Redaktorlar: Y. X. Yusifov, E. E. Yaqublu, F.Ə.Əliyev, G. A. Ağamoğlanova
Download 17.41 Mb. Pdf ko'rish
|
PARTNYOR
– şirkətin kapitalının bir hissəsinə malik olan fiziki və ya hüquqi şəxsdir. Beləliklə, səhmdar partnyor hesab edilir, ancaq məhdud cavabdehliklə ortaqlığın və ya tam (ümumi) ortaqlığın (payda
şirkət) iştirakçıları da partnyorlar hesab edilirlər. PARTNYORLUQ – vətəndaşların insan inkişafı layihələrinin və proqramlarının həyata keçirilməsində iştirakının formalarından biri olmaqla, riskin bölüşdürülməsini nəzərdə tutur. Yalnız birlikdə qərar qəbul etmək deyil, həm də onun müsbət və mənfi nəticəsi üçün tam məsuliyyət daşımaq hesab olunur. Bu iştirak formasının həyata keçirilməsi üçün iştirakçıların əməklərini qiymətləndirmək, onların məsuliyyətlərinin sahə və
ölçüsünü müəyyənləşdirmək, monitorinq və
hesabat aparmaq vacibdir. PASSĐVLƏR – (I) - sahibkarın və müəssisənin sərəncamında olan yaranma mənbələri üzrə xarakterizə olunan
vəsaitlərin dəyəridir. Mühasibat balansında - sağda yerləşən tərəfdə müəssisənin maliyyə vəsaitinin mənbəyini əks etdirir, təyinatına və mənsubiyyətə görə qruplaşdırılır və xərclərin daxilolmalardan çox olmasını göstərir. Sahibkarın və müəssisənin borc və öhdəliklərinin məcmusudur.
Direktivinin 9-cu maddəsinə uyğun olaraq, mühasibat balansının passivlər tərəfində aşağıdakı maddələr əks olunur: A. Kapital və ehtiyatlar: I. Abunə kapitalı; II. Səhmlərin məzənnəsinə əlavələr hesabı; III. Yenidən qiymətləndirmə ehtiyatı; IV. Ehtiyatlar: 1) Hüquqi ehtiyatlar; 2) Xüsusi (özəl) səhmlər üçün ehtiyatlar; 3) Assosiasiya maddələri ilə təmin olunan ehtiyatlar; 4) Digər ehtiyatlar. 530
V. Növbəti hesabat ilinə keçirilmiş mənfəət və zərərlər. VI. Maliyyə ili üçün mənfəət və zərərlər.
ayırmalar: 1) Təqaüd (pensiya) və oxşar borcların ödənilməsi üçün ayırmalar; 2) Vergilərin ödənilməsi üçün ayırmalar; 3) Digər ayırmalar.
1) Ayrıca
konversiya edilmiş
ssudalar göstərilməklə, ssudalar üzrə borclar; 2) Kredit müəssisələrinə borclar; 3) Xəbərdarlıq etməklə hesaba ödənişlər. Belə ki, onlar ayrıca olaraq ehtiyatdan çıxılma kimi göstərilmir; 4) Ticarət kreditorları; 5) Kapitalda iştiraka görə borclar; 6) Filial şəklində birləşmiş müəssisələrə borclar; 7) Kapitalda iştiraka görə müəssisələrə borclar; 8) Vergilər və sosial təminat da daxil olmaqla, digər kreditorlar; 9) Əlavələr və gələcək dövrlərin gəlirləri;
ixtira kimi tanınmasını təsdiq edən və həmin ixtira üzərində şəxsin müstəsna hüququnu təsdiq edən sənəddir. Patent verilmiş ixtiradan patent alanın razılığı ilə istifadə olunur. Patentin qüvvədə olması
müddəti (adətən, 15-20 il)
milli qanunvericiliklə müəyyən edilir. Patent verilən zaman patent rüsumu tutulur; 2) ticarət, sənət və s. məşğul olmaq, bəzi ölkələrdə isə müəyyən vəzifəni tutmaq üçün hüquq verən sənəddir.
modellərin və sənaye nümunələrinin yaradılması, hüquqi mühafizə və istifadəsi ilə əlaqədar yaranan əmlak münasibətlərini və onlarla bağlı şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyən qanunvericilik aktıdır. Qanun 1997-ci ildə qəbul edilmişdir. Statistikada ixtiraların patentləşdirilməsinin mütləq və
nisbi göstəricilərindən istifadə edilir. Əsas mütləq göstəricilərə aiddir: ölkə daxilində vətəndaşlar tərəfindən verilmiş (alınmış) patent ərizələrinin sayı; ölkədə xarici ərizəçilərdən alınmış (verilmiş) patent ərizələrinin sayı; həm ümumilikdə, həm də Beynəlxalq Patent Təsnifatının sinifləri, bölmələri və tematik qrupları üzrə ölkə ərizəçiləri tərəfindən xaricdə verilmiş (alınmış) patent ərizələrinin sayı. Əsas nisbi göstəricilər: ixtiraçılıq fəallığı əmsalı; özünü təminetmə əmsalı; texniki asılılıq əmsalı; yayılma
əmsalı. Patent
statistikası göstəricilərindən elmi tədqiqatların və işləmələrin nəticəliliyinin, ölkədə kommersiya və texnoloji vəziyyətin, texnikanın ayrı-ayrı sahələri üzrə dünyada patentləşdirmənin meyllərinin, öz
ixtiralarını ən çox patentləşdirən ölkə və firmaların aşkar edilməsinin, texnikanın və yeni texnologiyanın inkişafı vəziyyətinin və
proqnozlaşdırılmasının qiymətləndirilməsinin təhlili üçün istifadə edilir.
– ixtiraların, faydalı modellərin və sənaye nümunələrinin yaradılması ilə əlaqədar yaranan əmlak münasibətlərini və onlarla bağlı şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyən qanunvericilik sahəsi,
hüquq normalarının məcmusudur. Patent verilməsi yolu ilə, göstərilən obyektlər üzərində hüquqların mühafizə edilməsi sistemini müəyyən edir. Patent hüququ intellektual mülkiyyət haqqında qanunvericiliyin tərkib hissəsidir.
– müvafiq ölkədə qüvvədə olan qanunvericiliyə əsasən, faktiki olmadan ixtira sayılmayan texniki qərarın xassələrinin məcmusudur. Azərbaycan Respublikasında “Patent haqqında” Qanuna
uyğun olaraq, yeni, ixtira səviyyəli olan və sənayedə tətbiq edilə bilən ixtira obyektinə hüquqi mühafizə verilir.
– patentləşdirilmiş ixtiraya (digər
texniki nailiyyətə) verilən lisenziyadır. PATENT MÜVƏKKĐLĐ
– patent müvəkkillərinin dövlət reyestrində qeydiyyata alınan vətəndaşdır. Azərbaycan Respublikasında “Patent haqqında” Qanuna əsasən, ölkə ərazisində daimi yaşayan, ali təhsili olan, Azərbaycan Respublikasının dövlət dilini bilən, patent müvəkkillərinin reyestrində qeydiyyata alınan Azərbaycan Respublikasının vətəndaşı patent müvəkkili ola bilər.
– öz sərəncamlarında olan patentləri təqdim edən və onlardan istifadə üçün lisenziya ticarətini həyata keçirən ayrıca firmanın yaradılması haqqında bir neçə firmanın sazişidir. Həmçinin patentdən birgə istifadə haqqında ikidən çox ölkə arasındakı sazişdir. Sazişin iştirakçıları bundan gəlir əldə edirlər. Onun həcmi birliyə daxil olduqda, patentin istifadəsindən olan mənfəətin bir hissəsi şəklindəki kvota ilə müəyyənləşdirilir.
– patentin verildiyi zaman dövlət orqanları tərəfindən alınan məbləğdir
531
(rüsumdur): 1)
verilmiş patentə
əsasən, ixtiralardan istifadə edilməsi hüququnun haqqıdır; 2) sənətlə məşğul olmaqla, bu sənət növünə patenti olan müəssisələrin və fiziki şəxslərin büdcəyə ödədiyi haqlardır. Patentin qüvvədə olduğu müddətdə illik rüsum tutulur. PATENT SAHĐBĐ – patentin verildiyi şəxsdir. Azərbaycan Respublikasında “Patent haqqında” Qanuna əsasən, patent aşağıdakı şəxslərə verilir: a) sənaye mülkiyyəti obyektinin müəllifinə (müəlliflərinə) və onun (onların) varislərinə; b) patent verilməsi barədə iddia sənədində, yaxud sənaye mülkiyyəti obyekti qeydiyyata alınana qədər müvafiq icra hakimiyyəti orqanına verilmiş ərizədə müəllifin (müəlliflərin) və ya onun (onların) hüquqi varislərinin göstərdikləri hüquqi və ya fiziki şəxslərə (onların razılığı ilə); c) “Patent haqqında” Qanunda nəzərdə tutulmuş hallarda işəgötürənə. PATENT TƏMĐZLĐYĐ – texniki obyektin hüquqi xassəsi; həmin ölkənin ərazisində qüvvədə olan
patentlərin təhlükəsizliyini pozmadan onlardan azad istifadə edilə bilməsindən ibarətdir. PATENTĐN POZULMASI
– patent hüquqlarının pozulmasıdır. Azərbaycan Respublikasında “Patent haqqında” Qanuna uyğun olaraq, patentlə mühafizə edilən sənaye mülkiyyəti obyektindən bu qanunun
müddəalarının pozulması ilə istifadə edən istənilən hüquqi və ya fiziki şəxs, patent hüquqlarını pozan şəxs qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilə bilər. Patent sahibi patenti pozmuş hüquqi və ya fiziki şəxslə ona dəymiş zərərin ödənilməsi barədə razılığa gəlmədiyi halda, mübahisələr qanunvericiliklə müəyyən
edilmiş qaydada
məhkəmədə baxılır. PATRĐLOKAL NĐKAH (lat. pater – ata və locus – yer) – bu nikah növü bağlandıqdan sonra ər-arvadın köçüb ərin
valideynlərinin ev
təsərrüfatında yaşamasıdır. PAY (HĐSSƏ) – ortaqlıq kapitalında partnyorların iştirakının verilmiş (mənimsənilmiş) hissəsinin adıdır.
–
metodun modifikasiyasıdır; verilmiş yaş
intervalında ölümün yaş əmsalının ölüm gücünün orta kəmiyyəti ilə
eyniləşdirilməsinə əsaslanır. Payevski metodu ilə ölüm cədvəlləri qurulduqda,
hesablanır: x m x x e l l τ τ τ = = burada l x -x yaşadək sağ qalanların sayı, τ m x – x- dən x+τ-dək intervalda ölüm əmsalıdır.
paylanma formasında verilmiş laqların qiymətidir. Paylanmış gecikməni aşağıdakı kimi ifadə etmək olar:
t t T k t k t t t X z z z y ε β α α α + + + + + = − − ... 1 1 0
y t - asılı dəyişəni; z t - laq dəyişəni, X t - qeyri-laq dəyişənlərin sütun vektorunu;
β - qeyri-laq dəyişmə vektorlarında yeri dəyişdirilmiş əmsal vektorunu göstərir;
ε - təsadüfi səhvdir; k α α α ,...,
1 , 0 laq dəyişmələrində əmsaldır; k - laqın maksimum uzunluğudur. Laqlı dəyişkənlər multikollineardır, buna görə də
investorların vəsaitlərinin cəlb olunması üzrə bank sektorlarının əsas rəqibləridir. Onların fəaliyyəti fond bazarlarının inkişafına, əhalinin həyat səviyyəsinin yüksəlməsinə və banklar tərəfindən təqdim oluna bilməyən xidmətlərin iqtisadi agentlərinin mümkün
spektrlərinin genişlənməsinə kömək göstərir. PENSĐYA FONDLARI - sonrakı portfel investisiyaları üçün fərdi
əmanətçilərin vəsaitlərini toplayır. Bununla yanaşı, qeyri-dövlət pensiya fondları investisiyalaşdırma məsələlərində daha mühafizəkar siyasət yürüdürlər. Çünki, onların əsas vəzifəsi əhalinin pensiya qoyuluşunu saxlamaqdan və artırmaqdan ibarətdir. PENSĐYA FONDLARINDA EV TƏSƏR- RÜFATLARI AKTĐVLƏRĐNĐN XALĐS DƏYƏRĐ - MHS-nin maliyyə hesabında pensiya fondlarında ev təsərrüfatlarının aktivlərinin xalis dəyərinin dəyişməsi qeyd olunur. Əməliyyatların nəticəsi hesab edilən belə dəyişikliklər ev təsərrüfatlarının vəsaitlərinə daxil edilə bilər.
a) muzdlu işçilər, işə götürənlər və ya digər institusional vahidlər tərəfindən ayrı-ayrı şəxslərin və ya ev təsərrüfatlarının xeyrinə ödənilən, 532
pensiya fondlarına faktiki ayırmaların ümumi dəyəridir ki, bunun nəticəsində də ayrı-ayrı şəxslər və ya ev təsərrüfatları fondlara qarşı tələbə malikdirlər; b) əlavə ayırmaların ümumi dəyəri (pensiya fondlarına qoyulmuş ehtiyatlardan alınmış, onda iştirak edən ev təsərrüfatlarına aid olan gəlirlərlə eyni qiymətli); c) fondların idarə edilməsi üzrə xidmətlərə görə ödəmələr çıxılır. PENSĐYA FONDLARINDA EV TƏSƏR- RÜFATLARININ AKTĐVLƏRĐNĐN XA- LĐS DƏYƏRĐNĐN AZALMASI - aşağıdakılardan ibarətdir: a) pensiyaya çıxan şəxslərə və ya onların ailə üzvlərinə hər ay və ya digər dövriliklə ödənilən məbləğin ümumi həcmdən çıxarılmasından; b) pensiyaya çıxan şəxslərə birdəfəlik ödənilən məbləğin ümumi həcmdən çıxarılmasından.
xüsusi pensiya fondlarına ödənilən, sosial sığortaya faktiki ayırmaların ümumi dəyəri + sığorta vəsiqəsinin (polisinin) sahibinə (yəni pensiya hüquqlarının sahibinə) aid
olan mülkiyyətdən gəlirlərdən ödənilən əlavə ayırmaların ümumi məbləği – müvafiq xidmətlərə görə ödəmələrin dəyəri – xüsusi pensiya fondları tərəfindən sosial sığorta üzrə müavinət kimi ödənilən pensiyaların ümumi dəyəri.
(əlilliklə) itirilməsi, qeyri-əmək qabiliyyəti yaşına və müəyyən iş stajına çatma və ya aylıq pul ödəmələrində əks olunan,
gəlirin itkisini kompensasiya edən və ya obyektiv səbəblərə görə o olmadıqda ailə başçısının ölümü ilə bağlı müxtəlif sosial və professional risklərdən əhalinin sosial müdafiəsi formasıdır. Pensiya təminatı dövlət vəsaiti hesabına (əmək pensiyası, hərbi qulluqçulara və dövlət
qulluqçularına, onların
ailələrinə dövlət
büdcəsindən ödənən pensiyalar), icbari pensiya sığortalarının vəsaiti hesabına (işçilərin və işverənlərin ödəmələri), həm müəssisələrin və işçilərin vəsaitləri hesabına (peşəkar pensiya fondlarına), həm də vətəndaşların könüllü şəxsi sığorta yolu ilə müstəqil pensiya fondlarına, sığorta şirkətlərinə, banklara (pensiya və əmanət hesablarına) ödədikləri vəsait hesabına həyata keçirilə bilər. Bazar iqtisadiyyatı şəraitində pensiya təminatı və sığorta insan inkişafı problemi ilə sıx əlaqəlidir. Dövlət pensiya təminatı vahid sosial vergi məbləği hesabına ödənilməsinə təminat verilən pensiya
sisteminin bir
hissəsidir, yəni
vətəndaşlara dövlətin sosial təminat fondlarından verdiyi pensiyadır. PENSĐYA YAŞI – bu yaşa çatdıqda yaşa görə pensiya təyin olunur. Pensiya yaşı əmək qabiliyyətlinin şərti meyarı kimi istifadə olunur: əhalinin fəal hissəsindən bu yaşa çatmış şəxslər üçün istifadə olunur. Azərbaycan Respublikasında “Əmək pensiyaları haqqında” Qanununda yaşa görə əmək pensiyasının təyin edilməsi şərtlərinə görə, 63 yaşına çatmış kişilərin və 60 yaşına atmış qadınların azı 12 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunda nəzərdə tutulmuş kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012- ci ilin yanvarın 1-dək, qadınların yaş həddi 2010- cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək hər il altı ay artırılır. Nəticədə bu yaş həddi kişilər üçün 63, qadınlar üçün 60 yaş nəzərdə tutulur. Çoxuşaqlı qadınların, sağlamlıq imkanları məhdud uşağı olan anaların, uşaqlarını təkbaşına böyüdən ataların və qəyyumların yaşa görə əmək pensiyası beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olan qadınların bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş yaş həddi hər uşağa görə 1 il azaldılmaqla, yaşa görə əmək pensiyası hüququ vardır. Sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olan anaların bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Ana vəfat etdiyinə və ya ana ilə nikaha xitam verildiyinə, yaxud ana valideynlik hüququndan məhrum edildiyinə görə 5 və daha çox uşağı növbəti nikah bağlamadan, təkbaşına səkkiz yaşınadək böyüdən ataların, habelə 5 və daha çox uşağı
övladlığa götürüb
təkbaşına səkkiz
yaşınadək böyüdən ataların, həmçinin 5 və daha çox uşağı səkkiz yaşınadək böyüdən qəyyum kişilərin azı 10 il sığorta stajı olduqda, bu Qanuna uyğun olaraq müəyyən olunmuş yaş həddi 5 il azaldılmaqla, yaşa görə əmək pensiyası hüququ vardır.
533
62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 5 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər, axırıncı iş yerindən asılı olmayaraq, yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti, xüsusilə zərərli və ağır olan işlərdə çalışan sığorta olunanların: kişilər – 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Hipoğizqanizm xəstəliyinə tutulan şəxslər (liliputlar) və mütənasibliyi pozulmuş cırtdanboylular – kişilər 47, qadınlar 42 yaşına çatdıqda və həmin şəxslərin azı 5 il sığorta stajı olduqda, yaşa görə əmək pensiyası hüququ vardır.
Download 17.41 Mb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling