Ramiz Mehdiyev demokratiya yolunda: irs haqqında düşünərkən
§ DEMOKRATİK POSTİNDUSTRİALİZM
Download 5.08 Mb. Pdf ko'rish
|
- Bu sahifa navigatsiya:
- § MİLLİ İNKİŞAF FƏLSƏFƏSİ
§ DEMOKRATİK POSTİNDUSTRİALİZM
Müasir Azərbaycan sənaye və postindustrial təsisatları ara- sında qarşılıqlı əlaqələrin formalaşdığı yeni siyasi paradiqma məkanıdır. Yeni minillik ərəfəsində haqqında çox tez-tez söhbət gedən “üçüncü demokratik dalğanın” zəfər yürüşü yeni sosial siyasət transformasiyanın başlanmasından xəbər verirdi. Məhz sosial siyasət, çünki Azərbaycan adambaşına düşən ÜDM-in səviyyəsinin on min dollara çatdırılması üçün, – bu cəmiyyətin iqtisadi postmodernə keçidini göstərəcəkdir, – hələ çox iş görməlidir. Sosial siyasət baxımından bizim postindustrializmə transformasiyamız zəruridir. XXI əsrin başlanması və iqtisadi dinamizm onu deməyə əsas verir ki, Azərbaycan sənayeləşdir- mənin müasir formasının intensivləşdirilməsi yoluna çıxmışdır, sonra isə postindustrializmə keçəcəkdir. Belə fikirlər tamamilə anlaşılan etirazla qarşılaşa bilər. Çünki “soyuq müharibə” dövrünün “demokratiyada uğur qa- zanmağın sirri dövlətin hərtərəfli iqtisadi inkişafındadır”
514 Ramiz Mehdiyev
Demokratiya yolunda: irs haqqında düşünərkən
kimi məşhur tezisi indinin özündə də əhəmiyyətini itirməmişdir. Lakin iqtisadiyyat yeni formaları yalnız o zaman səmərəli şəkildə inteqrasiya edə və azad ola bilər ki, cəmiyyətdə yeni davranış stereotipləri və təfəkkür tərzi formalaşmış olsun. Biz öz fikrimizi aşağıda bir sıra mühüm dəlillərlə əsaslandırmağa çalışacağıq. Azərbaycanda yeni siyasi transformasiyanın əsası “sosial ünsiyyətin” və siyasi proses iştirakçıları arasında konstruktiv dialoqun olduğu azad, rəqabətqabiliyyətli məkandır. Ötən yüz- illiyin doxsanıncı illərinin əvvəlində yaradılmış siyasi partiyalar ən yeni siyasi tarixin sadəcə iştirakçıları yox, bu tarixin əsasını qoyanlar oldu. On il ərzində bu siyasi təşkilatlar müstəqil Azərbaycanda keçid dövrünə xas bütün müsbət və mənfi cəhətləri olan tamdəyərli ictimai-siyasi fon yaratdılar. Bununla bərabər, mövcud partiyaların heç biri konkret ideoloji proqram irəli sürə, istər sağ, istər sol, istərsə də mərkəzçi və s. mövqedən çıxış edə bilmədi. Bu, təkcə milli müxalifətə yox, həm də hakim partiyaya və onun müttəfiqlərinə də aiddir. Bu partiyaların əksəriyyətinin proqramları oxşar xarakter daşıyırdı və əsasən bu və ya digər siyasi, iqtisadi və sosiomədəni məsələlərdə ümumi mövqelərin ifadə olunmasına yönəldilmişdi. Siyasi kontekstdə partiya məkanının formalaşdırılmasında müəyyən çətinliklərlə üzləşsək də, digər sahələrdə xeyli tərəqqi hiss olunur. Milyonlarla dollar sərmayə axınını təmin edən iqtisadi layihələr dövlətin dinamik inkişafı üçün zəmin yaradır. Bu isə cəmiyyət üzvlərinin təfəkkür tərzini gizli şəkildə, lakin əsaslı surətdə dəyişir və davranış stereotiplərini təkmilləşdirir. Siyasi irsin yenidən nəzərdən keçirilməsinə və siyasi məkanın strukturunda təshihlər aparılması zərurəti yaranır. Beləliklə, partiyaların yeni rol oynadığı və ictimai iradənin real ifadəçi- lərinə çevrildiyi yeni siyasi paradiqmanın formalaşdırılmasına
515 3‐cü fəsil
İnqilablardan təkamülə doğru:
siyasi reallığı transformasiya edərkən ehtiyac doğur. Müasir dövrün siyasi prosesi yalançı partiya fəal- lığını qəbul etmir, siyasi fəallığın konkret məzmununun olma- sını tələb edir. Tədricən inkişaf edərək, hakimiyyət və müxa- lifətin səmərəli dualizminin yanaşı mövcud olduğu möhkəm siyası infrastruktur yaradılmasının vacibliyini dərk edərək, əsassız siyasi hücumları və qarşılıqlı iradları, yersiz ittihamları və ziddiyyətli tənələri aradan qaldıran müasir Azərbaycan cəmiyyətinin məhz buna ehtiyacı var. Belə bir sistemin olması Azərbaycana sosial siyasət baxımından sabit inkişafı davam etdirməyə imkan verəcəkdir. Bu isə ölkənin partiya sisteminin güclü hakim partiya, heç də zəif olmayan müxalifət partiyası və cəmiyyətdə orta mövqe tutan mərkəzçi partiya arasında rəqabətin getdiyi iki və ya üçpartiyalı struktura transformasiya- sını təmin edəcəkdir. Belə bir strukturun yaradılmasına zərurət majoritar qaydada keçirilən və səmərəli dövlətçilik şəraitində milli radikal müxalifətin bacarıqsızlığını nümayiş etdirən 2005- ci il parlament seçkilərindən sonra yaranmışdır. Zənnimizcə, təklif edilən iki, üçpartiyalı struktur rəqabətqabiliyyətli siyasi məkanın formalaşması prosesində müsbət irəliləyiş olub, aşağıdakılara qadirdir: • hakimiyyət və müxalifətin seçicilərin düşüncə və iradələri uğrunda konstruktiv, rasional, açıq siyasi rəqabətin bərabər iştirakçıları olduğu sabit partiya sisteminin təmin edilməsi; • siyasi mədəniyyətin səviyyəsini yüksəldərək, bununla bərabər kütləvi informasiya vasitələrinin siyasi çəkiş- mələrə cəlb edilməsinin səviyyəsini xeyli azaldaraq, milli məkanda təhlükəsizliyin təmin olunması; • siyasi prosesdə yeni iştirakçıların meydana çıxması üçün zəmin yaratmaq, o cümlədən demokratik müxalifətin formalaşması problemini həll etmək;
516 Ramiz Mehdiyev
Demokratiya yolunda: irs haqqında düşünərkən
• siyasi davranışın yeni qaydalarını formalaşdırmaq, yəni siyasi təşkilatların fəaliyyətində yeni ideoloji konsept- ləri üzə çıxarmaq; • siyasi təşkilatları liderlərə “bağlı” strukturlardan qarşı- larına konkret vəzifələr qoyan real siyasi orqanizmə çevirməklə, onların Azərbaycanın ictimai həyatında oynadığı rolu dəyişmək. Bütün bunlar birlikdə Azərbaycanın inqilaba – milli siyasi məkanı dəyişdirəcək və ona yeni davranış formaları, stereotiplər və iştirakçılar gətirəcək “texnokratik transfor- masiyaya” hazırlığını təmin edəcəkdir. Yəqin ki, buna illər lazım olacaqdır, lakin 2005-ci ilin parlament seçkiləri belə dəyişikliklərin əsasını qoydu. Uinston Çörçillin sözləri ilə desək, bu seçkilər “nə bütün işlərin sonu, nə də sonun başlanğıcıdır. Bu, başlanğıcın sonudur”.
517 4‐cü fəsil
Milli demokratik tranzitin dilemmaları
MİLLİ
DEMOKRATİK TRANZİTİN DİLEMMALARI
IV FƏSİL
518 Ramiz Mehdiyev
Demokratiya yolunda: irs haqqında düşünərkən
519 4‐cü fəsil
Milli demokratik tranzitin dilemmaları
Gələcək demokratiyalardan hər
hansının özündən əvvəlkilərdən birinin yolunu eynilə təkrar etməsi az ağlabatandır... Demokratiyaya nail olmaq üçün artıq mövcud olan demokratiyalardan birinin konstitusiya qanunlarını və ya
parlament praktikasını olduğu kimi təkrarlamaq deyil, öz spesifik ixtilaflarına vicdanla nəzər sala bilmək və onların həllinin səmərəli mexanizmlərini icad və ya əxz etmək bacarığı tələb olunur.
vvəlki fəsli tamamlayarkən biz müstəqil Azərbaycanın formalaşmaqda olan yeni siyasi məkanının konturlarını qısa şəkildə təsvir etmişdik. Bu məkanda başqa davra- nış formaları və stereotipləri təşəkkül edir, vətəndaş cəmiy- yəti yetişir və demokratik cəmiyyətə xas olan dəyərlərin yeni anlayış aparatı formalaşır. Müstəqillik illəri ərzində dövlətin siyasi strategiyası dəfələrlə modifikasiyaya məruz qalaraq, siyasi prosesin iştirakçılarının sosial gerçəklik haqqında müxtəlif və rəngarəng təsəvvürlərini üzə çıxarmış ictimai diskussiyalar və siyasi savaşlar üçün bir zəmin hazırlamışdır. Bəzən vətəndaş cəmiyyətləri və demokratik inkişafın səviy- yəsi bu daxili və xarici tənqidi müzakirələrin prioritet istiqa- mətləri olurdu. Lakin nəticə etibarilə ictimai proseslərin təka- Ə
520 Ramiz Mehdiyev
Demokratiya yolunda: irs haqqında düşünərkən
mülü və kütləvi süurda demokratiya barədə təsəvvürlərin güclənməsi cəmiyyətin yeni siyasi determinantlar məcrasına transformasiyasının başlanmasına səbəb olmuşdur. Ümumdünya miqyaslı inteqrasiyanın intensivləşməsi və “həddən artıq” qərbləşmiş sosial strukturlara malik yeni dün- ya nizamının formalaşması postindustrial cəmiyyətə xas olan dəyərlərin və idealların sənaye cəmiyyətlərinə labüd tranzi- tini şərtləndirmişdir. Bu cür transformasiyaların qlobal xa- rakteri sənaye cəmiyyətlərinin hətta inkişaf etməmiş iqtisa- diyyatlarında da demokratik inkişafın uğurları ilə nəticələnir. Beləliklə, aydın oldu ki, demokratiyanın özü, adətən, qəbul edildiyi kimi, iqtisadi proseslərin arxasınca deyil, qlobal in- teqrasiyanın təsiri altında irəliləyir. Pax Americana-nın do- minantlıq etdiyi yeni minilliyin mahiyyəti ondan ibarətdir ki, “15 il bundan əvvəl Berlin divarı uçurulan vaxtdan bəri de- mokratik yolla seçilmiş hakimiyyətin olduğu ölkələrin sayı artaraq 69-dan 119-a çatmışdır. “Azad ölkələr” kateqori- yasına aid edilən ölkələrin əhalisinin ümumi sayı hazırda 2,8 milyard nəfərdir. Daha 1,2 milyard nəfər insan isə “Freedom House” təşkilatının “qismən azad” hesab etdiyi ölkələrdə ya- şayır. “Azad olmayan” ölkələrə gəldikdə isə, onların bütün əhalisinin demək olar ki, 60 faizi, yaxud 2,4 milyard nəfəri bir dövlətin – Çinin payına düşür” 1 .
Monosentrik dünyanın bu xüsusiyyəti müasir beynəlxalq münasibətlərin yeni xarakterini yaratmışdır, bununla bərabər, cəmiyyətin strukturunu, fərdin özünü də dəyişdirir, onun sosial gerçəkliyə münasibətini modifikasiyaya məruz qoyur. Yeni tranzitar gerçəklik ictimai münasibətlərin başqa fonunu göstərir. Bütün bunlar fərdin psixologiyasına və şüuruna cid-
1
Democracy and its discontents. Toronto Star, Canada, 24 June 2005.
521 4‐cü fəsil
Milli demokratik tranzitin dilemmaları di təsir göstərir, onun daxili və zahiri sosial simasını dəyişir. Başqa sözlə desək, “fərdiyyətçiliyin artması və maksimum şəxsi sərbəstliyə meyil edilməsi onunla nəticələnir ki, bütün sahələrdə hakimiyyətin haqlı olması, xüsusən ciddi hakimiy- yət səlahiyyətlərinə malik olan böyük ictimai təsisatların nüfuzu şübhə altına alınır” 1 . Yeni dünya nizamı təkcə demokratiyaya münasibəti de- yil, bütövlükdə qlobal proseslərə münasibəti dəyişmişdir. Haqqında ilk dəfə ötən yüzilliyin 70-ci illərində, “effektiv- lik çempionlarının” sabit inkişafını təmin etmək üçün qitə- lərin iqtisadi və maliyyə baxımından qarşılıqlı asılılığının “təsis edilməsi” dövründə söhbət gedən fenomen XXI əs- rin əvvəllərində qeyri-qərb cəmiyyətlərinin siyasi, iqtisadi, sosial və mədəni həyat sahələrinin qərbləşməsinin qlobal layihəsi şəklində qarşıya çıxmışdır. Qərb dəyərləri və idealları ictimai və dövlət ənənələrinin ən yaxşı formaları ilə assosiasiya olunmağa başlamışdır. Ənənəvi cəmiyyət- lərə “mühafizəkarlıq” və “liberalizm” kimi anlayışlar nü- fuz etməyə başlamışdır. Vətəndaş mədəniyyətinin forması isə tədricən yeni konfiqurasiyalar kəsb etmişdir – seçki hü- ququ və ümumi rifah dövlətinin elementləri bütün Avropa- Amerika dünyasında uğurla bərqərar olmuş və kapitalizm sistemini səmərəli şəkildə inkişafa qadir etmişdir. Yeni dünya nizamı bu dəyərləri oxşar siyasi və ictimai səmtlə- rindən bir qədər uzaq düşmüş cəmiyyətlərə translyasiya et- məyə başlamışdır. Le Nouvel Ordre Mondial (Yeni Dünya Nizamı) vahid əhval-ruhiyyələrin və dəyərlərin qlobal mə- kanını yaratmaqla, davranış norma və qaydalarının vahid sivilizasiyalı sistemini təşkil etməyə başlamışdır. Məşhur sosioloq İ.Vallerstayn yazır: “1848-ci ildən 1968-ci ilə qə-
1 Ф.Фукуяма. Великий разрыв, стр.130.
522 Ramiz Mehdiyev
Demokratiya yolunda: irs haqqında düşünərkən
dər bizim yaşadığımız dünyanın geomədəniyyəti liberal konsensusa əsaslanırdı və bu, liberalların “demokratiya” anlayışını istədikləri kimi işlətməsinə və onun tərəfdarları- nın qüvvəsini tükətməsinə imkan yaradırdısa, indi biz “mərkəz üçün yer olmayan” Yits dünyasındayıq. Biz sərt seçim qarşısındayıq: ya “bərabər azadlıq”, yaxud da nə azadlıq, nə də bərabərlik” 1 . Demokratiya indi təkcə qlobal inkişafın leytmotivinə çevrilməmişdir, bunu “üçüncü demok- ratik dalğa”nın intensivliyi və nəticələri də sübut edir. De- mokratiya həm də dünyada geosiyasətin, geoiqtisadiyyatın və hətta geomədəniyyətin də mahiyyətini müəyyənləşdirir. İkinci minilliyin axırları – üçüncü minilliyin əvvəllərin- də demokratik dövlətlər zolağının genişləndirilməsinin zə- ruri olması barədə çağırışlar get-gedə ucadan səslənirdi. Üçüncü qlobal demokratikləşmənin SSRİ dağılandan on il sonra başlanmış ikinci mərhələsi postindustrial dəyərlərin avtarkiya məkanlarına çatması ilə əlamətdar olmuşdur. Nə- ticədə daxili və xarici səbəblər üzündən inkişaf etmiş iqtisa- diyyatlar məkanına transformasiya edə bilməyən cəmiyyət- lər postindustrial dəyərlərin aryerqardının təzyiqinə məruz qalmışdır. Başqa sözlə desək, iqtisadiyyatdan kənar siyasət, maddi gəlir səviyyəsindən kənar ictimai şüur inkişafdakı geriliyi sanki aradan qaldıraraq, postindustrial cəmiyyətlər üçün səciyyəvi olan yeni davranış stereotiplərini qəbul etməyə başlamışdır. Bunun əsas səbəbi həmin dəyər və normaların qlobal zorakılığı, təhsilin beynəlmiləlləşməsi və ictimai inkişaf vektorlarının bir-birini əvəz etməsi nəticə- sində qeyri-qərb cəmiyyətlərinin qərbləşməsidir. Bununla bərabər, sivilizasiyalı fenomen haqqında işlənən “yeni müs- təbidlik” sözləri həmişəkindən daha müasir səslənir.
1
523 4‐cü fəsil
Milli demokratik tranzitin dilemmaları Qeyd etmək lazımdır ki, “yeni müstəbidlik” klassik məna- da zorakılıq demək deyildir. O, insanların arzu və istəklərini boğmur, məhdudlaşdırmır. O, özü yeni arzu və istəklər for- malaşdırır, onları istiqamətləndirir və təmin edir. O, “nədən- sə azad olmaq” və “nə üçünsə azadlıq” kimi klassik kateqori- yaları aradan qaldırır: əvvələn, bir halda ki, hakimiyyət məh- dudiyyətə deyil, həvəsləndirməyə çevrilirsə, onda nədən azad olacaqsan; ikincisi, əgər hər şey verilmişdirsə və istəyin özü hakimiyyətdən irəli gəlirsə, deməli, nəyəsə can atmağın və nədənsə ötrü fəaliyyətdə qabiliyyətsiz olmağın mənası yox- dur. “Yumşaq imperativ” “yeni müstəbidliyin” formuluna çevrilir: “insanların iradəsini sarsıtmaq yox, onu yumşalt- maq, əymək və istiqamətləndirmək lazımdır”. Yeri gəlmiş- kən, bu halda bütün yeni dövrdən keçən “dövlət – cəmiyyət” dixotomiyası da öz mənasını itirir. “Cəmiyyət cəza tədbirləri görən dövlətə qarşı çıxır” və ya “ağıllı dövlət kükrəyən və ya iğtişaşın bağlandığı cəmiyyətdə asayişi saxlayır” kimi sentensiyalar “yeni müstəbidlik” fenomeninin təhlili zamanı təsir göstərmir, çünki hər iki tərəfdə eyni qüvvə dayanır. Axı, “azadlığı və müstəqilliyi” dəstəkləmək cəhdi bunların həm birincisinə, həm də ikincisinə qarşı qoyula bilər. Bununla bərabər, demokratiyanın uğurlu olub-olmaması “ictimai mənafe” və ya “ictimai rifah” barədə təsəvvürlərdən irəli gələn hansısa meyarların – milli istehsalın inkişafı, həyat səviyyəsinin yüksəlməsi, mədəni dirçəliş, dövlətin qüdrəti kimi meyarların köməyi ilə qiymətləndirilmir. Tanınmış filosof Y.Şumpeter iki başqa meyar təklif edir. • “demokratik prosesin qeyri-demokratik metodlara əl atmağa məcbur edən vəziyyətlər yaranmadan özünü uğurla göstərməyə qabil olması;
524 Ramiz Mehdiyev
Demokratiya yolunda: irs haqqında düşünərkən
• cari problemlərin öhdəsindən son nəticədə bütün mü- hüm siyasi maraqları təmin edən üsullarla gəlmək qabiliyyəti. Sonuncu meyar heç də o demək deyil ki, “demokratik prosesin” gedişində əldə edilmiş nəticələr hamı tərəfindən bəyənilməlidir. Demokratik prosesin özü “xalq hakimiyyəti” kimi deyil, xalq üzərində “siyasətçilərin hakimiyyəti”, lakin seçici səsləri uğrunda “azad rəqabət” şəraitində seçilən siya- sətçilərin hakimiyyəti kimi müəyyən edilir. Buna görə də demokratik və qeyri-demokratik idarəetmə metodlarını bir- birindən fərqləndirməyə imkan verən, məntiqi cəhətdən məq- bul olan yeganə meyar müvafiq vəzifəyə ən azı iki namizəd olması şərti ilə seçkilərin vaxtaşırı keçirilməsidir. Dövlətlərin, xüsusən postavtoritar, o cümlədən postkom- munist dövlətlərin inkişafının müasir şəraiti demokratiyanı “nümayəndəli demokratiya”, “avtoritar demokratiya”, “imi- tasiyalı demokratiya”, “elektoral demokratiya”, “qeyri-liberal demokratiya” kimi ifadələrlə 1 təsvir edən bir sıra modelləri üzə çıxarır. Son dövrlərdə “suveren demokratiya” modeli və sair də təklif edilir. Bu cür təsvirləri birləşdirən ümumi cəhət ondan ibarətdir ki, demokratik fasad hakimiyyətin bölgüsünü və yenidən təşkilini sabitləşdirməyə meyil edən elit-oli- qarxiya tipini göstərir. Bütün bu proseslər intellektual birliyin böyük marağına səbəb olur ki, bu da, şübhəsiz, transformasiya cəmiyyətləri- nin inkişaf yolları və perspektivlərinin daha geniş təhlili üçün əlverişli zəmin yaradır. Bu baxımdan nəzərdə tutulan transformasiyaların əsası kimi, tranzitar cəmiyyətlərin daxili tərkib hissəsi daha çox diqqət yetirilməyə layiqdir. Maraq
1
525 4‐cü fəsil
Milli demokratik tranzitin dilemmaları doğuran təkcə inkişafın yolları və metodları deyil, həm də bu və ya digər məkanın səmərəli inkişafının təmin olunması üçün istifadə edilən mümkün ssenarilərdir. Bununla bərabər, əgər eyni fenomenlərə bir çox ölkələrdə rast gəliriksə, bir ölkə üçün səciyyəvi olan izahatları kənara qoymaq olar. Lakin sənayeləşmiş ölkələrin böyük bir qrupunda sosial göstəricilərin çoxunun təxminən eyni vaxtda dəyişməyə başlaması faktı təhlil məsələsini bir qədər sadələşdirir, daha yüksək səviyyəli ümumiləşdirmələrə və analogiyalara mü- raciətə gətirib çıxarır. Dünya məkanında müşahidə etdiyimiz qlobal dəyişikliklər yeni siyasi dəyərlərin və davranış qaydalarının assimilyasi- yası fonunda milli siyasi məkanın inkişaf perspektivlərinin öyrənilməsi üçün hər cür əsas verir. Yeni dünya nizamı, qərbləşmə, qloballaşma, postmodern, postindustrializm leksi- konumuzda adi hala çevrilmişdir, hərçənd, bu təriflərin milli inkişaf strategiyasının ictimai-siyasi tərkib cəhətinə təsirinin real mahiyyəti barədə nadir hallarda fikirləşirik.
Müasir milli siyasi struktur ötən əsrin 80-ci illərinin axırları – 90-cı illərin əvvəllərində bütün postkommunist məkanını bürümüş protestlərin nəticəsidir. SSRİ dağılandan bəri ötən iyirmi ildə postsovet respublikalarının keçdiyi yol “Üçüncü demokratik dalğa”nın başlanması ilə Cənubi Avropa və Latın Amerikası demokratiyalarının inkişafına bənzəyir. Belə ki, Cənubi Avropa və Latın Amerikasında avtoritar rejimlərin demokratikləşməsinin uğurlu olduğu əksər hallarda təşəbbüs yuxarıdan – dəyişikliklərin tərəf- darları olan islahatçılara və transformasiyaların əleyhinə
526 Ramiz Mehdiyev
Demokratiya yolunda: irs haqqında düşünərkən
çıxan mühafizəkarlara parçalanmış hakim elitadan gəlirdi. Ciddi desək, islahatlar rejimin birbaşa demokratikləşməsin- dən deyil, onun liberallaşdırılmasından, özünəməxsus bir şə- kildə “dekompressiyası” və ya “zəifləməsi” mərhələsindən başlanırdı. Həqiqi və institusional zəminə malik demokratik- ləşmədən fərqli olaraq, bu liberallaşma, demək olar ki, bü- tünlüklə yuxarıların nəzarətində idi və onlar istənilən anda bu Download 5.08 Mb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling