Ramiz Mehdiyev demokratiya yolunda: irs haqqında düşünərkən
Download 5.08 Mb. Pdf ko'rish
|
§ “ZƏRİF” TRANSFORMASİYALAR:
Qərbdən Şərqə
“Məxməri” və ya bəzən deyildiyi kimi, “zərif” inqilablar dərin siyasi böhran zamanı və mövcud hakimiyyətin fəaliy- yətinin iqtisadi baxımdan ətraf aləmin reallıqlarına uyğun olmadığı şəraitdə cəmiyyətin məruz qaldığı daxili transfor- masiyaların xüsusi bir sinfidir. Bütövlükdə inqilab bəzən qanlı savaşlara girişən xalq ilə, daha doğrusu, cəmiyyətin ən çox zərər çəkmiş hissəsi olan kəndlilərin hiddəti və narazılı- ğının nəticəsidirsə, “məxməri” inqilab əsasən şəhər əhali- sinin, daha dəqiq desək, ziyalıların kooperasiyasının yekunu- dur. Bu cür inqilab əks-elitanın və cəmiyyətin elit hissəsinin mühüm seqmentinin mövqeləri üst-üstə düşəndə, yaxud Ser- biyada, Gürcüstanda, Ukraynada və Qırğızıstanda olduğu ki- mi, hakim dairələrin üzvləri tərəfindən dəstəklənəndə həyata keçirilə bilər. Bu simbioz öz siyasi və iqtisadi addımlarının uğur qazanacağına təminat kimi kənardan birmənalı dəstək- lənəcəyinə arxayın olan yeni siyasi personajların əlinə hakimiyyətin qan tökülmədən və bir qayda olaraq, etibarlı şəkildə keçməsini şərtləndirir. Ötən əsrin 80-ci illərinin axırlarında biz Şərqi Avropa ölkələrində onlarca, bəlkə daha çox (bəzən bunları saymaq da çətin olur) “məxməri” inqilabın şahidi olmuşuq. Kuba, Şimali Koreya, Vyetnam kimi ölkələrin kənar təsirlərdən xeyli az asılı olması, habelə Çinin iqtisadi mövqeyinin uğurlu tranziti bu ölkələrin ABŞ-ın nəzarəti altına keçməsinə imkan vermədi. Lakin Şərqi Avropa təsir bağışlayan şəkildə reallaşdırılmış bir eksperimentin səhnəsinə çevrildi.
324 Ramiz Mehdiyev
Demokratiya yolunda: irs haqqında düşünərkən
1989-cu ilə qədər Şərqi Avropa ölkələrində siyasi və iqtisadi baxımdan vəziyyət Şərqdəki kommunist qonşunun prinsipləri- nin “kənarlaşdırılmasına” doğru aparırdı. Şərqi Avropa sakinləri get-gedə daha çox Qərbi Avropaya meyil edir və özlərini tez-tez onun sivilizasiyalı paradiqması ilə eyniləşdirirdilər. Amerika sosioloqlarının fikrincə, inqilabi dəyişikliklər dövründə Şərqi avropalılar bir ictimai sistem kimi kapitalizmə Qərb ölkələ- rindəki respondentlərdən daha rəğbətlə yanaşırdılar. Üstəlik, Macarıstan hadisələri və “Praqa baharı”, Polşada mövcud rejimə qarşı vaxtaşırı təkrarlanan çıxışlar, habelə Çauşesku diktaturası Şərqi Avropa əhalisinin sosial gerçək- liyi kütləvi şəkildə qavramasına onları antiqərb “sovet blo- ku”nun tərkibində “saxlayan” dövlət hakimiyyətinə qarşı ümumi nifrət formasında təsir edirdi. Şərqi Avropa ölkələrindəki “məxməri” inqilablar qlobal transformasiyaların təcəssümünə çevrilən ciddi tranzitlərin proloqu oldu. O vaxta qədər xeyli sürət toplamış qloballaş- manın yeni məkanlara ehtiyacı vardı. Buna görə də maliyyə və iqtisadi əməliyyatların uğurla irəliləməsi üçün yeni mə- kanların siyasi dəstəyinə əmin olmaq lazım idi. Axı, rusiyalı ekspertin yazdığı kimi, “qloballaşma hərəkətin birtərəfli ol- duğu küçə, xüsusən də hər şeyi basıb əzən və miskin bir yeknəsəqlik yaradan vərdənə deyildir. Real aləmin müxtəlif- liyini əhatə edən qlobal şəbəkələr çox qəribə kombinasiyalar yaradır. Üstəlik, qloballaşma prosesində çox vaxt birinci də- rəcəli rolu transmilli nəhənglər deyil, ərazi birlikləri oynayır. Qloballaşma və lokallaşma – bunlar bir medalın iki üzüdür... Bu, qlobal iqtisadi inkişafın tələbatı ilə yerli siyasi və sosiomədəni mühitin birləşməsidir...” 1 .
1 Горбачев-Фонд. Грани Глобализации; Виктор Кувальдин, Глобаль- ность: новое измерение человеческого бытия. М., 2003, стр.71.
325 2‐ci fəsil
E pluribus unum – vəhdət
formulu
Qloballaşma “qızıl milyard” ölkələrinin uzunmüddətli bi- rinciliyi üçün şərait yaratmış sanballı maliyyə imkanları ilə yanaşı, həm də bütöv bir problemlər kompleksini aşkar et- mişdir və inkişaf etmiş ölkələr bu problemlərə qarşı mübarizə aparmalıdır. Axı, aşkar faktdır ki, ”qızıl milyard” ətrafında iqtisadi artımın ləng getdiyi, bütöv regionlarda sabitliyi poza biləcək demoqrafik gərginlik hökm sürən çox geniş bir məkan yaranır. Eyni zamanda, bu da hamıya məlumdur ki, hazırda dünyada gündəlik gəliri bir dollardan az olan insanların sayı təqribən 1,2 milyarda bərabərdir. Beləliklə, “qızıl” və “ac” milyardlar arasında yaşayışın səviyyəsi, keyfiyyəti və tərzi baxımından böyük bir uçurum mövcuddur. Bu insanlar praktik olaraq müxtəlif, bir növ paralel dünyalarda yaşayırlar: planetin sakinlərinin ən çox təmin edilmiş 20 faizi əmtəə və xidmətlərin 86 faizini, enerji resurslarının yarısından çoxunu, ət və balıq ehtiyatlarının təqribən yarısını istehlak edir 1 . Buradan belə bir mühüm nəticə çıxır: “Qloballaşma, milli iqtisadiyyatların qarşılıqlı asılılığının artması, transmilli kommunikasiyaların coşğun inkişafı yoxsullar və varlılar arasındakı fərq problemini dünya miqyaslı problemlər səviy- yəsinə keçirir” 2 . Lakin bununla yanaşı, unutmaq olmaz ki, bəşəriyyətin əsas hissəsi “qızıl” milyardla “ac” milyard arasındadır. Təqribən 2,8 milyard insan müasir qloballaşmanın “orta təbəqəsini” təmsil edir
3 . Buraya əsasən Şərqi Avropa ölkələri, SSRİ dağılandan sonra azadlıq əldə etmiş və sanballı təbii resurslara, köhnəlmiş olsa da, modernləşdirilməsi tamamilə mümkün olan sənaye infrastrukturuna malik yeni müstəqil dövlətlər daxildir.
1 The Economist. September 12 th , 1998, p.49. 2 Viktor Kuvaldin, göstərilən əsəri, səh. 60. 3 Globalization and the evolving World Society, p.22.
326 Ramiz Mehdiyev
Demokratiya yolunda: irs haqqında düşünərkən
Qloballaşma həm zaman, həm də məkan baxımından inkişaf edir və genişlənir. Qloballaşma get-gedə daha çox dövləti və daha çox qitəni əhatə edir və hətta hazırda xeyli dərəcədə neoliberal demokratik ekspansiya modeli kimi özünü göstərirsə, 1980-ci illərin əvvəllərində onu yalnız dünya məkanının intensiv inkişafına və sərvətlərin müntəzəm paylanmasına şərait yaradan iqtisadi konsept kimi qəbul edirdilər. Ötən dövr Rusiyada və yeni müstəqil dövlətlərdə iqtisadi və maliyyə islahatları üçün, onların qapalı cəmiy- yətlərdən açıq cəmiyyətlərə çevrilməsi üçün bütün ilkin şəraiti yaratmışdır. Məşhur maliyyəçi Corc Soros bir neçə il bundan əvvəl demokratiyanın təntənəsindən deyil, kapitaliz- min zəfər qazanmasından bəhs edirdi 1 , çünki “müasir dün- yada siyasi və iqtisadi şərait arasında prinsipial uyğunsuzluq müşahidə olunur”. Lakin bu sözlərin deyildiyi vaxtdan keçən beş il ərzində yeni mühafizəkar administrasiya bu səhvin ara- dan qaldırılması üçün çalışmışdır. Qlobal kapitalizm sistemi eyni dərəcədə qlobal siyasi iyerarxiyaya ehtiyac duyur, buna görə də “demokratiyanın yayılması məsələsi ilə beynəlxalq təsisatlar məşğul olmalıdır”. Eyni zamanda, “qlobal açıq cəmiyyətin yaradılması hökmən suveren dövlətlərin daxili işlərinə kənardan müdaxilə olunmasını tələb edir” 2 . Daha bir məşhur iqtisadçı – Cozef Stiqlits yazır: “Qlobal- laşmanın səmərəsi çox vaxt onun müdafiəçilərinin bəyan et- diklərindən qat-qat az, qiyməti isə qat-qat yüksək olmuşdur, çünki yaşayış mühiti dağılır, siyasi proseslərə korrupsiya nü- fuz edir, bundan əlavə, tez-tez baş verən dəyişikliklər ölkələ- rin mədəni adaptasiyasına macal vermirdi. Böhranlar, onların ardınca yaranan kütləvi işsizlik sosial strukturların dağılma-
1 Дж.Сорос. Открытое общество. Реформируя глобальный капита- лизм, стр.11. 2 Yenə orada, səh. 18, 397.
327 2‐ci fəsil
E pluribus unum – vəhdət
formulu
sına Latın Amerikasındakı zorakılıq aktlarından tutmuş, dün- yanın digər hissələrindəki, məsələn İndoneziyadakı etnik münaqişələrə qədər daha uzunsürən problem doğururdu” 1 .
uyğunlaşanların salamat qalmasını təbiətin qanunu elan edir. Daha çox inkişaf etmiş məkanlar kardinal Rişelyenin məlum prinsipi üzrə hərəkət edərək, inkişaf etməkdə olan məkanları “udurlar”. Rişelye deyirdi: “Dövlətlərin prinsipləri yoxdur, onların yalnız maraqları var”. Mahiyyət etibarilə makiavel- lizmin müasir qlobal siyasətdə təcəssümünü xatırladan bu geosiyasi realizm “məxməri” tranformasiyaların səbəblərinin təzahürüdür. “Bazar fundamentalizminin, geosiyasi realizmin və vulqar darvinizmin ümumi qüsuru ondan ibarətdir ki, onlar hamısı məhdud xudbin maraqlardan başqa heç bir motivasiyanı qəbul etmir” 2 . Qlobal iqtisadiyyat açıq cəmiyyəti fəaliyyət göstərməsinə və yeni meqacəmiyyət yaradılmasına imkan vermişdir. Vaxtilə bu təşəbbüsü də irəli sürən məhz Corc Soros ol- muşdur. O, sonradan Gürcüstanda “qızılgül” inqilabını və Ukraynada “narıncı” inqilabı maliyyələşdirənlərdən biri idi. Sorosun niyyətinin canı qlobal açıq cəmiyyət yaratmaq məqsədi ilə demokratik dövlətlərin alyansını təşkil etmək idi. “Alyans qarşılıqlı surətdə bağlı olan iki məsələni həll et- məlidir: bütün dünyada açıq cəmiyyətlərin inkişafına kömək etmək və dövlətlərin öz vətəndaşlarına və bir-birinə müna- sibətdə davranışını tənzimləyən müəyyən qaydalar və təsi- satlar yaratmaq” 3 .
1 Дж.Стиглиц. Глобализация: тревожные тенденции. М., 2003, стр. 27. 2 Дж. Сорос. Открытое общество. Реформируя глобальный капи- тализм, стр.392. 3 Yenə orada, səh.396.
328 Ramiz Mehdiyev
Demokratiya yolunda: irs haqqında düşünərkən
Bununla bərabər, nəzərə almaq lazımdır ki, Şərqi Avro- padakı “zərif” inqilablar müəyyən mənada bir növ iki Toffler dalğasının toqquşması oldu. Bunlardan biri Qərbdən irəli- ləyən Üçüncü dalğa, digəri isə hələ də Şərqdə mövcud olan ikinci dalğa idi. Sənaye və postindustrial eraları arasında özünəməxsus bir çat baş verdi: sonuncu öz inkişafı yolunda müvafiq olmayan maneə ilə üzləşdi. Başqa sözlə desək, postindustrializm tədricən Avropada özünün əhatə məkanını və təsir dairəsini genişləndirməyə başladı. Lakin sosializm düşərgəsinin qapalı olması postindustrializm dövrünün siyasi və iqtisadi üstünlüklərini yaxın buraxmır, buradakı insanlar sovet cəmiyyətinə xas olan sənayeləşdirmə ənənələrinə sa- diqliyi qoruyub saxlayırdı. Amma hər halda, informasiya- kommunikasiya texnologiyalarının intensiv inkişafı nəzərə alınmaqla, sosiomədəni inkişaf burada da inqilabi zəmin üçün şəraitin təməlini qoyan əsaslı transformasiyalara səbəb oldu. Yuxarıda deyildiyi kimi, bu prosesdə demokratik la- yihələri maliyyələşdirən müxtəlif fondların, postsosialist mə- kanına verilişlər yayımlayan və ictimai şüurun vektorunu də- yişmək məqsədini daşıyan radiostansiyaların xüsusi rolu vardı. Məsələn, Azərbaycanda çoxlarının yadındadır: müx- təlif “səsboğanlara” məhəl qoymadan, minlərlə insan hər gün “Amerikanın səsi” radiosunu dinləyirdi, çox gözəl başa dü- şürdülər ki, bu “səs” sovet rejiminin totalitar mahiyyətini ifşa edir. Qeyd etmək lazımdır ki, bu radiostansiyanın din- ləyiciləri sovet dövlətinin məhz yaradıcı və mədəni elitasının nümayəndələri və ziyalılar idi. Müttəfiq respublikalarda xalq hərəkatlarının başlanğıcında ziyalıların nümayəndələri azadlıq uğrunda mübarizəyə biganə qalsalar da, Şərqi Av- ropa ölkələrində onlar “məxməri” inqilabların lap kökündə dayanmaqla başlıca rol oynayırdılar.
329 2‐ci fəsil
E pluribus unum – vəhdət
formulu
Yuxarıda bəhs etdiyimiz polilokallıq və transmillilik mə- dəniyyətlər və insanlar arasında yeni münasibətlər yaratmış, bununla da bizim gündəlik əhatəmizi dəyişmişlər. Bu baxım- dan N.V.Korovitsnanın kitabından götürdüyümüz aşağıdakı nümunə çox əlamətdardır: “1987-ci ildə Polşa gənclərinin 69,9 faizi belə hesab edirdi ki, sosializmin gətirdiyi fayda itkilərdən çoxdur, onların 23,3 faizi isə başqa cür fikirləşirdi; 1989-cu ildə isə onların nisbəti artıq 39,7 faiz və 55 faiz olmuşdur” 1 . Mövcud mühit və o vaxta qədər beynəlxalq siyasətdə baş vermiş dəyişikliklər Şərqi avropalıların ictimai şüurunun formalaşmasına ciddi təsir göstərirdi. Ulrix Bek özünün “Qloballaşma nədir?” adlı kitabında “soyuq müharibə” dövrü başa çatandan və kommunist bloku dünya bazarına inteqrasiya edəndən sonra kapitalist dina- mikasının əsas aspektləri kimi çox kəskin formada özünü göstərmiş və Qərb kapitalizmində ümumi rifah altında “mas- kalanmış” yeddi bəndin adını çəkir 2 . Mahiyyət etibarilə bu yeddi bəndin xarakteri “üçüncü demokratik dalğa”nın ikinci mərhələsini intensivləşdirmiş “məxməri” inqilabların məna- sını anlamağa kömək edə bilər. Bu inqilablar İkinci Modern cəmiyyətini əhəmiyyətli dərəcədə səciyyələndirir və bununla yanaşı, yeni dünya nizamına xas olan xəstəlik əlamətlərini aşkar edərək, müasir qlobal transformasiyaların əsaslandırıl- masını təklif edir. U.Bek birinci bənd kimi transmilli inteqrasiya ilə milli dezinteqrasiyanın eyni vaxta düşməsini vurğulayır, yəni bü- tün dünyada sərvətlər, suverenlik, hakimiyyət və hərəkət azadlığı yenidən bölünür.
1 Н.В. Коровицына. С Россией и без нее: Восточноевропейский путь развития. М., Эксмо-Алгоритм, 2003, стр. 288. 2 У.Бек. Что такое глобализация?. М., 2001, стр. 168-172.
330 Ramiz Mehdiyev
Demokratiya yolunda: irs haqqında düşünərkən
İkinci bənd transmilli konsernlərin “zəif dövlətlərin” olma- sını istəməsidir.Yəni, Ziqmunt Baumanın təbirincə desək, on- lar zəif olsalar da, hər halda, dövlət kimi qalsınlar. “Zəif məhz o dövlətlərdir ki, Yeni dünya nizamının (bunu çox tez-tez səhvən dünya nizamsızlığı kimi başa düşürlər) özünü qoruyub saxlaması və davam etdirməsi üçün onlara ehtiyacı var” 1 . Üçüncüsü, Avropanın kontinental ümumi rifah ölkələri və iqtisadiyyatları sosialyönümlü olan ölkələr əks spirala düşür- lər. Başqa sözlə desək, əgər iqtisadi aktorlar transmilli tərzdə düşünür, bu tərzdə hərəkət edir və bu yolla milli dövlət nəzarətindən və siyasətindən yaxa qurtarırlarsa, onda transmilli iqtisadiyyatın nəticələrini, get-gedə artmaqda olan işsizliyi və yoxsulluğu bir növ qəbul etmək, buna dözmək zərurəti yaranır. Dördüncü bənd əməyin bilik və kapital ilə əvəz edilməsində üzə çıxır. Qlobal kapitalizm işçi qüvvəsindən get-gedə daha az istifadə edir və bu halda əmək bazarından bayıra atılmış peşəkarların sayı artır. Buna müvafiq olaraq, yeni məkanlar həmin qrupları qəbul edərək, onlara maddi və sosial təhlükəsizlik yaratmağa, yeni məkanların “iqtisadi fəal” subyektlərə inteqrasiyasını təmin etməyə qadirdir. Beşincisi, yoxsulluğun ikiqat nisbiliyi. Dünya məkanının iqtisadi inkişafında mövcud fərqlər bu və ya digər cəmiy- yətlərdə sosial gerçəkliyin çox vaxt səhv qəbul olunmasına gətirib çıxarır. Ziqmunt Bauman yazır: “Qloballaşan var- lılarla lokallaşan yoxsullar arasında ictimai tellər az qala qırılmaq həddinə çatmışdır, çünki yuxarıda, ən üst təbəqədə qloballaşma nəticəsində qazananlarla aşağıda, ən alt
təbəqədə qloballaşma nəticəsində uduzanlar arasında daha 1 Z.Baumann/ Schwache Staaten, a.a.
331 2‐ci fəsil
E pluribus unum – vəhdət
formulu
heç bir nüfuzlu instansiya qalmamışdır ki, oraya müraciət edib kompensasiya və ədalətə nail olmaq mümkün olsun” 1 . Altıncısı, qlobal həyatın sərbəstləşdirdiyi, özünün yaratdı- ğı ziddiyyətlər istisna meyarları kimi təsir göstərir. U.Bekin bəhs etdiyi İkinci Modern cəmiyyət daxilində yeni rəqabətin sərt tələblərini yaradır. Nəticədə təzə mühitdə yeni reallıqlara transformasiya edilə bilməyənlər sistem tərəfindən aktorlar kimi kənar olunur. Bir dövrdən digərinə transformasiyanın fəal iştirakçısına çevrilməyə qabil olmayan fərq bu prosesin obyektinə, yəni lal şahidinə çevrilir. Nəhayət, U.Bek yeddinci bənd kimi göstərir ki, əməksiz kapitalizm utopiyasız marksizmə oxşayır. Vaxtilə Fridrix Nitsşe yazırdı ki, “kiçik siyasətin dövrü artıq geridə qalmışdır, qarşıdakı yüzillik özü ilə birlikdə bütün yer kürəsi üzərində ağalıq uğrunda mübarizə – böyük siyasətə məcburi qoşulma gətirəcəkdir” 2 . Vaxt ötdükcə aydın oldu ki, “böyük siyasət” məhz fəal əməktutumlu potensialı və yeni məkanları qlobal inteqrasiya şəbəkəsinə cəlb etmək imkanı olan kapitalizmə əsaslanır. İmmanuil Kant ”Əbədi sülhə doğru” adlı traktatında Avropanın gələcəkdə maarifli xalqlar ailəsi şəklində birləşməsinin mədəni və fəlsəfi əsaslarını ilk dəfə təsvir edərək yazırdı ki, maariflənmə insanın öz zəkasından istifadə etmək hünəridir”. O, həm də deyirdi ki, demokratiyalar heç vaxt ayrı-ayrı cəmiyyətlər, milli dövlətlər formasında möv- cud ola bilməyəcək; onlar yalnız dünya vətəndaşları cə- miyyəti çərçivəsində mümkün olacaqdır (İ.Kant da səhv edə bilər). Siyasi və mədəni həyatın unifikasiyaya və standart-
1 Z.Baumann/ Schwache Staaten, a.a 2 Ф.Ницше. Сочинения в 2 т. М., 1990, т.1, стр. 332.
332 Ramiz Mehdiyev
Demokratiya yolunda: irs haqqında düşünərkən
laşdırmaya məruz qala bilməyəcəyi güman edilən bir dövrdə aşkar olur ki, Qərb hegemonluğu hazırda hələ gənc olmasına – cəmi iki əsrdən bir qədər artıq mövcudluğuna baxmayaraq, dünya məkanının ictimai-siyasi, iqtisadi və hətta sosiomədəni inkişafına da ciddi düzəlişlər edir. Müasir dünya nizamı iqtisadiyyatın, siyasətin və sosiomədəni məkanın qarşı- sıalınmaz qloballığı deməkdir. “Məxməri” inqilablar isə bu və ya digər məkanın hərəkətini inkişafın zəruri dinamika və vektor məcrasına yönəltmək üçün yalnız bir vasitədir. Əsas motivlərindən biri Şərqi Avropa cəmiyyətlərini azad etməkdən, onların milli-mədəni identikliyinin bərpasından ibarət olan “məxməri” inqilablar labüd olaraq bu cəmiyyət- lərin sivilizasiya trayektoriyasının kəsilməsi və onların mədəni identikliyinin daşıyıcıları olan sosial qrupların itirilməsi təhlükəsinə doğru aparırdı. N.V.Korovitsına bunu Polşa nümunəsində belə təsvir edirdi: “Əgər liberallaşma nəticəsində, xüsusən onun başlanğıc mərhələlərində kəndlilərin və ya fəhlə sinfinin sosial və- ziyyəti və əhvalı həqiqətən ciddi şəkildə pisləşmişdisə, ənənəvi ziyalılar təkcə sosializm dövrü üçün deyil, so- sializmdən əvvəlki dövr üçün də səciyyəvi olan mövcudlu- ğunu, əslində, dayandırmışdı... 1989-cu ildə ictimai sistemin dəyişilməsi [nəticəsində] Polşanın müstəqillik uğrunda mübarizəsinin romantik psixoloji tarixinin dramatik və gözəl bir fəsli başa çatmışdır” 1 .
N.V.Korovitsınanın həmin əsərindən daha bir maraqlı iqtibas gətirir: “Avropa qitəsinin Şərq hissəsi XX əsrin ortalarında
1 Н.В. Коровицына. С Россией и без нее: Восточноевропейский путь развития.
333 2‐ci fəsil
E pluribus unum – vəhdət
formulu
da onun Qərb hissəsinin iqtisadi əyaləti olaraq qalmaqda idi... Bu fonda “müasir dövrə keçidin əsası” kimi sosialist sənayeləşdirmə proqramının həyata keçirilməsi... region ölkələri üçün tarixi əhəmiyyət kəsb edirdi. Sənaye istehsa- lının artması kənddə aqrar əhalinin çoxluğunun, şəhərdə isə işsizliyin ləğvinə gətirib çıxarmışdır... “Sosializmin əsasları- nın” qurulması dövrü tarixə, ilk növbədə, sosial mobilliyin kütləvi şəkildə genişlənməsi dövrü kimi düşmüşdür. Ona “müstəsna”, “misilsiz” dövr kimi tərif verirlər... Ümumiy- yətlə, Şərqi Avropa cəmiyyəti deyilən cəmiyyətin formalaş- masının başa çatdığı vaxtda bu məkanda rəyi soruşulanların təqribən 70 faizi öz həyatından razı olduğunu bildirmişdi. Sosioloqların fikrincə, polyakların dəyərlər sistemi əsrin dörddə biri ərzində, 1978-ci ilədək, hətta 1980-ci ilin əvvəllərinə qədər nisbətən sabit qalmışdır”. Belə bir sual qarşıya çıxır: bəs “məxməri” inqilablara səbəb nə idi? Bəzi müəlliflər belə hesab edirlər ki, problemin mahiyyəti dünyagörüşü böhranındadır. Sürətli modernləşmə və şəhər həyat tərzinə keçid prosesində ənənəvi aqrar cəmiyyət məhz belə bir böhrana məruz qalır. Urbanizasiya, qitələr arasında qarşılıqlı maliyyə münasibətlərinin inten- sivləşməsi, dünya siyasətində dərin transformasiyalar, eləcə də Qərbə çatmaq cəhdləri yuxarıda bəhs etdiyimiz iki Toffler dalğasının toqquşmasının başlanmasına kömək etmişdir. Əslində, gizli deyil ki, bu sistemi dağıdanlar sistemdə baş verən hər hansı dəyişikliyin yaxşılığa doğru olacağına inanırdılar. Qərbə çatmaq barədə iddialı istehlak planları Şərqi Avropanın gənc sakinlərində belə bir inam oyadırdı ki, həyat get-gedə yaxşılaşır, yaxud yaxşılaşmalıdır və tezliklə keyfiyyətcə yeni vəziyyətə doğru dönüş olacaqdır. Bu ge- nerasiya təcrübəsində sənayeləşdirmədən əvvəlki dövrün
334 Ramiz Mehdiyev
Demokratiya yolunda: irs haqqında düşünərkən
cizgiləri də, postmüasir gələcəyin əlamətləri də təcəssüm etmiş, bəşəriyyətin spesifik tarixi-mədəni fenomeni olan “sosialist postmoderni” şəklində gözqamaşdırıcı, lakin çox davam etməyən mənəvi ruh yüksəkliyi yaratmışdır 1 . Dünya baxışında bu cür böhran yaranacağını E.Toffler də sezmişdi. O yazırdı: “İkinci və Üçüncü dalğa qüvvələri arasında ifrat mübarizə sınıq xətt şəklində, sinif və partiya, yaş qrupları və etnik qruplar, seksual meyillər və sub- mədəniyyətlər vasitəsilə gedir. Bu mübarizə bizim siyasi həyatımızı yenidən təşkil edir, ona yeni çalarlar verir. O, harmonik, sinifsiz, münaqişəsiz, ideologiyadan uzaq gələcək cəmiyyət əvəzinə, bizi get-gedə genişlənən böhranlara və yaxın gələcəkdə dərin sosial təlatümlər aləminə səmtləndirir. Məhəlli siyasi savaşlar dövlətlərin çoxunda təkcə sənaye cəmiyyətindən qalan dəyərlərdən kimin istifadə etməsi uğrunda deyil, həm də bu cəmiyyətin varisinin formalaş- masında və nəticə etibarilə ona nəzarətdə kimin iştirak etməsi uğrunda aparılacaqdır” 2 .
bir hissəsi sənayeləşmə yolu ilə sürətlə irəliləyir, o biri hissəsi geridə qalırdı. Nəticədə vəziyyətin özü inqilab üçün zəmin yaradırdı. Tarix bütünlüklə, xüsusən proseslərin idarə edilməsi siste- mində təkrarlardan ibarətdir. Beynəlxalq siyasət əsrlər boyu dəyişməmişdir, onun məqsədləri əvvəlki kimi qalır və qalacaqdır. Dəyişən yalnız daha qlobal xarakter kəsb etmiş məqsədlərin reallaşdırılması yollarıdır. Beləliklə, 1989-cu il “qlobal məxməri transformasiyalar” ili oldu. 1989-cu ilin
1 Н.В. Коровицына. С Россией и без нее: Восточноевропейский путь развития. 2 Э.Тоффлер. Третья волна. М., 1999, стр. 691.
335 2‐ci fəsil
E pluribus unum – vəhdət
formulu
fevralından dekabrına qədər 11 ay ərzində baş vermiş ha- disələrin xronologiyası Avropanın siyasi xəritəsində bir neçə yeni dövlətin yaranması və çoxsaylı idarəetmə rejimlərinin adının və formasının dəyişməsi ilə əlamətdar olmuşdur. XXI əsrin əvvəllərində dönməz xarakter almış qlobal transfor- masiyaların mahiyyətini daha yaxşı anlamaq üçün o dövrün hadisələrinə bir daha qayıtmağa dəyər. 1989-cu il fevralın 6-da Polşada hökumət nümayəndələri, həmkarlar ittifaqlarının rəsmi birlikləri, “Solidarnost” həm- karlar ittifaqı və digər ictimai qruplar ara-sında danışıqlar başlandı. 1989-cu il iyunun 4-də Polşada müxalifətçi partiyaların da iştirak etdiyi parlament seçkiləri keçirildi. Hakim partiya 460 deputat yerindən 299-nu qazandı. Senata keçirilən azad seçkilər nəticəsində 100 yerdən 99-nu müxalifət nümayən- dələri, 1 yeri isə müstəqil namizəd tutdu. 1989-cu il avqustun 24-də müxalifətin nümayəndəsi Tadeuş Mazovetski Polşa hökumətinə başçılıq etdi. 1989-cu il sentyabrın 9-da Macarıstan hökuməti Avstriya ilə sərhədi açdı. 1989-cu il sentyabrın 18-də Macarıstan Sosialist Fəhlə Partiyası ilə müxalifət arasında “dəyirmi masa” çərçivəsində danışıqların gedişində Macarıstanda çoxpartiyalı sistemin tətbiq olunması barədə qərar qəbul edildi. 1989-cu il oktyabrın 18-də Macarıstan parlamenti konstitusiyaya ölkədə parlament demokratiyasına keçidi tənzimləyən təqribən 100 konstitusion düzəlişi qəbul etdi. 1989-cu il oktyabrın 23-də Budapeştdə Macarıstan Xalq Respublikasının əvəzinə özünü azad, demokratik, müstəqil, hüquqi dövlət elan edən Macarıstan Respublikası yaradıldı.
336 Ramiz Mehdiyev
Demokratiya yolunda: irs haqqında düşünərkən
1989-cu il oktyabrın 18-də Almaniya Demokratik Res- publikasının və Almaniya Vahid Sosialist Partiyasının rəh- bəri E.Honekker istefa verdi. Eqon Krents AVSP-nin yeni baş katibi, ADR Xalq palatasının sədri və ölkənin Milli Müdafiə Şurasının sədri oldu. 1989-cu il noyabrın 9-da ADR Nazirlər Şurası AFR və Qərbi Berlinlə sərhədin açılması barədə qərar qəbul etdi. 1989-cu il noyabrın 10-da Bolqarıstan Xalq Respubli- kasının və Bolqarıstan Kommunist Partiyasının başçısı Todor Jivkov partiyanın baş katibi və Siyasi büronun üzvü vəzifələrindən istefa verdi. BKP-nin yeni baş katibi və- zifəsinə Petr Mladenov seçildi. 1989-cu il noyabrın 17-də Bolqarıstan parlamenti Mladenovu ölkənin Dövlət Şurasının başçısı seçdi. 1989-cu il noyabrın 24-də müxalifətin və kütləvi nü- mayişlərin təzyiqi altında Çexoslovakiya Kommunist Partiyasının rəhbərliyi istefa verdi. Partiyanın yeni baş katibi vəzifəsinə Karel Urbanek seçildi. 1989-cu il noyabrın 28-də Çexoslovakiyada hökumət nü- mayəndə heyətinin və hakim Xalq Cəbhəsinin müxalifətçi “Vətəndaş forumu”nun nümayəndələri ilə görüşünün yekun- larına əsasən, yeni hökumət yaradılması, kommunist partiya- sının rəhbər rolu barədə Konstitusiyada təsbit olunmuş müddəanın ləğv edilməsi haqqında qərar qəbul edildi. 1989-cu il dekabrın 10-da Çexoslovakiya prezidenti Q.Qusak istefa verdi. Qeyri-kommunistlərin əksəriyyət təşkil etdiyi yeni hökumət yaradıldı. 1989-cu il dekabrın 29-da Vatslav Havel Çexoslo- vakiyanın prezidenti seçildi.
337 2‐ci fəsil
E pluribus unum – vəhdət
formulu
1989-cu il dekabrın 15-də Rumıniyanın Timişoara şəhə- rində kütləvi etiraz çıxışları başlandı. 1989-cu il dekabrın 22-də Rumıniyada dövlət başçısı və Rumıniya Kommunist Partiyasının rəhbəri N.Çauşesku devrildi, dekabrın 25-də onu arvadı ilə birlikdə güllələdilər. Milli Qurtuluş Cəbhəsinin lideri İ.İliyesku Rumıniyanın prezidenti oldu. Bu proseslərin sürətlə baş verməsi “məxməri” inqilabların siyasi sistemlərdə nə qədər güclü və əsaslı dəyişikliklər törətməyə qadir olduğunu göstərdi. “Zərif” transformasiyalar ərəfəsində kommunist və kapitalist dünyaları arasında nəzərəçarpacaq mülayimləşmə, xüsusən M.Qorbaçovun AFR-ə səfəri zamanı hər bir dövlətin öz siyasi və sosial sistemini sərbəst seçmək hüququnu elan etməsi QİYŞ-in keçmiş üzvləri olan dövlətlərdə qan tökülmədən rejimin dəyişməsi və bu dövlətlərin “yeni” Avratlantik məkana yetərincə inteqrasiyası üçün əlverişli şərait yaratmış oldu. Bəzi müəlliflərin fikrincə, “inqilablar elə ölkələrdə baş verir ki, onlar prinsipial baxımdan yeni, həm özləri üçün səciyyəvi olmayan daxili inkişaf proseslərinin, həm də dünya miqyaslı qlobal meyillərin doğurduğu problemlərlə üzləşirlər. Bununla yanaşı, həmin dövlətlərin institusional strukturu və onların əhalisinin psixoloji stereotipləri yeni tələblərə çevik uyğunlaşmağa imkan vermir; və adaptasiyaya mane olan bu daxili məhdudlaşdırıcıları təkamül yolu ilə inkişaf prosesində aradan qaldırmaq mümkün olmur” 1 .
1 И.В.Стародубровская, В.А.Мау. Великие революции: от Кромвеля до Путина. М., 2004, стр. 29.
338 Ramiz Mehdiyev
Demokratiya yolunda: irs haqqında düşünərkən
Ötən əsrin axırlarındakı “məxməri” inqilablarla yeni minilliyin əvvəlindəki transformasiyalar arasındakı mühüm fərqi vurğulamaq lazımdır. Axı, dünyabaxışı paradiqma- larının böhranı ilə yanaşı, bu transformasiyaları, – hətta onlar vahid qlobal “üçüncü demokratik dalğa”ya aid olsalar belə, – əhəmiyyətli dərəcədə fərqləndirən bir neçə seqmentin mövcudluğu göz qabağındadır. Əvvələn, 1989-cu ildəki transformasiyalar tarixi zərurət idi, onlar SSRİ-nin siyasi və iqtisadi qüdrətinin tükənməsinin nəticəsi idi. Əvvəlcə Qərb hadisələrin bu qədər intensiv inkişafını qəbul etməyə hazır deyildi. Bunu, ən azı, kansler H.Kolun ehtiyatlı mövqeyi təsdiq edir. O, 1989-cu il oktyabrın 11-də M.Qorbaçovla telefon söhbətində demişdi: “Bizim yeganə istəyimiz budur ki, ADR sizin xəttinizə, mütərəqqi islahatlar və dəyişikliklər xəttinə qoşulsun... Biz istəyirik ki, ADR sakinləri öz evlərində qalsınlar. Biz onları təlatümə gətirməyə, hansısa hərəkətlərə sövq etməyə hazır- laşmırıq ki, buna görə sonradan bizi qınasınlar”. Böyük Britaniyanın SSRİ-dəki səfiri R.Breytueyt də buna oxşar fikirlər söyləmişdi: “Hamı – mənim hökumətim də, müttə- fiqlərimiz də çox yaxşı başa düşürlər ki, ADR-in işlərinə müdaxilə etmək olmaz, hətta müdaxilə kimi qiymətləndirilə biləcək bəhanələrə də yol vermək olmaz”. Lakin 9 noyabr hadisələri – Siyasi Büronun üzvü Q.Şvabovski ADR-in bütün vətəndaşlarının AFR-ə gedə bilməsini bəyan edəndən sonra sevinən kütlə Berlin divarını dağıtmağa başlayanda Şərq almanlarının yenidən birləşmək cəhdindən əl çəkməsinin mümkünlüyünü tamamilə təkzib etdi. İkincisi, sosializm ölkələrindəki idarəetmə sistemi qlobal kontekstdə öz dövrünü başa vurmuşdur. Onun qalıqları bu gün Kubada, Şimali Koreyada və qismən Çində hiss edilir.
339 2‐ci fəsil
E pluribus unum – vəhdət
formulu
Avtoritar dövlət idarəetmə sisteminin kütləvi şüuru daim “qapalı” saxlaya bilmədiyini göstərdi. Bərpayönümlü çevrilişlər “real sosializm” cəmiyyətlərin- də ciddi obyektiv daxili zəminə malik idi. Bizim dövrdə baş vermiş məxməri qiyamlar bu və ya digər konkret ölkənin ziddiyyətlərindən və problemlərindən qidalanmış olsa da, kənardan təhrik olmasa baş verə bilməz. Üçüncüsü, “məxməri” inqilablar hadisələr hər hansı ssenari üzrə, o cümlədən inqilabi yolla inkişaf edəcəyi halda SSRİ bu hadisələrə müdaxilə etmək fikrindən dönəndən dər- hal sonra baş vermişdir. Hakimiyyətə gələnlər kifayət qədər qabiliyyətli siyasətçilər idi, onlar öz ölkələrində əhəmiyyətli modernləşmə aparmış, bəzi ölkələr hətta Avropa İttifaqına üzv olmuşdur. İndiki şəraitdə isə hakimiyyətə “idarə edilən demokratiya” hökumətləri “gətirilir”, onlar inqilabın donoru olmuş ölkələr üçün sərfəli olan xətti həyata keçirirlər. Dördüncüsü, bu inqilabların həyata keçirilməsində trans- milli korporasiyaların rolu minimum olmuş, bəzi hallarda isə, bəlkə də, heç bir rolu olmamışdır. İndiki şəraitdə isə “məx- məri” inqilablar transmilli korporasiyaların maraqlarının hə- yata keçirilməsi üçün pərdə rolu oynayır. Tarixçi A.Toynbi yazırdı ki, bütöv sivilazasiyaların ağır böhran girdabına düşməsinin səbəbi o idi ki, hakim azlıq küt- lələrin şüuru ilə manipulyasiya etmək üçün onların şüuruna özünün yeritdiyi miflərə birdən-birə inanmağa başlamışdı. Postsovet dövlətlərində də belə olmuşdur. Hakim elita əv- vəlcə sovet dövlətçiliyinin məhv edilməsinə passiv razılıq ala bilmək üçün Qərb demokratiyası, orada seçkilərin ədalətli və bərabərhüquqlu keçirilməsi barədə son dərəcə bəsit mifi kütləvi şüura yeridirdi. Sonra isə elə həmin hakim yuxarı
340 Ramiz Mehdiyev
Demokratiya yolunda: irs haqqında düşünərkən
təbəqə seçkilərdə manipulyasiya edir, çox vaxt bunu hətta gizlətmirdi. Belə ki, vətəndaşların əksəriyyəti bu “demokra- tik təsisatı” sadəcə olaraq, öz şüurunda yox edirdi. Amma seçkilərdən yalnız hakimiyyətin sabitliyini pozmaq vasitəsi kimi istifadə etməklə həmin hakim elitanı devirməyə baş- layanda, bu hakim təbəqə nədənsə qət etdi ki, seçkilər ciddi məsələdir. Nəhayət, beşincisi, 1989-cu ilin “məxməri” inqilabları sonrakı qlobal transformasiyaların ssenarilərini rəsmiləşdir- miş yeni dünya nizamının çıxış nöqtəsi oldu. Elə həmin E.Toffler 1990-cı ildə “Hakimiyyət metamorfozları” kita- bında yazırdı: “Zəlzələdən əvvəl tektonik layların hərəkətə başlaması kimi, dünya tarixində ən nadir hadisələrdən biri – hakimiyyətin mahiyyətinin inqilabı yaxınlaşır”. Bu sitat isə Amerikada çıxan “The New York Sun” qəzetindən (24 mart 2005-ci il) götürülmüşdür. Qəzet “İnqilab tonqalına odun atın” sərlövhəli redaksiya şərhində demokratiyanın heç cür kök sala bilmədiyi ölkələrdən bəhs edərək yazırdı: “Bu yerdə köməyə Amerika gəlməlidir. Axı, “narıncı inqilab” öz-özünə baş verməmişdir, Amerikanın hüquq müdafiə qrupları onu körpə kimi öz bətnində böyütmüş və yedirtmişlər. Onların sayəsində xalq çıxışlarının təşkilatçıları indi avtomatlardan atəş açmadan xalq kütlələrinin idarə edilməsi elmini öyrənə bilərlər”. Beləliklə, “dünya tarixində nadir hadisələrdən” birinin həyata keçirilməsinin başında kimin durması barədə tamamilə qanunauyğun qənaət yaranır.
|
ma'muriyatiga murojaat qiling