Redaktorlar: Y. X. Yusifov, E. E. Yaqublu, F.Ə.Əliyev, G. A. Ağamoğlanova
Download 17.41 Mb. Pdf ko'rish
|
TACĐR – müntəzəm olaraq ticarət əməliyyatları həyata keçirən istənilən fiziki və ya hüquqi şəxsdir. O, ticarət bölməsində, istehsal və ya xidmət sahələrində fəaliyyət göstərir.
nəticəsində sıradan çıxmış əsas fondların tam ilkin dəyərinin əvəzi ödənilməyən aşınma hissəsidir. Belə əsas fondlar qalıq dəyəri ilə, yəni aşınma çıxılmaqla ilkin dəyər üzrə (həm balans dəyəri üzrə, həm də orta illik qiymətlə) qiymətləndirilir. Əgər köhnəlmə və aşınma nəticəsində sıradan çıxmış əsas fondların qalıq dəyərinə onların ləğv edilməsi ilə bağlı xərcləri əlavə edib və ləğv edilməsindən alınan material qiymətlilərini çıxsaq, tam amortizasiya olunmamış dəyərin miqdarını alarıq.
TAM FOND TUTUMLARI ƏMSALLARI – bu sahənin istehsalında yalnız birbaşa deyil, həm də bu sahənin məhsulunun (xidmətinin) istehsalı ilə əlaqədar dolayısı ilə digər sahələrdə iştirak edən əsas fondların həcmini xarakterizə edən göstəricilərdir. Aşağıdakı düstur üzrə (matris qeydi üzrə) hesablanır: D t.f = K
b.f .(E-A)
-1 , burada: D t.f
– tam fond tutumları əmsalının matrisini, (E- A) -1 - məhsulun (xidmətin) istehsalına əmək əşyalarının (və ya məhsul və xidmətlərin) tam xərcləri əmsalının matrisidir.
müəyyən ildə ibtidai məktəbin son sinfini müvəffəqiyyətlə bitirmiş şagirdlərin ümumi sayının, yaşlarına görə ibtidai məktəbi qurtarmalı olan uşaqların ümumi sayına olan nisbətini əks etdirir. Kəsrin surətində bir və ya bir neçə dəfə eyni sinifdə qalmış, lakin verilmiş konkret anda ibtidai məktəbdə kursu müvəffəqiyyətlə başa vurmuş uşaqlara aid olan rəqəmlər (məlumatlar) iştirak edə bilər. Đbtidai məktəbi bitirənlər haqqında məlumat daxil olmayan ölkələrdə tam həcmdə ibtidai təhsil alan şagirdlərin payı “oxşarlıq üzrə” hesablanır və ibtidai məktəbin son sinfində oxuyanların ümumi sayı ilə həmin ildə ikinci il oxuyanların sayı arasındakı fərqin ölkə üzrə öz yaşlarına görə ibtidai məktəbi qurtarmalı olan uşaqların ümumi sayına bölünməsi ilə alınır. TAM XƏRC ƏMSALLARININ ƏKS MATRĐSĐ (ÇEVRĐLMĐŞ MATRĐS) – (A) çıxış matrisasına vurmaqla alınan (A) matrisdir, sağ və sol tərəfləri vahidi verir: A -1 * A=A*A -1 =E, bunun köməyi ilə AX=B tənlik sistemi X=A -1 *B formasına düşür. TAM ĐŞ VAXTI ĐŞLƏMƏYƏNLƏRĐN SA- YI - il ərzində iş vaxtından az işləyən şəxslərin sayını göstərən rəqəmlər müəssisədə tam iş vaxtı işləyən muzdlu
işçilərin sayına
yenidən hesablanmalıdır (tam iş
vaxtına uyğunlaşdırılmalıdır). Bu kateqoriyaya gün, həftə ərzində iş vaxtı normasından az işləyən və ya il ərzində tam iş ayından az işləyən şəxslər daxil edilir. Yenidən hesablanma işlənmiş saat, gün, həftə və ya ayların sayı əsasında aparılmalıdır.
– ölkənin bütün əmək qabiliyyətli əhalisinin işləmək tələbatını ödəməkdən ötrü kifayət edən sayda iş yerlərinin olması, uzunmüddətli işsizliyin demək olar ki, olmaması, işləmək istəyənlərə onların peşə istiqamətinə, təhsilinə, iş təcrübəsinə uyğun iş yerləri vermək imkanıdır.
vaxtına çevirməklə hesablanmış (tam iş vaxtı ekvivalentinə keçirilmiş) işçilərin sayıdır. Normal iş vaxtından az işləmiş şəxslərin sayı, verilən vahiddə (istehsalda) tam iş ili ərzində tam iş vaxtı ilə məşğul olan şəxslərin iş vaxtlarına nisbəti yolu ilə tam məşğulluq ekvivalentinə keçirilə bilər. Bu kateqoriyaya standart iş vaxtından az, həftədə standart iş günlərindən az və ildə həftələrin/ayların standart sayından az işləyən şəxslər daxildir. Belə keçid saat, gün, həftə və ya ayların işlənmiş miqdarı bazası əsasında həyata keçirilməlidir.
tamaşalarda iştirak edən tamaşaçıların sayı göstəricisidir. Satılan biletlərin sayı ilə müəyyən edilir. Hər bir teatr tamaşası, konsert, kinoseans, həmçinin tamaşa müəssisəsi və ya mütləq və nisbi ifadədə (əhalinin hər 1000 nəfərinə) onların qrupları üzrə müəyyən olunur.
tutumu (bütün oturacaqların, o cümlədən xidməti oturacaqların sayını) və kommersiya tutumunu (xidməti oturacaqsız, satışa daxil olan yerlər).
– idarələrə, müəssisələrə, təşkilatlara və vətəndaşlara müxtəlif istehsal və qeyri-istehsal xidmətlərinə görə verilən ödəmə məzənnəsi 625
sistemidir. Tarif
kateqoriyasına həmçinin məzənnələr sistemi, əməyin ödənilməsində hər bir iş növünün qiymətləndirilməsi də aid edilir. Xarici ticarətin tənzimlənməsinin klassik aləti gömrük tarifi hesab olunur. TARĐF ƏMƏK HAQQI – müntəzəm xarakter daşıyan və mövcud müəssisənin fəaliyyəti və işçinin peşəkarlıq aidiyyəti ilə (məsələn, ağır və zərərli əmək şəraitinə, çoxnövbəli iş rejiminə, gecə növbəsində işləməsinə, peşəkarlıq bacarığına, briqadaya rəhbərliyinə (azad
edilməmiş briqadirlərə), dəftərlərin yoxlanmasına görə (müəllimlərə) əmək haqqına əlavələrlə) şərtlənən, tarif dərəcələrinə və maaşlara əlavələr də daxil edilməklə, tarif dərəcəsi üzrə işlənmiş vaxta (yerinə yetirilmiş işə), maaşa və ya işəmuzd tariflərə (qiymətləndirmələrə) görə
işçiyə hesablanmış əmək haqqıdır. Əmək haqqı tarifinə aşağıdakılar daxil edilmir: iş vaxtından artıq işləməyə görə əlavələr; istirahət və bayram günlərində (qeyri-iş günlərində) işləməyə görə əlavələr; coğrafi və təbii-iqlim şəraitinə görə (rayon əmsalları, kənd yerlərində işə görə əlavələr və s.) və fəxri adlara görə əlavələr; eyni vaxtda bir neçə vəzifə daşımasına görə; fərdi xarakter daşıyan digər əlavələr. TARĐF ƏMSALI – tarif şəbəkəsi ilə müəyyən edilmiş müvafiq dərəcənin saat (gün) tarif normasının, vahid kimi qəbul edilmiş birinci dərəcənin saat (gün) tarif normasına nisbətidir. Yüksək dərəcənin tarif əmsalının birinci dərəcənin tarif əmsalına nisbəti tarif
şəbəkəsinin diapazonudur. Əmsalın mütləq və nisbi dəyişməsi dərəcədən dərəcəyə artır.
– müəyyən tarif dərəcəli işçiyə, müəssisədə (təşkilatda) tətbiq olunan tarif
gün, ay) işə görə təyin edilmiş əmək haqqının ölçüsüdür. Verilən dərəcənin tarif norması, müvafiq tarif əmsalının birinci dərəcənin tarif normasına vurulması ilə müəyyən edilir. Tarif dərəcəsi olmayan digər işçilər üçün tarif norması, yerinə yetirilən işin xarakteri və ixtisas
səviyyəsinə müvafiq olaraq, təyin edilmiş vəzifə maaşı ilə əvəz edilir. TARĐF ŞƏBƏKƏSĐ – tarif dərəcələrinin (əməyin mürəkkəbliyindən asılı olaraq, işçilərə verilən müəyyən ixtisaslar) müəyyən sayından və onlara uyğun tarif normalarından ibarət əmsallar şkalasıdır. Sahibkarlıq subyektlərində (təşkilatlarda) əmək
şəraiti və
əməyin xüsusiyyətindən asılı olaraq, işçiləri əmək haqqının dərəcələrə ayrılması ilə təmin edən bir neçə tarif şəbəkəsi tətbiq oluna bilər. TARĐF VƏ TĐCARƏT HAQQINDA BAŞ (ƏSAS) SAZĐŞ - dünya ticarətində iştirak edən, əksər ölkələri əhatə edən və 1947-ci ildə imzalanmış tariflər və ticarət haqqında çoxtərəfli sazişdir. Bu saziş 1994-cü ilə qədər müqavilə şəklində qalmış, 1994-cü
ildən isə
yeni “Ümumdünya Ticarət Təşkilatı”na (ÜTT) çevrilmişdir. TARĐFLĐ YÜK DÖVRĐYYƏSĐ (dəmiryolu nəqliyyatında) – yoldaxili çevrə (ətraf) nəzərə alınmadan, faktiki gedilmiş yol üzrə yerini dəyişmiş yüklərin yekun göstəricisidir, ton- kilometrlərlə ölçülür. Göndərilmiş yükün daşınmanın qısa məsafəsinə hasili ilə
müəyyənləşdirilir, hesabat
dövrü üçün
göndərilmiş bütün yüklərin cəmi kimi hesablanır. Tarifli yük dövriyyəsi dəmiryol şəbəkəsi üzrə bütövlükdə və yük və nəqliyyat növlərinə bölünməklə, dəmir yolunun
inzibati-ərazi vahidləri üzrə müəyyən edilir. TARĐXĐ DƏYƏR - bu metodla aktivlərin qiymətləri, onların alınması və ya istehsalı anında nağd pul (və ya nağd pula ekvivalent) kimi və ya kompensasiya şəklində verilmiş, fəaliyyətdə olan müəssisənin dəyəri kimi qeyd edilir. Borclar sazişin bağlanması vaxtı alınmış nağd pul (və ya nağd pula ekvivalent) kimi qeyd edilir. Ancaq nə xüsusi qiymətlərin sonrakı kənarlaşmaları, nə də pulun alıcılıq qabiliyyətinin ümumi dəyişməsi nəzərə alınmır. TARĐK - Avropa Đttifaqının Birləşdirilmiş Gömrük Tarifidir - malların müvafiq kodlarla sistemləşdirilmiş siyahısıdır. Özündə kombinə edilmiş nomenklaturaların altmövqelərini və AĐ tərəfindən qəbul olunmuş tədbirləri (məsələn, antidempinq rüsumları) əks
etdirən əlavə
altbölmələri birləşdirir. TAYMER – EHM-də vaxt hesablanmasının aparat vasitəsidir. TEXNOLOGĐYALARA GÖRƏ ÖDƏNĐŞ BALANSI – müxtəlif ölkələrdən olan tərəfdaşlar arasında biliklərin, məlumatların və texnoloji xidmətlərin mübadiləsi (ticarəti) ilə əlaqədar bütün qeyri-maddi sövdələşmələr üzrə pul vəsaiti köçürmələrinin məcmusudur. Bu köçürmələrə tam birdəfəlik ödənişlər, ilkin məbləğlər, royaltilər və digər ödənişlər daxildir.
626
Birdəfəlik ödəməyə ödəniş haqqında əvvəlcədən razılaşdırılmış öhdəçilikdə göstərilən məbləğ aiddir. Bu zaman ödəniş ayrı-ayrı ödəmələr şəklində deyil, birdəfəlik ödənilir. Đlkin məbləğ alıcı (lisenziyaçı) tərəfindən müqavilə (saziş) bağlanan zaman və ya onun bağlanmasından sonra tez bir zamanda ödənilən məbləğdir, lakin
bu vaxta
qədər satılan
texnologiya müştəriyə (lisenziyaçıya) tam
açıqlanır. Adətən, eyni bir texnologiyaya görə müxtəlif müştərilərdən analoji ödəmə haqları tutulur.
proqram təminatı, kinematoqrafiya filmləri və digər qeyri-maddi aktivlər üzərində müəllif hüquqlarından istifadə olunması, yaxud istifadə hüquqlarının verilməsinə görə istənilən patentə, ticarət markasına, dizayn, yaxud modelə, plana, məxfi düstura, yaxud prosesə, sənaye, kommersiya, yaxud elmi təcrübəyə aid olan informasiyaya, sənaye, kommersiya və ya elmi avadanlıqdan istifadə, yaxud istifadə hüquqlarının verilməsinə görə
mükafat şəklində alınan ödənişlərdir. Digər növ tədiyyələr – bu, müəyyən vaxt fasiləsi ilə ödəmə haqları və borcun hissə-hissə ödənilməsindən; müvafiq texnologiyanın açılması və fiziki ötürülməsinin dəyərinin ödənilməsi üçün verilən ilkin
məbləğlərdən; digər
pauşal tədiyyələrdən – bütöv və ya möhlətlə bir neçə dəfəyə verilən dəqiq müəyyənləşdirilmiş məbləğ şəklində lisenziyalı mükafatların ödənilməsindən ibarətdir. Texnologiyalara görə ödəniş
balansında statistikada ticarət sövdələşmələrinin aşağıdakı 4 kateqoriyası:
texnoloji məzmunlu xidmətləri; yeni məhsul istehsalı üçün
istifadə olunan
texnoloji məhsulların ticarəti; ümumiyyətlə, texnologiyadan sərbəst və ya praktiki olaraq sərbəst kanallarla biliyin ötürülməsi (təcrübənin ötürülməsi və texnoloji əməkdaşlıq və ya məlumat mübadiləsi, həmçinin şəxsi əlaqələr) nəzərə alınır. Sövdələşmələrin texnologiyalara görə ödəniş balansına daxil edilməsinin əsas şərtləri sövdələşmələrin beynəlxalq xarakterli olmasıdır, yəni sövdələşmələrə müxtəlif ölkələrdən olan tərəf-müqabillər daxil
olmalıdır; onların
kommersiya meylləri (tədiyyələrin mövcud olan məbləğləri və ya xarici ölkə tərəf-müqabillərinə daxil olan pullar); sövdələşmələrin texnologiya mübadiləsinə (ticarətdə) və ya göstərilən texnoloji məzmunlu xidmətlərə və müxtəlif əlavə xidmətlərə birbaşa aidiyyəti olmalıdır. Texnologiyalara görə ödəniş balansının tərtibi və təhlilinin metodoloji aspektləri Đqtisadi Əməkdaşlıq və Đnkişaf Təşkilatı tərəfindən işlənmişdir (“Elm və innovasiya statistikası üzrə
texniki
xidmətlərin göstərilməsi, texnoloji proseslərin tətbiq edilməsi, müqaviləsiz və ya tərəflər arasında bağlanmış müqavilələrlə müəyyənləşdirilmiş şərtlərlə məhsulların buraxılışı üçün elmi-texniki təcrübənin və biliklərin verilməsidir. Đdeya yarandığı vaxtdan onun maddi obyektdə həyata keçirilməsinin reallaşdırılması və istehlakadək vertikal üzrə texnologiyanın verilməsi, texnoloji mübadilə obyektlərinin bir şəxs tərəfindən digər şəxsə üfüqi verilməsi fərqləndirilir. Texnologiyanın verilməsi həm ölkə daxilində həyata keçirilə bilər, həm də texnologiya milli sərhəddən keçməklə bir ölkədən digərinə verilirsə, beynəlxalq əməliyyata çevrilir. Texnologiyanın verilməsi alıcının həmin texnologiyanı istehsal məqsədləri üçün fəal tətbiq etməyə başladığı andan başa çatmış hesab olunur. Onun səmərəli tətbiqi anınadək yalnız məlumatların verilməsi baş verir. Texnologiyanın verilməsi vermənin obyektləri üzrə (ixtira üçün patentlər, patentsiz ixtira, nou- hau, əmtəə nişanı və sənaye nümunələri, mühəndis-texniki və idarəetmə fəaliyyəti ilə bağlı xidmətlər (“Đnjinirinq”ə bax), texniki sənədlər, texniki köməklər); məlumatların alınması üzrə (sərgilər, beynəlxalq müşavirələr, konfranslar, alim və mütəxəssislərlə mübadilələr, texnoloji məlumatlar, avadanlıq və maşınların alınması və ya icarəsi (lizinqi), elmi-texniki və sənaye kooperasiyaları); qarşılıqlı əlaqənin xarakteri üzrə (birgə istehsal, birgə elmi tədqiqat və işləmələr, birgə müəssisələr); məlumatların əldə olunması kanalları üzrə (kommersiya və qeyri- kommersiya, ölkələrarası razılaşmalar, çoxmilli və ya transmilli korporasiyaların firmalar arası əlaqələri) təsnifləşdirilir. Statistika texnologiyanın verilməsinin beynəlxalq kommersiyası ilə bağlı sövdələşmələrin aşağıdakı növləri üzrə kəmiyyət və dəyər göstəricilərini öyrənir: ixtira üçün patentlərin ötürülməsi; patentsiz ixtiralarla ticarət; patent
lisenziyalaşdırılmaları; nou-haunun ötürülməsi; əmtəə nişanlarını, sənaye nümunələrini, texnoloji xidmətləri, məzmun-injinirinqi birləşdirən sövdələşmələri; milli mütəxəssislər tərəfindən xaricdə həyata keçirilən və xarici sponsorlar tərəfindən maliyyələşdirilən elmi tədqiqatlar və işləmələr; texniki mahiyyəti olmayan, texnologiya mübadiləsi üzrə konkret sazişlərin reallaşdırılması ilə bağlı marketinq, reklam, maliyyə, sığorta, nəqliyyat və digər xidmətləri birləşdirən sair sövdələşmələri. Dəyər göstəricilərinə aiddir:
627
müqavilədə (sazişdə) göstərilmiş razılaşma predmetinin ümumi dəyəri, texnologiya ilə bağlı olmayan, yaxud onunla bağlı olduğundan, texnologiya satıcılarına ödənilməli olan (fraxta, qablaşdırmaya, göndərilməyə, sığorta məbləğinin ödənilməsinə, gömrük rüsumlarına, vergilərə, kommersiya güzəştlərinə xərclər) maddələr üzrə məsrəflər, dəyərlər və ya xərclər çıxılmaqla xalis satış qiyməti, hesabat ilində qüvvədə olan razılaşma əsasında həyata keçirilən daxilolmalar, ödəmələr. TELEFON RABĐTƏSĐ - aşağıdakı telefon əlaqələri ilə xarakterizə olunur: - milli telefon rabitəsi: bir ölkənin daxilində başlanan və qurtaran bütün telefon danışıqları; - beynəlxalq telefon rabitəsi: başqa ölkədə yerləşən abonentlə danışmaq üçün baş tutmuş telefon danışıqlarıdır. Telefon avadanlıqlarının növündən asılı olaraq, telefon xidmətlərinin həcmi zənglərin sayı, ödənilən çağırışlar və ya müəyyən edilmiş hallarda ödənilən dəqiqələrin sayı üzrə ölçülə bilər.
Faktiki olaraq icra edilmiş (uğurla yekunlaşmış) telefon zənglərinin təsnifatı üçün iki kateqoriya tətbiq edilir: - ödənişli telefon zəngləri; - ödənilməyən (pulsuz) - telefon zəngləri: bura telefon
stansiyalarının administrasiyasının “xidməti” telefon danışıqları, qəza şəraitində, yardımın göstərilməsinin zəruri olduğu və eləcə də digər oxşar vəziyyətlərdə (telefon zəngi üçün haqq
alınmadıqda) çağırışlar, həmçinin avadanlığın texniki vəziyyətinin yoxlanması üçün edilən telefon zəngləri daxildir.
dəstlər və ya taksofonların daxil olması üçün qurğular, idarə stansiyalarına birləşən xətlər, həmişəlik istifadəyə verilən idarə, təcili, sifariş və xidməti məlumat bürosu xətləri daxildir. Avtomat telefon
stansiyalarının ümumi
tutumuna koordinat, elektron sistemli telefon stansiyalarının ümumi tutumu aid olunur. Stansiyaların istifadə olunan tutumu bütün abonentlərin istifadə etdiyi tutum (pullu və pulsuz quraşdırılmış abonentlər) və iş yerlərinin stansiya xidməti aparat və nömrələri xidməti sahə üçün istifadə edilən nömrələrdir. Đstifadəyə verilmiş tutum quraşdırılmış tutumdan ehtiyatda olan nömrələrin sayı qədər az olur.
RĐNDƏ ÇAĞIRIŞLARIN ĐTMƏSĐ - çağırılan abonentlə birləşməsi başa çatmamış çağırışlardır; xətlərin yüksək yüklənmə saatlarında stansiyalarda cihazların (birləşdirici qurğuların) qüsurlara, cihazların nasazlığına, nömrəni yığarkən səhvlərə və digər səbəblərə görə baş verir. Đtkilər əmsalı hər 1000 çağırışa düşən baş tutmayan birləşmələrin sayı ilə ölçülür. Telefon stansiyalarında lazım olan cihazların sayı hesablanarkən, normativ (yol verilən) itki əmsalları qəbul edilir.
Download 17.41 Mb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling