Ramiz Mehdiyev demokratiya yolunda: irs haqqında düşünərkən


Download 5.08 Mb.
Pdf ko'rish
bet20/41
Sana15.09.2017
Hajmi5.08 Mb.
#15717
1   ...   16   17   18   19   20   21   22   23   ...   41

Qırğızıstan – 2005 

 

Qırğızıstanda hakimiyyət böhranı, bəlkə də bütün infor-



masiya agentlikləri üçün ən gözlənilməz hadisə oldu. Əsgər 

Akayevin hakimiyyətinin devrilməsi ilə  nəticələnmiş “zan-

baq” inqilabı parlament seçkilərinin saxtalaşdırılması  nəti-

cəsində, prezident seçkilərindən xeyli əvvəl baş vermişdi. 

Serbiyada, Gürcüstanda və Ukraynada inqilablardan sonra 

təhlilçilər və politoloqlar “məxməri” inqlabın ehtimal olu-

nan varisini Moldovada, Azərbaycanda və Qazaxıstanda 

axtarırdılar.  Ənənəyə görə, Qırğızıstan qlobal “rəngli” 

transformasiyanın aid ola biləcəyi ən az ehtimal edilən sahə 

hesab olunurdu. Üstəlik, Qırğızıstan  cəmiyyətinin siyasi 

şüuru vaxtilə Rusiyanın geoiqtisadi forpostu  sayılan Uk-

rayna ilə müqayisədə həmişə xeyli aşağı qiymətləndirilirdi. 

Ona görə də burada Ukraynadakına oxşar hər hansı “üçüncü 

demokratik dalğa”,  əlbəttə, Kremlin iştirakı ilə  qətiyyətlə 

dəf edilərdi. Rusiya özünün cənub sərhədlərində,  şimal 

qonşusuna loyallığın rus dilinin ikinci dövlət dili olmasının 

hətta Konstitusiyada təsbitində ifadəsini tapdığı bu dövlətdə 

birdən-birə “rəngli” transformasiyalar şəklində tranzitlərə 

imkan verməzdi. İkincisi, Qırğızıstan Qərb üçün qlobal əhə-

miyyət kəsb etmirdi. Tamamilə loyal, Əfqanıstanla sərhəd-



 

 

388 



Ramiz 

Mehdiyev  

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

də Amerika aviabazasının yerləşdirilməsi üçün öz ərazisini 



lütfkarlıqla təqdim edən bir müttəfiq qazanmış  Qərb bu 

regionda özünün geosiyasi mənafeyini “təmin etmişdi”. 

Üçüncüsü, Orta Asiya regionu heç vaxt demokratik trans-

formasiyalar iddiasına düşməmişdir, hər halda, Tacikistan, 

Özbəkistan və Türkmənistan kimi ölkələr yaxın gələcəkdə 

qlobal tranzitlər iddiasında ola bilməz. Təhlilçilərin  əksə-

riyyəti belə hesab edirdi ki, Qırğızıstanda transformasiya, 

əgər ümumiyyətlə, bu, mümkündürsə, 2005-ci ilin oktyabr 

ayında, Prezident seçkilərinin keçirilməli olduğu vaxtda 

kritik fazaya daxil ola bilər. 

Əsgər Akayev 1990-cı ildə  Qırğızıstanın Prezidenti ol-

muş, sonra isə iki dəfə – 1995-ci il və 2000-ci illərdə yenidən 

bu vəzifəyə seçilmişdi.  Əsgər Akayevin ən çox ehtimal 

edilən varislərindən biri kimi onun xanımı  Məyrəm Akaye-

vanın adını  çəkirdilər. Müxalifət hətta Qırğızıstanın birinci 

xanımının hakimiyyətə  gəlişinin mümkün ssenarisini də 

bildirmişdi:  əvvəlcə o, deputatlığa namizədliyini irəli sürər, 

sonra parlamentin sədri olar, beləliklə, prezidentliyə yolu 

təmin edilərdi. Müxalifət isə seçkilərə bir neçə namizəd 

hazırlayırdı. Onlardan biri Feliks Kulov idi. O, 1990-cı illərin 

əvvəllərində Akayevin məsləkdaşı olmuş, sonra isə onun 

barışmaz əleyhdarına çevrilmişdi. 2001-ci ildə Kulov xidməti 

mövqeyindən sui-istifadəyə görə 7 il həbs cəzasına məhkum 

edildi, sonra isə “xüsusilə böyük məbləğdə oğurluqlara görə” 

həbs müddətinə daha 10 il əlavə etdilər. N.Burcanadze və 

Y.Timoşenkonun Qırğızıstan variantı sayılan Roza Otunba-

yeva üç dəfə Xarici İşlər Nazirliyinin rəhbəri vəzifəsini 

tutmuş, bu ölkənin ABŞ-da, Kanadada və Böyük Britaniyada 

ilk səfiri olmuşdu. Sovet dövründə SSRİ  XİN-in Kollegiya 

üzvü olmuş, YUNESKO-da Sovet İttifaqını  təmsil etmişdi. 



 

 

389



2‐ci fəsil 

 

E pluribus 



unum – 

vəhdət 


formulu 

 

2004-cü ilin sentyabr ayına qədər R.Otunbayeva gürcü-abxaz 



münaqişəsinin tənzimlənməsi üzrə BMT baş katibi nüma-

yəndəsinin müavini vəzifəsində çalışmışdı.  Əsgər Akayevin 

vəzifədən getməsi tələblərinin səsləndiyi ilk iri etiraz mi-

tinqləri də, əslində, məhz Otunbayevanın 2005-ci ilin qışında 

keçirilən parlament seçkilərində iştirak etməkdən kənarlaşdı-

rılmasından sonra başlanmışdı.  İnqilabi transformasiyaların 

sükanı arxasında dayanan digər tanınmış müxalifət lideri 

əvvəllər Baş nazir vəzifəsində çalışmış Kurmanbek Bakiyev 

idi.  Əsgər Akayev qaçandan sonra məhz o, ölkənin Baş 

naziri və dövlət başçısı vəzifəsini icra etmək səlahiyyətlərini 

öz üzərinə götürmüşdü. 

Qırğızıstan hadisələri aşağıdakı qaydada inkişaf edirdi. 

2005-ci il fevralın 27-də orada parlament seçkilərinin bi-

rinci dövrəsi keçirildi. Ertəsi gün Qırğızıstan Mərkəzi Seç-

ki Komissiyası 75 seçki dairəsindən 32-də namizədlərin 

qalib gəldiyini elan etdi. 42 seçki dairəsində  səsvermənin 

ikinci dövrəsi təyin olundu. Bir dairədə seçki etibarsız he-

sab edilmişdi, çünki “hamının əleyhinə” səs verənlərin sa-

yı namizədlərin lehinə verilmiş  səslərin sayından çox idi. 

Bununla bərabər, Akayevin oğlu Aydar və  qızı Bermet 

“inamlı” qələbə qazandılar. Kurmanbek Bakiyev də ikinci 

dövrəyə çıxdı. 

Fevralın 28-də ATƏT-dən və Avropa Parlamentindən olan 

müşahidəçilər bu seçkilərin beynəlxalq normalara müvafiq 

olmadığını bildirdilər. Onlar seçicilərə həm Prezident, həm də 

müxalifət tərəfindən təzyiq göstərmək cəhdləri olduğunu 

vurğuladılar. Qırğızıstanın beş müxalifət hərəkatını birləşdirən 

Siyasi Qüvvələr Forumu səsvermənin gedişində seçki 

məntəqələrində kütləvi pozuntulara yol verildiyini bəyan etdi. 


 

 

390 



Ramiz 

Mehdiyev  

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

Bundan sonra müxalifətçilər Bişkekin mərkəzində icazə-



siz mitinq təşkil etdilər, martın 4-9-da isə ölkədə müxalifətin 

kütləvi mitinqləri başlandı. 

Bu mitinqlər nəticəsində müxalifətçilər Cəlalabadda vila-

yət rəhbərliyinin binasını zəbt etdilər. Oradan insanlar dəstə-

dəstə Qırğızıstanın “cənub” paytaxtı Oş şəhərinə üz tutdular. 

Narın vilayətinin sakinləri isə Çin sərhədinə gedən strateji 

avtomobil yolunu   bağladılar. 

Martın 10-da Qırğızıstan parlamenti növbədənkənar ses-

siya keçirdi. Sessiyada ilk dəfə olaraq, Akayevin və onun 

tərəfdarlarının hərəkətləri tənqid edildi. Aşkar görünürdü ki, 

ölkə  rəhbərliyi vəziyyətə  nəzarət etmir. Eyni zamanda, bəzi 

başqa şəhərlərdə, məsələn, Narında və Talasda müxalifətçilər 

Cəlalabad ssenarisini təkrar etməklə vilayət rəhbərliklərinin 

binalarını zəbt etməyə cəhd göstərirdilər. Həmin vaxt   mü-

xalifət birləşmə prosesini tamamilə başa çatdırdı və nəticədə 

Kurmanbek Bakiyev müxalifətin lideri oldu. 

Martın 13-də  Qırğızıstanda parlament seçkilərinin ikinci 

dövrəsi keçirildi. Ertəsi gün MSK elan etdi ki, ilkin məlu-

mata görə, parlamentdəki yerlərin mütləq  əksəriyyətini 

prezidentin tərəfdarları tutmuşlar.  Ən böyük sensasiya isə 

müxalifətin lideri Kurmanbek Bakiyevin məğlubiyyəti oldu. 

Yeni parlamentdə müxalifət deputatları  cəmi 10 faiz təşkil 

edirdi. Bundan sonra cəmi bir neçə saat ərzində bütün res- 

publikanı kütləvi çıxışlar və küçə etirazları dalğası bürüdü. 

Martın 16-da Qırğızıstan iqtidarı  bəzi güzəştlərə getdi. 

Prezident Akayev milli televiziya ilə  çıxışında demişdi: 

“Kəskin mübarizə gedirdi və heç də hamı qanunun tələb-

lərinə riayət etmirdi”. Bu sözlər mövcud rejimin zəifliyini, 

onun dövlətdə yaranmış ciddi problemlərin öhdəsindən 

gəlməyə hazır olmadığını göstərən siqnal oldu. 



 

 

391



2‐ci fəsil 

 

E pluribus 



unum – 

vəhdət 


formulu 

 

Sonrakı günlərdə ölkədə vəziyyət xeyli gərginləşdi. Haki-



miyyət orqanları  hətta xüsusi təyinatlı  dəstələrin iştirakı ilə 

bəzi vilayət rəhbərliklərinin binalarını azad etməyə  cəhd 

göstərdi və bu zaman bəyan etdilər ki, hüquq mühafizə 

orqanlarının əməkdaşlarının üstündə odlu silah olmamışdır. 

Praktik olaraq elə  həmin vaxtda Qırğızıstanın prezi-

dentpərəst “Xalq ilə  və xalq üçün” ictimai fondu parla-

mentin deputatlarını “ölkədə fövqəladə  vəziyyət” elan et-

məyə çağırdı. Fond iqtidara da müraciət edərək, “ictimai 

ideoloji terrorla” məşğul olan KİV-i pisləməyə  və bağla-

mağa, Konstitusiyanın təminatçısı olan Prezident Akayevi 

müdafiə etməyə çağırdı. Bunun cavabında müxalifət bəya-

natlarla çıxış etdi. Bəyanatda deyilirdi: “Akayevin və əlal-

tılarının qanlı  əməlləri onların öz xalqına qarşı müha-

ribədən başqa bir şey deyildir. Onlar özlərinin cinayətkar 

hakimiyyətini qoruyub saxlamaq üçün əhalini millətlərara-

sı münaqişəyə  və qan tökülməsinə  təhrik etməyə hazır-

dırlar. Biz bu həlledici anda Vətənin taleyini əziz tutan 

bütün soydaşlarımızı korrupsiyaya qurşanmış mafioz ailə-

tayfa rejiminə qarşı çıxış etməyə çağırırıq”. 

Qırğızıstan iki hissəyə parçalanmışdı: cənuba müxalifət, 

şimala iqtidar nəzarət edirdi. “Qırğızıstan xalq hərəkatı”nın 

lideri Kurmanbek Bakiyev Bişkekdə  bəyan etdi ki, iqtidar 

vaxtı əldən verib, halbuki, bu müddətdə xalqı, sadəcə, sakit-

ləşdirmək olardı. “Nezavisimaya qazeta” 2005-ci ilin mart 

ayında yazırdı: “Akayev artıq çoxdan 1990-cı illərin əvvəllə-

rindəki təmənnasız demokrat deyil. Hakimiyyət onun mənə-

viyyatını pozmuşdur və az bir vaxtda siyasi rejimi Şərq müs-

təbidliyi üçün səciyyəvi olan çoxsaylı yara-xora basmışdır”

1



                                                 



1

 www.ng.ru 



 

 

392 



Ramiz 

Mehdiyev  

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

Martın 22-də Akayev yeni parlamentin iclasını çağırdı 



və deputatlar qarşısında çıxışında bəyan etdi ki, 

Qırğızıstanda baş verən hadisələri MDB ölkələrindəki 

digər “rəngli” inqilablardan təcrid olunmuş şəkildə nəzər-

dən keçirmək olmaz. Məlum oldu ki, iqtidarla müxalifət 

arasında yaranmış münasibətləri beynəlxalq vasitəçilik 

edilmədən tənzimləmək mümkün deyildir. Həmin vaxt 

M.Saakaşvili  Ə.Akayevə  məktub göndərərək, özünün va-

sitəçilik xidmətlərini təklif etdi: “Azadlığın və hüquq bə-

rabərliyinin tərəfdarı olduğum üçün, eləcə  də güclü Qır-

ğızıstan ideyasını  dəstəkləyərək, xalqınızın tarixinin bu 

böhranlı dövründə sizə dostluq və  dəstək  əlimi uzatmaq 

istəyirəm.  Əgər siz lazım bilsəniz, mən istənilən  şəkildə 

sizə faydalı olmağa hazıram, o cümlədən danışıqlarda va-

sitəçi kimi və ya müxalifətlə konstruktiv diskussiyada 

iştirak etməyə hazır olan adi bir dost kimi qardaş  Qırğı-

zıstana gələ bilərdim”. 

2005-ci il martın 23-də iqtidar mitinqləri dağıtmağa cəhd 

göstərdi və müxalifət tərəfdarlarını tutmağa başladı. Martın 

24-də isə müxalifət Bişkekin üç tərəfindən  şəhərin mər-

kəzinə, hökumət binalarının yerləşdiyi hissəyə doğru kütləvi 

“zəfər yürüşü” təşkil etdi. Həmin gün Bişkek mühasirəyə 

alınmış qalanı xatırladırdı, çünki müxalifət tərəfdarları 

cənubdan paytaxta gəlməkdə davam edirdilər. Cəlalabadda 

isə hökumət  əleyhinə  şüarlarla mitinq-konsert təşkil 

olunmuşdu. Üsyançıların tərəfinə keçmiş milis işçiləri sıraya 

düzülərək, mitinqə toplaşanların qarşısından keçmişdilər. 

Səhər saat 10-da Bişkekdə  əsl dram baş verdi. Müxa-

lifətin təşkil etdiyi mitinqin iştirakçıları arasında başlarına 

çəhrayı sarıq bağlamış,  əllərində “Akayev istefa versin!” 

sözləri yazılmış transparantlar tutan 6-7 yaşlı uşaqlar gözə 



 

 

393



2‐ci fəsil 

 

E pluribus 



unum – 

vəhdət 


formulu 

 

dəyirdi. Daxili işlər naziri K.Duşebayev mitinqi açıq elan 



edərək, bu aksiyanı dinc keçirməyə çağırdı. Sonra K.Ba-

kiyev çıxış etdi. Davakar ovqatlı izdiham Hökumət evinə 

doğru hərəkətə başlayandan bir neçə saat sonra Əsgər 

Akayev manifestantlara qarşı qüvvə  tətbiq etməmək 

barədə  əmr verərək, öz ailə üzvləri və  ən yaxın 

məsləkdaşları ilə birlikdə Hökumət evini tərk etdi. Elə 

həmin gün Feliks Kulov həbsxanadan azad olundu və güc 

idarələrinə ümumi rəhbərlik ona tapşırıldı. Qırğızıstanda 

bütün qarşıdurma dövründə bu inqilaba heç bir münasibət 

də bildirməyən ABŞ, ilk dəfə olaraq, dövlət katibi 

K.Raysın  şəxsində “zanbaq” inqilabının nəticələri barədə 

bəyanat verdi: “Biz Qırğızıstandakı hadisələri izləyirik və 

hazırda baş verən hadisələri demokratik prosesə trans-

formasiya edən prosesin irəliləməsinə kömək etməyə çalı-

şırıq. Bu proses öz növbəsində  qırğız xalqına sabit höku-

mət verəcək, onun daha yaxşı demokratik gələcəyə doğru 

irəliləməsini təmin edəcəkdir”. Belələliklə, Qırğızıstan-

dakı “zanbaq” inqilabı bir vaxtlar Əsgər Akayevin reji-

mində mühüm rol oynamış, sonra isə bu rejimin devril-

məsinin katalizatorlarına çevrilmiş siyasətçiləri hakimiy-

yətə gətirdi. 

Qırğızıstandakı “məxməri” inqilabın özünəməxsusluğu 

ondan ibarətdir ki, əvvəlki rejimin devrilməsində “iştirak 

etmiş” “Birgə” və “Gəl-gəl” gənclik təşkilatları özlərinin 

Serbiyada, Gürcüstanda və Ukraynadakı “qardaşlarından” 

fərqli olaraq, inqilabi proseslərin hazırlanması və təşkilin-

dəki ümumi roldan savayı, elə bir əhəmiyyətli rol oyna-

mırdı. Kütləvi iğtişaşlar dövründə  Qırğızıstandakı  gənclər  

təşkilatları  Qərb ssenarisinin reallaşdırılmasını  əyani  şə-

kildə nümayiş etdirmək üçün kortəbii  şəkildə formalaş-



 

 

394 



Ramiz 

Mehdiyev  

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

mışdı. Hərçənd, təhlilçilərin  çoxunun fikrincə, Qırğızıstan 



inqilabı ölkədə 2008-ci ilin axırlarına təyin edilmiş pre-

zident seçkiləri dövründə hadisələrin qərbləşdirmə ssena-

risi üzrə inkişaf edəcəyi barədə  təşvişə düşmüş Rusiyaya 

xəbərdarlıq zərbəsi idi. Qırğızıstan hadisələrindən çıxan 

nəticələrə  gəldikdə isə,  əvvələn qeosiyasi maraqları itir-

mək qorxusu olmadan qonşu strateji tərəfdaş dövlətdə ha-

kimiyyət uğurla dəyişdirildi.  İkincisi, MDB məkanında 

kortəbii inqilabi transformasiyalar prosesinə Rusiyanın 

uğurla müdaxilə etməsinin mümkünlüyü sınaqdan keçiril-

di. Gürcüstanda və Ukraynadakı uğursuz cəhdlərdən sonra 

Qırğızıstan təcrübəsinin Rusiya diplomatiyası üçün böyük 

əhəmiyyəti vardı. Hətta Qırğızıstanda inqilabi sərməstlik 

dövründə S.Lavrovun Avropa İttifaqının xüsusi nüma-

yəndəsi Xavyer Solanaya xəbərdarlıq etməsi diplomatiya 

dilində “xahiş edirəm, özünüzə aid olmayan işlərə burnu-

nuzu soxmayın” demək idi. Üçüncüsü, Rusiya postsovet 

məkanında kimin, həqiqətən,  sahib olmasını göstərməyə 

çalışırdı. Buna görə də 2005-ci ilin yanvar ayında Moskva-

ya gəlmiş, sonra isə artıq dövlətin rəsmi başçısı qismində 

şimal qonşusunun paytaxtına özünün ilk səfərini etmiş 

K.Bakiyevin və  bəzi başqa qırğız müxalifətçilərinin tak-

tikası qarşıdakı siyasi perspektiv baxımından tamamilə 

düzgün idi. 

2005-ci il avqustun 14-də Kurmanbek Bakiyev Qırğızıs-

tan Respublikasının Prezidenti vəzifəsində işə başladı. 

Qırğızıstan, sonralar isə Özbəkistan da “rəngli” sindro-

mun postsovet məkanında daha da yayılması üçün bir növ 

“əyləc rıçağı” oldu. Serbiya, Gürcüstan və Ukraynadakı in-

qilabların yekunları göstərdi ki, hakimiyyətin dəyişməsi və 


 

 

395



2‐ci fəsil 

 

E pluribus 



unum – 

vəhdət 


formulu 

 

“demokratik elitanın” hakimiyyətə  gəlməsi heç də  həmişə 



siyasi sabitliyə və iqtisadi dirçəlişə şərait yaratmır. Qırğızıs-

tanın timsalında bu, daha əyani görünür. “İnqilabi hökumət, 

adətən, özünü “ən populyar hökumət” hesab edir, bu isə 

ikibaşlı  nəticələrə  gətirib çıxarır. Bir tərəfdən, bu hökumət 

təxirəsalınmazlığı  aşkar göründüyü halda belə, qeyri-

populyar tədbirləri həyata keçirməyə qadir olmur. Digər 

tərəfdən, o, hələ inqilabdan əvvəlki dövrdə formalaşmış  və 

geniş ictimai dəstəyi olan dəyişikliklər proqramına möhkəm 

bağlanmışdır və buna görə də hətta həyat bunu təkidlə tələb 

etdikdə belə, köhnə proqramın məhdudluğunu dəf etməyə 

qadir deyildir”

1



Beləliklə, postsovet respublikalarında demokratikləşmə-

nin sürətləndirilməsi layihəsinin “məxməri” inqilablar yolu 

ilə reallaşdırılması bu layihənin müəlliflərinin ümidlərini 

doğrultmadı. Çox güman ki, bu, Qərbdə yalnız hər şeyi axıra 

qədər ölçüb-biçə bilməmiş və bu istiqamətdə özlərini cilovla-

mağa məcbur olmuş müəyyən siyasi dairələr üçün gözlənil-

məz idi. Layihənin iflasa uğraması, eləcə  də bu layihə ilə 

əlaqədar dünyada baş verən bəzi başqa proseslər (2006-cı ilin 

sentyabrında BMT Baş Məclisinin sessiyası, həmin sessiyada 

bir sıra dövlət başçılarının çıxışları buna əyani sübutdur) 

ABŞ-ın xarici siyasətinin ən mühüm istiqaməti kimi, “bütün 

dünyada demokratiyanı inkişaf etdirmək” barədə qlobal 

siyasətinə düzəliş etməsinə də çox ciddi təsir göstərdi. Növ-

bəti fəsildə biz bu məsələyə bir daha qayıdacağıq. 

Lakin fakt faktlığında qalır. XXI əsrin əvvəli dünyada cid-

di transformasiyalarla səciyyələnir. Özü də bu transformasi-

                                                 

1

  И.В.Стародубровская,  В.А.Мау.  Великие  революции:  от  Кромвеля 



до Путина. М., 2004, стр. 182. 

 

 

396 



Ramiz 

Mehdiyev  

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

yalar gizli  şəkildə və hər bir dövlətdə onun tarixi inkişafının 



xüsusiyyətləri nəzərə alınmaqla baş verir. Lakin dövlətlərin 

daxilində baş verən prosesləri süni şəkildə sürətləndirmək 

məqsədi ilə  kənardan həmin proseslərə müdaxilə edildikdə, 

transformasiyalar aşkar görünən siyasi çalarlar kəsb edir, bu 

isə cəmiyyətin çox hissəsində ciddi qarşıdurmaya səbəb olur. 


 

 

397



3‐cü fəsil 

 

İnqilablardan 



təkamülə 

doğru: 


siyasi reallığı 

transformasiya 

edərkən 

 

 



 

 

   



 

 

 



 

 

 



 

İNQİLABLARDAN 

TƏKAMÜLƏ DOĞRU: 

SİYASİ REALLIĞI 

TRANSFORMASİYA 

EDƏRKƏN


 

 

 



III 

 

FƏSİL


 

 

398 



Ramiz 

Mehdiyev  

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 


 

 

399



3‐cü fəsil 

 

İnqilablardan 



təkamülə 

doğru: 


siyasi reallığı 

transformasiya 

edərkən 

 

 



 

 

 



 

 

 



Şəxsiyyəti  mühit  və  hadisələr  yaradır,  ancaq 

hadisələr  də  şəxsiyyətlər  tərəfindən  həyata 

keçirilir  və  bu  hadisələrdə  onların  izi  qalır  – 

burada qarşılıqlı əlaqə var… Bizim üçün bir səs 

və  bir  hakimiyyət  –  zəka  və  dərketmənin 

hakimiyyəti  mövcuddur.  Onları  inkar  etməklə 

biz  elmin  rütbədən  salınmış  ruhanilərinə  və 

sivilizasiyanın dönüklərinə çevrilirik. 



 

A.İ.Gertsen 

  

 

 

iz üçüncü fəsilə bu adı təsadüfən seçməmişik. Əvvəlki 

fəsildə Yuqoslaviyada, Gürcüstanda, Ukraynada və 

Qırğızıstanda hakimiyyətin inqilablar vasitəsilə  dəyişdiril-

məsi mexanizmini təhlil edərkən biz “məxməri” transfor-

masiyaların reallaşdırılması ssenarilərinin, əslində, hər yerdə 

eyni olduğunu göstərməyə çalışmışıq. İstənilən başqa ölkədə 

həyata keçirilsəydi belə, onun metodları, məqsəd və  vəzifə-

ləri eyni olacaqdı. Hakimiyyət çevrilişinin artıq sınaqdan çı-

xarılmış ssenarisindən 2005-ci ilin parlament seçkiləri ərəfə-

sində Azərbaycanda da istifadə etmək planlaşdırılırdı. Lakin 

Azərbaycan cəmiyyəti demokratik keçidin mahiyyətini bütün 

siyasi sistemin radikal şəkildə dağıdılmasında görmür. Belə 

ki, ötən yüzilliyin 90-cı illərinin  əvvəlindəki təcrübəmiz 

mövcud rejimin “inqilabi yolla” dağıdılmasının və ölkənin 



 

 

400 



Ramiz 

Mehdiyev  

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

idarəolunmaz vəziyyətə düşməsinin mənfi nəticələrini aydın 



şəkildə göstərmişdir. Qərbin demokratik dövlətlərinin tarixi 

göstərir ki, demokratik transformasiyaların alternativ, o cüm-

lədən təkamül yoluna əsaslanan forma və metodları var və 

onlar dünyada uğurla tətbiq olunur. Biz irəlidə bunu daha 

konkret şəkildə göstərməyə çalışacağıq. 

 

§ TRANSFORMASİYALAR HAQQINDA 



   DÜŞÜNƏRKƏN… 

 

İmmanuel Vallerstayn özünün “Bizim tanıdığımız dünya-

nın sonu. XXI əsrin sosiologiyası”  əsərində yeni minilliyin 

sosiumunun əsas xarakteristikalarını göstərərkən bir necə nə-

ticəyə  gəlmişdir və onlardan biri bizim kitabımızın üçüncü 

fəslinin əvvəlini tamamilə təcəssüm etdirə bilərdi. Tanınmış 

Amerika mütəfəkkiri, dünyanın sistemli təhlilinin banisi, 

müasir sol radikal ictimaiyyatşünaslığın liderlərindən biri 

yazmışdır: “Sosial sistemlərdə, Kainatda ən mürəkkəb, ona 

görə də çətin təhlil edilə bilən sistemlərdə daim yaxşı cəmiy-

yət qurmaq uğrunda mübarizə gedir. Üstəlik, məhz bir tarixi 

sistemdən digərinə keçid (biz onun təbiətini qabaqcadan bilə 

bilmərik) dövrlərində bu mübarizənin  əhəmiyyəti daha çox 

olur. Yaxud da, başqa sözlə desək, bizim azad iradə adlan-

dırdığımız  şey yalnız belə keçid dövrlərində  bərabərliyin 

bərpasına çalışan mövcud sistemin təzyiqinə üstün gəlir. 

Beləliklə, sanballı  dəyişikliklər mümkündür, – baxmayaraq 

ki, bunlar heç vaxt irəlicədən müəyyən edilməyib, – və bu 

mənəvi məsuliyyətə çağırır, bizi rasional şəkildə hərəkət et-

məyə, təmiz niyyətlərlə və qətiyyətlə daha mükəmməl tarixi 

sistemi tapmağa sövq edir”

1



                                                 

1

 



И.Валлерстайн.  Конец  знакомого  мира.  Социология XXI века.  М., 

2004, стр. 8.

 


 

 

401



3‐cü fəsil 

 

İnqilablardan 



təkamülə 

doğru: 


siyasi reallığı 

transformasiya 

edərkən 

Yaxşı indinin və optimal gələcəyin axtarışında daxili və 

zahiri ictimai qarşıdurma tarixən sosiumun inkişafının  əsas 

səmti olmuşdur və kollektiv həyatın,  əslində, istisnasız ola-

raq, bütün üzvləri bu inkişafda fəal iştirak etmişlər və edirlər. 

Lakin sosial gercəkliyin mühüm vəsiləsi olan bu mübarizə 

həyatın formasına və tərzinə daim öz düzəlişlərini edir, çünki 

o, yeni davranış stereotiplərinin formalaşmasını, cəmiyyətin 

transformasiyasını, sosial strukturdakı  dəyişiklikləri, siyasi 

tranzitləri və iqtisadi “tərpənişləri” şərtləndirir. Ayrılıqda hər 

bir halda sistem sosiumun sosiomədəni, siyasi və iqtisadi 

fonunun təcəssümü olan daxili və zahiri əhval-ruhiyyəni əks 

etdirir. Belə auranın dəyişməsi isə, hökmən cəmiyyətdə  və 

dövlətdə mühüm diffuziyalara səbəb olur. Serbiyada, Gür-

cüstanda, Ukraynada və Qırğızıstanda baş vermiş inqilablar-

dan sonra məhz bu halı müşahidə etmək olardı. Oxşar siyasi 

transformasiyaları Qazaxıstanda, Azərbaycanda və Rusiyada 

da həyata keçirməyə  cəhd göstərdilər. Tam bir sıra digər 

dövlətlər, o cümlədən  Əfqanıstan,  İraq tamamilə başqa bir 

formada digər transformasiyalara məruz qaldı, indi növbədə 

İran, ola bilsin, Suriyadır. 

Lakin transformasiyalar heç də təkcə “üçüncü demokratik 

dalğanın” inqilabi təsirini hiss edən ölkələrə toxunmamışdır. 

“Demokratik eyforiyanın” hücumunu şərtləndirən yeni geosi-

yası reallıqlar Şərqi Avropanın bir sıra dövlətlərini demokra-

tikləşməyə  gətirib çıxarmışdır. Hərçənd, demək lazımdır ki, 

bəzi keçmiş sovet respublikalarında Qərbdən gələn “demok-

ratik hücuma” cavab olaraq avtarkiyanın əsasları güclənmiş, 

digər əksəriyyətində isə Le Nouvel Ordre Mondial-ın

1

 priori-



tetlərini qəbul etmişlər. “Qərb demokratikləşməsi”, dəqiq de-

sək, “demokratik qərbləşmə” üçün açıq olan cəmiyyətlərdə 

                                                 

1

 



Yeni Dünya Nizamı (fran.).

 


 

 

402 



Ramiz 

Mehdiyev  

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

zamanın çağırışını lazımınca “qiymətləndirərək”, dəyərləri 



siyasi və iqtisadi strategiyanın təkmilləşdirilməsi xətti baxı-

mından yenidən qiymətləndirdilər. Bu, ictimai şüurun gizli 

şəkildə demokratikləşməsini və siyasi məkanın təməlinin 

“sosial müqavilənin” və “ictimai müqavilənin” dərk edil-

məsinə  və  həyata keçirilməsinə  əsaslandığı yeni siyasi qay-

danın qurulmasını şərtləndirmişdir. 

Gürcüstan keçmiş sovet avtarkiyalarından birincisi idi ki

kommunist dövrünün dəyərlər sistemindən ictimai inkişafa 

və ümumən dövlətə münasibətdə hakimiyyətin tamamilə 

başqa cür mövqeyinə  əsaslanan yeni demokratik cəmiyyət 

quruculuğu məkanına keçid etmişdir. Onun ardınca Ukrayna 

gəldi. Moldovada parlament seçkiləri mürəkkəb ictimai-

siyasi  şəraitdə keçdi, baxmayaraq ki, orada hakimiyyət 

dəyişikliyi baş vermədi, lakin dövlət idarəçiliyinin demokra-

tikləşməsi göz qabağındadır. Qazaxıstandakı prezident seçki-

lərini də dünya ictimaiyyəti çox diqqətlə izləyirdi. Baxma-

yaraq ki, N.Nazarbayev siyasi müxalifəti “bitərəfləşdirə” və 

seçkilərdə  qələbəni təmin edə bilmişdi, ancaq Qazaxıstan 

uzun müddət Gürcüstan və Ukraynadakına bənzər siyasi 

transformasiyaların mümkün “varislərindən” biri hesab 

olunurdu. Lakin postsovet və Avropa məkanının siyasi icti-

maiyyətinin, habelə ABŞ-dakı beyin mərkəzlərinin (think-

tank) diqqəti daha çox 2005-ci ilin əvvəlində siyasi mübarizə 

alovunun yeni siyasi strukturun formalaşmağa başlamasından 

xəbər verdiyi Odlar yurduna yönəlmişdi. 

Bu fəsildə biz Azərbaycanda “rəngli” inqilab həyata keçir-

mək cəhdlərinin anatomiyasını göstərməyə çalışacağıq. Zən-

nimcə, bunu həmin mürəkkəb hadisələrin mərkəzində olan 

şəxs kimi, bu kitabın müəllifinin dilindən eşitmək oxucu üçün 

maraqlı olacaqdır. Bəri başdan deyək ki, nəzərdə tutulan 



 

 

403



3‐cü fəsil 

 

İnqilablardan 



təkamülə 

doğru: 


siyasi reallığı 

transformasiya 

edərkən 

“inqilab” üçün 2005-ci il təsadüfi seçilməmişdi. Hesab edilirdi 

ki, 2005-ci ilin noyabrındakı parlament seçkiləri “məxməri” 

çevrilişi həyata keçirmək üçün ən münasib məqamdır. 

Yəqin, postsovet məkanının problemləri sahəsində ixtisas-

laşan elə bir təhlilçi, nəşr, beyin mərkəzi tapılmaz ki, Azər-

baycanın “rəngli” transformasiyası probleminə toxunmasın. 

Doğrudur, belə anarxist keçid cəhdləri milli müxalifətə xas 

üslubda dəfələrlə göstərilmiş, lakin 2003-cü ilin oktyabrında, 

prezident seçkilərindən sonra paytaxtın mərkəzində daha 

təcavüzkar şəkildə, dağıntılar törədilməklə olmuşdur. Ancaq 

İlham  Əliyevin seçkilərdə inamlı  qələbəsi  əvvəlcədən uğur-

suzluğa məhkum olan ssenarinin həyata keçirilməsini puça 

çıxardı. 

Gürcüstanda, Ukraynada və  Qırğızıstanda  əks-elitaların 

uğurlarından “məst” olan milli müxalifət 2005-ci ildə həmin 

ssenarini parlament seçkiləri zamanı  və seçkilərdən sonra 

konstitusiyaya zidd transformasiya həyata keçirmək üçün is-

tifadə etmək qərarına gəldi. Lakin müxalifət başlıca siyasi 

amili nəzərə almırdı: belə ssenarinin həyata keçirilməsi yal-

nız o zaman mümkündür ki, bolşeviklərin rəhbərinin sözləri 

ilə desək, köhnə qayda ilə yaşamağı “aşağılar istəməsinlər, 

bu cür yaşamağa yuxarılar da qadir olmasınlar”. Siyasi 

baxımdan daha dəqiq desək, inqilabi şərait dərin iqtisadi 

böhranın və ümidsiz siyasi təbəqələşmənin məhsuludur. 

Azərbaycanda belə  şərait var idimi? Biz məhz bunu təhlil 

etməyə çalışacağıq. 

2005-ci ildə  Qərbin kütləvi informasiya vasitələri Azər-

baycanda “rəngli” transformasiya imkanına görünməmiş 

dərəcədə maraq göstərirdi. Milli müxalifət hətta Azərbaycan 

inqilabı üçün daha münasib saydığı narıncı rəngi də müəyyən 


 

 

404 



Ramiz 

Mehdiyev  

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

etmişdi. Ukrayna inqilabının rəngi gələcəkdə bütün siyasi 



strukturda islahat aparmaq və yeni ictimai-siyasi və iqtisadi 

qayda qurmağa çalışmaq ümidi ilə Azərbaycanın siyasi mə-

kanına uğurla inteqrasiya edilmişdi. 

Britaniyanın “The Guardian” qəzeti 2005-ci ilin iyununda 

yazırdı: “Azadlıq mayakları” haqqında Ağ evin mülahizələri 

arzuları oyatmış və hətta neft nəhənglərində – Azərbaycanda 

və Qazaxıstanda inqilab planları doğurmuşdur.  İlin axırında 

hər iki ölkədə seçkilər keçirilməlidir və yəqin ki, hökumətlər 

nəticələri saxtalaşdırmağa çalışacaqlar”

1

.



Download 5.08 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   16   17   18   19   20   21   22   23   ...   41




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling