RƏBİYYƏt aslanova qloballaşma və
yalnız öyrənmək deyil, həm də qəbul etmək başqa
Download 224 Kb. Pdf ko'rish
|
- Bu sahifa navigatsiya:
- “mədəni identiklik”
- Mədəni diffuziyanın təbii-tarixi, obyektiv əsasları olmamış deyil. Əsas məsələ mədəni areal və mərkəz qismində kiminsə istədiyi ərazi və ya dövləti elan
- “etnik qrup” və “irqi qrup”
- Mədəniyyətin differensiasiyası gedişində dil, din, sənət, siyasi-mədəni təsisatlar və s. kimi identiklik nümunələrindən biri, sistem yaradıcı faktor qismində^
yalnız öyrənmək deyil, həm də qəbul etmək başqa mədəniyyətin mövcud olması kimi təbii-tarixi faktı kimi qəbul etmək lazımdır.”1 Mədəniyyətin humanitar-fıloloji, antropoloji, sosioloji istiqamətlərinin fərqli, müsbət və ya mənfi cəhətləri mədəniyyətin fəlsəfəsində daha aydın sezilir. Bunları mədəniyyətin mahiyyətinə müxtəlif yanaşmalar - ma arifçi, təkamül, struktur-funksional, formasion, siviliza- sion, diffiızionizm, determinizm və s. prizmasında qısa yada salaq. Maarifçi yanaşma mövqeyindən çıxış edənlər, mədəniyyətin əsas daşıyıcısı kimi mədəni elitanı götürür, mədəniyyəti yayan, tədricən geniş xalq kütlələrini də “mədəniləşdirən” bu təbəqənin roluna böyük əhəmiyyət verirdilər. Mədəniyyətin meyarı kimi əsasən maarif, bilik və ağlın əsas hesab edilməsi, aparıcı mədəniyyət kimi Qərb mədəniyyətinin dəyərləndirilməsi maarifçi yanaş manın qüsurlarından idi. 1 М.С.Каган. Философия культуры. СПб, 1996, с.74. 54 Q LO B A LLA ŞM A VƏ M Ə D Ə N İ M Ü X T Ə L İFL İK Mədəniyyətin yaranışı və təşəkkülü, haradan haraya doğru yayılması, mənbə və qaynağında nəyin durması kimi problemlərə kreasionizm (yaranış ideyası tərəfdarları) mövqeyindən də maraqlı izahlar təqdim edilmişdir. Bu baxışların nümayəndələrinə görə mə dəniyyət ya ilahi xarakterli, yaradıcı vəhy və intuisiyanm təsiri ilə yaranan və buna görə də peyğəmbər, rəhbər, mütəfəkkir, rəssam, hökmdar, şair və s. şəxsiyyətlərlə bilavasitə bağlı olan bir fenomendir. Bu mövqe tərəf darları arasında, ingilis alimi və ədibi Tomas Karleylin “Qəhrəmanlar, qəhrəmanlara pərəstiş və tarixdə qəh rəmanlıq fenomeni” adlı məşhur əsərini xatırlamaq olar. T.Karleyl təqdim etdiyi “ilahi təcəssümlü rəhbər” tiplərində şair kimi Danteni, yazıçı kimi Russonu, hökmdar kimi Napoleonu və maraqlıdır ki, peyğmbər kimi bu qəbil şəxsiyyətlər sırasından yalnız Məhəmməd peyğəmbəri bəşəriyyət və mədəniyyət üçün nümunə qəhrəmanlar kimi ayırd etmişdir. Pozitivizm və təbiətşünaslıq elmlərinin sürətli inkişafı gedişində formalaşan “katastroflzm” fəlakətlər nəzəriy yəsinin də mədəniyyət fenomeninə yanaşma tərzi ma raqlıdır. Müxtəlif mədəniyyətlərin dövlətlərlə birgə fəlakətli süqutu, məhvi və tənəzzülünü təbii və sosial fəlakətlərlə, qəfil xarakterli hadisələrlə izah edən katastrofızm nəzəriyyəsi tədricən tənəzzülü də mədəniyyətdaxili par çalanma və ziddiyətlərlə şərh edir. Babil sivilizasiyasının, Roma imperiyasının süqutu, Atlantidanm məhvi və s. mədəni dinamika problemlərini izah etmək üçün A.Toynbi, L.Qumilyevlə başqa alimlər də buna yaxın mövqedən çıxış etmişlər. Mədəniyyətin təşəkkül və inkişafına təkamül yanaşma, evolyusionizm nəzəriyyəsi daha uzunömürlü və ya geniş yayılmış mövqe hesab oluna bilər. Evol- yusionizmin əsas müddəaları belədir: mədəniyyət də daimi, təkrar olunan, tədrici dəyişikliklərə məruz qalır, bu Fəsil I. Qloballaşma. Mədəniyyət fenomeni qloballaşma kontekstində 55 dəyişikliklər gedişində sadədən mürəkkəbə inkişaf gedir, “arxaik”, “ənənəvi” mədəniyyətlərdən “müasir modern” mədəniyyətə yüksəliş müşahidə olunur, bu “müasirliyi” Qərb təcəssüm etdirir. Təkamül yanaşma hələ geniş yayılmasına paralel olaraq tənqid olunmağa başlanmışdı. Əsas səbəb isə, məlum olduğu kimi burada təbiətdə, cəmiyyətdə və bəşəriyyətdə məna, məqsəd, dəyər kimi anlayışlara biganə qalınması idi. Mədəniyyətin əsas vəzifəsi şəraitə adaptasiya, sonra da bu şəraitin mənimsənilməsi yolu ilə yüksək mərhələyə keçmək idi. Filosoflar və din sahəsində mütəfəkkirlər yalnız fayda və uyğunlaşmanın deyil, əxlaq və inamın əsas rol oynamasını irəli sürür və göstərirdilər ki, mədəniyyətdə heç də bütün çatlar təkamülə uğramır; hər bir mədəniyyətdə təməl sayılan əbədi, dəyişməz dəyərlər vardır ki, bunlar yalnız mədəniyyətin tam məhvi ilə yox ola bilər. Bu tənqidi istiqamət mədəniyyətlərin sabit və daimi müxtəlifliyi fikrini daha əzmlə inkişaf etdirdi. XX əsrin 70-80-ci illərində “mədəni identiklik” nəzəriyyəsini, “Qərb universalizmi” ideyasına qarşı hərtərəfli əsaslandırdı. Mədəniyyətə təkamül yanaşmanın geniş vüsət alması, Viktoriya dövrünün İngiltərə siyasəti və iqtisadiyyatının nüfuzunun bütün dünyada yüksələn xətlə inkişaf vaxtına təsadüf etmişdi. İngiltərənin tarixi nüfuz və əzəməti və Qərb mədəniyyətinin hökmranlığının təbii tarixi inkişaf qanununun mücəssəməsi kimi təqdim etmək üçün təkamül çoxdan gözlənilən ideya idi. Qərb mədəniy yətinin dünyada “ən yüksək” səviyyə və ona yüksəlmə etalonu kimi mövcudluğu təbiətin və tarixin qanunlan nəticəsi kimi səciyyələndirirdi. Təkamül yanaşmada əsas anlayışlar “təbii seçmə”, “mübarizə” və s. idi: yaradıcılıq potensialı, mədəniyyət, şüur kimi kateqoriyalara biganə yanaşılırdı. Əslində isə 56 Q LO BA LLA ŞM A VƏ M Ə D Ə N İ M Ü X T Ə L İF L İK təbiətdən fərqli olaraq, cəmiyyəti cəmiyyət edən və nizam yaradan məhz elə bu anlayışlardır. Buna qarşı çıxan nəzəri mövqelərdən biri də diffuzionizm idi. Diffuziya (“yayılmaq”) mədəniyyət hadisələrinin (dini təlimlərin, texnoloji ideyaların, dil və sözlərin), eləcə də mədəni-sosial praktikanın bir mədəniyyətdən başqasına yayılmasını vurğulayır. İngiltərə antropoloqu E.Teylor özünün klassik “İbtidai mədəniyyət” (1871)' əsərində, bir çox ərazilərdə mədəniyyətə ’’gəlmə” xüsusiyyətləri izah etmək üçün “diffuziya” anlayışından ilk dəfə istifadə etmişdir. Diffuzionizmə müxtəlif mənalarda başa düşülməsi müşahidə olunur. Məsələn, mədəniyyət hadisələrinin həmişə bir nöqtədən, yaxud birtərəfli yayılması (Qərbdən Şərqə) kimi başa düşülən proses təhrif olunmuşdur. Mədəni diffuziyanın “üçüncü dünya ölkələri” üçün zəruri şərt olmasını, onların bu yolla yüksəlməsini təbliğ edən tədqiqatçıların mövqeyi çox ciddi arqumentlərlə əsassız olduğu üçün təkzib edildi. Artıq yüzillərlə davam edən kolonializm və mədəni hegemoniya kimi təzahür edən diffuziyanın nəticəsində üçüncü dünya ölkələri inkişaf etmək deyil, geri qalmaq faktı ilə üz-üzə qaldılar. Mədəni diffuziyanın təbii-tarixi, obyektiv əsasları olmamış deyil. Əsas məsələ mədəni areal və mərkəz qismində kiminsə istədiyi ərazi və ya dövləti elan etmək deyil, qarşılıqlı təsir, bəhrələnmə prosesinin daim mövcud olaraq dünya mədəniyyətinin forma laşdırması prosesidir. Mədəni mərkəz qismində gah Şərq, gah Qərb çıxış edə bilər. Ədəbiyyat elmində diffuziyanın təzahürü kimi “sərhədsiz süjetlər” misal gətirilir.(məs.: dünyanın ən müxtəlif xalqlarının ədəbiyyatında rast gəlinən “Min bir gecə’ nin süjeti). 1 1 Э.Тайлор. Первобытная культура. M, 1989. Fosil I. Qloballaşma. Mədəniyyət fenomeni qloballaşma kontekstində 57 Dünya mədəniyyətində ilk mədəni mərkəzlər Şərqdə təşəkkül tapmışdır. Qədim Şumer və Misir sivilizasi yalarını yada salmaq kifayətdir. Diffuzionizm mədəniyyətlərin qarşılıqlı təsiri zamanı, başqa mədəniyyətin nailiyyətlərinin mənimsənilməsi mexanizmini başa düşməyə kömək edir. Lakin mədəni diffuziyanın zorakılıq və ya müdaxilə faktları ilə təbii gedişinə mane olmaq müharibələrə, kolonializm və işğal siyasətinə diffuziya faktı kimi bəraət qazandırmaq əsassızdır. /. 6. Mədəni-milli identiklik və müxtəliflik: mahiyyət və məzmunu "Soyuq müharibədən sonra dünyada insanlar arasındakı ən mühüm fərqlər, nə siyasi, nə iqtisadi, nə də ideoloji fərqlərdir. Bunlar mədəni fərqlər və müxtəlifliklərdir. İnsanlar ən sadə suala cavab istəyirlər: ".Biz kim ik?” sualı din, dil, tarix, dəyərlər, adət-ənənələr — yəni mədəniyyət anlayışı ilə cavablandırırlar. Yalnız "kim ” olduğunu biləndən, müəyyənləşdirəndən sonra, hər bir xalq yaşayış siyasətini müəyyənləşdirməyə başlayır... (С.Хантингтон. Столкновение цивилизации, c .l7.) Mədəniyyətə bəşəriyyətin tarixi təcrübəsinin etnik, milli və bəşəri səviyyələrdə çoxçalarlı, rəngarəng fəaliy yətinin ifadəsi kontekstindən baxılması, bu müxtəlifliyin qarşılıqlı təsir prinsiplərinin müəyyənləşdirilməsi, milli- mədəni “identiklik-özünəməxsusluq” anlayışının məna sına diqqət yetirməyi tələb edir. Etnologiyada yayılmış fikrə görə “mədəni birlik” dedikdə müəyyən etnosu təşkil edən müəyyən toplum başa düşülür və burada mədəniyyət sosial həyatın bütün tərəflərini (siyasət, iqtisadiyyat və s. sahələrə ayrılmadan) 58 Q LO B A LLA ŞM A VƏ M Ə D Ə N İ M Ü X T Ə L İFL İK əhatə edir.' Yəni burada mədəniyyət dedikdə bütövlükdə cəmiyyət nəzərdə tutulur. Sonradan mədəni və sosial antropologiya üzrə mütəxəssislər arasında gedən uzun mübahisələr gedişində “cəmiyyət” anlayışının məzmunu müəyyənləşdirildi. “Cəmiyyət” dedikdə aralarında müəyyən müna sibətlər sisteminin olduğu insanların birgə həyat və fəaliyyəti, “mədəniyyət” dedikdə isə həm maddi, həm də mədəni fəaliyyət formaları, yaşam tərzinin başa düşülməsi fikri qəbul olundu. Göründüyü kimi bu iki aspekt arasında dəqiq sərhədin qeyri-müəyyən olması şəraitində, mədəni və sosial antropologiya arasındakı fərqlərin də şərtiliyi, nisbiliyi məlum oldu. Adətən etnik problematika və qrupları tədqiq edən amerika tədqi qatçıları öz əsərlərini “mədəni antropologiyaya”, brita niyalı alimlər isə “sosial antropologiyaya” aid edirlər. Bir məsələni qeyd etmək vacibdir ki, hər iki istiqamətdə gedən araşdırmalarda, “mədəniyyət” ayrı-ayn etnik qrup və cəmiyyətlərin, primitiv səviyyədə yaşa dıqları hesab edilən insanların “ekzotik” üslub və yaşam tərzlərinin ifadəsi kimi məzmun daşıyır. Yəqin ki, bu xalqlar onların mədəniyyətinə belə “xüsusi” münasibətin olduğuna təəccüb edər, dünya mədəniyyətinin mozaik naxışlarından biri kimi deyil, qeyri-adi, “primitiv” səviyyənin daşıyıcıları kimi qəbul edildiklərinə etiraz edərdilər. Mədəni və sosial antropologiyanın belə yanaşma metodu hələ də özündə “hökmran, meyar mədəniyyət”in izlərini daşıyan avrosentrizmdən ola bilsin ki, tamamilə qurtula bilməmişdir. Mədəniyyətin etnik, milli' və bəşəri səviyyələrinin formalaşmasında mədəni xüsusiyyət və amillərin oxşarlığı çox mühüm rol oynayır. Bu səviyyələrin fərqləndirilməsi “mədəni müxtəliflik” anlayışı məzmunu 1 Краткий словарь культурологических понятий и терминов. М, 2000 . Fəsil I. Qloballaşma. Mədəniyyət fenomeni qloballaşma kontekstində 59 başa düşməyə kömək edir. Etnik mədəniyyət müstəvisi məlum olduğu kimi etnosun formalaşmasında yalnız mədəni deyil, coğrafi (təbii mühit), sosial (sosial strukturların bənzərliyi), biososial (antropoloji tip kimi) və təsərrüfat faktorlarının da rolu böyükdür. Təbii mühit və başqa amillərin təsiri ilə insanların fəal münasibəti nəticəsində bəzi dil, adət, ənənə, məişət və psixoloji cəhətlərin ümumiliyi for malaşa bilir. Lakin istənilən insan birliyi, etnik özünü dərketmə şüuru, bu etnosa mənsubluq hissi formalaşdıra bilmirsə onda bu birliyin parametrləri, mahiyyəti qeyri- müəyyən və dumanlı qalır. “Etnik qrup” və ya “etnos” sözləri bəzi konseptual anlaşılmazlığı özündə əks etdirsə də müasir elmdə “Özünün, məxsusi, özəl tarixinin kollektiv, (ictimai şüur səviyyəsində) anlamı, dərki nəticəsində, dil, din, irq və milli identikliyə malik sosial qrupdur. Etnos bir neçə kollektiv identiklik formalarının daşıyıcısıdır. Bunlar mədəni, dini, milli identiklik formalarıdır. Etnik spesifika və əlamətlər anlayışı mövcuddur.”1 Buraya əsasən dil, mədəni adət, ənənə, norma və qaydalar, din, ərazi, tarix kimi amillər də daxildir. Son illər mədəni özəllik və müxtəlifliyin etnik spesifika və əlamət kimi həlledici, mühüm amil olması, ümumi mədəni dəyərlərin əhəmiyyəti birmənalı şəkildə elmi ictimaiyyətin daha çox rəğbət bəslədiyi mövqedir. Elmi ədəbiyyatda “etnos” və “irq” anlayışlarının mənasına dair mübahisələr mövcud olmuşdur. Bəzi müəlliflərə görə bu əlamətləri irq də daşıya bilər. Məsələn: İngiltərə mədəni antropologiya məktəbi “etnik azlıq” və “milli azlıq” anlayışlarının sərhədini müəyyən ləşdirməyə çətinlik çəkir.1 2 Hər halda “etnik qrup” və “irqi qrup” anlayışları 1 Бах.: Большой толковый социологический словарь. В 2-х т. Том 2. Перевод с англиской. 2000, с.495,498. 2 Yenə orada, s.494. 60 Q LO B A LLA ŞM A VƏ M Ə D Ə N İ M Ü X T Ə L İFL İK sinonim anlayışlar deyildir.. “İrq” - elmi aləmdə özünün daşıdığı siyasi-ideoloji məna və yükə görə bir qədər nüfuzdan düşmüş bir anlayışdır. Əvvəllər bir-birindən bioloji əlamətlərinə görə fərqlənən, dəyişməz hesab olunan insan qruplarına münasibətdə istifadə olunurdu. Təxminən XVI əsrdən bu tennin elmi dövriyyəyə gətirilmişdir. Lakin son yüz ildə dediyimiz kimi, onun əhəmiyyəti “təbii və mədəni müxtəlifliyin” mahiyyətinə yanaşmanın dəyişdiyi üçün, milli-irqi müstəsnalıq ideologiyasını doğrultduğuna görə şübhə altına alınmışdır. Hətta bəzən tədqiqatçılar terminin daşıdığı tarixi, bioloji, siyasi çalarlardan ehtiyat etdikləri üçün onu dırnaq arasına alaraq göstərirlər. Bütün hallarda irq sözünə nisbətən etnos və etnik qrup anlayışlarından danışmağm daha məqsədəuyğun olması fikri qəbul edilmişdir. Lakin anlayışın nüfuzdan düşməsinə, yaxud ona biganəlikdən danışmaq qeyri-ciddi və hələlik vaxtından tez deyilmiş fikir olardı. Çünki onun ictimai şüur, dil və ideologiyada güclü təsiri hazırda da hiss olunmaqdadır. Başqa irqə müxtəlif mədəniyyətə mənsub olan xalqların “təmiz lənməsi”, irqi müstəsnalığa malik olduğunu düşünən insanlar qaldıqca (bədnam qonşularımız kimi), rasizmin onların əsas məqsədi, irqi ayrıseçkiliyin isə düşüncə tərzləri olduqlarını unutmaq olmaz. Rasizmin ideoloji dəstəklənməsini iki cəhətdən: anadangəlmə bioloji təməl xüsusiyyətlərin mövcudluğu faktı və insanların mədəniyyətlərindəki prinsipial fərq lərin mövcudluğu ilə doğrultmağa çalışırlar. Bunun nəticəsi kimi “ali irq”, “müstəsna millət” və s. kimi sərsəm ideologiyalar intişar tapır, etnik təmizləmə təklif olunur. İctimai şüur səviyyəsində kollektiv identiklik, müəy yən insan birliyinə mənsubluğu dərk edən etnosa daimi sosial-mədəni antiteza: “biz-onlar”, “özümüz-yadlar və s. sxemlər xasdır. Buna görə də etnos elə insanların mədəni Fəsil I. Qloballaşma. Modaııiyyət fenomeni qloballaşma kontekstindo 61 birliyidir ki, özünü başqa, analoji insan birliklərindən fərqləndirir, özünəməxsusluğunu dərk edir. Özünüdərk həm real mövcud olan ümumi birliyin ifadəsi kimi və həm də (ən vacibi) özünün başqa birliklərdən fərqli olduğunu anlamağın ifadəsi kimi mövcud olur. Həmçinin tarixi mənşə və talenin ümumiliyi, tarixi hadisələrdə iştirakın xarakteri kimi məsələlər özünüdərkin dayaqlandığı amillərdir. Etnik mənsubiyyətin məcburi, sərəncamla dəyiş dirilməsi cəhdləri tarixdə çox böyük müqavimətlərlə üzlənmişdir. Çünki insanın öz xalqına mənsubluğu hissi onun identikliyinin kökü, özəyi, özünü şəxsiyyət kimi hiss etməsinin əsasıdır. Etnosun mədəniyyəti onun bir sistem kimi sabitliyini və inteqrasiyasını təmin edir. “Bu mədəniyyət’’in elementləri ikinci funksiyanı da, “biz” və “onlar” simvollarının fərqləndirilməsini də yerinə yetirirlər. Mədəniyyətin differensiasiyası gedişində dil, din, sənət, siyasi-mədəni təsisatlar və s. kimi identiklik nümunələrindən biri, sistem yaradıcı faktor qismində^ konkret etnik birliyi başqasına münasibətdə təşki latlandıran qüvvə rolunda çıxış edir. Bu və ya digər amilin rolu və əhəmiyyəti əsasən nisbi xarakter daşıyır. Etnik mədəniyyətin hansısa bir xüsusiyyəti, başqa mədəniyyətdə bunun olmamasına rəğmən müxtəliflik və fərqliliyin əsas göstəricisi olur. Bu fərqli xüsusiyyət tarix boyu yalnız mədəniyyətlərin təbii- mahiyyət əlaməti kimi deyil, onları ayıran ziddiyyət, qarşıdurma, özgəlik kimi başa düşülmüşdür. “Özgə”lərə münasibətdə həmrəy olmaq, daxili kollektiv identikliyin əsas mexanizmi kimi özünü göstərir. Kütləvi şüurda həmişə əksini tapan ən müxtəlif növ etnosentrizm təzahürlərinin səbəblərindən biri budur. Başqa mədəniyyətə münasibət ən müxtəlif daxili və xarici amillərin təsirindən asılı olaraq dəyişkən xarakterə malikdir. Bu münasibət məsələn, yalnız maraq, fayda 62 Q LO B A LLA ŞM A VƏ M Ə D Ə N İ M Ü X T Ə L İF L İK xatirinə, dinc yanaşı yaşama zərurətindən irəli gələn, lakin qarşılıqlı ahəngdar münasibətlərə gətirib çıxarmaya da bilər. Mədəni identikliyə ziyanı olmayan sahələrdə, hansısa həyat tərzinin qarşılıqlı, birtərəfli bəhrələnməsi də baş verə bilər. Belə səviyyədə etnik birliklərarası mədəniyyətin formalaşma təzahürü özünü göstərir. Məsələn, hökmən milli amili də əhatə etməyən insanlaıarası ünsiyyət dilləri belə mədəniyyətə nümunə göstərilə bilər. Etnik mədəniyyətlərin qarşılıqlı ünsiyyəti daxilən ziddiyyətli prosesdir. Mədəniyyətdən bəhrələnmə inteq rasiya proseslərinə təkan verməklə bərabər, paralel olaraq etnik spesifikanın mühafizəsinə yönəlmiş özünüdərk şüurunda götür-qoy edilir. “Etnik insan birliyi” səviyyəsi millətin formalaşması ilə yoxa çıxmır. Əksinə millətlərin əksəriyyəti üçün etnik mənsubiyyət - “milli hiss” fenomeninin mənbələrindən biridir. İnsanlar özlərini əsasən - mənşə, tarix və dil kimi kollektiv birlik və ümumilik hissi sayəsində fərqlən dirirlər. Lakin hər halda millət - daha yüksək mərhələyə xas olan təsisatdır. Çünki burada ünsiyyət və inteqrasiya, birlik və vəhdət daha yüksək səviyyəyə çatdığından, dövlət və iqtisadiyyatla birgə mədəniyyət də aparıcı amil lər sırasına daxil olur və onun differensiasiya imkanları çoxalır. Mədəniyyətdə etnik əlamətlər, millətdən ayn (coğrafi kontekstdə) öz mövcudluğunu davam etdirə bilərlər. Məsələn, bizim dünya ölkələrində yaşayan həmvə tənlərimiz uzun müddət öz vətənlərinə bağlılıq hisslərini yaşadırlar. Həm də bu xüsusiyyət onların, vətəndaşları olduqları əcnəbi ölkə və ya dövlətin sosial-mədəni həyat tərzinin də daşıyıcıları olduğu halda davam edir. Millət bir neçə, hətta çoxlu sayda etnik qrupların məcmuyundan da formalaşa bilir. İngiltərədə, ingilislər, şotiandlar və uelslilər arasındakı fərqlər bu günə qədər Fosil I. Qloballaşma. Modəniyyot fenomeni qloballaşma kontekstində 63 özünü kəskin biruzə verir, yaxud Fransada elzashlar və bretonlar ümumi fransız mədəniyyətinə tam assimilyasiya olunmağa qarşı müqavimət göstərirlər. Etnik birliklərin çulğaşması dünyada ziddiyyətli mənzərənin yaranmasını şərtləndirir. Bizim dövrümüzdə etnik münaqişələrdə minlərlə insan məhv olur. Azərbaycanda dostluq və qardaşlıq şəraitində tarix boyu müxtəlif etnik-milli qruplar və xalqların nümayəndələri içərisində ermənilər “etnokratiya” rejimi, şovinist-irqi təfəkkür tərzi ilə xüsusilə seçilmişlər. Uzun illər davam edən müharibə, saysız-hesabsız qaçqın və köçkün dalğası erməni millətinin xəstə təfəkkür daşıyıcısı kimi müxtəlifliyə qarşıdurma kimi baxmasında əksini tapır. LMillijnədanLİyyəfİjnüslayisi. Çox hallarda biz elmi-kütləvi yaxud, publisistik ədəbiyyatda “etnik və milli mədəniyyət” anlayışlarının eyniləşdirilməsinin şahidi oluruq. Lakin yuxarıda qeyd olundu ki, insanların etnik birliyinin mənbəyi genetik xüsusiyyətlərin və təbii məişət şəraitinin ümumiliyi ilə fəqlənən ilkin qrupdur. Millət isə daha sonrakı və daha mürəkkəb təsisatdır. Əgər etnoslar dünya tarixinin bütün dövrlərində mövcud olmuşlarsa, millətlər daha sonra - yeni dövr və hətta ən yeni dövrün məhsulu idi.1 XIX və XX əsrlərin ən mühüm siyasi, iqtisadi və mədəni fenomeni hesab olunan millət və millətçiliyin mahiyyətinin müəyyənləşdirilməsi çox mürəkkəb nəzəri problem kimi ortaya çıxmışdır. Bu dövrdə “Qərb şimalı” millətçilik formalaşmışdı. Millətçiliyin yaşarılığı, nüfuzu və vüsəti, XX əsrin sonlarına doğru sosializm sistemini də laxlatması, onun təhlilinə yeni yanaşmalar tətbiq olunmasına zərurət ya ratdı. Bura da millətçiliyin siyasi simasına, dövlətlərarası münasibətlərə və iqtisadiyyata təsirinə xüsusi diqqət yetirilirsə də, bütün aspektlərdə mədəni amillərin 1 Иорданский В.Б. Этнос И'Нация. 1992. с.93. 64 Q LO B A LLA ŞM A VƏ M Ə DƏ N İ M Ü X T Ə L İF L İK əhəmiyyətli rol oynaması fikri yekdilliklə qəbul edil mişdir. “Millət” probleminin sosial-mədəni aspektlərinə üç mövqedən yanaşılır: Download 224 Kb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling