Ramiz Mehdiyev demokratiya yolunda: irs haqqında düşünərkən
Download 5.08 Mb. Pdf ko'rish
|
Bloklar
“Zərif” transformasiya ərəfəsində təşəbbüs göstərilən bü- tün postsovet “məxməri” inqilablarının başlıca xüsusiyyət- lərini aşağıdakı kimi ifadə etmək olardı: sovet və kommunist irsindən radikal şəkildə xilas olmaq cəhdi;
Avropa və Şimali Atlantik inteqrasiyası; bazar dəyişikliklərinin sürətləndirilməsi və tammiqyaslı sosial-iqtisadi modernləşmə; postmünaqişə tənzimlənməsinin beynəlmiləlləşdirilmə- si, etnik qarşıdurmalar zonalarında məxsusi sülhməram- lılar sırasından Rusiyanın çıxarılması; tranzit (kvazisovet və postsovet) identikliyin aradan qal- dırılması uğrunda mübarizə – identikliyin qəti şəkildə bərqərar olması.
1
байджанской оппозиции от грузинской и украинской? 11 июля 2005, www.day.az
460 Ramiz Mehdiyev
Demokratiya yolunda: irs haqqında düşünərkən
Bununla bərabər, kommunizmdən xilas olmaq dedikdə, ideyasızlaşdırmaq yox, kadr inqilabı nəzərdə tutulur ki, bu- nun da nəticəsində həm köhnə partiya nomenklaturası, həm də onun örtülü siyasi mübarizə metodları keçmişdə qalır. Halbuki, Azərbaycanın siyasi palitrası daha rəngarəngdir, Gürcüstandan və Ukraynadan fərqli olaraq, hakimiyyət struk- turlarında çoxsaylı keçmiş partiya işçiləri yoxdur. Ölkə rəhbərliyinin son illər həyata keçirdiyi islahatlar respubli- kanın təkcə sosial-iqtisadi modernləşməsinə deyil, həm də kadr potensialının məzmununun dəyişdirilməsinə yönəldil- mişdir ki, bunun da nəticəsində cavan, intellektuallı və fəal şəxslər rəhbərlikdə məsul vəzifələrə cəlb edilir. Ölkənin siyasi rəhbərliyindəki modifikasiya transformasiyanın dina- mikasını sürətləndirməyə və dövlətin sosial-siyasi xəttini daha dəqiq müəyyənləşdirməyə imkan vermişdir. İqtidardan fərqli olaraq, müxalifət keyfiyyətli transfor- masiyanı həyata keçirməyi və öz fəaliyyətini yeni dövrün tələblərinə uyğun şəkildə dəyişdirməyi bacarmadı. Keçmişdə özünü doğrultmayan təcrübə və ənənələrə hələ də arxalanan müxalifət seçkiqabağı dövrdə yenidən bloklar və koalisiyalar yaradırdı. Nəzərdə tutulurdu ki, bunlar proporsional qaydada namizədlər irəli sürülməsi ideyası ilə çıxış etməli və 2005-ci ilin parlament seçkilərində qələbəni təmin etməli idi. Nəticədə seçki siyasətində iqtidara münasibətdə siyasi rə- qibləri göstərməklə şərtlənən bir neçə elektoral strategiya həyata keçirildi. Əvvəla, Müsavat, AXCP, ADP, Lalə Şövkət başda ol- maqla “Milli birlik” bloku və Eldar Namazov başda ol- maqla “Yeni siyasət” bloku. Bu siyasi birliklər iki müx- təlif, lakin ümumən müxalif elektoral strategiyalar təklif
461 3‐cü fəsil
İnqilablardan təkamülə doğru:
siyasi reallığı transformasiya edərkən
etdilər. Təbii ki, baxışlar kompleksi iqtidara opponentlik etmək üzərində qurulurdu. İkincisi, “hakimiyyət partiyası”. Bu tərifi iqtidara loyallıq göstərən partiyalardan olan namizədlərə aid etmək lazımdır. Əslində, onların rolu müxalifət namizədlərini bitərəfləş- dirməkdən ibarət idi. Üçüncüsü, seçkilər ərəfəsində yaradılmış yeni siyasi birliklər. Onlara A.Mollazadənin AXCP sıralarından çıxması nəticəsində yaranmış Demokratik İslahatlar Partiyasını aid etmək olar. Dördüncüsü, fəaliyyət göstərən və ya elektoral tsikldə meydana çıxan elektoral bloklar. İctimai-siyasi birliklərin bu qrupuna elektoral sprintin İctimai liderlər bloku, Media-blok, “Yeni adlar – gənc Azərbaycan”, Qadınlar bloku və s. aiddir. Seçki yürüşünün bu seqmentlərindən hər biri aşa- ğıdakılarda ifadəsini tapan müxtəlif elektoral strategiyalar təklif edirdi: iqtidara radikal müxaliflik; hakimiyyətin mövqeyinin loyal həlim tənqidi;
462 Ramiz Mehdiyev
Demokratiya yolunda: irs haqqında düşünərkən
iqtidara münasibətdə loyallıq və hakim elitanın dəstək- lənməsi; iqtidarın mövqeyi. 2005-ci ilin siyasi mübarizələrinin bu cəhətləri bir sıra si- yasi koalisiyalar, bloklar və partiyalar tərəfindən reallaşdırı- lırdı. Mövqelərinin, təşkilati cəhətlərinin, tərəfdarlarının sa- yının və seçkiqabağı yürüşün finalçısı olmaq imkanlarının müxtəlifliyinə baxmayaraq, onlar bu seçkiləri siyasi baxım- dan daha geniş və ideoloji baxımdan çoxcəhətli etmişdilər. “Azadlıq”. Müxalifətin ilk birliklərindən biri Müsavat, AXCP və ADP-nin koalisiyası oldu. Bir-biri ilə münaqişəli münasibətlərdə olan üç müxalifət partiyasının 2005-ci ilin fevralında yaratdığı blok 2005-ci ilin parlament seçkiləri ərəfəsində müxalifətin ilk birləşməsi oldu. Həm də 2003-cü ilin prezident seçkiləri zamanı araları dəymiş üç partiyanın koalisiyası olan “Azadlıq” bloku dərhal kütləvi aksiyalar, mitinqlər hazırlamağa və müxalifətdən namizədlərin vahid siyahısını müəyyənləşdirməyə başladı. “Azadliq” blokunun elektoral strategiyası iqtidarın radikal tənqidi və “demokratik inqilabı”, – blokun təsisçiləri “narın- cı” transformasiyanı bu ad altında başa düşürdülər, – daim xatırlatmaq üzərində qurulurdu. Seçkilərdə qələbəni ölkədə hakimiyyətin dəyişdirilməsi yolu hesab edən bu müxalifət liderləri iqtidarın ünvanına böhtan yağdırmaq xətti götürərək iddia edirdilər ki, guya iqtidar azad, şəffaf və demokratik seçkilər keçirilməsini istəmir, çünki nəticələr bəri başdan müəyyən olunmuşdur və qarşıdakı parlament seçkilərində kütləvi saxtakarlıq gözlənilir. İqtidarı daim tənqid etməyə və ictimaiyyəti ələ salmağa yönəldilmiş strategiya blokun təsisçilərinə öz seçki proqramını təbliğ etməyə və seçicilərin
463 3‐cü fəsil
İnqilablardan təkamülə doğru:
siyasi reallığı transformasiya edərkən konkret problemləri barədə fikir söyləməyə vaxt qoymurdu. Əsas diqqəti kütləvi aksiyalara ayıran müxalifət öz tərəfinə mümkün qədər çox seçici cəlb etməyə çalışır, ancaq başa düşmürdü ki, sırf majoritar qaydada parlament seçkiləri şəraitində belə taktikanın səmərəsi az olur. Konkret seçki dairələrində işləməyi inkar edən müxalifət liderləri səyləri mitinqlərə və küçə nümayişlərinə yönəltməyə üstünlük verdilər. Bu mitinq və nümayişlər isə son nəticədə çadır şəhərcikləri və s. yaradılması ilə başa çatmalı idi. Müxalifət dövlət idarəçiliyinin hansısa bir sahəsini seçki strategiyasının əsas kartına çevirməyi bacarmadı. Sosial-iq- tisadi problemlərə diqqət milli iqtisadiyyatın modernləşdi- rilməsi sahəsində iqtidarın geniş fəaliyyəti ilə aradan qaldırı- lır, Azərbaycanın iqtisadi inkişafı barədə hər hansı ritorika isə daim hökumətin keyfiyyətli və real məzmunla dolğun- laşdırılmış proqramı ilə qarşılaşırdı. Radikal müxalifətin piar kampaniyasının mərkəzi kimi bir neçə məsələ seçilmişdi: korrupsiya, E.Hüseynovun qətli, demokratikləşmə və insan hüquqları. Bununla bərabər, bütün kampaniya özlərinin Milli Məclisə namizədlərinin təbliğatı və təşviqatı üzərində deyil, yalnız və yalnız iqtidarın ünvanına daimi ittihamlar üzərində qurulurdu. Deputatlığa namizədlərin razılaşdırılmış vahid siyahısına gəldikdə isə, “Azadlıq” blokunun liderləri bu məsələdə dil tapa bilmədilər. Nəticədə yüksək ixtisaslı mütəxəssislər siyahılara düşmədi, onlarda real, praktik təcrübəsi olan hüquqşünas, iqtisadçı, pedaqoq, təsərrüfatçı və başqaları yox idi. Əvəzində siyahılarda elə şəxslərin adlarını görmək olardı ki, onların bu və ya digər seçki dairəsində heç bir nüfuzu yox idi, bəzən isə müttəfiq partiyalar tərəfindən qəbul olunmurdular. Lakin hət-
464 Ramiz Mehdiyev
Demokratiya yolunda: irs haqqında düşünərkən
ta bu adamlar da paytaxtda mitinqlərdə iştirak etməyi seçki dairələrində işləməkdən üstün tuturdular. Bu cür seçki kampaniyası belə bir fikri daha da çox təs- diqləyirdi ki, radikal müxalifət seçki prosesinin lap başlanğı- cından seçkilərə yox, hadisələrin inkişafının konstitusiyaya zidd ssenarisinə hazırlaşmışdır. Adamlarla işləmək əvəzinə, “Azadlıq” blokunun paytaxtdakı kütləvi etiraz aksiyalarında və ya mitinqlərində vaxt keçirən namizədə seçici necə səs verə bilər – bunu izah etmək çətindir. Nəticədə “Azadlıq” blokunun namizədləri daxili və xarici siyasi problemləri, iqtisadi poblemləri necə həll etməyə hazırlaşdıqları barədə öz baxışlarını seçicilərə izah edə bil- mədilər. Blokun nümayəndələrinin ölkə həyatının aktual mə- sələlərinə dair, ictimai şüuru öz tərəflərinə çəkməyə yönəl- dilmiş təsirli proqramları yox idi. Əgər bu blokun nümayən- dələri respublikanın qanunverici orqanında çoxluq qazansa- lar, onların hansı yolu tutacaqları barədə məsələ açıq qalırdı. Bu baxımdan Moldovada parlament seçkilərinin təcrü- bəsini misal çəkmək olar. Orada “Birlik” bloku əsas diqqəti rusiyapərəst meyilə verərək, “İşıq şərqdən gəlir” şüarından istifadə etmiş və bununla da öz təşviqatını rusiyapərəst xarici siyasətin tərəfdarlarına yönəltmişdi. Məsələ heç də bu blokun tutduğu yolla getməkdə deyil, lakin düşünmək üçün bu təcrübə faydalı ola bilərdi. Azərbaycan müxalifətinin dərin Şimali Atlantik əməkdaşlığının zəruriliyi haqqında ümumi sözlərdən savayı, konkret nə təklif edə biləcəyi seçicilər üçün tapmaca olaraq qalırdı, halbuki, məhz iqtidar belə inteqrasiyanın fəal tərəfdarı kimi çıxış edirdi. Müxalifət liderlərinin fikirncə, İ.Qəmbərin “bu və ya digər problemlərə dair məsələhətləşmələr məqsədi ilə” tez-
465 3‐cü fəsil
İnqilablardan təkamülə doğru:
siyasi reallığı transformasiya edərkən tez Türkiyəyə getməsi, habelə Ə.Kərimlinin “Qərbin Azər- baycanda demokratik dəyişiklikləri dəstəkləməsinə” mün- təzəm istinad etməsi blokun Qərbə meyilliliyi barədə görüntü yaratmalı, bununla da elektoral marağı və inqilabqabağı şə- rait imitasiyasını təmin etməli idi. Lakin işə əngəl törədən təkcə radikal müxalifətin xarici dəstəkdən asılı olması de- yildi, həm də o idi ki, həmin müxalifət bu və ya digər döv- lətlərə münasibətdə öz baxışlarını və fikirlərini çox tez-tez dəyişirdi. Müxalifətin liderləri əmin idilər ki, Qərbdəki bəzi mərkəzlər tərəfindən “inqilabın” serbiyalı, gürcüstanlı və uk- raynalı iştirakçılarına kömək göstərilməsi fonunda Azərbay- canda ictimai şüur inqilabi ritorikanı müsbət qarşılamalı və ölkədə antikonstitusiya dəyişikliyini dəstəkləməlidir. Radikal müxalifət daxili siyasət məsələlərində də dövlətin və cəmiyyətin inkişafının modelləri barədə real təkliflərlə çıxış edə bilmədi. “Azadlıq” blokunun bütün ritorikası yalnız qisas almaqdan ibarət idi. Televiziya və radioda efir vaxtı məhz buna sərf olunurdu və radikal müxalifətin keçirdiyi etiraz aksiyalarının leytmotivi məhz bu idi. Radikal mü- xalifət yeni elektoral seqment tapmağa cəhd göstərmirdi, əksinə, adət etdiyi elektoral qrupla işləməkdə davam edirdi. Bununla bərabər, keçmişin qalıqları, radikal müxalifətin aksiyalarını kütləvi şüurun getdikcə daha mənfi şəkildə qarşılaması müxalifətin elektoratının bir hissəsini ondan durmadan uzaqlaşdırırdı. Müxalifətin digər problemi “real” liderin olmaması idi ki, bu da hələ dünən bir-birinə müharibə elan etməyə hazır olan “üçlük” üzvlərini ciddi qəbul etməyə imkan vermirdi. Daim dostları düşmənlərə dəyişməyin nəticəsi kimi, elektoratın eti- mad səviyyəsinin aşağı olması, cəmiyyətdə nüfuzun yoxluğu və şəxsi keyfiyyətlər – bütün bunlar radikal əks-elitanın
466 Ramiz Mehdiyev
Demokratiya yolunda: irs haqqında düşünərkən
vəziyyətini daha da çətinləşdirirdi. Bunun fonunda “Rəy” sosioloji agentliyinin məlumatları maraqlı görünürdü. “Rəy”in keçirdiyi sorğunun nəticələrinə görə, 2005-ci il oktyabrında Prezident İlham Əliyevin reytinqi 81,2 faiz, AXCP-nin sədri Əli Kərimlinin reytinqi 1,9 faiz, Müsavatın başqanı İsa Qəmbərin reytinqi 5,4 faiz, ADP-nin sədri Rəsul Quliyevin reytinqi 3 faiz idi. Bütövlükdə müxalifət ictimai dəstəyin 15 faizinə nail ola bilməmişdi. “Azadlıq” blokunun iqtisadi məsələlərə dair təşviqat- təbliğat fəaliyyəti də konstruktivliyi ilə seçilmirdi, belə ki, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri layihəsinin həyata keçirilməsinin mümkünsüzlüyü və onun İran ərazisi ilə çəkilməsinin zəruriliyi barədə əsassız fikirlər məhz onun liderlərinə məxsus idi. (Halbuki, sonralar elə həmin siyasətçilər deyirdilər ki, “bu dövlət artıq əvvəllər bizim hava və dəniz sərhədlərimizi pozmuşdur. Təsəvvür edin ki, əgər bu ölkə nüvə silahına malik olsa, Azərbaycanın qarşısına hansı problemlər çıxacaqdır” 1 ). Prezident seçkiləri ərəfəsində İlham Əliyevin 600 min yeni iş yerinin açılacağı barədə verdiyi vəd tənqid olunurdu. Lakin bu məsələdə də müxalifətin tənqidi yenə əsassız oldu, belə ki, artıq 2006-cı ilin sonuna təxminən 500 min iş yeri yaradılmışdı. Təbii ki, yeni ictimai-siyasi sistemə keçid şəraitində kəskin milli problemlərin həlli çox vaxt bu və ya digər siyasi qrupların təsir dairəsini məhdudlaşdırır. Belə hallarda əks- elita mübarizənin predmetini dəyişməyə cəhd göstərərək, tez- tez hüquq və azadlıqların qatı müdafiəçisi kimi çıxış etməyə çalışır. Franklin Delano Ruzveltin 1934-cü ildə dediyi sözlər
1
467 3‐cü fəsil
İnqilablardan təkamülə doğru:
siyasi reallığı transformasiya edərkən bu gün də aktual səslənir: “Geniş kütlələrə çox böyük rifah gətirəcək iri ümummilli proqram üzərində işləyərkən biz, hə- qiqətən, kiminsə “ağrıyan yerinə” toxunmuşuq və bundan sonra da toxunacağıq. Lakin bunlar qısa yolla – ümumi ri- fahın hesabına yüksək mövqeyə və ya sərvətə, bəlkə də, bir- likdə hər ikisinə çatmaq istəyənlərin “ağrıyan yerləridir”. Yalnız güclü dövlətçilik, tənzimlənən iqtisadiyyat, qanunlara hörmət, bərabərhüquqlu yanaşı yaşamaq prinsipləri Azərbay- canın sabit inkişafını təmin edə bilər. 1993-cü ilin orta- larından başlayaraq, dövlət idarəetməsinin bütün təcrübəsi göstərir ki, iqtidar məhz bu qaydaları rəhbər tutur. Ölkənin dinamik inkişaf etdiyi şəraitdə “Azadlıq” bloku kütləvi şüurda, elektoratın əsas hissəsi, o cümlədən müxalifət meyilli hissəsi tərəfindən getdikcə daha çox “uğursuzlar klubu”, yəni, yeni parlamentə seçilmək şansı olmayan rəqabət qabiliyyətsiz siyasi fiqurların birliyi kimi qəbul edilməyə baş- lanmışdı. Artıq 2000-ci ilin əvvəlində kütləvi şüurda ciddi dəyişikliklər müşahidə etmək olardı. Ölkənin həyatında kəskin problemlərin olmasına baxmayaraq, insanlar siyasi baxımdan daha fəhmli olmağa başlamış, yalanı həqiqətdən fərq- ləndirməyi öyrənmişdilər. Ona görə də seçki kampaniyası zamanı öz səslərini itirmək istəmirdilər. İnsanların ovqatı və həyat fəaliyyətinin ritmi göstərirdi ki, onlar iqtidara inanırlar və artıq ölkənin inamla daxil olduğu tamamilə başqa epoxada dövlət quruculuğuna şüurlu surətdə öz töhfələrini verməyə çalışırlar. Belə elektoral fenomeni 2003-cü ilin prezident seçkilərində, müxalif əhval-ruhiyyəli və etirazçı elektoratın çox hissəsi İlham Əliyevə səs verəndə müşahidə etmək olardı. Onlar öz səslərini başqalarına, qabaqcadan uğursuzluğa məhkum olan namizədlərə vermək istəmirdilər. 2005-ci ilin parlament seçkilərində də eyni vəziyyət baş verdi.
468 Ramiz Mehdiyev
Demokratiya yolunda: irs haqqında düşünərkən
Açıq-aşkar idi ki, Müsavat-AXCP-ADP seçki birliyinin parlamentdə siyasi-partiya konfiqurasiyasını dəyişməyə, rəqib- lərini sıxışdırmağa və geniş diapazonda səslərini əlindən al- mağa real şansı yoxdur. Əli Kərimlinin “meydanlara çıxıb açıq şəkildə deməliyik ki, öz ölkəmizin sahibi olmaq is- təyirik” 1 kimi çıxışları özünün yaxın ətrafına ünvanlanmış ritorikadan başqa bir şey deyildi. Ötən əsrin 80-ci illərinin sonu – 90-cı illərinin əvvəlində Mərkəzin əlaltılarının siyasəti- nə müqavimət dövrünü getdikcə daha çox xatırladan mitinq ehtirasları və inqilabi boşboğazlıq iqtisadi dirçəliş və siyasi sabitlik prosesi yaşayan Azərbaycan cəmiyyətinə artıq yad idi. “Yeni siyasət” – “YeS”. Lalə Şövkət Hacıyeva (Milli Bir- lik Uğrunda Hərəkat), Eldar Namazov (İctimai Forum), Əli Məsimov (Demokratik Ziyalılar Birliyi), Etibar Məmmədov (AMİP-in fəxri sədri) və Eldəniz Quliyevdən (Ziyalılar Birliyi) ibarət mötədil müxalifətçi siyasətçilər qrupu 2005-ci il aprelin 12-də “Yeni siyasət” blokunu təsis etdilər. Onun yaradıcıları bəyan etmişdilər ki, blokun məqsədi vicdanlı, ədalətli və ATƏT-in tələblərinə uyğun olan seçkilər ke- çirilməsi uğrunda mübarizə olacaqdır. “Azadlıq” blokundan fərqli olaraq, bu blok radikallığı və pozucu mövqeyi ilə seçilmirdi. “Azadlıq” ümumən hakim rejimin dəyişməsi uğrunda çıxış edirdisə, “Yeni siyasət” təkamül yolu ilə transformasiyaların tərəfdarı idi və parlamentdə təmsilçiliyə çalışmaqla kifayətlənirdi. Lalə Şövkət Hacıyevadan savayı, blokun rəhbərliyində təmsil olunan şəxslər heç vaxt hakimiyyətə qarşı ifrat qərəzliliyi ilə fərqlənməmişlər və dövlətin, cəmiyyətin siyasi və iqtisadi inkişafındakı müsbət dəyişiklikləri əsasən bəyənmişlər.
1
469 3‐cü fəsil
İnqilablardan təkamülə doğru:
siyasi reallığı transformasiya edərkən Beləliklə, “Yeni siyasət” bloku müəyyən dərəcədə loyal müxalifət yerini tuta və daha sivilizasiyalı və daha az radikal mövqelərdən çıxış edə bildi. Lakin bu mövqe parlament seçkilərinə Azərbaycanda hakimiyyəti dəyişmək imkanı kimi baxan siyasi qrupları təmin etmirdi. Müxalifət liderlərindən biri deyirdi ki, “bu blokda təmsil olunan şəxslərin loyal mövqeyi məlumdur. “YeS” blokunu Qərb maliyyələşdirir. “Üçlük” hakimiyyətə münasibətdə daha radikal mövqedədir, onlar isə loyal amerikapərəstdirlər” 1 . Radikal müxalifətin “Yeni siyasət” blokuna belə münasibəti səciyyəvi idi. Bəziləri onu rusiyapərəst, başqaları qərbpərəst meyilli ad- landırırdı. Hərçənd, etiraf etmək lazımdır ki, bu ittihamların “günahkarı” xeyli dərəcədə blokun təsisçiləri idi, onlar özlərinin siyasi birliyinin ideoloji yönümünü aydın şəkildə müəyyən edə bilməmişdilər. “Yeni siyasət” blokunda dörd siyasi partiyanın və yaradı- cılarının iddia etdikləri kimi, 72 qeyri-hökumət təşkilatının təmsil olunmasına baxmayaraq, onun sosial bazası kütləviliyi ilə seçilmirdi. Görünür, bu səbəbdən onun təsisçiləri iqtidar əleyhinə mitinq və küçə qarşıdurmaları taktikasını rədd edirdilər. Təhlilçilərin fikirncə, “YeS” bloku Azərbaycanda “üçüncü qüvvə” rolunu oynaya və boş qalmış konstruktiv müxalifət yerini tutaraq, orada möhkəmlənə bilərdi. Lakin blokun tərkibi siyasi və şəxsiyyət baxımından o qədər müxtəlif idi ki, onun uzun müddət fəaliyyət göstərə bil- məyəcəyi məlum oldu. Bu, müxtəlif maraqları və məqsədləri təmsil edən şəxslərin müvəqqəti birliyi idi. Yaradıldıqdan az sonra blok “Avtoritarizmdən demokra- tiyaya keçid haqqında” adlanan ictimai müqavilənin imzalan-
1
http://www.transparentelections.org
470 Ramiz Mehdiyev
Demokratiya yolunda: irs haqqında düşünərkən
masının təşəbbüsçüsü oldu. Bir səhifəlik sənəddə təsisçilər həlli zəruri olan yeddi məsələ qarşıya qoymuşdular. Birincisi, blok əhalinin ictimai və siyasi fəallığının güclənməsi, zor tətbiq edilməyən müqavimətin təşkili və bunun da sayəsində noyabr seçkiləri zamanı mümkün ola biləcək saxtakarlığın qarşısının alınması uğrunda mübarizə aparırdı. İkincisi, blok yeni parlamentdə “demokratik, islahatçı və vətənpərvər qüvvələrin” nümayəndələrinin çoxluq qazanmasına, bunun da əsasında konstitusiya yolu ilə avtoritarizmdən demok- ratiyaya keçidə nail olmaq istəyirdi. Üçüncüsü, prezidentin səlahiyyətlərini məhdudlaşdırmaq məqsədi ilə konstitusiya və qanunvericilik islahatları aparmaq, hökumət üzərində par- lamentin nəzarətini gücləndirmək, hakimlərin müstəqilliyini təmin etmək vəzifəsi qarşıya qoyulmuşdu. Dördüncüsü, par- lament qarşısında hesabat verən hökumətin formalaşdırılması üçün blok azad və demokratik prezident seçkiləri ke- çirilməsinin zəruriliyini bildirirdi. Beşincisi, yerli özünüidarə orqanlarının səlahiyyətini genişləndirməyin zəruriliyi vurğu- lanırdı. Altıncısı, Azərbaycanın Avratlantik məkana inteqra- siyası xəttinin davam etdirilməsinin vacibliyi bildirilirdi. Yeddincisi, blokun təsisçilərinin fikrincə, yuxarıda göstərilən məsələlərin həlli hökmən Qarabağ probleminin ədalətli həllinə gətirib çıxarmalı idi. İctimai müqaviləni imzalayanlar arasında ASDP-nin həm- sədrləri Araz Əlizadə və Ayaz Mütəllibov, AMİP-in sədri Əli Əliyev, ALP-nin icraiyyə komitəsinin sədri Əvəz Teymur- xan, parlamentin keçmiş sədri Yaqub Məmmədov, keçmiş baş nazir Rəhim Hüseynov və başqaları var idi. Bunlar, əsasən, Ə.Vəzirovun, A.Mütəllibovun rəhbərliyi dövründə və Heydər Əliyevin prezidentliyinin ilk illərində müəyyən rəhbər vəzifə tutmuş və özlərini ciddi idarəedici və ya
471 3‐cü fəsil
İnqilablardan təkamülə doğru:
siyasi reallığı transformasiya edərkən siyasətçi kimi göstərə bilməmiş şəxslər idi. İctimai müqavilə deyilən bu sənədin bəndlərinin adicə siyahısı onun məz- mununun demaqoji xarakterini göstərirdi, belə ki, bütün bu problemlər iqtidarın özü tərəfindən artıq həll olunmuşdu və ya həll edilirdi. Blokun təsisçilərinin çoxu paytaxtda real faydası olmayan mitinqlərin və düşünülməmiş kütləvi tədbirlərin keçirilməsi- nin əleyhinə çıxdığı bir vaxtda, Lalə Şövkət Hacıyeva ABŞ- dan qayıtdıqdan sonra siyasi davranış taktikasını dəyişərək, küçə aksiyalarının və inqilabın həyata keçirilməsinin zəruri- liyindən danışmağa başladı (belə bəyanatdan sonra L.Ş.Hacıyeva “Azadlıq” blokuna, yəni, hələ yaxın keçmişdə haqqında hörmətsizliklə bəhs etdiyi siyasi qüvvələrə qo- şuldu). Bununla da o, hiss etdirdi ki, özünün siyasi ba- xışlarını tələm-tələsik yenidən nəzərdən keçirərək, seçki mü- barizəsinin qızğın çağında bir siyasi birlikdən digərinə keçməklə əldən buraxdıqlarının əvəzini çıxmaq üçün seçki- qabağı dövrdə başqa təşkilatların siyasi fəaliyyətinin köl- gəsində qalmağa üstünlük verir. “Yeni siyasət” blokunun təsisçilərindən birinin belə davranışı vəziyyətin kəskinləş- məsinə və həmin siyasi birliyin tədricən dağılmasına səbəb oldu. Təşkilatların bu siyasi birlikdən çıxması prosesi onların digər, həm radikal, həm də nisbətən loyal birliklərə daxil olması ilə müşayiət edilirdi. Seçki ərəfəsində blok öz seçicilərini birləşdirməyi və icti- maiyyətin diqqətini yeni siyasi birliyə cəlb edə biləcək kütləvi aksiyalar keçirməyi bacarmadı. “Azadlıq”dan fərqli olaraq, bu blokdan özünün kütləviliyini, təşkilatçılıq baca- rığını sübut etmək, liderlərini göstərmək və bir sıra konkret bəyanatlar vermək tələb olunurdu. “Azadlıq” radikal mü- xalifətin yeni formaya transformasiya olunmuş siyasi
472 Ramiz Mehdiyev
Demokratiya yolunda: irs haqqında düşünərkən
birliyindən başqa bir şey deyildi və cəmiyyət 12 ildən çox idi ki, onu siyasi səhnədə görürdü, halbuki, “Yeni siyasət” mötədil müxalifət kimi uğur qazanmağa imkanı olan təzə birlik idi. Lakin seçkilərdə yalnız şəxsi baxımdan iştirak etməyə məcbur olan blokun təsisçilərinin təşkilati qərar- larının zəifliyi üzündən belə imkandan istifadə edilmədi. Blokun yaradılmasının məqsədi və onun sonrakı fəaliyyəti arasında mühüm fərq olduğuna görə, təsisçilərin ümidləri özünü doğrultmadı. Seçkilər ərəfəsində seçicilərə vəd edilən qəzet, televiziya və radio elə vəd olaraq qaldı. “Milli birlik”. Liberal Partiyanın bazasında yaradılmış bu blok parlament seçkilərində 70-dək namizəd irəli sürə bildi ki, bu da digər bloklardan, məsələn, qadın və gənclər bloklarından fərqli olaraq, ona “Azadlıq” və “Yeni siyasət”lə yanaşı, televiziya və radioda pulsuz efir vaxtı almağa imkan verdi. Demək lazımdır ki, seçki kampaniyası zamanı bu blok nəzərəçarpan fəallığı ilə fərqlənmədi. Siyasi birliyin lideri L.Ş.Hacıyeva “mitinq eyforiyasının” fəal iştirakçısı idi və başçılıq etdiyi bloka diqqət ayırmaqdansa, “Azadlıq” blokunun kütləvi aksiyalarında iştirak etməyə daha çox çalışırdı. Blokun ümumən elektoral strategiyası yox idi və pulsuz efir vaxtından iqtidarı nüfuzdan salmaq məqsədi ilə istifadə edən radikal müxalifət üçün yalnız əlavə idi. Öncül məqsədlərin olmaması seçkilərdə blokun büsbütün iflası ilə nəticələndi. Onun ciddi seçki proqramı olmayan rəh- bərləri – “şəraitə görə demokratlar” parlament seçkilərindən hakimiyyət piramidasında yuxarıya qalxmaq üçün sosial “lift” kimi istifadə etməyə çalışırdılar. Ancaq bunun əvəzində onlar hakimiyyətə nə qədər çox qara yaxsan, bir o qədər ağıllı görünəcəyini hesab edən meşşanın səviyyəsinə
473 3‐cü fəsil
İnqilablardan təkamülə doğru:
siyasi reallığı transformasiya edərkən endilər. Seçki kampaniyasında uğur qazanacağına ümid bəs- ləməyən blok özünün əsas vəzifəsini L.Ş.Hacıyevanın iddialı maraqlarının önə çəkilməsində görürdü. Yeni Azərbaycan Partiyası. Əslində, bütün seçki dairələrində namizədlərini irəli sürən iqtidar partiyası 2005-ci ilin parlament seçkilərində təmsil edilən dörd əsas siyasi birlikdən biri oldu.
Download 5.08 Mb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling