Redaktorlar: Y. X. Yusifov, E. E. Yaqublu, F.Ə.Əliyev, G. A. Ağamoğlanova


Download 17.41 Mb.
Pdf ko'rish
bet138/183
Sana06.03.2017
Hajmi17.41 Mb.
#1858
1   ...   134   135   136   137   138   139   140   141   ...   183

 

PODRATÇI

  –  müəyyənləşdirilmiş  qaydada 

tikinti  fəaliyyəti  üzrə  qeydiyyatdan  keçmiş  və 

lisenziya  almış,  fəaliyyət  göstərən  tikinti  və 

quraşdırma  təşkilatıdır.  Podratçı,  əsaslı  tikintiyə 

podrat  əsasında  texnoloji  və  digər  avadanlıqların 

quraşdırılması və sazlanması və digər podrat işləri 

daxil  olmaqla,  bina  və  qurğuların  tikilməsini, 

onların  yenidən  qurulmasını  və  əsaslı  təmiri  üzrə 

tikinti  və  quraşdırma  işlərini  yerinə  yetirir. 



Sifarişçi ilə müqavilə üzrə bütün nəzərdə tutulmuş 

işlərin  təşkilini,  keyfiyyətlə  və  vaxtında  yerinə 

yetirilməsini  öz  üzərinə  götürən  podratçı  baş 

podratçı  adlanır.  Baş  podratçının  tapşırığı  üzrə 

işin  ayrı-ayrı  komplekslərini  yerinə  yetirən 

podratçı, tikintidə subpodratçı adlanır.  

 

POPULYASĐONĐSTĐKA

  –  əhali  sakinliyi 

(başlıca  olaraq,  lakin  müstəsna  hal  kimi  yox, 

doğum  və  ölüm  prosesləri,  əhali  sayının 

dinamikası, həmçinin onun miqrasiyası) haqqında 

elmi 

biliklər 



məcmusunun 

sistemləşdirilmiş 

işlənməsinin 

ilk 


adıdır. 

“Populyasionistika” 



 

537


termini ilk  dəfə 1841-ci  ildə  K.Bernullinin  alman 

dilində  Ulmada  nəşr  olunmuş  kitabının  adında 

“Populyasionistika 

sorğu 


kitabı” 

tətbiq 


olunmuşdu.  Bu  neologizm,  yəqin  ki,  XIX  əsrin 

birinci yarısında alman, rus və bəzi başqa dillərdə 

istifadə  olunmuş  populatio  (lat.  populus  –  xalq) 

sözündən  yaranmış  və  “populyasiya”  anlayışı  bir 

növ  fərdlərin bioloji  birliyini  ifadə  edirdi (ingilis, 

fransız  və  bir  sıra  Avropa  dillərində  “əhali 

sakinliyi”  və  “populyasiya”  anlayışları  bir 

terminlə – “population” kimi ifadə olunur). 

Əhalinin  siyahıyaalınması  materialları  əsasında 

yazılmış  Bernullinin  əsəri,  əhali  sakinliyinin 

öyrənilməsi üçün sabit mənbəyin yaranmasını əks 

etdirmiş  və  bununla  belə,  sübut  etmişdi  ki,  bu 

öyrənmə daha çox sistematik, ardıcıl xarakter alır 

və  ayrıca  elmi  biliklər  sahəsinə  çevrilir. 

Populyasionistikanın  yaranması  sonralar  (1850–

70-ci illərdə) daha bir ad – demoqrafiya adı almış 

elm sahəsinin bilavasitə formalaşmasının ilk əyani 

ifadəsi olmuşdur. 

Populyasionistika 

konsepsiyası 

XIX 

əsrin 


sonunda  əhali  sakinliyi  haqqında  nəzəriyyənin 

işlənməsi üçün istifadə olunmuşdu, lakin o, başqa 

cəhdlər kimi, yalnız onun kəmiyyətcə öyrənilməsi 

çərçivəsində  əhali  sakinliyi  haqda  elm  yaratmaq 

cəhdi  bütövlükdə  reallaşmamışdır.  Bununla  da 

izah  olunur  ki,  “populyasionistika”  termini 

əvvəllər  məşhurlaşmış,  lakin  kök  salmamışdır.  

XIX  əsrin  sonu  –  XX  əsrin  əvvəlində  əhali 

sakinliyinin  nəzəriyyəsini  ifadə  etmək  üçün, 

həmçinin  “əhali  statistikası”  və  “demoqrafiya” 

terminlərinin  sinonimi  kimi  tətbiq  olunmuşdur. 

Müasir  elmi  ədəbiyyatda  “populyasionistika” 

terminindən demək olar ki, istifadə olunmur, lakin 

“populyasionizm” 

termini 

əhali 


artımını 

stimullaşdırmaq 

mənasında 

nisbətən 

geniş 

yayılmışdır. 



 

PORTER 

MODELĐ

 

(marketinqdə) 

– 

amerikalı 



marketoloq 

M.Porter 

tərəfindən 

hazırlanmış  modeldir.  Model,  təlim  əyrisinin 

əksinə  olaraq,  U-ya  bənzər  əyri  şəklinə  malikdir 

və  sübut  edir  ki,  kiçik  firmalar  (müəssisələr)  da 

bazarda  daha  çox  xüsusi  çəkiyə  malik  olan 

firmalar  (müəssisələr)  kimi  yüksək  səmərəlilik 

əldə  edə  bilərlər.  Bu,  mütəşəkkil  marketinq 

strategiyası  nəticəsində  baş  verir:  kiçik  bazar 

əhatəsində  bütün  ehtiyatların  səfərbər  edilməsi, 

nadir malların və yaxud əmtəələrin satışının nadir 

üsullarının  işlənməsi,  yüksək  xidmət  səviyyəsi, 

artıq  xərclərə  yol  verilməməsi,  rəqabətə  davamlı 

qiymətlərə və s. nail olunması. 

 

POSTNATAL  ÖLÜM 

–“Perinatal  ölüm”ə 

bax. 

 

POTENSĐAL 

DEMOQRAFĐYA

 

– 

demoqrafik  təhlilin  sahəsidir,  əhalini  insan-illərlə 



ölçülən 

müəyyən 


həyat 

potensialının 

daşıyıcılarının  məcmusu  kimi  öyrənir.  Potensial 

demoqrafiya  göstəricilərinin  əsasında  məcmu 

nümayəndəsinin  hər  yaşda  əhalinin  öyrənilən 

qrupunda  həmin  dövrdə  mövcud  olan  ölüm 

səviyyəsinə müvafiq orta hesabla yaşamalı olduğu 

vaxt  durur.  Misal  üçün,  x  yaşda  insanın  həyat 

potensialı tamam olmuş illəri (V

x

) təşkil edir:  

2

1

2



1

+

+



+

=

=



x

x

x

x

e

e

e

V

 

burada e



x

 – x-yaşda gözlənilən ömür uzunluğudur. 

Potensial  demoqrafiyanın  əsas  prinsipləri  L.Herş 

tərəfindən  ifadə  olunmuşdur.  O,  1940-cı  ildən 

başlayaraq  dərc  olunan  məqalələrdə  potensial 

demoqrafiya  metodlarının  sistematik  şərhini 

vermişdi.  Bu  metodların  ən  dolğun təsviri  polyak 

demoqrafı E.Filrozenin əsərlərində verilmişdir. 

Potensial  demoqrafiyanın  inkişafı  demoqrafiya 

statistikasında  rast  gələn  çətinlikləri  aradan 

qaldırma 

zərurəti 

ilə 


həvəsləndirilirdi. 

Bu 


çətinliklər  onunla  bağlıdır  ki,  insan  demostatistik 

müşahidənin  vahidi  olduğu  üçün,  insanların 

məcmusunda  baş  verən  struktur  dəyişikliklərinin 

müxtəlif statistik göstəricilərin səviyyəsinə təsirini 

aradan  qaldırmaq  xüsusi  səy  göstərilməsini  tələb 

edir.  Potensial  demoqrafiya  metodları  belə  bir 

faktı  nəzərə  almağa  imkan  verir  ki,  bütün 

insanlara  əhalinin  təkrar  istehsalında,  əmək 

fəaliyyətində  onların  iştirakı  nöqteyi-nəzərindən 

eyni  qiymət  verilmir.  Hər  insan  onun  yaşına, 

nikahın  davamiyyətinə,  əmək  fəaliyyətində  uzun 

müddət  iştirakına  və  s.  müvafiq  “çəkiyə” 

malikdir. Tədqiqatın məqsədindən asılı olaraq, bu 

“çəki”  tam,  yaxud  natamam  gözlənilən  ömür 

uzunluğu kəmiyyətidir.  

Potensial 

demoqrafiya 

metodları 

müxtəlif 

demoqrafik  hadisələri,  həmçinin  insan-illərdə 

ifadə 


etməklə 

onların 


dəqiq 

müqayisəsini 

aparmağa  imkan  verir.  Potensial  demoqrafiya 

metodlarının  tətbiqi  üçün  cari  demoqrafik 

statistika 

və 


əhalinin 

siyahıyaalınmasının 

məlumatları 

statistik 

bazadır. 

Potensial 

demoqrafiyanın  inkişafı  üçün  əhalinin  registrləri 

böyük  əhəmiyyət  kəsb  edir,  onlar  EHM-lərdə 

geniş 


istifadə 

əsasında 

müxtəlif 

həyat 


potensiallarındakı 

dəyişiklikləri 

fasiləsiz 

müşahidə etməyə imkanlar açır. 



 

PREFERENSĐALLARIN  ÜMUMĐLƏŞDĐ-

RĐLMĐŞ  SĐSTEMĐ  (PÜS) 

–  inkişaf  etməkdə 

olan 

ölkələrdən 



əmtəə 

idxalı 


zamanı 

preferensiyalar  gömrük  rüsumlarının  tətbiqi  üzrə 

xüsusi sistemdir. 

 


 

538 


PREFERENSĐYA (ÜSTÜNLÜK)

 – imtiyazlı 

gömrük  rüsumlarının  tətbiqinə  uyğun  olaraq 

istifadə  edilən  tarif  sistemidir.  Qəbul  edilmiş 

konvensiyalara, 

razılaşmalara 

və 


digər 

qanunvericiliyə 

uyğun 

olaraq, 


gömrük 

rüsumlarının  tutulması  tamamilə  və  ya  qismən 

dayandırılır. 

 

PRENATAL  ÖLÜM  (ANA  BƏTNĐNDƏ 

ÖLÜM)

  -  dölün  (döllənmə  məhsulunun), 

hamiləlik  müddətindən  asılı  olmayaraq,  ana 

bətnindən  bütünlüklə  kənarlaşdırılması  və  ya  ana 

vücudundan  çıxarılması  ilə  nəticələnən  ölüm 

hallarıdır. 

 

PRESS-RELĐZ  (mətbu  buraxılış)  –  kütləvi 

informasiya  vasitələrinin  işçiləri  üçün  nəzərdə 

tutulmuş  xüsusi  bülletendir;  dövlət  və  digər 

müəssisələr, 

beynəlxalq 

təşkilatların 

rəhbər 

orqanları  tərəfindən  buraxılır  və  təcili  dərc 



edilməli olan materialları özündə ehtiva edir. 

 

PROBLEMĐN  HƏLLĐNƏ  YÖNƏLDĐL-



MĐŞ  KOMPLEKS

  -  ümumi  texnologiya, 

informasiyanın  işlənməsi  rejiminin  vahidliyi  və 

istismar  şəraiti  ilə  birləşmiş,  müəyyən  sinif 

proseslərin 

avtomatlaşdırılmasına 

yönəldilmiş 

texniki  vasitələrin  və  proqram  təminatının 

məcmusudur.  



 

PROQNOZ 

–  gələcəkdə  obyektlərin  mümkün 

vəziyyətlərinin,  bu  vəziyyətə  çatmanın  alternativ 

yollarının 

və 

müddətlərinin 



elmi 

əsaslandırılmasının 

təsviridir. 

Proqnozun 

hazırlanması prosesi proqnozlaşdırma adlandırılır. 

Proqnozlaşdırılan obyektdən asılı olaraq, proqnoz 

elmi-texniki,  iqtisadi,  sosial,  hərbi-siyasi  və  s. 

bölünür.  Obyektlərin  miqyasından  asılı  olaraq, 

iqtisadi proqnozlar qlobal, makroiqtisadi, struktur, 

regional,  iqtisadiyyat  komplekslərinin  inkişafı 

proqnozlarına,  sahə,  mikroiqtisadi  proqnozlara 

bölünürlər. 



Proqnozun  qabaqlanması  dövründən  asılı  olaraq, 

iqtisadi proqnozları təsnifləşdirmək olur. 



 

PROQNOZ  XƏTASI

  –  göstəricinin  proqnoz 

və  faktiki  qiymətləri  arasındakı  kənarlaşmanı 

xarakterizə  edən  kəmiyyətdir.  Mütləq  proqnoz 

xətası aşağıdakı düsturla hesablanır 

 

i



i

Υ



Υ

=



 

Burada 



i

Υ



  göstəricinin  proqnoz  qiyməti, 

i

Υ

 



faktiki 

qiymətidir. 

Bu 

xarakteristika 



proqnozlaşdırılan  göstəricinin  ölçüsünə  bərabər 

ölçüyə 


malikdir 

və 


müvəqqəti 

sıraların 

səviyyəsinin 

ölçmə 

miqyasından 



asılıdır. 

Praktikada  göstəricinin  faktiki  qiymətinin  nisbi 

faizlə ifadə olunan nisbi proqnoz xətasından geniş 

istifadə edilir:   

                         

%

100



Υ



Υ

Υ



=

i

i

i

ε

 



Həmçinin modul orta xətadan da istifadə edilir: 

 

n



n

i

i

i

=



Υ

Υ



=

1



;   


%

100


1

1



1

Υ



Υ

Υ



=

=





n

i

i

i

i

n

ε

 



 

Burada  n  –  proqnoz  qiyməti  müəyyənləşdirilən 

müvəqqəti sıraların səviyyə qiymətidir. 

 

PROQNOZLARIN  SĐNTEZĐ

  –  müxtəlif 

üsullarla 

alınmış 

bir 


neçə 

proqnozların 

birləşdirilməsi, kombinə edilməsidir. Proqnozların 

birləşdirilməsi  proqnozların  etibarlılığı,  ya  da 

dəqiqliyindən  asılı  olaraq,  müxtəlif  çəkilərlə 

həyata 

keçirilə 



bilər. 

Proqnozlaşdırmanın 

uyğunlaşdırılmış  modellərində  də  bu  çəkilər 

həmçinin  uyğunlaşma  xarakterinə  malik  ola  bilər 

və  müvafiq  metod  və  ya  modelin  proqnozunun 

dəqiqliyinin  artması,  ya  da  azalması  ilə  əlaqədar 

olaraq, yeni rəqəmlərin ortaya çıxması nəticəsində 

dəyişməsi 

mümkündür. 

Hər 


hansı 

bir 


proqnozlaşdırma  metodunun  lehinə  qəti  məlumat 

olmadığı  hallarda,  proqnozların  birləşdirilməsinin 

həyata  keçirilməsi  məqsədəuyğundur.  Burada 

daha  böyük  proqnoz  xətalarından  qurtarmaq 

məsələsi qoyulur. 

 

PROQNOZU  QABAQLAMA  DÖVRÜ

  –


 

tədqiq  olunan  obyekt  haqqında  son  statistik 

məlumatın  mövcud  olduğu  andan  proqnozun  aid 

olduğu  anadək  olan  müddətdir.  Bəzən  onu 

proqnozlaşdırılan dövr də adlandırırlar. 

Proqnozu  qabaqlama  müddətindən  asılı  olaraq, 

iqtisadi  proqnozlar  aşağıdakı  kimi  qruplaşdırılır:

 

operativ  (təcili)  proqnozlar  (1  ayadək  olan 



proqnozu 

qabaqlama 

dövrü); 

qısamüddətli 

proqnozlar  (1  ildən  çox  olmamaq  şərti  ilə); 

ortamüddətli proqnozlar (1 ildən çox, lakin 5 ildən 

az); uzunmüddətli proqnozlar (5 ildən çox). 

 

PROQNOZUN  DƏQĐQLĐYĐ 

–  proqnozun 

vacib xüsusiyyətlərindən biridir. 

Nöqtəli 


proqnozların 

dəqiqliyinin 

empirik 

ölçüləri:  nöqtəli  proqnozun  mütləq  xətası  – 

göstəricinin  faktiki  qiyməti  ilə  onun  proqnoz 

qiyməti  arasındakı  fərq  kimi  müəyyən  edilir; 

nöqtəli  proqnozun  nisbi  xətası  proqnozun  mütləq 

xətasının,  göstəricinin  faktiki  qiymətinə  olan 

nisbəti  kimi  müəyyən  edilir;  proqnoz  seriyasının 


 

539


ümumiləşdirici  xüsusiyyətləri  orta  və  ya  median 

xətası,  orta  mütləq  xəta,  orta  kvadrat  xəta, 

uyğunsuzluq əmsalı ola bilər. 

Uyğunsuzluq əmsalı: 







=

2

2



)

(

t



t

t

X

X

X

k

      (1) 

burada 

t

X

 və 



t

X

X



t

dəyişənin proqnoz və 

faktiki  artımıdır,  yəni 



t

X



1



t

t

X

X

  və 


1



=



t



t

t

X

X

X



t



X

- proqnozdur. 

(1) ifadəsinin aşağıdakı ifadəyə ekvivalent olması 

asanlıqla müəyyən edilir: 

 





=



2

2

)



(

t

t

t

X

X

X

k

      (2) 



Đnterval  proqnozlarının  dəqiqliyinin  empirik 

ölçüləri:  interval  proqnozları  göstəricinin  faktiki 

qiyməti  verilmiş  etibarlılıq  ehtimalı  ilə  bu 

intervala 

düşdükdə 

doğru 


sayılır; 

interval 

proqnozları 

seriyasının 

dəqiqliyinin 

ümumiləşdirici  xüsusiyyəti,  proqnozların  ümumi 

sayında  doğru  çıxan  proqnozların  nisbi  sayı  olur; 

əgər  bu  nisbi  say  etibarlılıq  ehtimalı  ilə  tən 

gəlirsə,  onda  proqnozun  sərhədləri  düzgün 

müəyyən  edilmişdir,  əks  halda  onlar  daraldılmış 

və ya genişləndirilmişdir. 

Dəqiqliyin  aprior  ölçüsü  interval  proqnozunun 

işlənməsində, 

onun 


xətasının 

hipotetik 

paylanmasında  proqnozun  dispersiyası  kimi  çıxış 

edir. Məsələn, seçmə, sürüşmə və ya eksponensial 

orta  dispersiya,  trend  dispersiyası,  reqressiyanın 

idarə  edilməsi  üzrə  proqnoz  dispersiyası  və  s. 

Eyni  şərtlər  şəraitində  daha  dar  etibarlılıq 

intervalına  malik    olan  proqnozun  apriorları  daha 

dəqiq hesab edilir. 

 

PROQNOZUN 

ETĐBARLILIĞI

 

– 

proqnozun  düzgün  olması  ehtimalını  (subyektiv 

və  təcrübəyə  əsaslanan)  əks  etdirən  keyfiyyət 

dərəcəsidir.  Proqnozun  etibarlılığı  proqnozun 

etibarlılıq intervalının genişliyi ilə bağlıdır. 

 

PROQNOZUN 

TƏHLĐLĐ

 

– 

ümumi 


göstəricinin  proqnozunun  ayrı-ayrı  göstəricilərin 

proqnozları  ilə  müqayisəsidir.  Məsələn,  ümumi 



daxili  məhsulun  proqnozu sahələrin  proqnozu  ilə, 

onlar  isə  öz  növbəsində  müvafiq  müəssisələrin 

proqnozları  ilə  uyğunlaşdırılmalıdır.  Proqnozun 

təhlili həmin dövrün proqnozları ilə müqayisəsini, 

faktiki  qiymətlərin  keçmiş  proqnoz  qiymətləri  ilə 

müqayisəsini  nəzərdə  tutur.  Təhlil  mərhələsində 

alternativ  proqnoz  mövcud  olduqda,  onun 

alınmasının ən yaxşı metodunun seçilmə məsələsi 

həll  edilir.  Proqnozun  təhlili  mərhələsində 

proqnozun  iqtisadi  şərhindən  daha  səmərəli  qərar 

qəbul etmək üçün istifadə olunur. 

 

PROQNOZUN 



VERĐFĐKASĐYASI 

(YOXLANMASI)

 – proqnozun düzgünlüyünün 

(yəni 


həyata 

keçirilmə 

ehtimalının) 

və 


dəqiqliyinin 

qiymətləndirilməsinə, 

yaxud 

proqnozun 



əsaslandırılmasının 

yoxlanmasına 

yönəldilmiş metod və üsulların məcmusudur.  

 

PROQRAM 



NƏZARƏTĐ

 

– 

xüsusi 

proqramların  köməyi  ilə  EHM-in  və  onun  ayrı-

ayrı  qurğularının  işlərində daimi  və  təsadüfi  səhv 

faktlarının  olmamasının,  EHM  üçün  proqram 

kodlarının 

ardıcıllığının, 

işlərinin, 

EHM-də 

məlumatların  etibarlılığının  təmin  edilməsi  və 



hesablamaların 

düzgünlüyünün 

müəyyənləşdirilməsi  üsuludur.  Qurğuların  işində 

baş  verə  biləcək  səhvlərə  xüsusi  proqramlarla 

daimi  nəzarət  həyata  keçirilir.  Daimi  səhvlərin 

olmamasına  proqram  nəzarəti  məsələnin  həlli 

prosesində  həyata  keçirilir  (məsələn,  alınmış 

nəticələrin  sonradan  müqayisə  edilməsi  ilə  təkrar 

hesab metodundan istifadə etməklə).  

 

PROQRAM TƏMĐNATI



 – (I) - məlumatların 

işlənməsi  sisteminin  proqram  vasitələrinin  və  bu 

proqramların  istismarı  üçün  zəruri  olan  proqram 

sənədlərinin  məcmusudur.  Proqram  təminatının 

müxtəlif elementləri ilə yerinə yetirilən tapşırıq və 

funksiyalara  uyğun  olaraq,  ümumi  (daxili)  və 

xüsusi  (zəruri)  proqram  təminatı    seçilir.  Ümumi 

proqram 

təminatına 

texnoloji 

mərhələlərin 

avtomatlaşdırılmasını  təmin  edən  idarəetmə  və 

emal  proqramları,  təsvirləri  və  təlimatları, 



alqoritmlərin və proqramların işlənməsi, həmçinin 

EHM-də  hesablama  prosesinin  təşkili  və  nəzarəti 

aiddir.  Ümumi  proqram  təminatının  tərkibinə 

sınaq proqramları, proqramlaşdırma sistemləri və 



əməliyyat  sistemləri  daxildir.  Xüsusi  proqram 

təminatı  özündə  EHM-in  tətbiq  olunmasının 

müxtəlif  sahələrindən  hər  hansı  birinin  həlli 

proqramlarının məcmusunu əks etdirir. 



(II)  -  proqram  təminatı  rəqəmli  qurğuların 

fəaliyyət  göstərməsi  üçün  vacib  olan  komanda 

dəsti kimi müəyyənləşdirilir (Đqtisadi Əməkdaşlıq 

və  Đnkişaf  Təşkilatı).  O,  özündə  sistem,  vasitə 

(göstəriş) və tətbiqi proqram təminatını birləşdirir. 

 

PROQRAM 



TƏMĐNATI 

DƏSTĐ 

(PAKETĐ)

  –  (I)  -  tətbiqi  proqram  sisteminin 

istismarı üçün zəruri olan proqram, üsul, qayda və 

sənədlərin məcmusudur. 



(II) - bütün istifadəçilərə satılan standart proqram 

dəstdə təminatıdır.  



 

 

540 


PROQRAM  TƏMĐNATINA  ĐNVESTĐ-

SĐYA  QOYULUŞLARI 

–  proqram  təminatına 

çəkilən  xərclərdir.  Praktiki  məqsədlər  üçün  təklif 

olunur 


ki, 

proqram 


təminatına 

investisiya 

qoyuluşuna  proqram  təminatının  istifadəsinin 

lisenziya  qiyməti  də  daxil  olmaqla,  kompleks 

(standart)  proqram  təminatının  alınmasına  və 

istifadəçilərin  sifarişi  ilə  hazırlanan  proqram 

təminatına 

çəkilən 


xərclər, 

həmçinin 

müəssisələrin  özləri  tərəfindən  işlənmiş  proqram 

təminatına çəkilən xərclər daxil olunsun. Sonuncu 

istehsal  dəyərində  hesablanmalıdır  və  o  vaxt 

nəzərə  alınır  ki,  onun  faydalı  xidmət  vaxtı  bir 

ildən  az  olmasın.  Sistem-proqram  təminatına 

maddi  aktivlərə  qoyulan  investisiyaların  həcminə 

daxil edilməsi tövsiyə olunur. 

 

PROQRAM  TƏMĐNATINA  QOYULAN 

ÜMUMĐ  ĐNVESTĐSĐYALAR

  –  proqram 



təminatı 

(Đqtisadi 

Əməkdaşlıq 

və 


Đnkişaf 

Təşkilatının  tərifləri  üzrə)  rəqəmli  əməliyyatlar 

üçün  mütləq  əmrlər  dəstini  əks  etdirir.  Buraya 

sistem,  standart  və  tətbiqi  proqram  vasitələri 

daxildir.  Praktiki  məqsədlər  üçün  proqram 

təminatına  qoyulan  investisiyalara,  proqram 

vasitələrinin  işlədilməsi  üçün  lisenziya  ödəmələri 

  daxil  edilməklə,  istifadəçilərin  sifarişi  ilə 

hazırlanmış 

proqram 


paketlərinin 

və 


proqramlarının  alınmasına,  həmçinin    özlərinin 

hazırladığı  proqramlara  çəkilən  xərclərin    daxil 

edilməsi  təklif  olunur.  Özlərinin  hazırladığı 

proqramlar istehsal xərcləri ilə qiymətləndirilməli 

və  yalnız  onların  yararlı  istifadə  olunma  müddəti 

bir  ildən  az  olmadıqda  nəzərə  alınmalıdır. 

Kompüter avadanlığı ilə birlikdə verilən sistem və 

digər standart proqram vasitələri istisna olunur və 

material 

aktivlərinə 

qoyulan 

investisiyanın 

həcmində göstərilir.  

Proqram  təminatlarına  qoyulan  investisiyalar 

bəzən  lisenziyalarla  bağlı  olur.  Bu  lisenziyalar 

əsas fondlar kimi nəzərə alınır.  

 


Download 17.41 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   134   135   136   137   138   139   140   141   ...   183




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling