Ramiz Mehdiyev demokratiya yolunda: irs haqqında düşünərkən
Download 5.08 Mb. Pdf ko'rish
|
Ukrayna – 2004 2004-cü il oktyabrın 31-də Ukraynada prezident seçki- lərinin birinci turunun başa çatması təkcə Ukraynanın özü üçün deyil, Rusiya üçün də, bütövlükdə Avrasiya məkanı üçün də epoxal əhəmiyyətli hadisəyə çevrildi. Prezident seçkiləri ölkəni iki hissəyə – qərbi və şərqi Ukraynaya parçalamış oldu. “Qərb Qərbdir, Şərq də Şərq, onlarınkı tutmaz”. Qəribədir ki, ukraynalıların varlığını bəlkə heç ağlına da gətirməyən Kiplinqin bu sözləri Ukraynada seçkilərlə bağlı vəziyyəti hər şeydən yaxşı təsvir edir. Ölkə bir-birinə, az qala, düşmən kəsilmiş iki düşərgəyə parçalanmışdı. Həmişə Rusiyaya tərəf meyil edən Şərqi Ukrayna və Krım V.Yanukoviçdən daha çox onun vədlərinə – rus dilinin ikinci dövlət dili olacağı və ikili vətəndaşlıq barədə vədlərinə səs vermişdi. Axı, təkcə
370 Ramiz Mehdiyev
Demokratiya yolunda: irs haqqında düşünərkən
rəsmi məlumatlara görə, Rusiyada 4-6 milyon nəfər ukraynalı işləyir. Özü də onların əksəriyyəti Şərqi Ukrayna sakinləridir. Ukraynanın qərb vilayətləri və Kiyev isə əksinə, Ukrayna prezidenti kürsüsündə bu ölkəni Fransa kimi çiçəklənən diyara çevirməyi vəd edən Viktor Yuşşenkonu görmək arzusunda idi. Hərçənd, bundan ötrü NATO-ya daxil olmaq və özünün ən yaxın qonşusu olan Rusiyadan üz döndərmək lazımdır. Bu perspektivlər, ilk növbədə, Lvov, Ujqorod və İvano-Frankovsk vilayətlərinin sakinlərini cəlb edirdi. Məhz bu vilayətlərdə Yuşşenko seçicilərin 80-90 faizə qədərinin səsini toplamışdı. Bundan əlavə, Viktor Yuş- şenkonun seçicilərinin sosial portretindən danışsaq, bunlar, əsasən, Ukraynanın elitası və tələbələr idi. Seçkilər dövründə və seçkilərdən sonra məhz tələbələrin “Pora” təşkilatı misli görünməmiş fəallıq nümayiş etdirmişdir. Təbii ki, Harvard Universitetinin məzunu, nümunəvi ailə başçısı, beş uşaq atası olan V.Yuşşenkonun, uşağın doğulması ilə əlaqədar ödənilən birdəfəlik müavinətin məbləğini artıraraq 8.460 qrivnaya çatdırmağı (2004-cü ildə bu məbləğ cəmi 725 qrivna idi) vəd etməsi faktı çoxlarını cəlb edirdi. Lakin gəlin tələsməyək, sonradan Azərbaycanda və bəzi postsovet dövlətlərində müxalifət hərəkatları üçün nümunəyə çevrilmiş “narıncı” inqilabdan sonrakı hadisələrin xronolo- giyasını və mahiyyətini nəzərdən keçirək. Nüfuzlu “The Wall Street Journal” hələ 2004-cü il fevralın 11-də yazırdı: “Kuçma istəmir ki, onun da aqibəti istefaya getməyə məcbur olmuş Şevardnadzenin və ya Slobodan Miloşeviçin aqibəti kimi olsun. Ukrayna müxalifəti, ABŞ və Avropa İttifaqı ona lazımi təzyiq göstərməlidir ki, azad seçkilər keçirməyin zəruri olmasına inandırsınlar, habelə qanunları istədiyi kimi dəyişdirməyə son qoymasını tələb etsinlər. Müxalifət isə
371 2‐ci fəsil
E pluribus unum – vəhdət
formulu
xalqı küçələrə çıxarmağa qadir olduğunu ona göstərməlidir. Bu halda Yuşşenko Kuçma ilə razılığa gələ bilərdi. Keçmişin təcrübəsinə əsasən, ən ağlabatan ssenari bundan ibarətdir ki, Kuçmanın tərəfdarları öz əleyhdarlarını qorxut- mağa, lazım gələrsə səsvermənin nəticələrini saxtalaşdırma- ğa çalışacaqlar. Müxalifət etiraz aksiyaları təşkil etməklə Ukraynada daha çox uğur qazanmalıdır. Bununla belə, Qərb Kiyevə daha qətiyyətlə təzyiq göstərə bilərdi. Avropa Şurası Kuçmanın Konstitusiyaya etdiyi düzəlişi pisləməklə onu çox çətin vəziyyətə salmış oldu. İndi parlamentdə səsvermənin gərgin keçəcəyi gözlənilir”. Qərbin bəzi dairələri Ukrayna- dakı siyasi dəyişiklikləri belə təsəvvür edirdi. Ukraynada seçkilər ərəfəsində və seçkilərdən sonrakı ha- disələr isə bu şəkildə inkişaf etmişdir: 31 oktyabr Prezident seçkilərinin birinci dövrəsi nəticəsində iki əsas iddiaçı – iqtidarın namizədi Baş nazir Viktor Yanukoviç və müxalifətin lideri Viktor Yuşşenko digər namizədlərdən çox səs toplayırlar. Qərb müşahidəçiləri seçkilərdə “xeyli pozuntular” oldu- ğunu bildirir və ümid edirlər ki, ikinci dövrədə vəziyyət yaxşılaşacaqdır. 10 noyabr Mərkəzi Seçki Komissiyası uzun fasilədən sonra səs- vermənin rəsmi yekunlarını elan etmişdir. Komissiyanın məlumatına görə, 39,87 faiz səs toplamış Yuşşenko qalib gəlmişdir. Həmin günə qədər MSK-nın ilkin məlumatları Yanuko- viçin cüzi üstünlüyə malik olduğunu göstərirdi.
372 Ramiz Mehdiyev
Demokratiya yolunda: irs haqqında düşünərkən
Bununla bərabər, müxalifətin güclü dəstəyə malik olduğu bəzi regionlardan olan məlumatlar nəzərə alınmamışdı. 21 noyabr Prezident seçkilərinin ikinci dövrəsi keçirilir. İlkin məlumata görə, seçicilərin səsvermədə iştirakı oktyabrın 31-dəki ilə müqayisədə bir qədər aşağıdır, lakin axşama yaxın göstəricilər sürətlə artır. Ölkənin bəzi şərq regionlarında seçicilərin səsverməyə gəlməsi barədə rəsmi məlumatlar 95 faizdən çoxdur. Exit-polların əksəriyyətinin məlumatına görə, Viktor Yuşşenko qalib gəlmişdir, müxalifət tərəfdarları Kiyevin mərkəzində toplaşmağa başlayırlar. 22 noyabr Mərkəzi Seçki Komissiyasının ilkin məlumatına görə, Viktor Yanukoviç seçkilərdə azacıq, lakin inamlı üstünlüklə qalib gəlir. Qərb müşahidəçiləri bildirirlər ki, səsvermə və seçkiqabağı kampaniya demokratik standartlara müvafiq olmamışdır. Avropa ölkələrinin xarici işlər nazirləri bildirirlər ki, əgər MSK-nın nəticələri təsdiq edilərsə, bu, diplomatik münasibətlər üçün xoşagəlməz nəticələrə gətirib çıxara bilər. Viktor Yuşşenko bildirir ki, əslində, seçkilərdə o, qalib gəlmişdir. Kiyevdə onun tərəfdarlarının sayı artmaqdadır. Rusiya Prezidenti Vladimir Putin Yanukoviçi inamlı qələbə münasibətilə təbrik edir.
373 2‐ci fəsil
E pluribus unum – vəhdət
formulu
23 noyabr Kiyevin mərkəzində Yuşşenkonun 100 min nəfərə yaxın tərəfdarı toplaşır. Ukrayna paytaxtının əsas küçəsində çadır düşərgəsi genişlənir. Müxalifət liderinin qalib gəldiyi Ukraynanın qərb və mər- kəz vilayətlərinin çoxunda kütləvi etiraz aksiyaları keçirilir. Parlamentin təcili sessiyasında heç bir qərar qəbul edilmir, lakin iclas bağlanandan sonra Viktor Yuşşenko əlini qədim Bibliyaya basaraq, ölkəsinin xalqına sadiq qalacağına rəmzi and içir. Ali Radanın sədri bildirir ki, bunun heç bir hüquqi nəticəsi yoxdur. Ukraynanın qərbindəki bir neçə şəhər və vilayətin şuraları Yanukoviçin qələbəsini tanımaqdan imtina edir və Yuşşen- konu dəstəklədiyini bildirir. 24 noyabr Ukrayna Mərkəzi Seçki Komissiyası Viktor Yanukoviçi prezident seçkilərinin qalibi elan edir. Komissiyanın məlumatına görə, Baş nazir Viktor Yuş- şenkonu təqribən 3 faiz qabaqlamışdır. Avropa İttifaqı və ABŞ seçkilərin nəticələrini qanuni he- sab etmədiyini bildirir. Yuşşenko kütləvi tətilə çağırır. 25 noyabr Ali Məhkəmə seçkilərin nəticələrinin ləğv edilməsi barədə Yuşşenkonun iddiasını aldıqdan sonra, araşdırma başa çatana qədər, Mərkəzi Seçki Komissiyasının öz məlumat- larını rəsmən açıqlamasını qadağan edir.
374 Ramiz Mehdiyev
Demokratiya yolunda: irs haqqında düşünərkən
Yeni prezidentin andiçmə mərasimi qeyri-müəyyən müddətə təxirə salınır. Vladimir Putin Rusiya-Avropa İttifaqı sammiti zamanı bəyan edir ki, Qərbin Ukraynanı “xaos”a atmağa haqqı yoxdur və Yanukoviçi qələbə münasibətilə yenidən, bu dəfə yazılı şəkildə təbrik edir. 26 noyabr Viktor Yanukoviç öz tərəfdarlarına bəyan edir ki, o, “Konstitusiyaya zidd çevrilişə” yol verməyəcək və onları təmkinli olmağa çağırır. Müxalifət tərəfdarları ilə yanaşı, Viktor Yanukoviçin əsa- sən ölkənin şərq vilayətlərindən olan tərəfdarları da Kiyevə toplaşırlar. Ukrayna paytaxtında siyasi böhranın həllinə dair ilk “də- yirmi masa” iclası keçirilir. Tədbirdə Yuşşenko və Yanuko- viçdən əlavə, prezident Leonid Kuçma, Ali Radanın sədri Vladimir Litvin, Aİ-nin xarici siyasət üzrə komissarı Xavyer Solana, Polşa Prezidenti Aleksandr Kvasnevski, Litva Prezi- denti Valdas Adamkus, Rusiya Dövlət Dumasının sədri Boris Qrızlov da iştirak edirdilər. 27 noyabr Ali Rada prezident seçkilərinin keçirilməsində pozuntu- lara yol verildiyi və seçkilərin nəticələrinin xalqın iradəsini əks etdirmədiyi barədə siyasi qətnamə qəbul edir. Donetskdə Viktor Yanukoviçin tərəfdarlarının yüz min nəfərlik mitinqi keçirilir. Ukraynanın şərq regionlarından bir neçəsinin hakimiyyət or- qanları regional müxtariyyət yaradılmasının və hətta dövlətin tərkibindən çıxmağın mümkünlüyü barədə xəbərdarlıq edir.
375 2‐ci fəsil
E pluribus unum – vəhdət
formulu
28 noyabr Rusiya sərhədinin yaxınlığında, Luqansk vilayətinin Severodonetsk şəhərində Ukraynanın şərq bölgəsinin Viktor Yanukoviçi dəstəkləyən elitasının qurultayı keçirilir. Bu tədbir zamanı ölkənin regional strukturunun dəyişdiril- məsi barədə referendumlar təşkil etmək niyyəti bildirilir. Qurultayda ukraynalı siyasətçilərdən və Baş nazirin özündən əlavə, Moskvanın meri Yuri Lujkov da iştirak edir. 30 noyabr Yanukoviç bəyan edir ki, o, prezident vəzifəsinə başlaya- cağı təqdirdə, Yuşşenkoya baş nazir vəzifəsini təklif etməyə hazırdır. O, müxalifətin lideri də ondan nümunə götürərsə, pre- zident vəzifəsinə iddiadan imtina etməyə hazır olduğunu da bildirir. Yuşşenko bu təkliflərin hər ikisini rədd edir. 1 dekabr Ukrayna Ali Radası Yanukoviç hökumətinin istefası ba- rədə qərar qəbul edir. Lakin Baş nazir bunu qanunsuz qərar adlandırır, çünki parlament bir ildən də az bundan əvvəl kabinetin proqramını bəyəndiyi halda, indi ona etimadsızlıq məsələsinə baxmağa ixtiyarı yoxdur. Prezident Kuçma ikinci dövrənin təkrar səsverməsini de- yil, tamamilə yeni seçkilər keçirməyi təklif edir. Baş nazir Ali Məhkəmədən seçkilərin ikinci dövrəsinin nəticələrinin ləğv olunmasını xahiş edir. Bu halda o, ölkənin qərbində kütləvi pozuntulara yol verilməsinə istinad edir.
376 Ramiz Mehdiyev
Demokratiya yolunda: irs haqqında düşünərkən
3 dekabr Ukrayna Ali Məhkəməsi Ukrayna prezidenti seçkilərində səsvermə zamanı kütləvi pozuntulara yol verildiyinə və namizədlərin kütləvi informasiya vasitələrindən bərabər isti- fadəsinə şərait yaradılmadığına görə seçkilərin nəticələrini etibarsız hesab edir. Məhkəmə, müxalifətin tələb etdiyi kimi, dekabrın 26-da səsvermənin ikinci dövrəsinin yenidən keçirilməsini qərara alır.
Ali Rada Ukrayna qoşunlarının İraqdan çıxarılmasının zə- ruruliyi barədə qərar qəbul edir. 6 dekabr Leonid Kuçma Amerikanın “Nyu-York Tayms” qəzetinə müsahibəsində bildirir ki, o, Yanukoviçə seçkilərdə iştirak etməməyi məsləhət görərdi. Prezident Putin bəyan edir ki, Ukraynanın seçkilərdə qalib gələcək istənilən prezidenti ilə işləməyə hazırdır. Beynəlxalq vasitəçilər Kiyevə gəlir, parlamentdə isə siyasi islahat haqqında və seçkilərdə saxtalaşdırmaların mümkünlüyünü istisna edən yeni qanunlar barədə danışıqlar davam edir. 8 dekabr Ukrayna Ali Radası ölkəni parlament respublikasına çe- virən siyasi islahat barədə tarixi qərarlar qəbul edir. Konstitusiyaya edilmiş dəyişikliklər gələn ilin payızından qüvvəyə minəcəkdir. Eyni zamanda, parlament səsvermə və səslərin hesablan- ması zamanı sui-istifadə imkanlarının qarşısını almaq üçün seçkilər haqqında qanunu sərtləşdirir.
377 2‐ci fəsil
E pluribus unum – vəhdət
formulu
Deputatlar Mərkəzi Seçki Komissiyasının tərkibində də dəyişikliklər edir, müxalifətin fikrincə, özünü hörmətdən salmış Sergey Kivalovu MSK-nın sədrliyindən çıxarırlar. Viktor Yuşşenko öz tərəfdarlarını hökumət müəssisələ- rinin blokadasını götürməyə və yeni səsverməyə hazırlaş- mağa çağırır. Kreşşatikdəki çadır şəhərciyinin sakinlərinin çoxu öz evlərinə qayıtmağa başlayır 1 .
vəzifəsinə seçkilərdən xeyli əvvəl hazırlamağa başlamışdılar. L.Kuçmanın hakimiyyətinin zəifliyi onunla nəticələndi ki, hakim elita ümumən sənaye klanları ilə manipulyasiya edir və o vaxta qədər Ukrayna zavodlarının əsas hissəsini almış Rusiya oliqarxlarından ciddi şəkildə asılı idi. Seçkilərə yaxın iqtidar V.Yanukoviçin fəaliyyətini guya Ukraynada nə isə ağlabatmaz bir tərzdə baş vermiş “iqtisadi möcüzə” ilə əlaqələndirməyə başlamışdır. İqtidarın səhvi onun dayağı olan elektoratı düzgün seçməməsində idi. Əsasən pensiyaçılara ümid bəsləyən və seçkilər ərəfəsində onların hərəsinə təqribən 40 avro məbləğində aylıq müavinət ödəmiş iqtidar hakim elitanın namizədinə səs verməkdə gəncləri maraqlandırmağı “unutmuşdu”. Eyni zamanda, ölkədə demək olar ki, bütün ərzaq məhsullarının qiymətinin artması hiss edilməyə başlanmışdı. Nəticədə birinci dövrədə səsvermənin yekunları belə oldu: Yuşşenko – 39,87 faiz; Yanukoviç – 39,32 faiz; Moroz (Sosialist Partiyasının lideri) – 5,81 faiz; Simonenko (Kommunist Partiyasının lideri) – 4,97 faiz;
1 BBC və www.bbc.co.uk materialları əsasında.
378 Ramiz Mehdiyev
Demokratiya yolunda: irs haqqında düşünərkən
Vitrenko (Mütərəqqi Sosialist Partiyasının lideri) – 1,53 faiz; Kinax (Sənayeçilər və Sahibkarlar Partiyasının lideri, sabiq baş nazir) – 0,93 faiz; Yakovenko (Fəhlə və Kəndlilərin Kommunist Partiyasının lideri) – 0,78 faiz; Omelçenko (Kiyevin meri) – 0,48 faiz; Çernovetski (deputat) – 0,45 faiz; Hamısının əleyinə – 2 faiz. Yuşşenkoya səs verənlər: a) Qərbi Ukraynanın millətçi ovqatlı əhalisi; b) qərbpərəst meylin tərəfdarları (həm iqtisadiyyatda, həm də siyasətdə); c) V.Yuşşenkonun iqtisadi strategiyasının tərəfdarları; ç) iqtidar namizədi Yanukoviçin əleyhdarlarının çoxu (etiraz səsverməsi). Yanukoviçə səs verənlər: a) öz həmyerliləri kimi Ukraynanın ucqar şərqi (Donetsk və Luqansk); b) Yanukoviçi Ukraynada “iqtisadi möcüzə”nin müəllifi hesab edənlər; c) sentyabr və oktyabr ayları üçün pensiyaya “real” əlavə almış pensiyaçıların çoxu; ç) güclü inzibati təzyiq nəticəsində büdcə təşkilatlarının əməkdaşları; d) Yerli hakimiyyətin iri eşelonunun rəhbərləri və biznesmenlər – L.Kuçmanın əlaltıları;
379 2‐ci fəsil
E pluribus unum – vəhdət
formulu
e) “banderofoblar”, yəni Yuşşenkonu ifrat millətçiliyin tə- cəssümü hesab edənlər və “onun hakimiyyətə gəlişin- dən sonra şərqdə adamların barmaqlarını qıracaqlarını” düşünənlər. Bir məqamı xüsusi vurğulamaq lazımdır ki, namizəd- lərdən heç birinin ciddi demokratik motivasiyalı elektoratı yox idi. Seçicilərin əksəriyyəti “ən az bəla” prinsipi əsasında səs verirdi. Səsvermənin birinci və ikinci dövrələri arasındakı növbəti üç həftədə vəziyyət əsaslı şəkildə dəyişdi. Məhz bu həftə- lərdə belə bir fenomen yarandı: Ukrayna sivilizasiyalı dün- yanın demokratik dəyərlərinə doğru aparan yolda müəyyən mərhələ keçdi. Cəmiyyətdə mövcud rejimlə barışmaq istə- məyən insanların sayı kritik həddə çatmışdı. “Biz ukrayna- lılarıq”! şüarları get-gedə daha fəal və ucadan səslənirdi. Ukraynanı Avropanın sivilizasiyalı dövlətləri arasında gör- mək arzusu yaranmışdı (və ya ən azı bu, birdən-birə reallığa bənzəyirdi). Maydan Nezalejnosti (Müstəqillik meydanı) de- yilən ərazidə toplaşan insanların sayı artdıqca, “biz birlik- dəyik” deyən milli elm və mədəniyyət liderləri, sadəcə, düşü- nən insanlar bir o qədər çoxalır, passiv, şübhələnən və ya sa- dəcə, qorxan insanların sayı isə bir o qədər azalırdı. Lokal prezident seçkiləri tarixi miqyaslı dəyərlər meydanına səmtlənmişdi. Mahiyyət etibarilə Serbiyada və Gürcüstanda sınaqdan çı- xarılmış “məxməri” inqilab ssenarisi Ukraynada da həyata keçirilidi: burada da muxalifət namizədinin seçkiqabağı rey- tinqinə eyni mövqedən yanaşır, kütləvi şüura güclü təzyiq göstərirdilər ki, bu namizəd Qərbin qəbul etdiyi obrazla asso- siasiya edilsin, inqilabi sərməstlik ovqatının hazırlanması və həyata keçirilməsində gənclər hərəkatı fəal iştirak etsin.
380 Ramiz Mehdiyev
Demokratiya yolunda: irs haqqında düşünərkən
Gürcüstanda olduğu kimi, burada da ABŞ seçkilərin yekunlarını tanımadığını bildirəndən sonra xalqın narazılığı ən yüksək həddə çatmışdı. 2004-cü il noyabrın 24-də ABŞ dövlət katibi Kolin Pauell bəyan etdi ki, əgər Ukrayna hökuməti dərhal ciddi tədbirlər görməsə, bu, bizim münasibətlərə təsir göstərəcəkdir. Açıq-aşkar görünürdü ki, Ukraynada prezident seçkiləri təkcə Rusiyanın qərbində demokratik məkan yaratmaq cəhdlərinin təcəssümü deyil, həm də ümumən, Rusiyanın ən yaxın qonşusunun və strateji tərəfdaşının ərazisində dominantlıq hüququ uğrunda Rusiya ilə ABŞ arasında yeni geosiyasi “şahmat oyunu”nun məğzidir. Məhz Qərbin bu niyyətinə cavab olaraq, V.Putin V.Yanukoviçin namizədliyini fəal dəstəkləyirdi. Kreml başa düşürdü ki, L.Kuçmanın varisi onun başladığı ABŞ ilə yaxınlaşma xəttini, Ukraynanın İraqda müharibədə iştirakını və NATO ilə sıx tərəfdaşlığını davam etdirəcəkdir. Bununla bərabər, Kreml ümid edirdi ki, bütün bunlar Ukrayna iqtisadiyyatına fəal daxil olmuş rusiyalı sahibkarların və sənayeçilərin hüquqlarını tapdalamağa imkan verməyəcəkdir. Lakin Ukraynada siyasi proseslər özünün “yazılmamış qaydaları” üzrə cərəyan edirdi. Moskvada bir məqamı nəzərə almamışdılar ki, qloballaşan dünyanın inkişafının indiki mərhələsində insani münasibətlər sistemi iqtisadiyyatın məqsədlərini birbaşa təyin edir. Ciddi dəyişikliklər yoluna qədəm qoymuş ölkədə cəmiyyətin hərəkət vektorunu və dinamikasını iqtisadiyyat deyil, məhz hakimiyyət və idarəetmə sistemi müəyyənləşdirir. ABŞ Rusiya ilə sərhəddə bir növ “Barbarossa planı”na oxşayan bu ciddi sıçrayış fürsətini əldən verə bilməzdi. Amerikanın nüfuzlu “Newsweek” jurnalı 2004-cü il noyabrın 29-da yazırdı: “Bu, sadəcə olaraq, xalqın onu qane etməyən
381 2‐ci fəsil
E pluribus unum – vəhdət
formulu
hakim qüvvələrə qarşı qiyamı deyildir. Bu, təkcə vətəndaş münaqişəsi deyil, həm də geosiyasi münaqişədir. Ukrayna keçmiş sovet respublikalarında öz təsirini qoruyub saxla- mağa çalışan Rusiya ilə demokratiyanın və qanunun hökm- ranlığının geniş yayılmasında maraqlı olan Avropa və Bir- ləşmiş Ştatlar arasında döyüş meydanına çevrilmişdir”. ABŞ dövlət katibi Kolin Pauell bəyan etdi ki, “biz bu nəticəni qəbul edə bilmərik”. Avropa liderlərinin məsələyə münasi- bəti kəskinliyinə görə bundan geri qalmırdı. Məsələn, ATƏT-in baş müşahidəçisi Ukraynada keçirilən seçkiləri Şi- mali Koreyadakı seçkilərlə müqayisə etmişdi. Rusiya Prezi- denti Vladimir Putin isə səsvermənin “vicdanlı və açıq” keç- diyini vurğulayaraq, Yanukoviçi “inamlı qələbə” münasibə- tilə təbrik etmişdi. Hər iki tərəfi təmsil edən diplomatlar Avropanı bir-birinə qarşı mübarizə aparan iki düşərgəyə parçalamaq təhlükəsi doğuran yeni “soyuq müharibə”nin başlanması barədə eyham vururdular. Serbiyadakı “Otpor” və Gürcüstandakı “Kmara” təşki- latlarının bir növ əkiztayı olan “Pora” gənclər təşkilatı Ukraynadakı seçkilər vaxtı öz fəaliyyətini genişləndirmişdi. Onun liderləri Viktor Yuşşenkonun on minlərlə tərəfdarının hərəkətlərini təşkil edir və əlaqələndirir, bununla bərabər, bəyan edirdilər ki, onlar müxalifət liderinin qələbəsi uğrunda deyil, Ukraynada demokratiyanın təntənəsi uğrunda mübari- zə aparırlar. “Pora” təşkilatının yaradılması ideyası “Otpor” gənclər hərəkatının analoji mübarizə metodlarından istifadə edilməsi təcrübəsinə əsaslanırdı. Nyu-Yorkda çıxan “Sun” qəzeti seçkilər ərəfəsində öz oxucularını bir nəfər “sakit amerikalı”nın işi ilə tanış edərək yazmışdı ki, Kiyevdə keçirilən mitinqlər bilavasitə həmin şəxsin səylərinin nəticəsidir. Ukraynalı mühacirlərin oğlu
382 Ramiz Mehdiyev
Demokratiya yolunda: irs haqqında düşünərkən
Adrian Karatnitski uzun illər boyu “narıncı” inqilabın əla- qələndiricisi və onun təşkilatçılarından biri olan Freedom House təşkilatında işləmişdir. Freedom House Ukraynada seçki marafonuna nəzarət edən 1023 nəfər seçki təlimatçısı hazırlamışdı. A.Karatnitski özü isə ukraynalı fəallar üçün düşərgələr təşkil olunmasında iştirak etmiş, bu düşərgələr hələ avqust ayında işə baş- lamışdı. Karatnitski bununla əlaqədar demişdir: “Miloşeviçə qarşı mülki müxalifətə rəhbərlik edən qrupların liderləri olan xorvatlar və serblər etiraz edən kütlənin “hərarətinə necə nəzarət etmək” lazım olduğunu ukraynalı cavanlara öyrə- dirdilər. İqtidarın təzyiqinə qarşı necə müqavimət göstərmək və mülki müqavimət qruplarının heç də Qərb layihəsinin bir hissəsi olmadığını necə nümayiş etdirmək lazım gəldiyini onlara izah edirdilər. Onlara küçə mitinqlərini idarə etmək texnikasını və öz siyasi əleyhdarlarını masqaraya qoymaq üsullarını öyrədirdilər. Karatnitskinin dediyinə görə, bu işin nəticələrini Kiyev küçələrində görmək olardı. Daha sonra o əlavə edir: “Yuşşenko mənim xoşuma gəlir. O, qərbpərəst siyasətçidir, arvadı isə amerikalıdır”. Kolin Pauell öz bəyanatında ABŞ-ın Ukraynadakı seçki- lərə 15.000.000 dollar xərcləməsini gizlətmirdi. Bu bəyanat Ukraynadakı seçkilərdə ABŞ-ın iştirakı məsələsinə nöqtə qoymuş oldu. Konqresdən sızmış başqa məlumatlara görə, ABŞ Ukraynadakı prezident seçkilərinə müxtəlif fondlar vasitəsilə 65 milyon dollar köçürmüşdü. Xatırladaq ki, ABŞ- ın özündə prezident vəzifəsinə namizədlərə xarici mənbə- lərdən maliyyə dəstəyi göstərilməsi qadağan olunmuşdur. Ona görə də indiki halda “ikili standartlar oyunu” növbəti dəfə nümayiş etdirilmişdi. Ukraynada kütləvi kampaniyalara maliyyə dəstəyi göstərilməsində iştirak edən əsas Amerika
383 2‐ci fəsil
E pluribus unum – vəhdət
formulu
qurumları Demokratlar Partiyası nəzdindəki Milli Demokra- tiya İnstitutu, Respublikaçılar Partiyası nəzdindəki Beynəl- xalq Respublikaçılar İnstitutu, ABŞ Dövlət Departamenti, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), eləcə də Freedom House qeyri-hökumət təşkilatı və Corc Sorosun Açıq Cəmiyyət İnstitutu. Konrad Şullerin Almaniyada çıxan “Frankfurter Allgemeine Zeitung” qəzetində yazdığı kimi, Qərbin Yuşşen- konu dəstəkləməməsi və seçki prosesinə müdaxilə etməməsi barədə dəlilləri aşağıdakı səbəblərə görə inandırıcı deyildir: “Məsələn, Amerikanın Kiyevdəki səfirliyinin nümayəndəsi- nin yardımın “partiyalı olmaması” barədə bir cümlə ilə ifadə edilmiş “biz bir namizədi deyil, demokratiyanı dəstəklə- mişik” tezisi. Belə dəlil hamının qaydalara riayət etdiyi sabit demokratiyanın mövcud olduğu ölkələr üçün yerinə düşərdi. Lakin Yuşşenkonun hakimiyyətə gəlişinə qədər Ukraynada olduğu kimi şəraitdə, bir klan qətllər də daxil olmaqla, istənilən vasitələrdən istifadə edərək öz hakimiyyətini qoru- yub saxlamağa cəhd göstərəndə demokratik qüvvələrin dəs- təklənməsi avtomatik şəkildə müxalifətin dəstəklənməsi de- mək olacaqdır. Hətta mövcud rejimə sadiq partiyalar qərb proqramlarının vəsaitlərindən istifadə etmiş olsalar belə, dövlətin bütün vasitələrindən istifadə etmək imkanına malik olan bu partiyalar üçün əlavə yardım müxalifətlə müqayisədə az hiss edilərdi. İkinci dəlil ondan ibarətdir ki, Qərbin vəsaitləri qiyamın dəstəklənməsinə deyil, yalnız “demokratikləşmənin leqal dəstəklənməsinə” sərf edilmişdir. Lakin bu dəlil ticarət si- yasətində alqı-satqısına icazə verilmiş “mülki” malları qada- ğan edilmiş “hərbi təyinatlı” mallardan fərqləndirmək üçün göstərilən ümidsiz cəhdə bənzəyir. Demokratikləşmənin dəs-
384 Ramiz Mehdiyev
Demokratiya yolunda: irs haqqında düşünərkən
təklənməsi kimi bəyan edilmiş, lakin bircə gecədə inqilab vasitələrinə çevrilmiş ikili təyinatlı xidmətlərə istədiyiniz qədər misal göstərmək olar. İqor Popovun başçılıq etdiyi “Seçicilər komitəsi” əvvəlcə səsvermənin gedişini müşahidə etməklə məşğul olurdu, lakin məhz seçki məntəqələri bağlanan anda bu komitə inqilabın mənzil-qərargahına çevrildi. Bu, çoxsaylı misallardan yalnız biridir. Həmin “Seçicilər komitəsi” Milli Demokratiya İnstitutunun və digər oxşar təşkilatların dəstəyi ilə yaradılmışdı. Soros Fondunun köməyi ilə seçkiləri müşahidə etmək üçün yaradılmış “Novıy vıbor-2004” hərəkatına bütün ölkədən yüzlərlə müxtəlif təşkilat daxil idi. 2004-cü ilin fevral ayında bu hərəkatın işçi müşavirəsində xanım Olbrayt şəxsən iştirak etmişdi. Lakin kütləvi etiraz günlərində bütün bu təşkilatlar və hərəkatlar öz xarakterini kəskin şəkildə dəyişdi. Onlar məx- susi təşkil edilmiş telefon rabitəsi vasitəsilə təkcə səsver- mənin nəticələri barədə məlumat verməklə kifayətlənmirdi. Qiyamın lap əvvəlindən başlayaraq, bu telefon rabitəsi yüz minlərlə ukraynalının Kiyevdəki Müstəqillik meydanında iştirakının təmin olunmasına kömək edirdi. Məsələ təkcə bununla bitmirdi. Axı bütün bu xalq kütləsinin qidalanması, informasiya alması və təhlükəsizliyi də təmin edilirdi. Soros Fondunun hesabatları guya yalnız seçkilərin gedişini müşahidə etmək üçün yaradılmış strukturların səsvermədən dərhal sonra qiyama başlamaq üzrə iş aparan mərkəzlərə çevrilməsi ilə bağlı misallarla doludur. Ona görə də həlledici məqamda bu qruplar tam hazırlıq vəziyyətində olurdu. Soros həm də seçki məntəqələrində “gecə növbətçiliyi”ni maliyyə- ləşdirirdi. “Pora” gənclər təşkilatının həbs edilmiş fəallarının həbsxanalardan buraxılmasına kömək edən vəkillərin haqqı da Soros tərəfindən ödənilirdi. Bunun sayəsində təşkilat öz sıralarını qoruyub saxlaya bilmişdi.
385 2‐ci fəsil
E pluribus unum – vəhdət
formulu
Qərbin dəstəklədiyi kütləvi informasiya vasitələri də seç- kilərin ikinci dövrəsindən sonra qiyamın dayağına çevrilmiş- di. Soros dövlət telekanallarından qat-qat operativ və aktual informasiya resursu olan “Maydan” internet saytını və in- qilab günlərində 131 dəfə çapdan çıxmış və Kiyevin mərkə- zində yayılan mətbu informasiya bülleteninin buraxılmasını maliyyələşdirirdi. Digər mətbu nəşrlər, məsələn, Sorosun Amerika səfirliyi ilə birlikdə maliyyələşdirdiyi “Tvoy vıbor” qəzet əlavəsi milyonlarla nüsxədə çap olunur və qismən nümayişçilərin özləri tərəfindən yayılırdı. Nisbətən kiçik kütləvi informasiya vasitələri, məsələn, “Qala Radio” radiostansiyası inqilabın ən qızğın vaxtında öz xarakterini dəyişmişdi. Özlüyündə ziyansız bir musiqi ra- diostansiyası olan “Qala Radio” mərkəzdəki Kreşşatik bulva- rındakı çadır şəhərciyində studiyasını qurmuşdu. Bu studiya dərhal etiraz ruporuna çevrildi. “Qala” radiostansiyası vaxt- aşırı jurnalistlərə mətbuat vəsiqəsi verir, onlar da bu vəsi- qələrin köməyi ilə inqilabi mühafizə cərgələrindən keçə bilirdilər 1 .
barizə meydanına çevrilmişdi, burada mübarizə aparan tərəflə- rin hər biri bircə addım da geri çəkilməməyə hazır idi və müx- təlif sosial qruplardan, eləcə də müxtəlif siyasi və başqa vasi- tələrdən istifadə edirdi. Qərbin siyasi cəbbəxanasının element- lərindən biri öz siyasi məqsədlərinə nail olmaq üçün gənclər- dən istifadə edilməsi idi. Bundan ötrü maliyyə vasitələrindən istifadə olunmaqla gənclər səfərbər edilir, neyrolinqvistik proqramlaşdırma metodlarının köməyi ilə gənclərin şüurunda inqilabi ruh məqsədyönlü şəkildə dəstəklənir, onların mənlik
1 www.inosmi.ru; http://www.inosmi.ru/stories/01/06/22/3006/222633/ html
386 Ramiz Mehdiyev
Demokratiya yolunda: irs haqqında düşünərkən
hissi və milli qürur duyğuları qızışdırılırdı. 2003-cü ildə Gür- cüstan vətəndaşları da bu ovqatı yaşamışdılar. “Pora”nın adının çəkilməsini istəməyən liderlərindən birinin dediklərinə inansaq, gənclərin bu cür çıxışlarının “əlaqələndirici” özəyi, həqiqətən, Serbiyadakı “Otpor” hə- rəkatının üzvləri tərəfindən təlimatlandırılmış, mitinqlər keçirilməsi, hüquqşünasların haqqının ödənilməsi və s. xərclər üçün pulu isə hansısa anonim xeyriyyəçilər ver- mişdir: “Kanadadan gəlmiş bir nəfər pul verir ki, Ukray- nada belə bir hakimiyyət olmasın” və “adamlar açıq-aşkar bildirirlər ki, Medvedçukun tabeliyində olan indiki vergi müfəttişliyi onları təngə gətirib”. “Onlar pul xərcləyirlər ki, sonra yeni iqtidardan bonuslar alsınlar”. Gənclər hərəkatının strukturu məsələsinə gəldikdə isə o, Neçayevin “beşliklərini” (inqilabdan əvvəlki Rusiyadakı ter- rorçu qrupları) xatırladan qruplar və vəsilələrdən ibarət idi. Görünür, mitinqlərdə müşahidəçilərin çoxunu heyrətə salan asayiş bununla izah edilir. Hərçənd, ötən əsrin 60-cı illərində Çində terrorçuluq edən xunveybinlərin “həddən artıq mütə- şəkkil” çıxışları da müşahidəçilərə bu cür təsir bağışlayırdı. 2005-ci il fevralın 28-də Kiyevdə “Pora” təşkilatının ba- zasında yeni siyasi partiya yaradılması elan edildi. Onun təsis qurultayını 2005-ci il martın ortalarında keçirmək planlaşdı- rılırdı. “Pora” ictimai hərəkatı strukturlaşdırılmış təşkilat ki- mi 2005-ci il yanvarın 29-da rəsmiləşdirilmişdi. Bu qərar hə- rəkatın vilayət əlaqələndiricilərinin şurasında qəbul edilmişdi və artıq o vaxt “sarı” və “qara” “Pora” arasında bu cür trans- formasiyaya münasibətdə fikir müxtəlifliyi üzə çıxırdı. Nəti- cədə bunlardan sonuncusu hərəkatın ictimai təşkilata çevril- məsini “ideallara xəyanət” adlandıraraq, onun əleyhinə çıxdı.
387 2‐ci fəsil
E pluribus unum – vəhdət
formulu
Serbiyada və Gürcüstanda olduğu kimi, bir il sonra Uk- raynada da hakimiyyəti parçalanma gözləyirdi. Baş nazir Y.Timoşenkonun böyük hay-küyə səbəb olmuş istefası, 2006-cı ilin parlament seçkilərində V.Yuşşenko tərəfdarları- nın məğlubiyyəti, V.Yanukoviçin Ukraynanın Baş naziri və- zifəsinə təyin edilməsi onu göstərir ki, “narıncılar” düşərgəsi çox böyük siyasi iflasa məruz qalmışdır.
Download 5.08 Mb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling