Redaktorlar: Y. X. Yusifov, E. E. Yaqublu, F.Ə.Əliyev, G. A. Ağamoğlanova


Download 17.41 Mb.
Pdf ko'rish
bet166/183
Sana06.03.2017
Hajmi17.41 Mb.
#1858
1   ...   162   163   164   165   166   167   168   169   ...   183

 

TĐCARƏTDƏ ÜMUMĐ ƏLAVƏ DƏYƏR

 – 

ticarət 


sahəsinin 

bazar 


fəaliyyətinin 

son 


nəticəsində  payıdır  və  ticarətdə  ümumi  buraxılış 

ilə aralıq istehlak arasındakı fərq kimi hesablanır. 

 

TĐCARƏTĐN  HƏRƏKƏTĐ 



–  səyyar  və  ya 

qeyri-stasionar  ticarətlə 

məşğul 

olan 


yerli 

vahidlərdir.  Qeyri-stasionar  və  ya  bazar  ticarəti, 

adətən,  müəyyənləşdirilmiş  bir  yerdə:  bazar 

meydançalarında,  icarəyə  götürülmüş  sərgilərdə 

həyata  keçirilən  ticarətdir.  Buraya,  həmçinin 

ticarətçi  öz  mallarını  küçədə  keçənlərə  satdığı 

səyyar  və  ya  küçə  ticarəti,  ticarətçi  evdən-evə 

gedərək,  öz  mallarının  çeşidlərini  təklif  etməklə, 

nəzərdə  tutulan  alıcının  bilavasitə  evinə  gəldiyi 

ticarət də daxildir. 

 

“TĐK”

  –  qiymətli  kağızın  qiymətində,  birja 

ticarətinin 

qanunları 

ilə 

müəyyən 


edilmiş 

minimum hədlərdə enib-qalxmalarıdır. 

 

TĐKĐLĐ

  –  natural-maddi  əlamətlər  üzrə  əsas 

fondların  növüdür.  Tikiliyə  təyinatı  əmək 

predmetinin  dəyişməsi  ilə  əlaqəli  olmayan  bu  və 

ya  digər  texniki  funksiyaların  yerinə  yetirilməsi 

yolu  ilə  istehsal  prosesinin  həyata  keçirilməsi 

üçün,  ya  da  müxtəlif  qeyri-istehsal  funksiyaların 

yerinə yetirilməsi üçün zəruri şəraitin yaradılması 

hesab edilən mühəndis-tikinti obyektləri aid edilir. 

 

TĐKĐNTĐ

  –  (I)  –  müəyyən  edilmiş  qaydada  

təsdiq  olunmuş  vahid  layihə-smeta  sənədləri  üzrə 

tikintisi  həyata  keçirilən  bina  və  qurğuların  yeni 

tikintisinin, 

yenidən 

qurulmasının 

və 

genişləndirilməsinin 



məcmusudur. 

 

Tikinti 



məhsuluna  həmçinin  tikinti  mənşəli  obyektlərin 

əsaslı  təmiri  də  aiddir.  Tikintinin  xüsusiyyəti 

ondan  ibarətdir  ki,  o,  əsas  fondları  onların 

gələcəkdə  fəaliyyətdə  olacaq  yerlərində  istehsal 

edir.


 

Tikintiyə  aiddir:  istehsal  və  qeyri-istehsal 

təyinatlı 

bina 


və 

tikililərin 

ucaldılması; 

avadanlıqların 

quraşdırılması; 

müəyyən 


obyektlərin ucaldılması ilə əlaqədar layihə, axtarış, 

qazma və s. işlər; bina və tikililərin əsaslı təmiri.  



(II)  -  bir  qayda  olaraq,  müəyyənləşdirilmiş 

qaydada  ayrıca  tikintinin  titulu  və  ya  onu  əvəz 

edən  sənədi  təsdiq  edilmiş  vahid  layihə-smeta 

sənədləri  üzrə  həyata  keçirilən  binaların  və 

tikililərin 

(obyektlərin) 

tikintisinin, 

genişləndirilməsinin  və  yenidən  qurulmasının 

məcmusudur. 

 

TĐKĐNTĐ  FƏALĐYYƏTĐNDƏN  DÖVRĐY-



  -  Đqtisadi  Fəaliyyət  Növləri  Təsnifatının 

müvafiq  bölmələrində  təsnif  olunan  müvafiq 

fəaliyyət növü üzrə alınan hissədir.  

Bu göstəriciyə subpodrat münasibətlərinin obyekti 

olan  əmtəə  və  xidmətlərin  satışından  alınan 

dövriyyə  daxildir.  Alınmış  vəziyyətdə  təkrar 


 

646 


satılmaq  üçün  alınan  əmtəə  və  xidmətlər 

dövriyyəsi istisna edilir. 

Tikinti  fəaliyyəti  dövriyyəsi  şirkətin  hesablarında 

ayrıca  göstərilə  bilməz.  Bu  göstərici  “Xalis 

dövriyyə”nin  və  “Đstehsal  fəaliyyətindən  digər 

gəlirlər”in bir hissəsidir. 

 

TĐKĐNTĐ  ĐSTEHSALI

  –  nəticəsi,  istismara 

hazır  olan  bina  və  tikililər  və  ya  onların 

quraşdırmaya 

və 

texniki 


avadanlığın 

quraşdırılmasına  hazır  olan  hissələri  hesab  edilən 

qarşılıqlı  əlaqəli  tikinti  və  quraşdırma  işlərinin 

kompleksidir.  

 

TĐKĐNTĐ  ĐSTEHSALINA  (ĐŞLƏRĐNƏ) 

ÇƏKĐLƏN XƏRCLƏR

 – tikinti təşkilatlarının 

tikinti 

məhsullarının 

istehsalına 

çəkdikləri 

xərclərin  pul  formasında  ifadəsidir.  Statistika  bu 

xərcləri  elementlər  və  xərc  maddələri  üzrə 

öyrənir.  Tikinti  istehsalına  çəkilən  xərclərin 

tərkibinə  material  xərcləri,  əməyin  ödənilməsinə 

xərclər, 

sosial 

ehtiyaclara 



ayırmalar, 

əsas 


fondların  amortizasiyası  və  digər  xərclər  daxil 

edilir.  

Onların  işin  maya  dəyərinə  daxil  edilməsi 

üsulundan  asılı  olaraq,  tikinti  istehsalına  çəkilən 

xərclər birbaşa və əlavə (dolayı) xərclərə bölünür.  

 

TĐKĐNTĐ 



ĐSTEHSALININ 

AHƏNG-

DARLIĞI

  –  tikinti  müəssisəsinin  istehsal 

gücündən  səmərəli  istifadənin  təmin  olunması 

üçün  tələb  olunan  əsas  şərtlərdən  biri  olub, 

nəzərdə  tutulmuş  tikinti  məhsullarının  vaxtında 

hazırlanması  və  onların  razılaşdırılmış  plan-

qrafikdə 

müəyyənləşdirilmiş 

vaxtda 


təhvil 

verilməsidir.  

  

TĐKĐNTĐ 

ĐSTEHSALININ 

DĐVERSĐ-

FĐKASĐYASI

  -    tikinti-quraşdırma  təşkilatı 

çərçivəsində istehsalın tikinti fəaliyyəti növlərinin 

inkişafı  ilə  yanaşı,  onunla  əlaqəsi  olmayan, 

istehsal 

olunan 

məmulat 


və 

xidmətlərin 

çeşidlərinin genişləndirilməsidir. 

 

TĐKĐNTĐ  ĐSTEHSALININ  ĐQTĐSADĐ  SƏ-

MƏRƏLĐLĐYĐ

 

– 

tikinti 



və 

quraşdırma 

təşkilatlarının  material  və  əmək  ehtiyatları 

məsrəflərinin minimuma endirilməsi ilə istehsalın 

daha böyük nəticələrini əldə etmək nailiyyətlərini 

ifadə  edən  kateqoriyadır.  Tikinti  istehsalının 

iqtisadi  səmərəliliyinin  göstəriciləri  kimi  -  xalis 

məhsul;  1  manatlıq  tikinti  və  quraşdırma  işlərinə 

məsrəflər; gəlir ola bilər. 

 

TĐKĐNTĐ  ĐSTEHSALININ  TƏŞKĐLĐ

  – 

obyektlərin  tikintisini,  onların  tikilməsi  üçün 

ehtiyatları  (keçici  (müvəqqəti),  əmək,  material, 

pul),  həmçinin  obyektin  tikilməsində  verilmiş 

nəticəyə  nail  olmaq  üçün  ehtiyatların  qarşılıqlı 

əlaqələndirilməsi 

məhdudiyyətlərini 

və 

qaydalarını  (istiqamətin  ardıcıllığı,  davamlılıq, 



intensivlik,  etibarlılıq)  birləşdirən  funksional 

sistemdir. 



 

TĐKĐNTĐ ĐSTĐSNA OLMAQLA, SƏNAYE 

FƏALĐYYƏTĐNDƏN 

DÖVRĐYYƏ

 

– 



Đqtisadi  Fəaliyyət  Növləri  Təsnifatının  müvafiq 

bölmələrində  təsnif  olunan  müvafiq  fəaliyyət 

növləri üzrə alınan hissədir.  

Bu  göstəriciyə  subpodrat  münasibətlər  obyekti 

olan  əmtəə  və  xidmətlərin  satışından  alınan 

dövriyyə  daxildir.  Alınmış  vəziyyətdə,  emal 

edilmədən  təkrar  satılmaq  üçün  alınan  əmtəə  və 

xidmətlər dövriyyəsi istisna edilir. 

Tikinti  istisna  olmaqla,  sənaye  fəaliyyətindən 

dövriyyə  şirkətin  hesablarında  ayrıla  bilməz.  Bu 

göstərici 

“Xalis 


dövriyyə”nin 

və 


“Sənaye 

fəaliyyətindən digər gəlirlər”in bir hissəsidir. 



 

TĐKĐNTĐ  ĐŞLƏRĐ

  –    bina  və  tikililərin 

ucaldılması, yenidən qurulması, genişləndirilməsi, 

əsaslı  təmiri  zamanı  yerinə  yetirilən  işlərin 

kompleksi  kimi  tikinti  istehsalının  nəticəsidir. 

Tikinti  işlərinə  divarların  hörülməsi  və  bina 

konstruksiyalarının 

quraşdırılması, 

özüllərin 

qoyulması,  sahələrin  mənimsənilməsi  üzrə  işlər, 



tikinti ərazisinin hazırlanması və planlaşdırılması, 

tikinti  norma  və  qaydalarına  uyğun  olaraq,  su 

təchizatı,  istilik,  kanalizasiya  və  s.  quraşdırılması 

üzrə sanitar-texniki işlər daxildir.  



 

TĐKĐNTĐ  ĐŞLƏRĐNĐN  ÖLÇÜ  VAHĐDĐ 

– 

smeta  hesablamalarında,  normalaşdırmada  və 

uçotda 

qəbul 


olunmuş 

tikinti 

işlərinin 

kəmiyyətinin  ölçüsüdür.  Tikinti  işlərinin  ölçü 

vahidi  natura  və  dəyər  formasına  bölünür.  Đşlərin 

həcminin  dəyər  ifadəsində  (pulla)  ölçülməsi 



tikintidə  smeta  qiymətləri  və  smeta  normativləri 

əsasında müəyyənləşdirilir. 



 

TĐKĐNTĐ  KOMPLEKSĐ

 – tikinti, quraşdırma, 

layihə-axtarış  və  elmi-tədqiqat  təşkilatlarının, 

onlara  xidmət  göstərən  müəssisələrin,  həmçinin 

tikinti  materialları,  hissələri  və  konstruksiyaları 

istehsal edən müəssisələrin məcmusudur. 



 

TĐKĐNTĐ  MAŞIN  VƏ  MEXANĐZMLƏ-

RĐNDƏN  ĐSTĐFADƏ  GÖSTƏRĐCĐLƏRĐ

  - 

sayı,  işləmə  vaxtı,  gücü  (intensivliyi)  və  işlərin 

həcmi  üzrə  maşınlarından  istifadə  göstəriciləri 

sistemidir. 

Maşınların 

sayı 


üzrə 

istifadə 

göstəriciləri  –  faktiki  işləmiş  maşınların  sayının 


 

647


müəyyən  tarixə  hesablanmış  mövcud  və  ya  işə 

yararlı  (saz)  olan  ümumi  maşınları  nisbətidir, 

xüsusi  çəkisidir.  Đşləmə  vaxtına  görə  maşınlardan 

istifadə  edilməsi bir  sıra  göstəricilərlə  xarakterizə 

olunur: təqvim, rejim, sərəncamında olan və digər 

maşın 


vaxtı 

fondlarından 

istifadə 

əmsalı, 


maşınların  iş  vaxtı  normalarının  yerinə  yetirilmə 

səviyyəsi, 

vaxt 

üzrə 


maşınlardan 

istifadə 

səviyyəsi.  Güc  (intensivlik  və  ya  məhsuldarlıq) 

üzrə  maşınlardan  istifadə  maşınların  bazis  və 

hesabat 

dövrlərində 

intensiv 

yüklənməsi 

səviyyələrinin  müqayisəsində  hesablanan  əmsalı 

xarakterizə edir.  



 

TĐKĐNTĐ MEYDANI

 – layihəyə uyğun olaraq, 

müəyyən  obyektin  və  ya  obyektlər  kompleksinin 

tikintisinə görə ayrılmış ərazidir. Tikinti meydanı, 

tikintinin  başa  çatdırılması  və  obyektin,  binanın, 

tikilinin  istismara  verilməsinin  rəsmiləşdirilməsi 

anınadək  tikinti  rəisinin  rəhbərlik  etdiyi  təşkilati 

ayrılmış vahiddir.  

 

TĐKĐNTĐ  MƏHSULLARINA  QĐYMƏT-

LƏR

  –  yeni  tikintilərin,  fəaliyyətdə  olan  istehsal 

və 

qeyri-istehsal 



əsas 

fondlarının 

genişləndirilməsi,  yenidən  qurulması  və  texnika 

ilə  təchiz  edilməsinin  dəyərinin  pulla  ifadəsidir. 

Smeta sənədlərinin tərkibində müəyyənləşdirilmiş 

dəyərin 


cari 

(proqnoz) 

səviyyəsi 

əsasında 

sifarişçilər 

(investorlar) 

və 

podratçılar 



(kontraktorlar) 

tikinti 


məhsullarına 

sərbəst 


(müqavilə)  qiymətlərini  formalaşdırırlar.  Bu 

qiymətlər  açıq  ola  bilər,  yəni  tikintinin  gedişində 

və  ya  sonda  (qəti  olaraq)  müqavilənin  şərtlərinə 

uyğun  olaraq  dəqiqləşdirilə  bilər.  Azərbaycanda 

ümumi  iqtisadi  və  vahid  qiymət  siyasətinə, 

həmçinin tikintidə qiymət siyasətinin istiqamətləri 

əsasında investisiya  bazarında  tələb  və  təklifi  əks 

etdirən  qiymət  münasibətlərinə  uyğun  olaraq, 

tikinti 

məhsullarına 

sərbəst 

(müqavilə) 

qiymətlərinin 

tətbiqi 


sahəsinin 

daha 


da 

genişləndirilməsi baş verir. 



 

TĐKĐNTĐ  MƏHSULLARINA  SƏRBƏST 

(MÜQAVĐLƏ)  QĐYMƏTLƏR

  –  investor 

(sifarişçi),  podratçı  (kontraktor)  tərəfindən  baş 

layihə  təşkilatının  və  subpodrat  təşkilatının 

binaların  və  tikililərin,  o  cümlədən  keçirilmiş 

müsabiqələrin  (podrat  sövdələşmələri)  nəticələri 

üzrə  əsaslı  tikintiyə  və  ya  əsaslı  təmirə 

müəyyənləşdirdiyi  qiymətlərdir.  Əmək  bazarı 

şəraitində  əmələ  gələn  tikinti  məhsullarına  tələb 

və  təklif,  materialların,  istifadə  olunan  maşın  və 

avadanlıqların  dəyər  konyunkturu,  həmçinin 

istehsalın 

genişləndirilməsi 

üçün 


podrat 

təşkilatının  mənfəətinin  təmin  olunması  nəzərə 

alınmaqla, 

tikintinin 

smeta 

dəyərinin 



müəyyənləşdirilməsi  üzrə  mövcud  normativ 

sənədlərə uyğun olaraq formalaşdırılır. 



 

TĐKĐNTĐ MƏHSULLARININ BURAXILI-

ŞI

  –  yeni  istehsal  və  qeyri-istehsal  təyinatlı  bina 

və  tikililərin,  qurğuların  inşasının,  mövcud 

olanlarının    isə  genişləndirilməsinin,  yenidən 

qurulması  və  əsaslı  təmirinin  dəyəridir.  Tikinti 

məhsullarının 

buraxılışına 

dəyər 

ifadəsində 



obyektlərin  tikinti-quraşdırma,  geoloji-axtarış, 

qazma,  layihə-axtarış  və  inşaatı  ilə  əlaqədar  olan 

digər  işlərin;  bina  və  tikililərin  əsaslı  təmiri  üzrə 

işlərin;    podrat  və  təsərrüfat  üsulu  ilə  yerinə 

yetirilən  bina  və  tikililərin  cari  təmir  işlərinin; 

şəxsi  evlərin  və  digər  tikililərin  inşaat  dəyərləri 

daxildir.  Görülmüş  işlərin  dəyərinə,  başa  çatma 

səviyyəsindən  asılı  olmayaraq,    obyektlərin 

tikintisinin  buraxılış  və  ya  onların  təmir  dəyəri 

daxildir.  Əgər  kapital  qoyuluşu  hesabına  tikilən 

bina və tikililərin fəaliyyəti ilə bağlı olan çoxillik 

əkmələrə  çəkilən  xərclər  nəzərdə  tutulursa,  onda 

onların  əkilməsinə  və  onlara  edilən  qulluğa  görə 

işlərin  dəyəri  tikinti  buraxılışının  dəyərindən  

çıxarılır və kənd təsərrüfatı buraxılışının dəyərinə  

daxil  edilir.  Bundan  əlavə,  yeni  tikinti  üzrə 

buraxılışın  dəyərinin  müəyyən  edilməsi  üçün 

istifadə  edilən  kapital  qoyuluşunun  həcminə  dair 

statistik  məlumatlardan  aşağıdakılar  çıxılır:  dərin 

kəşfiyyat  qazmasının  dəyəri;  tikintinin  əsas 

fondlarının  ləğvi  zamanı  olan  itkilər;  əsas 

fondların 

dəyərini 

artırmayan 

xərclər. 

Quraşdırılan 

avadanlığın 

dəyəri 


tikinti 

məhsullarının buraxılış dəyərinə daxil edilmir. 

 

TĐKĐNTĐ 

MƏHSULLARININ 

MATE-

RĐAL TUTUMU

 – müəyyən həcmdə məhsulun 



istehsalına  sərf  edilmiş  material  ehtiyatlarının 

dəyəridir.  Tikinti  istehsalına  xərclərin  tərkibində 

material  sərfinin  xüsusi  çəkisi  və  həmçinin 

qiymətin  əmələ  gəlməsi  şərtlərindən  asılı  olaraq, 

natura  şəklində  tikinti  məhsullarının  ayrı-ayrı 

növlərinin  vahidinə  sərf  edilmiş  materialların 

dəyəri ilə xarakterizə olunur. Məhsul vahidinə sərf 

edilmiş  materialların  dəyər  göstəricisi  daha 

dolğun məlumat verir. 

 

TĐKĐNTĐ  MƏHSULU

 – tikinti və quraşdırma, 

layihə  və  axtarış  təşkilatlarının  fəaliyyətinin 

nəticəsidir.  Tikintinin  son  məhsulu  –  istifadəyə 

verilmiş  və  yenidən  qurulmuş  istehsal  təyinatlı 

obyektlərdən - müəssisələrdən, tikililərdən; qeyri-

istehsal 

təyinatlı 

obyektlərdən 

– 

yaşayış 



binalarından,  sosial-mədəni  təyinatlı  tikinti  və 

obyektlərdən,  məktəb,  teatr  binalarından  və  s. 

ibarətdir. 

Statistik 

müşahidələrdə 

podrat 


təşkilatları  üçün  tikinti  məhsulu  –  tikinti  və 

quraşdırma,  layihə  və  axtarış  təşkilatlarının  əsas 



 

648 


istehsal  fəaliyyətinin  birbaşa  faydalı  nəticəsidir. 

Statistikada 

tikinti 

məhsulunun 

aşağıdakı 

göstəriciləri  fərqləndirilir:  istifadəyə  verilmiş  güc 

və obyektlər, tikilmiş binaların ölçüsü (sahəsi) və 

həcmi,  tikinti-quraşdırma  işlərinin  həcmi,  podrat 

işlərinin  həcmi,  tikintinin  ümumi  məhsulu  və 

tikintinin xalis məhsulu.   

 

TĐKĐNTĐ  MƏRHƏLƏSĐ  (LAQI)

 – tikinti və 

obyektlərin  başa  çatdırılması  üçün  layihə-smeta 

sənədlərində 

nəzərdə 


tutulmuş 

kapital 

qoyuluşunun  əsas  fond  və  istehsal  güclərinə 

çevrilməsi üçün zəruri sayılan müddətdir. 

 

TĐKĐNTĐ  NÖVBƏSĐ

  –  məhsul  istehsalını 

təmin 


edən, 

müəssisənin 

layihə 

ilə 


müəyyənləşdirilmiş  hissəsidir.  O  bir  və  ya  bir 

neçə buraxılış kompleksindən ibarət ola bilər. 

 

TĐKĐNTĐ  OBYEKTĐ

  –  tikintisinə,  yenidən 

qurulmasına  və  yaxud  genişləndirilməsinə,  tikinti 

cəhətdən  yenidən  təchiz  olunmasına  ayrılıqda 

layihə  və  smeta  tərtib  edilməsi  tələb  olunan, 

ayrıca  yerləşən  hər  bir  bina,  qurğu  və  ya  tikilidir 

(ona  aid  olan  bütün  avadanlıqlarla,  alətlərlə  və 

inventarlarla,  qalereyalarla,  estakadalarla,  su 

təchizatı,  kanalizasiya,  qaz  xətti,  istilik  xətti, 

elektrik  təchizatı,  radiolaşdırma  kimi  daxili 

mühəndis  şəbəkələri  ilə,  yardımçı  və  köməkçi 

həyətyanı  tikililərlə,  abadlıq  içləri  ilə,  digər  işlər 

və  xərclərlə  birlikdə).  Müəssisələrin,  yaşayış 

qəsəbələrinin, elmi şəhərciklərin və s. tikintisində 

xarici  xidmət  və  köməkçi  tikililər  tikintinin 

tərkibinə daxil olan ayrıca tikinti obyektləri hesab 

edilirlər.  Bir  neçə  sexin  yerləşdiyi  bina  (korpus) 

bir tikinti obyekti sayılır. 

 

TĐKĐNTĐ 



OBYEKTĐNĐN 

ĐNVENTAR 

DƏYƏRĐ 

–  istismara  verildikdən  sonra  əsas 

fondların  elementi  qismində  sifarişçinin  əsas 

fəaliyyət  balansına  daxil  olunan  obyektin  faktiki 

dəyəridir. 

 

TĐKĐNTĐ  PODRATI  MÜQAVĐLƏSĐ  ÜZ-



RƏ  YERĐNƏ  YETĐRĐLMĐŞ  ĐŞ

  –  tikinti 

podratı müqavilələri və ya sifarişçilərlə bağlanmış 

dövlət  kontraktları  üzrə  yerinə  yetirilmiş  işlərdir. 

Bu işin dəyərinə tikinti-quraşdırma işlərinin (yeni 

tikintinin,  yenidən  qurmanın,  genişlənmənin  və 

texniki təchizatın), əsaslı və cari təmir üzrə işlərin, 

həmçinin sair podrat işlərinin (işə salma, mədəni-

texniki, hidroyuma, qazma-partlatma və s.) dəyəri 

daxildir. 

 

TĐKĐNTĐ  REGĐSTRĐ

  –  müəyyən  fərdi  əlamət 

və  göstəricilər  dəsti  ilə  daima  aparılan  tikinti 

kartotekasıdır.  Bu  kartotekada  hər  bir  obyektin 

vəziyyətinin  (tikintinin  başlanması,  istismara 

təhvil  verilməsi  və  s.)  dəyişməsi  və  ya  bütün 

tikinti dövri ərzində hər bir tikili üzrə göstəricinin 

kəmiyyətinin  (tikintinin  dəyəri,  texniki  hazırlığı 

və  s.)  dəyişməsi  qeydə  alınır.

 

Tikinti  registri 



ixtiyari  vaxt  anında  tikintinin  vəziyyətini  və 

tikintilər  üzrə  müşahidə  proqramı  ilə  əvvəlcədən 

nəzərdə  tutulmuş,  verilən  ixtiyari  əlamətinə  görə 

tərtib edilmiş tikinti məcmusunun hərəkətini təhlil 

etməyə imkan verir.

 

Müasir texniki bazada tikinti 



registrinin  statistik  təcrübədə  tətbiq  edilməsi 

məlumatların 

təhlili 

imkanını 

yaxşılaşdırır, 

göstəricilərin  təkrarlanmasının  qarşısını  alır,  ilkin 

məlumatın 

keyfiyyətinin 

yaxşılaşdırılmasına, 

etibarlılığının yüksəldilməsinə kömək edir. 

 

TĐKĐNTĐ  STATĐSTĐKASINDA  QRUP-

LAŞDIRMALAR

 

– 

sifarişçilərin, 

tikinti 


müəssisələrinin,      tikililərin  və  obyektlərin  zəruri 

(əhəmiyyətli) 

əlamətlər 

üzrə 


qruplara 

bölünməsidir.

 

Statistika müşahidələri təcrübəsində 



tikinti  və  quraşdırma  işləri,  avadanlıqlar,  alətlər, 

inventar,  digər  işlər  və  xərclərə  daxil  edilən 

texnoloji  tərkib  üzrə  investisiya  qoyuluşunun 

qruplaşmalarından istifadə olunur.  

Đqtisadi təyinatına (istehsal və qeyri-istehsal) görə, 

investisiya 

qoyuluşunun 

qruplaşdırılması 

iqtisadiyyatın 

maddi 


sahəsində 

və 


sosial 

kompleksində  əsas  fondların  yaranmasına  və 

təkrar  istehsalına  yönəldilmiş  investisiyaların 

nisbətini müəyyən etməyə imkan verir. 

Đqtisadiyyatın istehsal  və  qeyri-istehsal sahələrinə 

investisiya  qoyuluşları  iqtisadiyyatın  sahələri  və 

təsərrüfat subyektlərinin  iqtisadi fəaliyyət növləri 

üzrə bölüşdürülür. 

Əsas  fondların  təkrar  istehsalının  (təkrar  istehsal 

strukturunun) istiqamətlərinə uyğun olaraq, bütün 

əsas  kapitala  yönəldilmiş  investisiyalar  aşağıdakı 

qruplara  bölünür:  yeni  tikintiyə,  genişləndirməyə, 

yenidən qurmaya, fəaliyyət göstərən müəssisələrin 

texniki  cəhətdən  yenidən  təchiz  edilməsinə  və 

fəaliyyət göstərən güclərin saxlanmasına.  

Ümumiqtisadi əhəmiyyətli qruplaşmalardan əlavə, 

əsas  kapitala  yönəldilmiş  investisiyanın  bəzi 

istiqamətləri  də  statistik  müşahidə  obyektləri 

hesab 

edilir. 


Məsələn, 

təbiətin 

qorunması 

tədbirlərinə,  konversiyaya,  sosial  proqramlara 

yönəldilən investisiya qoyuluşları. 

Đnstitusional  dəyişikliklərin  baş  verdiyi  bir 

zamanda  mülkiyyət  növlərinin  qüvvədə  olan 

təsnifatına    uyğun  olaraq,  müxtəlif  mülkiyyət 

növlü  müəssisə  və  təşkilatlar  üzrə  investisiya 

qoyuluşları 

üzərində 

müşahidə 

investisiya 

fəaliyyətinin inkişafı üçün əhəmiyyətlidir.  



Tikinti  istehsalının  öyrənilməsi  zamanı  tikinti 

təşkilatlarının  ixtisaslaşması,  ölçüsü  (tikinti  və 



 

649


quraşdırma  işlərinin  və  əsas  fondların  həcmi, 

işçilərin 

sayı) 

üzrə 


bölüşdürülməsi 

kimi 


qruplaşdırmalar da tətbiq olunur. 

Statistika  təcrübəsində  həmçinin  regionlar  və 

iqtisadi  rayonlar,  əsas  kapitala  yönəldilmiş 

investisiyaların 

maliyyələşdirmə 

mənbələri, 

təşkilati-hüquqi formaları üzrə qruplaşdırmalardan 

da istifadə olunur. 

 


Download 17.41 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   162   163   164   165   166   167   168   169   ...   183




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling