Redaktorlar: Y. X. Yusifov, E. E. Yaqublu, F.Ə.Əliyev, G. A. Ağamoğlanova


Download 17.41 Mb.
Pdf ko'rish
bet147/183
Sana06.03.2017
Hajmi17.41 Mb.
#1858
1   ...   143   144   145   146   147   148   149   150   ...   183

 

SERVER

  (en.  server)  –  resursları  istifadəçilər 

tərəfindən istifadə olunan şəbəkədəki kompüter və 

ya 

xüsusiləşdirilmiş 



kompüterdir. 

Server 


istifadəçilərin  şəbəkə  resurslarına,  fayllara  və 

printerlərə bölünməsi müraciətini təmin edir. 



 

SƏBƏBLƏR  ÜZRƏ  ÖLÜM

  –  “Ölümün 



səbəbləri”nə bax. 

 

SƏCĐYYƏVĐ 

(RAYONLAŞDIRILMIŞ)  

SEÇMƏ

  –  1)  seçmə  növüdür  (təbəqələşmiş 

seçmənin  variantlarından  biridir);  2)  oxşar 

(səciyyəvi)  qruplara  və  ya  öyrənilən  əlamətlərə 

dair  təbəqələri  əks  etdirən,  altməcmudan  (yəni 

öyrənilən  məcmunun  hissələrindən)  təsadüfi 

seçilmiş  vahidlərin  müəyyən  sayından  ibarət 

altçoxluqdur.  Təbəqələr  (qruplar)  elə  yaranır  ki, 

onların  hər  birinin  daxilindəki  vahidlər  mümkün 

qədər  bir-birinə  daha  çox  oxşar  olsunlar  (yəni 

söhbət  hər  bir  təbəqənin  daxilindəki  kiçik  və  ya 

orta 

variasiyalardan 



gedir). 

Əgər 


kiçik 

məcmuların  hər  birindən  vahidlər  təsadüfi 

qaydada  seçilərsə,  onda  səciyyəvi  seçmə  kiçik 

məcmulardan  olan  bir  sıra  təsadüfi  seçmələrlə 

(səciyyəvi  qruplar  və  ya  təbəqələrlə)  eyni 

əhəmiyyətə  malik  olur.  Yaranmış  hər  bir 

təbəqədən  vahidlərin  seçimi  ya  təsadüfi  qaydada, 

ya  da  mexaniki  seçmə  yolu  ilə  (təbəqədə  kifayət 

sayda 

vahid 


olduqda) 

aparılır. 

Səciyyəvi  

seçmənin    əsas  mahiyyəti  ondadır  ki,  məcmunun 

təbəqələşməsi  hesabına  seçmənin  eyni  həcmli 

məcmusundakı 

sadə 

təsadüfi 



seçmə 

ilə 


müqayisədə  seçmənin  daha  dəqiq  nəticələrini  və 

ya  seçmənin  kiçik  həcmində  belə  dəqiqliyi  əldə 

etmək olsun. Bununla yanaşı, təbəqələşmə prosesi 

səmərəli  olduqda,    səciyyəvi  seçmənin  nəticələri 

də  daha  dəqiq  olur.  Belə  ki,  seçmənin  xətası 

yalnız  səciyyəvi  qruplar  daxilində  variasiya  ilə 

şərtlənir  (xəta  kiçik  olduqda,  qrupdaxili  variasiya 

da  kiçik  olur  və  qiymət  dəqiqləşir).  Təbəqələşmə 

üçün, bir qayda olaraq, qruplaşdırma metodundan 

istifadə olunur. Əgər təbəqələşmə nəticənin yalnız 

məcmu 

üzrə 


bütövlükdə 

alınmasına 

yönəldilmişdirsə,  onda  seçimin  aparılmasından 

əvvəl  səciyyəvi  seçmənin  hesablanmış  həcminin 

təbəqələr  (qruplar,  hissələr)  üzrə  yerləşdirilməsi 

vacibdir.  Yerləşdirmə  ya  bərabər  ölçüdə  (hər  bir 

təbəqədə  eyni  sayda  vahid  seçilir),  ya  təbəqədə 

olan  vahidlərin  sayına  görə  proporsional,  ya  da 

təbəqənin  ölçüsü  və  onda  olan  əlamətlərin 

dəyişkənliyi 

(variasiyası) 

nəzərə 


alınmaqla 

(optimal 

yerləşdirmədə) 

aparılır. 

Səciyyəvi 

seçmədən  həm    təsadüfi  seçmənin,  həm  də 

mexaniki  seçmənin  tətbiqi  (öyrənilən  əlamətlər 

sisteminin 

böyük 

variasiyalı 



və 

onların 


qiymətlərinin  asimmetrik  bölüşdürülməsi  nəticəsi 

olaraq)  qeyri-mümkün  olduqda,  yekcins  olmayan 

məcmuların öyrənilməsində istifadə edilir. 

 

SƏFƏRLƏR

  (turizm)  –  tədiyə  balansının 

kateqoriyası  (elementi)  kimi,  özündə  gələnlər 

(müəyyən  ölkəyə  gələnlər,  turistlər)  tərəfindən 

istehlak olunan mal və xidmətlər kompleksini əks 

etdirir 

və 


bununla  da 

beynəlxalq  ticarət 

xidmətlərinin 

digər 


növlərindən 

fərqlənir. 

Gələnlərə 

mövcud 


iqtisadi 

ərazidə 


olma 

müddətləri  bir  ildən  az  olan  şəxslər,  həmçinin 

gəldiyi  ölkədə  heç  olmazsa  bir  gün  gecələyən 

turistlər  (səyahətçilər)  və  gəldiyi  andan  24  saat 

ərzində ölkəni  tərk  edən tranzit  sərnişinlər aiddir. 

Ancaq  bəzən  səfərlərə  müalicə,  təhsillə  bağlı, 

başqa  ölkədə  işlə  bağlı  müntəzəm  olaraq  sərhədi 


 

574 


keçən  mövsümi  və  sərhədyanı  işçilər  də  daxil 

edilirlər. 

Səfərlər  tədiyə  balansı  təsnifatında  iki  yerə  -  

işgüzar və şəxsi səfərlərə bölünürlər. 

“Səfərlər”  maddəsində  gələnlər  tərəfindən  ölkədə 

olduqları  dövrdə  şəxsi  istehlakları  üçün  satın 

aldıqları  və    əvəzsiz  əldə  etdikləri  (məsələn, 

qohumların evində pulsuz yaşamaq) bütün mal və 

xidmətlərin dəyərləri qeyd olunur. 

 

SƏHĐYYƏ  SAHƏSĐNDƏ  XĐDMƏTLƏR

  – 


əhalinin  sağlamlığının  qorunması  ilə  bağlı 

xidmətlərdir.  Onlara  xəstəxanaların,  ixtisaslaşmış 

mərkəzlərin,  sanitar-profilaktika  müəssisələrinin 

(ümumi 


profilli 

həkimlərin 

və 

həkim 


mütəxəssislərin  göstərdikləri  məsləhət  xidmətləri 

və  ambulatoriya  müalicəsi,  o  cümlədən  şəxsi 

təcrübə qaydasında) xidmətləri; sanatoriyaların və 

kurortların  bazasında  müalicələrin  və  sağlamlıq 

tədbirlərinin  aparılması  üzrə  xidmətlər;  paratibbi 

heyətin həyata keçirdiyi xidmətlər aid edilir. 



 

SƏHĐYYƏ  SĐSTEMĐ

  –  xəstəxanalar  və  

ambulatoriya-poliklinika 

müəssisələri, 

doğum 


evləri,  feldşer-mama  məntəqələri,  təcili  tibbi 

yardım 


stansiyaları, 

sanitar-sağlamlıq 

müəssisələri,  sanitar-epidemiologiya  stansiyaları 

və  s.  daxil  edilməklə,  müxtəlif  tipli  müalicə-

profilaktika fəaliyyətini əhatə edir. 

Səhiyyə  sisteminin  vəziyyəti  göstəriciləri  səhiyyə 

sisteminin  inkişafının  kəmiyyət  xarakteristikasını 

əks  etdirir  və  onlara  səhiyyə  müəssisələrinin 

şəbəkəsi,  onların  maddi-texniki  bazası,  tibbi 

kadrlarla  –  həkimlərlə,  orta  və  kiçik  tibbi  heyətlə 

(ixtisas, 

cins, 


peşə 

hazırlığının 

səviyyəsi) 

təminatın mövcudluğu və səviyyəsi aiddir. 



 

SƏHĐYYƏ 

STATĐSTĐKASI

 

– 

səhiyyə 


sisteminin:  səhiyyə  müəssisələri  şəbəkəsinin, 

onların  vəziyyəti  və  təchiz  edilməsinin;  tibbi 

kadrların  (həkimlər,  orta,  kiçik  tibbi  və  digər 

heyət)  inkişafının  kəmiyyət  xarakteristikasını 

öyrənən sanitar statistikanın altsahəsidir.     

 

SƏHĐYYƏ,  ĐDMAN  VƏ  SOSĐAL  TƏMĐ-

NAT 

XĐDMƏTLƏRĐNĐN 

GÖSTƏRĐL-

MƏSĐ  (BURAXILIŞI)

  –    bu  sahələrin 

müəssisələri 

(xəstəxanalar, 

poliklinikalar, 

sanatoriyalar,  istirahət  evləri,  turist  bazaları, 

stadionlar, 

idman 

klubları, 



sosial 

təminat 


müəssisələri  və  s.)  tərəfindən  göstərilən  bazar  və 

qeyri-bazar xidmətlərinin dəyəridir.  



Bazar  buraxılışı  (xidməti)    göstərilən  pullu 

xidmətlərin dəyərini özündə əks etdirir. 



Qeyri-bazar  buraxılışı  (xidməti)  -    dövlət 

büdcəsindən  və  qeyri-dövlət  büdcə  fondlarından 

maliyyələşdirilən  müəssisə  və  təşkilatların  cari 

xərclərinin  və  sahənin  əsas  kapitalının  sərfinin 

(istehlakının) həcminin cəmi ilə müəyyən edilir.  

 

SƏHM

  (I)  –  səhmdar  cəmiyyətinin  nizamnamə 

kapitalının  bir  hissəsidir.  Səhm  qiymətli  kağız 

olub,  onun  sahibinə  səhmdar  cəmiyyətinin 

mənfəətinin  bir  hissəsini  dividentlər  (gəlirlər) 

şəklində 

almaq, 


idarə 

etmədə 


iştirak 

və 


cəmiyyətin  ləğvindən  sonra  qalan  əmlakın  bir 

hissəsinə  malik  olmaq  hüququ  verir.  Səhm 

sahibinin  səhmdar  cəmiyyətinə  qoyduğu  kapitalı 

geri  götürməyə  haqqı  yoxdur,  lakin  səhmi  fond 

birjasında  sata  bilər.  Səhmdə  göstərilən  məbləğ 

onun  nominal  dəyəridir,  faktiki  satış  qiyməti  isə 

səhmin  məzənnəsi  adlanır  və  adətən,  nominal 

dəyərə  uyğun  gəlir.  Səhmlər  istifadə  xarakterinə 

görə adlı və adsız, gəlir gətirmə qabiliyyətinə görə 

isə adi və imtiyazlı olurlar.  



(II)  -  cəmiyyətin  səhmdarına  hüquq,  xüsusən  səs 

hüququ və mülkiyyət hüququ verən qiymətli kağız 

olmaqla, 

dividentləri, 

səhmlərin 

alınmasını, 

satışını və kapitalda iştirak payını, səhmlərin və s. 

kapitalda iştirak payını əhatə edir. 

 

SƏHM  SERTĐFĐKATI

  –  səhmdarın  malik 

olduğu  bütün  səhmlərin  hamısına  qiymətli 

kağızdır.  

 

SƏHMDAR



  –  bir  və  ya  bir  sıra  səhmdar 

cəmiyyətlərinin  bir  və  ya  bir  neçə  səhmlərinin 

sahibi  olan  fiziki  və  ya  hüquqi  şəxsdir  və 

göstərilənlərlə  bağlı  yaranan  bütün  hüquqlardan 

istifadə edir.  

 

SƏHMDAR  CƏMĐYYƏTĐ

  –  nizamnamə 

kapitalı müəyyən sayda səhmlərə bölünmüş (və ya 

cəmiyyətin  üzvlərinin  şəxsi  amilləri  nəzərə 

alınmadan, 

nizamnaməyə 

uyğun 


olaraq 

yaradılmış) 

cəmiyyətdir. 

Onları 


səhmdar 

adlandırırlar,  onlar  paya  deyil,  səhmlərə  malik 

olurlar.  Səhmlər  buraxmağa  yalnız  səhmdar 

cəmiyyətlərinin 

hüququ 

vardır. 


Səhmdar 

cəmiyyətinin  iştirakçıları  (səhmdarlar)  onun 

öhdəliyi  üzrə  cavabdehlik  daşımırlar,  lakin 

cəmiyyətin  fəaliyyəti  ilə  bağlı  zərər  üçün  onlara 

mənsub  səhmlərin  dəyəri  müqabilində  risk 

daşıyırlar. Onlar öz səhmlərini digər şəxslərə verə 

bilərlər.  Səhmdar  cəmiyyətlərinin  əsas  formaları 

qapalı,  açıq  tipli  cəmiyyətlərdir.  Cəmiyyətin 

təsisçisi  (səhmdar)  olan  hüquqi  şəxslər  öz 

təsərrüfat müstəqilliyini və hüquqi şəxs statusunu 

saxlayırlar. 

 

SƏHMĐN  NOMĐNAL  SAHĐBĐ 

–  səhm 

sahibinin  tapşırığı  ilə  öz  adından  səhmdar 

cəmiyyətlər  reyestrində  qeydiyyatdan  keçmiş  və 

səhmlərə  sahib  olan  hüquqi  şəxsdir.  Səhmin 



 

575


nominal 

sahibi 


əmlak 

fondları, 

banklar, 

investisiya 

institutları 

(investisiya 

məsləhətçilərindən 

başqa), 


deponentlər 

ola 


bilərlər. 

 

SƏHMĐN  NOMĐNALI



  –  səhmin  emissiyası 

(emissiya layihəsində) anında onun bəyan edilmiş 

dəyəridir.  

 

SƏHMLƏRƏ 



VƏ 

MƏNFƏƏTDƏ 

ĐŞTĐRAKA    HÜQUQLARIN  ALINMA-

SINA  ÜMUMĐ  KAPĐTAL  QOYULUŞU 

vahidin  əsas  kapitalına  aid  edilən  səhmlərin  və 

mənfəətdə 

iştirak 


hüquqlarının 

alınmasına 

yönəldilmiş  vəsaitlərin  həcmidir.  Səhmlərin 

alınması  və  mənfəətdə  iştirak  hüquqlarının 

alınması alış qiymətləri ilə qiymətləndirilir. 

 

SƏHMLƏRĐN 



DENOMĐNASĐYASI

 

–   

şirkətin    əvvəllər  buraxdığı  səhmlərin  bu  şirkətin 

səhmlərinin  digər  nominalları  ilə  müəyyən 

nisbətdə  dəyişdirilməsi  yolu  ilə  səhmlərin 



nominalının dəyişməsidir. 

 

SƏHMLƏRĐN  EMĐSSĐYASI



  -  (“Qiymətli 

kağızların emissiyasına bax). 

 

SƏHMLƏRĐN  GƏLĐRLĐLĐYĐ



  –  aşağıdakı 

düsturlarla hesablanan kəmiyyətdir: 

a)  əgər  səhm  satılmamışdırsa  (səhmlərin  cari 

gəlirliliyi): 

 

%

100



:

=



Q

D

P

 



burada:  D  –  dövr  ərzində  əldə  olunmuş  (və  ya 

hesablanmış) divident; Q – səhmlərin alış qiyməti; 

P – faizlə səhmlərin gəlirliliyidir; 

b)  əgər  səhm  satılmışdırsa  (səhmlərin  yekun 

gəlirlililiyi): 

 

%



100

)

(



:

)

(



1

1

2





+

=

H



Q

Q

Q

D

P

h

  

 



burada:  D

h

  –  səhmlərə  sahib  olma  dövründə  əldə 



olunmuş divident; Q

1

 – səhmlərin alış qiyməti; Q



2

 

–  səhmlərin  satış  qiyməti;  H  –  səhmlərə  sahib 



olma illəridir (dövrü). 

 

SƏHMLƏRĐN  KURSU  –səhmdar  cəmiyyətinin 



səhmlərinin  konkret  qiymətidir.  Əvvəlcə  səhmlər 

buraxılarkən  onun  nominal  kursu  formalaşdırılır 

ki,  bu  da  səhmin  özündə  göstərilir.  Səhmin  bazar 

kursu  alqı-satqı  prosesində  və  yaxud  qiymətli 



kağızlar  bazarında  (fond  birjalarında,  əmtəə 

birjalarının 

fond 

şöbələrində, 



investisiya 

şirkətlərində,  banklarında  və  qiymətli  kağızların 

yerləşdirilməsinə 

lisenziyası 

olan 

digər 


təşkilatlarda),  onun  alış  (satış)  qiyməti  ilə 

aydınlaşdırılır.  Səhmin  bazar  kursu  uzunmüddətli 

ssudalar  üzrə  divident  tarifi  və  bank  faizi 

arasındakı  nisbətlərdən,  səhmdar  cəmiyyətinin 

etibarından 

və 


onun 

maliyyə-təsərrüfat 

fəaliyyətinin 

nəticəsindən 

formalaşan 

konyunktura 

mülahizələrinə 

görə 


müəyyənləşdirilir. Bəzən səhm kursu dedikdə, bir 

səhmə 


hesablamaqla 

səhmdar 


cəmiyyətin 

mülkiyyətinin  dəyəri  kimi  müəyyənləşdirilən, 

səhmin balans dəyəri başa düşülür.  

 

SƏHMLƏRĐN  MƏZƏNNƏ  ĐNDEKSĐ



  –  1) 

fond  birjalarının  qiymətli  kağızlar  bazarının 

vəziyyətinin ümumiləşdirici göstəricisidir; 2) fond 

birjalarında  təyin  edilmiş  qiymətlə,  səhmlərin 

müəyyən  hissəsinin  və  ya  hamısının  gündəlik 

birja 

qiymətlərinin 



səviyyəsinin 

rəqəmlərlə 

ifadəsidir.  Hər  bir  iri  fond  birjası  öz  səhm  kursu 

indeksini  (bəzən  hesabatı  fond  birjalarından 

uyğun  məlumat  alan  hər  hansı  bir  kommersiya 

strukturu  həyata  keçirir)  hesablayır.  Dünyada 

daha çox məşhur olan səhm kursu indeksi – ABŞ-

da 


Dou-Jons, 

Böyük 


Britaniyada 

Futsi, 


Yaponiyada NĐKKEY hesab olunur.  

 

SƏHMLƏRĐN  NƏZARƏT  PAKETĐ



  – 

sahibinə  səhmdar  cəmiyyətinin  fəaliyyətinə  tam 

nəzarət  etməyə  imkan  verən  səhmlərin  sayıdır. 

Səhmlərin 

mütləq 

nəzarət  paketi 



səhmdar 

cəmiyyətinin  səhmlərinin  ümumi  sayının  50%-

dən  çoxunu  təşkil  edir.  Səhmlərin  nəzarət  paketi 

maliyyə  kapitalı  maqnatlarının  əlində  cəmləşir. 

Onlar  iştirak  sistemi  vasitəsilə  səhm  nəzarət 

paketi  20-30%,  bəzən  isə  5-10%  olduqda  belə, 

səhmdarlar  cəmiyyətində  tam  ixtiyar  sahibi 

olurlar. 

 

SƏHMLƏRĐN  SATILMASI  VƏ  GƏLĐR-

LƏRĐN  BÖLÜŞDÜRÜLMƏSĐNDƏ  ĐŞTĐ-

RAK  HÜQUQUNUN  VERĐLMƏSĐ  (ÖTÜ-

RÜLMƏSĐ)

  –  hesabat  dövrü  ərzində  vahidin 

kapitalının  satılmasının  əsası  kimi  baxılan 

səhmlərin 

dəyərini 

və 

gəlirlərin 



bölüşdürülməsində  iştirak  hüququnu  göstərir. 

Səhmlərin 

satılması 

və 


gəlirlərin 

bölüşdürülməsində  iştirak  hüququ  balans  dəyəri 

üzrə  deyil,  satıcı  tərəfindən  qəbul  edilmiş 

mülkiyyətin  ötürülməsi  (verilməsi)  ilə  bağlı 

xərclər 

çıxılmaqla, 

faktiki 

qiymətlər 

üzrə 

qiymətləndirilir. 



 

SƏHMLƏRĐN 

VƏ 

KAPĐTALDA 

ĐŞTĐRAK  PAYININ  SATILMASI

  -  hesabat 

dövründə  vahidin  əsas  kapital  kimi  malik  olduğu 



 

576 


və  satılmış  səhmlərdə  səhmlərinin  və  kapitalda 

iştirak payının dəyərini özündə birləşdirir.  

Səhmlərin  və  kapitalda  iştirak  payının  satılması 

balans  dəyəri  ilə  deyil,  mülkiyyət  hüququnun 

verilməsi  ilə  bağlı  istənilən  xərclər  çıxıldıqdan 

sonra  satıcının  faktiki  alınmış  qiyməti  üzrə 

qiymətləndirilməlidir.    

 

SƏHMLƏRĐN  VƏ  KAPĐTALDA  ĐŞTĐ-



RAK  PAYLARININ  ALINMASI

  –  bura 

hesabat  vahidinin  malik  olduğu  və  hesabat  dövrü 

ərzində  alınmış  səhmlərin  və  kapitalda  iştirak 

paylarının həcmi daxildir. 

Səhmlərin və kapitalda iştirak paylarının alınması 

alıcının qiymətləri ilə qiymətləndirilməlidir.  

 

SƏLAHĐYYƏTLĐ 

NÜMAYƏNDƏ 

(AGENT)

  -  digər  hüquqi  vahidin  xeyrinə  və 

maraqlarına müxtəlif əməliyyatları həyata keçirən 

hüquqi vahiddir.  

 

SƏMƏRƏLĐ  ĐSTEHLAK  BÜDCƏSĐ



  - 

əhalinin istehlak etdiyi müxtəlif maddi nemətlərin 

(qida məhsulları, paltar, mədəni və məişət, mənzil 

və  s.  əşyaları)  və  mədəni-məişət  təyinatlı 

xidmətlərin 

normatividir. 

Əhalinin 

müxtəlif 

sosial-demoqrafik 

qrupları 

üçün 

hazırlanır. 



Dövlətin  sosial-iqtisadi  inkişaf  perspektivlərinin 

müəyyən edilməsi üçün istifadə edilir. 



 

SƏNAYE  (SƏNAYE  FƏALĐYYƏTĐ)

  –  1) 

təbiətdə  olan  və  süni  surətdə  təkrar  istehsal 

olunmayan  maddi  nemətlərin  hasil  edildiyi,  bu 

nemətlərin,  həmçinin  kənd  və  meşə  təsərrüfatı 

məhsullarının  emalının  həyata  keçirildiyi  iqtisadi 

fəaliyyət sahəsidir. Dünya təcrübəsində sənayenin 

əhatə  dairəsi  kimi  mədənçıxarma,  emal,  elektrik 

enerjisi,  qaz,  buxar  və  kondisiyalaşdırılmış  hava 

ilə  təchizat,  çirkli  suların  və  tullantıların 

təmizlənməsi fəaliyyəti növləri göstərilir;    

2)  -  əmək  alətlərinin  hazırlanması,  bərpa 

olunmayan  təbii  maddi  nemətlərin  (faydalı 

qazıntıların)  hasilatı,  sənaye,  kənd  təsərrüfatı  və 

digər bərpa olunan bitki və heyvan xammallarının 

emalı  üzrə  təşkil  olunmuş  müəssisələrin  və 

insanların fərdi əmək fəaliyyətidir. 

Statistika 

təcrübəsində 

müstəqil 

sənaye 


müəssisələri  çərçivəsində  sənaye  fəaliyyəti  (əsas

və  qeyri-sənaye  müəssisələri  və  təşkilatlarının 

təşkilati  cəhətdən  ayrılmış  bölmələrində  olan 

sənaye fəaliyyəti fərqləndirilir.  



 

SƏNAYE  XARAKTERLĐ  ĐŞ

  –  sənaye 

məhsulu  hesab  edilən  sənaye-istehsal  xidmətidir. 

Sənayedə  əvvəllər  istehsal  olunmuş  məhsulun 

(sənaye  məmulatlarının  bərpa  və  ya  təmir 

edilməsi)  itirilmiş  (tamamilə  və  ya  qismən) 

istehlak  dəyərinin  bərpa  edilməsi  üzrə  və  ya 

əvvəllər 

yaradılmış 

istehlak 

dəyərinin 

yaxşılaşdırılması  (digər  sənaye  müəssisələrinin 

istehsal  etdikləri  məmulatların  tam  hazır  olana 

qədər 


emalı 

və 


başa 

çatdırılması 

üzrə 

əməliyyatlar: rəngləmə, cilalama, çəkib-bükmə və 



s.) üzrə işləri özündə birləşdirir. Bu işlərin həyata 

keçirilməsi  ilə  bağlı  məhsulların  dəyəri  sənaye 

xarakterli işlərin dəyərinə daxil edilmir.  

 

SƏNAYE ĐSTEHSALININ FĐZĐKĐ HƏCM 

ĐNDEKSĐ

  –  baza  dövrü  ilə  müqayisədə  cari 

dövrdə  istehsal  olunmuş  maddi  nemətlərin 

kütləsinin  dəyişməsini  xarakterizə  edən  nisbi 

göstəricidir.  Sənaye  istehsalının  fərdi  və  ümumi 

fiziki 

həcm 


indeksi 

fərqləndirilir: 

sənaye 

istehsalının fərdi fiziki həcm indeksi bir məhsulun 



istehsal  həcminin  dəyişməsini  əks  etdirir  və  

məhsulun  cari  və  baza  dövrlərindəki  həcmlərinin 

nisbəti  kimi  hesablanır.  Sənaye  istehsalının 

ümumi  fiziki  həcm  indeksi  isə  bir  neçə  növ 

məhsulu  özündə  birləşdirən  maddi  nemətlərin 

kütlələrinin  müqayisəli  dəyişməsini  xarakterizə 

edir.  Qiymət  dinamikasının  təsiri  istisna  olmaqla, 

bu  indeks  yalnız  onun  fiziki  həcminin  dəyişməsi 

nəticəsində  bütün  məhsulun  həcminin  nə  qədər 

artdığını  göstərir.  Sənaye  istehsalının  fiziki  həcm 

indeksi aşağıdakı düsturla hesablanır:   

         

                       



=

0

0



0

1

p



q

p

q

I

   


  

burada  q

1

  və  q


0

  –  müvafiq  olaraq  cari  və  baza 

dövründə  istehsal  olunmuş  məhsulun  natural 

ifadəsi; p

0

 – müqayisə olunan dövrlərdə məhsulun 



qiymətləndirilməsi 

aparılan 

müqayisəli 

qiymətlərdir. 



 

SƏNAYE 

ĐSTEHSALININ 

ĐQTĐSADĐ 

SƏMƏRƏLĐLĐYĐ

 

– 



ayrı-ayrı 

ehtiyat 


növlərindən  istifadə  olunmasının  səmərəliliyinin 

xüsusi göstəriciləri və bir neçə ehtiyat növlərinin 

istifadə  səmərəliliyinin  ümumi  göstəriciləri  daxil 

olan  göstəricilər  sistemi  ilə  xarakterizə  edilir. 

Sənaye 


istehsalının 

iqtisadi 

səmərəliliyinin 

göstəriciləri  istehsalın  səmərəsinin  (nəticələrinin) 

bu  səmərənin  əldə  edilməsi  ilə  əlaqədar  avans 

verilmiş  ehtiyatlar  və  ya  cari  məsrəflər  ilə 

müqayisəsi əsasında hesablanır.  

Səmərəlilik  göstəriciləri  buraxılan  məhsul  və  ya 

gəlirdir  (balansdan  və  ya  sənaye  məhsulunun 

satışından olan  gəlir). Maddiləşmiş  əməyin  avans 

verilmiş  ehtiyatlar  ölçüsünün  göstəriciləri,  pul 

ifadəsində  əsas,  dövriyyə  və  ya  bütün  istehsal 

fondlarıdır.  Ayrı-ayrı  ehtiyat  növlərinin  cari 


 

577


məsrəf göstəriciləri - canlı əmək (vahid iş vaxtı və 

ya işçilərin sayı), əmək vasitələrinin (əsas istehsal 

fondlarının  aşılanması)  və  əmək  əşyalarının  (pul 

ifadəsində  xammal,  materiallar,  yanacaqlar  və 

enerji) məsrəfləridir. 

Avans  verilmiş  ehtiyatların  istifadə  səmərəliliyini 

vahid 

ehtiyatların 



səmərəlilik 

göstəricisi 

xarakterizə  edir:  fond  səmərəliliyi,  dövriyyə 

vəsaitlərinin 

dövr 

etmə 


əmsalı, 

istehsal 

fondlarının  gəlirliliyi  və  s.  Ayrı-ayrı  ehtiyat 

növlərinin  məsrəfinin  səmərəliliyinin  xüsusi 

göstəriciləri  -  canlı  əmək  məhsuldarlığı  və  ya 

məhsulun  əmək  tutumu,  material  tutumu  və  ya 

material  səmərəliliyi,  alınan  səmərənin  pul 

vahidinə 

düşən 

amortizasiya 



ölçüsüdür 

(amortizasiya 

tutumu). 

Cari 


məsrəflər 

səmərəliliyin ümumiləşdirici göstəriciləri - səmərə 

vahidinin 

məsrəf 


tutumu 

və 


ya 

məsrəf 

səmərəliliyidir.  Cari  məsrəflərin  avans  verilmiş 

ehtiyatların  ölçüləri  ilə  ölçülməsinin  vacibliyi 

zamanı,  istehsalın  cari  xərclərinin  daxil  olduğu 

çəkilmiş  məsrəflər  və  bir  dövrə  çəkilmiş  (kapital 

qoyuluşları  səmərəliliyinin  normativ  əmsalının 

köməyi  ilə)  mövcud  əsas  və  dövriyyə  istehsal 

fondlarının  ölçüləri  istifadə  olunur.  Toplu 

hesablamalarda, sahələrarası balansların tam əmək 

məsrəfləri  matrisinin  məlumatları  əsasında  əmək 

vahidində  maddiləşmiş  əməyə  avans  verilmiş 

ehtiyatların ifadəsi də mümkündür. 


Download 17.41 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   143   144   145   146   147   148   149   150   ...   183




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling