Redaktorlar: Y. X. Yusifov, E. E. Yaqublu, F.Ə.Əliyev, G. A. Ağamoğlanova
Download 17.41 Mb. Pdf ko'rish
|
- Bu sahifa navigatsiya:
- STATĐSTĐK STANDART
- (III) - (istifadə növləri üzrə)
- “STATĐSTĐK VAHĐDLƏRĐN DÖVLƏT REGĐSTRĐNĐN” MƏLUMAT BAZASI- NIN APARILMASI
- STATĐSTĐK YEKUN
- STATĐSTĐKA
- STATĐSTĐKA CƏDVƏLĐ
VAHĐDĐ
– statistik hesabat
forması tərtib
olunarkən respondentin haqqında məlumat verdiyi vahiddir. STATĐSTĐK PROQNOZLAŞDIRMA ME- TODLARI – zaman sıralarının statistik təhlilinə əsaslanan proqnozlaşdırma metodudur. Bu metoda uyğun olaraq, birinci mərhələdə zaman sıralarının məlumatları ümumiləşdirilir və əsasında əlamətin proqnozu tapılan proqnoz modeli qurulur. Proqnozlaşdırma modeli kimi, ən çox trend modelindən, sürüşkən və orta eksponensial, avtoreqressiya və
ekonometrik modellərdən istifadə edilir. Proqnozların dəqiqliyi çox vaxt proqnoz modelin əsasında qoyulmuş şərtlərdən, hipotez və təkliflərin yerinə yetirilməsindən asılı olur. Məsələn, statistik proqnozlaşdırma metodu sosial-iqtisadi proseslərdə müəyyən səviyyədə hərəkətsizlik mövcud olduqda tətbiq edilir. STATĐSTĐK STANDART – elmi
əsaslandırılmış statistik göstəricilərdir və onların hesablanması metodlarıdır, statistika-hesabat sənədləridir, statistik məlumatların yığılması və işlənməsi qaydalarıdır. Đqtisadi fəaliyyətin nəticələrinin uçotunun ən əsas statistik standartı milli hesabların göstəricilər sistemidir (MHS). Məsələn, BMT-nin statistik standartları özündə aşağıdakı əsas standartları birləşdirir: statistika sahəsində beynəlxalq standart təsnifatları, statistik göstəricilərin hesablanması üzrə beynəlxalq əsaslanmaları, statistika üzrə beynəlxalq sorğu kitabçalarını və müxtəlif texniki əsaslanmaları. STATĐSTĐK VAHĐD – (I) - Avropa Đttifaqında Đqtisadi Şuranın qərarına uyğun olaraq, statistik vahidin istehsal sisteminin müşahidəsi və təhlili üçün səkkiz tipi fərqləndirlir: - müəssisə; - institusional vahid; - müəssisələr qrupu; - fəaliyyət növü vahidi (FNV); - həmcins istehsal vahidi (ĐĐV); - yerli vahid; - fəaliyyət növünün yerli vahidi (FNYV); - həmcins istehsalın yerli vahidi (HĐYV). Statistik vahidlər 3 meyar əsasında müəyyən edilir: - hüquqi, uçot və ya təşkilati; - coğrafi meyar; - iqtisadi fəaliyyət meyarı. Statistik vahidlərin müxtəlif tipləri arasındakı əlaqələr aşağıdakı cədvəldə verilmişdir:
ya bir neçə yerdə
yerləşib Bir yerdə yerləşib Bir və ya daha çox iqtisadi fəaliyyət növü Müəssisə Đnstitusional vahid Yerli vahid Yeganə bir iqtisadi fəaliyyət növü FNV
HĐV FNYV,
HĐYV
Müəssisələr statistikasının ümumi konseptual çərçivəsində həm də statistik vahidlərin aşağıdakı tipləri fərqləndirilir: Analitik vahid; Müşahidə vahidi; Đstehsal vahidi; Hesabat vahidi. (II) - istehsal sistemi haqqında məlumatların yığılması və təhlili, müşahidə üçün statistiklər tərəfindən müəyyən edilmiş vahiddir.
603
(III) - (istifadə növləri üzrə) - statistik vahidlərdən üç müəyyən edilmiş nöqteyi-nəzərdən istifadə edilə bilər: - hesabat vahidi kimi; - müşahidə vahidi kimi; - təhlil vahid kimi. Müayinə zamanı eyni bir statistik vahid bütün bu funksiyaları yerinə yetirə bilər və ya bu məqsədlər üçün iki və ya üç növ statistik vahidlərdən istifadə edilə bilər. STATĐSTĐK VAHĐDLƏRĐN DÖVLƏT REGĐSTRĐNĐN (SVDR) QARŞILIQLI FƏALĐYYƏTĐ – registrin aktuallaşdırılması prosesində hüquqi şəxsləri, onların xüsusiləşdirilmiş ayrı-ayrı bölmələrini və fərdi sahibkarları xarakterizə edən digər inzibati məlumat mənbələri ilə qarşılıqlı əlaqədə olan statistik məlumat sisteminin əsasıdır.
statistik vahidlərin dövlət registrinin idarə edilməsi sisteminin aparılmasını təmin edən xidmət, metodlar və vasitələrin məcmusudur. “STATĐSTĐK VAHĐDLƏRĐN DÖVLƏT REGĐSTRĐNĐN” MƏLUMAT BAZASI- NIN APARILMASI – “SVDR” məlumat bazalarının doğru (aktual) vəziyyətdə saxlanmasıdır. SVDR-in məlumat
bazası aşağıdakıları nəzərdə tutur:
mövcud qanunvericiliyə uyğun olaraq yeni yaradılmış hüquqi şəxslərin, onların ayrı-ayrı xüsusiləşmiş bölmələrinin və fərdi
sahibkarların daxil
edilməsini; hüquqi
şəxslərin yaradılmasına hüququ olan dövlət qeydiyyatı orqanlarının, təşkilati-sərəncam sənədlərin, həmçinin rəsmi statistika müşahidələrinin aparılması nəticəsində alınmış məlumatlara uyğun olaraq, SVDR-in obyektləri üzrə məlumatların aktuallaşdırılmasını; hüquqi şəxslərin yaradılmasına hüququ olan dövlət qeydiyyatı orqanlarının məlumatları və ya təşkilati-sərəncam sənədləri əsasında, hüquqi şəxslərin, onların ayrı-ayrı xüsusiləşdirilmiş bölmələrinin və fərdi sahibkarların SVDR-dən çıxarılmasını.
– yığılmış məlumatların sistemləşdirilməsindən, statistik müşahidələrin materiallarının qruplaşdırılmasından və statistik
statistik tədqiqatın son
mərhələsidir. Bu
mərhələdə ümumiləşdirici statistik göstəricilər vasitəsilə ayrı-ayrı vahidlərin, onların qruplarının və ümumilikdə obyektin xarakteristikasına keçid həyata
keçirilir. Statistik yekun özündə
məlumatların qruplaşdırılmasını, qrupdan və altqruplardan seçilmiş ümumiləşdirici göstəricilər sisteminin hesablanmasını, eyni zamanda işin nəticələrinin cədvəl və
qrafiklərdə rəsmiləşdirilməsini birləşdirir. Statistik yekun texniki əməliyyat və ümumi
nəticələrdən ibarətdir, əsas tərkibi
işlənib hazırlanan cədvəllərdən ibarətdir və müəyyən proqram üzrə yerinə yetirilir. Bütün ilkin statistik müşahidə materialları mərkəzi statistika orqanına ötürülməsi və burada statistik məlumatların yekunlaşdırılması təşkil edilən statistik yekun, mərkəzləşdirilmiş sayılır. Đlkin məlumatların mərkəzləşdirilməmiş qaydada yekunlaşdırması yerlərdə (Naxçıvan MR, rayonlar və şəhərlərdə) həyata keçirilir və bu, qeyri-mərkəzləşdirilmiş yekun hesab olunur.
– 1) özündə elmi fənlərin (bölmələrin) mürəkkəb və şaxələnmiş sistemini əks etdirən, müəyyən xüsusiyyətlərə malik olan, kütləvi hadisələrin və proseslərin kəmiyyət tərəfini onların keyfiyyət tərəfindən ayırmadan öyrənən bilik – elm sahəsidir. Onun əsas bölmələri statistika elminin daha çox ümumi kateqoriyaları, prinsip və metodlarına baxan statistikanın ümumi nəzəriyyəsidir; iqtisadiyyatda baş verən hadisə və prosesləri öyrənən iqtisadi statistikadır; sosial hadisə və prosesləri öyrənən sosial statistikadır; 2) ictimai həyatın hadisə və prosesləri haqqında kütləvi
toplanması, işlənməsi, təhlili və nəşrinə dair - praktiki fəaliyyət sahəsidir; 3) ictimai həyatın və ya onların məcmusunun kütləvi hadisə və proseslərinin vəziyyətini əks etdirən rəqəm məlumatlarının məcmusudur; 4) sosial-iqtisadi proses və hadisələrin öyrənilməsi üçün riyazi statistika metodlarından istifadə edən sahədir. “Statistika” latın termini olan “status” sözündən götürülmüşdür və əşyaların vəziyyətini, halını ifadə edir.
“Siyasi vəziyyət” mənasında işlədilmişdir və bu səbəbdən italyan sözü stato – dövlət və statista – dövləti yaxşı tanıyan deməkdir. Bu söz elmi ədəbiyyata XVIII əsrdə daxil olmuşdur və başlanğıcda “dövlətin idarəedilməsi” kimi başa düşülmüşdür. Amma statistika elmi hələ əvvəllər, XVII əsrin ortalarında, dövlətin istehsalının aparılması, ticarət, beynəlxalq münasibətlərin təşkili və s. üçün ehtiyatların mövcudluğu haqqında ölkə üzrə məlumata dövlətin ehtiyaclarının öyrənilməsinə cavab kimi meydana gəlmişdir. Bu dövrdə statistika siyasi hesab adlanırdı. Siyasi iqtisad və statistikanın uyğun gəldiyi elm idi. Onun banisi ingilis alimi
V.Petti olmuşdur. Statistika ifadəsindən ilk dəfə 1746-cı ildə alman filosofu və 604
hüquqşünası professor Qotfrid Axenval istifadə etmişdir. Lakin o
Q.Axenvalın statistikanın məzmunu, predmeti və vəzifələri haqqında baxışları müasir statistika elminə olan baxışlardan çox-çox uzaq idi. XIX əsrin birinci yarısında A.Ketle və onun davamçıları işlərində statistikanın ictimai hadisələrin qanunauyğunluqları haqqında elm kimi təqdim edilməsinə cəhd göstərsələr də, bu
qanunauyğunluqlara mücərrəd baxılır, cəmiyyətin qanunları təbiətin qanunları ilə eyniləşdirilirdi (“sosial fizika” A.Ketle). Daha sonra statistikada onu hadisənin keyfiyyət tərkibindən ayırmaqla kəmiyyət tərəfini öyrənən elmi statistika fənninin formal izahının yayılması kimi təqdim etmişlər. Azərbaycanda statistika elminin inkişafında bir çox alimlərin, xüsusilə Sədi Hacıyevin (Cənubi Qafqazda statistika üzrə ilk alim) böyük xidməti olmuşdur. Đndiki dövrdə statistika (sosial-iqtisadi statistika) ictimai elmdir – baxılan ictimai hadisələrin keyfiyyət tərkibi
ilə bilavasitə əlaqədə kəmiyyətinin formalaşması və dəyişməsinin qanunauyğunluqlarını öyrənir. Statistika elmi bazar iqtisadiyyatının inkişafının tələblərinə uyğun olaraq, kəmiyyət təhlili üsullarını işləyib hazırlayır. Keçən əsrin sonlarından başlayaraq, statistika elmi beynəlxalq standartlara və bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq, müasir elmi-metodoloji prinsiplər üzərində qurulmağa başlamışdır.
statistika məlumatlarının izahının cədvəl şəklində verilməsidir. Statistika müşahidəsi materiallarının yekunlaşdırılması və qruplaşdırılmasının nəticələri, bir qayda olaraq, cədvəl formasında izah olunur. Statistika cədvəlləri tədqiqat üçün toplanmış statistika materiallarının təsvirinin və təhlil
edilməsinin ən
səmərəli formasıdır. Statistika cədvəllərində statistik məlumatlar daha yığcam, aydın, ifadəli və əyani şəkildə görünür. Hər bir cədvəl statistika cədvəli adlandırıla bilməz. Məsələn, vurma cədvəli, loqarifma cədvəli və s. statistika cədvəli ola bilməz. Statistika cədvəlləri sətir və sütunlardan ibarət olub, sosial-iqtisadi hadisələr haqqında statistik məlumatlar müəyyən ardıcıllıqla və əlaqədə təsvir edilir. Statistika cədvəllərində empirik
məlumatlarının hesablanmış nəticələrinin məcmusunu əks etdirir və o ilkin informasiyanın yekunlaşdırılmasının nəticəsidir. Statistika cədvəlləri bir və ya bir neçə mühüm əlamətlər üzrə öyrənilən statistika məcmusunun yekun rəqəmlərlə iqtisadi təhlilinin məntiqi qarşılıqlı əlaqələrinin xarakterizəsindən ibarətdir. Cümlədə olduğu kimi statistika cədvəllərinin də mübtəda və xəbəri vardır. Cədvəlin mübtədasında xarakterizə olunan obyekt, məcmu vahidi, qruplar vahidi, yaxud məcmu bütünlükdə göstərilir. Öyrənilən statistika məcmusunun, yəni cədvəlin mübtədasını xarakterizə edən kəmiyyət formasında göstəricilər cədvəlin xəbəri adlanır. Statistika cədvəlinin mübtədası, adətən, cədvəlin sol tərəfində, xəbəri isə sağ tərəfində verilir. Statistika cədvəlləri üfüqi və şaquli sətirlərdən və şaquli sütunlardan ibarət olur. Sətirlər və sütunlar bir-birini kəsən düz xətlərlə ayrılır. Onların kəsişən yerlərində xanalar əmələ gəlir. Həmin xanalarda mübtədaları xarakterizə edən rəqəmlər yazılır. Hər bir statistika cədvəlinin ümumi, yan və yuxarı başlığı olur. Ümumi başlıq cədvəlin üstündə yazılır və cədvəldə verilən məlumatların qısa məzmununu xarakterizə edir. Cədvəlin yan başlığı onun sol tərəfində, yəni cədvəlin mübtəda hissəsində yazılır və sətirlərin məzmununu xarakterizə edir. Cədvəlin xəbərini xarakterizə edən yuxarı başlıq cədvəlin şaquli sütunlarını əks etdirir. Mübtədanı xarakterizə edən sətirlərin yekun məlumatı cədvəlin sağ tərəfində, xəbəri göstərən sütunların yekun məlumatı isə cədvəlin aşağı hissəsində verilir. Statistika cədvəlinin maketini aşağıdakı kimi vermək olar : Cədvəlin ümumi başlığı
Mübtədanın xarakterinə görə
statistika cədvəllərini aşağıdakı növlərə ayırmaq olar: sadə, qruplu və quraşıq cədvəllər. Xanaların nömrələri
Sətirlər Sətirlərin yekunu
Sütunların yekunu
Müb- təda
Xə- bər
Sütunların yuxarı başlığı 605
Sadə cədvəllərin mübtədasında öyrənilən obyekt qruplara ayrılmır. Belə cədvəllərdə məcmunun bütün vahidlərinin siyahısı, ya da bütövlükdə məcmusu göstərilir. Sadə cədvəlin mübtədasında müşahidə vahidlərinin, xronoloji tarixlərin, yaxud ərazi bölgələrinin siyahısı verilir. Sadə cədvəllər öyrənilən hadisənin sosial-iqtisadi tipini, onların quruluşunu, həmçinin onların
əlamətləri arasındakı əlaqə və asılılıqları aşkar etməyə imkan vermir. Qruplu cədvəlin mübtədasında öyrənilən hadisə bir əlamət üzrə qruplara ayrılır. Belə cədvəlin xəbərində qrupdakı vahidlərin sayı mütləq rəqəmlərdə və yekuna nisbətən faizlə göstərilir. Quraşıq
cədvəlin mübtədasında statistika məcmusu iki və daha çox əlamət üzrə qruplaşdırılaraq verilir. Sadə işlənilən cədvəlin xəbərində göstəricilər yarımqruplara ayrılmır. Xəbəri sadə işlənilmiş cədvəl göstəricilərin paralel verilməsi prinsipinə əsaslanır. Cədvəlin xəbərini həddindən artıq xırdalamaq olmaz. Cədvəl nə qədər yığcam tərtib edilərsə, bir o qədər onun əyanilik xüsusiyyətini artırmaq mümkündür. Çox böyük cədvəlin əvəzinə iki və daha çox cədvəl tərtib etmək məqsədəuyğun hesab olunur.
standartları əsasında cəmiyyətdə baş verən kütləvi hadisələr haqqında kəmiyyət məlumatlarının keyfiyyət tərəfindən ayırmadan yığılması, işlənməsi və yayılması ilə bağlı fəaliyyətdir. STATĐSTĐKA GÖSTƏRĐCĐLƏRĐNĐN SĐ- YAHISI - müəyyən ardıcıllıqla ifadə olunmuş statistik göstəricilərdir. Statistika göstəriciləri hər hansı sahənin fəaliyyətini xarakterizə edən adlı kəmiyyətlərlə göstərilir. STATĐSTĐKA GÖSTƏRĐCĐSĐ
– cəmiyyətdəki sosial-iqtisadi hadisələrin və
proseslərin kəmiyyət-keyfiyyət xarakteristikasıdır. Statistika göstəricisinin keyfiyyət tərəfi konkret məkan və zaman şəraitində hadisə və ya proseslərin mahiyyətini, kəmiyyət tərəfi isə onun miqdarını, mütləq və ya nisbi kəmiyyətlərini göstərir. Məsələn, Azərbaycanda (ərazi müəyyənliyi) 01.01.2010-cu il vəziyyətinə (zaman müəyyənliyi) əhalinin sayı (əhali
- say
göstəricisinin keyfiyyət müəyyənliyi) - 8,8 milyon
nəfər (kəmiyyət müəyyənliyi) olmuşdur. Bu müəyyənliklərin hər hansı birindən məhrum olan rəqəm statistika göstəricisi hesab edilmir. Statistika təcrübəsində hesablanan göstəricilər aşağıdakı əlamətlərə görə üç qrupa bölünür: 1) öyrənilən göstəricilərin mahiyyətinə görə - proseslərin miqdarını əks etdirən həcm (əmtəə dövriyyəsinin həcmi) və özündə öyrənilən məcmunun (əmək məhsuldarlığının səviyyəsi) tipik xüsusiyyətlərinin nisbətlərinin kəmiyyətini səciyyələndirən keyfiyyət göstəriciləri; 2) hadisələrin aqreqasiya (birləşmə) səviyyəsi üzrə - tək bir prosesi əks etdirən fərdi və məcmunu ümumilikdə və ya onun hissələrini əks etdirən ümumiləşdirici göstəricilər; 3) öyrənilən hadisələrin xarakterindən asılı olaraq – vaxta görə hadisələrin inkişafını ifadə edən, yəni əlamətlərin (sənaye məhsullarının aylıq, rüblük, illik həcmi), dəyişmə prosesini səciyyələndirən fasiləli və müəyyən tarixə (ana) hadisələrin (dövrün əvvəlinə və ya sonuna mal ehtiyatlarının kəmiyyəti, müəssisələrin sayı) vəziyyətini əks etdirən ani göstəricilər. Đqtisadi sahənin hər hansı tərəfini (hər hansı əlamət üzrə) əks etdirən göstəricilər sahə göstəricisi, ayrı-ayrı ərazi bölmələri üzrə isə ərazi və ya regional göstərici adlanır. Statistika göstəriciləri - mütləq, nisbi, orta kəmiyyət və s. kimi ifadə olunur. Statistik məlumatların təhlili və öyrənilən hadisələrin (əlamətlərin səciyyəliliyi, onun
ayrı-ayrı hissələrinin nisbəti, onun məkanda yayılma həddi, vaxta görə inkişaf meyli və sürəti və s.) xüsusiyyətlərini xarakterizə etmək üçün istifadə olunan analitik göstəricilərdən - nisbi və orta kəmiyyətlər, variasiya və dinamika göstəriciləri, əlaqələrin sıxlığı və s. istifadə olunur.
X ümumi məcmusundan seçmə (x 1 , x 2 ,...., x 3 ) əsasında N statistik ehtimalların qəbul edilməsi, ya da inkar edilməsinə imkan verən qaydadır. Hər bir meyar X-in bütün seçmələrinin sahəsində W kritik bölgəsini müəyyən edir: əgər (x,x,....,x) ε W isə, W:N inkar edilir, əks halda isə inkar edilmir. Belə alqoritm N ehtimalları, ya da onun təkzibinə məntiqi sübut vermir. Dörd hal mümkündür: 1. N doğrudur, amma meyara uyğun olaraq inkar edilir – bu, birinci növ xətadır (onun α ehtimalının əhəmiyyət səviyyəsidir); 2. N doğrudur və qəbul edilir (bu halın ehtimalı 1- α);
3. N doğru deyil, amma meyara uyğun olaraq qəbul edilir – bu, ikinci növ xətadır (onun ehtimalı β-dir); 4. N doğru deyil və inkar edilir (1-β ehtimalı bu halda meyarın
gücü adlanır). Meyarın quruluşunda α və β-nı minimuma endirmək lazımdır ki, bu da məsələlərin əksəriyyətində mümkün olmur. STATĐSTĐKA MƏQSƏDLƏRĐ ÜÇÜN REGĐSTR – bütün uçot vahidlərinin, müşahidə vahidlərinin və təhlil vahidlərinin daxil edildiyi registrdir. Bu, statistiklərə istehsal sistemini öyrənmək üzrə öz işlərində istifadə etmək üçün 606
lazımdır. Yaradılmış bütün müəssisələr, onlara görə cavabdehlik daşıyan hüquqi vahidlər, onlardan asılı olan yerli vahidlər, yəni iqtisadi fəaliyyət göstərən və ümumi daxili məhsulun yaradılmasında iştirak edən yuxarıda sadalanan bütün vahidlər registrə daxil edilir. Statistik registr statistik müşahidə obyektinin tərkib
hissələrinin (vahidlərin) siyahısıdır. Statistik registrdə onun tərkib hissələrində (məsələn, əhali registrində, tikinti registrində) baş verən
dəyişikliklər (yenilərinin yaranması, köhnələrin ləğv edilməsi) qeyd olunur. Statistik registr müşahidənin əsası rolunu oynayır.
Download 17.41 Mb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling