Redaktorlar: Y. X. Yusifov, E. E. Yaqublu, F.Ə.Əliyev, G. A. Ağamoğlanova
Download 17.41 Mb. Pdf ko'rish
|
- Bu sahifa navigatsiya:
- ŞABLON
- ŞƏHƏR BAZARLARINDA DAĐMĐ KÖŞKLƏRDƏ VƏ YA ÇADIRLARDA TĐCARƏT
- ŞƏHƏR ELEKTRĐK NƏQLĐYYATI
- ŞƏHƏR ƏHALĐSĐ (Azərbaycanda)
- ŞƏHƏR ƏHALĐSĐNĐN MĐQRASĐYASI
- ŞƏHƏR MƏNTƏQƏLƏRĐ
- ŞƏHƏR MƏSKƏNLƏRĐ
- ŞƏHƏR TƏMƏRKÜZLƏŞMƏSĐ
- ŞƏXSĐ EVDƏ (YAŞAYIŞ YERĐNDƏ) YAŞAMAĞIN ŞƏRTĐ HESABLANMIŞ DƏYƏRĐ
- ŞƏXSĐ ĐSTEHLAK
- ŞƏXSĐ ĐSTĐFADƏ ÜÇÜN ĐSTEHSAL
SVO P – 1) əlavə gəlir və şirkətin kapitalının strukturunun optimallaşdırılması məqsədi ilə aktivlərin, faizlər üzrə ödənişlərin və ya razılaşma sazişində göstərilən digər
səciyyələrin (xarakteristikaların) mübadiləsinə dair
sövdələşmədir. Svoplar defolt svoplarına, aktivlər üzrə svoplara və məcmu gəlir svoplarına bölünür; 2) müxtəlif aktivlərin mübadiləsi üzrə maliyyə- ticarət
əməliyyatıdır. Bu
zaman qiymətli kağızların, valyutanın, qızılın və s. aktivlərin alqısına (satqısına) dair bağlanan sazişlə bərabər, həmin aktivlərin müəyyən müddət keçdikdə həmin və ya digər şərtlərlə geri alınmasına dair əks saziş də bağlanır.
614
-Ş- Şablon......................................................... 615 Şagirdlər ..................................................... 615 Şagirdlərin sayı .......................................... 615 Şəbəkənin arxitekturası .............................. 615 Şəhər........................................................... 615 Şəhər aqlomerasiyası.................................. 616 Şəhər bazarlarında daimi köşklərdə və ya çadırlarda ticarət ......................................... 616 Şəhər elektrik nəqliyyatı ............................ 616 Şəhər əhalisi ............................................... 616 Şəhər əhalisinin miqrasiyası....................... 616 Şəhər məntəqələri ....................................... 616 Şəhər məskənləri ........................................ 616 Şəhər təmərküzləşməsi ............................... 616 Şəhərə xidmət edən əhali ........................... 617 Şəhərətrafi zonalar ..................................... 617 Şəhəri yaradan əhali ................................... 617 Şəhərsalma ................................................. 617
Şəxsi evdə (yaşayiş yerində) yaşamağın şərti hesablanmış dəyəri ..................................... 617 Şəxsi istehlak ............................................. 617 Şəxsi istifadə üçün istehsal ........................ 617 Şəxsi maliyyə planlaşdırmasının və insan inkişafının alətləri ...................................... 618 Şəxsi mülkiyyət ......................................... 618 Şəxsi yığım ................................................ 618 Şərti maliyyə vahidi ................................... 618 Şərti obyekt ................................................ 618 Şərti yanacaq .............................................. 618 Şirkət .......................................................... 619 Şirkətin rəsmi ünvanı ................................. 619 Şöbə ........................................................... 619 Ştatdankənar işçilər .................................... 619 615
ŞABLON - strukturun təsviridir. Proqramçıya şəxsi məlumat növlərini yaratmağa şərait yaradır.
( istehsalatda ) – məhsul
vahidinin istehsalı prosesində tam iştirak etməyən, şagirdlik müqaviləsi əsasında və ya onların məhsuldarlığına əhəmiyyətli dərəcədə təsir edən peşə təcrübəsi keçməklə işləyən bütün muzdlu işçilər daxil edilir.
vahidinin istehsal prosesində natamam iştirak edən bütün muzdlu işçilər daxil edilir. Belə ki, onlar şagird müqaviləsi üzrə işləyir və yaxud onlar peşəkar bacarıqlarının olmaması səbəbindən məhsuldarlığın tələb olunan səviyyəsinə uyğun gəlmirlər.
və proqram vasitələrinin qarşılıqlı fəaliyyətinin əsas prinsiplərini xarakterizə edən anlayışdır. Şəbəkənin arxitekturası – birləşmələrin qaydaları və onların
topologiyası nəzərə
alınmaqla şəbəkənin reallaşdırılmış strukturudur. Şəbəkənin arxitekturası çərçivəsində məlumatların kodlaşdırılmasına, onun ötürülməsinə, səhvlərə nəzarət və məlumat axınının idarə edilməsinə, şəbəkə abonentlərinin ünvanlaşdırılmasına, qəza şəraitində şəbəkənin işləməsinin təhlili
məsələlərinə aydın şəkildə baxılır.
– 1) qanunvericiliyə görə, şəhərlər kateqoriyasına aid olan yaşayış məntəqəsidir. Bir qayda olaraq, əhalinin xeyli sayına (ölkənin kənd yerlərinə nisbətən) malikdir, əhalisi, başlıca olaraq, kənd təsərrüfatından kənar – sənaye, ticarət, xidmət, elm və mədəniyyət sahələrində məşğuldurlar. Şəhər,
şəhər hüdudu
adlanan hüdudla
məhdudlaşan əraziyə malikdir. Müasir şəhər istehsal funksiyaları təmərküzləşmiş yerlərdir – sənaye, nəqliyyat və s. sahələrdə. Đnkişaf bazası inzibati funksiyalar (adətən, onlar ticarət və istehsal funksiyaları ilə birləşir), hərbi funksiyalar (hərbi məhsulun monoistehsalı), mədəniyyət və elmlə bağlı, sağlamlaşdırma və istirahətlə bağlı (kurort-şəhər), dinlə və s. (şəhər- dini mərkəzləri, məsələn müqəddəs Məkkə şəhəri) bağlıdır. Müasir urbanizasiya üçün ölkələr və rayonların yerləşməsinin dayaq karkasının aparıcı halqaları olan böyük şəhər artması, əhalinin qrup formada yerləşməsinin geniş yayılması səciyyəvidir. Şəhərin yaranması əməyin ictimai və coğrafi bölgüsü ilə bağlıdır. Şəhərin xarakteri, bütövlükdə istehsalatda və ictimai həyatda onların tutduğu yer, onların sosial siması, xarici görünüşü və s. xeyli dəyişmişdir. Tarixi inkişafın gedişində bəzən bir şəhər öz əhəmiyyətini itirir (yaxud tamam yox olur), digərləri öz iqtisadi-coğrafi vəziyyətinin xeyrindən istifadə edərək onu gücləndirir, ölkələr və
rayonların yaşayış
yerlərinin iyerarxiyasında daha yüksək pillələri tutur.
Đnkişaf etmiş ölkələrdə şəhər əhalisinin xüsusi çəkisi 70-80% və daha yüksək olmuşdur (1990-cı illərin əvvəli). Ümumi urbanizasiya prosesi şəhər ərazisinin inzibati sərhədlərdən kənara genişlənməsində, onların qonşu şəhər və kənd məskənləri ilə birləşməsində ifadə olunur. Bir sıra hallarda qonşu şəhər aqlomerasiyasının nəqliyyat magistralları boyunca böyüməsi, başdan-başa şəhər tikililərində çox kilometrli zonaların yaranmasına gətirib çıxarır. 1970–80-ci illərdə inkişaf etmiş qərb ölkələrinin bir sıra iri şəhər və şəhər aqlomerasiyalarında əhalinin sayının mütləq və nisbi azalması müşahidə olunurdu. XX əsrin ikinci yarısında inkişaf etmiş ölkələrdə şəhər və şəhər əhalisinin artması prosesi çox sürətli xarakter almışdı. Bu ölkələrin çoxunda gedən sənayeləşdirmə urbanizasiyadan geri qalır (buradan müxtəlif mürəkkəb şəhər problemləri yaranırdı, məsələn, şəhər əhalisinin natamam məşğulluğu və s.). Şəhər
– spesifik sosial-demoqrafik xarakteristikaları və inkişaf amilləri ilə fərqlənən toplanmış əhali kütlələrinin həyat fəaliyyəti yeridir (geniş anlayışdır). Şəhər əhalisinin formalaşması miqrasiya, təbii artım, inzibati dəyişdirmə (şəhərin tərkibinə şəhərətrafı zonaların məskənlərini daxil etməklə) hesabına gedir. 2)
Şəhər - böyük, mərkəzləşdirilmiş və
məhdudlaşdırılmış yaşayış
məntəqəsi olub,
özünüidarə, təchizat və nəqliyyat strukturuna malikdir. Buna görə də, hər bir şəhər yaşayış mərkəzi sayılır. Şəhərlərin sakinləri etnik, dil, sosial, mədəni, dini və s. baxımdan müxtəlif ola bilər. Şəhərlər mədəni-elmi baxımdan mədəniyyətin sıxlaşmasının ideal halı olub, adambaşına düşən yüksək sıxlığa malik olan, sərt əhatəyə, ümumi dövlət hüququ və həmçinin kommunal hüququna (öz icra rəhbərliyi, özünəməxsus mədəniyyəti, müxtəlif sosial təbəqəyə malik sakinləri) malik məntəqədir. Bu xüsusiyyətlər onları kəndlərdən və ya xüsusi
məqsədlər üçün
insanların cəmləşdirildiyi (iş düşərgələri və s.) yerlərdən fərqləndirir. Hazırda yer kürəsinin əhalisinin yarısı şəhərlərdə yaşayır. 2000-ci ildə 18 şəhər 10 milyonluq əhaliyə malik idi. 2005-ci ildə belə şəhərlərin sayı 20-ə çatmışdır. Əhalisinin sayı 100 mindən çox olan şəhər sayı 2.4 mindir.
616
ŞƏHƏR AQLOMERASĐYASI – istehsal, əmək, mədəni-məişət və digər
əlaqələrlə mürəkkəb dinamiki sistemdə birləşən məntəqələrin (əsasən şəhər)
yığcam ərazi
qruplaşmasıdır. Özündə iri və ya kiçik şəhərləri, həmçinin onların sərhədlərindən kənarda, amma onlara bitişik olan, şəhərətrafı məntəqələri (o cümlədən kəndləri) birləşdirir. Xüsusi ədəbiyyatlarda şəhər aqlomerasiyası adı altında bütün şəhər tikililəri (aralarındakı məsafə 5 km- dən artıq olmamaqla) olan ərazi nəzərdə tutulur.
müəyyənləşdirilmiş ictimai yerlərdə qurulmuş çadırlarda həyata keçirilən satışdır; alıcılar adətən ticarət yerinə daxil olmurlar.
-
metro, tramvay və trolleybus nəqliyyatını əhatə edir. Statistikada bu nəqliyyat növlərinin istismar və iqtisadi prosesləri, onların texniki vasitələri üzərində müşahidə təmin edilir.
əhalidir. Şəhər əhalisi ilə kənd əhalisinin sayının müqayisəsi ölkənin, yaxud hər hansı inzibati ərazinin urbanizasiya dərəcəsini xarakterizə edir, halbuki bu göstəriciləri ölkələr üzrə müqayisə etmək çətindir, çünki yaşayış məntəqələrini şəhərlərə aid etmə meyarları müxtəlifdir.
– konkret ərazi hüdudlarında əhalinin bir şəhər məskənindən digərinə (şəhərlərarası miqrasiya) və şəhər məskənlərindən kənd məskənlərinə daimi yaşayış yerinə yerdəyişməsi; şəhər və kənd yerlərində əhalinin sosial-demoqrafik və etnik tərkibinin dəyişməsidir. Urbanizasiyanın başlanğıc mərhələlərində şəhərlərarası miqrasiya şəhər əhalisinin iri və
nəhəng şəhərlərə yerdəyişməsi ilə xarakterizə olunur. Urbanizasiya daha yüksək olan ölkələrdə əhalinin iri və ən iri şəhərlərindən kiçik şəhərlərə və şəhərlərdən kənd yerlərinə intensiv hərəkəti, aqlomerasiya hüdudlarında isə – yaxın şəhərətrafı qəsəbələrə – mərkəzdənqaçma hərəkəti baş verir.
– nisbətdə daha çox sayda əhalisi olan və spesifik, əsasən qeyri- kənd təsərrüfatı funksiyalarını yerinə yetirən yaşayış
əraziləridir. Azərbaycanda şəhər məntəqələrinin iki tipi var: şəhərlər və qəsəbələr. Şəhər yaşayış məntəqələrinin bu və ya digər kateqoriyalara aid edilməsi meyarları qanunvericiliklə müəyyənləşdirilir. Əsas meyarlar aşağıdakılardan ibarətdir: əhalinin minimum sayı (məsələn, şəhərlər üçün 12 min nəfərdən yuxarı), dövlət və bələdiyyə və dövlət qulluğunda, kommunal təsərrüfatda ictimai iaşə, mədəni və tarixi obyektlərdə və s. məşğul olan inzibati ərazi vahididir.
çoxluğu olan yaşayış yerləridir; spesifik, əsasən kənd təsərrüfatı olmayan (sənaye, nəqliyyat, mədəni, ticarət, inzibati-siyasi və s.) funksiyaları yerinə yetirir. Đri şəhər məskənləri həmişə çoxfunksiyalıdır. Yaşayış məntəqələrinin bu və ya digər kateqoriya şəhər məskənlərinə aid edilməsi meyarı qanunvericiliklə müəyyən edilir. Mühüm meyarlar bunlardır: əhalinin minimum sayı və əhalinin ümumi sayında muzdlu işçilərin və onların ailələrinin minimum payı. Bundan əlavə, yaşayış
məntəqəsinin inzibati əhəmiyyəti, sənayenin, kommunal təsərrüfatın, mədəni-məişət idarələrinin inkişaf dərəcəsi, abadlığı, inkişaf perspektivləri də nəzərə alına bilər. Şəhər məskənlərinə həmçinin müalicəvi əhəmiyyət daşıyan yerlərdəki məskənlər aid edilə bilər və onlar müstəqil kurort qəsəbələri kateqoriyasına ayrılır. Bəzi ölkələrdə “şəhər məskənləri” və “şəhər” anlayışları üst-üstə düşür. Məskənlərin şəhərlər sırasına aid edilməsinin əsas meyarları müxtəlif ölkələrdə – sakinlərin sayı, inzibati, ticarət, maliyyə fəaliyyətinin inkişafı ilə bağlıdır. Bu meyarlar müxtəlifdir: bir ölkədə şəhərlə müəyyən əhali çoxluğuna nail olmuş bütün məskənləri aid edirlər (məsələn, ABŞ-da – 2,5 min, Niderlandda – 20 min və Đslandiyada – 0,2 min sakin), başqalarında – bütün inzibati mərkəzlər və s.
məskənlərində toplanması prosesidir, urbanizasiyanın təzahüründən biridir. Şəhər təmərküzləşməsinin ən vacib göstəricisi – əhali sıxlığıdır; dünyanın ən iri şəhərlərində 1 km 2 -də bir neçə on minlərlə adam yaşayır. Şəhər təmərküzləşməsini daha dəqiq müəyyən etmək üçün təmizlənmiş sıxlıq göstəricisi tətbiq olunur – şəhər məskəninin ümumi sahəsindən meşə- parklar, çöllər, boş yerlər və başqa becərilməmiş sahələr (bəzi şəhər məskənlərində onların payına 50%-dək ərazi
düşür) çıxılır. Şəhər təmərküzləşməsini dəqiqləşdirmək üçün bəzən əlavə olaraq seliteb sahəyə (şəhərlərdə yaşayış məhəllələri və onlar arasında küçə, meydan, bulvar və s. ilə tutulan torpaq sahələri) hesablanan əhali sıxlığı müəyyən edilir. Bu halda şəhər 617
ərazisindən həmçinin rabitə yolları, yaşayış üçün nəzərdə tutulmamış binalar və qurğularla tutulan sahələr istisna edilir. Mikrotəhlil məqsədləri üçün çox vaxt 1 yaşayış otağına, yaxud 1 m 2 yaşayış sahəsinə düşən sakinlərin sayı hesablanır. Şəhərsalmanın sıxlığını müəyyən etmək üçün bir neçə metodlar mövcuddur.
–
şəhərin ümumi əhalisinin kommunal, mədəni- məişət, ticarət, tibb və şəhər əhalisinə xidmət edən digər müəssisə və idarələrində çalışan hissəsidir.
– iri şəhəri əhatə edən və onunla sıx funksional və başqa qarşılıqlı əlaqədə
olan ərazilərdir. Şəhər aqlomerasiyasının bir hissəsidir. Şəhərətrafı zonalarda şəhərətrafı qəsəbələr, peyk şəhərləri, ayrı-ayrı aqrar-sənaye, sənaye, nəqliyyat, kommunal müəssisələri yerləşir. Şəhərətrafı zonalarının bir hissəsindən kənd təsərrüfatı yerləri kimi istifadə oluna bilər. Suburbanizasiyanın xarakterindən asılı olaraq, şəhərətrafı zonaların hüdudlarında kor-təbii olaraq cəmiyyətin yüksək gəlirli təbəqələrinin məskun yerləri, işgüzarlıq mərkəzləri yarana bilər.
– şəhər əhalisinin, onun sənaye,
nəqliyyat müəssisələrində, tikintidə, siyasi-inzibati, təşkilati-təsərrüfat, elmi, mədəni və şəhərdənkənar əhəmiyyəti olan başqa idarələrində çalışan hissəsidir. Şəhəri yaradan əhalinin sayı şəhərin əhalisinin ümumi sayına mühüm təsir göstərir. Şəhəri yaradan
əhalinin payı
şəhərin böyüklüyündən və iqtisadi funksiyalarından asılıdır. Şəhəri yaradan əhalinin payı həmçinin şəhərin əhalisinin yaş tərkibindən asılıdır: nisbətən doğum səviyyəsi olan şəhərlərdə şəhəri yaradan
əhalinin payı
region üzrə
orta göstəricilərindən aşağıdır.
– şəhərlərin inkişafı, planlaşdırılması və
tikilib abad
edilməsi nəzəriyyəsi və praktikasıdır. Şəhərsalmada şəhərlərdə əhalinin sayının artması, təbii və miqrasiya artımının nisbətlərinin xüsusiyyətləri, əhalinin yaş-cins tərkibi, perspektivdə demoqrafik vəziyyətin dəyişməsi ilə meydana
çıxan demoqrafik problemlərin uçotunun mühüm əhəmiyyəti var. Şəhərsalma praktikasında, hesablama müddətinə şəhər əhalisinin sayının müəyyənləşdirilməsi “əmək balansı” metoduna əsaslanır və bu metod əhalinin aşağıdakı qrupları – şəhəri yaradan, şəhərə xidmət edən və öhdədə olan arasında perspektiv nisbətləri müəyyən edir, əhalinin layihə sayını şəhəri yaradan əhalinin gözlənilən sayından asılı edir. Hesablama aşağıdakı düsturla aparılır: ) ( 100 100
u o Q H + − ⋅ =
burada H – müəyyən edilən şəhər əhalisinin perspektiv sayı; Q
şəhərdəki əhali
kontingentinin perspektiv sayı; O – bütün iqtisadi fəal əhali tərkibində xidmət qrupunun payı, faizlə; U – öhdədə olanların payı, faizlə; orta hesabla O=18–25 %, U=46–48%. Şəhərsalma üzrə qərarlarda təkcə ayrı-ayrı şəhərlərin hüdudlarında, həmçinin yerləşdirmə sistemləri miqyasında demoqrafik proseslərin nəzərə alınmasıdır.
xüsusi evində yaşadığı halda, onun özünün özünə göstərdiyi xidmətin dəyərini əks etdirir. Xüsusi evdə yaşama üzrə xidmətin dəyəri belə xidmətlərə bazardakı qiymətlərlə müəyyənləşdirilə bilər. Bu xidmətlərin dəyəri yaşayış
yerlərinin saxlanmasına faktiki çəkilmiş xərclər əsasında da müəyyənləşdirilə bilər.
– əhalinin fərdi istehlakını təmin etmək üçün istifadə edilən milli gəlirin bir hissəsidir. Yalnız maddi nemətlərdən ibarət olan kateqoriyadır: ərzaq və qeyri-ərzaq malları, qeyri- əmtəə məhsulları, maddi xidmətlər. Şəxsi istehlakın tərkibinə alınan mallar, əmək haqqı hesabına alınan məhsullar, şəxsi yardımçı təsərrüfatlarda istehsal edilən məhsullar, tədarük edilmiş yabanı bitkilər daxildir. Bunlardan başqa, şəxsi istehlaka həm də fərdi sifarişlər üzrə paltar, ayaqqabı tikişi, mənzillərin və mebellərin təmiri, camaşırxana xidmətləri, məişətdə işlədilən elektrik enerjisi, su və qaz xidmətləri, yaşayış fondunun aşınması daxil edilir. Şəxsi istehlakın şeylər (maddələr) üzrə xərclərin ödənilməsinin mənbəyi əmək üzrə gəlirlərdən, sosial və digər fondlardan ödəniş və yardımlardan ibarətdir.
şəxsi istehlak və ya bu istehsala investisiya üçün nəzərdə tutulmuş bütün malların istehsalı bu kateqoriyaya daxildir. Kapital qoyuluşu üçün nəzərdə tutulmuş mallar – bu, təsərrüfat üsulu ilə istehsal edilmiş əsas maddi fondlar (binalar, maşınlar və s.), həmçinin əsas qeyri-maddi fondlardır (proqram təminatının işlənməsi və s.). Şəxsi istifadə üçün istehsal edilmiş məhsul qeyri- bazar məhsulu hesab edilir və bazarda satılan oxşar məhsulların qiymətinə, belələri olmadıqda isə, maya dəyərinə görə qiymətləndirilir. Ona həm maddi kapital malları (məsələn, dəmir yolu
618
müəssisələrinin dəmir yolları), həm də qeyri- maddi aktivlərə investisiyalar (məsələn, proqram təminatı) daxildir. Maddi kapital malları “Maddi mallara ümumi investisiyalar” maddəsinə daxil edilir. Şəxsi istifadə üçün istehsalın qiymətləndirilməsi “istehsalı” milli hesablar sistemində müəyyən edildiyi kimi qiymətləndirməyə imkan verir.
Download 17.41 Mb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling