Ramiz Mehdiyev demokratiya yolunda: irs haqqında düşünərkən


Download 5.08 Mb.
Pdf ko'rish
bet30/41
Sana15.09.2017
Hajmi5.08 Mb.
#15717
1   ...   26   27   28   29   30   31   32   33   ...   41
 

§ MİLLİ MODEL 

Genezis 

 

Demokratik tranzit dövlət idarəetməsinin səmərəli forma-

sının qurulması yollarının öyrənilməsində ən mürəkkəb prob-

lemlərdən biridir. Siyasi və sosial-iqtisadi şəraitdən, coğrafi 

determinantlardan asılı olaraq, demokratik tranzitlər gerçək-

ləşmə formasına və son nəticəsinə görə fərqlənir. Tarix boyu 



 

 

570 



Ramiz 

Mehdiyev 

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

demokratik tranzitin dəfələrlə avtoritar nəticə ilə yekunlaş-



masının  şahidi olmuşuq. Eyni zamanda, avtoritar rejimlərin 

demokratik rejimlərə çevrilməsi prosesləri də az olmamışdır.  

XX əsr demokratik birliyin sərhədlərini genişləndirməyə, 

“demokratik dalğa”nın geosiyasi qüvvəsini yeni mövqedən 

qiymətləndirməyə imkanlar açmışdır. Məlum olmuşdur ki, 

XX əsrin axırları – XXI əsrin əvvəli üçün səciyyəvi olan de-

mokratiya ictimai şüurun və dövlət idarəetməsinin transfor-

masiyasının xalis daxili layihəsi deyil, yeni dəyərlərin qlobal 

geosiyasi və geomədəni assimilyasiyasıdır.  

Sovet İttifaqının dağılması və yeni müstəqil dövlətlərin tə-

şəkkülü keçmiş avtarkiyaların avtoritarizmdən demokratik sis-

temə tranziti məsələsini gündəliyə gətirmişdir. Yeni məkanlar 

özlərinin siyasi və iqtisadi sistemlərini bazar kapitalizmi 

sisteminə oxşatmağa çalışaraq, liberal Qərbə xas olan dəyər-

ləri və idealları  qəbul etməyə başlamışdır. Demokratiya, söz 

və yığıncaqlar azadlığı ötən əsrin axırları – bu əsrin əvvəlində 

ictimai-siyasi diskussiyaların əsas istiqamətinə çevrilmişdir. 

Postsovet dövlətlərinin  əksəriyyətində demokratiyaya apa-

ran yol çox mürəkkəb olmuşdur və hazırda transformasiyanın 

forma və  məzmununu tədqiq etmək üçün çox geniş 

meydandır. Keçmiş SSRİ məkanında yaranmış dövlətlərin bir 

qismi qısa müddətdə demokratik idarəetmə sisteminə tranzitə 

nail olmuşdur, ancaq başqaları keçmişin – sovet avto-

ritarizminin təcrübəsindən imtina etmədən bu sistemə yollar 

axtarır. Ona görə  də keçmiş avtarkiyanın bəzi dövlətləri indi 

də demokratik idarəetmə sistemindən kənarda qalır.  

Demokratiya təkcə seçkili orqanların strukturunun yeni-

dən qurulması, vətəndaşların öz iradələrini sərbəst ifadə et-

məsi və fərdlərin öz fikirlərini bildirməsi üçün şərait yaradıl-


 

 

571



4‐cü fəsil 

 

Milli 



demokratik 

tranzitin 

dilemmaları 

ması demək deyildir. Demokratik tranzit xeyli dərəcədə icti-

mai şüurun dərin transformasiyası deməkdir. Bu və ya digər 

keçid cəmiyyəti üçün indiyə qədər yabançı olan yeni dəyərlər 

və davranış normaları bu transformasiyada öz əksini tapır. 

Təcrübə göstərir ki, demokratikləşmə birdən-birə mümkün 

deyildir,  İraqın və ya Əfqanıstanın nümunəsi sübut edir ki, 

keçmiş avtoritar rejimlərin tezliklə demokratikləşəcəyini dü-

şünmək cəfəngiyatdan başqa bir şey deyildir. Demokratik ən-

ənələri olmayan və “siyasi mədəniyyət qıtlığı” hiss edən cə-

miyyətlər  Şərq yarımkürəsini “geomokratikləşdirməyə” (ilk 

dəfə istifadə edilən bu termin dünyada demokratikləşmənin 

geosiyasi mahiyyətini açıqlayır) çalışan Qərb ölkələrinin 

təcrübəsini öz-özünə qəbul etməyə qadir deyildir.  

Lakin bu tezis siyasi prosesin aktorları olan, postavtoritar 

dəyərlərin və  təfəkkür formalarının təşəkkülünə  təsir göstə-

rən siyasi qrupları  məsuliyyətdən azad etmir. Bu, təkcə 

hakim elitaya deyil, həm də sabit və  səmərəli demokratik 

sistem qurmaq məqsədi ilə öz səylərini birləşdirməli olan 

əks-elitaya aiddir. Sabit demokratik sistemin qurulması 

dövründə, yaxud Rastounun təbirincə desək, qərarlar qəbul 

edilməsi fazasında radikalizm və antaqonist ovqat “mötərizə 

xaricində” qalır, yəni siyasi tərəflərin barışmazlığı daha 

çevik forma alır. Bu cür qısamüddətli “atəşkəs” və kompro-

mis rejimi sabit demokratik tranziti və demokratiyanın möh-

kəmlənməsi istiqamətində inkişafını təmin edir.  

Əsərin bu hissəsi Sovet İttifaqı dağılandan sonra demok-

ratik tranzitin milli modelini müəyyən etmək üçün və 

D.A.Rastounun, A.Pşevorskinin yuxarıda nəzərdən keçirdiyi-

miz baxışları, habelə O’Donnelin və F.Şmittrenin modelləri 

əsasında Azərbaycanın müasir demokratik inkişafını  səciy-

yələndirmək üçün göstərilən ilk cəhddir.  



 

 

572 



Ramiz 

Mehdiyev 

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

Bizim tədqiqatımızın metodoloji müddəaları  aşağıdakı 



tezislərə əsaslanacaqdır: 

1. Demokratik tranzitin milli birlikdə ifadə olunmuş ilkin 

şərti ötən  əsrin 90-cı illərinin  əvvəlində  cərəyan edən 

ictimai-siyasi proseslərlə  və 1993-cü ilin iyun ayında 

siyasi rəhbərlik seçimi məsələsində milli konsensus ilə 

şərtlənmişdir.  

2. Milli demokratik tranzitin səbəbiyyət vektoru sosial və 

iqtisadi amillərdən siyasi amillərə  tərəf yönəlməmiş 

(D.Rastou), xeyli dərəcədə  səmərəli dövlətçiliyin yara-

dılmasına kömək etməli olan sabit və güclü hakimiy-

yətin olmamasından irəli gəlmişdir.  

3. Demokratiya XX əsrin 90-cı illərinin birinci yarısında, 

çox mürəkkəb iqtisadi kollaps və siyasi qeyri-sabitlik 

şəraitində ictimai-siyasi diskussiyaların prioritet aspekti 

deyildi. Sosial maraqlar xeyli dərəcədə maliyyə-iqtisadi 

böhranların aradan qaldırılmasına və siyasi sabitlik ya-

radılmasına yönəlmişdi.  

4. Milli demokratik tranzitin hazırlıq fazası Dördüncü res-

publikanın

1

 ilk onilliyini əhatə edir. Siyasi sistemin 



institusional baxımdan yenidən qurulması  nəticəsində 

bu fazanın başa çatması mümkün olmuşdur.  

5. Siyasi transformasiya və iqtisadi inkişaf nəticəsində de-

mokratiya bərqərar olmuşdur. İqtisadi rifah səviyyəsinin 

demokratikləşmə proseslərinə birbaşa təsirinin olmama-

sı barədə yuxarıda qeyd etdiyimiz tezisə baxmayaraq, 

                                                 

1

 



Azərbaycan 1991-ci ilin oktyabrında müstəqillik əldə etməklə Dördüncü 

respublikaya qədəm qoymuşdur. Birinci respublika 1918-1920-ci, İkinci 

respublika 1920-1922-ci illəri, Üçüncü respublika 1922-1991-ci illəri, Dör-

düncü respublika 1991-ci ilin oktyabrından sonrakı illəri əhatə edir.

 


 

 

573



4‐cü fəsil 

 

Milli 



demokratik 

tranzitin 

dilemmaları 

bazar kapitalizminə keçid siyasi sahədə və ictimai şüur-

da əks olunan yeni davranış stereotiplərinin təşəkkülünə 

imkan yaratmışdır.  

6. Demokratiyanın bərqərar olması onun konsolidasiyasının 

təməlini qoymağa kömək edir. Dövlətin inkişafının sabit-

ləşməsi prosesi hazırlıq fazasını başa çatdırmağa və 

qərarlar qəbul edilməsi fazasından keçməklə demokrati-

yaya alışma fazasına keçidə başlamağa imkan vermişdir.  

7. Milli identiklik milli mənlik şüurunun mühüm tərkib his-

səsinə çevrilmişdir. Ölkədə demokratikləşmə tammiq-

yaslı şəkil aldıqca və milli vətənpərvər qüvvələrin sıraları 

genişləndikcə, kollektiv şüurun ayrıca bir seqmenti olan 

milli identikliyin qavranılma səviyyəsi yüksələcəkdir.  

8. Demokratiyanın inkişafı ilə yanaşı, milli demokratiya 

üçün yeni təhlükələr də yaranır. Dünya məkanının qlo-

ballaşması  və beynəlxalq münasibətlərdə  Pax Ameri-

cana-nın güclənməsi demokratik norma və standartların 

başa düşülməsinə təshih edir, onları asanlıqla ixrac olu-

na bilən bir məhsula çevirməyə çalışır.  

9. Demokratik tranzit ölkənin sənayeləşmə dövründən 

postindustrial dövrünə keçməsini şərtləndirir, adət etdi-

yimiz həyat tərzini, təfəkkür və davranış formalarını də-

yişdirir, habelə  ənənəvi sosial mexanizmlərin və  təsi-

satların fəaliyyətinə təshih edir.  

 

İnkişaf naminə birləşmə 

 

Sovet dövrünün avtoritar sistemindən müstəqil dövlətçili-



yin demokratik strukturuna milli tranzit ötən  əsrin 90-cı 

illərinin  əvvəlində bir növ milli birləşmə istiqamətində atıl-



 

 

574 



Ramiz 

Mehdiyev 

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

mış addım oldu. SSRİ-nin dağılması  ərəfəsində Azadlıq 



meydanında baş verən hadisələr və Qarabağ problemi ətra-

fında ümummilli birləşmənin sonradan genişlənərək, “ittifaq 

qardaşlığından” xilas olmaq cəhdinə çevrilməsi cəmiyyətdə 

azadlıq və demokratiya kimi dəyərlərin dərk edilməsinin tə-

məlini qoydu. Hələ SSRİ-nin mövcud olduğu dövrdə Nax-

çıvan Ali Məclisinin Heydər  Əliyevin sədrliyi ilə keçirilən 

iclasının rəyasət heyətində Azərbaycan SSR-in ikirəngli bay-

rağı  əvəzinə, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli 

bayrağının qoyulması faktını demokratikləşmənin başlanğıcı 

hesab etmək olar. Demokratikləşmə yolunun başlandığı 

rəmzlər konkret tarixi dövrdə  cəmiyyətin müraciət etdiyi 

milli identiklik elementlərini  əks etdirirdi. Sonradan, hələ 

Sovet  İttifaqı mövcud olduğu dövrdə Azadlıq meydanında 

dalğalanan üçrəngli Cümhuriyyət bayrağı milli birliyin və 

sovet dövlətinin ideoloji dayaqlarının və keçmiş “qardaşlıq” 

münasibətlərinin qalaqları altından dirçələrək üzə çıxan milli 

birliyin və milli identiklik hissinin təcəssümü idi.  

1990-cı illərin əvvəlində Sovet İttifaqı bir vaxtlar ona xas 

olan daxili birliyi tamamilə itirmişdi. Sovet respublikaları 

müstəqilliyə get-gedə daha güclü şəkildə can atırdı, bu isə 

gələcək inkişafın perspektivlərinin müəyyən edilməsi 

məsələsində milli birlik doğururdu. Qorbaçovun “yenidən-

qurması” sovet ictimai şüurunda müəyyən demokratikləşmə 

yaratmağa istiqamətlənmişdi, lakin əslində bu, yaxınlaşmaq-

da olan qlobal “demokratikləşmə dalğasının” seqmentlərini 

assimilyasiya etmək yolu ilə kommunist rejimini xilas etmək 

cəhdindən başqa bir şey deyildi. Sovet cəmiyyəti “yeni-

dənqurma”ya hazır deyildi, və  yəqin ki, onu “hissə-hissə” 

təqdim etmək lazım idi, – ona görə  də bu siyasət dərhal 

ucdantutma demokratikləşmə barədə komanda kimi qarşı-



 

 

575



4‐cü fəsil 

 

Milli 



demokratik 

tranzitin 

dilemmaları 

landı. Siyasi plüralizm təcrübəsini malik olmayan totalitar 

cəmiyyət üçün fikir və söz azadlığı, şəffaflıq yalnız “üçüncü 

demokratik dalğa”nın yeni dəyər oriyentirləri qarşısında 

rejimin “danışıqsız təslim olmasına” gətirib çıxara bilərdi. 

Təxminən yarım  əsr müddətində Avropanı narahat edən 

kommunizmin “Qərbə hücumunu” əvəz etmiş demokratik 

baxışların “Şərqə hücumu” Baltikyanı respublikaların pay-

taxtlarında antisovet hərəkatları dalğasına çevrildi (Azərbay-

canda kütləvi xalq çıxışlarının spesifik motivləri vardı: bu 

çıxışlar Moskvanın və Yerevanın Dağlıq Qarabağı Azər-

baycandan qoparmaq cəhdlərinə qarşı idi). Totalitar rejimin 

son akkordları 1991-ci ilin avqust ayında QKÇP qiyamı 

zamanı, SSRİ-nin ali rəhbərliyini təmsil edən bir qrup şəxs 

dünyada baş verən qlobal transformasiyalara baxmayaraq, 

SSRİ-nin yaxınlaşmaqda olan dağılmasını dayandırmağa və 

tarixin təkərini geri döndərməyə çalışanda səsləndi. Lakin 

xaotik  şəkildə dağılma prosesi M.S.Qorbaçov kommunist 

partiyasının buraxılmasını  bəyan edəndən və 1991-ci ildə 

Belovejsk müqaviləsi imzalanandan daha əvvəl SSRİ-ni bü-

rümüşdü. Sovet respublikaları artıq Mərkəzə tabe olmaq istə-

mirdi və onların hər biri daxili sosial-iqtisadi və siyasi prob-

lemləri özünün bildiyi kimi həll edirdi. Müxtəlif xalqların və 

dövlətlərin vahid bayraq altında və vahid ideoloji məqsədlər 

naminə birləşməsinə tarixi zərurət yox idi. Dünya yenidən 

qurulurdu. Xalqlar və dövlətlər qarşılıqlı  əlaqələrin  əvvəlki 

stereotiplərini aradan qaldıraraq, müstəqillik  əldə edilməsi 

yolunda əməkdaşlığın yeni formalarını axtarırdılar. SSRİ-nin 

dağılması keçmiş sovet respublikalarında müstəqilliyə can 

atmağı və demokratik demarşı yalnız leqallaşdırmış oldu.  

Milli məkanın demokratikləşməsi yəqin ki, məhz xalq 

hərəkatından başlanmışdır, çünki hər bir sovet vətəndaşının 



 

 

576 



Ramiz 

Mehdiyev 

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

azadlığın dadını hiss etdiyi tarixi dəqiq təyin etmək son 



dərəcə çətindir. Ermənistandan yüz minlərlə azərbaycanlının 

tarixi torpaqlarından zorla qovulmasına münasibətdə ədalətin 

bərpa olunmasını tələb edən xalq kütlələrinin çıxışları, eləcə 

də Dağlıq Qarabağın Azərbaycandan qoparılması məsələsin-

də Moskvanın ermənipərəst siyasəti respublika əhalisini 

hiddətləndirir, bu isə labüd olaraq hökumət  əleyhinə ritori-

kanın güclənməsinə doğru aparırdı. Bu məsələdə milli birlik 

kütləvi  şüurun tədricən liberallaşmasının  əsas seqmenti idi. 

Heç şübhəsiz ki, postsovet Azərbaycanında liberallaşma han-

sısa təsisatlar və strukturlar tərəfindən nəzərdə tutulmamışdı. 

Lakin cəmiyyətin siyasi plürallaşmasının ilk rüşeymləri ya-

ranırdı ki, bu da kommunist rejiminə müxalif olan Xalq 

Cəbhəsinin yaradılmasında özünü göstərmişdi. Azərbaycan-

da məlum yanvar hadisələrindən – ölkəyə qoşun yeridilməsi 

və dinc sakinlərin gülləbaran edilməsindən sonra cəmiyyətdə 

Moskvanın siyasi və iqtisadi asılılığından xilas olmaq barədə 

çağırışlar getdikcə daha ucadan səslənirdi. Bu məsələdəki 

ümummilli konsensus Azərbaycan cəmiyyətini bəzi başqa 

sovet respublikaları ilə müqayisədə daha uğurlu şəkildə libe-

rallaşdırmağa, hazırlıq fazasını sanballı  və  səmərəli etməyə 

imkan verdi.  

Milli konsensus 1993-cü ilin iyun ayında yaranmış siyasi 

böhranın həllinin mühüm tərkib hissəsi oldu və hakimiyyətin 

yeni siyasi strukturuna keçməyi  şərtləndirdi. Gənc müstəqil 

Azərbaycan dövlətçiliyinin hələ yetkinləşməməsindən və si-

yasi rəhbərliyin fəaliyyət qabiliyyətli olmamasından irəli gə-

lən institusional böhran respublikanı ümumi böhran təhlükəsi 

qarşısında qoydu. Bu böhran cəmiyyətin həyatının bütün 

sahələrini əhatə edə bilərdi. Məlum oldu ki, SSRİ dağılandan 

və “milli qüvvələr” hakimiyyətə gələndən sonra AXC-nin si-



 

 

577



4‐cü fəsil 

 

Milli 



demokratik 

tranzitin 

dilemmaları 

yasi fəaliyyət istiqamətlərindən biri kimi görünən liberallaş-

ma, əslində, hakimiyyətə can atan siyasi qruplaşmaların söz 

ritorikasından başqa bir şey deyilmiş. Nəticədə ölkəni bürü-

müş anarxiya və xaos, bu şəraitdə qaçılmaz olan idarəetmə 

böhranı yeni siyasi rəhbər – milli lider seçimində, cəmiyyətin 

və dövlətin strateji inkişaf yolunun dəyişdirilməsində milli 

konsensusu şərtləndirdi.  

Bu baxımdan Rastounun fikirləri maraq doğurur: “Milli 

birlik demokratikləşmənin ilkin şərti adlanır, yəni o, prosesin 

bütün digər mərhələlərindən əvvəl yaranmalıdır, başqa vaxt-

da onun yaranmasının əhəmiyyəti yoxdur”. Bununla bərabər, 

milli konsensus şüuraltı səviyyədə mövcud olan, “guya belə 

də olmalı imiş kimi qəbul edilən” bir anlayış hesab edilir. 

Rastounun hipotezinə görə, əgər milli birlik dövlətin inkişa-

fının sosial-iqtisadi və siyasi cəhətlərindən asılı olmayaraq, 

demokratiyaya keçidin yeganə ilkin şərtidirsə, onda Azər-

baycanın sovet dövründəki totalitar sistemdən posttotalitar 

keçid dövrünə tranziti bu modelin parlaq nümunəsidir.  

Siyasi strukturun tamamilə  dəyişdirilməsi Azərbaycanda 

demokratikləşmə proseslərinə ciddi təsir göstərmişdir, çünki 

sabitliyin və  təhlükəsizliyin təmin edilməsi problemi səmə-

rəli dövlətçilik qurulması üçün prioritet vəzifə idi. AXC-

Müsavat rejiminin süqutundan sonra dövlət çevrilişləri etmək 

cəhdləri və Azərbaycanın müxtəlif bölgələrində separatçılıq 

əhval-ruhiyyəsi də demokratiyanın inkişafına əngəl törədirdi, 

hərçənd, məhz bu dövr gələcək tranzitin bazis meyillərini 

formalaşdırmış ilkin şərtlər dövrünə aid edilə bilər.  

Azərbaycanda milli demokratik tranzit sosial və iqtisadi 

amillərdən törəməmişdir. O, xeyli dərəcədə cəmiyyətin sabit 

və səmərəli dövlətçilik qurmaq istəyinin təcəssümü idi. Müs-


 

 

578 



Ramiz 

Mehdiyev 

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

təqilliyin ilk illəri sovet dövrünün institusional strukturlarının 



tamamilə dağılmasına gətirib çıxardı, davranış stereotipləri-

nin və həyat normalarının kəskin dəyişməsi ilə nəticələnmiş 

iqtisadi və sosial-mədəni tənəzzülü  şərtləndirdi. Bazar kapi-

talizmini guya “hər  şeydən azad” olmaq kimi başa düşən 

siyasi qruplaşmalar ötən  əsrin 90-cı illərinin  əvvəlində 

hakimiyyətdə olanda ölkəni anarxiya və siyasi xaos girdabına 

sürüklədilər. Böhran Azərbaycan cəmiyyətinin bütün həya-

tını – siyasi, iqtisadi və sosial sahələri bürümüşdü. Fəaliyyət 

qabiliyyətli iqtidarın və  rəhbərliyin olmaması separatçı  əh-

val-ruhiyyənin yayıldığı ölkəni tam iflasa doğru aparırdı.  

Hələ Hobbs yazırdı ki, ayrı-ayrı  şəxslərin cəmiyyətdə 

birgə yaşamasını mümkün edən formal qaydanı güclü dövlət 

hakimiyyəti yaradır. Bu cür hakimiyyətin olmaması anarxist 

meyillərin və dövlətin tənəzzülünün səbəbi olur. İlkin şərtlər 

dövründə, yəni prioritetin demokratiya deyil, sabitliyin təmin 

edilməsi və milli dövlətçiliyin bərqərar edilməsi olduğu vaxt-

da cəmiyyətin mənafeləri məhz hadisələrin bu cür dönüşünə 

– güclü hakimiyyət yaradılmasına yönəlmişdi.  

Bununla yanaşı, insanların həyat səviyyəsinin kəskin şəkil-

də  aşağı düşməsinə  səbəb olan çox mürəkkəb iqtisadi və 

maliyyə böhranı, eləcə də əhalinin alıcılıq qabiliyyətinin get-

dikcə azalması demokratiya haqqında diskussiyaları tranzitar 

Azərbaycan cəmiyyətinin maraq dairəsindən kənarlaşdıraraq, 

ictimaiyyətin nəzərlərini iqtisadi və sosial problemlərin həlli 

yollarının axtarışına yönəltmişdi.  İqtisadi problemlərə  və 

maliyyə  çətinliklərinə başları qarışmış  vətəndaşlar açıq və 

demokratik cəmiyyət qurulması barədə deyil, əmək haqqının 

artırılması, inflyasiyanın səviyyəsinin aşağı düşməsi, investisi-

ya imkanları və yeni iş yerlərinin açılması barədə düşünməyi 

üstün tuturdular. Üstəlik, AXC-Müsavat rejimini əvəz etmiş 



 

 

579



4‐cü fəsil 

 

Milli 



demokratik 

tranzitin 

dilemmaları 

idarəetmə forması  cəmiyyətə daha aşkar və daha demokratik 

rejim təsiri bağışlayırdı, çünki indən belə reketlə məşğul olan 

XTMD döyüşçülərini və ya əlində tapança dövlət televiziyası-

nın studiyasına soxulan, sonra da jurnalisti öz avtomobilinin 

yük yerinə basan daxili işlər nazirini təsəvvür etmək mümkün 

deyildi. A.Mütəllibovun, sonra isə Ə.Elçibəyin hakimiyyətini 

əvəz etmiş Dördüncü respublikanın ilk illəri, həqiqətən, ölkədə 

asayişin və dövlət intizamının tənzimlənməsi dövrünə çevrildi 

ki, bunu da demokratiyaya keçidin ilkin şərti kimi qiymətlən-

dirmək olar.  

İctimai  şüur dövlət hakimiyyətində institusional islahatlar 

aparılmasını  tələb edirdi və sonradan bu, 1993-cü ilin iyun 

ayında ölkənin siyasi rəhbərliyinin seçilməsi məsələsində milli 

konsensusda ifadə olunmuşdu. Lakin ölkədəki daxili vəziyyət 

və siyasi qruplaşmaların anarxist meyilləri institusional isla-

hatların və milli siyasi məkanın yenidən qurulması imkanlarını 

əhəmiyyətli dərəcədə məhdudlaşdırırdı. Buna görə də 1993-cü 

ildən 1996-cı ilədək olan dövrdə Azərbaycan dövlətçiliyinin 

əsas vəzifəsi ölkədə sabitlik yaradılması  və onun təmin 

edilməsi məsələlərindən ibarət olaraq qalırdı. Bu, demokratik 

rejim formalaşdırılmasına başlamağa, demokratiyanın bərqərar 

olmasına, eləcə də totalitar və posttotalitar sistemlərdən qərar-

ların qəbul edilməsi fazasına və demokratiyaya alışmaq fazasına 

keçidin konturlarının yaradılmasına başlamağa imkan verirdi. 

 

 



Hazırlıq fazası 

 

Ölkədə ictimai-siyasi vəziyyətin sabitləşməsi, çox böyük 



geoiqtisadi əhəmiyyəti olan neft müqavilələrinin imzalanma-

sı ilə əlaqədar iqtisadi yüksəlişin başlanması milli demokrati-



 

 

580 



Ramiz 

Mehdiyev 

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

yanın tranzit fazasına daxil olmağa imkan vermişdi. Bu 



fazada siyasi prosesin iştirakçıları artıq “cəmiyyətdə möh-

kəm kök salmış qüvvələri” təmsil edirdi. Milli siyasi 

məkanın aktorları arasında qarşıdurma iqtisadi və ya sosial 

deyil, daha çox siyasi məna kəsb edirdi. Demokratik ritorika 

isə, Rastounun təbirincə desək, “mübarizənin  əzəli və  əsas 

məqsədindən” savayı bir şey deyildi, “ona hansısa başqa 

məqsədə nail olmağın vasitəsi kimi müraciət edirdilər, yaxud 

da o, mübarizənin əlavə məhsulu kimi əldə olunurdu”. Milli 

məkanda demokratik tranzitin hazırlıq fazasının xüsusiyyəti 

aşağıdakı aspektlərdə təzahür edirdi

1

:  


•  Hazırlıq fazası ilkin şərtin – milli birliyin yaranması 

nəticəsində mümkün olmuşdu.  

•  Cəmiyyətdə qarşıdakı siyasi mübarizənin əsas iştirakçı-

ları görünməyə başlamışdı və onlar Azərbaycan cəmiy-

yətinin müxtəlif sosial təbəqələrini təmsil edirdilər.  

•  Azərbaycan cəmiyyətinin siyasi qütbləşməsi sərt müba-

rizə, qarşıdurma prinsipi üzrə cərəyan edirdi, burada hər 

bir qrup “nəticə etibarilə öz opponentini sarsıtmaq üsu-

lu” tapmağa çalışırdı.  

•  Senzuranın ləğv edilməsi və dövlətdən asılı olmayan 

mətbuatın təşəkkülü, habelə müxalifət KİV-lərinin sayı-

nın xeyli dərəcədə artması ictimai şüurda demokratik 

dəyərlərin qavranılmasına və yeni davranış normaları-

nın yaranmasına kömək edirdi.  

•  Demokratik transformasiyanın hazırlıq fazası 1995-ci 

ildə müstəqil Azərbaycanın Konstitusiyasının qəbul 

                                                 

1

 



Biz D.Rastounun modeli əsasında hazırlıq fazasının sosial-siyasi meyil-

lərini izləməyə çalışacağıq.

 


 

 

581



4‐cü fəsil 

 

Milli 



demokratik 

tranzitin 

dilemmaları 

edilməsi ilə müşayiət olunurdu. Bu Konstitusiya de-

mokratiyanı cəmiyyətin və dövlətin inkişaf strategiyası 

kimi müəyyən etmiş, demokratik cəmiyyətdə birgə-

yaşayışın prinsiplərini təsbit etmişdir.  

•  1995-ci ildə keçirilən parlament seçkiləri hazırlıq fazası 

üçün möhkəm təməlin təşəkkülü yolunda ilk addım 

oldu, yeni siyasi konfiqurasiya üçün məkan yaratdı.  

•  Siyasi məkanın strukturunda radikal və mötədil istiqa-

mətli siyasi təşkilatlar formalaşmağa başlamışdı. Nəti-

cədə siyasi mübarizə yeni çalar alır, rəqibləri “bir-birinə 

zidd olan iki bayraq ətrafında birləşməyə” sövq edirdi. 

Buna görə  də hazırlıq fazasında ölkənin fərqləndirici 

cəhəti plüralizmin deyil, qütbləşmənin olması idi.  

•  Hazırlıq fazasının səbəb-nəticə  əlaqələri Azərbaycan 

cəmiyyətinin tam mənada qəfildən qarşılaşdığı demok-

ratikləşmədən ibarət idi. Bunun konkret təzahürlərindən 

biri qanuniləşdirilmiş partiya müxalifətinin yaranması, 

hakim elita ilə onun opponenti olan əks-elita arasında 

sərt qarşıdurma idi.  

•  İctimai şüur tədricən demokratikləşməni açıq cəmiyyətə 

təbii keçid kimi qəbul etməyə başlamışdı  və başqa 

coğrafi məkanların demokratik ənənələrini milli məkana 

intensiv şəkildə assimilyasiya etməyə çalışırdı. Demok-

ratiya get-gedə daha çox dövlətin inkişafının və ictimai 

həyatın ayrılmaz aspekti kimi qəbul edilməyə baş-

lamışdı.  

Azərbaycanda demokratik transformasiyanın hazırlıq fazası 

dövlətçilik  əsaslarının təşəkkülü və yeni siyasi konfiqura-

siyanın və partiya konfiqurasiyasının formalaşması şəraitində 



 

 

582 



Ramiz 

Mehdiyev 

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

cərəyan edirdi. Cəmiyyətdə gələcək demokratik transformasi-



yalar barədə tam anlaşılmazlıq hökm sürürdü, bu və ya digər 

siyasi qruplaşmalar yaranmış vəziyyəti özlərinin anarxist niy-

yətlərini həyata keçirmək üçün bir fürsət hesab edirdilər. Bu 

faza iqtidar ilə müxalifət arasında sərt siyasi qarşıdurma 

şəraitində  cərəyan edir, nəticədə bütövlükdə siyasi sistemin 

“yetərsizliyi kompleksi” yaranırdı. “Üçüncü demokratik dal-

ğa”nın qlobal hücumu, habelə ictimai şüurun sənaye dövrünə 

xas olan formasının gizli qərbləşmə vasitəsilə milli məkana 

nüfuz edən postindustrial forması ilə  tədricən  əvəzlənməsi 

islahatçı və radikal siyasi qruplar arasında toqquşmaya səbəb 

olurdu. Bununla bərabər, Azərbaycanda gələcək demokratik 

tranzitin hazırlıq fazasının səciyyəvi xüsusiyyətlərindən biri 

qarşıdurma vəziyyətində olan tərəflərin sivilizasiyalı siyasi 

davranışın yeni modellərini transformasiya etməyə  və belə-

liklə də qərar qəbul edilməsi fazasına yubanmadan keçməyə, 

demokratiyanın möhkəmlənməsi prosesinin başlanmasına kö-

mək etməyə açıq-aşkar hazır olmaması idi.  

Demokratik tranzitin mürəkkəbliyi çox vaxt siyasi lider-

lərin bu cür keçidi reallaşdıra, siyasi rəqabətin köhnə me-

todları və üsullarından imtina edə bilməməsindən irəli gəlir. 

Xeyli dərəcədə müxtəlif sosial qrupların lümpenləşmiş, deq-

radasiyaya məruz qalmış nümayəndələrindən, habelə cəmiy-

yətin radikal seqmentlərindən ibarət olan, sovet sisteminin 

dağılması  şəraitində yetişmiş  və kommunist sənayeçiliyinin 

“ən yaxşı”  ənənələrini qəbul etmiş milli müxalifət 1990-cı 

illərin ikinci yarısında, yəni müstəqil dövlətçilik qurulması 

dövründə  İspaniya müxalifətinin “Monkloa paktı”nın 

bağlandığı vaxt keçdiyi yoldan imtina edərək, özlərini 

“vəzifə kürsüsü uğrunda müharibəyə” həsr etmişdi. Lakin 

buna baxmayaraq, milli demokratik transformasiyanın ha-



 

 

583



4‐cü fəsil 

 

Milli 



demokratik 

tranzitin 

dilemmaları 

zırlıq fazası Azərbaycanda demokratik sistemin hərtərəfli 

formalaşmasının başlanmasını  şərtləndirən mühüm dövr 

oldu. Tarixin həmin zaman kəsiyinin çətinliklərinə və gözlə-

nilməz hadisələrinə baxmayaraq, bu faza elə bir təməl qoydu 

ki, sonradan o, milli siyasi strukturun demokratiyanın bərqə-

rar olduğu məkana transformasiya etməsinə imkan yaratdı. 


Download 5.08 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   26   27   28   29   30   31   32   33   ...   41




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling