Ramiz Mehdiyev demokratiya yolunda: irs haqqında düşünərkən
Download 5.08 Mb. Pdf ko'rish
|
Frensis Fukuyama
Böyük parçalanma transformasiyası dövlətin regional rolunu gücləndir- məyə imkan yaratdı və Azərbaycanın xarici siyasətinin fəallaşmasına səbəb oldu. Ümumən, Azərbaycanın milli mənafelərin təmin olunması üçün beynəlxalq əməkdaş- lığın bütün imkanlarından istifadə edilməsinə yönəl- dilmiş fəal çoxvektorlu siyasət yürütmək xətti getdikcə daha çox səmərə verməyə başlayır. Bununla belə, ta- mamilə aydındır ki, Azərbaycan dövlətinin əsas vəzifəsi dünya birliyinə daha da inteqrasiya etməkdir. Bütün məsələ milli maraqlar baxımından buna maksimum əl- verişli şərtlərlə nail olmaqdan ibarətdir. Azərbaycan ilə Ermənistan arasında Dağlıq Qarabağ üstündə gedən mü- naqişənin ədalətli həlli məqsədi ilə iqtidarın göstərdiyi səylər son nəticədə məhz buna, regionda strateji sa- bitliyin təmin edilməsinə, yeni təhlükələr və hədələrlə mübarizəyə, terrorizmlə mübarizədə köməyə, Azərbay- canın dünya iqtisadi sisteminə yetərincə inteqrasiyasına yönəldilmişdir. Beləliklə, 2003-cü ilin prezident seçkilərindən ötən dövr ərzində milli müxalifət (əlbəttə ki, onun radikal qanadından sohbət gedir) yuxarıda göstərilən seqmentlərin heç birində
426 Ramiz Mehdiyev
Demokratiya yolunda: irs haqqında düşünərkən
yeni siyasi məkanda öz yerini və rolunu müəyyən edə bil- məmiş, sağlam müxalif fikrin yaranmasına mane olmuşdur. İqtidarın həyata keçirdiyi proqramlar isə elektorat üçün daha cəlbedici, rentabelli və gözlənilən olmuşdur. Aşkar görünür ki, vətəndaş cəmiyyətinin və şəxsiyyətin siyasi hüquqlarının, iradəsi və hərəkətlərinin dövlətin sabit inkişafını AXC-Mü- savat cütlüyünün birillik hakimiyyəti dövründəkinə oxşar vəziyyətə salmaq məqsədi daşıyan müxtəlif siyasi qruplaş- maların özbaşınalığı və hikkələrindən qorunduğu ictimai struktur yaranır. Təbii ki, bəşər tarixində hakim dairələrə münasibətdə tən- qidin, bəzən isə həm də düşmən hərəkətlərin mövcud ol- madığı cəmiyyətlərə rast gələ bilmərik. Siyasi rejimlərin əksəriyyəti əks-elitaların olmasını tələb etdiyi kimi, bu və ya digər baxışlara müxaliflik də insan şüurunun xarakterik cəhə- tidir. Əslində, müxalifət dedikdə, statuslu hakimiyyətin siya- sətində reallaşdırılan məqsədlərə nail olmaq yollarından fərq- lənən maraqların ifadə edilməsi və müdafiəsi üçün yaradıl- mış siyasi təsisat başa düşülür. Hərçənd, demək lazımdır ki, müxalifət heç də həmişə so- sial və siyasi təsisat kimi fəaliyyət göstərmir, lakin o, hər yerdə hakim qruplaşmanın apardığı siyasətə tənqidi müna- sibətlə bağlı olan müəyyən ideya və əhval-ruhiyyələrin məc- musu kimi mövcuddur. Müxalifətin leqallaşmadığı cəmiy- yətlərdə müxalifət qüvvələri ilə rejim arasındakı münaqişə pozucu təsir göstərə bilər. Müxalifəti qovan cəmiyyət özünü- tənzimləmə və özünüinkişaf mexanizmlərini tədricən itirir. Siyasi rejim dinamizmdən məhrum olur, onun əlaqələri, strukturları getdikcə daha çox sərtləşir və durğunlaşır. Belə rejimlər xarici təsirlərə pis uyğunlaşır, uyğunlaşmanın son nəticəsi isə, bir qayda olaraq, mövcud sistemin köklü şəkildə
427 3‐cü fəsil
İnqilablardan təkamülə doğru:
siyasi reallığı transformasiya edərkən dəyişməsindən ibarət olur. Deməli, müxalifətin olması təka- mül yolu ilə inkişafın, dəyişməz qaydanın və ictimai həyatın müxtəlif tərəfləri arasında dialoqun vacib və ayrılmaz atributudur. Siyasətdə müxaifət öz siyasətini digər siyasətə qarşı qoy- maq, yaxud qanunverici strukturlarda, partiya strukturlarında və ya başqa strukturlarda əksəriyyətin rəyinin, yaxud hakim rəyin əksinə çıxmaqdır. Demokratik dövlətlərdə müxalifət siyasi həyatın normasıdır. Müxalifət partiyası alternativ irəli sürür, hakim partiyaya qarşıdır, onun nöqsanlarını və səhvlərini tənqid edir. Siyasi prosesi tarazlaşdırır, özünün proqramını daim təshih edir. Alternativ baxışların ifadəçisi olan demokratik müxalifət, eyni zamanda, dövlətin tənəzzülü təhlükəsinin qarşısını alır, onun dinamik inkişafına kömək göstərir. Məhz buna görə də, ilk növbədə, dövlətin özü müxalifətin varlığında maraqlı olmalıdır. Başqa sözlə, de- mokratik cəmiyyətdə müxalifət hakim elitanın işinin səviy- yəsini qaldırmağa kömək edən ayrılmaz atributdur. Bu ba- xımdan məlum bir rus məsəli yada düşür: “Durnabalığı olan çayda dabanbalığı sərvaxt olmalıdır”. Milli siyasi məkanda müxalifətin rolu və yerinin tamamilə əks sxemi yaranmışdır. Milli müxalifət (onu yalnız şərti olaraq belə adlandırmaq olar) mövcud olduğu illər ərzində öz baxışlarını və ide- yalarını ictimai şüurda legitimləşdirə bilməmişdir. “Liberal” baxışların səhv, əslində, 1992-1993-cü ilin anarxik meyillə- rini xatırladan təfsiri milli müxalifətə Azərbaycan cəmiy- yətində özünün yeri və rolunun sosial-siyasi əhəmiyyətinin müəyyənləşdirilməsinə səmərəli şəkildə yanaşmağa imkan verməmişdir. Tanınmış politoloqların müxalifətin təsnifatına həsr olun- muş əsərlərinə toxunaraq demək lazımdır ki, bu məsələ bir
428 Ramiz Mehdiyev
Demokratiya yolunda: irs haqqında düşünərkən
çox tədqiqatçıların əsərlərində təfsilatı ilə araşdırılmışdır. Məsələn, A.P.Sıqankovun təklif etdiyi təsnifatı daha ümumi səpkili saymaq olar. O, hökumətin hərəkətlərinə münasibətdə siyasi müxalifətin dözümlülüyünün səviyyəsi meyarı əsa- sında loyal, mötədil və barışmaz (qeyri-loyal) müxalifətləri fərqləndirir. Onun fikrincə, əgər müxalifət partiyaları və hərəkatlarının əksəriyyəti hökumətin hərəkətlərinə loyal mü- nasibət bəsləyirsə, barışmazlar isə azlıq təşkil edirsə və geniş sosial təbəqələrin dəstəyini qazanmağa qadir deyilsə, həmin rejim kifayət qədər sabit sayıla bilər. Yaxud da, əksinə, əgər mərkəzi hakimiyyət legitimliyini itirirsə, tədricən müxalifətə müqavimət göstərə bilmirsə, bu halda rejim sabit deyil və devrilmək riskinə məruz qalır. Barışmaz, başqa sözlə desək, radikal müxalifət böhranlar vaxtı, mötədillərin xeyli hissəsinin radikallara qoşulduğu zaman güclüdür. Belə müxalifət iki istiqamətdə inkişaf edə bilər. O, ya sistemə inteqrasiya edə, yaxud obyektiv ilkin şərtlər olduqda ümummilli lider statusu ala və Şərqi Almaniyada olduğu kimi, mövcud rejimin devrilməsinə kömək edə bilər. Elmi ədəbiyyatda müxalifət hərəkatlarının hökumətə mü- nasibətdə loyallığının səviyyəsini müəyyən edən bir neçə meyar göstərilir. İlk növbədə, hər hansı müxalifət hərəkatı hakimiyyətə nail olmağın leqal vasitələrinə münasibətini həmin vasitələri açıq şəkildə qəbul etməklə və ya qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün onları yetərli saymamaqla büruzə verir. İkincisi, barışmaz müxalifət qanunvericiliklə müəyyən olunmuş qay- dalara əməl etməyi zəruri saymır, loyallar isə problemləri siyasi yolla həll etməyə çalışırlar. Üçüncüsü, radikal müxa-
429 3‐cü fəsil
İnqilablardan təkamülə doğru:
siyasi reallığı transformasiya edərkən lifət hakimiyyətə seçki yolu ilə gəlmiş partiyaların nüfuzunu qəbul etmir. Dördüncüsü, barışmazlar tez-tez hökumətə təzyiq göstərir, bu məqsədlə həmkarlar ittifaqlarından və digər ictimai təşkilatlardan istifadə edirlər. Beşincisi, qeyri- loyal müxalifət üçün özlərinin siyasi opponentlərini gözdən salmaq xarakterikdir. Belə hallarda hakimiyyətdə olan şəxs- ləri olduqca pis şəkildə təqdim etmək üçün onları korrupsiya- da, fırıldaqlarda, vəzifədən sui-istifadə etməkdə günahlandır- maq səciyyəvidir. Barışmaz müxalifət üçün xarakterik olan əsas spesifik xüsusiyyətlər bunlardır. Mötədil müxalifətə gəldikdə isə, onun dəqiq xarakteris- tikasını vermək bir qədər çətin məsələdir, çünki mötədillər daha az müəyyən olan mövqe tuturlar. Bir tərəfdən, onlar barışmaz müxalifətə qoşulurlar, çünki çox vaxt mövcud hakimiyyəti qəbul etmir və onun dəyişdirilməsini arzula- yırlar. Belə hallarda mötədillər radikal müxalifətlə əmək- daşlığa gedir, birgə aksiyalar keçirir, eyni tələblər irəli sürür- lər. Mötədil müxalifətin radikal müxalifətə yaxınlaşması ha- kim rejim üçün çox təhlükəlidir, bu halda mötədillər daha özlərinin tutduqları aralıq mövqe ilə kifayətlənmir və hakim qruplaşma ilə açıq qarşıdurmaya keçirlər. Diğər tərəfdən, mötədillər loyal müxalifətə qoşula bilərlər, bu halda rejim kifayət qədər sabit olaraq qalır. Çox vaxt loyal müxalifəti mötədil müxalifətdən fərqlən- dirmək çətin olur, böhranlar zamanı isə müxalifətin müxtəlif növləri arasında sərhəd əslində silinir. Belə hallarda loyal və mötədil müxalifətlər barışmaz müxalifətə çevrilə bilir və mövcud rejimi devirməyə qadir qüvvə olur. Tədqiqatçılar hakim rejimin və müxalifətin qarşılıqlı əla- qələrinin də müxtəlif modellərini göstərirlər. Məsələn, Ro-
430 Ramiz Mehdiyev
Demokratiya yolunda: irs haqqında düşünərkən
bert Dal özünün “Poliarxiya” adlı klassik əsərində rejimlərin üç tipini göstərmişdir: hegemonluq, poliarxiya və qarışıq re- jim. Bu tiplərə rejimin və müxalifətin qarşılıqlı əlaqəsinin üç modeli uyğun gəlir. Hegemonluq şəraitində hökumətin və müxalifətin qarşılıqı münasibətləri kəskin xarakter alır. Rejim hər cür müxalifəti qadağan edir və onun ləğvindən ötrü bütün tədbirləri görür. Təkcə kənarda deyil, hakim par- tiyanın daxilində də müxalif fikirləri ifadə etməyə göstərilən bütün cəhdlərin qarşısı alınır. Keçmiş sosialist düşərgəsi ölkələrinin kommunist partiyalarında aparılan çoxsaylı partiya təmizləmələri buna misal ola bilər. Bü cür cəmiyyət- lərdə vətəndaşlar siyasətdən tamamilə uzaqlaşdırılmışlar, on- ların sosial, siyasi və iqtisadi strukturlara nəzarət etmək im- kanı olmur. Belə şəraitdə müxalifət qeyri-leqal şəraitdə fəaliyyət göstərir və barışmaz xarakter alır. Poliarxiya şəraitində rejimin və müxalifətin münasibətləri başqa şəkildə qurulur. Poliarxiyalar çevik, mütəhərrik sis- temlər olduğuna görə, loyal və mötədil müxalifətin tərəfdarlarının sayı çox olur. Ancaq hər halda, qeyri- demokratik cəmiyyətlərdə rejimə potensial təhlükə doğuran kilsə, sosial hərəkatlar və assosiasiyalar, hətta istirahət strukturları kimi təsisatlar qalır. Siyasi müxalifətin öyrənilməsini müasir siyasi elmin populyar mövzularından biri hesab etmək çətindir. Bu problemə dair dərc olunan yazıların əksəriyyəti, əsasən, təsvirçi xarakter daşıyır 1 , nəzəri monoqrafiyaların sayı isə 1
L.Helms.2004.Five Ways of Institutionalizing Political Opposition: Lessons from the Advanced Government and Opposition, vol. 39, No 1, p.23-54.
431 3‐cü fəsil
İnqilablardan təkamülə doğru:
siyasi reallığı transformasiya edərkən çox deyildir 1 . 1980-ci illərin 2 və 1990-cı illərin 3 icmal
məqalələri, habelə son illər bu mövzunun dərk edilməsində elə bir irəliləyişin olmadığını göstərir. Lakin azsaylı nəzəri araşdırmalar heç də həmişə eksperi- mental təhlil üçün yararlı vasitələr deyildir. Müxalifətin mövcud tipologiyaları ya ayrılıqda götürülmüş misalın təhlili üçün yaradılan ad hoç konstruksiyalardır 4 , yaxud müxtəlif kateqoriyalar və təriflərlə o qədər yüklənmişdir ki, onların izahedici gücü müxalifətin mahiyyətinin başa düşülməsi üçün yetərli olmur 5 , müqayisəli tədqiqatlar üçün isə istifadə potensialı azdır. Ona görə də ümumən həm hibrid siyasi rejimlər şə- raitində 6 , həm də milli siyasi məkanda siyasi müxalifətin təhlili üçün, sadəcə, yeni tipologiya deyil, bir növ konseptual xəritə yaratmaq lazımdır. Belə xəritə nəinki siyasi müxalifətin müxtəlif növlərini göstərməyə, həm də posttransformasiya dövründə onların dinamikasını izləməyə imkan verəcəkdir.
1
Yale University Press; E.Kolinsky (ed.). 1987a. Opposition in Western Europe. London and Sydney: Croom Helm.
2
P.Pulzer.1987.Is There Life After Dahl? In: E.Kolinsky (ed.) Opposition İn Western Europe. London and Sydney: Croom Helm, p.11-29.
3
J.Blondel. 1997. Political Opposition in the Contemporary World. Gov- ernment and Opposition, vol. 32, No 4, p.462-486.
4
Məsələn: O.Krichheimer. 1966. Germnay: The Vanishing of Opposition, in: R.Dahl (ed.). Political Oppositions in Western Democracies. New Haven and London: Yale University Press, p. 237-259.
5 R.Dahl. 1966b. Patterns of Opposition, in: R.Dahl (ed.). Political Oppo- sitions in Western Democracies. New Haven and London: Yale University Press, p. 332-347. R.Dahl 1966c. Some Explanations, in: R.Dahl (ed.). Polti- cal Oppositions in Western Democracies. New Haven and London: Yale Uni- versity Press, p. 348-386.
6
L.Diamond. 2002. Thinking about Hybrid Regimes, Journal of Democ- racy, vol, 13, No 2, p. 21-36.
432 Ramiz Mehdiyev
Demokratiya yolunda: irs haqqında düşünərkən
R.Dalın 1 və Q.Smitin 2 ardınca, bu xəritə əsasında iki baş- lıca problem kateqoriyasını – müxalifətlərin məqsəd və vasitələrini göstərmək olar. Müxalifətlərin məqsədlərini bir növ kontinuum şəklində təsəvvür etmək olar. Onun “minima- list” sonu o siyasətçilər, dəstələr və partiyalarla göstəril- mişdir ki, onlar hökumətdə təmsil edilməmişlər, lakin fürsət düşdükdə, nəinki siyasi rejimdə, bəzən hətta onun siyasi xəttində də əhəmiyyətli dəyişikliklər edilmədən hökumətə daxil olmağa hazırdırlar. X.Lintsin terminindən isifadə edə- rək, onları “yarımmüxalifət” 3 adlandırmaq olar; bəzi hallarda o, həm də yalançı müxalifətdir 4 . Oxşar terminlər, – məsələn, “fraksiya” müxalifəti termini başqa tədqiqatçılar tərəfindən də işlədilmişdir. Bu cədvəlin əks tərəfində öz məqsədlərinə çatmaq üçün şərt kimi bütün hakimiyyətin onların əlində cəmləşməsini (hərçənd, bir qayda olaraq, heç də həmişə siyasi rejimin radikal şəkildə dəyişməsi üçün yox) nəzərdə tutan siyasi qüvvələri yerləşdirmək olar. O.Kirxhaymerin 5
kontinuum çərçivəsində həm siyasi xəttin ayrı-ayrı cəhət- lərinin dəyişdirilməsinə istiqamətlənmiş “qeyri-struktur” 6
1
R.Dahl. 1966b. Patterns of Opposition, in: R.Dahl (ed.). Political Oppositions in Western Democracies. New Haven and London: Yale Univesity Press, p. 341-347.
2 G.Smith. 1987. Party and Protest: The Two Faces of Opposition in Western Europe, in: E.Kolinsky (ed.). Opposition in Western Europe. London and Sydney: Groom Helm, p. 59-63.
3
J.Linz. 1973. Opposition to and under an Authoritarian Regine: The Case of Spain, in: R.Dahl (ed.). Regimes and Oppositions. New Haven and London: Yale University Press, p. 191.
4 Yenə orada.
5
O.Kirchheimer. 1957. The Waning of Opposition in Parliamentary Re- gimes, Social Research, vol. 24, No 2. p. 127-156.
6
R.Dahl. 1966b. Patterns of Opposition, in: R.Dahl (ed.). Political Oppositions İin Western Democracies. New Haven and London: Yale Univer- sity Press, p. 342.
433 3‐cü fəsil
İnqilablardan təkamülə doğru:
siyasi reallığı transformasiya edərkən çıxış edən “struktur” müxalifəti (məsələn, 1989-1991-ci il- lərdə kommunist rejimlərinin süqutu dövründə Şərqi Avro- pada və SSRİ-də demokratik hərəkatlar da daxil olmaqla) yerləşdirmək olar. Lakin siyasi müxalifətə təsnifat vermək çətindir. Bu mə- sələdə Lintsin fərqləndirdiyi loyal, yarımloyal və qeyri-loyal müxalifətlər 1 ifadələri daha çox yerinə düşür. Hərçənd, müəllif özü bu tipologiyanın da, xüsusilə kifayət qədər yayğın xarakter daşıyan yarımloyallıq kateqoriyasının ambi- valentliyini vurğulayır 2 . Lintsə görə, ən ümumi şəkildə loyallığın meyarları siyasi mübarizənin leqal çərçivələrini qəbul etmək və zorakılığın tətbiqindən imtinadır 3 , zorakılıq, yaxud qanunsuz metodlara söykənmək və ya onların tətbiqi ilə hədələmək isə qeyri- loyal müxalifətin əlamətləridir. Təbii ki, qarşıya sual çıxır: siyasi müxalifətlərin xarakte- ristikasına və onların transformasiyasının trayektoriyasına hansı amillər təsir göstərir? Rusiya alimi V.Gelman yazır ki, bu məsələnin müəyyənləşdirilməsində siyasi rejimlərin xa- rakteristikasının, yəni onların münaqişəliliyinin və hakim siyasi təsisatların toplusunun böyük rolu var. Bir sıra alim- lərin (Burton, Günter, Higley) fikrincə, siyasi rejimlərin mü- naqişəliliyi siyasi elitanın, yəni siyasi əhəmiyyətli qərarların qəbul olunmasına təsir göstərən aktorların strukturu ilə sıx bağlıdır. Bu strukturun elementləri həmin elitaların inteqra- siyası, qərarların qəbulu prosesində əməkdaşlıq etmək baca-
1
down, and Reequilibration, Baltimore and London: Johns Hopkins University Press, p. 27-38.
2
Yenə orada, səh. 28. 3
Yenə orada, səh. 29.
434 Ramiz Mehdiyev
Demokratiya yolunda: irs haqqında düşünərkən
rığı və elitaların diferensiasiyası, yəni müxtəlif qrupların təşkilati və funksional bölgüsü və onların bir-birinə və döv- lətə münasibətdə nisbi müstəqilliyidir. Vurğulamaq lazımdır ki, bu halda elitalar dedikdə, iri nüfuzlu təşkilatlarda və hərəkatlarda strateji mövqeləri əldə saxlayan, siyasi qərarlar prosesinə istiqamətlənmiş və müntə- zəm təsir göstərənlər nəzərdə tutulur. Beləliklə, elitanın tər- kibinə liderlərin iki əsas kateqoriyası daxil edilir: rəqabət vasitəsilə siyasi seçkilərə təsir etmək imkanı olanlar; seçkilərdə iştirak etmədən, qeyri-siyasi, yəni iqtisadi, in- zibati, hərbi, dini, mədəni və sosial resurslara nəzarət sayəsində təsir göstərməyə qadir olanlar. Lakin siyasi qərarlar qəbul edilməsinə təsir prosesində istifadə olun- duğuna görə, bu resurslar da siyasi məna kəsb edir. Müxalifətin tipologiyası məsələsinə qayıdaraq, əvvəlki fəsildə yazdığımız fikirlərə toxunmaq istərdik. Çəmiy- yətdə müxalifətin roluna və yerinə dövlət idarəçiliyinin forması, yəni dövlətlərin idarəetmənin prinsiplərinə görə fərqləndirilməsi – onların parlament və ya prezident idarə üsulunun olması mühüm təsir göstərir. X.Lintsin əsərində deyildiyi kimi, çox vaxt prezident və prezident-parlament sistemlərini onlar “qalib hər şeyi əldə edir” prinsipi üzrə qurulduğuna görə tənqid edirlər. Bu prinsipə uyğun olaraq, belə sistemlərdə prinsipial müxalifətin inkişafı təşviq olunur. Parlament sistemlərində isə siyasi müxalifətlər koalisiya və korporativçi strategiyalar yaradılmasına meyilli olurlar ki, bu da, necə deyərlər, siyasi məkanda “hərracları” şərtləndirir və kəskin qarşıdurma imkanını xeyli dərəcədə aşağı salır.
435 3‐cü fəsil
İnqilablardan təkamülə doğru:
siyasi reallığı transformasiya edərkən Müxalifətin modelləri və onların ictimai-siyasi struktura qovuşması imkanları barədə müxtəlif alimlərin və filosof- ların əsərlərini təhlil edərək, milli müxalifətin daimi məğlubiyyətlərinin səbəbləri haqqında bəzi nəticələr çıxar- maq olar. Zənnimizcə, 2003-cü ilin oktyabrından sonra milli müxalifətin ucdantutma dağılmasına dörd başlıca problem səbəb olmuşdur: 1. Ciddi sosial bazanın, müxalifətin dəstək üçün müraciət edə biləcəyi güclü məqsədli qrupun olmaması. Köhnə dağıdıcı müxalifətin liderlərinin qisasçılığı, bu müxalifətin ictimai prosesləri döndərmək cəhdləri. Dağıdıcı müxalifət bir tarixi sistemdən başqasına keçid nəticəsində cəmiyyətin sosial strukturundakı ciddi keyfiyyət dəyişikliklərini dərk edə bilməmişdir. Mü- xalifət hakimiyyət uğrunda mübarizədə yenə də siyasi sistemin seyrəlmiş, ümumən, artıq mövcud olmayan təbəqələrinə arxalanırdı. Azərbaycan cəmiyyətində güclü sosial təbəqələşmə baş vermiş, yeni sosial-siyasi, iqtisadi və mənəvi tələbatları və maraqları olan təzə təbəqələr yaranmışdır. Bu da təbiidir, cünki mühüm sosial boşluqları doldurmaq üçün fərdlərin səfərbər olunmasına tələbat yarandığına görə, təbəqələşmə funksional baxımdan zəruri olur. Deməli, 2003-cü ildə müxalifətin dəstək üçün müraciət edəcəyi zəruri sosial bazası yox idi. 2.
Kiçik müxalifət qruplarını özlərini ölkənin başlıca mü- xalif qüvvəsi elan etmiş radikalların ətrafında birləşdirə biləcək ideoloji bazanın olmaması. 3.
Etirazçı elektoratın radikalların şüarları və çağırışlarına etimadının itirilməsi, praktik səviyyədə isə yeni açılmış
436 Ramiz Mehdiyev
Demokratiya yolunda: irs haqqında düşünərkən
iş yerlərinin həmin sosial bazanın xeyli hissəsini əhatə etməsi nəticəsində işsizliyin kəskin şəkildə azalması. 4.
Nüfuzlu liderin olmaması. Gördüyümüz kimi, bu səbəblərin bütün kompleksi milli müxalifətin yeni reallıqlara və təkamül transformasiyalarına uyğunlaşmaq qabiliyyətinin olmamasından irəli gəlmişdir. Siyasi fəaliyyətin məzmununu inqilabiliklə doldurmaq cəhdi ölkədə yaranmış reallıqlara, habelə müxalifətin bacarığına və potensialına uyğun gəlməyən davranış modeli doğurmuşdu. Mahiyyət etibarilə müxalifət ideoloji və funksional baxımdan keyfiyyətcə başqa, yalnız mövcud konstitusiya və qanun- vericilik məkanı çərçivələrində inkişaf edən siyasi şəraitə uyğun gələn hərəkat olmalı idi. Belə konstruksiyanın, ümumiyyətlə, yeni siyasi keyfiyyət və uzunmüddətli sosial dayanıqlılıq kəsb edə bilməsi üçün o, əvvəldən piramida prinsipi ilə qurulmalı, onun bünövrəsini vətəndaşların demokratik ideologiya- ların bütün spektrinə səmtlənmiş və hakim rejimə müxtəlif dərəcədə müxalifətdə olan formal və qeyri- formal birliklərindən ibarət kifayət qədər geniş ictimai platforma təşkil etməlidir. Bu cür platformanın qurulması üçün baza vətəndaş cəmiyyətinin Azərbaycanda forma- laşmağa başlayan, dövlət hakimiyyətindən maksimum müstəqil olan vətəndaş cəmiyyəti strukturları – kor- porativ təşkilatlar, peşə təşkilatları, sosial və digər təş- kilatlar, maarifçilik, elmi tədqiqat təşkilatları, siyasi və diskussiya klubları, habelə, sadəcə, fərdi maraqlar əsasın- da birləşmiş vətəndaş qrupları ola bilərdi. Azərbaycanda bu, baş verdimi? Müxalifət bu strukturlarda dəstək tapa bilmədiyinə görə, cavab məlumdur.
437 3‐cü fəsil
İnqilablardan təkamülə doğru:
siyasi reallığı transformasiya edərkən
Aydındır ki, mövcud konstitusiya və qanunvericilik məkanı çərçivəsində hakim rejimə opponentlik edən ictimai- siyasi konstruksiyanın uğur qazanması üçün, habelə bütün seçki kampaniyaları daxil olmaqla, siyasi prosesdə tammiq- yaslı iştirakı üçün onun piramidasının zirvəsində birləşmiş siyasi partiya, yaxud siyasi partiyaların bloku – hüquqi ba- xımdan seçki prosesinin tamhüquqlu subyekti dayanmalıdır. Lakin təcrübə göstərir ki, nə qədər çalışsa da, milli müxalifət qarşıya qoyduğu məqsədə nail olmaq naminə birləşə bil- məmişdir. Hakim rejimə bu və ya başqa dərəcədə oppo- nentliyə səmtlənmiş koalisiya, yaxud partiyaların ittifaqını yaratmaq variantı yalnız təkcə bir səbəbə görə mümkün sayılmırdı. Həmin səbəb də o idi ki, müxalifət lap cüzi də olsa, özünün resurs potensialını heç vaxt birləşdirə bilməmiş- di. Buna onun məqsəd və maraqlarının tamamilə qarışdırıl- ması mane olurdu. Müxalifət özü öz daxilində rüsvayçı saxta oyun oynadığı 2003-cü ilin prezident seçkilərindən sonra tərəfdarlarının hətta ən radikal əhval-ruhiyyəli hissəsinin də olan-qalan etimadını tamamilə itirdi. Bununla yanaşı, müxa-
438 Ramiz Mehdiyev
Demokratiya yolunda: irs haqqında düşünərkən
lifət nümayiş etdirdi ki, iqtidara opponentlik edən partiyalar üzvi şəkildə nəinki bir-biri ilə hansısa qarşılıqlı fəaliyyətə, həm də istənilən birləşdirici prosesdə bəyanatlarla yox, real şəkildə iştirak etməyə qadir deyildir. Nə Müsavat, nə AXCP, nə də AMİP və ADP hakim rejimə müxalif fikri cəmləşdirən bir növ mərkəzə çevrilməyə qadir olduğunu göstərə və geniş ictimai dəstəyi təmin edə bildi. Çünki bu partiyalardan hər biri istənilən birliyi yalnız özünün qoyduğu şərtlərlə ona birləşmə kimi təfsir edirdi. Bundan əlavə, həmin partiyaların liderləri uzun illərdir ki, bir-birinə tərəfdaş yox, barışmaz rəqiblər kimi baxırlar. Lakin vurğulayım ki, müxalifətin formalaşması prosesi istər az əhəmiyyətli siyasi partiyalarla və ayrı-ayrı liderlərlə, istərsə də ictimai birliklərin və qrupların geniş spektri ilə qarşılıqlı əlaqədə öyüd-nəsihətçilik və mənfəətpərəstlik münasibətləri deyil, hörmətcil, tərəfdaşlıq münasibətləri və müəyyən kompromislər tələb edir. 2003-cü ilin prezident seçkiləri göstərdi ki, bizim mü- xalifət partiyaları yalnız öz rəhbərlərinin məhdud siyasi ma- raqlarını ifadə edə bilir. Onlar hakimiyyətə qarşı opponentlik etmək üçün nəinki sosial təbəqələri səfərbər edə, həm də kiçik partiya resurslarını da cəmləşdirə bilmir. Yaxın keçmişin hadisələri sivilizasiyalı siyasi rəqabətə yox, yalnız hikkələrin yeridilməsinə yönəldilmiş şəxsi ma- raqları rəhbər tutan partiya və qrupların liderlərinin siyasi fərasətsizliyinin açıq-aşkar sübutudur. Azərbaycanda müxalifətin yaranması, inkişafı və tənəzzü- lünün məntiqi universal səciyyə daşıyır, lakin bununla belə, müxalifət qüvvələrinin ayrı-ayrı seqmentləri onların mənşə- yinin, ideoloji və təşkilati xarakteristikalarının xüsusiyyətini
439 3‐cü fəsil
İnqilablardan təkamülə doğru:
siyasi reallığı transformasiya edərkən nümayiş etdirir. Bu xüsusiyyətin dərk olunması milli mü- xalifət partiyalarının siyasi təkamülünün dərindən təhlilini tələb edir. Hərçənd, milli siyasi məkanla bağlı araşdırmalarda partiyaların əlamətlərə görə sollara və sağlara bölünməsi olmasa da, biz milli siyasi spektrdə onlardan hər birinin yerini göstərməyə çalışacağıq. Milli müxalifət təkcə istənilən yolla hakimiyyətə gəlmək, siyasi bazarda mövqeyini saxlamaq deyil, həm də mütəşəkkil birlik görüntüsü yaratmaq məqsədi ilə daim öz fəallarını və tərəfdarlarını maksimum şəkildə səfərbər etməyə çalışmışdır. Lakin daimi təzyiq, təbii ki, enerjinin tez sərfinə səbəb olur ki, (bu, fizikanın məlum prinsipidir) bu da milli siyasi məkanda əks-elitaların mövqeyinə əhəmiyyətli şəkildə təsir etmiş, onların imkanlarını azaltmış və elektoral cəlbedicili- yini məhdudlaşdırmışdır. Bu kitabın müəllifi 2003-cü ildə xarici qəzetlərdən birində Azərbaycanda seçkilərə hazırlıq prosesinə həsr olunmuş mə- qaləni nəzərdən keçirərkən milli müxalifətin xüsusiyyətləri- nin olduqca maraqlı təhlilinə rast gəlmişdir. Məsələn, orada deyilirdi: “Orta statistik azərbaycanlı Azərbaycan müxalifətinin aşağıdakı kimi mənfi keyfiy- yətlərini hər gün müşahidə edir: daxili səbəblərdən törəyən təbiəti və yaxud siyasi- ideoloji müxtəlifliyi; özünün siyasi məqsədlərini müəyyənləşdirməyi və axıra qədər şərh etməyi bacarmamaq; ideoloji naşılıq; milli mənafelər qarşısında məsuliyyət hissinin olma- ması;
440 Ramiz Mehdiyev
Demokratiya yolunda: irs haqqında düşünərkən
öz məqsədlərini bilməmək, xalqdan və onun problem- lərindən sürətlə uzaqlaşmaq; hakimiyyət naminə bütün müqəddəs dəyərləri tapda- lamaq, hətta milli düşmənlərlə birləşmək; bu düşərgədə daxili çəkişmələrin və kampaniyaların gündəlik həyat tərzinə çevrilməsi; monolitlik nümayiş etdirməyi bacarmamaq; özünün siyasi maraqlarını milli maraqlardan üstün tut- maq;
ucuz populizmə və bəsit metodlara üstünlük vermək; qeyri-sabitlik və səbatsızlıq nümayiş etdirmək; iddialar və imkanlar arasında uçurumun daim dərin- ləşməsi; şəxsi və qrup maraqlarının əsirinə çevrilmək; müxalifət partiyaları daxilindəki ziddiyyətlərin xroniki bir şeyə çevrilməsi və onların aradan qaldırılmasının mümkünsüzlüyü; düşərgənin daxilində qarşılıqlı münasibətlərdə əxlaqa zidd davranış; ekstremal vəziyyətlərdə optimal çıxış yolunu tapmaq bacarığının olmaması; intellektual imkanların və kadr potensialının yetərli olmaması; siyasi mənəviyyat anlayışının inkar edilməsi və zəruri siyasi mədəniyyətin olmaması;
441 3‐cü fəsil
İnqilablardan təkamülə doğru:
siyasi reallığı transformasiya edərkən dəqiq şərh edilmiş konsepsiyanın və fəaliyyət proq- ramının olmaması; rasional, realist və praqmatik ideyaların irəli sürülməsi sahəsində sıfır göstəricisinin olması; ictimai-siyasi hadisələrin qiymətləndirilməsində ifratçı- lığa yol verilməsi; hakimiyyətin bütün müsbət işlərinin açıq şəkildə qərəzliklə qarşılanması və sair” 1 . Mənfi xarakteristikaların və keyfiyyətlərin bu uzun siya- hısından sonra belə “müxalifət liderlərinin” ölkənin siyasi səhnəsinin önündə olmasının nə dərəcədə məqsədəuyğunluğu barədə sual verməmək mümkündürmü? Azərbaycan icti- maiyyəti dərk edir ki, müxalifətin, xüsusilə onun radikal hissəsinin “mübarizəsi” özünün iddialı, mahiyyətcə pozu- culuğu ilə ictimai-siyasi fonu və sabit inkişafı çətinləşdirən planlarını həyata keçirmək cəhdindən başqa bir şey deyildir. Bu baxımdan Müsavat funksioneri, Milli Məclisin üzvü Nəsib Nəsiblinin fikri tamamilə düzgündür: “Mən 2003-cü ilin prezident seçkilərindən sonra deyirdim ki, müxalifətin daxilən dəyişməsi zəruridir. Azərbaycanda siyasi stupor yaranmışdır. İnkişaf haqqında sözdə danışılır, ancaq heç bir tərəqqi baş vermir. Paytaxtın yollarındakı vəziyyət Azərbay- canın siyasi həyatındakı vəziyyəti göstərir. Mənə elə gəlir ki, bu siyasi stupor gələcəkdə genişlənəcəkdir. Hazırda ölkəmizdə avtomobilləşmə prosesi gedir. ABŞ bunu 1960-cı illərdə yaşamışdır. Bir müddət sonra bu proses Avropada da müşahidə olunmuşdur. Bizdə isə bu proses hələ yenicə başlanmışdır. Biz qabaqlayıcı tədbirlər görməliyik.
1
“İzvestiya” qəzeti (Rusiya), 28.10.2003.
442 Ramiz Mehdiyev
Demokratiya yolunda: irs haqqında düşünərkən
Həmin tədbirləri siyasətdə də görmək lazımdır. Əgər tədbir- lər görülməsə, stupor daimi olacaqdır” 1 . Prezident seçkilərini uduzan milli müxalifət dərin böhrana düşdü və bu, “ölmək ölməkdir, xırıldamaq nə deməkdir” vəziyyətində birincini xatırladırdı. Lakin rəhbərliyin təzələn- məsinin və siyasi səhnəyə cavan, hakimiyyətə qarşı konstruktiv müxalifətçiliyə səmtlənən siyasətçilərin çıxma- sının zəruriliyini tələb edən reallıqlarla hesablaşmayan müxalifətin radikal qanadının başçıları yeni məqsəd kimi 2005-ci ilin parlament seçkilərini nəzərdə tutdular. Real alternativ olmayan, yalnız virtual şəkildə əzələlərini oynadan bu qüvvələr sonrakı iki ili öz aralarında münasibətləri yaxşılaşdırmaq görüntüsünə və itirilmiş obrazın bir hissəsini bərpa etmək cəhdlərinə sərf etdilər. Milli müxalifəti üç əsas cəhət səciyyələndirir: ifrat radika- lizm, neobolşevik ideyalarına sadiqlik və qisasçılıq səyləri. Müxalifət ötən əsrin 80-ci illərinin axırı – 90-cı illərinin əvvəlində xalq hərəkatının yarandığı dövrdə V.İ.Lenin adına meydanda 2 uğurla istifadə olunan mitinq xəstəliyindən, populist vədlərdən (İsa Qəmbər 2003-cü ilin prezident və 2005-ci ilin parlament) seçkiləri ərəfəsində mitinqlərdə özü- nün platformasından danışarkən vəd etmişdi ki, hakimiyyətə gələrsə, elə birinci ay ərzində əmək haqqını üç dəfə (!) artırmaq, vaxtilə Əmanət bankına qoyulmuş pulları əmanət- çilərə qaytarmaq, pensiyaları artırmaq, “xalqdan oğurlanmış pulları qaytarmaq” niyyətindədir 3 ), habelə “ictimai sifarişin”, yəni siyasi texnologiyalar bazarında “təklif” və “tələb” siyasətinin yanlış təfsirindən xilas olmamışdı. Məsələ bunda-
1
http://www.maidan-news.com/index.php?id=25229
2 İndiki Azadlıq meydanı.
3
http://www.day.az/news/politics/360.html
443 3‐cü fəsil
İnqilablardan təkamülə doğru:
siyasi reallığı transformasiya edərkən dır ki, məhz siyasi aktorların hərəkətləri, onların yaratdıqları oyun qaydaları və siyasi təsisatlar kütləvi rəğbətin təşəkkülü vektorunu və siyasi rejimin inkişaf dinamikasını şərtləndirir. Müxalifət sonrakı iki ili, yəni 2003-cü ilin prezident seç- kilərindən ötən vaxtı, əslində, boş yerə sərf etdi. Təkrar edirəm, birincisi, öz ətrafında iqtidara opponentliyə meyilli geniş sosial təbəqə cəmləşdirə bilmədi, çünki ölkədə həyata keçirilən fəaliyyət proqramına alternativ proqramlar irəli sürmədi. Müxalifət strateji proqrama da təshihlər etməyi – hakimiyyətə müxalif olan vahid cəbhə yaratmağı da bacarmadı. Məhz buna görə də belə bir fikir doğrudur ki, “əgər müxalifət özünü mövcud rejimə qarşı qoymursa – alternativ təklif etmirsə və onları həyata keçirməyi vəd etmirsə,.. onda siyasi təsisatlar zəif olaraq qalır. Əgər müxalifət həddən artıq qətiyyətlə hərəkət edirsə, onda demo- kratiyanın özü təhlükə qarşısında qala bilər” 1 . İkincisi, müxalifət yeni, geniş ictimaiyyət üçün cəlbedici əks-elita obrazı yarada bilmədi. Onun sıralarında yeni qəbildən olan, milli səviyyədə nüfuz baxımından cəlbedici olan və tanınan, yaxud şəxsi peşəkarlıq keyfiyyətlərinə görə kifayət qədər tez bir zamanda bunları əldə etmək üçün yaxşı perspektivləri olan ümumi siyasi məqsədlərə malik peşəkar siyasətçilər komandasının yoxluğu ictimai dəstək ehtimalını daha da azaldırdı. Digər tərəfdən, müxalifət əvvəlki siyasi fəaliyyəti dövründəki (1992-1993-cü illər nəzərdə tutulur) səriştəsiz qərarlarına və qanunsuz hərəkətlərinə görə cə- miyyətin geniş təbəqələrinin təsəvvüründə xeyli məsuliyyət yükü daşıyırdı.
1
А.Пшеворский. Демократия и рынок. Политические и эконо- мические реформы в Восточной Европе и Латинской Америке. М., 1999, РОССПЭН, стр. 132-133.
444 Ramiz Mehdiyev
Demokratiya yolunda: irs haqqında düşünərkən
Üçüncüsü, müxalifət onun üçün səciyyəvi olan münaqişə və parçalanmaların meydana çıxması ehtimalını minimuma endirə bilmədi. Dördüncüsü, müxalifətin ictimai platformasının siyasi ba- xımdan yaradılması və birləşdirilməsi onun ən mühüm problemi olaraq qalır. Daxili siyasi məkanın bu seqmenti ta 2005-ci ilin noyabrına qədər boş qaldı və seçkilərdən sonrakı dövrdə qəti şəkildə tənəzzülə uğradı. Müxalifət müstəqillik illərində, məsələn, Rusiyada Kommunist Partiyasının timsa- lında olduğu kimi, – onun nümayəndələri hökumətdə və re- gional hakimiyyətlərdə mövqe tuta bildilər, – hakimiyyətdə təmsil oluna bilmədi. Beşincisi, təkcə hakimiyyətlə deyil, həm də bütünlükdə cəmiyyətlə dialoqa hazır olmamaq. Hakim elitanın siyasi prosesin iştirakçıları arasında dialoqun keçirilməsi barədə daimi çağırışlarına baxmayaraq, müxalifət sivilizasiyalı dialoqa real maraq göstərmir. O, cəmiyyətə heç bir yeni ideya təklif etmir. Sosial bazasını itirmiş müxalifətin radikal qanadı çəkişmələr girdabına yuvarlandı, onun liderləri qal- maqalçı bəsit meşşan səviyyəsinə endilər. Naşılıq, yalan, qa- rayaxma, fitnəkarlıq, iqtidarın ünvanına uydurma ittihamlar, dövlət strukturunun nümayəndələrini bir-birinə qarşı qoymaq onların əsas mübarizə silahı oldu. Bu yalançı partiyaların məqsədi heç də insanların yaşayısının keyfiyyətini yüksəlt- mək, sosial problemlərin həlli, ölkənin ərazi bütövlüyünün bərpası deyildir. Onların vəzifəsi xaricdən daxil olan maliyyə vəsaiti hesabına kiçik bir qrup şəxsin maddi firavanlığını təmin etmək və hakimiyyət iddialarını həyata keçirməkdir. Bu partiyaların liderləri açıq siyasətə iradənin demokratik şəkildə ifadə olunması kimi yox, məhz hakimiyyətə ləkə yaxmaq, yalan və iftira ilə onu cəmiyyətin gözündən salmaq
445 3‐cü fəsil
İnqilablardan təkamülə doğru:
siyasi reallığı transformasiya edərkən vasitəsi kimi baxırlar. Əslində isə, demokratiya maskası al- tında neobolşevizm, peşə karyerası və şəxsi həyatı uğursuz olanların, sosial vəziyyətindən narazı qalanların, cəmiyyətdə öz yerini tapmayanların qisasçılığı gizlənir. Buna əmin ol- maq üçün radikal müxalifətin istənilən liderinin mətbuatdakı çıxışına nəzər salmaq kifayətdir. Əgər Azərbaycanın beynəl- xalq nüfuzu xoşuna gəlməyən, ölkənin həyatındakı dəyişik- likləri şüurlu surətdə görmək istəməyən radikalların liderlə- rindən biri lovğa-lovğa və özünə “ağıllı” görkəmi verərək iddia edirsə ki, “Azərbaycanda xarici siyasət yoxdur”, “öl- kədə yeni iş yerləri yaradılmır” (halbuki, 2003-2006-cı illərdə 500 mindən çox iş yeri yaradılmışdır), “iri müəssisələr tikilmir”, lakin bununla yanaşı, cinayətkar qrupun başçısı, in- sanların oğurlanması və qətlə yetirilməsinin təşkilatçısı, “po- qonlu qulyabanı” Hacı Məmmədovu tərifləyirsə, Çin və hind fəlsəfəsinin bilicisi kimi ona heyran olursa 1 , hansı demokrat müxalifətçilərdən, əks-elitanın iqtidarın nailiyyətlərinə hansı rasional yanaşmadan, sivilizasiyalı siyasi məkan yaratmaq üçün göstərilən hansı səylərdən danışmaq olar? Biz burada aşkar demaqoqluq, mənəvi prinsipsizlik və “Roma Papa- sından daha çox katolik“ olmaq arzusu görürük. Azərbaycan cəmiyyəti radikal çalxalanmalar, dağıdıcı və populist siyasət əvəzinə, rasional-praqmatik siyasi xətt seçmiş- dir. Axı, məlumdur ki, “radikalların hakimiyyətə gəlməsi iqti- sadi vəziyyəti yaxşılaşdırmır. Siyasətdəki özbaşınalıq iqti- sadiyyatda da özbaşınalıq doğurur. Güclü və legitim hakimiy- yətin olmaması, xüsusən də hakimiyyətin polisentrizmi in- qilabın baş verdiyi bütün ölkələrdə iqtisadi böhranı dərinləşdirmişdir” 2 . 1
“Azadlıq” qəzeti, 6 oktyabr 2006-cı il.
2 Стародубровская, В.Мау. Великие революции, стр. 263.
446 Ramiz Mehdiyev
Demokratiya yolunda: irs haqqında düşünərkən
Ötən yüzilliyin 80-ci illərinin axırı – 90-cı illərinin əvvəlində siyasətin əsas cəhəti olan müxalifət ehtiraslarının gərginliyi öz yerini dövlətin və cəmiyyətin sabit və dayanıqlı, dinamik inkişafını təmin etməyə qadir olan yeni intellektual qüvvələrə vermişdi. Tarixi zərurət, “ictimai sifariş” Heydər Əliyevin siyasətinin varisliyinin saxlanılmasına, siyasi və iqtisadi islahatlar xəttinin davam etdirilməsinə, ölkənin so- siomədəni simasının dirçəldilməsinə, mürəkkəb və ziddiy- yətli transformasiya dövrü yaşayan Azərbaycan cəmiyyətinin mənəvi-əxlaqi komponentinin canlandırılmasına yönəldil- mişdi. Məhz belə ictimai mövqe ölkədə idarəolunmaz rejim qurmağa cəhd göstərən, dövlətin konstitusiya quruluşunu dəyişməyi planlaşdıran intriqaçı siyasətçiləri kənarlaşdır- mağa imkan verdi. Daxili və xarici siyasətin reallıqlarını nə- zərə almayan, mürəkkəb və böhranlı anlarda, – ölkəmizin yaxın keçmişində belə hallar az olmamışdır, – qərarların qəbul edlməsi mexanizminə idarəetmə formasının təsir dərəcəsini dərk etməyən müxalifət liderləri yalnız özlərinin şəxsi, ötəri məqsədlərinə nail olmağa can atırdılar. Milli mənafelərə və milli təhlükəsizliyə məhəl qoymamağa qadir olan radikal müxalifətçilər 1992-ci ildə Azərbaycanı par- çalamağa, XVIII əsrin xanlıqları prinsipi ilə kiçik hissələrə bölməyə və ölkəni beynəlxalq aləmdən təcridə sürükləməyə hazır idilər. Radikal müxalifətin dərin böhranı, əslində, iflası təkcə Prezident Heydər Əliyevin şəxsi nüfuzu ilə deyil, həm də ölkədə iqtisadi vəziyyətin yaxşılaşması ilə izah olunur. Mü- xalifət belə şəraitdə “təcavuz” və “etiraz” arasında seçim etməyə məcbur idi. Hərçənd, bizim müxalifətçilər mübari- zənin bütün bu formalarını sınaqdan çıxarmışlar, ancaq bun- ların heç biri onlara qarşılarına qoyduqları məqsədlərə
447 3‐cü fəsil
İnqilablardan təkamülə doğru:
siyasi reallığı transformasiya edərkən çatmağa imkan verməmişdir. Onların hərəkətləri nəinki az səmərəli olmuşdur, həm də əvvəlcədən uğursuzluğa məhkum idi, cünki elita strukturunun sıx inteqrasiyası onun tam və qeyd-şərtsiz üstünlüyünü təmin edirdi. Müxalifət ya özünün müti rolu ilə razılaşmalı, yaxud da siyasi məkanda ümumiy- yətlə yerini itirməli idi. Marginallaşmış, öz təsirini büsbütün itirmiş, resurs bazası məhdud olan və parçalanmaq təhlükəsi ilə üzbəüz qalan müxalifət identikliyini itirərək, siyasi prosesin bir küncünə sıxışdırıldı, ümumən, aktor statusundan da məhrum oldu. 2003-cü ilin oktyabrından sonra yaranmış vəziyyət bütün bu meyilləri əyani şəkildə təsdiq etdi. 2005-ci ilin noyabrında milli müxalifət sonradan “zərif” transformasiya ssenarisini reallaşdırmaq üçün parlament seç- kilərində iştirak etmək yolu ilə siyasi məkana strukturlaş- dırılmış “hücumlara” yeni cəhd göstərdi. Müxalifətin bütün sosial-siyasi konteksti “Seçkilər-2005” adlı planın həyata keçirilməsinə istiqamətlənmişdi. Download 5.08 Mb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling