Redaktorlar: Y. X. Yusifov, E. E. Yaqublu, F.Ə.Əliyev, G. A. Ağamoğlanova


Download 17.41 Mb.
Pdf ko'rish
bet162/183
Sana06.03.2017
Hajmi17.41 Mb.
#1858
1   ...   158   159   160   161   162   163   164   165   ...   183

(II)  -  şirkətin  öz  məhsullarını    və  xidmətlərini 

alıcıya  çatdırmasına  çəkdiyi  bütün  xərclərdir. 

Onlar  özündə  məhsulun  satışının    və  istehlakçıya 

xidmətlərin  təşkilinə  yönəldilmiş  fəaliyyətin 

bütün  növlərinə  aid  olan  birbaşa  və  köməkçi 

xərcləri  birləşdirir. 

 

TƏDĐYYƏ  BALANSI

  –  (I)  -  müəyyən  dövr 

ərzində  bir  ölkənin  digər  ölkə  ilə  xarici  iqtisadi 

əməliyyatlar  haqqında  sistemləşdirilmiş  yekun 

məlumatlarını  əks  etdirən  statistik  cədvəldir. 



Rezident  və  qeyri-rezidentlər  arasında  baş  verən 

belə  əməliyyatlara  əmtəə,  xidmət  və  gəlirlərlə 

əməliyyatlar;  dünyanın  qalan  ölkələrinə  olan 

maliyyə  tələb  və  öhdəliklərlə  olan  əməliyyatlar; 

transferlər  kimi  təsnifləşdirilən  əməliyyatlar 

daxildir.  



(II)  -  ölkənin  qalan  dünya  ilə  bütün  beynəlxalq 

əməliyyatları  haqqında  hesabatdır.  O  ölkə  ilə 

rezident  və  qeyri-rezidentləri  arasında  olan  bütün 

əməliyyatları 

əhatə 

edir. 


Tədiyyə 

balansı 


aşağıdakı əsas hissələrdən ibarətdir: cari hesab və 

investisiya və digər kapital əməliyyatları. 

Mühasibat  uçotunda  tətbiq  edilən  ikili  qeyd  etmə 

sisteminin  köməyi  ilə  qeydiyyata  alınmış  bu 

əməliyyat, özündə qiymətli kağızlar bazarı, xarici 

valyuta  ilə  göstərilmiş  və  ya  alınmış  mallarla, 

xidmətlərlə, 

köçürmələrlə 

(transferlərlə), 

ssudalarla  (borclarla)  və  s.  aparılan  əməliyyatları 

birləşdirir. 

Beynəlxalq  ticarət  xidmətləri  tədiyyə  balansının 

cari 

hesabında 



göstərilir 

və 


“görünməyən 

əməliyyatlar”  adlanan  hissəsini  formalaşdırır. 

Balansın  cari  hesabı  özündə  xarici  ticarət 

xidmətləri  statistikası  üzrə  yeganə  müqayisəli 

məlumat bazasını əks etdirir.  

 

TƏDĐYYƏ  BALANSI  HESABLARININ 



QURULUŞU

  –  tədiyyə  balansı  çərçivəsində 

aşağıdakı  hesablardan  istifadə  olunur:  cari 

əməliyyatlar  hesabı,  kapitalla  əməliyyatlar  hesabı 

və  maliyyə  hesabı.  Cari  əməliyyatlar  hesabında 

əmtəə  və  xidmətlərin  idxal  və  ixracı,  xaricdən 

alınan  gəlirlər  və  xaricə  ödəmələr,  xaricə  və 

xaricdən  olan  cari  transferlərin  göstəriciləri  əks 

etdirilir. 

Cari 

əməliyyatlar 



hesablarının 

əməliyyatları ümumi göstəricilərlə göstərilir ki, bu 

da  hər  bir  kateqoriya  üzrə  debet  və  kredit 

müxabirləşməsinin olması deməkdir. 

Kapitalla 

əməliyyatlar 

hesabında 

kapital 


transferləri 

və 


qeyri-istehsal 

qeyri-maliyyə 

aktivləri  ilə  (patent  və  müəllif  hüquqları  kimi) 

əməliyyatlar  göstərilir.  Kapitalla  əməliyyatlar 

hesabında  müxabirləşmələr  üzrə  həm  də  ümumi 

göstəricilər göstərilir.  

Maliyyə  hesabı,  rezidentlərin  qeyri-rezidentlərə 

olan maliyyə tələbləri (aktivlərlə) və rezidentlərin 

qeyri-rezidentlər  qarşısındakı  öhdəlikləri  ilə 

əməliyyatlar  üzrə  məlumatları  əks  etdirir.  Bu 

əməliyyatlar  kredit  və  istiqrazların  istifadəsi  və 

ödənişini,  xarici  valyutaların  alınmasını  və 

xərclənməsini;  qiymətli  kağızların  buraxılmasını, 

geri alınmasını, satışı və ya alışını və s. əks etdirir. 

Maliyyə 

hesabları 

əməliyyatları 

xalis 


göstəricilərlə yazılır ki, bu da hər bir mövqenin ya 

kredit,  ya  da  debet  üzrə  müxabirləşməsini  əks 

etdirir. 

 

TƏDĐYYƏ BALANSINDA ƏKS OLUNAN 



ƏMTƏƏLƏR

  –  əmtəələrin  tədiyyə  balansına 

daxil edilməsinin və xarici iqtisadi əməliyyatlarda 

qeydiyyatı  vaxtının  müəyyən  edilməsi  üçün  əsas 



 

632 


prinsip,  əmtəəyə  olan  mülkiyyət  hüququnun 

əməliyyatın  bir  iştirakçısından  digərinə  keçməsi 

anı  hesab  edilir.  Daşınar  əmtəələr,  emal  üçün 

əmtəələr, 

əmtəələrin 

təmiri, 


nəqliyyat 

təşkilatlarının  limanlarda  aldıqları  əmtəələr  və 

qeyri-monetar  qızıl  əmtəə  hesabına  daxil  olan 

komponentlərə daxildir. 

 

TƏHKĐM  OLUNMUŞ  ƏHALĐ

  –  “Hüquqi 



əhali”yə  bax. 

 

TƏHLÜKƏLĐ  TULLANTILAR

 – tərkibində 

əhalinin  sağlamlığı  və  ətraf  mühit  üçün  xüsusilə 

zəhərli  maddələr  və  birləşmələr  olan  istehsal  və 

istehlak  tullantılarıdır.  Qüvvədə  olan  qaydalara 

uyğun  olaraq,  təbii  ətraf  mühitə  atılan  bütün 

tullantılar  (inqredientlər)  dörd  sinfə  bölünür:  1) 

son dərəcə təhlükəli tullantılar; 2) yüksək dərəcəli 

təhlükəli  tullantılar;  3)  orta  dərəcəli  təhlükəli 

tullantılar;  4)  az  təhlükəli  tullantılar.  Sənayenin 

mövcud  təhlükəli  tərkibli  zəhərli  tullantılarının 

bütün 

növlərinin 



əmələ 

gəlməsinin, 

zərərsizləşdirilməsinin, 

basdırılmasının 

və 

istifadəsinin (utilizasiyasının), həmçinin saxlanma 



və  ya  daşınma  prosesində  korlanan,  özünün 

birbaşa  təyinatı  üzrə  istifadə  oluna  bilməyən 

(məsələn, istifadəyə yararsız hala düşən və qadağa 

olunan  pestisidlər)  bütün  təhlükəli  məhsul  və 

məmulatların  statistik  uçotu  aparılır.  Lakin  hazır 

məhsul və ya yarımfabrikat olan zəhərli maddələr 

(məhsullar, birləşmələr) uçota alınmır. 

 

TƏHLÜKƏSĐZLĐK 



TƏLƏBLƏRĐNƏ 

CAVAB  VERMƏYƏN  AVADANLIQDA 

MƏŞĞULLUQ  (MƏŞĞUL  OLANLAR)

  – 

istehsal  avadanlıqları  üçün  təsdiq  olunmuş 

təhlükəsizlik  tələblərinə  və  müvafiq  standartlara 

cavab verməyən istehsal avadanlıqlarından, maşın 

və mexanizmlərdən istifadə edən şəxslərdir.  

 

TƏHSĐL



  –  biliklərin  alınması  və  toplanması, 

qarşılıqlı  münasibətlə  informasiya  mübadiləsi 

qabiliyyətinin əldə olunmasını özündə əks etdirir. 

Bu qabiliyyətlər müasir cəmiyyətin həyatında tam 

hüquqla iştirak və ona öz töhfələrini vermək üçün 

zəruridir.    Hazırda  təhsilin  əhəmiyyəti  daha 

yüksəkdir 

və 


innovasiya 

və 


informasiya 

texnologiyalarının 

inkişafına 

uyğun 


olaraq 

artmaqda davam edir. 

Savadlılıq  özündə  istənilən  təhsili  almaq  üçün 

zəruri  zəmini  əks  etdirir  və  buna  görə  də,  yaşlı 

əhalinin  savadlılıq  əmsalı  insan  inkişafının 

ölçülməsinin  əsas  baza  göstəricisi  hesab  edilir. 

Bu, gündəlik həyata aid olan   qısa sadə mövzuları 

başa  düşməklə  oxuya  və  yaza  bilən  adamların  15 

və  yuxarı  yaşlarda  olan  adamların  faizlə  nisbəti 

kimi  müəyyən  edilir.  Savadlılıq  əmsalı  real 

əhaliyə  aid  edilir  və  vəziyyətin  göstəricisi  hesab 

edilir, yəni təhsil sahəsində toplanmış nailiyyətləri 

əks etdirir (bu, əhəmiyyətli dərəcədə keçən 10-20 

ildə 


savadlılığın 

yayılmasından 

asılıdır). 

Savadlılıq  səviyyəsini  hesablayarkən  həm  birbaşa 

məlumatlardan  (adətən,  hər  10  ildən  bir  aparılan 

əhalinin 

siyahıyaalınmalarının 

nəticələri 

əsasında),  həm  də  əlavə  məlumatlardan  istifadə 

etmək  olar.  Bazar  iqtisadiyyatlı  sənaye  ölkələri 

üçün  savadlılıq  səviyyəsi  göstəricisi  99  faizə 

bərabər 


götürülür 

və 


bu 

ölkələrdə 

əhali 

siyahıyaalmalarının  proqramlarından  savadlılıq 



haqqında  sual  çıxarılmışdır.  1990-cı  ildən 

təhsillilik 

indikatoru 

kimi 


savadlılıq 

səviyyəsindən istifadə edilir. 

Azərbaycan 

Respublikasının 

Konstitusiyasına 

əsasən  hər  kəsin  təhsil  almaq  hüququ  vardır. 

Dövlət  pulsuz  icbari  ümumi  orta  təhsil  almaq 

hüququnu  təmin  edir.  Təhsil  sisteminə  dövlət 

tərəfindən  nəzarət  edilir.  Maddi  vəziyyətindən 

asılı  olmayaraq,  istedadlı  şəxslərin  təhsilinin 

davam etdirilməsinə dövlət zəmanət verir. Dövlət 

minimum təhsil standartlarını müəyyən edir.   

 

TƏHSĐL 

XĐDMƏTLƏRĐNĐN 

GÖSTƏ-

RĐLMƏSĐ 

(BURAXILIŞI)

 

bütün 


səviyyələrdə əhalinin təhsil alması məqsədi ilə və 

əlavə 


ixtisas 

təhsili 


(tədris 

akademiyaları, 

universitetlər,  institutlar,  məktəblər,  digər  ali  və 

orta  ixtisas  təhsilli  kadrların  hazırlanması  üzrə 

təhsil  müəssisələri,  ixtisasartırma  kursları,  uşaq 

evləri),  həmçinin  məktəbəqədər  təhsil  və  tərbiyə 

üçün  onlara  göstərilən  bazar  və  qeyri-bazar 

xidmətlərinin dəyəridir.  

Bu  sahə  üzrə  bazar  buraxılışı  göstərilən  pullu 

xidmətlərin dəyərini ifadə edir. 



Qeyri–bazar  buraxılışı  dövlət  büdcəsindən  və 

qeyri-büdcə  fondlarından  maliyyələşən  müəssisə 

və  təşkilatların  cari  xərclərinin, həmçinin sahənin 

əsas  kapital  istehlakının  həcminin  cəmi  ilə  ifadə 

olunur.  

 

TƏHSĐL 



MÜƏSSĐSƏLƏRĐNDƏ 

OXU-

YANLARIN 

SAYI

 

– 



ümumi 

təhsil 


müəssisələrində; ilk peşə-ixtisas, orta ixtisas və ali  

təhsil  müəssisələrində  oxuyanların  sayıdır.  Rəsmi 

statistika  hesabatlarında  oxuyanların  (tələbələrin) 

sayı  haqqında  məlumatlar  siniflər  (kurslar),  cins, 

yaş, ixtisas və digər göstəricilər üzrə verilir. 

 

TƏHSĐL  MÜƏSSĐSƏLƏRĐNƏ  QƏBUL



  - 

təsdiq  olunmuş  qaydalara  uyğun  olaraq,  müvafiq 

tədris  ilində  oxumağa  qəbul  edilmiş  şəxslərin 

sayının  göstəricisidir.  Đkinci  ilə  qalan  və  bərpa 

olunmuşların  sayı  qəbul  olunanların  sayına  daxil 

olunmur. 

Təhsilin 

bu 


səviyyəsində 

təhsil 


müəssisələrinə 

qəbulun 


kəmiyyət 

 

633


xarakteristikalarına  aşağıdakılar  daxil  edilir: 

qəbulun  sayı,  təhsilin  formaları,  istiqamətləri  və 

baza  təhsili  üzrə  qəbulun  strukturu,  təhsil 

müəssisələrinə 

müsabiqə, 

müəyyən 


təhsil 

səviyyəsinə daxil olma dərəcəsi. 

 

TƏHSĐL 

MÜƏSSĐSƏLƏRĐNƏ 

MÜSA-

BĐQƏ

  –  vətəndaşların  ərizələrinə  və  qəbul 

imtahanlarının 

nəticələrinə 

(qanunvericiliklə 

nəzərdə  tutulmuş  hallar  istisna  olmaqla)  görə,  ali 

təhsil  müəssisələrinə  və  orta  ixtisas  məktəblərinə 

müsabiqə 

əsasında 

qəbuldur. 

Qəbulun 


nəticələrinin  təhlilində  ərizə  verənlərlə  təhsil 

alanların  (imtahan  verənlər)  nisbətini  xarakterizə 

edən  göstəricilərdən  istifadə  edilir  və  təhsil 

müəssisələrində  müsabiqə  hər  yüz  yerə  ərizə 

verənlərlə ifadə olunur. 

 

TƏHSĐL  MÜƏSSĐSƏLƏRĐNĐN  LĐSEN-



ZĐYALAŞDIRILMASI 

–  təhsil  müəssisəsinin 

təhsil  fəaliyyəti  göstərmək  üçün  qanunvericiliklə 

müəyyən 


edilmiş 

qaydada 


müvafiq 

icra 


hakimiyyəti  orqanından  xüsusi  razılıq  (lisenziya) 

almasıdır.  Dövlət  təhsil  müəssisələrinə  xüsusi 

razılıq  (lisenziya)  müddətsiz  verilir.  Hüquqi  və 

fiziki şəxslər tərəfindən təsis edilmiş bələdiyyə və 

özəl 

təhsil 


müəssisələrinə 

xüsusi 


razılıq 

(lisenziya)  beş  il  müddətinə  verilir.  Əcnəbilər  və 

ya  vətəndaşlığı  olmayan  şəxslər,  xarici  hüquqi 

şəxslər 


tərəfindən 

təsis 


edilmiş 

təhsil 


müəssisələrinə  xüsusi  razılıq  (lisenziya)  üç  il 

müddətinə  verilir.  Belə  lisenziyanın  verilməsində 

məqsəd  ölkə  vətəndaşlarının  peşə  təhsili  almaq 

hüququnun  qorunması,  müxtəlif  təşkilati-hüquqi 

formaya  məxsus  peşə  təhsili  müəssisələrinin 

sərbəst  fəaliyyət  göstərməsi  və  inkişaf  etməsi 

üçün hüquqi əsas yaratmaqdan ibarətdir 

 

TƏHSĐL  MÜƏSSĐSƏLƏRĐNĐN  MADDĐ 



BAZASI

  –  tədris-tərbiyə  prosesinin  təşkili  üçün 

istifadə  edilən  bina  və  avadanlıqlar  kompleksidir. 

Konkret 


təhsil 

səviyyəsinin 

maddi-texniki 

bazasını 

xarakterizə 

edən 


göstəricilərə 

aşağıdakılar  daxildir:  funksional  təyinatına  görə 

sahənin  həcmi,  təhsil  alan  hər  bir  nəfərə  düşən 

tədris  sahəsi,  orada  yaşayan  hər  bir  sakinə  düşən 

yataqxana  sahəsi,  yataqxana  ilə  təminat,  texniki 

təhsil  vasitələri,  kitabxana  fondu,  ictimai  iaşə 

müəssisələri ilə təminat. Təhsil statistikası həm də 

ümumtəhsil  məktəblərinin  binalarının  texniki 

vəziyyətini və onların abadlığını öyrənir.  

 

TƏHSĐL 

MÜƏSSĐSƏSĐNĐN 

DÖVLƏT 

TƏRƏFĐNDƏN AKKREDĐTƏ EDĐLMƏSĐ

 

– 

təhsil 


müəssisəsinin 

statusunun 

dövlət 

tərəfindən 



tanınması 

prosesidir. 

Dövlət 

akkreditasiyasının  məqsədi  təhsil  müəssisəsinə  



statusun  verilməsi,  dövlət  standartlarında  nəzərdə 

tutulmuş səviyyədə və vaxtda təhsilin alınmasında 

vətəndaşların 

hüquqlarının 

qorunmasından 

ibarətdir. 

 

TƏHSĐL  PROSESĐNĐN  DAXĐLĐ  SƏMƏ-

RƏLĐLĐYĐ

  ikiilçilik (bir sinifdə iki il qalmaq), 

növbəti sinfə keçmə, çıxma (uzaqlaşma), buraxılış 

əmsalları  ilə  xarakterizə  edilir.  Đkiilçilik  əmsalı  - 

dərs  ilini  təkrarlayan  (iki  il  bir  sinifdə  və  ya 

kursda  qalan)  şagirdlərin  (tələbələrin)  sayının 

sinifdə  (kursda)  oxuyan  şagirdlərin  (tələbələrin) 

sayına  olan  nisbəti  ilə;  növbəti  sinfə  (kursa) 

keçmə  əmsalı  –  növbəti  sinfə  keçənlərin  sayının 

sinifdə  (kursda)  oxuyanların      sayına  olan  nisbəti 

ilə; çıxma əmsalı – çıxan  şagirdlərin (tələbələrin) 

sayının  sinifdə  (kursda)  oxuyanların  sayına  olan 

nisbəti  ilə;  buraxılış  əmsalı  -    axırıncı  sinifdən 

(kursdan)  buraxılanların  sayının  axırıncı  sinifdə 

(kursda)  oxuyanların  sayına  olan  nisbəti  ilə 

müəyyən edilir.  

 

TƏHSĐL  SAHƏSĐNDƏ  XĐDMƏTLƏR

  – 

dövlət,  qeyri-dövlət  təhsil  müəssisələri,  şəxsi 



müəllimlər  tərəfindən  göstərilən  xidmətlərdir. 

Onlara məktəbəqədər və ibtidai təhsil, ümumi orta 

və  tam  orta  təhsil,    orta  ixtisas  təhsili,  ali  təhsil 

sistemində oxumayan yaşlılar üçün fasiləsiz təhsil 

sahəsində  xidmətlər;  xüsusi  ixtisaslaşmış  pullu 

təhsil  müəssisələri  və  seminarları  tərəfindən 

göstərilən  xidmətlər,  kurslarda,  pullu  dərnəklərdə 

göstərilən xidmətlər aiddir. 

 

TƏHSĐL  SENZĐ

  –  ölkənin  təhsil  haqqında 

qanununa  əsasən  müəyyənləşdirilir.  Azərbaycan 

Respublikasında 

təhsil 


sistemi 

aşağıdakı 

quruluşda  müəyyən  olunmuşdur:  məktəbəqədər 

təhsil;  ümumi  təhsil  (ibtidai  təhsil;  ümumi  orta 

təhsil; tam orta təhsil; ilk peşə-ixtisas təhsili, orta 

peşə təhsili, ali təhsil). 

 

TƏHSĐL  STATĐSTĐKASI

  –  məktəbəqədər; 

ümumi  təhsil;  ilk  peşə-ixtisas  təhsili,  orta  ixtisas 

və  ali  təhsil  müəssisələrinin  fəaliyyətini  öyrənən 

sahədir.  Göstəricilər  sistemi  təhsil  sahəsində  baş 

verən  kəmiyyət  və  keyfiyyət  dəyişikliklərini 

xarakterizə  edir.  Təhsilin  hər  bir  səviyyəsi  üzrə 

təhsil  müəssisələri,  təhsil  alanların  kontingenti, 

təhsil 


prosesinin 

daxili 


səmərəliliyinin 

xarakteristikası, 

təhsil 

müəssisələrinə 



qəbul 

haqqında  məlumatlar,  mütəxəssislərin  buraxılışı, 

müəllim 

heyətinin 

kəmiyyət 

və 


keyfiyyət 

xarakteristikası,  təhsil  müəssisələrinin  maddi-

texniki 

bazalarının 

vəziyyəti 

haqqında 

məlumatların  alınmasına  imkan  yaradır.  Təhsil 

statistikasının  praktiki  vəzifəsi  dövlət  və  ictimai 



 

634 


strukturlarını, elm sahələrini və vətəndaşları təhsil 

haqqında məlumatlarla təmin etməkdən ibarətdir.  

 

TƏHSĐL  ÜZRƏ  ĐXTĐSAS  TƏSNĐFATI

  – 

təsnifləşdirmə obyekti ixtisas qrupları; fənn (elm) 

sahəsi;  orta  ixtisas  və  ali  təhsil  ixtisasları; 

hazırlığın  istiqamətləri  (ali  təhsildə),  həmçinin 

ixtisaslaşma  olan  təsnifatdır.  Təhsil  üzrə  ixtisas 

təsnifatı  ölkədə  təhsil  üzrə  qəbul  olunmuş 

ixtisasları  nizama  salmaq  üçün  yaradılmışdır  və 

iqtisadiyyatın 

idarə 

olunmasının 



bütün 

səviyyələrində 

aşağıdakı 

vəzifələrin 

həll 

edilməsində    avtomatlaşdırılmış  işləmələr  və 



informasiya  mübadiləsi  prosesində  istifadə  üçün 

nəzərdə  tutulmuşdur:  mütəxəssislərin  qəbulu  və 

buraxılışının 

nizama 


salınmasında; 

mütəxəssislərin 

qəbulu, 

buraxılışı 

və 

işə 


düzəlməsinin  statistika  uçotunda;  ölkənin  ali  və 

orta  ixtisas  təhsili  sisteminin  beynəlxalq  təhsil 

sisteminə  inteqrasiya  edilməsində;  milli  təhsil 

statistikasının  digər  ölkələrin  statistikası  ilə 

müqayisəliliyinin təmin olunmasında. 

 

TƏHSĐLLƏ  ƏHATƏ  OLUNMA



  –  müvafiq 

yaş  qrupuna  uyğun  olaraq,  əhalinin  təhsili 

mənimsəmə  səviyyəsi  ilə  xarakterizə  olunan 

göstəricidir.  Əhalinin  mövcud  təhsil  səviyyəsini 

mənimsəmə  göstəricisi  xalis    və  ümumi 

kontingentlərə  görə  əmsallarla  müəyyən  edilir. 

Xalis  (təmiz)  kontingentə  görə  əmsal  (netto 

əmsal)  –  yaşa  uyğun  mövcud  təhsil  səviyyəsini 

mənimsəyən  əhalinin  bir  hissəsidir.  Ümumi 

kontingentə  görə  əmsal  (brutto  əmsal)  –  hansı 

yaşda  olmasından  asılı  olmayaraq,  təhsilin 

mövcud  səviyyəsində  təhsil  alanların  sayının 

həmin yaşda olanların ümumi sayına nisbətidir. 

 

TƏK  (FƏRDĐ)  SAHĐBLĐ  MÜƏSSĐSƏNĐN 



KAPĐTALI

  –  tək  sahibli  kimi  istismar  ediləcək 

müəssisənin 

(şirkətin) 

yaradılmasıdır. 

Bu 


müəssisənin  yaradılması  zamanı  onun  başlanğıc 

kapitalı  aktiv  və  passivlərin  dəyərləri  fərqinə 

bərabər olur və müvafiq qanunvericiliyin olmadığı 

halda,  müəssisənin  sahibi  öz  müəssisəsinin 

balansına bu fərqi yazmağı qərara alır. 

Başlanğıc 

kapital 

sonradan 

əlavə 

kapital 


qoyuluşları  və  ya  onun  sərfi,  həmçinin  gəlirin 

bölüşdürülməsi nəticəsində dəyişir. 

 

TƏK  ANALAR

  –  Azərbaycanda  uşağı  atası 

olmadan  tərbiyə  edən  qadınlardır.  Bir  şərtlə  ki, 

doğum  haqqında  şəhadətnamədə  atası  haqda  yazı 

yoxdur və ya belə yazı həmin uşağın faktiki atası 

ilə  nikahda  olmadığı  ananın  göstərişi  ilə  aparılıb. 

Tək  analara  bir  sıra  güzəşt  və  üstünlüklər  verilir. 

Onlar  üçün  14  yaşınadək  xəstələnmiş  uşağa 

qulluqla 

bağlı 


əmək 

qabiliyyəti 

müəyyən 

edildikdə  əlavə  təminatlar  nəzərdə  tutulur; 

işçilərin  sayı  və  ştatı  ixtisara  düşdükdə  işdə 

qalmaq  üstünlüyünə  malik  olurlar.  Tək  analı 

uşağa  16  yaşa  çatanadək,  oxuduğu  və  təqaüd 

almadığı halda 18 yaşadək müavinət ödənilir. 

 

TƏKBAŞINA  SAHĐBLĐK

  –  1)  yalnız  bir 

fiziki  şəxsə  məxsus  olan  müəssisədir;  2) 

idarəetmənin  təşkili  formasıdır;  bu  zaman 

müəssisə,  idarə,  yaxud  təşkilatın  idarəetmə 

orqanına  bir  fiziki  şəxs  başçılıq  edir;  ona  hüquqi 

cəhətdən  məcburi,  yəni  hökmən  icra  olunmalı 

qərarlar qəbul etmək səlahiyyəti verilir. 

 

TƏKLĐF



  (əmtəə  təklifi)  –  bazar  mexanizminin 

vacib  tərkib  hissəsidir.  Təkliflər  –  bazarda  təmsil 

edilmiş  və  müəyyən  müddət  ərzində  bazara 

çatdırıla biləcək əmtəələrdir. 

 

TƏKLĐF 

QANUNU

 

– 

təklifin 

artması 

müqabilində  həmin  əmtəənin  (digər  amillərin 

sabitliyi şəraitində) qiymətinin artması prinsipidir.  

 

TƏKLĐF  ÜZRƏ  ELASTĐKLĐK



  -  əmtəə  və 

xidmətlərə  olan  təkliflərin  onların  qiymətlərinə 

görə  dəyişmə  dərəcəsidir.  Təklif  elastikliyi 

əmsalının köməyi ilə hesablanır.  

 

TƏKLĐFĐN  ELASTĐKLĐK  ƏMSALI



  - 

Elastiklik” ifadəsinə bax



 

TƏKRAR

 – registrdə vahidin səhvən iki dəfə və 

ya daha çox yazılmasıdır.  



 

TƏKRAR  ĐSTEHSAL

  –  ölkə  miqyasında 

istehsalın  fasiləsiz  bərpa  edilməsi  prosesidir. 

Maddi-əşya  və dəyər formasında həyata keçirilir. 

Təkrar istehsal sadə və geniş ola bilər. Sadə təkrar 

istehsal  prosesində  hər  bir  yeni  dövrdə  (silsilədə) 

istehsalın  həcmi  dəyişməz  qalır  (əvvəlki  kimi), 

geniş  təkrar istehsalda isə həcm  artır.  Sadə  təkrar 

istehsalda  yenidən  yaradılan  bütün  dəyərlər 

(məhsullar)  qeyri-istehsal  istehlakına  istifadə 

oluna  bilər;  geniş  təkrar  istehsalda  isə  yeni 

yaradılan  dəyərlərin  bir  hissəsi  yığılmalıdır  və 

istehsalın  əlavə  fəaliyyət  göstərən  vasitələrinə 

çevrilməlidir.   


Download 17.41 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   158   159   160   161   162   163   164   165   ...   183




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling