəetmə güclülərin zəifləri əzməsinin alternativ versiyası kimi qavranılır. Monoetnik cəmiyyətlərdə azlıqların hüquqları struktur və konstitusiya təminatları ilə müdafiə edilməlidir” 1 . Demokratiyanın yayılması problemlərini, “qlobal dal- ğa”nın hər gün qarşılaşdığı çətinlikləri təhlil edərkən vurğu- lamaq lazımdır ki, demokratiyanın qərbləşmə paradiqma- sından kənarda da uğurlu olmaq imkanı var. Lakin mo- dernləşməni nəzərə almaq şərti ilə. Qərbləşdirilən məkan çox vaxt xarici qaydanı və universal hakimiyyəti qəbul etmədiyinə görə, “demokratik dalğa”nın uğur qazanması üçün yaxşı vasitə onun konkret sosiomədəni mühitlə yanaşı yaşaması olmalıdır. “Demokratik axınları” hansısa geosiyasi və coğrafi-iqtisadi maraqlar dünyasına çevirməyə ehtiyac yoxdur. Əks halda, tamamilə haqlı bir hiss yaranır ki, Pax
nəlxalq siyasi sistemin yeni bölüşdürülməsi deməkdir. Burada olduqca müxtəlif subyektlər bir yerə qarışmışdır və hökm edirlər: nüfuzlu beynəlxalq təşkilatlar, dövlətlərin konstellyasiyası, bunların da konturları onların sosial-iqtisadi maraqları ilə müəyyən edilir; milli dövlətçiliyin birölçülü modelindən uzaqlaşan ölkələr sistemi; nəhayət, müxtəlif, bəzən son dərəcə ekzotik olanlar” 2 .
dövrdə xüsusilə aktualdır, bu toqquşma “sosial gərginlik, təh- lükəli münaqişələr və adi sinfi bölgüyə, irqi, yaxud cinsi əla- mətə, müxtəlif partiyalara mənsubluğuna görə bölgüyə uyğun gəlməyən qəribə yeni siyasi dalğalar yaradır”. Üstəlik,
1
Г.Киссинджер. В Ираке важны результаты, а не временное графики. The Washington Post, ABŞ, 25 yanvar 2005-ci il.
2
А.И.Неклесса. Ordo quadro: Пришествие постсовременного мира.
413 3‐cü fəsil
İnqilablardan təkamülə doğru:
siyasi reallığı transformasiya edərkən
Üçüncü dalğa. XX əsrin sonunda demokratikləşmə müasir dünya sırf iqtisadi maraqlar məkanından dəyərlərin dərketmə sxeminin ümumdünya universal birliyini yaradan sosiomədəni təriflər məkanına transformasiya olunur. Ona görə də bizim kitabımızdan məqsəd demokratik pro- seslərin, daha dəqiq desək, bir ölkədə qlobal icrasının Han- tinqtonun “qar topası” kimi digərlərinə necə təsir etdiyini, beləliklə də başqalarında oxşar prosesləri necə doğurduğunu göstərməkdir. Bununla yanaşı, biz milli siyasi məkanın gələ- cək inkişafını müəyyənləşdirmək üçün Azərbaycanda əks- elitaların yeri və rolunu da təhlil etməyə çalışacağıq. Yu- xarıda dediyimiz kimi, yeni siyasi məkan və isteblişment perspektivi yaradan parlament seçkiləri milli əks-elitaların mahiyyətini öyrənməyin parlaq nümunəsi olacaqdır.
§ “SƏMƏRƏSİZ SİSTEM” Milli müxalifət o vaxtlar hələ Azərbaycan SSR adlanan respublikanın 137 günahsız vətəndaşının sovet dövlətinin to- talitar sisteminin qurbanı olduğu 1990-cı ilin faciəli qanlı
414 Ramiz Mehdiyev
Demokratiya yolunda: irs haqqında düşünərkən
yanvar hadisələri ərəfəsində formalaşmağa başlamışdır. İcti- maiyyətin ərazi bütövlüyünün saxlanılması uğrunda başlan- mış və sonradan hökumət əleyhinə çağırışlara çevrilmiş çı- xışları amansızlıqla yatırıldı, bu proseslərin iştirakçıları isə sistemin qəzəbinə tuş gəldilər. Həmin vaxt xalq hərəkatı içə- risində sovet hakimiyyətinə qarşı müxalifət yaranmağa başla- dı, tədricən strukturlaşdı ki, bu da Sovet İttifaqı dağıldıqdan sonra həmin hərəkatın bəzi iştirakçılarına hakimiyyətə gəl- mək imkanı verdi. 1991-1993-cü illərdə gedən və Azərbaycanı geosiyasi oyunlara və daxili pozulmaya sürükləyən proseslər müstəqil dövlət üçün yeni dixotomiyanın – müxalifətin meydana gəl- məsinə səbəb oldu. Özü də bu zaman müxalifət rolunda bir il (1992-ci il) ərzində ölkəni anarxiyaya, xaosa və iqtisadi tənəz- zülə məruz qoymuş qüvvələr çıxış edirdi. Azərbaycan Xalq Cəbhəsi (AXC)–Müsavat cütlüyünün hakimiyyətdə olduğu bir il ərzində milli iqtisadiyyatda cox ciddi geriləmə baş verdi, da- xili və xarici siyasət isə “böyük qardaş” axtarışına yönəldilmə- yə başladı, bu baxımdan istiqamət kimi A.Mütəllibovun (Azərbaycanın birinci prezidenti) dövründə Rusiya, Ə.Elçibə- yin (Ə.Əliyevin) prezidentliyi dövründə isə Türkiyə seçildi. Hətta sonralar A.Mütəllibovun və Ə.Elçibəyin başçılığı ilə ya- radılmış partiyalar da öz bəyanatlarında və fəaliyyətində Rusi- ya və Türkiyənin xarici siyasət prioritetlərini dəstəkləyirdi. Ölkədə müxalif fikir cəmiyyətin mənəvi-əxlaqi tənəzzülü- nün, dövlətin nüfuzunun itirilməsinin və ucdantutma qeyri- sabitliyin təzyiqi altında formalaşmağa başlamışdı. Ona görə də Azərbaycanda müxalifətin formalaşmasından danışarkən bu “təşəbbüsün” həyata keçirilməsinin bir neçə tarixi fazasını və aspektini göstərmək lazımdır.
415 3‐cü fəsil
İnqilablardan təkamülə doğru:
siyasi reallığı transformasiya edərkən Birincisi, demək lazımdır ki, milli müxalifət AXC–Mü- savat iqtidarı dövründə ölkəni didib-dağıdan anarxist meyil- lərin ziddinə olaraq müəyyənləşməyə başlamışdır. 1992-ci ilin dekabrında yaradılan Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycanda ölkə rəhbərliyinin qanunsuz hərəkət- lərinə qarşı çıxan ilk müxalifət partiyası oldu. Siyasi baxımdan səriştəsiz və naşı adamların hakimiyyətdə olması dövlət maşınının ucdantutma tənəzzülünü və xeyli dərəcədə iqtisadi geriləməni şərtləndirirdi. A.Mütəllibova qarşı müxa- lifətdə olan AXC və Müsavat ölkənin birinci prezidentinə qarşı güc tətbiq edərək, onun hakimiyyətdən əl çəkməsinə nail oldular. Buna baxmayaraq, AXC-ni ilk milli müxalifət hesab etmək olmaz, cünki o, həm də Moskvanın əlaltılarının siyasətinə qarşı ictimai etirazın təcəssümü idi, Müsavat isə hələ partiya kimi formalaşmamışdı. İkincisi, 1993-cü ilin ortalarında Heydər Əliyevin haki- miyyətə gəlməsindən və Elçibəyin öz komandası ilə get- məsindən sonra Azərbaycanda radikal müxalifət formalaşma- ğa başladı və o, özünün siyasi baxışlarını siyasi mübarizədə qisasçılıq prinsiplərini rəhbər tutan bir sıra siyasi xadimlərin (İ.Qəmbər, E.Məmmədov, Ə.Kərimli, M.Fəttayev və b.) ambisiyalı şəxsi keyfiyyətlərinin xeyli dərəcədə təsiri altında müəyyənləşdirirdi. Ümummilli maraqların əslində olmaması və bunların şəxsi maraqlarla əvəzlənməsi müxalif əhval- ruhiyyəli siyasətçilərə hakimiyyət uğrunda mübarizənin proqramını və yollarını dəqiq formalaşdırmağa imkan vermirdi. Siyasi mübarizənin son məqsədini yalnız və yalnız hakimiyyətə gəlməkdə görən müxalifət düşərgəsi mövcud iqtidarın şimasında siyasi rəqib deyil, “düşmən” obrazı yaratmaq yolu tutdu ki, bu da siyasi meydanı sərt ziddiy- yətlər və qarşıdurmalar məkanına çevirdi.
416 Ramiz Mehdiyev
Demokratiya yolunda: irs haqqında düşünərkən
Üçüncüsü, Azərbaycan müxalifətinin institusional zəifliyi ona Üçüncü dalğa cəmiyyətinin standartlarına uyğun gələn siyasi struktura transformasiya etməyə imkan vermədi. Xeyli dərəcədə sovet təfəkkür tərzinə və keçmiş zamanların dav- ranış stereotiplərinə yoluxmuş müxalifət liderləri ölkənin ic- timai-siyasi həyatının bir çox məsələlərinə dair dünyagörüşü konsensusu yarada bilmədilər. Müxalifət qruplarının 1995-ci ildən etibarən yaratdıqları cürbəcür bloklar və alyanslar dəfələrlə müxalif siyasi qüvvələrin birliyi kimi təqdim edilmiş, lakin son nəticədə onların hamısı çəkişmələrin və fikir ayrılıqlarının mərkəzində olmuşdur ki, bunun da əsas səbəbi siyasi ideallar deyil, birincilik uğrunda mübarizə idi. Beləliklə, sosial kontekstdə müxalifət müstəqil Azərbaycanın muxtar siyasi subyekti ola bilmədi. Dördüncüsü, hakim elitanın timsalında cidd-cəhdlə düş- mən obrazı yaradan müxalifət siyasi proseslərin amortizatoru rolundan “əl çəkdi”. Əks-elita hökumətin iqtisadi proqramla- rının konkret cəhətlərinin yaradıcı şəkildə tənqid olunmasını, əslində, özünün fəaliyyətindən kənarlaşdıraraq, iqtidarın si- yasətinin daxili və xarici siyasi determinantlarını səmərəli şəkildə dərk etmək üçün özünü əziyyətə salmayaraq, möv- qeyini heç bir konkret fikirlə əsaslandırmadan fəaliyyətini ağına-bozuna baxmadan iqtidarı ittiham etmək üzərində qurdu. Milli müxalifət ötən illər ərzində ictimai müzakirəyə heç bir əsaslandırılmış, ağıllı iqtisadi ideya, yaxud siyasi təklif çıxara bilməmişdir. Beşincisi, müxalifət düşərgəsində xarizmatik şəxsiyyətin və aydın proqramın olmaması, milli siyasi səhnədə bu və ya digər siyasi qüvvələrin olmasına “ictimai sifarişin” inkar edilməsi müxalifətin istər lokal, istərsə də milli miqyasda seçkilərdə məğlubiyyətinə səbəb olmuşdur. Vaxtilə Azər-
417 3‐cü fəsil
İnqilablardan təkamülə doğru:
siyasi reallığı transformasiya edərkən baycan Milli İstiqlal Partiyası (AMİP) sədrinin müavini olan İlqar Məmmədov bildirir ki, “mövcud olduğu 15 il ərzində müxalifət indiyədək səmərəli liderlik təklif etməmişdir... onlar öz üzərlərində işləməyərək, geridə qalmışlar və ötən əsrin 80-ci illərinin axırı – 90-cı illərinin əvvəli səviy- yəsindədirlər. Üstəlik, növbəti amil müxalifətin korrupsiyaya qurşanmasıdır” 1 . Diqqəti çəkən haldır ki, hətta Müsavat başqanı İsa Qəmbər də müxalifət partiyalarının liderlərinə qiymət verəndə mənfi fikir söyləyir: “Onlar özlərini böyük siyasətçilər hesab edirlər, ancaq bu böyük siyasətçilərin özləri başdan-ayağadək kompromat içindədirlər” 2 .
siyasət səhnəsində yetərincə təmsil edilmək üçün vacib olan başlıca atributunu formalaşdıra – özünün ictimai-siyasi zəru- riliyini sübut edə bilmədi. Başqa sözlə desək, müstəqilliyin və siyasi strukturun dəyişməsinin 15 ili ərzində müxalifət düşərgəsinin elə bir baxışlar sistemi formalaşmadı ki, ölkədə vahid müxalif fikrin mövcudluğundan danışmaq mümkün olsun. Üstəlik, cəmiyyət dövlətin siyasi və iqtisadi inkişafının müəyyənləşdirilməsində müxalifətin fəallığının olmamasından boşluq hiss etmir. Bütövlükdə isə, müxalifət öz rolunu ölkənin ərazi bütövlüyünün bərpasında, sosial- iqtisadi problemlərin həllində, əhalinin rifahının yaxşılaşdı- rılmasında deyil, yalnız “vəzifə kürsüsü” uğrunda mübarizə- də görür. Bunun da nəticəsində iqtidara konstruktiv alternativ haqqında aydın təsəvvürün formalaşması üçün seçicilərin im- kanı yoxdur. Bunu müxalifət nümayəndələrinin özləri də eti- raf edirlər: Müxalifət liderləri özlərinin “yalançı birliyini” sə-
1
“Exo” qəzeti, 27 aprel 2006-cı il.
2 http://www.day.az/news/politics/43606.html
418 Ramiz Mehdiyev
Demokratiya yolunda: irs haqqında düşünərkən
ciyyələndirərək deyirlər ki, “onlar bir blokda 1 birləşsələr də, qarşılarına müxtəlif məqsədlər qoymaqda davam edirlər” 2 . Nəhayət, yeddincisi, müxalifətin kompleksliliyi və dialo- qa getmək qabiliyyətinin olmamasıdır. Siyasi fəhm, zamanın şüarını bilmək bacarığı uğurlu siyasi rəqabətin başlıca tərkib hissələridir. Bunsuz siyasi orqanizm “öz təri içərisində boğulur”. Milli müxalifət belə qabiliyyətlərdən məhrumdur və bu, onun bədbəxtliyidir. Siyasi mübarizəni yalnız və yal- nız kütləvi aksiyalar keçirmək və cəmiyyətin sabit inkişafını pozmaq cəhdləri kimi təsəvvür etmək iqtidarla müxalifət ara- sında qarşılıqlı münasibətlərdə sivilizasiyalı dualizmə ehti- yacı olan dövlətin səadətinə xidmət edə bilməz. Uğursuzluğa uğrayanların kompleksləri və AXC-Müsavat cütlüyünün birillik hakimiyyətinin siyasi qüsurluluğu, ucdantutma iflası, radikal müxalifətin köhnə qvardiyası sıralarındakı baxışların eklektikliyi Azərbaycanın siyasi səhnəsində iqtidara və xalqa siyasi strategiyanın və iqtisadi xəttin sivilizasiyalı alternati- vini təklif etməyi bacaran yeni müxalifət qüvvələrinin mey- dana çıxması üçün zəmin yaradır. Axı, hakimiyyətə qarşı müxalifətdə olmaq dövlətçiliyin əsaslarına qarşı çıxmaq demək deyildir, hərçənd, milli əks- elitanın fəaliyyətində onun öz vəzifəsini məhz bu cür başa düşməsini tez-tez müşahidə edirik. Bütün müsbət cəhətləri və dövlətin mərhələli inkişafını inkar edən müxalifət 1995-ci ildən 2003-cü ilədək sabit dövlət idarəetməsi mexanizminin və ölkənin sosial-iqtisadi inkişafının gözdən salınmasına yönəldilmiş siyasi mübarizə aparırdı. Müxalifət liderlərinin məhz müasir dövrün reallıqlarını başa düşməməsi və daim
1 “Azadlıq” bloku. 2
http://www.day.az/news/politics/43606.html
419 3‐cü fəsil
İnqilablardan təkamülə doğru:
siyasi reallığı transformasiya edərkən keçmiş əyyamların “siyasi məstliyini” uzatmağa cəhd gös- tərməsi nəticəsində Azərbaycanın siyasi məkanı iqtidar və müxalifətin sivilizasiyalı rəqabəti sisteminə uğurla transfor- masiya edə bilmədi. Təbii ki, Azərbaycanın müasir siyasi məkanında olan bütün problemlərin günahını yalnız müxali- fətdə görmək düzgün olmazdı. Sirr deyil ki, bəzən yerlərdə iqtidarın nümayəndələrinin təqsiri üzündən də hakimiyyət və müxalifətin münasibətləri kəskinləşirdi. Əsasən isə, münaqi- şəli vəziyyət hakimiyyətin opponentlərinin cəmiyyətin həya- tında müxalifətin rolunu təhrif olunmuş şəkildə dərk etməsi səbəbindən yaranırdı. Halbuki, demokratik dövlətdə müxali- fətin rolu boş və radikal “siyasi ibarəbazlıqla” məşğul olmaq yox, məhz hakimiyyətin səhvləri və nöqsanlarını tənqid etməklə, çatışmazlıqları və qüsurları göstərməklə özünün varlığını iqtidara daim hiss etdirməkdən ibarətdir. Bizim hələ 2004-cü ildə söylədiyimiz və milli müxalifətin qeyri-konstruktivliyinə aid olan fikrə qayıdaraq bir daha demək istəyirəm: “Hər şeyi dağıdaraq, siyasi refleksiyanın hər bir formasını və dialoq imkanlarını rədd edərək, “təmiz vərəqdən” başlamaq istəyənlərlə rəqabətə girmək son dərəcə çətindir. Bu arxaika tərəfdarlarının heç ağlına da gəlmir ki, sistemli fəaliyyətin tamamilə başqa mühit və formulunu, habelə yeni siyasi perspektivi formalaşdıran idarəetmə texno- logiyalarının artıq yeni nəsli (matrisalı, şəbəkəli, qlobal) yaradılmışdır” 1 .
2003-cü ilin prezident seçkilərindən sonrakı dövr ərzində yaranan yeni siyasi perspektiv, – siyasi məkanın formulunu
1
R.Mehdiyev. Azərbaycan: qloballaşma dövrünün tələbləri. Bakı, 2005, səh.338.
420 Ramiz Mehdiyev
Demokratiya yolunda: irs haqqında düşünərkən
məhz bu cür səciyyələndirmək olar, – səmərəli dövlətçiliyin təşəkkülünün müəyyən dərəcədə yeni əsas seqmentlərinin formalaşdırılmasına istiqamətlənmişdir: 1. Demokratik dəyişikliklərin möhkəm institusional ba- zasının yaradılması. 2003-cü ilin prezident seçkilərindən və İlham Əliyevin inamlı qələbəsindən sonra Azərbay- canın siyasi, iqtisadi və sosiomədəni inkişafı strategiya- sının yeni mərhələsinin həyata keçirilməsi üçün möh- kəm baza yaradıldı. Tanınmış tarixçi V.O.Klyuçevski- nin sözləri ilə desək, siyasi sabitlik dövlətçiliyin başlıca nailiyyətindən “digər bir məqsədə çatmaq” vasitəsinə (“fikrin tərəqqisi ondadır ki, o, nail olunmuş məqsədi sonrakı məqsədlərə çatmaq vasitəsinə çevirir”), daha dəqiq desək, iqtisadi yüksəliş və demokratik təsisatların yeni mexanizmlərinin təkmilləşdirilməsi vasitəsinə çev- rilmişdir. Ayrı-ayrı qrupların milli maraqlarla tarazlaşdı- rılmış siyasi maraqları və şəxsi baxışları ictimai şüurun yeni formaları və digər davranış stereotipləri ilə əvəz- lənməyə başladı. Yəni, dövlətdə sabitliyin itirilməsi təh- lükəsinin doğurduğu qorxudan irəli gələn fəal ictimai- siyasi mövqeyə maraq öz aktuallığını itirdi, belə ki, dövlətin inkişafının yeni mərhələsi daha səmərəli iqti- sadi sistem qurulmasında vətəndaşların rasional iştira- kını, demokratik təsisatların təkmilləşdirilməsini və in- san hüquqları və azadlıqlarının möhkəm şəkildə təmin olunmasını tələb edir. Kortəbii mitinq ehtirasları dövrü arxada qalmışdır. 2003-cü ilin prezident seçkilərindən dərhal sonra müxalifətin baş tutmayan “məxməri” inqilab cəhdi buna parlaq sübut oldu. Son üç il ərzində formalaşmaqda olan yeni paradiqma güclü dövlətçiliyin, sabit siyasi sistemin, davamlı iqtisadi artımın, dəyişməz
421 3‐cü fəsil
İnqilablardan təkamülə doğru:
siyasi reallığı transformasiya edərkən “iqtidar – müxalifət” dualizminin olmasını tələb edir. Bütövlükdə, yeni paradiqma təkcə Azərbaycanın mərhə- ləli inkişafı, siyasi və iqtisadi yüksəlişin müəyyən səviy- yəsinə nail olması sayəsində deyil, həm də xeyli dərəcə- də industrial cəmiyyəti postindustrial davranış stereotip- lərinə yaxınlaşdıran “üçüncü demokratik dalğa” proses- ləri nəticəsində mümkün olmuşdur. Frensis Fukuyama yazır: “Siyasi təsisatların müasir liberal demokratiyaya doğru təkamülünün arxasında iqtisadi inkişaf və sabit demokratiya arasında korrelyasiyaya əsaslanan sərt məntiq dayanır” 1 .
bəb olan yenidən qurulması. 2003-cü ilin oktyabr seçki- lərindən sonra Prezident İlham Əliyev yeni siyasi is- teblişmentin formalaşmasına yönəldilmiş bir sıra mü- hüm tədbirlər gördü. Bunun nəticəsində baş verən trans- formasiyanın mahiyyəti dövlət hakimiyyəti iyerarxiya- sında texnokratların rolunun artmasında idi ki, bu da, əslində, dövlət idarəçiliyi sisteminin tam sabitləşməsini və idarəetmənin texnokratiya formalarına keçidi gös- tərirdi. Məlum olduğu kimi, 1993-2003-cü illərin siyasi isteblişmenti, əsasən, Azərbaycan ziyalılarının müstəqil dövlətçiliyin və sabitliyin təşəkkülündə fəal rol oynamış nümayəndələrindən formalaşdırılmışdı. Təbii ki, bu in- sanların əksəriyyətinin milli tariximiz qarşısında şəksiz xidmətləri vardır. Lakin zaman dinamik şəkildə irəliyə doğru gedir. O, qəti şəkildə kadr siyasətinə yeni yanaşma tələb edir. Heydər Əliyevin yaratdığı, müstəqil inkişaf səviyyəsinə qədər gücləndirdiyi və təkmilləşdir- diyi, yeni şəraitin meydana gəlməsindən asılı olmaya-
1
Ф.Фукуяма. Великий разрыв. М., 2003, стр.21.
422 Ramiz Mehdiyev
Demokratiya yolunda: irs haqqında düşünərkən
raq, idarəetmə sisteminin bu və ya digər vəziyyətlərə reaksiya verməsinin sahmanlanmış mexanizminin oldu- ğu dövlət belə transformasiyanın əsasını qoymuşdu. Biz əvvəllər məhz belə transformasiya haqqında yazmışdıq: “İdarəetmə və hakimiyyət strukturlarında elmin və elmi- texniki ziyalıların (texnokratların) rolu artır. Yaxşı məlumdur ki, indi sənayecə inkişaf etmiş cəmiyyətlər, demək olar, tamamilə elmi-texniki səmərəlilik prinsip- ləri ilə tənzimlənir. Ona görə də humanitar siyasətçilərin menecerlərlə və texnokratlarla ahəngdar birliyi ölkəmi- zin modernləşməsi şəraitində onun inkişaf maraqlarına daha çox uyğundur” 1 . 3. Dövlətin inkişafının uzunmüddətli strategiyasının iqtisa- di cəhətinin genişləndirilməsi. Azərbaycan modernləş- dikcə və iqtisadi baxımdan xeyli inkişaf etdikcə, – ÜDM-in və dövlət büdcəsinin hər il əhəmiyyətli dərəcə- də artması bunu sübut edir, – ictimai şüur tədricən təzə sosial stereotiplərə uyğunlarşır və yeni təfəkkür forması- nı qəbul edir. Hər bir ailənin maliyyə rifahı, dövlətin sa- bitliyinə və uğurlu iqtisadi yüksəlişinə olan şəxsi maraq getdikcə mühüm atributa, sıravi azərbaycanlının həyat tərzinin bir hissəsinə çevrilir. Keçmiş fövqəldövlətin dağılması zamanı təbliğ olunan hibrid siyasi şüur tədricən öz yerini hakimiyyətin həyata keçirdiyi və iqtisadiyyatın sağlamlaşdırılmasına və möhkəm iqtisadi sistemin yaradılmasına yönəldilmiş tədbirlərin başa düşülməsinə verir. Azərbaycanda 2005-ci ildə 26 faizə, 2006-cı ildə isə 34 faizə çatan iqtisadi artım, yoxsul- luğun səviyyəsinin 49 faizdən 29 faizə düşməsi, mi-
1
səh.432.
423 3‐cü fəsil
İnqilablardan təkamülə doğru:
siyasi reallığı transformasiya edərkən nimum əmək haqqının 50 manata çatdırılması, sahibkar- lara 100 milyon dollar həcmində kredit verilməsi, üç il ərzində təxminən 500 min iş yerinin açılması və regionların inkişafına yönəldilmiş dövlət proqramları buna sübutdur. 4. Hökumətin həyata keçirdiyi sosial-iqtisadi proqramla rə- qabət apara bilən yeni siyasi opponentlərin və ideyaların katalizatoru olan siyasi mühitin formalaşması. Son 18 ildə Azərbaycanın siyasi səhnəsində olan müxalifət, əslində, öz dövrünü yaşamışdır. Tarixin verdiyi haki- miyyət sükanı arxasında dayanmaq fürsəti iqtidarda ol- duqları vaxt ölkəni xaos və hərc-mərclik, iqtisadi tə- nəzzül və siyasi ekstremizm girdabına, mənəvi-əxlaqi və intellektual böhrana sürükləyənlərin dardüşüncəlili- yini və səthiliyini nümayiş etdirdi. Bu illər ərzində mü- xalifət cavanlaşa, konstruktiv mübarizə təcrübəsinə yi- yələnə, möhkəm siyasi infrastruktur yaradılmasına yö- nəldilmiş tədbirlər görə bilmədi. Əksinə, o, siyasi “kö- kənin” konstitusiyaya zidd yolla bölüşdürülməsi üçün hər cür imkan axtarır, səmərəli inkişafa və dünya ba- zarına çıxmağa yönəldilmiş iqtisadi strategiyaya qarşı çıxır, intellektual böhran keçirirdi. Nəticədə 1993-cü il- dən bəri son parlament seçkilərinədək (2005-ci il no- yabr) müxalifət üst-üstə seçicilərin 20 faizindən artıq səsini toplaya, cəmiyyətə sosiumun və dövlətin inki- şafının layiqli strategiyasını təklif edə, radikal, dağıdıcı qruplaşmadan yaradıcı ictimai-siyasi struktura transfor- masiya oluna bilməmişdir. Bütün bunlar 2003-cü il seçkilərindən sonra, milli və xarici təhlilçilərin “ölmək ölməkdir, xırıldamaq nə deməkdir” vəziyyəti haqqında milli müxalifətin ünvanına “peyğəmbərlik” etdikləri bir
424 Ramiz Mehdiyev
Demokratiya yolunda: irs haqqında düşünərkən
vaxtda onun Azərbaycanda siyasi proseslərin hərəkət- verici mexanizmi olmaq qabiliyyətinin büsbütün yoxlu- ğunu nümayiş etdirəndə daha aktual olmuşdur. Aşağıda haqqında söhbət gedəcək 2005-ci ilin hadisələri isə müxalifət liderlərinin hikkələri ilə cəmiyyətin siviliza- siyalı siyasi məkan görmək arzusu arasında olan uçuru- mu daha da dərinləşdirdi. Bütün bunlar elita ilə əks-elita arasında tərəfdaşlıq münasibətlərinin nizamlanmış me- xanizmini yarada biləcək müxalifətin meydana gəlmə- sinin aktual olması qənaətini doğurur. 5. Azərbaycanın tam mənada regional liderə transforma- siyası və komplimentar (tamamlayıcı) xarici siyasət xət- tinin saxlanılması. Azərbaycanın bir sıra qlobal ener- getika layihələrinin təşəbbüsçüsü olması, – bunun əsası 1994-cü ilin sentyabrında qoyulmuşdu, – beynəlxalq etimadı möhkəmləndirməyə və ölkənin iqtisadi baxım- dan modernləşməsi imkanını sürətləndirməyə şərait ya- ratdı. Cəmi bir neçə il ərzində Azərbaycan adambaşına düşən ÜDM-in həcminə və dövlət büdcəsinin miqdarına görə Cənubi Qafqazın digər ölkələrini xeyli qabaq- layaraq, iqtisadi inkişaf səviyyəsi baxımından regionun liderinə çevrildi. Bununla yanaşı, Azərbaycan, bir tərəfdən, beynəlxalq təhlükəsizliyin vahid arxitektu- rasının qurulmasında Avratlantik əməkdaşlığının vacib- liyini başa düşərək, digər tərəfdən, strateji tərəfdaş və etibarlı tarixi qonşu kimi Rusiya ilə əməkdaşlığı möhkəmləndirərək, milli xarici siyasətin çoxvektorlu- luğunu saxlaya bildi. Azərbaycanın coğrafi mövqeyi ona Şərq və Qərb arasında bir növ sivilizasiyalı körpü statusu qazandıraraq, Şərq fərdiliyini və Qərb zirəkliyini saxlamaq imkanı verdi. Belə arxetipin xarici siyasətə
425 3‐cü fəsil
İnqilablardan təkamülə doğru:
siyasi reallığı transformasiya edərkən
Download 5.08 Mb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling