Redaktorlar: Y. X. Yusifov, E. E. Yaqublu, F.Ə.Əliyev, G. A. Ağamoğlanova


Download 17.41 Mb.
Pdf ko'rish
bet146/183
Sana06.03.2017
Hajmi17.41 Mb.
#1858
1   ...   142   143   144   145   146   147   148   149   ...   183

 

SEÇMƏ  MÜŞAHĐDƏNĐN  NƏTĐCƏLƏRĐ-

NĐN  ŞAMĐL  EDĐLMƏSĐ

  –  baş  məcmunun  

xüsusiyyətlərinin 



seçmə 

məcmusunun 

xüsusiyyətləri  əsasında  müəyyənləşdirilməsidir. 

Statistika  işləri  təcrübəsində  daha  çox  birbaşa 

hesablama  və  əmsal  üsulu  tətbiq  edilir.    Birbaşa 



hesablama  zamanı  -  axtarılan  xüsusiyyət,  verilən 

seçmə  müşahidə  üzrə  məlumatlardan  tapılır  və 

seçmənin  son  dərəcə  mümkün  səhvi  nəzərə 

alınmaqla  müxtəlif  metodlarla  baş  çoxluğa  şamil 

edilir. Beləliklə, orta qiymət üçün 



 

570 


 

X



x

 

±



x

 mövcuddur ki, bu da  

 

x

-  ∆


x



X

 

x



  +  ∆

x

  ikiqat  bərabərsizliyini 

əks etdirir; seçmənin hissəsi üçün: 

P  =  

±

  w;  w  -  w

  P 



  w  +  w  olur  ki, 

burada 

X

  -  baş  çoxluğun  orta  qiymətini; 



x

  - 


seçmənin orta qiymətini; P  - ümuminin hissəsini; 

w  –  seçmənin  hissəsini;  ∆  –  son  dərəcə  mümkün 

səhvi göstərir.  



Əmsal  üsulu  –  qeydiyyat  səhvləri  aşkar  edilmiş 

başdan-başa 

müşahidənin 

məlumatlarına 

düzəlişlər  etmək  üçün  tətbiq  olunur.  Bunun  üçün 

əsaslı  təkrar  seçmə  müşahidəsi  aparılır.  Onun 

məlumatları  başdan-başa  müşahidənin  uyğun 

məlumatları  ilə  tutuşdurulur  (bölmə  yolu  ilə).  Bu 

ədədlərin 

bölünməsindən 

alınan 

qisməti 


dürüstləşdirici  əmsal  kimi  qəbul  edirlər.  Başdan-

başa  müşahidənin  ümumi  yekununu  bu  əmsala 

vurmaqla,  müşahidənin  son  məlumatları  kimi 

qəbul 


edilir. 

Onlar, 


adətən, 

tam 


uçota 

alınmamanın  düzəlişlərlə  yekunu  (məlumatları) 

adlanır.  

 

SEÇMƏ  SƏHVĐNĐN  SON  HƏDDĐ

  –  seçmə 

və  baş  məcmu  xarakteristikaları  arasındakı  yol 

verilə bilən kənarlaşmanın (fərqlərin) son həddidir 



(“Qiymətləndirmənin  dəqiqliyi  göstəriciləri”nə 

bax). 

 

SEÇMƏ  SĐYAHI  (DAĐMĐ  SEÇMƏ)

  – 

müşahidənin aparılmasının bütün dövrləri ərzində 

dəyişməz  qalan  müəssisələrin  məcmusundan 

ibarət seçmə siyahısıdır 



 

SEÇMƏ  VAHĐDĐ

  –  seçmənin  əsasını  təşkil 

edən  və  seçmə  məcmusunun  formalaşdırılması 

üçün  istifadə  edilən  elementdir.  Seçmə  vahidi 

anlayışını 



“müşahidə 

vahidi” 

anlayışından 

fərqləndirmək  lazımdır,  lakin  ayrı-ayrı  hallarda 

onlar  bir-birinə  uyğun  gələ  bilər.  Seçmə 

prosesinin  təşkili  təcrübəsində  seçmə  vahidi  kimi 

yalnız  elementar  müşahidə  vahidləri  deyil, 

həmçinin belə vahidlərin qruplarda (yuvalarda) və  

seriyalarda  (belə  seçmə  vahidləri  seriya  və  ya 

qruplar  adlanır)  birləşmiş    qrupları  da  çıxış  edə 

bilər. Seçmə vahidinə müşahidə vahidlərinin təbii 

qrupları 

da 


xidmət 

edə 


bilər. 

Məsələn, 

demoqrafiya  müayinələrində  seçmə  vahidi  kimi 

evlər  və  mənzillər  də  götürülə  bilər.  Bundan 

başqa, seçmə vahidinə süni yaradılmış vahidlər də 

xidmət  edə  bilər  –  seçmə  vahidi  kimi,  xəritədə 

sayıcı  məntəqəsini  və  ya  sadəcə  olaraq, 

düzbucaqlı  bir  sahəni  götürmək  olar.  Seçmə 

vahidi  müşahidə  vahidindən  kiçik  olmamalıdır. 

Belə  ki,  bu,  sistematik  olaraq,  seçmənin 

reprezentativliyində səhvlərə gətirib çıxara bilər.   

Seçmə prosesində seçmə vahidinin digəri ilə əvəz 

edilməsi  nəticələrin  dəqiqliyinə  mənfi  təsir 

göstərir.  Ona  görə  də  müşahidə  edilərkən  seçmə 

vahidləri sabit saxlanılmalıdır. 

 

SEÇMƏLƏRĐN  ƏVƏZLƏNMƏSĐ  (RO-

TASĐYASI)

  –  seçmə  elementlərinin  qismən  və 

ya  tamamilə  digər  müşahidə  vahidləri  ilə 

əvəzlənməsidir.  Zamanın  müəyyən  kəsiyində  - 

mərhələsində fasiləsiz müayinələrin aparılması və 

statistik xüsusiyyətlərin və öyrənilən göstəricilərin 

qiymətlərinin alınması üçün nəzərdə tutulmuşdur. 

Tələb  olunan  qiymətləndirmənin  xüsusiyyətindən 

və  seçmələrin  əvəzlənməsinin  əhəmiyyətindən 

asılı  olaraq,  o  bir  mərhələdən  digərinə  keçirilə 

bilər.  Adətən  sosioloji  müayinələrdə  əvəzlənmə 

sxemi  “simmetrik”  olur.  Bu  onu  göstərir  ki,  yeni 

elementlər  çoxluğu  seçməyə  eyni  intervalla  daxil 

edilir,  həmin  elementlər  daxil  olunduqdan  sonra 

seçmədə  saxlanılır  və  ya  eyni  sxem  əsasında 

çıxarılır.  Seçmələrin  əvəzlənməsindən  əhalinin 

məşğulluq  problemlərinin  müayinələrinin,  büdcə 

tədqiqatlarının 

keçirilməsində 

geniş  istifadə 

olunur.  



 

SEÇMƏNĐN  ƏSASI

  –  öyrənilməsi  lazım  olan 

vahidlərin  məcmusudur,  yaxud  məcmudan  və 

istənilən  xüsusi  vahidin  bu  məcmunun  tərkibinə 

daxil  edilməsi  və  ya  edilməməsi  qaydalarının 

izahından  ibarət  olan,  onun  müəyyənləşdirilməsi 

sistemidir – vahidin növünün təsviridir. Seçmənin 

əsası  seçmənin  vahidi  ilə  möhkəm  əlaqəlidir,  o, 

seçmə  vahidinin  siyahısı  kimi  müəyyən  edilə 

bilər.  Əgər  seçmənin  vahidi  müşahidə  vahidi  ilə 

üst-üstə  düşürsə,  onda  seçmənin  əsası  baş 

məcmuya  tam  uyğundur.  Əgər  seçmənin  vahidi 

müşahidənin bir çox vahidini birləşdirirsə (seriya, 

yuva),  onda  seçmənin  əsası  baş  məcmudan 

fərqlənir.  Çoxpilləli  seçmədə,  hər  pillədə  özünün 

seçmə  əsası  qurulur.  Đstənilən  seçmənin  əsası, 

tədqiqatın  həm  qurulması  anındakı,  həm  də  onun 

istifadə  anındakı  məqsədinə  uyğun  olaraq,  ikili 

hesablamadan  azad,  dəqiq  və  tam  olmalıdır. 

Seçmənin  əsasının  qurulması  və  istifadəsi  anı 

arasındakı  vaxt  ərzində  seçmənin  əsasının 

köhnəlməsi  seçmənin  nəticələrində  səhvlərə 

gətirib çıxara bilər.  

 

SEÇMƏNĐN 

ƏSASLARININ 

VƏZĐY-

YƏTĐ

  –  seçmə  vahidinin  siyahıda  yerləşmə 

qaydasıdır  (nizamıdır).  Seçmənin  əsası:  1)  seçmə 

vahidi təsadüfi yerləşdiyi siyahı şəklində ola bilər 

–  təsadüfilik  hər  hansı  meyar  (məsələn,  seriyalar 

meyarı)  üzrə  təsdiq  edilmişdir;  2)  işarələrin 

böyüklüyü üzrə sıra ilə düzülmüş siyahı şəklində, 

seçmənin  əsasına  salınmış,  yəni  seçmə  vahidi  bu 

məqsəd  üçün  xüsusi  ayrılmış  işarənin  dəyəri  ilə 



 

571


müvafiq dərəcə üzrə, artan, ya da azalan qaydada 

yerləşir;  3)  hər  hansı  işarə,  ya  da  həmcins 

qruplarda  (tipləşdirilmiş)  işarələr  sistemi  üzrə 

birləşmiş  siyahı  şəklində;  4)  seçilmiş  işarələrin 

strukturunun 

qarşılıqlı 

əlaqəsinin 

müxtəlif 

uyğunluğunu  təmsil  edən  bir,  ya  da  bir  neçə 

kombinasiya  cədvəlində  yerləşdirilmiş  seçmə 

vahidi nömrələrinin məcmusu şəklində; 5) onların 

həcmlərinin  artan  yekunu  hesablanan  bütün 

vahidlərin  siyahısı  şəklində  ola  bilər.  Bunlardan 

başqa,  seçmənin  əsası  sistemləşdirilməmiş  və 

öyrənilməmiş  ola  bilər.  Axırıncıdan  istifadə 

müayinənin  nəticəsində  qarışıqlığa  gətirib  çıxara 

bilər. 

 

SEÇMƏNĐN  HƏCMĐ 

–  seçmə  məcmusunda  

obyektlərin  (vahidlərin)  sayıdır  (n).  Bu,  baş 

məcmudan  seçilmiş  ayrı-ayrı  vahidlər,  yaxud 

onların  qrupları  (yuvaları,  seriyaları)  ola  bilər. 

Seçmənin 

həcminin 

hesablanması 

seçmə 


müşahidəyə  hazırlığın  əsas  mərhələlərindən  biri 

hesab  edilir.  Təşkil  olunan  seçmə  müşahidəsi 

üçün  zəruri  olan  seçmənin  həcmi,  seçmənin 

müxtəlif  üsulları  və  növləri  üçün  xüsusi 

düsturlarla  müəyyən  edilir  (hesablanır).  Seçmə 

müşahidənin 

nəticələrinin 

mötəbərliliyi 

(reprezentativliliyi)  seçmənin  həcmindən  asılıdır. 

Seçmənin 

həcmi 

nə 


qədər 

çox 


olarsa, 

reprezentativlik  xətası  bir  o  qədər  az,  seçmənin 

nəticələri dəqiq olur. Seçmənin həcminin miqdarı 

öyrənilən  əlamətlərin  variasiyasından,  ehtimal 

edilən  seçmə  xətasından  və  baş  məcmunun 

həcmindən  asılıdır.  Əgər  seçmənin  həcminin 

kəmiyyəti  baş  məcmuya  yaxınlaşarsa  və  yaxud 

ona  bərabər  olarsa,  onda  seçmənin  həcmi  baş 

məcmunu  tamamlayır.  Öyrənilən  əlamətlərdə 

yüksək variasiyaya xarakterik olan müxtəlif cinsli 

məcmuların  kəmiyyətcə  öyrənilməsində  belə 

hallar daha çox meydana çıxır. Seçmənin həcmini 

aşağı  salmaq  üçün  bir  sıra  üsullardan  istifadə 

edirlər  ki,  bunun  da  məqsədi  seçmənin  xətasını 

yaradan  variasiyaların  (orta  dəyişkənliyin)  aşağı 

salınması  hesab  edilir.  Bu  üsullara  aiddir:  tipik 



təbəqələrə  ayırma  (“Səciyyəvi  seçmə”yə  bax); 

daha  dəqiq  qiymətləndirmədən  istifadə  etmək 

hesabına  variasiyanı  aşağı  salmaq  üçün  nəzərdə 

tutulmuş  əlavə  məlumatlardan  istifadə  (yəni 

irimiqyaslı 

müayinələrin 

məlumatlarından);  

seçmənin  dəyişkən  hissəsindən  istifadə,  yəni 

seçməyə  müxtəlif  ehtimallarla  (bu,  seçmədə 

məcmunun  daha  çox  dəyişkən,  yaxud  daha  əsas 

hissəsinin  yaxşı  təmsil  olunmasına  imkan  verir) 

müxtəlif  təbəqələrdən  vahidlərin  (elementlərin) 

daxil  edilməsi;  seçmənin  optimal  çərçivəsində 



çoxpilləli seçmələrdən istifadə

 

SEÇMƏNĐN  ORTA  (STANDART)  XƏ-

TASI

 – qiymətləndirmənin dəqiqliyinin kəmiyyət 

xarakteristikasıdır  (“Qiymətləndirmənin  dəqiqliyi 



göstəriciləri”nə  bax).  Seçmənin  orta  (standart) 

xətası seçmənin əlamətlərinin riyazi gözləməsinin 

mümkün  kənarlaşmasının  kəmiyyətini  göstərir. 

Nisbi  standart  xəta  (qiymətlərin  variasiya  əmsalı) 

kənarlaşmanın 

qiymətinin 

qiymətləndirilən 

kəmiyyətdən faizlə fərqini göstərir. Seçmənin orta 

(standart) xətası 3 kəmiyyətdən asılıdır: öyrənilən 

əlamətin  dəyişkənliyindən,  seçmənin  həcmindən 

və  seçmənin  payından.  Seçmənin  orta  (standart) 

xətası müşahidə edilən əlamətə əsasən hesablanır. 



 

SEÇMƏNĐN PAYI

 – seçmənin həcminin nisbi 

kəmiyyətidir.  Seçmənin  payı  seçmənin  həcminin 

baş  məcmuya  olan  nisbəti  kimi  hesablanır.  Bir 

qayda  olaraq,  çoxpilləli  seçmədə  seçmənin 

müxtəlif  paylarından  istifadə  edilir.  Özlüyündə 

ölçülmüş  seçmədə  tədqiqatın  müxtəlif  sahələri 

üçün seçmənin  payının  eyni  olması  xarakterikdir; 

seçmənin  hər  bir  pilləsində  müxtəlif  seçmə 

paylarından istifadə edilə bilər.  

 

SENTROQRAFĐK 

METOD

 

əhalinin 

öyrənilməsində 

– 

müxtəlif, 



geodemoqrafik 

adlanan 


mərkəzlərin 

tapılması, 

onların 

trayektoriyasının    dəyişdirilməsi  yolu  ilə  əhalinin 

tədqiqinin analitik  və  qrafik  üsullar  məcmusudur. 

Verilmiş  ölkə  üçün  əhali  sıxlığının  ümumi  və 

regional  mərkəzləri;  xüsusi  mərkəzlər  –  şəhər  və 

kənd  əhalisi  üçün  işçi  qüvvəsi  mərkəzləri  və  s. 

seçilir.  

 

SENZ



  –  (lat.  census,  censeo  –  siyahı  tuturam, 

siyahıyaalma)  –  1)  Qədim  Romada  vətəndaşların 

siyahıyaalınması,  onların  sosial-siyasi,  hərbi  və 

vergi  vəziyyətini  müəyyən  etmək  üçün  əmlakı 

göstərilirdi;  vergilərin  miqdarını  müəyyən  etmək 

məqsədilə  və  vətəndaşların  əmlakının  vəziyyətini 

müəyyənləşdirmək  üçün  Qədim  Romada  aparılan 

siyahıyaalmaların  adıdır.  Senz  siyahıları  tərtib 

edilərkən  Roma  vətəndaşları  and  altında  öz 

əmlaklarını 

qiymətləndirirdilər, 

yaşlarını, 

mənşəyini,  ailə  vəziyyətini  göstərərdilər;  bu 

məlumatlardan əhalinin əmlak dərəcələri və hərbi 

bölmələr üzrə bölünməsində istifadə olunurdu; 2) 

orta əsrlərdə Qərbi və Mərkəzi Avropada – kəndli 

natura,  yaxud  pul  vergisi;  3)  Böyük  Britaniya, 

ABŞ 


və 

başqa 


ingilisdilli 

ölkələrdə 

siyahıyaalmanın 

adıdır. 


Mənzillərin 

siyahıyaalmaları  ilə  eyni  zamanda  keçirilən 

əhalinin  siyahıyaalınmasından  başqa,  istehsal, 

ticarət  siyahıyaalmaları  senzə  aiddir;  4)  insanın 

bir  sıra  siyasi  hüquqlardan  (məsələn,  yaş,  əmlak, 

təhsil  senzi)  istifadəyə  yol  vermək  şərtləridir;  5) 

statistika 

işlərinin 

aparılmasında 


 

572 


(siyahıyaalmalarda,  seçmə  müayinələrdə  və  s.) 

obyektin  tədqiq  olunan  məcmuya  aid  edilməsi 

üçün  əsas  kimi  xidmət  edən  bir  sıra  əlamətlərin 

(adətən,  kəmiyyət  ifadəsində)  mövcudluğudur. 

Məsələn, 1918-ci ildə sənaye siyahıyaalınmasında 

senz  sənayesinə  (kiçiklərdən  fərqli  olaraq) 

mexaniki  mühərriksiz,  30  və  daha  çox  işçiyə 

malik  olan  və  ya  mexaniki  mühərriki  olan  və  16 

və daha çox işçisi olan müəssisələr aid edilmişdir. 

 

SENZURADAN  KEÇMĐŞ  (KƏSĐLMĐŞ)  

SEÇMƏ

  –  itirilmiş  və  ya  atılmış  ekstremal 

qiymətlərlə  və  ya  variasiya  sırasının  orta  qiyməti 

nizamlanmış  χ

1

≤χ



2

≤...≤  χ


n

  müşahidələrdən  

alınan 

seçmədir. 



Nizamlama 

ölçmələrin 

nəticələrinə  yeni  xüsusiyyətlər  verir.  Senzuradan 

keçmiş  seçmə  yalnız  əlamətin  qiymətlərini  deyil, 

həm  də  onların  müşahidə  sırasında  yerini  də  əks 

etdirir.  χ



i

    müşahidələri  statistika  sırası  adlanır. 

Senzuradan  keçmiş  seçmədə,  əsasən,  statistika 

müşahidələri 

metodu 

ilə 


müəyyən 

edilən 


kəsmənin  iki  növü  fərqləndirilir.    Əgər  ən  kiçik  

r

1

  və  ən  böyük    r



2

  qiymətləri  atılırsa,  onda  bu, 

senzuraya  alınmanın  birinci  növüdür.  Bu  halda 

kəsiyin sərhədi məlumdur və sanki seçməyə daha 

bir  müşahidə  əlavə  edilir.  Baxılan  müşahidələrin  

qalan  sayı  təsadüfi  kəmiyyətdir.  Əgər  ən  kiçik 

qiymətlərin  təsbit  edilmiş 

α

hissəsi  və  ən  böyük 



qiymətlərin  təsbit  edilmiş

β

  hissəsi  atılırsa,  onda 



bu,  senzuraya  alınmanın  ikinci  növüdür.    Qalan 

müşahidələrin sayı əvvəlcədən verilən və (1-

α

-

β



)-ə  bərabər olan kəmiyyət hesab edilir.  

          

µ



)

(

1



i

i

n

i

χ

α



=

,   



σ



)

(

1



i

i

n

i

χ

β



=

 



statistika  dərəcələri  üçün 

α

i

  və 

β

i



  optimal 

çəkilərinin  tapılması  ilə  nəticələnən  optimal  xətti 

qiymətlərin qurulması metodu işlənmişdir. 

Çəkilərin 

qiymətləri 

baş 

məcmunun 

ilkin 


növündən, 

seçmənin 

həcmindən, 

kəsiyin 


növündən  asılıdır.  Bu  metodla  alınan  qiymətlər 

bütün  mümkün  xətti  qiymətlər  arasında  əsaslı 

(doğru), qeyri-qarışıq və daha səmərəlidir. 

 

SERĐYALI  (YUVALI)    SEÇMƏ



  –  vahidləri 

konkret bir yuvaya (seriyaya; qrupa) aid olan, bir-

biri  ilə  kəsişməyən  təsadüfi  seçilmiş  elementlər 

(elementar 

vahidlər) 

seriyasının 

(yuvasının,  

qrupunun)  müəyyən  sayından  ibarət    olan 

altçoxluqdur.  Seriya  (yuva)  eyni  (müadil  (bir 

böyüklükdə  olan)  seriyalar)  və  ya  müxtəlif  saylı 

elementlərdən ibarət ola bilər. Seçilmiş yuvalarda 

ya  yuvanın  bütün  elementləri,  ya  da  onların  bir 

hissəsi müayinə edilə bilər (“Çoxpilləli seçmə”yə 

bax).  Əgər  seçilmiş  yuvalarda  bütün  vahidlər 

müayinə  edilirsə,  onda  belə  seçmə    birpilləli 

yuvalı  (seriyalı)  seçmə,  onun  formalaşdığı 

(qurulduğu)  çoxluq  isə  seçmənin  ilkin  çoxluğu 

adlanır.  Əgər  birinci  pillədə  seçilmiş  yuvalarda 

(seriyalarda) 

vahidlərin 

sonrakı 

altseçimi 

aparılırsa (yəni  yuvanın  elementlərinin  bir  hissəsi 

müşahidə  olunursa),  onda  belə  seçmə  iki  pilləli 

yuvalı, onun çoxluğu isə seçmənin ikinci çoxluğu 

adlanır 


və 

s. 


Yuvalı 

seçmənin 

formalaşdırılmasında seriyaların (yuvaların) və ya 

vahidlər  qrupunun  (elementlərin)  seçilməsi  ya 

təsadüfi,  ya  da  mexaniki  seçmə  (seçmənin 

əsasında  kifayət  sayda  vahid  olduqda)    yolu  ilə 

həyata 

keçirilir. 



Seriyalı 

seçmədən 

demoqrafiyada, 

sosiologiyada, 

iqtisadiyyatda 

aparılan  seçmə  müayinələrdə  geniş  istifadə 

olunur. 

 

SERĐYALI 



ĐSTEHSA

L 

– 

məmulatların 



müəyyən 

olunmuş 


müntəzəmliklə, 

böyük 


partiyalarla  (seriyalarla)  buraxılışının  xarakterik 

olduğu  istehsalın  təşkili  formasıdır.  Seriyalı 

istehsal  il  ərzində  məmulatların  kifayət  qədər 

böyük  nomenklaturada  daimi  buraxılışını  nəzərdə 

tutur.  Buraxılan  məmulatların  nomenklaturası 

aylıq  nomenklaturadan  daha  geniş  ola  bilər. 

Seriyalı  istehsal  dəzgahqayırma,  qara  metal 

prokatının  istehsalı  və  s.  üçün  xarakterikdir. 

Seriyalı  istehsal  çoxşaxəlidir  və  alt  növlərə 

bölünür:  kiçik  seriyalı,  seriyalı  və  iri  seriyalı. 

Kiçik  seriyalı  istehsal  tək,  iri  seriyalı  –  kütləvi 

istehsala meyl edir (“Đri seriyalı istehsal”, “Kiçik 



seriyalı istehsal” və “Fərdi istehsal”a bax).  

 

SERTĐFĐKAT



 

 

məhsulun 

keyfiyyətinin 

doğruluğunu,  onun  mənşəyini,  qiymətli  kağıza 

sahib  olma  haqqını,  ya  bank  əmanətini  alma 

haqqını  və  buna  oxşar  haqları  təsdiq  edən 

sənəddir.  Sertifikatlar  aşağıdakı  növlərə  bölünür: 

səhmdar 


(sahibkarın 

səhmdar 


cəmiyyətinin 

kapitalında  ona  aid  olan  səhm  kateqoriyasına  və 

nizamnaməyə  uyğun  gələn  hissəsindəki  haqqını 

təsdiq  edən  qiymətli  kağız);  sığorta  (sığorta 

müqaviləsinin  bağlanmasını  təsdiq  edən  sənəd); 

depozit,  ya  da  əmanət  (hüquqi  ya  da  fiziki 

şəxslərin  pul  vəsaitlərinin  kredit  müəssisələrinə 

əmanət 


olaraq 

qoyulması 

haqqında 

yazılı 


şəhadətnamə) və s. 

 

SERTĐFĐKATLAŞDIRILMIŞ  MƏHSUL



  – 

məhsulun  müvafiq  texniki  şərtlərə  (texniki 

tələblər,  texniki  reqlament  tələbləri)  cavab 

verdiyini  təsdiq  edən,  konkret  standartlara,  ya  da 

digər normativ sənədlərə uyğun gələn məhsuldur. 

Sertifikatlaşdırılmış  məhsul  keyfiyyət  haqqında 

sertifikat ilə təmin edilməlidir. 

 


 

573


SERTĐFĐKATLAŞDIRILMIŞ 

VASĐTƏ-

LƏRĐN  VƏ  ĐNFORMATĐZASĐYA  SĐS-

TEMLƏRĐNĐN  SINAQDAN  KEÇĐRĐL-

MƏSĐ 

–  müvafiq  vasitələrin  və  onların  təyinat 

sisteminin  və  imkanlarının  qiymətləndirilməsi  və 

yoxlanması üçün eksperimentlərin məcmusudur.  

 

SERTĐFĐKATLAŞDIRMA

  –  malın  (işlərin, 

xidmətlərin)  standartların  məcburi  tələblərinə 

uyğunluğunun təsdiq edilməsi və müvafiq sənədin 

verilməsi 

üzrə 

vəkil 


edilmiş 

orqanların 

fəaliyyətidir. Məhsulun sertifikatlaşdırılması üçün 

müxtəlif 

normativ-texniki 

sənədlərdən, 

standartlardan,  ixrac  məhsullarına  tətbiqdə  isə 

yuxarıda  göstərilənlərdən  əlavə  beynəlxalq  və 

digər ölkələrin milli standartlarında istifadə edilir. 

Azərbaycanda  sertifikatlaşdırma  üzrə  milli  orqan 

Azərbaycan  Respublikasının  Standartlaşdırma, 

Metrologiya  və  Patent  üzrə  Dövlət  Komitəsi 

sayılır.  Sertifikatlaşdırmanın  sınaqdan  keçirilməsi 

Komitə  tərəfindən  akkreditasiya  olunmuş  xüsusi 

mərkəzlərdə 

(yoxlama 

laboratoriyalarında) 

aparılır.  Bu  və  digər  qanunvericiliklə  nəzərdə 

tutulmuş  hallarda  Standartlaşdırma,  Metrologiya 

və  Patent  üzrə  Dövlət  Komitəsi  tərəfindən 

müəyyən  edilmiş  nomenklatura  üzrə  məhsulların 

mütləq  sertifikatlaşdırılması  həyata  keçirilir. 

Məcburi sertifikatlaşdırmaya insanların sağlamlığı 

və  ətraf  mühit  üçün  potensial  təhlükə  yaradan, 

həmçinin  istehlakçının  əmlakına  zərər  verə 

biləcək  bütün  məhsullar  aid  edilir.  Könüllü 

sertifikatlaşdırma  hüquqi  şəxs  və  vətəndaşın  öz 

təşəbbüsü  ilə  ərizəçi  və  sertifikatlaşdırma  orqanı 

arasındakı  müqavilə  əsasında  aparılır.  Hüquqi 

şəxs  tərəfindən  alınan  bu  sertifikat  məhsulun 

yüksək  keyfiyyətinə əlavə zəmanət verir. Xaricdə 

sertifikatlaşdırmanın  və  uyğunluq  nişanlarının 

tanınması  Azərbaycanın  da  iştirakçısı  olduğu  

çoxtərəfli və ikitərəfli razılaşmalar əsasında təmin 

edilir. 


Download 17.41 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   142   143   144   145   146   147   148   149   ...   183




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling