Redaktorlar: Y. X. Yusifov, E. E. Yaqublu, F.Ə.Əliyev, G. A. Ağamoğlanova


Download 17.41 Mb.
Pdf ko'rish
bet157/183
Sana06.03.2017
Hajmi17.41 Mb.
#1858
1   ...   153   154   155   156   157   158   159   160   ...   183

STRUKTUR STATĐSTĐKASI

 – tez-tez “illik 

statistika”  termini  kimi  işlədilən  termindir. 

Müəssisələrin  struktur  statistikasının  vəzifəsi  - 

konyunktur  dəyişikliklərə  birbaşa  aid  olmayan 

illik  məlumatların  verilməsidir.  Avropa  Đttifaqı 

dövlətlərində müəssisələrin struktur statistikası bu 

məsələyə dair Avropa Đttifaqı Şurasının 20 dekabr 

1996-cı il tarixli, 58 nömrəli qərarı ilə tənzimlənir. 

Statistikanın  digər  sahələrindən  fərqli  olaraq, 

struktur 

statistikası 

bütövlükdə 

müəssisənin 

özünün,  habelə  onun  strukturunu  təşkil  edən 

tərkib  hissələrinin  –  fəaliyyət  növü  vahidlərinin, 

yerli 


vahidlərin, 

fəaliyyət 

növünün 

yerli 


vahidlərinin 

və 


s. 

əsas 


makroiqtisadi 

göstəricilərini öyrənir.      

Struktur  statistikasının  məqsədi  –  sahibkarlıq 

fəaliyyəti  növlərinin  strukturu  və  təkamülünü, 

sahibkarlıq  fəallığı,  rəqabət  qabiliyyətliliyi  və 

fəaliyyətinin 

nəticələrini 

müəyyənləşdirməyə 

imkan  verən  istehsal  amillərini,  sahibkarlığın  və 

bazarların regional, milli və beynəlxalq inkişafını, 

müxtəlif 

fəaliyyət 

növləri 

qruplarına 

aid 

müəssisələrin  səciyyəvi  xarakteristikalarını  təhlil 



etmək imkanını verən məlumatların yığılmasından 

ibarətdir.  

Struktur  statistikası  ilə  müqayisədə  müəssisələrin 

qısamüddətli  statistikasının  mühüm  fərqləndirici 



 

610 


cəhəti ondan ibarətdir ki, o, baş verən proseslərin 

dəyişilməsini daha tez izləyə bilir.   

 

STRUKTUR  TƏNLĐYĐ 

–  baxılan  hadisələrin 

və  proseslərin  səbəb-nəticə  mexanizmini  əks 

etdirən,  ekonometrik  modelin  verilməsinin  (əks 

etdirilməsinin) ilkin formasıdır. 

 

STRUKTURUN 

YENĐDƏN 

QURUL-

MASI

  –  iqtisadiyyat  strukturunun  bazarın 

dəyişən  şəraitinə  uyğun  olaraq  dəyişməsidir. 

Stabil şəraitdə və sosial (institusional) islahatlarla 

əlaqədar  keçid  dövründə  formalaşmış  bazar 

münasibətlərində 

olan 

strukturun 



yenidən 

qurulmasından  fərqlənir.  Strukturlu  yenidən 

qurma 

Azərbaycanın 



iqtisadiyyatında 

mərkəzləşmiş  planlaşdırılmanın,  bazar  alətlərinin 

istifadəsinə  əsaslanan,  istehsalda,  bölüşdürmə 

sahəsində  və  cəmiyyətdə  sosial  münasibətlərdə 

edilən  dəyişikliklərin  dərinlik  və  mürəkkəbliyinin 

çox  böyük  miqyasını  şərtləndirən,  idarəetmə  ilə 

əvəz 

edilməsi 



prosesində 

həyata 


keçirilir. 

Strukturlu 

yenidənqurma 

makroiqtisadi 

göstəricilər  sistemi,  sahə  və  ərazi  statistika 

göstəriciləri, həmçinin onun yeni istiqaməti olan – 

institusional 

dəyişikliklər 

(çox 

quruluşlu 



iqtisadiyyatın 

qurulması, 

özəlləşdirmə, 

səhmləşdirmə,  kiçik  biznes,  fond  bazarının 

inkişafı (“Qiymətli kağızlar bazarı”na bax) və s.) 

statistikası ilə əks olunur. 

 

SU 

EHTĐYATLARININ 

VƏZĐYYƏTĐ, 

ĐSTĐFADƏSĐ VƏ MÜHAFĐZƏSĐ STATĐS-

TĐKASI

  –  təbii  ehtiyatlar  və  ətraf  mühit 

statistikasının  altsahəsidir.  Su  ehtiyatlarını,  onun 

tərkibi  və  keyfiyyətini,  ölkə  iqtisadiyyatının  su 

ehtiyatları  ilə  təminatını,  suburaxıcı  və  su 



istehlakını,  su  itkisi,  təmiz  suyun  təkrar  və 

dövriyyə  istifadəsi  hesabına  qənaətini,  suyun 



kənara  axıdılmasını,  yeraltı  suların  təbii  göllərə, 

su  anbarlarına  və  s.  (çıxan  suyun  növləri  üzrə), 

axıdılmasını, su mühafizə qurğuları ilə təchizatını 

və s. öyrənir. 

 

SU  MÜHĐTĐNĐN  QORUNMASI

  -  ətraf 

mühitin 

qorunmasına 

çəkilən 

xərclərin 

ölçülməsində 

tez-tez 


istifadə 

olunan 


göstəricilərdən  biridir.  Tullantıların  azaldılmasına 

və  qarşısının  alınmasına,  onların  yığılmasına, 

daşınmasına, 

emalına 


və 

yerdəyişməsinə, 

qurğuların quraşdırılmasına, həmçinin tullantıların 

monitorinqinə  çəkilən  xərcləri  əhatə  edir.  Əsas 

etibarı  ilə  suyun  keyfiyyətinin  və  miqdarının 

bərpa  edilməsi  və  qorunması  üzrə  tullantıların 

azaldılmasına  və  onlardan  istifadə  edilməsinə 

yönəldilmiş  emal  üzrə  fəaliyyət  növləri  daxil 

edilir.  Həmçinin  səthi  suların,  yeraltı  (torpaq) 

suların və torpağın keyfiyyətinin monitorinqini də 

özündə birləşdirir.  

 

SUBAY

  –  heç  vaxt  nikahda  olmayan  kişidir. 

Nikah  vəziyyətinin  kateqoriyalarından  biridir.  Bu 

termin  əsasən  nikah  qabiliyyətli  yaşda  olan 

kişilərə  tətbiq  olunur.    Adətən,  evli  olmayan 

istənilən kişini, əvvəllər nikahda olmağından asılı 

olmayaraq, 

belə 


adlandırırlar. 

Buna 


demoqrafiyada  nikahda  olmayanlar  kateqoriyası 

müvafiqdir,  subaylar,  dul  qalanlar  və  boşananlar 

bu kateqoriyaya aiddirlər. 

 

SUBPODRAT  FƏALĐYYƏTDƏN  OLAN 



GƏLĐR 

-  (I)  –  subpodrat  münasibətləri 

çərçivəsində digər vahidlərə əmtəə və xidmətlərin 

göstərilməsi  üzrə  fəaliyyətdən  olan  dövriyyənin 

daxil 


edildiyi 

göstəricidir. 

Bundan 

başqa, 


sifarişçilərə  göndərilən  əmtəələrin  emalından 

alınan gəlirlər də daxildir. 

Subpodrat 

münasibətlər 

aşağıdakı 

hallarda 

mövcud olur: 

•  sifarişçi  yaradılan  məhsulun  konsepsiyasının 

işlənməsində  iştirak  edir,  hətta  o  istehsalçıya 

qismən  də  olsa  spesifikasiya  (müfəssəl  texniki 

planlar  və  ya  az  müfəssəl  spesifikasiya)  verdiyi 

halda da;  

•  sifarişçi  məhsulun  satışı  üçün  cavabdehlik 

daşıyır. 

Müqaviləsiz  işçilərin  həyata  keçirdikləri fəaliyyət 

növləri daxil edilmir. 



 

SUBPODRAT  FƏALĐYYƏTĐ

  –  subpodrat 

qarşılıqlı  əlaqələri  aşağıdakı  hallarda  mövcud 

olur: 



sifarişçi 



məhsulun 

konsepsiyasının 

hazırlanmasında 

iştirak 


edir, 

hətta 


əgər 

istehsalçını 

texniki 

planın 


hissələrindən 

başlayaraq  bütün  ümumi  xüsusiyyətlərinə  qədər 

məhsul üzrə xüsusiyyətlərlə qismən təmin edirsə; 

-  sifarişçi  əmtəənin  satışına  görə  cavabdehlik 

daşıyırsa.  

 

SUBPODRAT 

ĐŞLƏRĐ 

APARILAN 

MÜƏSSĐSƏLƏRĐN  SAYI 

-  fərdi  müəssisə 

üçün  bu,  subpodrat  yerinə  yetirilən  müəssisələrin 

sadə  sayıdır.  Fəaliyyət  növləri  təsnifatına  uyğun 

olaraq,  ondan  statistik  məlumatların  tərtib 

edilməsində  istifadə  edilir.  Təsnifatda  subpodrat 

üzrə  müqavilə  çərçivəsində  əmtəə  və  xidmətləri 

digər vahidlərə çatdıran vahidlərin faizi aşağıdakı 

kateqoriyalar üzrə müəyyənləşdirilir: 

- bir sifarişçi; 

- iki sifarişçi; 

- üç sifarişçi; 

- dörd və ya daha çox sifarişçi; 



 

611


-  subpodrat  müqaviləsi  üzrə  əmtəə  və  xidmətləri 

göndərməyən müəssisələr. 



 

SUBPODRATÇI

  –  əsas  podratçının  hesabına 

subpodrat  üzrə  işlərin  yerinə  yetirilməsinə  dair 

fəaliyyətin  həyata  keçirilməsinə  razılıq  vermiş 

üçüncü  şəxsdir.  Tikintidə  subpodratçı  –  tikili  və 

obyektlərin  layihəsində  nəzərdə  tutulmuş  bütün 

tikinti  işlərinin  tamamlanmasına  cavabdeh  olan 

baş  podratçının  yerinə  yetirə  bilmədiyi  işləri 

həyata  keçirmək  üçün,  baş  podratçı  ilə  əlavə 

bağlanmış  müqavilə  əsasında,  həmin  tikinti 

müəssisəsi hesab edilir. 



 

SUBPODRATÇILARA  ÖDƏNĐŞLƏR 

tərəflər  arasında  bağlanmış  müqaviləyə  uyğun 

olaraq,  müəssisə  tərəfindən  üçüncü  şəxsə  təqdim 

edilmiş  mal  və  xidmətlərə  görə  ödənişlər  bu 

göstəriciyə  daxil  edilir.  Bura,  vahid  tərəfindən 

firma  istehsalçıya  göndərilmiş  malların  emalına 

görə  ödəmələr  də  daxil  edilir.  Təmir  və  texniki 

xidmət   istisna edilir.  



 

SUBPODRATÇILARA 

ÖDƏNĐŞLƏRĐN 

HƏYATA  KEÇĐRĐLMƏSĐ

  –  bu  göstərici 

ödənişlərə  daxildir.  Tərəflər  arasında  bağlanmış 

müqaviləyə  uyğun  olaraq,  istehsal  olunmuş 

mallara  və  göstərilmiş  xidmətlərə  görə,  baş 

podratçı tərəfindən üçüncü şəxslərə ödənilir.  

 

SUBPODRATÇILARDAN  ALINAN  GƏ-

LĐR

    –  “Subpodratçılara  ödənişlər”də  tərifi 

verilmiş,  subpodrat  münasibətlər  çərçivəsində 

digər  sifarişçilərin  əmtəələrlə  təmin  edilməsi  və 

xidmətlərin  göstərilməsi  üzrə  fəaliyyətlərdən 

yaranan dövriyyədir. 

 

SUBPODRATIN  VERĐLMƏSĐ,  SUBPOD-

RATÇILARLA 

MÜQAVĐLƏLƏRĐN 

BAĞLANMASI

  –  subpodratçılarla  əlaqələr 

aşağıdakı hallarda mümkündür. Əgər: 

-  sadə  ümumi  göstərişlərdən  başlayaraq,  sifarişçi 

istehsalçıya  hərtərəfli  texniki  çertyojlaradək 

spesifik  məlumatları  təqdim  etməklə,  məhsulun 

işlənməsində  (istehsalında)  heç  olmazsa,  qismən 

iştirak edirsə; 

-  sifarişçi  əmtəənin  satışa  buraxılmasına  görə 

cavabdehlik  daşıyırsa.  Buradan  təmir  və  texniki 

xidmət çıxılır. 



 

SUDAN  DAVAMLI  VƏ  ARDICIL  ĐSTĐ-

FADƏ

  –  kollektor-drenaj  suyundan  istifadə  də 

daxil  olmaqla,  dövri  su  təchizatı  və  çirkab 

sulardan  təkrar  (ardıcıl)  istifadə  sisteminin  tətbiq 

olunması  hesabına  təmiz  suya  edilən  qənaətin 

həcmidir.  Dövri  istifadəyə  kommunal  və  istehsal 

istilik  təchizatı  sistemindəki  su  məsrəfləri  aid 

edilmir. 

Sudan  dövri  və  ardıcıl  istifadənin  həcminin  onun 

ümumi  istehsal  istehlakına  (təmiz  sudan  istehsal 

ehtiyaclarına  istifadə  edilməsi,  üstəgəl  dövri  və 

ardıcıl  su  istehlakı)  nisbəti  su  ehtiyatlarından 

istifadənin 

səmərəlilik 

səviyyəsinin 

əsas 

xarakteristikası hesab edilir. 



Sudan dövri və ardıcıl istifadəni əks etdirən yekun 

göstəricilərin 

statistika 

uçotu 


və 

ümumiləşdirilməsi su götürülməsi göstəriciləri ilə 

eynidir. 

 

SUPERMARKET

  -  əsasən  ərzaq  malları  satan 

və  getdikcə  qeyri-ərzaq  mallarının  miqdarını 

çoxaldan 

pərakəndə 

ticarətin 

özünəxidmət 

mağazası  kimi  müəyyənləşdirilir  və  müxtəlif 

ölkələrdə aşağıdakı ticarət sahəsinə malikdir: 

Belçika, 



Danimarka, 

Đspaniya, 

Fransa, 

Lüksemburq: 400-dən 2500 m

2

-ə kimi; 



- Almaniya (əsasən) : 400-dən 1000 m

2

-ə kimi; 



- Yunanıstan, Portuqaliya: 200 m

2

 və daha çox; 



- Niderland: orta hesabla 300 m

2



-  Đrlandiya,  Böyük  Britaniya:  2323  m

2

-ə  kimi 



(25000 fut

2

). 



 

SUPERSTRUKTUR

 

-  otellər  və  turistlərin 



digər 

yerləşdirilmə 

vasitələri, 

restoranlar, 

mağazalar,  əyləncə  mərkəzləridir  (kinoteatrlar, 

muzeylər, bədii qalereyalar, konsert zalları və s.). 

Superstruktur  və  infrastruktur  terminləri  arasında 

ciddi  fərq  yoxdur,  lakin  bu  termin  yeni  tikiləcək 

kurortların  planının  tərtib  edilməsi  zamanı 

işlədilir. 



 

SUYA  ATILAN  SON  DƏRƏCƏ  YOL 

VERĐLƏ BĐLƏN TULLANTI

 - su obyektinin 

müəyyən 

məntəqəsində 

(təşkilatın 

fəaliyyət 

göstərən  və  ya  layihələşdirilən  müəssisəsində, 

qurğusunda), vaxt vahidində su hövzəsinin verilən 

hissəsində  suyun  keyfiyyət  normasını  pozmayan 

tullantıların tökülməsinə imkan verən axar sularda 

olan 

maddələrin 



maksimal 

miqdarıdır. 

Statistikada,  suya  axıdılan  faktiki  tullantıların  və 

tökülməsi  son  dərəcə  yol  verilə  bilən  tullantıların 

nisbəti 

axar 


suların 

çirklənmə 

dərəcəsini 

xarakterizə edən əsas göstəricidir. 



 

SUYUN 

GÖTÜRÜLMƏSĐ

 

– 

müxtəlif 

mənbələrdən götürülən su ehtiyatlarının həcmidir. 

Suyun  götürülməsinin  tərkibinə  su  ehtiyatlarının 

məcburi götürülməsi (elektrik enerjisinin istehsalı, 

gəmilərin  şlüzdən  keçməsi,  balığın  keçməsi, 

gəminin  hərəkət  dərinliyinin  saxlanması  və  s. 

məqsədlər 

üçün 

suyun 


su 

qovşağından 

keçirilməsi) daxil deyildir. Statistika təcrübəsində 

suyun  götürülməsinin  həcmi  şəhər  və  ya  idarə  su 



 

612 


kəmərlərinin,  digər  su  təsərrüfatı  sistemlərinin 

təkrar  su  tullantılarının,  həmçinin  birbaşa  təbii 

mənbələrdən  –  dəniz  və  yeraltı  laylar  da  daxil 

olmaqla,  su  hövzələrinin  səthindən  götürülən 

suların  həcmlərinin  cəmi  daxil  olmaqla,  bütün 

mümkün  mənbələrin  ümumi  miqdarı  kimi 

hesablanır.  Bundan  başqa,  ikili  hesablamanı 

aradan  qaldırmaq  məqsədilə,  təbii  mənbələrdən 

suvarmaya,  istehsal  və  kommunal  su  təchizatına 

və  digər  ehtiyaclara  suyun  verilməsi  ayrılıqda 

göstərilir. Bununla yanaşı, burada iri kanallara su 

verilməsi  üçün    tranzit  sular,  sonradan  istehlak 

edilmədən  filiz  şaxtalarından  (sonradan  istehlak 

olunmamaqla)    suların  axıdılması  və  s.  nəzərə 

alınmır.  Əhali  tərəfindən  quyulardan,  artezian 

quyularından, 

təbii 

hovuzlardan 



mərkəzləşdirilməmiş  qaydada  suyun  istifadəsinin 

miqdarı  ekspert  qiymətləri  əsasında  müəyyən 

edilir.  Suyun  götürülməsi  haqqında  ümumi 

məlumatlar  idarədaxili  və  ərazi  bölmələri, 

həmçinin  iri  çay,  göl  və  dəniz  hövzələri  üzrə 

formalaşdırılır.  



 

SUYUN  ĐSTEHLAKI

  –  həm  müəssisənin    su 

buraxıcısından, həm də kommunal su kəmərləri və 

su  təsərrüfatı  sistemlərindən  alınan  bütün  növ 

(səthi,  yeraltı,  lay,  şaxta,  dəniz  və  s.)  suların 

təsərrüfat  ehtiyaclarını  ödəmək  üçün  istifadəsidir. 

Ayrılıqda 

götürülmüş 

müəssisə 

üçün 

su 


istehlakının  ümumi  həcmi  bərabərdir  -  bütün 

mənbələrdən  götürülmüş  suyun  həcmi,  çıxılsın  

təzə  (digər  istehlakçılar  tərəfindən  istifadə 

edilmədən)  götürülmüş  suyun  istifadə  edilmədən 

digər  istifadəçilərə  ötürülməsi,  çıxılsın  suyun 

daşınmasındakı    itkilər.  Su  istehlakı  tərkibinə 

dövri su istehlakının miqdarı və axar suların təkrar 

(ardıcıl)    istifadəsi  (dövri  və  ardıcıl  su 

təsərrüfatları sistemlərinə itkiləri əvəz etmək üçün 

daxil olan sular istisna olmaqla) daxil deyildir.  

Statistikada  su  istehlakının  ümumi  həcmi,  o 

cümlədən  əhalinin  təsərrüfat-içmə  ehtiyacları, 

kənd  təsərrüfatı  istehlakı  daxil  edilmədən  (içməli 

su  ayrılmaqla)  istehsal  ehtiyacları,  suvarmaya  (su 

ilə  təmin  etmə)  və  s.  üçün  ayrılan  sular  ayrılıqda 

öyrənilir. 

Yekun 

məlumatlar 



su 

götürmə 


göstəriciləri  üzrə  məlumatların  işlənməsinə  oxşar 

qaydada formalaşdırılır.  

 

SÜD  ĐSTEHSALI

  –  satılmasından  və  ya  

təsərrüfatlarda 

körpə 

heyvanların 



südlə 

bəslənməsində 

istifadə 

edilməsindən 

asılı 

olmayaraq,  inəklərdən,  camışlardan,  keçilərdən, 



və  qoyunlardan  faktiki  sağılmış  südün  həcmini 

xarakterizə edir.  



 

SÜDƏMƏR  UŞAQ 

–  doğulduğu  andan 

ömrünün  bir  yaşınadək  olan  uşaqdır.  Yeni 

doğulmuş  dövr  (dörd  həftəlik  yaş)  və  südəmər 

dövrlər  (südəmər  yaş)  ayrılır.  Südəmər  uşağın 

inkişafı  üçün  boyunun  və  bədən  çəkisinin  tez 

artması  ən  səciyyəvi  haldır.  Südəmər  uşağın  bəzi 

sistemlərinin  nisbi  funksional  keyfiyyətsizliyi 

onun  xarici  mühitdəki  şəraitə  nisbətən  zəif 

uyğunlaşmasına,  həmçinin  infeksiyalara  meylli 

olmamasına  səbəb  olur.  Erkən  yaşında  kifayət 

qədər  yüksək  xəstələnmə  və  ölüm  bununla  izah 

edilir. 

 

SÜRƏT 

KATEQORĐYASI

 

– 

yükün 


xüsusiyyətlərindən 

asıl 


olaraq, 

yerdəyişmə 

rejimini 

müəyyənləşdirən 



yüklərin 

göndərilməsinin  konkret  əlamətidir  (nişanəsidir). 

Aşağıdakı kateqoriyalar fərqləndirilir: yük, böyük 

(sürət  qatarlarında  daşınmalarda)  və  sərnişin 

(yüklü 


vaqonların 

növbədənkənar 

sərnişin 

qatarlarına quraşdırılmasında). 



 

SÜRƏTLƏNDĐRĐLMĐŞ AMORTĐZASĐYA

 

–  iqtisadiyyatın  yüksək  texnologiyalı  sahələrinin 

inkişaf  etdirilməsi  və  səmərəli  texnologiyaların 

tətbiq 

edilməsi 



üçün 

şəraitin 

yaradılması 

məqsədilə əsas kapitalın normativ xidmət müddəti 

ilə 

müqayisədə 



aktivlərin 

silinməsinin 

sürətləndirilməsini  təmin  edən  metoddur.  Əsas 

kapitalın sürətləndirilmiş amortizasiyasının tətbiqi 

və  onun  yerinə  yetirilməsi  qaydaları  hökumət 

tərəfindən 

müəyyənləşdirilir. 

Sürətləndirilmiş 

amortizasiya  yüksəldilmiş  faizlərlə  hesablanır. 

Yüksək 


texnologiyalı 

sahələrin 

inkişafının 

stimullaşdırılması və vergiyə məruz qalan mənfəət 

məbləğinin 

azaldılması 

yolu 

ilə 


istehsal 

potensialının  yeniləşdirilməsi  üçün  tətbiq  edilir. 

Sürətləndirilmiş  amortizasiya  əsas  fondların 

yalnız  xidmət  müddəti  3  ildən  çox  olan  aktiv 

hissəsinə 

(maşınlara, 

qurğulara, 

nəqliyyat 

vasitələrinə)  aid  edilir.  (Qeyd  etmək  lazımdır  ki, 

sürətləndirilmiş 

amortizasiya 

əsasında 

əsas 

fondların amortizasiyası haqqında məlumatlar, bir 



qayda olaraq, MHS tələblərinə cavab vermədiyinə 

görə  (MHS-də  əsas  kapital  bərpa  dəyəri  ilə 

qiymətləndirilməlidir),  əsas  kapitalın  istehlakının 

hesablanmasında  istifadə  edilə  bilməz.  Bundan 

əlavə,  sürətləndirilmiş  amortizasiya  metodundan 

01.01.2006-cı 

il 

tarixdən 



Azərbaycan 

Respublikasında istifadə edilmir).  

 

SÜRÜNÜN  DÖVRĐYYƏSĐ

  –  mal-qaranın 

sayının hərəkətini və təkrar istehsalını əks etdirən 

göstəricilər sistemidir; təsərrüfatlarda, regionlarda 

və ölkədə növlər, cinslər və yaş qrupları üzrə mal-

qaranın daxil olması və çıxması balansı şəklində 

tərtib  edilir.  Balansda  ilin  əvvəlinə  mövcud  baş 

sayı,  daxil  olan  mal-qaranın  sayı,  o  cümlədən 

balalama 

və 

digər 


qruplardan 

köçürmələr 



 

613


göstərilir.  Çıxma  üzrə  aşağıdakı  göstəricilər  əks 

etdirilir:  kəsilməyə  verilənlər,  damazlıq  üçün 

satılanlar, digər qruplara köçürülənlər, sair satışlar 

və  verilən,  təsərrüfatda  kəsimlər,  itənlər  və 

ölənlər,  oğurluqlar  və  əskik  gəlmələr.  Yekunda 

ilin sonuna sürünün baş sayını alırlar. 

Mal-qaranın  bala  verməsi  –  təsərrüfata  aid  olan 

analardan 

diri 

doğulmuş 



bütün 

körpə 


heyvanlardır. 

Toyuqların 

nəsil 

verməsinə 



inkubatorlarda  çıxardılmış  bir  günlük  körpələr 

(cücələr) daxildir. 

Mal-qaranın  təkrar  istehsalını  və  ana  heyvanların 

məhsuldarlığının 

xarakteristikası 

üçün 


ilin 

əvvəlinə  mövcud  olmuş  əsas  sürüdəki  bir  və  ya 



100 

anaya 

düşən 

nəsilvermə 

göstəricisi 

hesablanır.  Hesablamanın  həmçinin  nəsilvermə 

üçün  nəzərdə  tutulmuş  bütün  analar  üzrə 

aparılmasına  da  yol  verilir.  Buna  o  zaman  yol 

verilir  ki,  mal-qaraların  növlərinə  uyğun  olaraq, 

anaların  sayına  iki  yaşdan  yuxarı  düyələr, 

yoxlamadan çıxarılmış ana donuzlar, yaşı bir ildən 

yuxarı  olan  şişəklər  daxil  edilsin.  Çoxdöllü 

heyvanlar  üçün  alınmış  balaların  sayının  anaların 

nəsilvermə 

sayına 


nisbəti 

kimi 


onların 

məhsuldarlıq  göstəricisi  hesablanır.  Mal-qaranın 



tələf 

olması 

– 

qocalıqdan, 



xəstəlikdən, 

yaralanmadan,  təbii  fəlakət  və  digər  bədbəxt 

hadisələrdən,  kəsilmiş  heyvanların  ətindən  qida 

kimi  istifadə  olunmayan  mal-qaranın  məcburi 

kəsimi kimi, heyvanların bütün ölüm halları daxil 

edilməklə,  mal-qaranın  itkiləridir.  Mal-qaranın 

tələf olmasının nisbi göstəricisi dövriyyədəki mal-

qaranın  ümumi  sayına  (ilin  əvvəlinə  olan  mal-

qaranın sayı üstəgəl nəsil vermə, üstəgəl kənardan 

daxil olmalar) və yaxud orta illik baş sayına görə 

%-lə  hesablanır.  Balaların  tələf  olması  balaların 

daxil olmasına nisbətən %-lə hesablanır. Sürünün 

təkrar  istehsalını  təhlil  etmək  üçün  cavan 

heyvanlar  yetişdirmə    yolu  ilə  sürünün 

müntəzəm  surətdə  artırılmasının  təmin  edilməsi  

göstəricisi hesablanır (onun sayının müvafiq mal-

qara 

qrupunun 



uyğun 

mal-qara 

qrupunda 

yaşlıların baş sayına nisbətidir). 

 


Download 17.41 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   153   154   155   156   157   158   159   160   ...   183




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling