Redaktorlar: Y. X. Yusifov, E. E. Yaqublu, F.Ə.Əliyev, G. A. Ağamoğlanova


Download 17.41 Mb.
Pdf ko'rish
bet164/183
Sana06.03.2017
Hajmi17.41 Mb.
#1858
1   ...   160   161   162   163   164   165   166   167   ...   183

 

TƏSNĐFAT

  -   təsnifləşdirmə qruplarının və (və 

ya)  təsnifat  obyektlərinin  adlarının  və  kodlarının 

sistemləşdirilmiş  toplusunu  əhatə  edən  normativ 

sənəddir.  Tətbiq  olunma  sahəsindən  və  təsdiq 

edilmə  (qəbul  edilmə)  səviyyəsindən  asılı  olaraq,  

təsnifat  aşağıdakı  kateqoriyalara  bölünür:  ölkə 

üzrə  milli,  sahələr  (idarə)  və  müəssisələr 

təsnifatına. 

Öz 


statusuna 

görə 


təsnifatlar 

standartların  müvafiq  kateqoriyalarına  bərabər 

tutulur.  Təsnifatların  qurulmasında  irəli  sürülən 

tərkibin,  strukturun  və  tələblərin  təsvirində 

aşağıdakı  termin  və  təriflərdən  istifadə  edilir. 

Təsnifatın  tutumu  (həcmi)  –  təsnifatın  saxlaya 

bildiyi mövqelərin ən çox  olan miqdarıdır. Qəbul 

edilmiş  kodlaşdırma  metodlarını  və  kodun 

strukturunu  nəzərə  almaqla,  bu  göstərici  bütün 

mümkün kodlaşdırma kombinasiyaları nəticəsində 

təsnifatda  kodlaşdırıla  biləcək  məlumatların 

həcmini 


qiymətləndirməyə 

 

imkan 



verir. 

Təsnifatın  ehtiyat  tutumu  –  təsnifatda  boş 

(sərbəst)  mövqelərin  miqdarıdır.  Təsnifata  yeni 

mövqelər 

daxil 

etməklə 


onun 

genişlənmə 

imkanlarını xarakterizə edir. Təsnifatın mövqeyi – 

təsnifləşdirmə qrupunun və ya təsnifat obyektinin 

ad  və  kodlarıdır.  Təsnifatın  mövqeyinin  tərkibinə 

kodların  mümkün  səhvlərdən  qorunması  üçün 

nəzarət  rəqəmləri  və  təsnifləşdirmə  qruplarının 

xarakteristikası  üçün  əlavə  əlamətlər  də  daxil 

edilə bilər.  

 

TƏSNĐFATIN APARILMASI

 – (I) təsnifatın 

düzgün  vəziyyətdə  saxlanmasıdır.  Təsnifatların 

aparılması,  onun  tərkib  hissəsi  hesab  edilən  və 

tərkibində  olan  kodların,  qrupların  və  ya  digər 



məlumatların  daxil  edilməsi,  ləğv  edilməsi    və  

dəyişdirilməsinə 

aid 

olan 


dəyişikliklərin 

aparılmasından  ibarətdir.  Dəyişikliklər  təsnifatın 

girişində, təsnifatda istifadə edilən qruplaşmaların 

mahiyyətinin 

açılmasının, 

kateqoriyaların 

müəyyənləşdirilməsinin  əlifba-mövzu  göstərici-

sində,  əlavələrində,  izahında  aparıla  bilər. 

Dəyişikliklər  dövlət  hakimiyyəti  orqanlarında 

hazırlanan  qanunvericilik  və  normativ  aktlara,  

milli 

və 


beynəlxalq 

standartlara, 

direktiv 

xüsusiyyətli  sənədlərə,  idarələrarası  sənədlər 

sisteminə əsaslanır. 

Azərbaycan  Respublikasında  milli  sosial-iqtisadi 

təsnifatlar  əsasən  Dövlət  Statistika  Komitəsi  və 

digər  nazirlik  və  baş  idarələr  tərəfindən  mövcud 

beynəlxalq  təsnifatlarla  uzlaşdırılaraq  hazırlanır. 

Təsnifatların  ilk  layihə  nüsxələri  baxılmaq  üçün 

əlaqədar  nazirlik  və  komitələrə,  onların  irad  və 

təklifləri  nəzərə  alındıqdan  sonra  isə  son  variantı  



 

639


Standartlaşdırma,  Metrologiya  və  Patent  üzrə 

Dövlət  Komitəsinə  göndərilir  və  sosial-iqtisadi 

təsnifatlar  dövlət  standartı  kimi  qeydiyyata 

götürülür.  Daha  sonra  nəşr  edilərək  yerli 

idarəetmə orqanlarına, yerli statistika orqanlarına, 

istifadəçilərə və s. təşkilatlara göndərilir. 



(II) 

– 

təsnifatların 



“düzgün” 

vəziyyətdə 

saxlanması 

məlumatların 

tamlığının 

təmin 


olunması  və onun istifadəçilər arasında  yayılması 

prosesidir. 



 

TƏSNĐFATIN  TƏTBĐQĐ

  –  təsnifatın  nəzərdə 

tutulmuş  fəaliyyət  sahəsində  tətbiqini  təmin  edən 

tədbirlər  kompleksinin  həyata  keçirilməsidir. 

Tərkibindən,  məzmunundan  və  təyinatından  asılı 

olaraq,  milli  təsnifatlar  statistikada,    maliyyə  və 

bank 


fəaliyyətində, 

gömrük 


işlərində, 

standartlaşdırmada 

və 

iqtisadiyyatın 



digər 

sahələrində  istifadə  edilir. Təsnifat  qruplarının ad 

və  kodlarının  tətbiqi,  sənədləşmənin  aşağıdakı 

ümumiləşdirilmiş  sistemlərinə  daxil  olan  sənəd 

formalarında 

həyata 


keçirilir: 

təşkilati 

sərəncamverici;  bank;  maliyyə,  büdcə  idarə  və 

təşkilatlarının 

uçot, 

hesabat 


və 

mühasibat 

sənədləri; 

statistik-hesabat; 

müəssisələrin 

mühasibat uçotu və hesabatı sənədləri; əmək üzrə 

sənədlər;  ölkənin  Sosial  Müdafiə  Fondunun 

sənədləri; 

xarici 

ticarət 


sənədlərində. 

Təsnifatlardan 

məlumat 

fondlarının 

yaradılmasında və dövlət və qeyri-dövlət məlumat 

sistemlərində  ölkə  və  region  səviyyələrində, 

həmçinin    yerli  özünüidarəetmə  səviyyələrində 

məlumat  bazalarının  yaradılması  üçün  istifadə 

edilir.  Rəsmi  statistika  təsnifatlarından  Statistik  

vahidlərin  dövlət  registrinin  yaradılmasında  geniş 

istifadə 

edilir. 


Həmçinin 

dövlət 


statistika 

müşahidəsinin 

aparılmasında 

məlumatların 

işlənməsi üçün əsas kimi istifadə edilir. 

Statistikada 

təsnifatın 

tətbiqi 

dedikdə 


göstəricilərin  məlumat  uyğunluğunun,  habelə 

iqtisadi  təhlildə  təsnifat  qruplaşdırmalarından 

istifadəni  təmin  etmək  məqsədilə  giriş  və  çıxış 

məlumatlarının  kodlaşdırılması  üçün  təsnifatdan 

istifadə nəzərdə tutulur.           

Statistikada 

təsnifatların 

tətbiqinin 

əsas 


istiqamətləri aşağıdakılardır:       

- statistik 

hesabat 

formalarında, 

habelə 

məlumatların  kompüter  işlənilməsi  zamanı  bu  və 



ya  digər  təsnifatın  kodlarından,  kodlaşdırılmış 

göstəricinin  (məhsul,  xidmət  növlərinin  və  s.) 

adlarından  istifadə; 

- müəssisələr  registrində  təsnifatın  kodlarından 

istifadə. 

 

TƏSNĐFATLARIN  HARMONĐZASĐYASI 



(UYĞUNLAŞDIRILMASI)

 

– 

milli 


təsnifatların 

strukturunun 

və 

məzmununun 



beynəlxalq 

təsnifatlara 

uyğunlaşdırılmasıdır. 

Göstəricilərin  müqayisə  olunması  imkanının 

təmin edilməsidir. 

Beynəlxalq təsnifatlara uyğun olaraq, təsnifatların 

harmonizasiyasına 

milli 


təsnifatların 

hazırlanmasında  məlumatların  qruplaşdırılması 

yolu 

ilə 


nail 

olunur. 


Ölkələrin 

 

milli 



xüsusiyyətlərinin 

əks 


olunması 

beynəlxalq 

təşkilatlar tərəfindən müəyyən edilmiş qaydalar və 

tövsiyələrə 

uyğun 

olaraq 


həyata 

keçirilir. 

Məsələn, 

BMT-nin 


Statistika 

Komissiyası 

tərəfindən təsdiq edilmiş və 4 rəqəmli koda malik 

olan 


iqtisadi 

fəaliyyətin 

bütün 

növlərinin 



Beynəlxalq  Standart  Sahə  Təsnifatında  (BSST) 

qrupların həm onluq sistemin bir rəqəminin əlavə 

olunması  yolu  ilə,  həm  də  4  rəqəmli  kod 

dairəsində 

qrupların 

bölünməsi 

yolu 

ilə 


genişləndirilməsinin 

mümkünlüyü 

nəzərdə 

tutulmuşdur.  Milli  və  beynəlxalq  təsnifatların 

qruplaşmalarının 

məzmununda 

qarşılıqlı 

uyğunluğun yaradılması üçün milli və beynəlxalq 

təsnifatların (və əksinə) mövqelərinin (kodlarının) 

razılaşdırılması  haqqında  məlumat  əks  olunan 

keçid  açarları  (kodlaşdırılmış  cədvəl)  hazırlanır. 

Təsnifatın 

müxtəlif 

əlamətlərinin 

istifadəsi 

nəticəsində  kodların  uyğunluğu  heç  də  həmişə 

birmənalı  olmur.  Belə  hallarda  keçid  açarlarında 

məlumat  obyektlərinin  girişini  təsvir  edən 

izahedici məlumat verilir.    

 

TƏSNĐFLƏŞDĐRMƏ



  –  texniki-iqtisadi  və 

sosial  məlumat  obyektləri  çoxluğunun  müəyyən 

seçilmiş  əlamətlər  (obyektlərin  xüsusiyyətləri, 

xarakteristikası 

və 

parametrləri) 



üzrə 

təsnifləşdirmə  obyektlərinin  sistemləşdirilməsini 

təmin  edən,  qəbul  edilmiş  metodlara  uyğun 

olaraq,  uyğunluğu  və  fərqləri  üzrə  altçoxluğa 

bölünməsidir.  Əlamətin  qiymətinin  miqdarı  bu 

əlamət  üzrə  yaranan  təsnifləşdirmə  qruplarının 

sayını  müəyyən  edir.  Məsələn,  məhsul  təsnifatı 

üçün  aşağıdakı  əlamətlərdən  istifadə  edilir:  sahə 

mənsubiyyəti,  təyinatı,  tətbiq  edilmə  sahəsi, 

fəaliyyət  prinsipi,  konstruktiv  xüsusiyyətləri, 

hazırlanması  üçün  istifadə  olunan  üsul  və 

materiallar.  Məhsul  Növləri  Təsnifatında  polad 

borular  hazırlanma  metoduna  görə:  dartılmış, 

qaynaq edilmiş, mərkəzdənqaçma və s.; təyinatına 

görə  -  qaz,  su  kəməri,  neft  kəməri,  podşipnik  və 

s.; material növünə görə - paslanmayan, karbonlu, 

minalanmış; ölçüsünə görə - 1020, 1220, 1420 və 

s. mm-li kimi təsnifləşdirilir.    

Təsnifləşdirmə  prosesinin  təsvir  edilməsi  üçün 

anlayışların  aşağıdakı  ifadə  və  təriflərindən 

istifadə 

edilir: 


təsnifləşdirmə 

sistemi 


– 

təsnifləşdirmə metod və qaydalarının məcmusu və 

onun 

nəticəsi; 



təsnifləşdirmə 

obyekti 


– 

təsnifləşdirilən  çoxluğun  elementi;  təsnifləşdirmə 



 

640 


əlaməti  –  təsnifləşdirmənin  aparıldığı  obyektin 

xüsusiyyəti 

və 

ya 


xarakteristikası; 

təsnifləşdirmənin 

pillələri 

– 

nəticəsində 



təsnifləşdirmə 

qruplarının 

məcmusu 

alınan, 


iyerarxiya metodunda təsnifləşdirmə mərhələsidir; 

təsnifləşdirmənin  dərinliyi  –  konkret  məsələlərin 

həll  edilməsi  üçün  zəruri  olan  qrupların  və 

əlamətlərin 

sayının 

konkretləşdirilməsi 

dərəcəsindən asılı olan, təsnifləşdirmə pillələrinin 

sayıdır;  təsnifləşdirmə  qrupları  –  təsnifləşdirmə 

nəticəsində alınan obyektlərin altçoxluğudur. 

Təsnifləşdirmə  metodları  iyerarxiya  və  faset 

üsullarından ibarət olmaqla, iki yerə bölünür.  

Təsnifləşdirmənin  iyerarxiya  metodu  –  ardıcıl 

olaraq  obyektlər  çoxluğunun  tabe  təsnifləşdirmə 

qruplarına  bölünməsidir.  Bu  metodda  obyektlər 

çoxluğu əvvəlcə seçilmiş əlamətlərlə (bölünmənin 

əsası)  iri  qruplara  bölünür,  sonra  isə  hər  bir 

təsnifləşdirmə 

obyekti 


konkretləşdirilərək, 

qruplaşmanın  digər  əlamətləri  üzrə  bölünməklə 

iyerarxiya (tabelik) müəyyənləşdirilir.  

Təsnifatın  faset  metodu  –  obyektlər  çoxluğunun 

paralel 

sərbəst 


(asılı 

olmayan) 

təsnifatlar 

qruplarına 

bölünməsidir. 

Bu 


metodda 

təsnifləşdirilən 

məlumat 

obyektləri 

çoxluğu 

müxtəlif  tapşırıqların  həlli  üçün  ayrıca  istifadə 

edilə  bilən,  bir-biri  ilə  sərt  münasibətdə  olmayan 

sərbəst  fasetlərin  (siyahı)  yığılması  ilə  təsvir 

edilir. 

Məsələn, 

əhali 

haqqında 



məlumat 

təsnifatında  aşağıdakı  fasetlərdən  istifadə  olunur: 

cins, yaş, vətəndaşlıq, doğulduğu yer, dili və s. 

 

TƏŞƏBBÜSKAR  TUROPERATORLAR



  - 

bu  tip  turoperatorlar  turistləri  xarici  ölkələrə  ya 

qəbuledici  turoperatorlarla,  ya  da  bilavasitə 

xidmətləri  təqdim  edən  müəssisələrlə  bağlanmış 

sazişlər 

əsasında 

göndərirlər. 

Turizm 


agentliklərindən  fərqli  olaraq,  bu  turoperatorlar 

turizm  məhsulunun  (ÜTT  normalarına  uyğun 

olaraq,  turizm  məhsulunun  tərkibinə  üçdən  az 

olmayaraq  xidmət  növü  daxil  edilir:  yerləşdirmə, 

turistlərin  daşınması  və  sadalanan  iki  xidmətlə 

bağlı 


olmayan 

digər 


xidmət 

növləri) 

komplektləşdirilməsi ilə məşğul olur.  

 

TƏŞKĐLAT 

–  hər  hansı  proqramı,  yaxud 

məqsədi  birlikdə  həyata  keçirən,  eləcə  də 

müəyyən  edilmiş  üsul  və  qaydalar  əsasında 

fəaliyyət göstərən insanların birliyidir.  

 

TƏŞKĐLATĐ 

STRUKTUR

 

– 



iqtisadi 

obyektin,  müəssisələrin,  şirkətlərin,  təşkilatların 

bölmələrə,  şöbələrə,  sexlərə,  laboratoriyalara, 

sahələrə, 

qruplara 

ayrılmasıdır. 

Məqsəd 

idarəetmənin  nizamlanması,  həlqələrin  qarşılıqlı 



əlaqəsinin 

təmin 


edilməsi, 

tabeçiliyin, 

məsuliyyətin təyin edilməsidir. 

TƏŞKĐLATĐ 

VAHĐD 

(MÜƏSSĐSƏNĐN 

TƏŞKĐLATĐ  VAHĐDĐ)

  –  (I)  –  müəyyən  bir 

fəaliyyət  növü  ilə  bir  yerdə  (coğrafi  ərazidə) 

sərbəst  məşğul  olan  və  bu  fəaliyyətdən  gəlir  əldə 

edən  müəssisədir  (və  ya  müəssisənin  hissəsidir). 

Başqa  sözlə,  idarə  müəyyən  növ  işlərin  həyata 

keçirilməsi üzrə fəaliyyət yeridir.  



 

(II)  –  Milli  Hesablar  Sisteminə  (MHS)  görə, 

müəssisə  bir  yerdə  yerləşən,  yalnız  bir  istehsal 

fəaliyyəti  (yardımçı  deyil)  həyata  keçirən  və  ya 

istehsal  fəaliyyətinin  əsas  növü  əlavə  dəyərin  ən 

çox  hissəsini  yaradan  müəssisədir  və  ya 

müəssisənin bir hissəsidir. 

Statistik  vahidlər  haqqında  izahata  və  Avropa 

Milli  Hesablar  Sisteminə  (AMHS)  uyğun  olaraq, 

idarənin tərifi fəaliyyət növünün yerli vahidi kimi 

statistik vahidə uyğun gəlir.   

 

(III)  -  “Site”  ingilis  terminidir  və  fransız  dilində 

“Establissement”  termininə  ekvivalentdir.  “Đdarə” 

termininin  ikili  şərhinə  yol  verilir  və  tez-tez 

müxtəlif  mənalarda istifadə edilir. Bu terminin iki 

mənası vardır: 

1)  Đdarə  hüquqi  vahiddir  və  ya  hüquqi  vahidin 

xüsusi  formasıdır.  Məsələn,  dövlət  idarələri 

(agentlik).  Dövlət  idarələri  dövlət  orqanlarının 

qərarları  ilə  yaradılmış  hüquqi  vahidlər  hesab 

edilir. 


2)  Hər  bir  idarəyə  hüquqi  status  verilmir.  Lakin 

“idarənin”  bütün  təriflərində  daima  iki  ümumi 

element iştirak edir: 

- idarə - dəqiq müəyyənləşdirilmiş yerə malikdir; 

-  idarəyə  rəhbər  başçılıq  edir.  Avrostatın  son 

hüquqi 


və 

metodoloji 

nəşrlərində 

statistik 

vahidlərin  uçotunda  “idarə”  terminindən  istifadə 

edilmir. 

Müəssisələr 

statistikasının 

Avropa 

sistemində  hətta  bu  termin  çox  vaxt  Avrostatın 



nəşrlərində  “yerli  vahid”  termininə  ekvivalent 

kimi  istifadə  edilsə  də,  “Beynəlxalq  Standart 

Fəaliyyət  Təsnifatı”nda  fəaliyyət  növünün  yerli 

vahidi kimi müəyyənləşdirilmişdir. 

 

TƏŞKĐLATĐ-HÜQUQĐ 

STRUKTUR

 

– 



qanunvericiliklə 

nəzərdə 


tutulmuş 

hüquqi 


normalara  əsasən  müəssisənin,  şirkətin,  firmanın 

növünün,  tipinin  müəyyən  edilməsi  və  buna 

uyğun 

təşkilati 



quruluşun 

yaradılmasıdır; 

müəssisənin, 

şirkətin, 

korporasiyanın 

daxili 


quruluşunun  ölkə  qanunları  və  başqa  hüquqi 

normalarla 

nəzərdə 

tutulan 


növü, 

üsulu, 


qaydasıdır.  Mülkiyyət  növü,  müəssisənin  həcmi, 

kapitalının 

formalaşması, 

bölmələrinin, 

hissələrinin birləşməsi və uzlaşması səciyyəsindən 

asılı olur.  



 

TƏTBĐQĐ PROQRAM PAKETĐ (TPP)

 - bir 

qayda  olaraq,  məzmun  və  ya  tətbiq  olunan  riyazi 



 

641


metodlar üzrə bir-birinə yaxın olan müəyyən qrup 

məsələlərin həlli üçün nəzərdə tutulan proqram və 

modellər kompleksidir.  

 

TƏTBĐQĐ  TƏDQĐQATLARA  XƏRCLƏR

 

–  tətbiqi  tədqiqatlar  ya  fundamental  tədqiqatların 

nəticələrinin 

səmərəli 

tətbiqinin 

müəyyənləşdirilməsi 

üçün, 


ya 

da 


qarşıda 

qoyulmuş 

məqsədin 

əvvəlcə 


nəzərdə 

tutulduğundan  daha  tez  həllinə  imkan  verən  yeni 

yolların  tapılması  məqsədi  ilə  ayrılan  xərclərdir. 

Bu,  artıq  əldə  olunmuş  biliklərinin  uçotunu  və 

xüsusi problemlərin həlli məqsədi ilə onların daha 

da genişləndirilməsini nəzərdə tutur.  



 

TƏTĐL

  –  kollektiv  əmək  mübahisələrini  həll 

etmək  məqsədilə  işçilərin  öz  vəzifələrini  yerinə 

yetirməkdən  (tam  və  ya  qismən)  könüllü  olaraq 

imtina  etmələridir.  Statistika  orqanları  tərəfindən 

tətil  haqqında  məlumatlar  aşağıdakı  göstəricilər 

üzrə  işlənilir:  tətildə  iştirak  edən  işçilərin  sayı; 



tətilin  müddəti;  tətilə  cəlb  edilmiş  işçilər 

tərəfindən  işlənməmiş  vaxtın  (tətillə  əlaqədar 

itirilmiş  iş  vaxtının)  həcmi;  tətil  baş  vermiş 

müəssisə  və  təşkilatların  sayı;  tətilin  səbəbləri. 

Tətildə  bilavasitə  iştirak  edən  işçilər  və  eləcə  də 

tətil  nəticəsində  işlərini  məcburi  dayandırmış 

işçilər  tətildə  iştirak  edən  işçilərə  daxil  edilir. 

Səbəblər  arasında  aşağıdakılar  fərqlənir:  əmək 

haqqına  aid  olan  problemlər;  əmək  təhlükəsizliyi 

və şəraiti problemləri; müəssisələrdə kadr siyasəti 

problemləri;  tətilçilərə  rəğbət  və  ya  onlarla 

həmrəylik; etiraz tətili; digər səbəblər. 

 

TƏTĐLĐN 

DAVAMLILIĞI

 

– 

tətilin 

keçirildiyi 

dövr 

ərzindəki 



vaxtdır. 

Tətilin 


davamiyyəti işçilərin birinci qrupu arasında tətilin 

başlandığı  andan  tətilə  cəlb  olunmuş  işçilərin 

sonuncu  qrupunda  onun  başa  çatmasına  qədər 

olan təqvim günlərində ifadə olunur. Bu göstərici 

tətilin  başlanma  vaxtı  ilə  başa  çatma  vaxtı 

haqqında  müəssisə  və  təşkilatların  verdiyi 

məlumatlar əsasında müəyyən olunur.    

 

TƏYĐNAT  ÖLKƏSĐ

 – yüklənmə anında malın 

təyinat  ölkəsi  kimi  məlum  olan  sonuncu  ölkədir. 

Təkrar  istehsal  üçün  göndərilən  malın  təyinat 

ölkəsi onun təkrar istehsala məruz qaldığı ölkədir. 



Xarici  ticarətin  gömrük  statistikasında  təyinat 

ölkəsi  –  ixracat  zamanı  ölkə-kontragentin 

müəyyən edilməsi üçün əsasdır. 

 

TƏYĐNAT  REGĐONU

  –  AĐ-yə  üzv  ölkənin 

mallarının  daxil  olduğu  regiondur.  Burada  bu 

mallar  istehlak  edilir,  quraşdırılır,  yığılır,  emal 

edilir,  təmir  edilir  və  ya  lazımi  qaydada  saxlanır. 

Bunlar  olmadıqda,  təyinat  regionu  dəyişdirilir  və 

mallar oraya göndərilir. 

 

TĐBBĐ  BAŞ  ÇƏKMƏ  (YOLUXMA)

  – 

xəstənin  poliklinikada  həkim  yanına  1  dəfə 

getməsinə və ya həkimin xəstə yanına evə 1 dəfə 

gəlməsinə uyğun olan uçotdur.  

 

TĐBBĐ  KADRLAR

  –  ixtisaslar  üzrə  ümumi 

sayda  göstərilmiş  həkimlər  və  orta  tibb  heyətidir. 

Həkimlərə,  müalicə-profilaktika  müəssisələrində 

əhaliyə tibbi yardımlar göstərən, həmçinin sanitar 

təşkilatlarında,  sosial  müdafiə  müəssisələrində, 

elmi-tədqiqat  institutlarında,  kadr  hazırlığı  üzrə 

müəssisələrdə,  səhiyyə  orqanlarının  aparatlarında 

və  digər  yerlərdə  işləyən  ali  tibb  təhsilli  şəxslər 

aid  edilir.  Peşə  qrupları  (feldşer,  mama  həkimi, 

tibb  bacısı  və  s.)  üzrə  orta  tibbi  təhsilli,  müalicə-

profilaktika 

müəssisələrində, 

sanitar 


təşkilatlarında,  sosial  müdafiə  müəssisələrində, 

məktəbəqədər  uşaq  müəssisələrində,  məktəblərdə 

və  digər  yerlərdə  işləyən  şəxslər  orta  tibb 

heyətinin  sayına  daxil  edilir.  Həkim  və  orta  tibb 

heyəti  ilə  təminat  göstəriciləri  bütün  həkimlərin 

(fiziki şəxslərin) və orta tibb heyətinin sayının hər 

10  min  nəfər  əhaliyə  nisbəti  ilə  və  yaxud  bir 

həkimə düşən əhalinin sayı kimi hesablanır. 



 

TĐBBĐ  SIĞORTA

  -  tibbi  xidmətlərə  görə 

sığorta olunanların tibb təşkilatlarına müraciəti ilə 

əlaqədar,  əlavə  sığorta  xərclərinin  qismən  və  ya 

tam  həcmdə  kompensasiya  edilməsində,  sığorta 

ödənişlərinin  həyata  keçirilməsi  üzrə  sığorta 

edənin  vəzifələrində  nəzərdə  tutulan  sığorta 

növlərinin 

məcmusudur. 

Azərbaycan 

Respublikasında  könüllü  tibbi  sığorta  “Sığorta 

haqqında” 

və 

“Azərbaycan 



Respublikası 

vətəndaşlarının 

tibbi 

sığortası 



haqqında” 

qanunlarla tənzimlənir. 



 

TĐBBĐ SIĞORTA TƏŞKĐLATI

 – məcburi və 

(və  ya)  könüllü  tibbi  sığortanın  keçirilməsi  üçün 

dövlət  lisenziyasına  malik,  qanunvericilikdə 

nəzərdə  tutulan  hər  hansı  bir  təşkilati-hüquqi 

formada  olan,  müstəqil  təsərrüfat  subyekti  hesab 

edilən  hüquqi  şəxsdir.  Tibbi  sığorta  təşkilatı 

səhiyyə sisteminə daxil olmur. Onun əsas vəzifəsi 

vətəndaşların  tibbi  sığortalanmasını  təşkil  etmək, 

tibbi  yardımları  ödəmək,  həmçinin  mütləq  tibbi 

sığortanın ərazi müqavilə və proqramlarına uyğun 

olaraq,  tibbi  və  digər  xidmətlərin  həcm  və 

keyfiyyətinə nəzarət etməkdir. 

 

TĐBBĐ-SOSĐAL 


Download 17.41 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   160   161   162   163   164   165   166   167   ...   183




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling