Ramiz Mehdiyev demokratiya yolunda: irs haqqında düşünərkən
Download 5.08 Mb. Pdf ko'rish
|
- Bu sahifa navigatsiya:
- İnkişaf naminə birləşmə
§ MİLLİ MODEL Genezis Demokratik tranzit dövlət idarəetməsinin səmərəli forma- sının qurulması yollarının öyrənilməsində ən mürəkkəb prob- lemlərdən biridir. Siyasi və sosial-iqtisadi şəraitdən, coğrafi determinantlardan asılı olaraq, demokratik tranzitlər gerçək- ləşmə formasına və son nəticəsinə görə fərqlənir. Tarix boyu
570 Ramiz Mehdiyev
Demokratiya yolunda: irs haqqında düşünərkən
demokratik tranzitin dəfələrlə avtoritar nəticə ilə yekunlaş- masının şahidi olmuşuq. Eyni zamanda, avtoritar rejimlərin demokratik rejimlərə çevrilməsi prosesləri də az olmamışdır. XX əsr demokratik birliyin sərhədlərini genişləndirməyə, “demokratik dalğa”nın geosiyasi qüvvəsini yeni mövqedən qiymətləndirməyə imkanlar açmışdır. Məlum olmuşdur ki, XX əsrin axırları – XXI əsrin əvvəli üçün səciyyəvi olan de- mokratiya ictimai şüurun və dövlət idarəetməsinin transfor- masiyasının xalis daxili layihəsi deyil, yeni dəyərlərin qlobal geosiyasi və geomədəni assimilyasiyasıdır. Sovet İttifaqının dağılması və yeni müstəqil dövlətlərin tə- şəkkülü keçmiş avtarkiyaların avtoritarizmdən demokratik sis- temə tranziti məsələsini gündəliyə gətirmişdir. Yeni məkanlar özlərinin siyasi və iqtisadi sistemlərini bazar kapitalizmi sisteminə oxşatmağa çalışaraq, liberal Qərbə xas olan dəyər- ləri və idealları qəbul etməyə başlamışdır. Demokratiya, söz və yığıncaqlar azadlığı ötən əsrin axırları – bu əsrin əvvəlində ictimai-siyasi diskussiyaların əsas istiqamətinə çevrilmişdir. Postsovet dövlətlərinin əksəriyyətində demokratiyaya apa- ran yol çox mürəkkəb olmuşdur və hazırda transformasiyanın forma və məzmununu tədqiq etmək üçün çox geniş meydandır. Keçmiş SSRİ məkanında yaranmış dövlətlərin bir qismi qısa müddətdə demokratik idarəetmə sisteminə tranzitə nail olmuşdur, ancaq başqaları keçmişin – sovet avto- ritarizminin təcrübəsindən imtina etmədən bu sistemə yollar axtarır. Ona görə də keçmiş avtarkiyanın bəzi dövlətləri indi də demokratik idarəetmə sistemindən kənarda qalır. Demokratiya təkcə seçkili orqanların strukturunun yeni- dən qurulması, vətəndaşların öz iradələrini sərbəst ifadə et- məsi və fərdlərin öz fikirlərini bildirməsi üçün şərait yaradıl-
571 4‐cü fəsil
Milli demokratik tranzitin dilemmaları ması demək deyildir. Demokratik tranzit xeyli dərəcədə icti- mai şüurun dərin transformasiyası deməkdir. Bu və ya digər keçid cəmiyyəti üçün indiyə qədər yabançı olan yeni dəyərlər və davranış normaları bu transformasiyada öz əksini tapır. Təcrübə göstərir ki, demokratikləşmə birdən-birə mümkün deyildir, İraqın və ya Əfqanıstanın nümunəsi sübut edir ki, keçmiş avtoritar rejimlərin tezliklə demokratikləşəcəyini dü- şünmək cəfəngiyatdan başqa bir şey deyildir. Demokratik ən- ənələri olmayan və “siyasi mədəniyyət qıtlığı” hiss edən cə- miyyətlər Şərq yarımkürəsini “geomokratikləşdirməyə” (ilk dəfə istifadə edilən bu termin dünyada demokratikləşmənin geosiyasi mahiyyətini açıqlayır) çalışan Qərb ölkələrinin təcrübəsini öz-özünə qəbul etməyə qadir deyildir. Lakin bu tezis siyasi prosesin aktorları olan, postavtoritar dəyərlərin və təfəkkür formalarının təşəkkülünə təsir göstə- rən siyasi qrupları məsuliyyətdən azad etmir. Bu, təkcə hakim elitaya deyil, həm də sabit və səmərəli demokratik sistem qurmaq məqsədi ilə öz səylərini birləşdirməli olan əks-elitaya aiddir. Sabit demokratik sistemin qurulması dövründə, yaxud Rastounun təbirincə desək, qərarlar qəbul edilməsi fazasında radikalizm və antaqonist ovqat “mötərizə xaricində” qalır, yəni siyasi tərəflərin barışmazlığı daha çevik forma alır. Bu cür qısamüddətli “atəşkəs” və kompro- mis rejimi sabit demokratik tranziti və demokratiyanın möh- kəmlənməsi istiqamətində inkişafını təmin edir. Əsərin bu hissəsi Sovet İttifaqı dağılandan sonra demok- ratik tranzitin milli modelini müəyyən etmək üçün və D.A.Rastounun, A.Pşevorskinin yuxarıda nəzərdən keçirdiyi- miz baxışları, habelə O’Donnelin və F.Şmittrenin modelləri əsasında Azərbaycanın müasir demokratik inkişafını səciy- yələndirmək üçün göstərilən ilk cəhddir.
572 Ramiz Mehdiyev
Demokratiya yolunda: irs haqqında düşünərkən
Bizim tədqiqatımızın metodoloji müddəaları aşağıdakı tezislərə əsaslanacaqdır: 1. Demokratik tranzitin milli birlikdə ifadə olunmuş ilkin şərti ötən əsrin 90-cı illərinin əvvəlində cərəyan edən ictimai-siyasi proseslərlə və 1993-cü ilin iyun ayında siyasi rəhbərlik seçimi məsələsində milli konsensus ilə şərtlənmişdir. 2. Milli demokratik tranzitin səbəbiyyət vektoru sosial və iqtisadi amillərdən siyasi amillərə tərəf yönəlməmiş (D.Rastou), xeyli dərəcədə səmərəli dövlətçiliyin yara- dılmasına kömək etməli olan sabit və güclü hakimiy- yətin olmamasından irəli gəlmişdir. 3. Demokratiya XX əsrin 90-cı illərinin birinci yarısında, çox mürəkkəb iqtisadi kollaps və siyasi qeyri-sabitlik şəraitində ictimai-siyasi diskussiyaların prioritet aspekti deyildi. Sosial maraqlar xeyli dərəcədə maliyyə-iqtisadi böhranların aradan qaldırılmasına və siyasi sabitlik ya- radılmasına yönəlmişdi. 4. Milli demokratik tranzitin hazırlıq fazası Dördüncü res- publikanın 1 ilk onilliyini əhatə edir. Siyasi sistemin institusional baxımdan yenidən qurulması nəticəsində bu fazanın başa çatması mümkün olmuşdur. 5. Siyasi transformasiya və iqtisadi inkişaf nəticəsində de- mokratiya bərqərar olmuşdur. İqtisadi rifah səviyyəsinin demokratikləşmə proseslərinə birbaşa təsirinin olmama- sı barədə yuxarıda qeyd etdiyimiz tezisə baxmayaraq,
1
Azərbaycan 1991-ci ilin oktyabrında müstəqillik əldə etməklə Dördüncü respublikaya qədəm qoymuşdur. Birinci respublika 1918-1920-ci, İkinci respublika 1920-1922-ci illəri, Üçüncü respublika 1922-1991-ci illəri, Dör- düncü respublika 1991-ci ilin oktyabrından sonrakı illəri əhatə edir.
573 4‐cü fəsil
Milli demokratik tranzitin dilemmaları bazar kapitalizminə keçid siyasi sahədə və ictimai şüur- da əks olunan yeni davranış stereotiplərinin təşəkkülünə imkan yaratmışdır. 6. Demokratiyanın bərqərar olması onun konsolidasiyasının təməlini qoymağa kömək edir. Dövlətin inkişafının sabit- ləşməsi prosesi hazırlıq fazasını başa çatdırmağa və qərarlar qəbul edilməsi fazasından keçməklə demokrati- yaya alışma fazasına keçidə başlamağa imkan vermişdir. 7. Milli identiklik milli mənlik şüurunun mühüm tərkib his- səsinə çevrilmişdir. Ölkədə demokratikləşmə tammiq- yaslı şəkil aldıqca və milli vətənpərvər qüvvələrin sıraları genişləndikcə, kollektiv şüurun ayrıca bir seqmenti olan milli identikliyin qavranılma səviyyəsi yüksələcəkdir. 8. Demokratiyanın inkişafı ilə yanaşı, milli demokratiya üçün yeni təhlükələr də yaranır. Dünya məkanının qlo- ballaşması və beynəlxalq münasibətlərdə Pax Ameri-
başa düşülməsinə təshih edir, onları asanlıqla ixrac olu- na bilən bir məhsula çevirməyə çalışır. 9. Demokratik tranzit ölkənin sənayeləşmə dövründən postindustrial dövrünə keçməsini şərtləndirir, adət etdi- yimiz həyat tərzini, təfəkkür və davranış formalarını də- yişdirir, habelə ənənəvi sosial mexanizmlərin və təsi- satların fəaliyyətinə təshih edir.
Sovet dövrünün avtoritar sistemindən müstəqil dövlətçili- yin demokratik strukturuna milli tranzit ötən əsrin 90-cı illərinin əvvəlində bir növ milli birləşmə istiqamətində atıl-
574 Ramiz Mehdiyev
Demokratiya yolunda: irs haqqında düşünərkən
mış addım oldu. SSRİ-nin dağılması ərəfəsində Azadlıq meydanında baş verən hadisələr və Qarabağ problemi ətra- fında ümummilli birləşmənin sonradan genişlənərək, “ittifaq qardaşlığından” xilas olmaq cəhdinə çevrilməsi cəmiyyətdə azadlıq və demokratiya kimi dəyərlərin dərk edilməsinin tə- məlini qoydu. Hələ SSRİ-nin mövcud olduğu dövrdə Nax- çıvan Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçirilən iclasının rəyasət heyətində Azərbaycan SSR-in ikirəngli bay- rağı əvəzinə, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının qoyulması faktını demokratikləşmənin başlanğıcı hesab etmək olar. Demokratikləşmə yolunun başlandığı rəmzlər konkret tarixi dövrdə cəmiyyətin müraciət etdiyi milli identiklik elementlərini əks etdirirdi. Sonradan, hələ Sovet İttifaqı mövcud olduğu dövrdə Azadlıq meydanında dalğalanan üçrəngli Cümhuriyyət bayrağı milli birliyin və sovet dövlətinin ideoloji dayaqlarının və keçmiş “qardaşlıq” münasibətlərinin qalaqları altından dirçələrək üzə çıxan milli birliyin və milli identiklik hissinin təcəssümü idi. 1990-cı illərin əvvəlində Sovet İttifaqı bir vaxtlar ona xas olan daxili birliyi tamamilə itirmişdi. Sovet respublikaları müstəqilliyə get-gedə daha güclü şəkildə can atırdı, bu isə gələcək inkişafın perspektivlərinin müəyyən edilməsi məsələsində milli birlik doğururdu. Qorbaçovun “yenidən- qurması” sovet ictimai şüurunda müəyyən demokratikləşmə yaratmağa istiqamətlənmişdi, lakin əslində bu, yaxınlaşmaq- da olan qlobal “demokratikləşmə dalğasının” seqmentlərini assimilyasiya etmək yolu ilə kommunist rejimini xilas etmək cəhdindən başqa bir şey deyildi. Sovet cəmiyyəti “yeni- dənqurma”ya hazır deyildi, və yəqin ki, onu “hissə-hissə” təqdim etmək lazım idi, – ona görə də bu siyasət dərhal ucdantutma demokratikləşmə barədə komanda kimi qarşı-
575 4‐cü fəsil
Milli demokratik tranzitin dilemmaları landı. Siyasi plüralizm təcrübəsini malik olmayan totalitar cəmiyyət üçün fikir və söz azadlığı, şəffaflıq yalnız “üçüncü demokratik dalğa”nın yeni dəyər oriyentirləri qarşısında rejimin “danışıqsız təslim olmasına” gətirib çıxara bilərdi. Təxminən yarım əsr müddətində Avropanı narahat edən kommunizmin “Qərbə hücumunu” əvəz etmiş demokratik baxışların “Şərqə hücumu” Baltikyanı respublikaların pay- taxtlarında antisovet hərəkatları dalğasına çevrildi (Azərbay- canda kütləvi xalq çıxışlarının spesifik motivləri vardı: bu çıxışlar Moskvanın və Yerevanın Dağlıq Qarabağı Azər- baycandan qoparmaq cəhdlərinə qarşı idi). Totalitar rejimin son akkordları 1991-ci ilin avqust ayında QKÇP qiyamı zamanı, SSRİ-nin ali rəhbərliyini təmsil edən bir qrup şəxs dünyada baş verən qlobal transformasiyalara baxmayaraq, SSRİ-nin yaxınlaşmaqda olan dağılmasını dayandırmağa və tarixin təkərini geri döndərməyə çalışanda səsləndi. Lakin xaotik şəkildə dağılma prosesi M.S.Qorbaçov kommunist partiyasının buraxılmasını bəyan edəndən və 1991-ci ildə Belovejsk müqaviləsi imzalanandan daha əvvəl SSRİ-ni bü- rümüşdü. Sovet respublikaları artıq Mərkəzə tabe olmaq istə- mirdi və onların hər biri daxili sosial-iqtisadi və siyasi prob- lemləri özünün bildiyi kimi həll edirdi. Müxtəlif xalqların və dövlətlərin vahid bayraq altında və vahid ideoloji məqsədlər naminə birləşməsinə tarixi zərurət yox idi. Dünya yenidən qurulurdu. Xalqlar və dövlətlər qarşılıqlı əlaqələrin əvvəlki stereotiplərini aradan qaldıraraq, müstəqillik əldə edilməsi yolunda əməkdaşlığın yeni formalarını axtarırdılar. SSRİ-nin dağılması keçmiş sovet respublikalarında müstəqilliyə can atmağı və demokratik demarşı yalnız leqallaşdırmış oldu. Milli məkanın demokratikləşməsi yəqin ki, məhz xalq hərəkatından başlanmışdır, çünki hər bir sovet vətəndaşının
576 Ramiz Mehdiyev
Demokratiya yolunda: irs haqqında düşünərkən
azadlığın dadını hiss etdiyi tarixi dəqiq təyin etmək son dərəcə çətindir. Ermənistandan yüz minlərlə azərbaycanlının tarixi torpaqlarından zorla qovulmasına münasibətdə ədalətin bərpa olunmasını tələb edən xalq kütlələrinin çıxışları, eləcə də Dağlıq Qarabağın Azərbaycandan qoparılması məsələsin- də Moskvanın ermənipərəst siyasəti respublika əhalisini hiddətləndirir, bu isə labüd olaraq hökumət əleyhinə ritori- kanın güclənməsinə doğru aparırdı. Bu məsələdə milli birlik kütləvi şüurun tədricən liberallaşmasının əsas seqmenti idi. Heç şübhəsiz ki, postsovet Azərbaycanında liberallaşma han- sısa təsisatlar və strukturlar tərəfindən nəzərdə tutulmamışdı. Lakin cəmiyyətin siyasi plürallaşmasının ilk rüşeymləri ya- ranırdı ki, bu da kommunist rejiminə müxalif olan Xalq Cəbhəsinin yaradılmasında özünü göstərmişdi. Azərbaycan- da məlum yanvar hadisələrindən – ölkəyə qoşun yeridilməsi və dinc sakinlərin gülləbaran edilməsindən sonra cəmiyyətdə Moskvanın siyasi və iqtisadi asılılığından xilas olmaq barədə çağırışlar getdikcə daha ucadan səslənirdi. Bu məsələdəki ümummilli konsensus Azərbaycan cəmiyyətini bəzi başqa sovet respublikaları ilə müqayisədə daha uğurlu şəkildə libe- rallaşdırmağa, hazırlıq fazasını sanballı və səmərəli etməyə imkan verdi. Milli konsensus 1993-cü ilin iyun ayında yaranmış siyasi böhranın həllinin mühüm tərkib hissəsi oldu və hakimiyyətin yeni siyasi strukturuna keçməyi şərtləndirdi. Gənc müstəqil Azərbaycan dövlətçiliyinin hələ yetkinləşməməsindən və si- yasi rəhbərliyin fəaliyyət qabiliyyətli olmamasından irəli gə- lən institusional böhran respublikanı ümumi böhran təhlükəsi qarşısında qoydu. Bu böhran cəmiyyətin həyatının bütün sahələrini əhatə edə bilərdi. Məlum oldu ki, SSRİ dağılandan və “milli qüvvələr” hakimiyyətə gələndən sonra AXC-nin si-
577 4‐cü fəsil
Milli demokratik tranzitin dilemmaları yasi fəaliyyət istiqamətlərindən biri kimi görünən liberallaş- ma, əslində, hakimiyyətə can atan siyasi qruplaşmaların söz ritorikasından başqa bir şey deyilmiş. Nəticədə ölkəni bürü- müş anarxiya və xaos, bu şəraitdə qaçılmaz olan idarəetmə böhranı yeni siyasi rəhbər – milli lider seçimində, cəmiyyətin və dövlətin strateji inkişaf yolunun dəyişdirilməsində milli konsensusu şərtləndirdi. Bu baxımdan Rastounun fikirləri maraq doğurur: “Milli birlik demokratikləşmənin ilkin şərti adlanır, yəni o, prosesin bütün digər mərhələlərindən əvvəl yaranmalıdır, başqa vaxt- da onun yaranmasının əhəmiyyəti yoxdur”. Bununla bərabər, milli konsensus şüuraltı səviyyədə mövcud olan, “guya belə də olmalı imiş kimi qəbul edilən” bir anlayış hesab edilir. Rastounun hipotezinə görə, əgər milli birlik dövlətin inkişa- fının sosial-iqtisadi və siyasi cəhətlərindən asılı olmayaraq, demokratiyaya keçidin yeganə ilkin şərtidirsə, onda Azər- baycanın sovet dövründəki totalitar sistemdən posttotalitar keçid dövrünə tranziti bu modelin parlaq nümunəsidir. Siyasi strukturun tamamilə dəyişdirilməsi Azərbaycanda demokratikləşmə proseslərinə ciddi təsir göstərmişdir, çünki sabitliyin və təhlükəsizliyin təmin edilməsi problemi səmə- rəli dövlətçilik qurulması üçün prioritet vəzifə idi. AXC- Müsavat rejiminin süqutundan sonra dövlət çevrilişləri etmək cəhdləri və Azərbaycanın müxtəlif bölgələrində separatçılıq əhval-ruhiyyəsi də demokratiyanın inkişafına əngəl törədirdi, hərçənd, məhz bu dövr gələcək tranzitin bazis meyillərini formalaşdırmış ilkin şərtlər dövrünə aid edilə bilər. Azərbaycanda milli demokratik tranzit sosial və iqtisadi amillərdən törəməmişdir. O, xeyli dərəcədə cəmiyyətin sabit və səmərəli dövlətçilik qurmaq istəyinin təcəssümü idi. Müs-
578 Ramiz Mehdiyev
Demokratiya yolunda: irs haqqında düşünərkən
təqilliyin ilk illəri sovet dövrünün institusional strukturlarının tamamilə dağılmasına gətirib çıxardı, davranış stereotipləri- nin və həyat normalarının kəskin dəyişməsi ilə nəticələnmiş iqtisadi və sosial-mədəni tənəzzülü şərtləndirdi. Bazar kapi- talizmini guya “hər şeydən azad” olmaq kimi başa düşən siyasi qruplaşmalar ötən əsrin 90-cı illərinin əvvəlində hakimiyyətdə olanda ölkəni anarxiya və siyasi xaos girdabına sürüklədilər. Böhran Azərbaycan cəmiyyətinin bütün həya- tını – siyasi, iqtisadi və sosial sahələri bürümüşdü. Fəaliyyət qabiliyyətli iqtidarın və rəhbərliyin olmaması separatçı əh- val-ruhiyyənin yayıldığı ölkəni tam iflasa doğru aparırdı. Hələ Hobbs yazırdı ki, ayrı-ayrı şəxslərin cəmiyyətdə birgə yaşamasını mümkün edən formal qaydanı güclü dövlət hakimiyyəti yaradır. Bu cür hakimiyyətin olmaması anarxist meyillərin və dövlətin tənəzzülünün səbəbi olur. İlkin şərtlər dövründə, yəni prioritetin demokratiya deyil, sabitliyin təmin edilməsi və milli dövlətçiliyin bərqərar edilməsi olduğu vaxt- da cəmiyyətin mənafeləri məhz hadisələrin bu cür dönüşünə – güclü hakimiyyət yaradılmasına yönəlmişdi. Bununla yanaşı, insanların həyat səviyyəsinin kəskin şəkil- də aşağı düşməsinə səbəb olan çox mürəkkəb iqtisadi və maliyyə böhranı, eləcə də əhalinin alıcılıq qabiliyyətinin get- dikcə azalması demokratiya haqqında diskussiyaları tranzitar Azərbaycan cəmiyyətinin maraq dairəsindən kənarlaşdıraraq, ictimaiyyətin nəzərlərini iqtisadi və sosial problemlərin həlli yollarının axtarışına yönəltmişdi. İqtisadi problemlərə və maliyyə çətinliklərinə başları qarışmış vətəndaşlar açıq və demokratik cəmiyyət qurulması barədə deyil, əmək haqqının artırılması, inflyasiyanın səviyyəsinin aşağı düşməsi, investisi- ya imkanları və yeni iş yerlərinin açılması barədə düşünməyi üstün tuturdular. Üstəlik, AXC-Müsavat rejimini əvəz etmiş
579 4‐cü fəsil
Milli demokratik tranzitin dilemmaları idarəetmə forması cəmiyyətə daha aşkar və daha demokratik rejim təsiri bağışlayırdı, çünki indən belə reketlə məşğul olan XTMD döyüşçülərini və ya əlində tapança dövlət televiziyası- nın studiyasına soxulan, sonra da jurnalisti öz avtomobilinin yük yerinə basan daxili işlər nazirini təsəvvür etmək mümkün deyildi. A.Mütəllibovun, sonra isə Ə.Elçibəyin hakimiyyətini əvəz etmiş Dördüncü respublikanın ilk illəri, həqiqətən, ölkədə asayişin və dövlət intizamının tənzimlənməsi dövrünə çevrildi ki, bunu da demokratiyaya keçidin ilkin şərti kimi qiymətlən- dirmək olar. İctimai şüur dövlət hakimiyyətində institusional islahatlar aparılmasını tələb edirdi və sonradan bu, 1993-cü ilin iyun ayında ölkənin siyasi rəhbərliyinin seçilməsi məsələsində milli konsensusda ifadə olunmuşdu. Lakin ölkədəki daxili vəziyyət və siyasi qruplaşmaların anarxist meyilləri institusional isla- hatların və milli siyasi məkanın yenidən qurulması imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırırdı. Buna görə də 1993-cü ildən 1996-cı ilədək olan dövrdə Azərbaycan dövlətçiliyinin əsas vəzifəsi ölkədə sabitlik yaradılması və onun təmin edilməsi məsələlərindən ibarət olaraq qalırdı. Bu, demokratik rejim formalaşdırılmasına başlamağa, demokratiyanın bərqərar olmasına, eləcə də totalitar və posttotalitar sistemlərdən qərar- ların qəbul edilməsi fazasına və demokratiyaya alışmaq fazasına keçidin konturlarının yaradılmasına başlamağa imkan verirdi.
Hazırlıq fazası
Ölkədə ictimai-siyasi vəziyyətin sabitləşməsi, çox böyük geoiqtisadi əhəmiyyəti olan neft müqavilələrinin imzalanma- sı ilə əlaqədar iqtisadi yüksəlişin başlanması milli demokrati-
580 Ramiz Mehdiyev
Demokratiya yolunda: irs haqqında düşünərkən
yanın tranzit fazasına daxil olmağa imkan vermişdi. Bu fazada siyasi prosesin iştirakçıları artıq “cəmiyyətdə möh- kəm kök salmış qüvvələri” təmsil edirdi. Milli siyasi məkanın aktorları arasında qarşıdurma iqtisadi və ya sosial deyil, daha çox siyasi məna kəsb edirdi. Demokratik ritorika isə, Rastounun təbirincə desək, “mübarizənin əzəli və əsas məqsədindən” savayı bir şey deyildi, “ona hansısa başqa məqsədə nail olmağın vasitəsi kimi müraciət edirdilər, yaxud da o, mübarizənin əlavə məhsulu kimi əldə olunurdu”. Milli məkanda demokratik tranzitin hazırlıq fazasının xüsusiyyəti aşağıdakı aspektlərdə təzahür edirdi 1 :
• Hazırlıq fazası ilkin şərtin – milli birliyin yaranması nəticəsində mümkün olmuşdu. • Cəmiyyətdə qarşıdakı siyasi mübarizənin əsas iştirakçı- ları görünməyə başlamışdı və onlar Azərbaycan cəmiy- yətinin müxtəlif sosial təbəqələrini təmsil edirdilər. • Azərbaycan cəmiyyətinin siyasi qütbləşməsi sərt müba- rizə, qarşıdurma prinsipi üzrə cərəyan edirdi, burada hər bir qrup “nəticə etibarilə öz opponentini sarsıtmaq üsu- lu” tapmağa çalışırdı. • Senzuranın ləğv edilməsi və dövlətdən asılı olmayan mətbuatın təşəkkülü, habelə müxalifət KİV-lərinin sayı- nın xeyli dərəcədə artması ictimai şüurda demokratik dəyərlərin qavranılmasına və yeni davranış normaları- nın yaranmasına kömək edirdi. • Demokratik transformasiyanın hazırlıq fazası 1995-ci ildə müstəqil Azərbaycanın Konstitusiyasının qəbul
1
Biz D.Rastounun modeli əsasında hazırlıq fazasının sosial-siyasi meyil- lərini izləməyə çalışacağıq.
581 4‐cü fəsil
Milli demokratik tranzitin dilemmaları edilməsi ilə müşayiət olunurdu. Bu Konstitusiya de- mokratiyanı cəmiyyətin və dövlətin inkişaf strategiyası kimi müəyyən etmiş, demokratik cəmiyyətdə birgə- yaşayışın prinsiplərini təsbit etmişdir. • 1995-ci ildə keçirilən parlament seçkiləri hazırlıq fazası üçün möhkəm təməlin təşəkkülü yolunda ilk addım oldu, yeni siyasi konfiqurasiya üçün məkan yaratdı. • Siyasi məkanın strukturunda radikal və mötədil istiqa- mətli siyasi təşkilatlar formalaşmağa başlamışdı. Nəti- cədə siyasi mübarizə yeni çalar alır, rəqibləri “bir-birinə zidd olan iki bayraq ətrafında birləşməyə” sövq edirdi. Buna görə də hazırlıq fazasında ölkənin fərqləndirici cəhəti plüralizmin deyil, qütbləşmənin olması idi. • Hazırlıq fazasının səbəb-nəticə əlaqələri Azərbaycan cəmiyyətinin tam mənada qəfildən qarşılaşdığı demok- ratikləşmədən ibarət idi. Bunun konkret təzahürlərindən biri qanuniləşdirilmiş partiya müxalifətinin yaranması, hakim elita ilə onun opponenti olan əks-elita arasında sərt qarşıdurma idi. • İctimai şüur tədricən demokratikləşməni açıq cəmiyyətə təbii keçid kimi qəbul etməyə başlamışdı və başqa coğrafi məkanların demokratik ənənələrini milli məkana intensiv şəkildə assimilyasiya etməyə çalışırdı. Demok- ratiya get-gedə daha çox dövlətin inkişafının və ictimai həyatın ayrılmaz aspekti kimi qəbul edilməyə baş- lamışdı. Azərbaycanda demokratik transformasiyanın hazırlıq fazası dövlətçilik əsaslarının təşəkkülü və yeni siyasi konfiqura- siyanın və partiya konfiqurasiyasının formalaşması şəraitində
582 Ramiz Mehdiyev
Demokratiya yolunda: irs haqqında düşünərkən
cərəyan edirdi. Cəmiyyətdə gələcək demokratik transformasi- yalar barədə tam anlaşılmazlıq hökm sürürdü, bu və ya digər siyasi qruplaşmalar yaranmış vəziyyəti özlərinin anarxist niy- yətlərini həyata keçirmək üçün bir fürsət hesab edirdilər. Bu faza iqtidar ilə müxalifət arasında sərt siyasi qarşıdurma şəraitində cərəyan edir, nəticədə bütövlükdə siyasi sistemin “yetərsizliyi kompleksi” yaranırdı. “Üçüncü demokratik dal- ğa”nın qlobal hücumu, habelə ictimai şüurun sənaye dövrünə xas olan formasının gizli qərbləşmə vasitəsilə milli məkana nüfuz edən postindustrial forması ilə tədricən əvəzlənməsi islahatçı və radikal siyasi qruplar arasında toqquşmaya səbəb olurdu. Bununla bərabər, Azərbaycanda gələcək demokratik tranzitin hazırlıq fazasının səciyyəvi xüsusiyyətlərindən biri qarşıdurma vəziyyətində olan tərəflərin sivilizasiyalı siyasi davranışın yeni modellərini transformasiya etməyə və belə- liklə də qərar qəbul edilməsi fazasına yubanmadan keçməyə, demokratiyanın möhkəmlənməsi prosesinin başlanmasına kö- mək etməyə açıq-aşkar hazır olmaması idi. Demokratik tranzitin mürəkkəbliyi çox vaxt siyasi lider- lərin bu cür keçidi reallaşdıra, siyasi rəqabətin köhnə me- todları və üsullarından imtina edə bilməməsindən irəli gəlir. Xeyli dərəcədə müxtəlif sosial qrupların lümpenləşmiş, deq- radasiyaya məruz qalmış nümayəndələrindən, habelə cəmiy- yətin radikal seqmentlərindən ibarət olan, sovet sisteminin dağılması şəraitində yetişmiş və kommunist sənayeçiliyinin “ən yaxşı” ənənələrini qəbul etmiş milli müxalifət 1990-cı illərin ikinci yarısında, yəni müstəqil dövlətçilik qurulması dövründə İspaniya müxalifətinin “Monkloa paktı”nın bağlandığı vaxt keçdiyi yoldan imtina edərək, özlərini “vəzifə kürsüsü uğrunda müharibəyə” həsr etmişdi. Lakin buna baxmayaraq, milli demokratik transformasiyanın ha-
583 4‐cü fəsil
Milli demokratik tranzitin dilemmaları zırlıq fazası Azərbaycanda demokratik sistemin hərtərəfli formalaşmasının başlanmasını şərtləndirən mühüm dövr oldu. Tarixin həmin zaman kəsiyinin çətinliklərinə və gözlə- nilməz hadisələrinə baxmayaraq, bu faza elə bir təməl qoydu ki, sonradan o, milli siyasi strukturun demokratiyanın bərqə- rar olduğu məkana transformasiya etməsinə imkan yaratdı.
Download 5.08 Mb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling