Ramiz Mehdiyev demokratiya yolunda: irs haqqında düşünərkən


§ ÖZ YOLUMUZU MÜƏYYƏNLƏŞDİRƏRKƏN


Download 5.08 Mb.
Pdf ko'rish
bet36/41
Sana15.09.2017
Hajmi5.08 Mb.
#15717
1   ...   33   34   35   36   37   38   39   40   41
§ ÖZ YOLUMUZU MÜƏYYƏNLƏŞDİRƏRKƏN 

 

 



Dövrü və ya milləti anlamaq üçün biz onun 

fəlsəfəsini  anlamalıyıq,  onun  fəlsəfəsini  anla‐

maq  üçün  isə  biz  özümüz  müəyyən  qədər  fi‐

losof  olmalıyıq.  Burada  qarşılıqlı  asılılıq  özünü 

aydın göstərir: insanların həyat şəraiti xeyli də‐

rəcədə  onların  fəlsəfəsini  müəyyən  edir,  lakin 

həm  də  əksinə,  onların  fəlsəfəsi  xeyli  dərəcədə 

həmin şəraiti müəyyənləşdirir

1



 



Bertran Rassel 

 

 

Üçüncü minilliyin əvvəli göstərdi ki, qeyri-qərb cəmiyyət-



ləri hazırda formalaşan yeni dünya nizamının xeyrinə olaraq, 

mövcud və  ənənəvi institusional strukturlardan üz döndərir-

lər. Əfqanıstan və İraq “hegemonçuluq demokratiyası” prin-

sipi ilə formalaşan mondializmin nəinki təkcə proloqu oldu, 

həm də öz təsir qüvvəsini möhkəmləndirmək naminə geosi-

yasi qurşağın yaradılmasında təzahür edən yeganə fövqəl-

dövlətin gələcək strategiyasının əsas prioritetini üzə çıxardı. 

Aydındır ki, perspektivdə “üçüncü demokratik dalğanın” ge-

nişlənməsi “arzu edilməyən”, “yanlış”, “qeyri-qərb”, “qeyri-

                                                 

1

 

Бертран Рассел. История западной философии. Новосибирск, 2001, 



стр. 20.

 


 

 

690 



Ramiz 

Mehdiyev 

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

loyal” və “şər” liderlərin



1

 aşkara çıxarılması və bəzən də yeni 

müstəqil dövlətlərin süni şəkildə, “məcburi” yenidən trans-

formasiyası vasitəsilə həyata keçiriləcəkdir. 

Formalaşmaqda olan və BMT Təhlükəsizlik  Şurasının 

daimi üzvlərinin çoxu tərəfindən fəal tənqid edilən dünya ni-

zamı dünya siyasətinin çoxmərkəzliyi və çoxvektorluğunu get-

gedə daha az təcəssüm etdirir. Bu və ya digər birtərəfli ak-

siyaların və başqa dövlətlərin işlərinə qarışmaq üçün daim is-

tifadə olunan demokratiya, dünya birliyi üçün nə isə bir “qlo-

bal müdaxilənin” girovuna çevrilmişdir. Son dərəcə  dəbdə 

olan, qərb və Rusiya müəlliflərinin ötən  əsrin sonlarına aid 

tədqiqatlarında tez-tez adı  çəkilən qloballaşma, qərbləşmə, 

sivilizasiyalararası dialoq, modernləşmə  və bir sıra belə ter-

minlər demokratik rejim qurulması ilə tədricən öz yerini hərbi-

siyasi üstünlüyün nisbəti probleminə verir. Demokratiya get-

gedə daha çox kənardan və digər cəmiyyətin iradəsi ilə 

qurulan rejimlə təcəssüm olunur və bəzən elə təsəvvür yaranır 

ki, o, idxal olunduğu cəmiyyətin arzu və istəklərini getdikcə 

daha az ifadə edir. Belə yanaşma hazırda bir çox çətinliklərlə 

üzləşir, çünki demokratiyanın yayılması siyasətini yürüdən 

ölkənin özü onun həyata keçirilməsində çətinliklərlə qarşılaşır. 

Məsələn, tanınmış Amerika tədqiqatçıları arasında ABŞ-ın 

özündə demokratiyanın nəzəri və praktik cəhətləri barədə bö-

yük fikir ayrılığı vardır. Onların əsərləri Amerikada demok-

ratiyanın indiki vəziyyətinin alçaldıcı  tənqidindən və  mənfi 

şəkildə qiymətləndirilməsindən xali deyildir. Həmin tədqi-

qatlarda yüksəlişinə görə vətəndaşlarının qüvvə və bacarıqla-

rını buxovlardan azad etmiş ictimai quruluşa borclu olan bu 

ölkədə demokratiyanın taleyindən ciddi narahatlıq hiss edilir. 

                                                 

1

 



Oğul Buşun dediyi “şər oxu” prinsipi ilə.

 


 

 

691



Sözardı 

əvəzi 


V.L.İnozemtsevin yazdığı kimi, bu narahatlıq  əsassız 

deyil, çünki hazırda ABŞ “özünü məramı bütün dünyada sülh 

və demokratiya ideallarını yaymaq olan seçilmiş millət hesab 

edir. Bir çoxları beynəlxalq münasibətlərdə demokratiya 

prinsiplərinə hörmət etməyən və insan hüquqlarına dair baza 

konvensiyalarını imzalamayan dövlətin demokratiya və azad-

lıq uğrunda başladığı bu “səlib yürüşlərinə”  şübhə ilə ya-

naşırlar. Lakin bu şübhə daha çox belə bir inamdan irəli gəlir 

ki, tam bir sıra xalqlara yabançı ideyanı sırımaq olmaz, nə ilə 

əvəzlənəcəyi barədə ümumi təsəvvür belə olmadan, təşəkkül 

tapmış dünya nizamını dağıtmaq ağılsızlıqdır”

1



Luis Xarts yazır: “Qərbdə Lokkun doktrinası rasionalizmin 

rəmzi sayılır, lakin ABŞ-da ona bağlılıq o dərəcədə irrasional-

dır ki, hətta bu doktrinanın məğzi olan liberalizmi belə duya 

bilməmişlər”. Buradan müəllif belə bir nəticəyə gəlir: “Ameri-

kada heç vaxt liberal hərəkat və ya əsl liberal partiya olmamış-

dır. Yalnız “Amerika həyat tərzi” – Lokk ideyalarının spesifik 

milli yozumu olmuşdur… Nə  qədər qəribə olsa da, “libera-

lizm” onun maksimum dərəcədə həyata keçirildiyi ölkəyə yad-

dır. Məsələ bununla da bitmir. Söhbət bütün Qərb dünyasında 

şəxsiyyətin azadlığının rəmzi kimi göylərə qaldırılan doktrina-

dan gedir, lakin Amerikada onun təsiri o qədər güclü olmuşdur 

ki, azadlığın özü üçün təhlükə yaratmağa başlamışdır”

2



ABŞ-da siyasi mədəniyyət haqqında söylənmiş bir çox 



məşhur fikirlər real vəziyyətlə heç də  həmişə üst-üstə düş-

mür. Rocers M.Smit hesab edir ki, ABŞ heç zaman eqalitar

3

 

dövlət olmayıbdır. Eyni zamanda, Amerikanın “intellektual 



                                                 

1

  “



Теория  и  практика  демократии”.  Избранные  тексты.  М., 2006, 

стр. IX.


 

2

 



Yenə orada, səh. 106. 

3

 



E q a l i t a r i z m – insanlar arasında sosial fərqlərin legitimliyini inkar 

edən ümumi rifah dövləti nəzəriyyəsinin əsas müddəası.

 


 

 

692 



Ramiz 

Mehdiyev 

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

və siyasi elitası tərəfindən askriptiv (statusu doğumla müəy-



yənləşdirən) sosial sistemin mövcudluğuna haqq qazandırıl-

ması dəqiq və dürüst ifadə olunmuşdur… Askriptiv amerika-

nizmin tərəfdarlarının bir çoxu iddia edirdi ki, dövlətin iqti-

sadi və siyasi strukturları  hətta ümumi hüquq prinsiplərinə 

riayət olunmamaq hesabına belə, formal olaraq təbii və mə-

dəni qeyri-bərabərliyi əks etdirməlidir

1



Beləliklə, Amerika demokratiyası barədə Tokvilin hey-



ranlığı özünü bir o qədər də doğrultmur, Amerika cəmiyyətini 

isə  əsaslı olaraq eqalitar yox, multiənənəvi cəmiyyət sırasına 

aid etmək olar. Müəllifin fikrincə, “Amerika heç vaxt 

tamamilə liberal ölkə olmayıb, dəyişikliklər gərgin səylər 

nəticəsində başa gəlmişdir və tez-tez dayanıqsız olur”. Ta-

mamilə mümkündür ki, “gələcəkdə Amerikada yenidən bir 

daha irqi, etnik və gender qeyri-bərabərliyini möhkəmləndirən 

təzə intellektual, siyasi və hüquqi sistemlər yarana bilər”

2



ABŞ-ın özündə nəzəriyyə və praktikanın uyğunluğu haq-



qında tənqidi fikir Qərbin və bütövlükdə ABŞ-ın xüsusi ola-

raq işlənib hazırlanmış  və ayrı-ayrı ölkələrdə hakimiyyətin 

dəyişilməsinə yönəldilmiş inqilabi texnologiyalardan istifadə 

etməklə, dünyanın qalan hissəsində demokratiyanı yaymağa 

göstərdikləri səylərin nə dərəcədə doğru olub-olmaması mə-

sələsini (yenə də Amerika tədqiqatçılarının yanaşmaları priz-

masından) nəzərdən keçirməyə imkan verir. Postsovet məka-

nındakı hadisələrə nəzər salaq. 

Sual etməyə  dəyər: totalitarizmdən demokratiyaya keçid 

həmişə ciddi ictimai sarsıntılarsız və toqquşmalarsızmı olub? 

Son dərəcə mürəkkəb və  əsla ritorik olmayan sualdır. De-

                                                 

1

 “

Теория  и  практика  демократии”.  Избранные  тексты.  М., 2006, 



стр. 415.

 

2



 

Yenə orada, səh. 416.

 


 

 

693



Sözardı 

əvəzi 


mokratiyaya keçidin xarakterini müəyyənləşdirən amillər 

çoxdur. Ölkənin taleyini avantürist eksperimentlərlə imtaha-

na çəkməmək üçün cəmiyyətin demokratik dəyərlərə doğru 

davamlı, sabit və rəvan hərəkətini təmin edən yol seçmək la-

zımdır. Bu, xüsusilə demokratik baxışların  ənənəvi institu-

sional normalar və stereotiplərlə bir qədər münaqişəli müna-

sibətdə olduğu ölkələrə aiddir. 

83 yaşlı Q.Kissincer (ABŞ-ın keçmiş dövlət katibi) postso-

vet respublikalarında gedən demokratikləşmə proseslərinə ki-

fayət qədər real baxır. O, bu ölkələrdəki demokratiyaya qarşı 

səslənən bütün iradları rədd edərək yazır: “İstənilən ölkədə baş 

verən təkamül prosesi haqqında düşünmək lazımdır”

1

. Mövzu-


nu davam etdirən siyasətçi vurğulayır ki, o, “bu ölkələrdə ge-

dən təkamül prosesləri haqqında tamamilə müsbət fikirdədir”. 

Bir tərəfdən, dövlətçiliyi qoruyub saxlamağa, digər tərəf-

dən isə, demokratik transformasiyanı  həyata keçirməyə im-

kan verən optimal şərait ilkin mərhələdə milli tranzitin daya-

nıqlığını və səmərəli dövlətçiliyin qurulmasını təmin edə bi-

lən güclü hakim elitanın olmasından ibarətdir. 

Azərbaycan milli tarixinin xüsusiyyətləri nəzərə alınmaq-

la, müasir cəmiyyətin universal dəyərlərinə  əsaslanan de-

mokratik inkişafın təkamül yolunu seçmişdir. Bizim priorite-

timiz çoxpartiyalılığın olmasını  nəzərdə tutan insan hüquq-

ları və vətəndaş azadlıqlarına riayət edilməsidir. Müstəqillik 

illərində demokratik tranzitin institusional əsaslarını yarat-

maq və demokratiyanın bərqərar olması  mərhələsini təmin 

etmək üçün ölkə bir çox ciddi çətinlikləri (dövlət çevrilişi 

cəhdləri, dövlət başçısına sui-qəsdlər, Ermənistanla Dağlıq 

Qarabağ üstündə müharibə, erməni separatçılarının terror 

                                                 

1

 

“İzvestiya” qəzeti (Rusiya), 07.06.2006.



 

 

 

694 



Ramiz 

Mehdiyev 

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

aktları, ölkəni parçalamaq cəhdləri və s.) aradan qaldırmalı 



oldu. Ancaq hər halda, xüsusi vurğulamaq lazımdır ki, cə-

miyyətimizdə heç də hamı ölkənin inkişafının təkamül yolu-

nu real və məqbul hesab etmir. Bu səbəbdən də müəyyən da-

xili və xarici qüvvələr “demokratiyaya keçidin” inqilabi tex-

nologiyasına üstünlük verirlər. 

Adətən, bu cür texnologiyaların ideoloqları  və onları ya-

yanlar “zərif” transformasiyaların uğurlarını seçkidən istifa-

dədə görürlər. Milli təcrübə həm də onu göstərir ki, müxali-

fətin  ən çox fəallığı  əksər hallarda mövcud qayda-qanunun 

dəyişməsinə  xəlvəti kömək etmək imkanına marağın açıq-

aşkar sezildiyi seçki kampaniyası dövrünə düşür. Respub-

likada vəziyyətin tənqidi qeyri-dəqiq, dayanıqlı demokratiya-

nın mövcud olduğu ölkələrlə müqayisə etməklə aparılır. Nə-

ticədə, demokratiyanın nəzəriyyə  və praktikası Avropada, 

ABŞ-da, Kanadada və Yaponiyada nə  qədər fərqli olsa da, 

“postsovet məkanı ölkələri üçün meyar rolunu oynayır. Onlar 

bu ölkələrdən hər birinin mədəni-tarixi xüsusiyyətlərini və 

tarixi dövrün reallıqlarını  nəzərə almadan qarşıya qoyulur. 

Ciddi senzorlar və müşahidəçilər …demokratiyanın vəziyyə-

tinin qeyri-qənaətbəxş olduğunu göstərirlər. Sadə dillə desək, 

demokratiyanın olmadığını bildirirlər”

1



Qloballaşma şəraitində bu cür ssenari demokratik inkişa-

fın təmin edilməsi ilə pərdələnən müəyyən xarici siyasət qə-

rarlarını həyata keçirmək məqsədi ilə ölkə hökumətinə təzyiq 

göstərmək siyasətinin ən düzgün yolu hesab olunur. 

Xüsusilə vurğulanmalıdır ki, bu halda inqilabi texnologi-

yaların gerçəkləşdirilməsində “məxməri” inqilabın milli 

variantına yol açmaq üçün hakimiyyətin yüksək eşelonları, 

                                                 

1

 

Сергей Мирзоев. Гибель права, легитимность в “оранжевых” рево-



люциях. М., 2006, стр.68.

 


 

 

695



Sözardı 

əvəzi 


siyasi və biznes elitaları daxilində gizli yenidənqruplaşmaya 

nail olmaq cəhdlərinə başlıca ümid bəslənilir. Belə ssenarini 

gerçəkləşdirərkən seçkilərin nəticələrini tanımamaq yolu ilə 

ölkə rəhbərliyinə göstərilən daxili siyasi təzyiqin gücləndiril-

məsinə xüsusi əhəmiyyət verilir. Belə ssenarilərdə, adətən, 

aşağıdakı ardıcıllıq özünü göstərir: 

  Qərb müşahidəçilərinin seçkiləri azad və demokratik 

saymaqdan imtina etməsi,  ATƏT və Avropa Şurası 

müşahidəçilərinin “seçkilərin gedişindəki kütləvi po-

zuntular” barədə rəsmi məruzələrinin dərc olunması. 

Seçkilərin legitimliyi və onun beynəlxalq seçki stan-

dartlarına uyğunluğu məsələsi xarici qüvvələrin kö-

məyi və müxalifətin  əlaqələndirilən səyləri ilə haki-

miyyətin qeyri-legitimləşdirilməsi üçün bəhanəyə, 

onun zəiflədilməsi, bəlkə  də, “rejimin dəyişdirilmə-

si” üçün siyasi-hüquqi alətə çevrilir; 

  hakimiyyətin namizədi seçki marafonundan çıxarma-

sına yönəlmiş fitnəkarlıq kimi; müxalifətin bəzi nü-

mayəndələrinin qüvvədə olan seçki qanunvericiliyini 

qəsdən pozması;  

  AŞ-də  və ya ABŞ Konqresində seçkilərin yekunları 

haqqında dinləmələrin təşkili, müvafiq qətnamələrin 

çıxarılması; 

  obyektiv surətdə mövcud olan sosial etirazdan istifadə 

olunması, məsələn, müxalifət partiyaları və onların se-

çicilər tərəfindən namizədliyi dəstəklənməyən ayrı-

ayrı nümayəndələrinin müxtəlif beynəlxalq qurumlara 

müraciətlərinin təşviq və təşkil edilməsi. Həmin təzyiq 

kanallarını qanuniləşdirmək məqsədi ilə bu qurumlara 

sonuncu instansiya kimi müraciət edilir; 



 

 

696 



Ramiz 

Mehdiyev 

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

  demokratik hüquq və azadlıqların guya pozulması, 



ölkə  məhkəmələri tərəfindən  ədalətsiz qərarların çı-

xarılması, ölkədə siyasi məhbusların mövcudluğu ba-

rədə ayrı-ayrı şəxslər tərəfindən Avropa Məhkəməsi-

nə müraciətlərin təşkil edilməsi; 

  Qərb nümayəndələrinin və Qərb ölkələrinin diploma-

tik korpus işçilərinin müxalifət liderləri ilə müntəzəm 

ünsiyyətləri və görüşləri, rəsmi orqanların nümayən-

dələri ilə görüşlərin keçirilməsi və müxtəlif institutlar-

da ölkədəki siyasi vəziyyət haqqında məruzələr etmək 

üçün onların müxtəlif ölkələrə səfərlərinin təşkili; 

  müxalifət partiyalarının birləşməsinə və onlar tərəfin-

dən vahid liderin irəli sürülməsinə ümid edilməsi və s. 

Ölkədə iqtisadi layihələrin həyata keçirilməsində öz şərt-

lərini diktə edən Dünya Bankı və Beynəlxalq Valyuta Fondu 

mühüm təzyiq amilləridir. “Qızıl kəmərin” perspektivsiz ol-

duğunu başa düşən bu maliyyə  təsisatları çox vaxt siyasi 

oyunların iştirakçısına çevrilir. Çox vaxt bu “oyunlara” trans-

milli korporasiyalar da qoşulur. 

Artıq deyildiyi kimi, Şərqi Avropa, Gürcüstan, Ukrayna və 

Qırğızıstandakı inqilab adlandırılan hadisələr yeni siyasi tex-

nologiyaların hər  şeyə qadir olması barədə eyforiya yaratdı. 

Lakin 2005-ci ilin sonunda “məxməri” transformasiyaların 

qlobal yürüşü” səngidi. Əvvəlcə Azərbaycanda parlament seç-

kiləri keçirildi və  nəticədə mövcud hakimiyyət nəinki öz 

mövqelərini qoruya bildi, hətta onu möhkəmlətdi. Qazaxıstan-

da prezident seçkilərində Nursultan Nazarbayev qalib gəldi. 

Nəticədə “zərif” transformasiyalar texnologiyası XXl 

əsrin  əvvəlində  aşağıda göstərilən səbəblər üzündən 

müəyyən qədər uğursuz oldu: 


 

 

697



Sözardı 

əvəzi 


birincisi, inqilabların texnoloqları və təşkilatçılarının özlə-

ri onlardan məyus olmuşdular. Bişkekdəki talanlar və Qırğı-

zıstanın real olaraq hərc-mərcliyə yuvarlanmaq təhlükəsi de-

mokratiyanın yayılması ilə  məşğul olan “beynəlxalq” təşki-

latlar üçün ilk həyəcan siqnalı oldu. Bundan başqa, inqilabla-

rın təşkilatçıları bu cür hakimiyyət dəyişikliyinin nəticələrini 

də gördülər: yeni rejimlər dedikcə qeyri-sabit, çətin idarə 

edilən və baha başa gələn oldular; 

ikincisi, məlum oldu ki, inqilabi texnologiyaların hər şeyə 

qadir olması barədə deyilənlər şişirtmədir. Əhalinin hakimiy-

yətə qarşı loyal mövqedə olduğu radikal dəyişikliklərə kök-

ləndiyi yerlərdə inqilabi texnologiyalar işləmədi. Nəticədə, 

“demokratiyanın ixracı” siyasəti sanki “havadan asılı qaldı”. 

Bir neçə ildən sonra, demokratiyanın yayılması ilə məşğul 

olan qeyri-hökumət təşkilatlarının bütöv bir şəbəkəsi bütün 

dünyada öz fəaliyyətini durmadan genişləndirdiyi müddətdə 

“məxməri” inqilabların özünün mahiyyətinin dərk edilməsində 

əhəmiyyətli dəyişikliklər baş verdi, insanlar gördülər ki, onlar 

xalqa yox, sponsorlara, özü də ən çox xarici sponsorlara xid-

mət ediblər. Sözdə başqa dövlətin işlərinə qarışmamaq prinsi-

pini qəbul edən “sponsorlar” məharətlə daxili çaxnaşmalar təş-

kil edir, arzu edilməyən rejimi aradan götürmək üçün “ümum-

xalq” görüntüsü yaradırdılar. Əksər hallarda da “sponsor” adı 

altında ABŞ-ın bəzi qeyri-hökumət təşkilatları gizlənirdi. 

Amerika politoloqu Tomas Karuzersin qeyd etdiyi kimi

1



Gürcüstan, Ukrayna və Qırğızıstanda baş vermiş “rəngli” in-

qilablar, “habelə bu hadisələrdə Milli Demokratiya İnstitutu 

(National Democratic Institute), Beynəlxalq Respublikaçılar 

İnstitutu (International Republican Institute), Freedom House 

                                                 

1

 



Foreign Affairs. АBŞ, 25 aprel 2006.

 


 

 

698 



Ramiz 

Mehdiyev 

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

və Açıq Cəmiyyət  İnstitutu (Open Society Institute) kimi 



Amerika təşkilatlarının mühüm pərdəarxası rolu olması haq-

qında geniş yayılmış  şübhələr,  əlbəttə ki, bu meylin yaran-

masına kömək etmişdi… 

Lakin burada məsələ yalnız narıncı rəngin “allergiya” do-

ğurmasında deyildir (Ukraynadakı inqilabı “narıncı” adlandı-

rırlar). Prezident Corc U.Buşun demokratiyanın dəstəklən-

məsini ABŞ-ın əsas xarici siyasət istiqamətlərindən birinə çe-

virməsi faktı da, heç şübhəsiz, dünyanın bir çox ölkələrində 

bu səylərin (eləcə  də demokratiyanın yayılması ideyasının) 

yaratdığı qorxu hissinin meydana gəlməsinə səbəb olmuşdur. 

Bəzi avtoritar rejimlər Qərbin “demokratiyanı  təşviq etmə-

sinə” müqavimət göstərilməsini azadlığın özünə qarşı yox, 

ABŞ-ın müdaxiləçi siyasətinə qarşı mübarizə olduğunu 

bildirir, beləliklə  də  vətəndaşlar tərəfindən öz hərəkətlərinə 

əhəmiyyətli dərəcədə  dəstək qazanırlar. Bundan əlavə, Buş 

administrasiyası ölkə daxilində  və ondan kənarda qanunun 

aliliyi prinsiplərini dəfələrlə pozaraq, azadlıq və insan haqla-

rının təcəssümü kimi Amerika Birləşmiş  Ştatlarının imicinə 

zərbə vurmuş, bununla da, demokratiyanın yayılması ideya-

sının özünün legitimliyini daha da sarsıtmışdır”. 

T.Karuzersin fikrinə görə, “cavab dalğası” tam bir sıra sə-

bəblərdən doğduğu kimi, ona cavab da çoxvariantlı olma-

lıdır. Demokratiyanın yayılması ilə məşğul olanlar gələcəkdə 

də  səmərəli fəaliyyət göstərmək üçün dərk etməlidirlər ki, 

onların işlədikləri  şərait dəyişmişdir.  İndiki Amerika ad-

ministrasiyası da bəzi xoşagəlməz reallıqları, ələlxüsus dün-

yada onun “demokratiyanın yayılması proqramının” necə 

qavranılması ilə bağlı reallıqarı  qəbul etməli və “qlobal 

demokratikləşmə” siyasətinə inamın möhkəmlənməsi üçün 

ciddi tədbirlər görməlidir. 



 

 

699



Sözardı 

əvəzi 


Qərbin demokratiyanın yayılması proqramlarına ən ardıcıl 

müqavimət Rusiyada göstərilir. Qeyri-hökumət təşkilatları 

haqqında qanun demokratiyanın yayılması ilə  məşğul olan 

təşkilatların fəaliyyətlərini məhdudlaşdırmaqdan ötrü 

Moskvanın atdığı addımlardan yalnız biridir. Məsələn, 

Kreml Rusiyada və digər MDB ölkələrindəki seçkilərin mo-

nitorinqi ilə bağlı ATƏT-in fəaliyyətini kəskin tənqid etmiş-

dir. Rusiyada hesab edirlər ki, QHT-yə qarşı kampaniya təh-

lükəsizlik mülahizələri ilə bağlıdır; bildirilir ki, ABŞ Rusi-

yanı qərbyönlü rejimlərlə mühasirə etmək xətti götürmüşdür 

və ölkədə mövcud olan siyasi quruluşu sarsıtmağa çalışır. 

Rusiya Qərbin demokratiyanın yayılması proqramlarına 

müqavimət göstərən yeganə dövlət deyildir. Özbəkistan, Be-

larus, Ermənistan, habelə postsovet məkanından kənarda 

olan bəzi dövlətlər də oxşar mövqe tutmuşdur. 

Demokratiyanın yayılmasına qarşı “əks-hücumun” səbəb-

ləri nədir? Heç şübhəsiz, burada əsas rolu Serbiya, Gürcüs-

tan, Ukrayna və Qırğızıstandakı “rəngli” inqilablar oynamış-

dır. Lakin amerikalı müəllif yazır ki, ABŞ-ın bu ölkələrdəki 

aparıcı ictimai və siyasi təşkilatlara kömək etməsi barədə 

xəbərlər nə  qədər çox yayılırdısa, “rəngli” inqilablar buna 

bənzər hadisələrdə ABŞ-ın pərdəarxası  rəhbər rolu ilə bir o 

qədər çox assosiasiya olunmağa başlayırdı. 

“Rəngli” inqilablar nəticəsində demokratiya hərəkatına 

dəstəyin Amerika siyasətinin aləti olması ilə bağlı qorxuların, 

şübhəsiz, artmasına baxmayaraq, indiki vəziyyəti daha köhnə 

ənənənin kulminasiya mərhələsi kimi anlamaq lazımdır. 

1980-ci illərin sonu – 1990-cı illərin əvvəlində demokra-

tikləşmənin birinci dalğası zamanı inqilabi hərəkatların dəs-

təklənməsi sahəsində ixtisaslaşan təşkilatlar ya belə fəaliyyət 



 

 

700 



Ramiz 

Mehdiyev 

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

üçün qapını tam bağlayan avtoritar quruluşda, yaxud da bu 



cür rejimlərdən təzəcə qurtulmuş  və bu qapının, adətən, bir 

qayda olaraq, taybatay açıq olduğu ölkələrdə  fəaliyyət gös-

tərməli olurdular. 

Lakin T.Karuzers hesab edir ki, müəyyən müddətdən son-

ra bir çox “gənc demokratiyalarda” dövlət quruluşunun baş-

qa, aralıq forması – yarımavtoritar quruluş yarandı; bu forma 

Balkan yarımadasında, Yaxın  Şərqdə  və Böyük Səhradan 

cənubda Afrikada yayıldı. Belə rejimlər, adətən, ustalıqla 

tarazlıq yaradılmasına  əl atırlar. Onların liderləri islahatçı 

kimi ad çıxarmağa imkan verən və bunun hesabına öz reji-

mlərinə legitimlik gətirən həddə qədər siyasi azadlıqların ol-

masına yol verirlər. Bu o deməkdir ki, belə ölkələrdə de-

mokratik seçkilər müntəzəm keçirilir, yeni müxalif partiyala-

rın yaranmasına imkan verilir, orada müəyyən sayda vətən-

daş cəmiyyətinin müstəqil təşkilatları və KİV fəaliyyət gös-

tərir. Lakin eyni zamanda, belə rejimlər öz statuslarına qarşı 

hər hansı ciddi təhlükənin olmaması üçün hakimiyyət vasi-

tələrinə kifayət qədər sərt nəzarət edirlər. 

Yarımavtoritar rejimlərin taktikası demokratiyanın yayıl-

masında ixtisaslaşan bir çox təşkilatları çıxılmaz vəziyyətlərə 

salmışdır. Lakin zaman keçdikcə MDİ, BRİ, BDSF və 

Freedom House kimi qurumlar belə şəraitdə də səmərəli işlə-

məyə alışdılar.  İndi onlar bu və ya digər ölkənin seçkilərdə 

hakimiyyətə qarşı birləşən ictimai və siyasi təşkilatlarının ge-

niş dairəsinə maliyyə  və texniki yardım göstərməyi  əsas 

sayırdılar. 

Belə yardımın başlıca məqsədi eyni vaxtda bir neçə istiqa-

mətdə müxalifətin potensialını möhkəmlətmək idi. Birincisi, 

Qərb təşkilatları bununla həmin hərəkatlara seçkiləri müstə-


 

 

701



Sözardı 

əvəzi 


qil müşahidə etməsi, o cümlədən səslərin paralel hesablan-

masını aparmağı  təmin etməkdə kömək göstərirdilər.  İkin-

cisi, onlar vətəndaş  cəmiyyətinin müstəqil təşkilatlarını, o 

cümlədən geniş xalq kütlələrini seçki prosesinə cəlb edə bilə-

cək dinamik tələbə  hərəkatlarını  dəstəkləyirdilər. Üçüncüsü, 

onlar müxalifət partiyalarına məsləhətlər verir, bəzən isə 

seçki kampaniyasını  səmərəli keçirmək üçün texniki kömək 

göstərir, o cümlədən avadanlıq verirdilər. Üstəlik, onlar bu 

partiyaları əməkdaşlıq etməyə, geniş seçkiqabağı koalisiyalar 

yaratmağa təşviq edirdilər. 

1990-cı illərin sonunda bu konsepsiya əvvəlcə, hələ ta-

mamlanmamış  şəkildə, Slovakiyanın baş naziri Vladimir 

Meçyara və Xorvatiya Prezidenti Franyo Tucmana qarşı, 

sonra isə, artıq tamamlanmış variantda Serbiya prezidenti 

Slobodan Miloşeviçə qarşı praktikada həyata keçirildi. 

Amerika və Avropa təşkilatları Serbiyanın ictimai və siyasi 

hərəkatlarının dəstəklənməsi istiqamətində  əlaqələndirilmiş 

və  səxavətlə maliyyələşdirilən (xərclər 60 milyondan 100 

milyon dollara qədər təşkil edirdi) kampaniyaya başladı. Bu, 

həmin hərəkatlara həm də  Qərbin iqtisadi və diplomatik 

sanksiyaları üzündən çətin vəziyyətə düşmüş Miloşeviçlə 

seçkilərin gedişində real rəqabət aparmaq imkanı yaratdı. 

2000-ci ilin seçki kampaniyası çox yaxşı, düşünüldüyü kimi 

keçdi: Qərbin köməyi ilə Serbiya müxalifəti sadə  vətəndaş-

ların bir çoxunu dəyişiklikləri dəstəkləməyə  və seçki prose-

sində fəal iştirak etməyə inandıra bildi; müxalifət partiyaları 

keçmişdəkindən yaxşı çıxış etdilər, müstəqil müşahidəçilərin 

olması isə S.Miloşeviçə seçicilərin nəticələrini ləğv etməyə 

imkan vermədi. Nəticə bəllidir. 

Sonralar Qərb təşkilatları başqa ölkələrin işlərinə qarış-

maq barədə ittihamlarla tez-tez qarşılaşaraq, həmin strategi-


 

 

702 



Ramiz 

Mehdiyev 

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

yanı, – doğrudur, bir qədər məhdud maliyyə imkanları və çox 



da güclü olmayan diplomatik dəstəklə, – Azərbaycan, Gür-

cüstan, Qırğızıstan və Ukraynada tətbiq etdilər.  İttihamların 

cavabında isə onlar, adətən, gizlində yox, tamamilə açıq 

fəaliyyət göstərdiklərini vurğulayır və iddia edirdilər ki, 

məqsədləri seçkilərdə hansısa konkret nəticənin  əldə olun-

ması deyil, azad və vicdanlı seçkilərin təmin edilməsidir. Bi-

ldirirdilər ki, xarici yardım bütün iştirakçılar üçün bərabər 

şəraitin yaradılması  və hakim rejimin seçki prosesləri ilə 

manipulyasiya etməsinə imkan verməmək üçün zəruridir. 

Ancaq həqiqət isə bir qədər başqa cürdür: ola bilsin ki, xarici 

fəalların  əksəriyyəti seçkilərin azad və düzgün keçirilmə-

sində  həqiqətən maraqlıdır, lakin eyni zamanda, onlar çox 

vaxt öz səyləri nəticəsində mövcud hökumətin hakimiyyət-

dən məhrum olması şanslarının artmasına ümid edirlər. 

Demokratiyanın yayılması sahəsində ixtisaslaşan bir çox 

təşkilatı maliyyələşdirən (lakin mütləq deyil ki, onların hərə-

kətlərinə  rəhbərlik edən) Amerika dövlət orqanlarının moti-

vasiyası da xeyli mürəkkəbdir: onlar konkret ölkədən və bu 

cür maliyyələşdirməyə cavabdeh olan məmurların  şəxsiyyə-

tindən asılı olaraq, prinsipial mülahizələrdən utilitar mülahi-

zələrə  qədər  ən müxtəlif mülahizələri  əldə  rəhbər tuturlar. 

Təəccüblü deyil ki, demokratiyanın yayılmasına dair səylərin 

yönəldiyi obyektə çevrilmiş  şəxslər, adətən, bu məqamları 

hiss etmirlər, bu fəaliyyətə özlərinin hakimiyyətdən devril-

məsi üçün nüfuzlu Qərb dövlətləri, ilk növbədə, Birləşmiş 

Ştatlar tərəfindən təhrik olunan və ya dəstəklənən  əlaqələn-

dirilmiş kampaniya kimi baxırlar. 

Demokratiyanın yayılması proqramına müqavimət gös-

tərilməsinə hökumətlərin bu fəaliyyətin daha da ciddi xarak-

ter almasına qarşı reaksiyası kimi baxmaq olar. Lakin bu 



 

 

703



Sözardı 

əvəzi 


müqavimət başqa bir meyillə – son illərdə keçmiş SSRİ ölkə-

lərində, Qərbi Avropada, Latın Amerikasında, Yaxın Şərqdə 

və digər regionlarda demokratiyanın yayılması ideyasının 

özünə qarşı ehtiyatlı münasibətlə  də bağlıdır. T.Karuzers 

hesab edir ki, belə münasibətin yaranmasında demokratiya-

nın yayılmasında istifadə etdiyi üsullara görə Prezident 

C.Buş  da  az  məsuliyyət daşımır. Başqa ölkələrdə Vaşinqto-

nun dilində  səslənən “demokratiyanın yayılması” ifadəsi 

ABŞ-ın prinsipial mövqeyi kimi deyil, “rejimlərin dəyişmə-

si” sözlərinin evfemizmi, arzuolunmaz hökumətlərin hərbi və 

ya digər vasitələrlə devrilməsi kimi başa düşülür. 

“Hətta demokratiyanın yayılmasını  İraqa soxulmaq üçün 

başlıca dəlil kimi qələmə verən Buş administrasiyasının hərə-

kətləri üzündən, həmin formul indi bilavasitə ABŞ-ın hərbi 

müdaxiləsi və başqa ölkələrin işğalı ilə assosiasiya olunur. 

Administrasiyanın ABŞ-ın təhlükəsizlik maraqlarına zidd 

gedən digər hökumətlərin – məsələn, İran və ya Suriya höku-

mətlərinin devrilməsində marağı olması barədə təəssürat ya-

ratması nəticəsində prezidentin “azadlığın yayılması proqra-

mı” daha da qorxulu və düşmənçilik proqramı kimi səslənir. 

Buş və onun yaxın məsləhətçiləri “istibdad forpostları” haq-

qında danışmağa başladıqdan sonra, bu, özünü xüsusilə bü-

ruzə verdi: həmin siyahıya yalnız ABŞ-a düşmən münasibət 

bəsləyən rejimlər düşür. Bununla yanaşı, eyni dərəcədə 

repressiv, lakin dost dövlətlərin, məsələn, Səudiyyə Ərəbista-

nının adı bu kontekstdə çəkilmir”. 

Belə davranış bir çox dövlətləri Amerikanın “demokrati-

yanın təşviqi” ilə bağlı bütün, hətta  ən mühafizəkar və ya 

ziyansız proqramlarına da şübhə ilə yanaşmağa məcbur edir. 

Bundan əlavə, davranış öz mülahizələrinə görə bu cür proq-

ramlardan yaxa qurtarmağa çalışan hökumətlərə öz hərəkət-


 

 

704 



Ramiz 

Mehdiyev 

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

lərini ABŞ-ın təcavüzkar müdaxiləçi siyasətinə qarşı alicə-



nab akt kimi göstərməyə  əlverişli bəhanə yaradır. Prezident 

Buş demokratiyanın yayılmasını  nə  qədər tez-tez öz “şəxsi 

işi” adlandırırsa, dövlətlərin liderlərinə xaricdə onun son də-

rəcə qeyri-populyar olmasından istifadə etməklə, ideyanın 

özünü gözdən salmağı asanlaşdırır. 

Təhlilçilərin çoxunun vurğuladığı kimi, Buş administrasi-

yası demokratiyanın yayılmasının Amerika tərəfdarlarının 

nüfuzuna həm də azadlığın və insan hüquqlarına  əməl edil-

məsinin simvolu kimi ABŞ-a olan inamı bütövlükdə  qır-

maqla ziyan vurdu. “Azadlığın yayılması proqramına” sadiq 

olduğunu daim söyləyən prezident, eyni zamanda, İraqdakı 

və  Əfqanıstandakı Amerika obyektlərində  məhbusların və 

saxlanılan  şəxslərin işgəncəyə  məruz qalmalarına yol ver-

məklə, Quantanamo həbsxanasında yüzlərlə adamı  məhkə-

məsiz və istintaqsız saxlamaqla, saxlanılmış əcnəbiləri işgən-

cə tətbiq olunan dövlətlərə “dindirmə üçün ötürməklə”, baş-

qa dövlətlərdə Amerikanın gizli həbsxana  şəbəkəsini yarat-

maqla və ABŞ-ın özündə  məhkəmənin sanksiyası olmadan 

telefon danışıqlarının dinlənilməsinə icazə verməklə 

Amerikanın demokratik prinsip və normalarına zərbəni zərbə 

dalınca endirir. Elə bu baxımdan dünyanın istənilən öl-

kəsində Amerika hökumət orqanları  tərəfindən saxlanılmış 

şəxslərlə  qəddarcasına, insan ləyaqətini alçaldan rəftara hü-

quqi qadağanın tətbiq edilməsinə qarşı  Ağ evin müqavimət 

göstərməsini də xatırlatmaq olar. 

T.Karuzers hesab edir ki, ümumilikdə bu addımlar de-

mokratiyanın dünyada yayılmasının mahiyyətinə ölçüyəgəl-

məz ziyan vurmuşdur. “Lakin Prezident Buşun və onun ko-

mandasının, ola bilsin ki, dövlət katibi Kondoliza Rays is-

tisna olmaqla, deyəsən, bu barədə məlumatları yoxdur, yaxud 



 

 

705



Sözardı 

əvəzi 


yaranmış vəziyyət, sadəcə, onları narahat etmir. Bununla be-

lə, ABŞ-ın səylərinə müqavimət göstərən avtoritar liderlər 

məhz həmin vurulan ziyan səbəbindən bütün iradları dəf edə 

bilirlər: “Xaricdə məhbuslara işgəncə verən və öz vətəndaş-

larının hüquqlarını tapdayan bir ölkənin başqalarına necə 

davranmaq lazım olduğunu öyrətməyə nə ixtiyarı var?”. 

Demokratiyanın yayılmasının  əleyhdarlarına qarşı  çıxış 

etmək xeyli diplomatik səylər tələb edəcəkdir. Müqavimət 

göstərməyin mahiyyəti ondan ibarətdir ki, demokratiya yeni 

geosiyasi sxemin girovuna çevrilməsin. Tamamilə aydındır 

ki, bəzi hallarda açıq və sərt hərəkətlər lazımi nəticəni verir; 

başqa hallarda isə onlar səmərəsizdir və millətçi  əhval-ru-

hiyyəni yalnız gücləndirə bilər. Birləşmiş  Ştatlar digər döv-

lətlər tərəfindən atıla biləcək addımlar barədə  ağıllı müna-

sibət işləyib hazırlamalı və demokratiyanın “ixracının” mən-

tiqə sığan meyarlarını müəyyən etməlidir. 

Siyasi idarəetmənin demokratik metodlarını müəyyən 

edən ardıcıl beynəlxalq normalar sistemi mövcuddur. Lakin 

öz sərhədlərindən kənarda demokratik proseslərdə iştirak et-

mək barədə dəqiq, sabit meyarlar yoxdur. Bundan əlavə, si-

yasi sahədə xarici köməyin  əsaslandırılmış  və  əsaslandırıl-

mamış  şəkildə  məhdudlaşdırılması arasında sərhəd o qədər 

də aydın deyildir. Əgər Vaşinqton, sadəcə olaraq, başqa döv-

lətlərin Amerika və ya Qərb standartlarına riayət etməsini 

tələb etsə, çox güman ki, bunun bir nəticəsi olmayacaqdır. 

Əgər bu sahədə  hər hansı beynəlxalq meyarlar varsa da, 

ümumən onlar xaricdən təsir göstərmək üçün Qərb təşkilat-

larının istədiyindən daha az imkan yaradır. Məgər elə Va-

şinqtonun özü seçkilər keçirilən zaman öz ölkəsində xarici 

təşkilatların, – xüsusilə də güclü, ola bilsin ki, düşmən möv-

qedə dayanan xarici dövlətin maliyyələşdirdiyi, seçicilərin 


 

 

706 



Ramiz 

Mehdiyev 

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

maarifləndirilməsi kampaniyalarına pul ayıran və onların 



keçirilməsinə kömək edən, siyasi partiyalara texniki yardım 

göstərən, səsvermənin paralel hesablanmasını  və  vətəndaş-

ların siyasi səfərbərliyini həyata keçirən təşkilatların nüma-

yəndələrinin olmasına dözərdimi? 

T.Karuzers hesab edir ki, “ikili standart”larda ittihamlan-

dırılmamaq üçün demokratiyanın yayılması ilə  məşğul olan 

Amerika təşkilatları iki prinsipi əsas götürməli və onlara təc-

rübədə  səmimiyyətlə riayət etməlidirlər. “Birincisi, onlar 

göstərməlidir ki, Prezident Buşun daim bəyan etdiklərinin 

əksinə olaraq, demokratiyanın yayılması sırf Amerika təşəb-

büsü deyildir. Bu işlə bir çox demokratik ölkələr və bey-

nəlxalq təşkilatlar məşğul olur. Amerika təşkilatları, adətən, 

Avropalı  həmkarları ilə  və beynəlxalq qurumlarla, məsələn, 

ATƏT və ya BMT-nin İnkişaf Proqramı ilə paralel işləyirlər. 

İkincisi, onlar vurğulamalıdır ki, demokratiyanın dəstəklən-

məsi istiqamətində görülən fəal işin məqsədi ölkənin siyasə-

tini hər hansı bir xarici dövlətin nəzarəti altına salmaq deyil

hökumətlərə kömək etmək və yaxud demokratik normaları 

pozan hökumətləri bu normalara riayət etməyə  məcbur et-

məkdir”. 

Buna baxmayaraq, demokratiyanın yayılması ilə  məşğul 

olan fəallar nə qədər inandırıcı dəlillər gətirsələr də, onların 

fəaliyyət obyektinə çevrilmiş ölkələrdə yaşayan insanların 

çoxunu bu hərəkətlərin qanuniliyinə inandırmaq son dərəcə-

də çətindir. Ola bilsin, Qərb fəalları əmindirlər ki, ölkədə de-

mokratiyanın olmaması bu ölkələrin xarici müdaxiləyə qarşı 

mübarizədə suveren hüquqlarını  məhdudlaşdırır. Belə fikir 

demokratiya ənənələri qədim olan ölkələrdə, həqiqətən, geniş 

yayılmışdır. Lakin bu ideya siyasi çalarından asılı olmayaraq, 

hakimiyyətin sayıqlıqla milli müstəqilliyin keşiyində dur-



 

 

707



Sözardı 

əvəzi 


duğu inkişaf etməkdə olan və postkommunist ölkələrində 

çətin ki, özünə geniş dəstək qazansın. 

Bir sözlə, “rəngli” inqilabların qərb təşkilatçıları çətin qərar 

qəbul etməlidirlər: Onlar başqa ölkələrdə rejimlərə meydan 

oxuyan hərəkatların dəstəklənməsi istiqamətində geniş, məq-

sədyönlü kampaniyaları davam etdirməli, yoxsa bir çox ölkə-

lərin qapılarını onların üzünə tamamilə bağlaya biləcək  əks-

tədbirlərdən çəkinərək, fəallıqlarını bir qədər azaltmalıdırlar? 

Hələ ki, bu qərar dürüst ifadə olunmayıb və ictimai müzakirə-

yə  çıxarılmamışdır.  Əslində, bu sualın cavabı belədir ki, de-

mokratiyanın yayılması proqramlarının həyata keçirilməsində 

maksimum mümkün olan miqyası  və  səmərəliliyi təmin et-

məyə hansı üsul imkan verir. 

Bu gün çətin ki, demokratiyanın yayılması ideyasına olan 

ümumi ehtiyatlı münasibəti dəyişmək mümkün olsun, çünki 

söhbət məhz “hegemonçu demokratiyadan” gedir. Hətta ya-

xın illərdə İraqda nisbi sabitliyə, sülhə və demokratiyaya nail 

olunsa belə, bir çoxları yenə də demokratiyanın yayılmasın-

dan ötrü hərbi gücün tətbiqini qeyri-qanuni və arzuolunmaz 

hesab edəcəklər və yeni dünya nizamını formalaşdırarkən bu 

məsələni nəzərə almamaq olmaz. ABŞ-ın bu məsələ ilə bağlı 

mövqeyi dünya ictimaiyyətinin tam əksəriyyətinin fikri ilə 

üst-üstə düşmür və çox güman ki, bu fikir ayrılığı demok-

ratiyanın yayılması proqramını bundan sonra da bir çox in-

sanların gözündə ciddi şəkildə nüfuzdan salacaqdır. 

Tomas Karuzers yazır: “Əlbəttə, demokratiyanı prinsipcə 

dəstəkləmək o demək deyil ki, söhbət yalnız yüksək ideyalar-

dan gedir və praqmatik maraqlardan sözgəlişi danışılmalıdır. 

Lakin o tələb edir ki, Vaşinqtonun hərəkətləri heç olmasa, 

minimum ardıcıllığı ilə seçilsin”. 



 

 

708 



Ramiz 

Mehdiyev 

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

Daha “əhəmiyyətli” ölkələrdən – Rusiya, Çin, Pakistan və 



Səudiyyə  Ərəbistanından söhbət gedəndə Buş administrasi-

yası,  ən yaxşı halda, siyasi islahatların vacibliyini nəzakətli 

şəkildə xatırlatmaqla kifayətlənir. Bununla bərabər, həmin 

ölkələrlə münasibətlər tam normal şəkildə inkişaf edir. Bu, 

həmçinin ABŞ-ın Misir, Qazaxıstan və Ermənistana münasi-

bətdə siyasətinə də aiddir. Lakin çox vaxt biz digər ölkələrə 

münasibətdə “ikili standartların” şahidi oluruq. 

Öz vətəndaşlarını müdafiə edə bilməmək. Onun üçün 

qayda-qanunun olmadığına  əminik. Demokratiyanın olma-

ması. “Fəaliyyət qabiliyyəti olmayan dövlətin” xarakteristi-

kasını müəyyən edən üç şərt bunlardır. Noama Çomskinin 

fikrinə görə, Birləşmiş Ştatlar məhz belə bir dövlətə çevrilir. 

Amerikanın aparıcı mütəfəkkiri onun ölkəsinin “yolunu az-

masının” səbəbini belə izah edir. O hesab edir ki, ABŞ-da ic-

timai rəylə dövlət siyasəti arasında kəskin fərq baş vermişdir. 

“Bu vəziyyət, sadəcə, laqeyd qalmaq mümkün olmayan qor-

xuların səbəblərindən biridir. O qorxuların ki, Qar Alkero-

vitsin “Kapitalizmdən sonrakı Amerika” kitabında yazdığı 

kimi, ümumən “Amerika sistemində” açıq-aşkar nəsə qayda-

sında deyil, bu ölkənin inkişaf meyli onun ənənəvi dəyərləri-

nin – bərabərliyin, azadlığın və real demokratiyanın iflasa 

uğrayacağından xəbər verir. 

Tarixdən xəbəri olan hər bir kəs Birləşmiş Ştatlarda “de-

mokratiya qıtlığının” artmasının  əzab çəkən dünyanı de-

mokratiya ilə “xoşbəxt etmək” vəzifəsini yerinə yetirən ölkə-

mizin xilaskarlıq rolu haqqında bəyanatlarla müşayiət edildi-

yinə  təəccüblənməz. Hakimiyyət strukturlarının nəcib niy-

yətlər barədə  bəyanatları nadir hallarda son nöqtəsinə  qədər 

saxta olur; bizim dediyimiz məsələdə də belədir. Demokratik 

idarəetmə üsulu müəyyən  şəraitdə hakimiyyət üçün məqbul 



 

 

709



Sözardı 

əvəzi 


görünür. Xarici ölkələrə gəldikdə isə, “demokratiyanın yayıl-

masının” əsas tərəfdarları olan alimlərdən biri sayılan Tomas 

Karuzesin qeyd etdiyi kimi, burada “dəqiq ardıcıllıq” vardır: 

demokratiya yalnız və yalnız bizim dövlətin strateji və 

iqtisadi maraqları ilə üst-üstə düşən hallarda məqbul sayıla 

bilər. Bizim hakimiyyət, bir qədər dəyişilmiş şəkildə olsa da, 

daxili siyasətdə də həmin doktrinadan istifadə edir”

1



Terrorizmlə qarşılaşan hər hansı bir ölkə üçün təhlükəsizlik 

tədbirləri və vətəndaş azadlıqlarının müdafiəsi arasında tarazlı-

ğı qorumaq asan deyildir. Lakin nə qədər ki, terrorizmlə mü-

barizə  şüarları altında insan haqlarının həyasızcasına pozul-

ması və terrorizmlə mübarizənin ən yaxşı üsulunun azadlıq ol-

ması barədə başqalarına məsləhətlər verilməsi arasında yolve-

rilməz ziddiyyətə son qoyulmayıb, azadlığın yayılması proqra-

mı bundan sonra da çox davamsız bünövrə üzərində qalmaqda 

davam edəcəkdir. 

Azərbaycanın siyasi elitası, habelə ziyalıları üçün Qərb 

heç vaxt sırf coğrafi anlayış olmamışdır. Əksinə, hələ XX əs-

rin ilk onilliklərində demokratik əhval-ruhiyyəli milli ziyalı-

larımız Qərbə siyasi simvol, milli dövlətçiliyi yaratmaq və öz 

vətəndaşlarına layiqli həyat təmin etmək üçün inteqrasiya 

etməli olduğumuz məkanın təcəssümü kimi baxırdılar. 

Vətəndaşlarımızın indiki nəsli də Qərbi ümumilikdə milli 

strategiyanın inkişafının mühüm konteksti kimi anlayır. La-

kin bizim məqsədimiz inkişaf etmiş Qərb ölkələrinin ənənə-

lərini və həyat tərzini mənimsəməklə çox qısa bir müddətdə 

onlara çatmaq deyil, milli məkanı liberal ideyaların və ənənə-

vi təsisatların, Qərb novatorluğunun və  Şərq müdrikliyinin 

                                                 

1

 

Noam Çomski. Amerika üçün niyə  hər  şey qurtarmışdır. The Inde-



pendent. Böyük Britaniya, 4 iyun 2006-cı il.

 


 

 

710 



Ramiz 

Mehdiyev 

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

uyğunlaşmasının yanaşı getdiyi yerə çevirməkdir. Biz irəliyə 



doğru sıçrayışla deyil, milli reallıqları, adət və ənənələri, ta-

riximizi və azərbaycançılıq ideologiyasını  nəzərə almaqla, 

suveren demokratiyanı möhkəmlətməyə imkan yaradan qə-

tiyyətli və  dəqiq addımlarla getmək istəyirik. Bu təriflərsiz 

və onlardan kənarda demokratiyanın inkişafı  uğursuzluğa 

məhkumdur. Biz siyasi və iqtisadi quruluşu təkmilləşdirmək-

dən ötrü Qərbə inteqrasiya etmək istəyirik. Biz sağlam dü-

şüncəyə  əsaslanaraq dərk edirik ki, “ümumavropa evi” ide-

yası ölkənin Avropa tarixinə və Qərb sivilizasiyasına qovuş-

ması deməkdir, bu, bizim ümumi taleyimizin perspektivlərini 

açır. Bununla belə, demokratiya, qanunların və insan hü-

quqlarının aliliyi, təkcə  Qərb dəyərləri deyil, ümumbəşəri 

dəyərlərdir. 

Demokratiya və  Qərbə inteqrasiya bizim düşünülmüş 

seçimimizdir. Biz baş verənləri tarixi baxımdan anlayırıq və 

ölkənin taleyi üçün tarixi məsuliyyət hissindən məhrum 

deyilik. Yalnız öz tarixinə hörmətlə yanaşan, bu gününü dərk 

edə bilən və  gələcək inkişaf yollarını görən cəmiyyətin 

sabahı vardır. Hər bir nəslin mövcud olanlara əsaslanaraq, 

sarsıntılarsız, keçmişin üstündən xətt çəkmədən öz gələcəyini 

müstəqil seçməyə ixtiyarı vardır. Biz bu gün belə imkanı 

əldən verməməliyik. Yadda saxlamaq lazımdır ki, hər bir 

ölkə, hər bir xalq sivilizasiyanın ümumi yolu ilə 

addımlayarkən, bu yolu özünə xas şəkildə keçir. Demokratik 

dövlət quruluşu ilə bunun üçün geniş meydan açır. Xaricdə 

kiminsə bunu istəməsi yox, məhz bütün bunların dərk 

edilməsi bizə daxili əminlik verir və demokratiya uğrunda 

mübarizədə səylərimizin əsaslı olduğunu göstərir. 

 


 

 

711



Sözardı 

əvəzi 


 


Download 5.08 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   33   34   35   36   37   38   39   40   41




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling