Ramiz Mehdiyev demokratiya yolunda: irs haqqında düşünərkən
Download 5.08 Mb. Pdf ko'rish
|
Gürcüstan – 2003 Gürcüstanda baş vermiş inqilab bütün postsovet məkanını təlatümə gətirmişdi, çünki SSRİ dağılandan sonra ilk dəfə idi ki, keçmiş müttəfiq respublikalardan birinin rəhbərliyi adi siyasi normalara və prinsiplərə uyğun olmayan şəkildə dəyişdirilmişdi. Üstəlik, Tbilisidə hakimiyyətin dəyişməsi Miloşeviçin istefasından sonra, əslində, eyni siyasi texnoloji resurslardan və maliyyələşdirmə yollarından istifadə edilən
357 2‐ci fəsil
E pluribus unum – vəhdət
formulu
ilk aksiya idi. E.Şevardnadzenin keçmiş məsləkdaşları çox qısa bir müddətdə onun opponentlərinə və əleyhdarlarına çevrildilər, ölkədə müxalifətçilərin yeni nəsli formalaşdı, onlar ideologiyadan uzaq kütlədən fərqli olaraq, kifayət qədər sıx birləşmiş bir qrup idi. Onlar cəmiyyətin siyasi təşkilatının bütün vəsilələrini mitinqlərə, kütləvi yürüşlərə, sonradan parlamentin qeyri-zorakı yolla tutulmasına və ha- kimiyyətin devrilməsinə səfərbər etməyə müvəffəq oldular. Lakin ədalət naminə deməliyik ki, Gürcüstanda iqtidar hə- mişə zəif olmuşdur. E.Şevardnadzenin hakimiyyəti illərində ölkə praktik olaraq idarə edilmirdi. Hökumət üzvlərinin vəzifədən getmələri və istefa vermələri ilə bağlı qalmaqallar (hətta intihar halları da az olmamışdı), daxili inteqrasiyanın tamamilə pozulması Şevardnadze dövründə Gürcüstanı səciy- yələndirən əsas cəhətlər idi. Abxaziya ilə çoxdankı münaqişə onunla səmərəli danışıqlar aparılması imkanlarını tamamilə kəsir, Cənubi Osetiya isə rəsmi Tbilisi ilə münasibətlərini müvəqqəti barışıqla məhdudlaşdırmışdı ki, bu da ona müna- qişəni genişləndirmədən nisbətən dinc mövcud olmağa imkan verirdi. Gürcüstandan tamamilə ayrılmaq ovqatında olan Acarıstan Şevardnadzenin dövründə nümayişkaranə şəkildə muxtariyyət siyasəti yeridirdi. Məlumdur ki, Acarıstanın beynəlxalq hüququn tamhüquqlu subyekti statusu 1921-ci ildə imzalanmış Moskva və Qars müqavilələri ilə müəyyən edilmişdi. 1999-cu ildən etibarən Acarıstan Tbilisiyə vergi ödənişlərini həyata keçirmir və bunu onunla izah edirdi ki, Gürcüstanın Maliyyə Nazirliyi Acarıstana 22 milyon lari borcludur. Türkiyə ilə sərhəddə yerləşən Sarli gömrükxanası da Tbilisiyə tabe olmurdu, acar sərhədçiləri isə xarici sərhədlərlə yanaşı, Gürcüstanla sərhədə də nəzarət edirdilər. Tbilisidən gələn hüquq mühafizə orqanlarının maşınlarının
358 Ramiz Mehdiyev
Demokratiya yolunda: irs haqqında düşünərkən
Acarıstan ərazisinə daxil olması qadağan edilmişdi. Gürcüs- tanın iki hissəsində – Batumidə və Tbilisidə iqtisadi vəziyyət də əhəmiyyətli dərəcədə fərqlənirdi. Batumi sürətlə inkişaf etdiyi bir vaxtda, Tbilisi əvvəllər Qafqazın paytaxtı kimi ona xas olan gözəl simasını günbəgün itirməkdə idi. Yoxsul vəziyyətə düşmüş Gürcüstan əhalisi qazanc dalınca, praktik olaraq, kütləvi şəkildə özlərinin daimi yaşayış yerlərindən Rusiyaya, Azərbaycana və digər qonşu dövlətlərə üz tuturdu. Rusiya ilə münasibətlərin mürəkkəbləşməsi, onun ünva- nına daim kəskin çıxışlar edilməsi, eləcə də Pankisi dərəsi ilə bağlı həll edilməmiş məsələlər, burada çeçen terrorçularının sərhəddən keçməsinə qarşı Gürcüstan hakimiyyətinin səmə- rəli müdafiə sisteminin olmaması Rusiya ilə iqtisadi əmək- daşlıqdan, Rusiyadan elektrik enerjisi və qaz alınmasından asılı olan ölkənin xarici siyasətində vəziyyəti daha da kəskinləşdirirdi. Terrorçular Gürcüstan ərazisindən Çeçenis- tana kiçicik bir həmlə edəndə Rusiya Gürcüstan iqtidarını terrorçulara köməkdə təqsirləndirir, bu isə ölkədə sosial- iqtisadi şəraitə əhəmiyyətli dərəcədə təsir göstərirdi. Gürcüstan müxalifəti belə bir mürəkkəb şəraitdə forma- laşmışdı və 2003-cü ilin noyabr ayında keçirilmiş parlament seçkiləri ərəfəsində o, əsasən, E.Şevardnadzenin irəli çəkdi- yi, vaxtilə prezidentpərəst “Gürcüstan Vətəndaşları İttifaqı” Partiyasının rəhbərliyini təmsil edən şəxslərdən ibarət idi. 2003-cü il noyabrın 2-də Gürcüstanda parlament seçkiləri keçirildi və MSK-nın rəsmi məlumatına görə, prezidentpərəst “Yeni Gürcüstan uğrunda” blokunun qələbəsi ilə başa çatdı. Onlar yenidən formalaşmış Gürcüstan parlamentindəki 150 yerdən 38-ni tutdular. Gürcüstan parlamentindəki yerlər belə bölünmüşdü:
359 2‐ci fəsil
E pluribus unum – vəhdət
formulu
Prezident Şevardnadzenin “Yeni Gürcüstan uğrunda” bloku – 21,32 faiz (38 yer). Aslan Abaşidzenin “Demokratik dirçəliş uğrunda” ittifaqı – 18,84 faiz (33 yer). Mixail Saakaşvilinin “Milli hərəkat” bloku – 18,8 faiz (32 yer). Leyboristlər – 12,04 faiz (20 yer). Burcanadze – demokratlar – 8,79 faiz (15 yer). Yeni sağlar – 7,35 faiz (12 yer). Seçkilər ərəfəsində Gürcüstanda aparılmış rəy sorğuları göstərirdi ki, Şevardnadzenin partiyasının seçkilərdə uğur qazanacağına güman azdır. Doğrudan da, seçicilər səsvermə məntəqələrindən çıxarkən aparılmış rəy sorğuları müxalifətçi blokların uğur qazanmasını təsdiq edirdi. Seçki məntəqələri bağlanandan sonra müxalifət səsvermə zamanı yol verilmiş kütləvi pozuntulardan və ucdantutma saxtalaşdırmalardan narazılığını bildirdi. Bütün bu fikirlər exit-poll məlumatları ilə də təsdiqlənirdi. Həmin məlumatlara görə, M.Saakaşvili- nin “Milli hərəkat” bloku qalib gəlmişdi. Parlament seç- kilərində müşahidə olunan saxtalaşdırmaların aradan qaldı- rılması məqsədi ilə elə həmin gecə Tbilisidə müxalifətin ilk mitinqləri təşkil edildi. Gürcüstan Mərkəzi Seçki Komissiyası seçkilərin yekun- larını qəbul etməyən müxalifət tərəfindən çağırılmış kütləvi etiraz nümayişləri fonunda nəticələrə yenidən yekun vurmaq üçün iki həftə yarım vaxt sərf etməli oldu. Bununla bərabər, seçkiləri izləyən Qərb müşahidəçiləri də çoxsaylı pozun- tulara yol verildiyini, Gürcüstanda seçki prosesinin bey- nəlxalq standartlara müvafiq olmadığını bildirirdilər.
360 Ramiz Mehdiyev
Demokratiya yolunda: irs haqqında düşünərkən
Hökumətin seçkilərin yekunlarından imtina etməsi məqsə- di ilə ona ölkə daxilində sərt təzyiq göstərilməsinə baxma- yaraq, E.Şevardnadze yeni seçilmiş parlamentin çağırıl- masına razılıq verdi. Lakin Gürcüstanın əsas müxalifətçi bloklarından birinin lideri olan M.Saakaşvili öz məsləkdaş- larının yeni parlamentin işində iştirak etməyəcəklərini bəyan etdi və Prezident Eduard Şevardnadzeni qan tökülmədən inqilab baş verəcəyi ilə hədələdi. Prezident isə ona xəbər- darlıq etdi ki, ölkə vətəndaş müharibəsinə yuvarlanır. Gürcüstan 1990-cı illərin əvvəllərində, Prezident Z.Qamsa- xurdia devriləndə Tbilisinin mərkəzində hərbi əməliyyatların dəhşətlərini yaşamışdı. Noyabrın 21-də ABŞ Dövlət Departamenti xüsusi bəya- natla çıxış etdi. Bəyanatda deyilirdi ki, seçkilərin nəticələri gürcü xalqının iradəsini əks etdirmir, bunun əvəzində (Gürcüstanın bir neçə bölgəsində), kütləvi fırıldaqlara yol verilməsini göstərir. Praktik olaraq, elə həmin vaxtda höku- mətdə ilk istefalar, bunun ardınca isə müxalifət düşərgəsinə transferlər başlandı. Gürcüstan Milli Təhlükəsizlik Şurasının katibi Tedo Caparidze seçkilərdə kütləvi və kobud pozuntulara yol verildiyini etiraf etdi. Parlament seçkilərinin lap əvvəlində bu seçkilər 2005-ci ildə keçiriləcək prezident seçkilərinin proloqu hesab edilirdi. Lakin cəmi bir neçə gün ərzində gərginlik son həddə çatdı və məlum oldu ki, bu parlament seçkiləri vaxtilə ən uzunömürlü sovet siyasətçilərindən biri sayılan, Almaniyanın yenidən birləşməsi sayəsində dünya siyasətində populyarlaşmış və sonradan “Hiyləgər tülkü” ləqəbi verilmiş Eduard Şevard- nadze rejiminin süqutunun başlanğıcıdır. Lakin bu dəfə “Hiyləgər tülkü”nün siyasi sövq-təbiisi onu aldatmışdı. Gürcüstan iqtidarının səhvi onda idi ki, o, seçkilərə, əslində,
361 2‐ci fəsil
E pluribus unum – vəhdət
formulu
heç bir yeni sima olmadan getmişdi. İqtidarı dəstəkləyən ən yaxın qrupa dövlət məmurları, polis işçiləri, sabiq nazirlər, qubernatorlar və Gürcüstanda “qırmızı ziyalılar” deyilən insanların ayrıca bir kateqoriyası – öz istedadı ilə deyil, daha çox sovet dövründə hökumətə sədaqətlə xidmət etmələri ilə tanınan şairlər, yazıçılar və rəssamlar daxil idi. Tərəflərdən hər biri özünün qalib gələcəyinə əmin idi. İq- tidar blokunun liderlərindən biri olan Vaxtanq Rçeulişvili seç- kilər ərəfəsində bəyan etmişdi ki, müxalifətin pərakəndəliyi iqtidarın parlamentdə çoxluq qazanmasına kömək edəcəkdir: “Tbilisidə seçkilərdə biz birmənalı olaraq uduzacağıq, lakin bölgələrdə, xüsusən milli azlıqların yaşadığı yerlərdə bizim tə- rəfdarlarımız çoxdur. Müxalifət isə seçkilərdə ən azı ona görə uduzacaq ki, onlar bir-birinin səsini alır və bu partiyalardan heç biri parlamentə çoxluq kimi gələ bilməyəcəkdir”. Ondan fərqli olaraq, Mixail Saakaşvili əmin idi ki, müxalifətçi partiyalar parlamentdə çoxluq qazanacaqdır. Bu, artıq zamanın tələbidir. Şevardnadzenin dövrü başa çatmaqdadır və zamanı geri döndərmək mümkün deyildir. Müxalifətin birliyi məsə- ləsinə gəldikdə isə, biz əhalini ilk növbədə narahat edən məsə- lələrin əksəriyyəti barədə razılığa gələ biləcəyik”. Nəticədə bu seçkilər Gürcüstanın ən yeni tarixində tama- milə yeni bir mərhələ oldu. Dairə seçki komissiyalarının tər- kibi barədə iqtidarla müxalifət arasında mübahisələrdən başlanmış və ABŞ-ın keçmiş dövlət katibi Ceyms Beykerin fəal iştirakı sayəsində öz həllini tapmış daxili siyasi problemlər gürcü xalqı üçün yeni siyasi paradiqmanın təşəkkülü ilə nəticələndi. Noyabrın 22-də Tbilisidə müxalifətin təşkil etdiyi mitinqə təqribən 50.000 nəfər çıxmışdı. M.Saakaşvilinin rəhbərlik et-
362 Ramiz Mehdiyev
Demokratiya yolunda: irs haqqında düşünərkən
diyi mitinq iştirakçıları E.Şevardnadze yeni parlamentin birinci iclasında çıxış etdiyi vaxt əllərində qızıl güllərlə iclas salonuna daxil oldular. Müxalifət “istefa ver!” çağırışları ilə prezidenti parlamentin binasını tərk etməyə və öz iqa- mətgahında gizlənməyə məcbur etdi. Nino Burcanadze özünü ölkə prezidenti vəzifəsinin icraçısı elan etdi, çünki yeni parlamentin səlahiyyətləri hələ tanınmamışdı və Bur- canadze hələ də əvvəlki çağırış parlamentin sədri vəzifələrini yerinə yetirirdi. Qeyd etmək lazımdır ki, Rusiya çox güman ki, özünün laxlamış mövqelərini möhkəmlətmək məqsədi ilə hər iki tərəfdən qan tökülməsinə yol vermədən Gürcüstan münaqi- şəsinin həllində fəal iştirak etdi. Rusiyanın xarici işlər naziri İ.İvanovun Tbilisiyə səfəri və siyasi tərəflər arasında danışıqlarda vasitəçi rolunu öz üzərinə götürməsi hakimiy- yətin dəyişməsi prosesinin dinc yolla başa çatmasını təmin etdi. Son illərdə Birləşmiş Ştatlar da Qafqazda öz möv- qelərini bacarıqla möhkəmləndirirdi. Maraqlı bir məqam: “qızılgül” inqilabı dövründə ABŞ-ın Gürcüstandakı səfiri Riçard Maylz bundan əvvəl – 1992-ci ildə Xalq Cəbhəsi tərəfindən törədilmiş dövlət çevrilişi zamanı Azərbaycanda və 2002-ci ildə Miloşeviçin devrildiyi vaxt Yuqoslaviyada səfir olmuşdu. Noyabrın 23-də axşam Eduard Şevardnadze öz iqamət- gahında jurnalistlərə Prezident kimi axırıncı bəyanatını verdi: “Görürəm ki, bu hadisələr qansız ötüşməyəcək və mən öz səlahiyyətlərimdən istifadə etməli olardım. Lakin hesab edirəm ki, bunu etmək olmaz, ona görə də mən öz istefam barədə aktı imzalamışam, – mən getdim”. Seçkiqabağı dövrdə və seçkilər zamanı gənclərin müxali- fətçi “Kmara” təşkilatı xüsusi rol oynamışdı. Bu təşkilat
363 2‐ci fəsil
E pluribus unum – vəhdət
formulu
Qərb dövlətlərindən və ABŞ Konqresi tərəfindən maliyyələş- dirilən beynəlxalq fondlardan sanballı maliyyə dəstəyi al- mışdı. Adı bəlli “Otpor” hərəkatı liderlərinin rəhbərliyi al- tında “Kmara” özünün sıravi üzvlərinə küçə nümayişləri və yürüşlərinin təşkilini, habelə zorakılığa əl atmadan hakimiy- yəti devirmək texnologiyalarını öyrədirdi. Soros Fondu da “Kmara”nın yaranmasını maliyyələşdirmiş və hakimiyyət dəyişikliyi ilə nəticələnmiş “kortəbii” küçə nümayişlərinin təşkilində mühüm rol oynamışdı. Bununla əlaqədar 2004-cü il martın 24-də Rusiyanın “Moskovski komsomolets” qəzetində dərc olunmuş bir sənəd diqqəti cəlb edir. Bu, “Kmara” təşkilatının qrant almaq üçün müraciətinin qarala- masıdır. Qərbdəki müxtəlif fondların pulu hesabına yaşayan beynəlxalq qeyri-hökumət təşkilatları ilə əlaqəsi olanlar bu- nun nə demək olduğunu yaxşı bilirlər. Bu və ya digər məbləğdə qrantlar konkret xeyriyyəçilik, tədqiqat və ya hü- quq müdafiəsi layihələri üçün ayrılır. Adətən, beynəlxalq təşkilatlar öz nizamnamələrində xüsusi vurğulayırlar ki, onlar ərazisində işlədikləri ölkənin daxili siyasi həyatına qarış- mırlar. Lakin bu sənədin fərqləndirici xüsusiyyəti ondan iba- rətdir ki, orada xalq kütlələrinin Şevardnadze rejimini iflasa uğratmış “kortəbii” küçə nümayişlərinə səfərbər edilməsində çox böyük rol oynamış qurumun maliyyələşdirilməsindən söhbət gedir. “Kmara-03, azad və ədalətli seçkilər uğrunda kampaniya” sərlövhəli bu sənəddə deyilir ki, OSGF (Open Society- Georgia Foundation – Gürcüstan fondu – Açıq cəmiyyət), yəni Sorosun Gürcüstan fondu noyabrda keçiriləcək parla- ment seçkiləri ərəfəsində “Kmara”nı və Beynəlxalq Ədalətli Seçkilər Cəmiyyətini (İSFED) dəstəkləməyi planlaşdırır. “Kmara”nın vəzifələrinə seçiciləri müxalifətə fəal səs
364 Ramiz Mehdiyev
Demokratiya yolunda: irs haqqında düşünərkən
verməyə səfərbər etmək məsələsi daxil idi (“Seçkiyə get” proqramı). İkinci təşkilatın vəzifəsi seçkilərin monitorinqini keçirmək idi. Layihəyə görə seçicilərin kompyuter siyahıla- rının yaradılması da nəzərdə tutulurdu. Bütün bu işlər üçün layihə üzrə 300 min ABŞ dolları ayrılmışdı. Sənəd son variantda deyildir, ona görə də bəzi proqram- ların büdcəsi açıqlanmamışdır. Büdcəsi açıqlanan proqramlar üçün təqribən 700 min dollar vəsait xahiş edilmişdi. Layihənin son variantının dəyəri nə qədər olmuşdur və həmin təşkilatlar sonda nə qədər pul almışdır – bunlar məlum deyildir. Məsələn, küçə aksiyalarının təşkil edilməsi layihəsinin dəyəri 31.310 dollara bərabər olmuşdur. Bu layihə “hay-küylü aksiyalar keçirmək, fəalları və əhalini bu qalmaqallarda iştirak etmək üçün səfərbər etmək məqsədi daşıyırdı”. Vətəndaş itaətsizliyi metodları da ətraflı sadalan- mışdı. Xüsusi vurğulanır ki, bütün bunlar qeyri-zorakı metodlardır. Bununla bərabər, məsələn, “barrikadalar qurul- ması”nı, yaxud “xüsusi mülkiyyətin məhv edilməsi”ni hansı qeyri-zorakı metodlara aid etmək olar? Layihədə torpaqların “qeyri-zorakı metodlarla zəbt edilməsi”, “seçkiləri lağa qoy- maq”, “etiraz əlaməti olaraq lüt soyunmaq”, “kobud jestlər”, “vəzifəli şəxsləri ələ salmaq”, “nümayişkaranə dəfnlər”, “siyasi matəm”, “məxfi agentlərin ifşa edilməsi” və hətta “qeyri-zorakı təqib” kimi metodlar da nəzərdə tutulmuşdu. Mahiyyət etibarilə bunların hamısı yuxarıda adını çəkdi- yimiz, bütün qüvvələrini S.Miloşeviçin devrilməsinə yönəlt- miş “Otpor” təşkilatının strategiyasına çox oxşayır. Təkcə şəhər bağçalarının cürbəcür rənglənməsi 3.300 dol- lara, “Kmara”nın şüarlarından ibarət kitabçaların, posterlərin çap edilməsi və yayılması, “Kmara”nın rəmzlərinin, bayraq- larının, maykalarının, kepkalarının hazırlanıb yayılması, əha-
365 2‐ci fəsil
E pluribus unum – vəhdət
formulu
lini aksiyalarda iştirak etməyə çağıran televiziya və radio reklamı 173 min dollara başa gəlmişdir. İstifadə edilən metodların siyahısından görünür ki, söhbət mövcud hakimiyyətə itaətsizlik və bütün səviyyələrdə ona təzyiq göstərmək kampaniyasının təşkilindən gedir. Burada müxtəlif tətillər, aclıq elan edilməsi, “qeyri-zorakı metodlarla zəbtetmə”, “saxta sənədlər təqdim edilməsi”, “informasiya xətlərinin bağlanması”, “göstəricilərin çıxarılması”, “seçki- lərin boykot edilməsi”, “vergi ödəməkdən imtina edilməsi”, “vəzifədən və hökumətlə işləməkdən imtina etmək” nəzərdə tutulmuşdu. Siyahıda “üsyan” kimi “metod” da vardı. Həmin metodlar bu və ya digər dərəcədə tətbiq edildi. Nəticədə Gürcüstan yeni daxili və xarici siyasət məkanına transformasiya etdi. Lakin xüsusi vurğulamaq lazımdır ki, Gürcüstanda inqilab keçmiş müttəfiq respublikanın siyasi və iqtisadi məkanında bir neçə amilin yaranması nəticəsində mümkün olmuşdur. Siyasi amil. İnqilabdan hələ bir neçə il əvvəl Gürcüstanda dövlət məmurları tez-tez dəyişirdi. Onların öz vəzifələrini tərk etməsi xeyli dərəcədə Prezident E.Şevardnadzenin komandasındakı daxili çəkişmələrdən narazı olmaları ilə bağlı idi. Hakimiyyət amorf bir quruma çevrilmişdi, ölkə rəhbərləri elə bir xüsusi siyasi iradələri ilə seçilmirdilər. Siyasətçilərin və məmurların korrupsiyaya qurşanmasının yüksək həddə çatması, eləcə də hakimiyyət iyerarxiyası prin- siplərinə riayət edilməməsi prezidentin mövqelərini əhəmiy- yətli dərəcədə zəiflətmişdi. Əvvəllər Gürcüstan KP MK-nın birinci katibi, SSRİ xarici işlər naziri olmuş E.Şevardnadze yeni Gürcüstanın prezidenti vəzifəsinin öhdəsindən gələ bilmədi. Bütün bunların nəticəsində prezidentin komanda-
366 Ramiz Mehdiyev
Demokratiya yolunda: irs haqqında düşünərkən
sındakı ən iddialı adamlar ondan uzaqlaşaraq, gələcək mü- xalifətin özəyini təşkil etdilər və nəticədə yeni siyasi mühit formalaşdı. Siyasi elita, o cümlədən prezident ən azı, büdcə işçilərinin qeydinə qaldıqlarını və “sola doğru dönüş” niyyə- tində olduqlarını nümayiş etdirsəydilər, cəmiyyətdə tarazlığı qoruyub saxlaya bilərdilər. Aydındır ki, hakim elita daxilində parçalanma aşağıların kütləvi narazılığı, rejim daxilində tən- qidçilik, gənclər arasında narazılıq və “müstəqil” televizi- yanın mövcud olması nəticəsində yaranır. Üstəlik, dövlətin iqtisadiyyata müdaxiləsi öz kapitalını əldə saxlamağa qadir olan güclü rejim yaranmasını real şəkildə təcəssüm etdir- mirdi. “Vaşinqton post” qəzeti 2003-cü ilin noyabr ayında Şevardnadze dövründən bəhs edərək yazırdı: “O, Amerikanın bu partlayış təhlükəli regionda əsas müttəfiqi idi, Rusiyanın Qafqazda nüfuzunun tarazlayıcı qüvvəsi və Xəzər neftinin Qərbə çatdırılmasının təminatçısı idi. Lakin 1992-ci ildən – Şevardnadze hakimiyyətə gələndən bəri Vaşinqton Gürcüs- tana 1 milyard dollardan çox pul göndərmiş, ancaq bu, ölkə- nin böhrandan çıxmasına kömək etməmişdir. Əhalinin əksə- riyyəti ifrat yoxsulluq vəziyyətində yaşayır. Hər il qışda Gür- cüstanda enerji böhranı yaranır. Ölkə ərazisinin çox böyük hissələri rusiyapərəst meyilli separatçılar tərəfindən idarə edilir. Korrupsiya praktik olaraq Gürcüstan cəmiyyətinin hər bir seqmentini bürümüşdür. Təəccüblü deyil ki, ABŞ-ın ha- kim dairələri Şevardnadzenin öz doğma dövlətində islahatlar keçirməyə qabil olmasına inamlarını itirmişlər”. İqtisadi amil. Məlum olduğu kimi, Gürcüstanı təbii ehti- yatlar baxımından zəngin ölkə kimi səciyyələndirmək müm- kün deyildir. Üstəlik, SSRİ-nin dağılması uzun müddət Mər- kəzin dotasiyalarından asılı olan Gürcüstanın iqtisadiyyatına da məhvedici təsir göstərmişdi. Gürcüstanın kasıblaşmış əha-
367 2‐ci fəsil
E pluribus unum – vəhdət
formulu
lisi “qızılgül” inqilabından əvvəlki iqtidarın hakimiyyətdə ol- duğu illər ərzində yığılıb qalmış sosial-iqtisadi problemlərin həllini gözləyirdi. Bununla əlaqədar Economist.com saytı yazırdı: “Rusiya və ABŞ Cənubi Qafqazın neft və qaz ehti- yatları üzərində nəzarəti ələ keçirmək istəyir. ABŞ Yaxın Şərqdən neft satışından çox asılı vəziyyətdədir, Qərbi Avropa isə özünün təbii qaza olan tələbatını, əsasən, Rusiyanın hesabına təmin edir. Həm ABŞ, həm də Qərb özlərinin Yaxın Şərq neftindən və Rusiya qazından asılılığını azaltmağa çalışır. Məhz buna görə də onlar Xəzərdəki neft və qaz yataqlarının işlənilməsinə böyük əhəmiyyət verirlər. Yaxın iki onillikdə Azərbaycan, gözlənildiyinə görə, təkcə öz neftinin ixracı hesabına 29 milyard dollar qazanc əldə edəcəkdir” 1 . “The New York Times” qəzeti isə bu fikri da- vam etdirərək yazırdı: “Vaşinqtonu narahat edən başlıca məsələ tikintisi 2005-ci ildə başa çatdırılmalı olan boru kəməridir. Azərbaycanın Xəzərdən çıxardığı neft bu kəmər vasitəsilə Gürcüstan ərazisindən keçməklə Türkiyəyə nəql ediləcəkdir. Bu neftin nəqli Yaxın Şərqdə çıxarılan neftin çox mühüm alternativinə çevrilə bilər. Həm Rusiya, həm də ABŞ Gürcüstan ərazisində öz qoşunlarını yerləşdirmişlər və ötən günlər göstərdi ki, hər iki ölkə Gürcüstandakı daxili siyasi böhrana ciddi cəlb olunmuşdur. İstər Rusiya, istərsə də ABŞ Gürcüstanda hərc-mərclik vəziyyəti yaranmasını istə- mir. Buna görə də ötən həftə Moskva və ABŞ Şevard- nadzenin hakimiyyətdən dinc yolla kənarlaşdırılmasını təmin etmək və bu ölkədə vətəndaş müharibəsinin qarşısını almaq üçün öz səylərini birləşdirdi” 2 .
onun Rusiya ilə münasibətləri qeyri-sabit, kəskin xarakter
1 http://www.economist.com/world/na/displayStory.cfm?story_id=2245948 2 www.nytimes.com/2003/11/28/international/europe/28GEOR.html
368 Ramiz Mehdiyev
Demokratiya yolunda: irs haqqında düşünərkən
daşıyırdı. Eyni zamanda o, Qafqazda öz nüfuzunu itirmə- məyə çalışan Rusiya ilə yeni məkanda qüvvə toplayan ABŞ arasında tərəddüd etməli olurdu. Gürcüstan Avratlantik tərəfdaşlığı variantını seçməklə Rusiya diplomatiyasının və Rusiya yanacaq-energetika kompleksinin çox güclü təzyiqinə məruz qalırdı. Onun Rusiya ilə yaxınlaşmaq cəhdləri isə özü- nə qarşı çevrildi və “qızılgül” inqilabı baş verdi. Britaniyada çıxan “İndependent” qəzeti 2003-cü ilin noyabr ayında yazırdı: “Tbilisi ABŞ-ın bu ölkədəki uzunmüddətli maraq- larının təminatçısı kimi Vaşinqtonun etimadını itirdi. Şevard- nadze son illərdə Vaşinqtona qulluq göstərərək, dəfələrlə üz döndərdiyi Moskvaya müraciət etməyə məcbur oldu”. Sirr deyil ki, vaxtilə ABŞ-ın Azərbaycandakı səfiri, sonra isə S.Miloşeviçin devrildiyi vaxtda Serbiyada ABŞ-ın səfiri işləmiş Riçard Maylz, eləcə də etiraz nümayişləri ərəfəsində Gürcüstanda olmuş Ceyms Beyker və general Con Şalikaşvi- li “məxməri” inqilabın baş tutmasında az rol oynamamışlar. Lakin Gürcüstandakı uğurlu “qızılgül” inqilabı da son- radan bu ölkədə siyasi sabitlik və iqtisadi tərəqqi üçün real şərait yaratmadı. Çox qəribə də olsa, Miloşeviçin devrilmə- sindən sonra Serbiyanın başına gələnlər 2005-ci ilin fevral ayında Gürcüstanda da təkrarlandı. Gürcüstanın baş naziri Zurab Jvaniya faciəli və eyni zamanda, müəmmalı bir şəraitdə həlak oldu. E.Şevardnadzenin hakimiyyətinin son illərində çoxları belə hesab edirdi ki, onun varisi parlamentin keçmiş sədri Zurab Jvaniya olacaqdır. Z.Jvaniya həlak olandan sonra Şe- vardnadze “özünün ən ağıllı şagirdini itirdiyini” demişdi. 2003-cü ildə Z.Jvaniya müxalifətin tərəfinə keçmiş, “qızıl- gül” inqilabının ən nəzərəçarpan simalarından birinə çevril- miş, sonralar isə baş nazir vəzifəsini tutmuşdu. Prezident
369 2‐ci fəsil
E pluribus unum – vəhdət
formulu
Saakaşvilidən fərqli olaraq, baş nazir Z.Jvaniya əhali tərəfin- dən çox dəstəklənmirdi. Lakin Cənubi Osetiya və Abxaziya məsələləri kimi Gürcüstan üçün ağrılı problemlərin həllində o, “sülh partiyası” deyilən qüvvələri təmsil edirdi. Jvaniya Rusiya ilə münasibətlərdə də təmkinli mövqe tuturdu. Gürcüstanda “qızılgül” inqilabı postsovet məkanında qlo- bal transformasiyaların preambulası oldu. Bu inqilab iqti- darla müxalifət arasında münasibətlərdə müəyyən problem- lərin mövcud olduğu keçmiş müttəfiq respublikaların, demək olar ki, hamısında daxili siyasi diskussiyalar üçün şərait yaratdı. Bu mənafelər savaşında tərəflərdən hər biri özünü qalib rolunda görürdü, lakin onların yalnız bəziləri bu savaşa davam gətirə bildi.
Download 5.08 Mb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling