Redaktorlar: Y. X. Yusifov, E. E. Yaqublu, F.Ə.Əliyev, G. A. Ağamoğlanova
Download 17.41 Mb. Pdf ko'rish
|
- Bu sahifa navigatsiya:
- STATĐSTĐKADA SEÇMƏ
- STATĐSTĐKANIN MƏLUMAT-HESAB- LAMA SĐSTEMĐNDƏ SORĞU STATĐS- TĐKASI
- STATĐSTĐKANIN MƏLUMAT-HESAB- LAMA SĐSTEMĐNĐN STANDARTLARI
- STRUKTUR BĐZNES STATĐSTĐKASI
STATĐSTĐKA MƏLUMAT-HESABLAMA SĐSTEMĐNĐN TEXNĐKĐ VASĐTƏLƏRĐ (SMHS) – müasir tələblərə uyğun olaraq, statistika məlumat-hesablama sisteminin vasitələri ilə yeni texnologiyalar əsasında məlumatların toplanmasının, ötürülməsinin, işlənməsinin, yığımının və təqdim
edilməsinin həyata
keçirilməsinə yönəldilmiş inkişaf vasitəsidir. Texniki siyasətin formalaşması zamanı hesablama texnika vasitələrinin və məlumatların ötürülməsinin proqram
təminatının inkişafı sahəsində müasir
meyllər nəzərə
alınır. Statistikanın texniki bazasının inkişafının əsas vəzifəsi yaradılmış lokal hesablama şəbəkəsinin, yeni informasiya texnologiyalarının tətbiqi üçün, güclü serverlər və işçi stansiyalarla təchiz edilməsinin müasirləşdirilməsidir. STATĐSTĐKA MÜŞAHĐDƏSĐ – sosial- iqtisadi həyatda baş verən hadisə və proseslər haqqında, onların
mühüm əlamətlərinin əvvəlcədən işlənib
hazırlanmış müşahidə proqramı üzrə
planlı, elmi
cəhətdən əsaslandırılmış şəkildə məlumatların yığılmasıdır. Statistika müşahidəsinin məlumatları özündə müşahidə olunan obyekt haqqında ilkin statistik məlumatları əks etdirir ki, bu da ümumiləşdirilmiş xarakteristikaları almaq üçün
əsas sayılır. Statistika müşahidəsi statistik tədqiqatların ilk əsas mərhələlərindən biri hesab edilir. Statistika müşahidəsi başdan-başa və qeyri-ümumi, fasiləli və fasiləsiz ola bilər (“Başdan-başa müşahidə”yə, “Qeyri-ümumi müşahidə”, “Fasiləli müşahidələr” və “Fasiləsiz müşahidə”yə bax). Statistika müşahidəsinin iki tipi mövcuddur: statistika hesabatı və xüsusi təşkil olunmuş müşahidə. STATĐSTĐKA NƏŞRLƏRĐ – məruzələr, külliyyatlar, məcmuə və bülletenlər, bukletlər, jurnallar, xülasələr, mətbu-buraxılışlar və s. məlumat-təhlil materialları şəklində təqdim edilən və geniş yayılma üçün nəzərdə tutulmuş işlənmiş statistik məlumatlar sistemidir. Mövcud statistika nəşrləri sistemi
statistik məlumatların istehlakçıları üçün bərabər girişi və kifayət qədər tam informasiya və təhlil bazasını təmin edir. Müasir şəraitdə dövlət idarəetmə orqanları tərəfindən rəsmi statistika nəşrləri buraxılır. Azərbaycan Respublikasında Dövlət Statistika Komitəsi ilə yanaşı, özünün məlumat yığma və işləmə sistemi olan digər nazirlik və idarələr (Maliyyə Nazirliyi, Daxili Đşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Mərkəzi Bank, Dövlət Miqrasiya Xidməti və
s.) tərəfindən də məlumatlar nəşr olunur. Bundan başqa, müxtəlif təşkilatlar, eyni zamanda kommersiya təşkilatlarının sifarişi ilə iqtisadi və sosial xarakterli müəyyən məlumatlar üzrə sorğu, hər cür müayinə keçirən müxtəlif elmi mərkəzlər, agentliklərin işləyib hazırladıqları qeyri–rəsmi
Rəsmi statistika nəşrləri sistemi arasında aparıcı yeri hər il təsdiq olunan “Statistik nəşrlərin kataloqu” əsasında buraxılan Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin nəşrləri tutur. Bu statistika nəşrlərinə həm rəsmi statistika orqanları sistemi üzrə, həm də ayrı-ayrı nazirlik və idarələr tərəfindən Dövlət Statistika Komitəsinə rəsmi
olaraq təqdim
olunan məlumatlar əsasında toplanmış və işlənmiş məlumatlar daxil edilir (Səhiyyə Nazirliyi, Nəqliyyat Nazirliyi, Vergilər Nazirliyi və s.). Dövlət Statistika Komitəsinin bütün statistika nəşrlərinin hazırlanmasında cari
statistika, əhalinin siyahıyaalınması, bir sıra seçmə və birdəfəlik müayinələrin materiallarından istifadə olunur.
Dövlət Statistika Komitəsinin rəsmi statistika nəşrləri arasında əsas yeri illər üzrə ölkənin sosial- iqtisadi vəziyyətini daha tam xarakterizə edən
bölünür. Birinci qrupa hər il buraxılan toplu statistika
qısa statistik külliyyatı və “Azərbaycanın statistik göstəriciləri”. Belə külliyyatlar geniş proqram üzrə buraxılır və bu külliyyatlara ölkənin iqtisadiyyatı, maliyyə, qiymət, ticarət, təbii ehtiyatlar, əhalinin həyat səviyyəsi, əhalinin sayı və tərkibi, əmək ehtiyatları, məşğulluq və digər sosial-iqtisadi göstəriciləri haqqında bir sıra illər üzrə müxtəlif məlumatlar daxil edilir. Bir çox göstəricilər “Azərbaycanın statistik göstəriciləri”ndə rayonların, regionların, Azərbaycan Respublikasının tərkibində olan muxtar respublikanın iqtisadiyyatı üzrə verilir. 1995-ci ildən ingilis dilinə tərcümə ilə birlikdə “Azərbaycan rəqəmlərdə” qısa statistik külliyyat da buraxılır. 607
Đkinci qrupa həm illik, həm də böyük dövriliklə buraxılan sahə və tematik statistik külliyyatlar aid edilir:
“Azərbaycanın regionları”, “Azərbaycanın demoqrafik göstəriciləri”, “Azərbaycanda ailələr”, “Azərbaycanda qadınlar və kişilər”, “Azərbaycanda uşaqlar”, “Azərbaycanın milli hesabları”, “Azərbaycanın sənayesi”, “Azərbaycanın kənd
təsərrüfatı”, “Kənd təsərrüfatı müəssisələrinin və ailə kəndli təsərrüfatlarının əsas
iqtisadi göstəriciləri”, “Azərbaycanda ərzaq
təhlükəsizliyi”, “Azərbaycanda tikinti”, “Azərbaycanın nəqliyyatı”, “Azərbaycanda informasiya cəmiyyəti” “Azərbaycanda telekommunikasiya və poçt”, “Azərbaycanın yanacaq-enerji və material resursları balansı”, “Ticarət və xidmət”, “Azərbaycanın xarici ticarəti”, “Əmək bazarı”, “Azərbaycanda qiymətlər”, “Maliyyə”, “Azərbaycanda təhsil, elm və mədəniyyət”, “Azərbaycanda ətraf mühit
və səhiyyə”, “Azərbaycanda cinayətkarlıq və hüquqpozmalar”. Belə nəşrlərdə daha hərtərəfli statistik məlumatlar verilir. Ümumi
göstəricilərlə bərabər
iqtisadiyyatın sektorları, fəaliyyət növlərinin məlumatları üçün xarakterik olan çoxlu spesifik göstəricilər daxil edilir. Bu cür statistik nəşrlərdə göstəricilərin əhatəsi daha genişdir və ümumilikdə Azərbaycan üzrə yox, həm də regionlar üzrə verilir. Eyni zamanda, müəyyən tarixi
günlərə, Ümumdünya konfranslarına və s. statistik külliyyatların buraxılışı tətbiq edilir. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi statistika nəşrlərini siyahıyaalma, birdəfəlik və seçmə müayinələrin nəticələrinə görə də təşkil edir. “Azərbaycanda sosial-iqtisadi vəziyyət” haqqında aylıq məruzə əsasında, sonuncu ay ərzində ölkənin iqtisadiyyatında baş verən dəyişikliklər haqqında cari məlumatları, eyni zamanda il ərzində əsas meyllərin xarakteristikasını tərkibinə daxil edən “Sosial-iqtisadi inkişaf” xülasəsi buraxılır. Xülasədə makroiqtisadi göstəricilər, ümumi daxili məhsul, istehsalın sahələri, qeyri- iqtisadi fəaliyyətlər, istehlak bazarı və əmək bazarında qiymətlər, maliyyə, həyat səviyyəsi və əhalinin gəlirləri haqqında materiallar verilir. Xülasəyə cədvəllər və qrafiklərdən başqa, qısa təhlili məlumatlar da daxil edilir. Dövlət Statistika Komitəsində daha aktual məsələlər üzrə, əsasən mətn və cədvəldən meydana gələn 1-2 səhifəlik mətbu-buraxılışlarda hazırlanır. Bu
məlumatlar qiymətlərin səviyyəsində, işsizlikdə, istehlak bazarının vəziyyətində, əhalinin pul gəlirlərində və yaşayış minimumunun kəmiyyətində, müəssisələrə ödəmələr və xərclərdəki olan dəyişikliklər haqqında olur. Mətbu-buraxılışlar mütləq Dövlət Statistika Komitəsinə istinad edilməklə, kütləvi informasiya vasitələrində yayılma üçün nəzərdə tutulmuşdur.
statistik məcmular (müşahidələr) haqqında kütləvi məlumatların yığılmasını, onların işlənməsini (qruplaşdırılmasını, yekunlaşdırılmasını) və
statistik qanunauyğunluqların aşkar edilməsi məqsədi ilə əldə edilən nəticələrin təhlilini birləşdirir. Statistika tədqiqatlarının birinci mərhələsi eyni proqram üzrə elmi cəhətdən təşkil olunmuş ictimai həyat prosesləri və hadisələri haqqında faktların uçotu və bu uçot əsasında əldə edilmiş kütləvi ilkin məlumatların yığılmasıdır. Đlkin statistik materialların yığılması iki üsulla təşkil edilə bilər: iqtisadi subyektlərdən statistik hesabatların müntəzəm olaraq əldə edilməsi yolu ilə və birdəfəlik xüsusi statistik müayinələrin təşkili vasitəsilə. Məcmu vahidlərin əhatəliliyinə uyğun olaraq, statistik müşahidələr iki yerə ayrılır: ümumi və qeyri ümumi. Öz növbəsində qeyri ümumi
müşahidə seçmə,
əsas massivin müşahidəsi, anket, monoqrafiya müşahidələrinə bölünür. Statistik müşahidələrin ayrı-ayrı növləri arasında vəzifəsi hər bir statistik məcmu vahidi üzrə hər hansı hadisənin sayının tam uçotu və tərkibinin xarakteristikası haqqında məlumatların əldə olunmasında siyahıyaalmaya xüsusi fikir verilir.
- əvvəlcədən tərtib edilmiş proqram əsasında, onların mühüm əlamətlərinin müşahidəsi üzrə ictimai həyatın hadisə və prosesləri haqqında məlumatların qeydiyyatı yolu ilə planlı və elmi cəhətdən əsaslandırılmış şəkildə toplanmasıdır. Statistika uçotunun əsas vəzifələri aşağıdakılardan ibarətdir: kəmiyyət münasibətlərinin tədqiqatı vasitəsilə kütləvi ictimai hadisələrdə əlaqələrin səbəblərini öyrənməkdir (bilməkdir); elmi əsaslandırılmış göstəricilər sistemi əsasında cəmiyyətdə baş verən dərin iqtisadi və sosial proseslərdə dəyişikliklərin hərtərəfli tədqiqatı, ölkənin iqtisadi inkişaf meyllərinin ümumiləşdirilməsi və proqnozlaşdırılması, istehsalın mövcud səmərəli ehtiyatlarının aşkar edilməsi, qanunvericilik hakimiyyətinin, idarəetmə, icra və təsərrüfat orqanlarının, həmçinin geniş ictimaiyyətin etibarlı məlumatlarla vaxtında təmin
edilməsində statistika uçotunun spesifik tərəfi müəyyən vaxtla və yerlə bağlı, konkret - tarixi şəraitdə ictimai hadisələrin kəmiyyətcə öyrənilməsidir. Statistika uçotunda istifadə olunan özünəməxsus statistik
608
xüsusiyyət onların
keyfiyyət və
kəmiyyət xüsusiyyətlərinin ayrılmaz (qırılmaz) vəhdətidir. Statistika uçotu ucdantutma və qeyri-ucdantutma, fasiləli və fasiləsiz ola bilər. Statistika uçotunun iki növü mövcuddur: rəsmi statistika hesabatı və
məcmusunun maliyyə vəziyyəti, bazarın digər subyektlərlə ödəmə və hesablaşma vəziyyəti, maliyyə sabitliyi (davamlılığı) və ödəmə (tədiyyə) qabiliyyəti üzrə bölüşdürülməsini xarakterizə edir. Təhlilin məqsədindən asılı olaraq, aşağıdakı qruplaşdırmalardan istifadə edilir: 1) maliyyə
düşmüş müəssisələr üzrə yekunlar işlənir; 2) kiçik biznes müəssisələri üzrə - mənfəət və gəlirlərin həcmi üzrə qruplaşmalar aparılır; 3) ödəmə qabiliyyəti üzrə - vaxtı keçmiş debitor və kreditor borclarına malik müəssisələr, həmçinin ödəmə qabiliyyəti əmsalı üzrə müəyyənləşdirilmiş intervala düşən müəssisələr ayrılır. Məsələn, cari satıla bilmə əmsalı üzrə (“Ödəmə qabiliyyəti
bax)
qruplaşma hazırlanarkən aşağıdakı intervallar (sərhədlər) işlədilir (%-lə): 0- 50, 51-100, 101-150, 151-200, 200-dən yuxarı. Hər bir intervala (sərhədə) düşən müəssisə onların xarakterinə (təşkilatların ümumi sayına %-lə), işçilərin orta siyahı sayına (işçilərin ümumi sayına %-lə), kreditor və debitor borclarının həcminə (ümumi məbləğə %-lə) görə xarakterizə olunur.
SEÇMƏ – seçmə müşahidəsində seçmə məcmusunun təşkil edilməsi prosesidir (“Seçmə müşahidəsi”nə bax).
texnoloji nəticələrin tətbiq edilməsi əsasında ölkə, Muxtar Respublika, rayon (şəhər) səviyyələrində
saxlanması, yığılması, aktuallaşdırılması, təhlili, təqdim edilməsi, yayılması, istifadə edilməsi və mühafizəsi proseslərinin avtomatlaşdırılmış metod və vasitələrinin məcmusudur.
MƏLUMAT-HESAB- LAMA SĐSTEMĐNDƏ SORĞU STATĐS- TĐKASI – bu və ya digər sorğuya cavabı həyata keçirən, məlumat bazası
sisteminin sorğu
növlərinin və dəstlərin siyahısıdır.
MƏLUMAT-HESAB- LAMA SĐSTEMĐNĐN STANDARTLARI – sahə standartları və razılaşmalarının nümunəvi standart həllidir. Özündə aşağıdakıları birləşdirir: 1) məlumatların elektron işlənməsi kompleksləri, o cümlədən məlumat bankları və elektron- nəşriyyat sistemləri ilə interfeyslərə tələbat üzrə razılaşmanı; 2) statistik məlumatın tele-işlənmə sisteminə (SMTS), o cümlədən SMTS-nin məsafədən toplama sistemi ilə elektron-poçtun interfeysi, kütləvi məlumatların mübadiləsində olduğu kimi, məlumat bazaları ilə iş; elektron poçt standartları; 3) elektron-nəşriyyat sistemləri üzrə razılaşmanı.
olaraq seçilmiş, ümumilikdə bölməni müəyyən etməyə imkan verən müəssisələrin, yaşayış məntəqələrinin məcmusunun təbəqəsidir (kəsiyidir). 2) Seçmə məcmuda sətir və sütun kəsişməsidir.
– bazarda firmanın mövqeyini qiymətləndirməyə və marketinq strategiyasının işlənib hazırlanmasına imkan verən məkan (zaman) modelidir. Strateji marketinq matrisası (bəzən də strategiya şəbəkəsi adlandırılır) 1957-ci ildə amerikalı iqtisadçı Đ.Ansoffo tərəfindən təklif edilmiş və sonralar bir sıra tədqiqatçılar tərəfindən təkmilləşdirilmişdir. Bu matrisa müvafiq kəmiyyət və keyfiyyəti xarakterizə edən iki amilin (və yaxud iki kompleks amilin inteqral xarakteristikasının) koordinatla kəsişməsini əmələ gətirir. Strateji marketinq matrisası aşağıdakı sxemə malikdir:
B az ar d ak ı v əz iy y ət
1 A1B1 →
PH A1B2 →
PH 2
→
→
PB
1 2
Firmanın potensialları Rəqəmlərlə hər bir amilin keyfiyyət qiymətləri xarakterizə edilir: 1 – münasib vəziyyət (güclü potensial); 2 – qeyri-münasib vəziyyət (zəif potensial) deməkdir. Bu xarakteristikalar kəmiyyətcə ifadə
oluna bilər:
inteqral xarakteristika üçün amillərin çoxölçülü balla qiymətləndirilməsindən istifadə edilir ki, bu da kəmiyyət və keyfiyyət qiymətləndirmələrinin birləşdirilməsinə imkan verir. Hər bir amilə ekspert qaydasında bazardakı vəziyyətə təsirinə və firmanın potensialına (F
) görə çəki verilir; j amilinin ayrıca i xarakteristikası üçün (Q ij ) balı müəyyənləşdirilir. Đnteqral xarakteristika özündə orta kəmiyyəti əks etdirir 609
, ∑ ∑ = n j j n j j ij F F Q Q
burada n, j – x amillərinin sayıdır. Adətən, ∑ n j j F 1-ə bərabər olur. Firmanın mövqeyinin reytinqi AB inteqral göstəricilərinin (strateji indeksin) orta həndəsi hesablanması və
yaxud firmanın müvafiq kvadrant matrisalarına düşməsi
kimi müəyyənləşdirilir. A1B1 kombinasiyası əlverişli vəziyyəti və firmanın güclü potensialını bildirir, riskin aşağı (PA) səviyyəsini və
hücum strategiyasının (C1) seçilmə imkanlarını göstərir. Əlverişsiz şəraitin və zəif potensialın birləşməsi (A2B2) yüksək riskin (PB) olmasını göstərir və bazardan çıxaraq, çəkilmə strategiyasını (C3) diktə edir. Qalan iki kvadrant özündə yaxşı və pis amillərin (A1B2 və A2B1) kombinasiyalarını əks etdirir ki, bunlar da orta, mümkün riskə (PC) uyğun gəlir və müdafiə strategiyası (C2) tövsiyə edilir. Qruplaşdırma iki və daha çox əlamətlərə görə aparıla bilər və bu halda kvadrantların (sahələrin) sayı çox, aralıq variantlar hesabına strategiyanın seçilməsi geniş ola bilər.
- müəssisələrin strukturuna və fəaliyyət növünə uyğun olaraq, illik müşahidə əsasında toplanan məlumatları əhatə edir.
Struktur biznes
statistikasının əsas məqsədi sahibkarlıq sahəsində müəssisələrin strukturu və fəaliyyəti haqqında müəyyən olunmuş
göstəricilər üzrə
vahid metodologiya əsasında müşahidələrin təşkili, məlumatların toplanması və yayılmasını təmin etməkdir. Biznes statistika əsas etibarilə Avropa Đttifaqının 58/97 və 295/2008 nömrəli göstərişləri əsasında Avropa Statistika Bürosu tərəfindən müəyyənləşdirilmiş göstəriciləri əhatə edir və müvafiq metodoloji vəsaitlərdən istifadə olunur. Avrostatın tövsiyələrinə uyğun olaraq, biznes fəaliyyəti Đqtisadi Fəaliyyət Növləri Təsnifatına görə, iqtisadiyyatın B - Mədənçıxarma sənayesi, C - Emal sənayesi, D - Elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat, E - Su təchizatı; Çirkli suların və tullantıların təmizlənməsi, F – Tikinti, G - Topdan və pərakəndə ticarət; Avtomobillərin və motosikletlərin təmiri, H - Nəqliyyat və anbar təsərrüfatı, Đ - Yaşayışın təşkili və ictimai iaşə, J - Đnformasiya və rabitə, K - Maliyyə və sığorta fəaliyyəti, L - Daşınmaz əmlakla əlaqədar əməliyyatlar, M - Peşə, elmi və texniki fəaliyyət, N - Đnzibati və yardımçı xidmətlərin göstərilməsi, P - Təhsil, Q - Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, R - Đstirahət, əyləncə və incəsənət sahəsi seksiyalarında cəmləşən müəssisələrin fəaliyyətindən ibarətdir. Beynəlxalq təcrübədə biznes statistikası göstəriciləri əsasən struktur biznes statistikası və qısamüddətli biznes statistikası göstəricilərinə bölünür. Struktur biznes statistikaya 300-dən çox göstərici aiddir və onlar xüsusiyyətlərinə görə qruplaşdırılmışdır. Yerli vahidlərinə, işçilərinin sayına, investisiya qoyuluşlarının həcminə, başqa ölkələrdə yerləşən vahidlərinə görə müəssisələrin sayı və onların bölgüsünə dair 25, məhsul buraxılışı, istehsal, mənfəət və s. bağlı 14, əmtəə və xidmətlərin sifarişi, qalıqlar, əmək haqqı xərcləri ilə bağlı 9, torpağa, bina və tikililərə, proqram təminatına və s. üzrə investisiyaya dair 8, yeni yaranmış müəssisələrdə, fəaliyyət göstərən müəssisələrdə çalışan işçilərin sayı, iş vaxtı üzrə 24, satış məntəqələri ilə bağlı 2, sənaye, tikinti, xidmət sahələri üzrə dövriyyə ilə bağlı 10, öhdəliklər, xərclər, sığorta, vergilər, mənfəət, zərər və digər maliyyə göstəriciləri ilə bağlı 63, maliyyə investisiyaları, qiymətli kağızlar haqqında 21, maliyyə təminatı, borclar, kapital və ehtiyatlarla bağlı 18 və s. istiqamətlər üzrə göstəricilər struktur biznes statistikanın əsas göstəriciləri hesab olunurlar.
Download 17.41 Mb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling