Ramiz Mehdiyev demokratiya yolunda: irs haqqında düşünərkən
Biz hansı istiqamətdə hərəkət etməliyik
Download 5.08 Mb. Pdf ko'rish
|
Biz hansı istiqamətdə hərəkət etməliyik
Bizə belə gəlir ki, yuxarıda qeyd etdiyimiz qlobal trans- formasiyalar fonunda Azərbaycanın milli siyasəti zamanın sınağından çıxmış, dünya ölkələri birliyində onun nüfuzunun artmasına xidmət edən prinsiplər əsasında qurulmalıdır. Yuxarıda deyildiyi kimi, qloballaşmanın öz yerini xeyli dərəcədə regionallaşmaya verməyə başlaması müasir dövrün səciyyəvi cəhətinə çevrilir, regionallaşma yeni geostrateji it- tifaqların və blokların formalaşması üçün zəmin yaradır. Bu- rada söhbət ondan gedir ki, dünya siyasətində “atlantizm”dən geri çəkilməyə şərait yaradacaq iqtisadi və siyasi birliklərin yaranması meyli getdikcə daha aşkar görünür. Bu baxımdan, zəngin təbii ehtiyatlara malik olan və Cənubi Qafqazda ən əlverişli geosiyasi mövqedə yerləşən bir ölkə kimi Azərbay- can həm Avropa, həm də Asiya üçün maraq doğurur. Buna görə də hər hansı böyük dövlətin regionda dominantlıq et- məyə cəhd göstərməsi regional təhlükəsizliyə, sabitliyə, milli
674 Ramiz Mehdiyev
Demokratiya yolunda: irs haqqında düşünərkən
tərəqqiyə nail olmaq və Cənubi Qafqazda münaqişələri yum- şaltmaq mövqeyindən qiymətləndirilməlidir. Avropaya inteqrasiyanı genişləndirmək siyasəti yürüdən Azərbaycanın Avratlantik məkanı ilə sıx əməkdaşlığı milli xarici siyasətin özəyi olaraq qalır. Bununla bərabər, Avropa İttifaqının “yeni qonşuluq siyasəti” Aİ çərçivəsində strateji qarşılıqlı münasibətlər yaradılmasının mühüm perspektiv ele- menti kimi çıxış edir. Eyni zamanda, unutmaq olmaz ki, Azərbaycan mühüm nəqliyyat kanalı və energetika resursları deməkdir, enerji daşıyıcılarından istifadə etmək imkanı isə yeni yaradılan geostrateji üçbucaqların və ittifaqların əsas qayğısına, bəlkə də, onların rəqabət elementinə çevrilə bilər. Azərbaycan Prezidenti İlham Əliyev bununla əlaqədar de- mişdir: “İndi Avropa İttifaqının sərhədləri bizim regionumu- za daha da yaxınlaşır. Azərbaycan Avropa İttifaqının “Yeni qonşuluq siyasəti”nə daxil edilibdir. Ona görə də bizim regionumuzda əsas götürüləcək meyarlar Avropa İttifaqında mövcud olan meyarlara çox bənzər olacaqdır. Azərbaycan ilə Avropa İttifaqı arasında çox güclü enerji dialoqu aparılmaq- dadır. Bizim nəqliyyat imkanlarımız, istismara verilmiş boru kəmərləri regionda tamamilə yeni bir vəziyyət yaradır. Xəzər regionunun dünya üçün enerji təchizatı məsələsində oynadığı rol get-gedə daha da artacaqdır” 1 .
bal proseslərdə Avropa istehlakçı kimi çıxış edəcəkdir. De- məli, regional məsələlərlə əlaqədar Avropa ilə daim intensiv dialoqlar aparılmalıdır. Üstəlik, “sovet təhlükəsi” keçmişdə qalması ilə ABŞ-la Avropa arasında dünyaya münasibətin sə- viyyəsində siyasi-fəlsəfi fikir ayrılıqları və fərqlər bir sıra
1 Azərbaycan Prezidenti İlham Əliyevin Bled şəhərində “CASPIAN OUTLOOK-2008” strateji forumunda nitqindən. 30.08.2006. AzərTAc.
675 4‐cü fəsil
Milli demokratik tranzitin dilemmaları məsələlərdə – (Nüvə sınaqlarının tamamilə qadağan edilməsi haqqında müqavilə, Bioloji konvensiyanın verifikasiya me- xanizminin yaradılması, Kioto protokolu, Beynəlxalq cinayət məhkəməsi, ölüm cəzası və s. öz ifadəsini tapır), – iqtisadi inkişafın sərt anqlsaks modeli ilə kontinental Avropanın so- sialyönümlü siyasəti arasında fərqlər üzə çıxmışdır. Bu fakt “soyuq müharibə” başa çatandan sonra beynəlxalq münasi- bətlərin “buzunun əriməsinin” çoxsaylı nəticələrindən birini təsdiq edir. Müasir dünyada iqtisadi plüralizmlə yanaşı, siyasi və mə- dəni plüralizm də genişlənməkdədir. Beynəlxalq sistemdə yaranmaqda olan çoxqütblülüyün, daha dəqiq desək, çoxöl- çülülüyün nəticələri birmənalı olmur. O cümlədən, müxtəlif dəyərlər sistemi və siyasi mədəniyyətlər heç də həmişə, necə deyərlər, dinc yanaşı mövcud olmur. Bu baxımdan, xüsusən, İslam Konfransı Təşkilatının güclənməsi ilə əlaqədar, islam dünyası ilə intensiv dialoq aparılması zəruridir. Azərbaycan həm ölkənin müsəlman əhalisinin çoxluq təşkil etməsini, həm də bütövlükdə islam dünyasının əhəmiyyətinin artması- nı nəzərə alaraq, bu təşkilatın fəaliyyəti çərçivəsində öz əla- qələrini genişləndirməlidir. Başa düşməliyik ki, islam aləmi ilə qarşılıqlı əlaqələr təkcə mədəni və tarixi ümumiliyi deyil, həm də ərazi hüdudlarından kənarda qüvvədə olan qanunları pozmadan, müasir dövrdə elmi-texniki sahədə baş verən də- rin dəyişikliklərin maddi sivilizasiyasının xüsusiyyətlərinə özünəməxsus bir tərzdə uyğunlaşma cəhdlərini boğmadan və onlara təzyiq göstərmədən modernləşmənin mümkünlüyünü ifadə edir. İslam Konfransı Təşkilatı çərçivəsində fəaliyyətin geniş- ləndirilməsi baxımından, Azərbaycan Qərb və Şərq mədəniy- yətlərini birləşdirən körpü kimi çıxış edə, beləliklə, sivilizasi-
676 Ramiz Mehdiyev
Demokratiya yolunda: irs haqqında düşünərkən
yaların dialoqunu yarada bilər. Geosiyasi mövqeyi, tarixi xü- susiyyətləri və ənənələri nəzərə alınmaqla, məhz Azərbaycan belə bir sosial-mədəni layihənin bazisi kimi çıxış etməyə qadirdir. Bu qəbildən olan təşəbbüslər Azərbaycan Prezidenti İlham Əliyevin islamofobiya meyillərinə qarşı birlikdə mü- barizə aparmaq təklifi ilə səsləşir. “Biz indi sivilizasiyalar arasında dialoq haqqında çox danışırıq, amma əslində, real həyatda bunun əksini görürük. Onu görürük ki, müxtəlif öl- kələrdə dini zəmində ayrı-seçkilik halları artır, islam dininə mənsub olan insanlara münasibət bəzi hallarda lazımi sə- viyyədə deyil və bu dini ayrı-seçkiliyə heç cür yol verə bil- mərik. İndi biz qloballaşmadan söhbət açırıq, sivilizasiyalar arasında dialoqdan söhbət açırıq, demokratik dəyərlərə daha da sürətlə yiyələnirik. Belə olan halda, biz hər hansı zəmində – dini, yaxud da ki, milli zəmində ayrı-seçkiliyin olması, ya- xud da hansısa dinin nümayəndələrinə mənfi münasibət gös- tərilməsi ilə heç cür barışa bilmərik. Mən əminəm ki, İslam Konfransı Təşkilatı ölkələrinin birgə səyləri nəticəsində biz bütün bu məsələlərə dair öz mövqeyimizi bildirəcək, öz sözümüzü deyəcəyik. Ümid edirəm ki, birgə fəaliyyətimiz, müştərək işimiz bizi narahat edən bütün məsələlərə aydınlıq gətirəcək və onların qarşısı alınacaqdır” 1 . Azərbaycan mühüm geoiqtisadi məkandır və bunun ak- tuallığı təkcə külli miqdarda neft və qaz ehtiyatlarının olma- sında, respublikamızdan keçən nəqliyyat arteriyalarında de- yil, həm də Şərqi Avropa ölkələri ilə sıx iqtisadi əlaqələr qu- rulmasına imkan yaradacaq mühüm boru kəmərlərinin (Odessa-Brodı, Konstansa-Triyest) mövcudluğu və perspek- tivdə yeni boru kəmərlərinin çəkilməsi ilə şərtlənmişdir. Bu,
1 İslam Konfransı Təşkilatının (İKT) üzvü olan ölkələrin Xarici İşlər Nazirləri Şurasının 33-cü sessiyası. Bakı, 20.06.2006, AzərTAc.
677 4‐cü fəsil
Milli demokratik tranzitin dilemmaları XXI əsrin əvvəlində dünyada təhlükəsizlik arxitekturasının formalaşmasında Azərbaycanın iştirakı üçün təməl yaradır, çünki sirr deyil ki, enerji ehtiyatlarına malik olmaq dövləti- mizin öz xarici siyasətinin həyata keçirilməsi üçün ona əlavə dividendlər verir. XXI əsr geoiqtisadiyyatında Azərbaycanın iştirakının əsas seqmenti tədricən qloballaşma proseslərinə qoşulmaq və bu yolla milli iqtisadiyyatı təkmilləşdirməkdir. Eyni zamanda, bu cür layihələr Qazaxıstanın, perspektivdə isə, ola bilsin ki, Türkmənistanın da nefti və qazının Avropa bazarına çıxarılması üçün aktualdır. Bu isə qiymətlərin və qıtlığın yüksək olduğu bir dövrdə Xəzər regionunu karbohid- rogenlərin mühüm ixracçısına çevirəcəkdir. Regional baxımdan Azərbaycan özünün siyasi və iqtisadi lider mövqeyini təmin etmişdir. Qarşıdakı illər üçün əsas məqsəd bu mövqeləri daha da təkmilləşdirməklə, Qarabağ münaqişəsinin ədalətli həllinə nail olmaqdır. Azərbaycan siyasi sabitlik yaranmış ölkədir, iqtisadi göstəricilərə görə isə respublika dünyada lider mövqeyi tutur. Ekspertlərin hesab- lamalarına görə, “Azəri-Çıraq-Günəşli” yataqlarından çı- xarılan neftin Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri ilə nəql edilməsinin başlanması 2009-cu ildə dövlət büdcəsinə əlavə 5,6 milyard ABŞ dolları (neftin bir barrelinin qiyməti 50 ABŞ dolları götürüldükdə), 2010-cu ildə isə 11,8 milyard dollar gəlir gətirəcəkdir. Rəqabət Qabiliyyətinin Öyrənilməsi üzrə Beynəlxalq Mərkəzin məlumatlarına görə, Azərbaycan 120 ölkə arasında 64-cü yerdədir. Həmin siyahıda Rusiya 62- ci, Gürcüstan 84-cü, Ermənistan isə 86-cı yerdədir. ABŞ senatoru R.Luqarın təbirincə desək, Azərbaycan siyasi baxımdan “məsul demokratiya” yaratmağa müvəffəq olmuşdur, bu isə ölkəmizdə dövlətçiliyin sabit və səmərəli inkişafına kömək edir.
678 Ramiz Mehdiyev
Demokratiya yolunda: irs haqqında düşünərkən
Şübhə yoxdur ki, ABŞ ilə qarşılıqlı münasibətlər Azər- baycanın milli xarici siyasətinin prioritet istiqamətidir və bu münasibətlər milli mənafelər nəzərə alınmaqla yeni məzmun- la dolğunlaşmalıdır. Ölkələrimiz arasında yaranmış müttəfiq- lik münasibətləri və strateji tərəfdaşlıq bundan sonra da Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə, regional siyasətin mühüm subyekti kimi dünya səhnəsinə çıxmasına kömək etməlidir. Bu qarşılıqlı münasibətlər XXI əsrin yeni təhdidlərinə qarşı birgə mübarizə aparmaq səylərimizi və cari yüzilliyin təhlükəsizlik arxitekturasının formalaşmasında Azərbaycanın fəal iştirak etmək arzusunu əks etdirir. Bunun- la yanaşı, Azərbaycan demokratik inkişaf, seçki prosesləri, vətəndaş cəmiyyətinin, müstəqil mass-medianın formala- şması, silahlı qüvvələrin təkmilləşdirilməsi məsələlərində ABŞ-la sıx əməkdaşlıq edir. Həmin məsələlərin bütün komp- leksi xarici siyasətin çoxvektorluluğunu qoruyub saxlamaqla ölkəmizin Avratlantik məkana inteqrasiya xəttinin ifadəsidir. Bu o deməkdir ki, hər bir vektor özlüyündə bizdən ötrü qiy- mətlidir. Bəzi tərəfdaşlarla əməkdaşlığın başqalarına qarşı fəallaşdırılması “müasir aləmdə beynəlxalq münasibətlərin təbiətinə artıq uyğun gəlməyən “Böyük oyun” geosiyasət məcrasında həyata keçirilən cılız davranış xətti olardı” 1 . Azərbaycan beynəlxalq və regional təşkilatlarda fəal siyasəti bundan sonra da davam etdirməlidir. Prezident İlham Əliyev bu sahədə strateji istiqaməti mahiyyət etibarilə belə ifadə etmişdir: “Azərbaycan regional əməkdaşlıq məsələ- lərində iştirakına özünün xarici siyasətinin çox mühüm elementi kimi baxır”. Hərbi-siyasi sahədə Azərbaycan həm NATO çərçivəsində, həm də İraqda koalisiya qüvvələrinin
1 С.Лавров. Подъем Азии и восточный вектор внешней политики России, журнал “Россия в глобальной политике”, 2006, №2, март-апрель.
679 4‐cü fəsil
Milli demokratik tranzitin dilemmaları tərkibində sülhyaratma əməliyyatlarında fəal iştirak edir. Eyni zamanda, Azərbaycan GUAM-ın (Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilatın) üzvü olan ölkələrdə siyasi və enerji təhlükəsizliyinin təmin edilməsinin mühüm elementi kimi, bu təşkilatın formalaşmasına xüsusi diqqət yetirir. Bəzi dövlətlərin GUAM-a münasibətinin mənfi demirik, kifayət qədər ziddiyyətli olmasına baxmayaraq, bu təşkilat MDB-də praqmatizmin olmamasının və Cənubi Qafqaz ərazisində et- nik-siyasi münaqişələrin həllində Rusiyanın qeyri-adekvat mövqe tutmasının təbii nəticəsidir. Ona görə də GUAM çərçi- vəsində əməkdaşlığın genişləndirilməsi, bu təşkilatın və onun fəaliyyət formatının təkmilləşdirilməsi Azərbaycanın perspek- tiv vəzifəsidir. Prezident İlham Əliyev GUAM üzvü olan ölkə- lərin dövlət başçılarının zirvə toplantısında demişdir: “İndiki mərhələ GUAM-ın bütün atributları, fəaliyyət mexanizmi olan səmərəli beynəlxalq təşkilata çevrilməsi mərhələsidir” 1 . Re- gionallaşma məsələsində GUAM-ın beynəlxalq münasibətlər və siyasət, yeni perspektivli nəqliyyat arteriyalarının inkişaf strategiyasının işlənib hazırlanması, təşkilatın üzvü olan ölkələrin kollektiv təhlükəsizliyinin təmin edilməsi, münaqişə- lərin həlli, eləcə də XXI əsr üçün yeni təhlükəsizlik arxitektu- rasının formalaşmasına kömək məsələlərində ümumi yanaş- maların təmin edilməsi məqsədi daşıyan yetərli hərbi-siyasi və iqtisadi struktura çevrilməsi üçün çox geniş imkanlar vardır. Milli xarici siyasətin prioritetlərini reallaşdırarkən Rusiya- nın xüsusi rolunu görmək və bundan sonra da onu fərqlən- dirmək zəruridir. Rusiya dünya siyasətinin mühüm aktoru ol- maqla bərabər, həm də Azərbaycanın çox mühüm geosiyasi və geoiqtisadi qonşusudur, Azərbaycanla onu möhkəm tarixi və mədəni tellər bağlayır.
1 AzərTAc, 23.05.2006.
680 Ramiz Mehdiyev
Demokratiya yolunda: irs haqqında düşünərkən
Prezident İlham Əliyevin Rusiya ilə əməkdaşlığı və qarşı- lıqlı münasibətləri möhkəmlətmək siyasəti, iki ölkə prezi- dentlərinin dostluğu və sıx əlaqələri zamanın sınağından çıx- mışdır və tarazlaşdırılmış, çoxvektorlu siyasətin əsaslılığının əyani təsdiqidir. Rusiya ilə bərabərhüquqlu və bərabər, sabit münasibətlərin olmasını tarixin özü irəlicədən müəyyən et- mişdir. Bunu başa düşmək çox vacibdir. Bir neçə geoiqtisadi və geostrateji üçbucaq və blokdan ibarət olan çoxmərkəzli dünya nizamı qurulması imkanları inkişaf etdikcə, Sakit Okean-Asiya regionunda da Rusiyanın təsirinin əhəmiyyəti artacaqdır. Prezident İlham Əliyev Asi- yada Qarşılıqlı Fəaliyyətə və Etimad Tədbirlərinə dair Müşa- virənin (AQFETM) II sammitində qeyd etmişdir ki, “gələ- cəkdə Asiya regionunda əməkdaşlıq genişlənəcək, inkişaf edəcək, ölkələrimizin həm iqtisadi potensialı, həm də qarşı- lıqlı siyasi fəaliyyəti buna təkan verəcəkdir. Biz öz tərəfimiz- dən, bütün regional layihələrə fəal qoşulmağa hazırıq və bunlarda iştirak etmək niyyətindəyik” 1 . Asiya müxtəlif böhran hallarına qarşı yüksək davamlılıq nümayiş etdirir. İqtisadi artım təkcə satış bazarlarına çıxma- ğa, həm də get-gedə daha geniş miqyasda müasir texnologi- yalara və enerji resurslarına nail olmağa tələbatın artmasına səbəb olur. Asiyada çoxtərəfli və ikitərəfli qarşılıqlı əlaqə- lərdə enerji təhlükəsizliyi probleminin get-gedə aktual- laşacağını gözləmək olar. İnteqrasiya proseslərinin sürətlə inkişaf etməsi müasir Asiyanın fərqləndirici cəhətidir. Re- gionda fəaliyyət göstərən çoxtərəfli birliklərin sayının və fəallığının artması çoxtərəflilik və kollektiv qərarlar qəbul edilməsi meylinin parlaq ifadəsidir. ASİŞ, ASEAN, ŞƏT ki-
1
681 4‐cü fəsil
Milli demokratik tranzitin dilemmaları mi nüfuzlu qurumların fəaliyyəti buna misal ola bilər. Ümu- miyyətlə, Asiyada ondan artıq bu cür birlik vardır. Eyni zamanda, dünya siyasətində Avrasiyanın yerinə mü- nasibətin heç də birmənalı olmaması göz qabağındadır. Bu baxımdan, Rusiyanın xarici işlər naziri S.Lavrovun sözləri diqqəti cəlb edir: “Asiyanın dirçəlişi qloballaşmanın məhsu- ludur, o, artım və nüfuz resurslarının dünyada daha bərabər şəkildə bölünməsinə imkan yaradır. Qərb dəyərləri və Qərb həyat tərzi üçün heç bir təhdid yoxdur. Sadəcə olaraq, indi rəqabət mühiti yaranır və cəmiyyətin inkişafında dəyər oriyentirləri məsələsinə gəldikdə... amerikalılar öz qüvvə- lərinə inanırlar, buna görə də onların qorxmalı olduğu bir şey yoxdur, heç kim onları başqa allahlara səcdəyə məcbur etmə- yəcəkdir. Lakin ABŞ özü də öz oyun qaydalarını və hamı üçün ümumi olan dəyərlər barədə öz interpretasiyasını başqalarına zorla qəbul etdirməməlidir. Con Kennedi etiraf edirdi ki, Amerika “hər şeyə qadir deyil və hər şeyi bilmir”, buna görə də “dünyanın bütün problemlərinin Amerika həlli ola bilməz” 1 . Zəngin istehsal-texnoloji, elmi və təhsil potensialına ma- lik olan Rusiya həm qlobal, həm də regional iqtisadi proses- lərdən kənarda qala bilməz. Buna görə də MDB çərçivəsində qarşılıqlı münasibətləri ayıq iqtisadi təfəkkürlə qurmaq la- zımdır ki, bu münasibətlər yaşarı və səmərəli olsun. MDB çərçivəsində qarşılıqlı əməkdaşlıq keçmişin irsindən tama- milə uzaqlaşmaqla, “soyuq müharibə” dövrü başa çatandan sonra qloballaşmaqda olan dünya üçün ümumi birləşdirici başlanğıc olmuş həmrəyliyin, daha dəqiq desək, ictimai inki- şafın fundamental əsasları olan demokratiyanın və bazarın
1 Rusiya xarici işlər nazirinin Beynəlxalq münasibətlər üzrə şurada “Rusiya və ABŞ: keçmişlə gələcək arasında” mövzusunda çıxışı. Los- Anceles, 25 sentyabr 2006-cı il.
682 Ramiz Mehdiyev
Demokratiya yolunda: irs haqqında düşünərkən
alternativinin olmaması barədə həmrəyliyin məntiqinə uyğun şəkildə həyata keçirilməlidir. Əlbəttə, bu şərtlə ki, müvafiq dəyişikliklərin həyata keçirilməsinin sürəti və formaları ay- rılıqda götürülmüş hər bir ölkənin konkret şəraitinin funksi- yası olmalıdır. Azərbaycanın azadlıq və hadisələrə, o cüm- lədən beynəlxalq məsələlərə geniş nəzərlə baxmaq hüququ əldə etdiyi vaxtdan 15 ildən çox keçir. Ona görə də əsla təəc- cüblü deyil ki, dostlar və müttəfiqlər seçərkən təkcə köhnə dostluğa və ya tarixi qarşılıqlı əlaqələrə deyil, yalnız milli mənafelərə əsaslanmaq lazımdır. Azərbaycan cəmiyyətinin davamlı milli inkişafının təmin edilməsi üçün milli siyasi məkanın postindustrial dövrü də- yərləri məcrasına transformasiya edilməsinə ehtiyac var. Məhz yeni davranış stereotiplərinin mövcud olması siviliza- siyalı siyasi rəqabəti və ikipartiyalı sistem modelinə (Ame- rika sistemi) keçidi formalaşdıra bilər. Bununla bərabər, müasir dövr “suveren demokratiyanın” bərqərar olmasını tələb edir. Aİ liderləri də bəyan etmişlər ki, Avropa “suveren demokratiyalar” ittifaqına çevrilməlidir. ABŞ-ın vitse-prezi- denti D.Çeyni də özünün “Vilnüs nitqi”ndə Qara dəniz-Bal- tik regionunda “suveren demokratiyalar” birliyi yaradılması- nın vacibliyini bildirmişdir. Azərbaycan dövlət və cəmiyyə- tin quruluş forması kimi demokratiyanı qəti şəkildə seçmiş- dir. Buna görə də daşıyıcısı Azərbaycan xalqı olan suverenlik bizim daxili və xarici siyasətimizi müstəqil şəkildə, kənardan müdaxilə olmadan həyata keçirmək imkanını təmin etmə- lidir. Azərbaycan üçün bu cür müstəqillik başlıca məsələdir və bunu əsas götürərək həm ölkə daxilində, həm də beynəl- xalq aləmdə fəaliyyəti davam etdirmək zəruridir. Sərt beynəlxalq rəqabət şəraitində respublikanın iqtisadi inkişafı, əsasən, onun elmi-texnoloji üstünlükləri ilə müəy-
683 4‐cü fəsil
Milli demokratik tranzitin dilemmaları yən edilməlidir. Azərbaycanın informasiya-kommunikasiya texnologiyaları sahəsində regional lider mövqelərinin möh- kəmlənməsi üçün perspektiv imkanlar açılmışdır. Prezident İlham Əliyev demişdir: “Bu, iqtisadi potensialın möhkəmlən- məsi üçün çox önəmli amildir. Bu, insanların maariflən- dirilməsi, bilik səviyyəsinin qaldırılması üçün, təhsil sistemi- nin təkmilləşməsi üçün çox önəmli məsələdir. Yəni, infor- masiya-kommunikasiya texnologiyaları sahəsinin ölkəyə təsiri çox genişdir. Əgər biz bunun hamısını nəzərdən keçir- sək görərik ki, Azərbaycan bu sahədə uğur qazana bilsə, bu, ölkəmizin inkişafına çox müsbət təsir göstərəcəkdir” 1 .
Bizim sənaye və iqtisadiyyatımız sovet hakimiyyəti illə- rində qurulmuşdur. Müəssisələr köhnəlmişdir, onların burax- dığı məhsullar özünün texniki və estetik göstəricilərinə görə Qərbdən idxal edilən məhsullardan geri qalır. Əvvəlki zavod və fabriklər, demək olar ki, bütünlüklə yeni avadanlıq və mütərəqqi texnologiyalarla təchiz edilməlidir. Etiraf etmək lazmıdır ki, son illərdə bu sahədə vəziyyəti dəyişmək üçün çoxsaylı sənaye layihələri həyata keçirilmişdir. Maliyyə sa- bitliyini pozmadan istehsal strukturuna və innovasiyaların inkişafına sərmayə qoyuluşunun artırılmasının təşviq edil- məsinə dair radikal tədbirlər görülmüşdür. Lakin dünyada gedən iqtisadi rəqabət sənaye istehsalı sahəsinin daim təkmil- ləşdirilməsini tələb edir. Azərbaycanın qarşısında elm sahə- sinin modernləşdirilməsi, elmi müəssisələrin strukturunda islahat aparılması, elmi araşdırmalarda öncül istiqamətlərin müəyyən edilməsi, eləcə də ölkənin iqtisadi və texnoloji ba- xımdan sürətli inkişafını təmin etməyə qadir olan intellektual elita üçün əlverişli şərait yaratmaq kimi ciddi məsələ durur.
1 “Bakutel–2006” XII beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi-konfransının açılışı. Bakı, 04.10.2006, AzərTAc.
684 Ramiz Mehdiyev
Demokratiya yolunda: irs haqqında düşünərkən
Biz beynəlxalq əmək bölgüsündə fəal və səmərəli iştirak etməliyik. Bu, dünya iqtisadiyyatına inteqrasiyadan hərtərəfli faydalanmağa imkan verəcəkdir. Bu məqsədlə Azərbaycan, əlbəttə, ölkənin iqtisadi maraqlarını əsas tutmaqla, Dünya Ticarət Təşkilatına daxil olmaq məsələsinə dair danışıqları davam etdirməlidir. Azərbaycanın gələcəyi rəqabətə davamlı təhsil sistemin- dən asılıdır. Əks halda, biz təhsilin keyfiyyətinin müasir tə- ləblərdən qalması kimi real təhlükə ilə üzləşə bilərik. Təh- silin səviyyəsini əhəmiyyətli dərəcədə yüksəltmək üçün biz çoxsaylı innovasiya proqramlarını həyata keçirməliyik. 1999-cu il iyunun 15-də Azərbaycan Prezidenti Heydər Əliyevin Sərəncamı ilə Təhsil sistemində islahat proqramı təsdiq edilmişdir. Mahiyyət etibarilə bu proqram təhsilin inkişafının konsepsiyası və strategiyasıdır. Prezident İlham Əliyev böyük sürətlə inkişaf etməkdə olan ölkə üçün yüksək ixtisaslı müasir mütəxəssislər hazırlanması məsələ- sini milli siyasətin ən mühüm istiqaməti kimi müəyyən etmişdir. Bu baxımdan da o, 2006-cı il oktyabrın 19-da mü- vafiq Sərəncam imzalamışdır. Həmin Sərəncama əsasən, Təhsil Nazirliyinə və digər müvafiq qurumlara Azərbaycan gənclərinin Qərbin ən yaxşı ali məktəblərində təhsil almala- rına dair Dövlət proqramını hazırlayıb Prezidentə təqdim etmək tapşırılmışdır. Sərəncamda nəzərdə tutulur ki, həmin gənclər gələcəkdə Azərbaycanın hərtərəfli inkişafı üçün güclü potensiala çevrilməlidir. Ötən əsrin 70-80-ci illərinin oxşar təcrübəsi Azərbaycanın sosial-iqtisadi, təsərrüfat və mədəniyyət sahələrində kəskin sıçrayışını və respublikanın SSRİ-də qabaqcıl mövqelərə çıxmasını təmin edən əsas mənbələrdən biri idi. Həm keçmişdən miras qalmış baza, həm də indinin özündə xaricdə oxuyan mütəxəssislər nəzərə
685 4‐cü fəsil
Milli demokratik tranzitin dilemmaları alınmaqla, regional kontekstdə təhsilin keyfiyyətinə və səviy- yəsinə görə Azərbaycanın liderə çevrilmək imkanı vardır. Azərbaycanın ictimai inkişafı milli tarixə, milli ənənələrə, mədəniyyətə və dinə əsaslanır. Bu xüsusiyyətlərin hər biri Azərbaycan cəmiyyətinin milli identikliyini formalaşdırır. Transformasiya cəmiyyətlərində Üçüncü dalğanın təşəkkül etdiyi və “intellektual müharibə”nin aktuallaşdığı dövrdə, yəni perspektivin layihələşdirilməsinin uzunmüddətli analitik tədqiqatlar vasitəsilə həyata keçirildiyi, qərbləşmənin indən belə sosiomədəni məkan üzərinə qlobal hücumun yalnız cüzi bir hissəsi olduğu, regionallaşmanın isə XXI əsrin yeni xarakteristikası kimi qarşıya çıxdığı bir şəraitdə siyasi- iqtisadi inteqrasiya şərtilə milli bənzərsizliyin və identikliyin qorunub saxlanması qeyri-adi dərəcədə vacibdir. Lakin so- siomədəni məkanın kənar təsirlərdən müəyyən mənada təcrid olunması şəraitini saxlamaqla, siyasəti və iqtisadiyyatı inteq- rasiya etmək mümkün olacaqmı? Təbii ki, informasiya tex- nologiyaları əsrində, internetin və televiziyanın təsirinin ən qədim dövrlərdən bəri mümkün olan bütün təsirlərdən üstün olduğu bir vaxtda milli mədəniyyətin xüsusiyyətlərini və ənənələri bütünlüklə qoruyub saxlamaqdan danışmaq müm- kün deyildir. İnformasiya mübadiləsi üçün vahid məkan yaradılması baxımından bəşəriyyət heç vaxt indiki dərəcədə inteqrasiya etməmişdir. Bu, informasiya axınını cəmi bir ne- çə saniyədə planetin bir nöqtəsindən başqa nöqtəsinə çatdır- mağa imkan verir. Bəşəriyyət bu sahədə daha irəli getmişdir – informasiya Qalaktikada yeni kəşflər axtarışında səyahət edən peyklərə də bir dəqiqə ərzində çatır. Belə olan halda, qlobal informatika dövründə bənzərsizliyi necə və nə dərəcədə qoruyub saxlamaq mümkündür? Yaponiya modeli nadirdir və yapon cəmiyyətinin dərin daxili əsaslarına söykə-
686 Ramiz Mehdiyev
Demokratiya yolunda: irs haqqında düşünərkən
nərək, inteqrasiya olunmanın yalnız üst qatını nümayiş et- dirir. Bəs başqa cəmiyyətlər nə etməlidir? Azərbaycan cə- miyyəti elə daxili dəyərlər kompleksi yaratmalıdır ki, onlar sabit və inteqrasiyaya, yerdəyişməyə, diffuziyaya və trans- formasiyaya məruz qalmayan dəyərlər hesab edilsin. Türki- yədə Osmanlı mədəniyyətinə, Osmanlı ənənələrinə və tarixi- nə inam sabit olduğu kimi, bizim milli identikliyimiz də məhz Azərbaycanın milli tarixindən, mədəniyyətindən və dinindən qaynaqlanmalıdır. Bu üç tərkib hissə azərbaycan- çılığın mahiyyətini təşkil edir. Azərbaycançılıq ideyası Azər- baycan cəmiyyətinin daxili və zahiri simasının yaradılmasın- dan, onun nadirliyinin “qoruyucu təbəqə”sinin və cəmiyyət üzvlərinin fərdiliyinin təmin edilməsindən ibarətdir.
687 Sözardı əvəzi
SÖZARDI ƏVƏZİ
688 Ramiz Mehdiyev
Demokratiya yolunda: irs haqqında düşünərkən
|
ma'muriyatiga murojaat qiling