Redaktorlar: Y. X. Yusifov, E. E. Yaqublu, F.Ə.Əliyev, G. A. Ağamoğlanova
Download 17.41 Mb. Pdf ko'rish
|
- Bu sahifa navigatsiya:
- TĐKĐNTĐYƏ SMETA
- TĐKĐNTĐYƏ, BĐNALARIN VƏ YA TĐKĐ- LĐLƏRĐN YENĐDƏN QURULMASINA ĐNVESTĐSĐYA QOYULUŞLARI
- TĐPĐK FƏALĐYYƏT
- TĐPĐK FƏALĐYYƏTLƏRDƏN GƏLĐR
- TĐPOLOJĐ TƏHLĐL
- TOLLĐNG ƏMƏLĐYYATLARI
- TOPDANSATIŞ QĐYMƏT
- TOPDANSATIŞ TĐCARƏT: ALICILA- RIN (MÜŞTƏRĐLƏRĐN) ƏSAS SEK- TORU
- TOPDANSATIŞ TĐCARƏTĐ
- TORPAĞA GÖRƏ ÖDƏMƏ (HAQQ)
- TORPAĞA QOYULAN ÜMUMĐ ĐNVES- TĐSĐYALAR
- TORPAĞIN TƏRKĐBĐ
- TORPAQ
- TORPAQ EHTĐYATLARININ MÜHAFĐ- ZƏSĐ STATĐSTĐKASI
- TORPAQ RENTASI
- TÖRƏMƏ (ĐKĐNCĐ) GƏLĐRLƏR
- TRANSFER QĐYMƏTĐ
- TRANSFERLƏR
TĐTUL SĐYAHISI – investisiya proqramına daxil edilmiş müəssisələrin (obyektlərin) adbaad siyahısıdır. Hər bir tikinti üçün vəzifələri təyin edən sənəddir: güclərin istifadəyə verilməsi və əsas fondların istifadəyə verilməsi, kapital qoyuluşunun həyata keçirilməsi, tikinti və quraşdırma işlərinin, başa çatdırılmamış tikintinin həcmi. Tikintinin titul siyahısında adı, yerləşdiyi yer və tabeçiliyi, sahə mənsubiyyəti, tikintinin xarakteri (yeni, genişlənmə və s.), tikintinin müddəti (başlanğıc ili və başa çatma ili), layihə gücü,
baş podratçının (kontraktorun) və
avadanlıqları komplektləşdirən təşkilatın adı, layihə gücü və illər üzrə bölünməklə, vəzifələr göstərilir. Yeni başlanan və keçici tikintilərin titulları fərqləndirilir. Keçici
tikintilərin titullarının tərkibinə, yuxarıda sayılanlardan başqa, keçmiş dövrdə yerinə yetirilmiş tapşırıqlar haqqında göstəricilər və tikintinin sonunadək yerinə yetirilməli olan tapşırıqlar da daxil edilir. Titul
siyahısına uyğun
olaraq, kapital
qoyuluşunun maliyyələşdirilməsinin həcmi və 653
avadanlıqların, tikinti materiallarının göndərilmə müddəti müəyyənləşdirilir, podrat müqaviləsi bağlanır. Titul siyahısı, illər üzrə bölməklə, tikintinin bütün dövrü üçün hazırlanır. TĐKĐNTĐNĐN ÜMUMĐ MƏHSULU – dəyər ifadəsində tikinti sahəsində göstərilmiş iş və xidmətlərin dəyəridir. Tikintinin ümumi
məhsuluna podrat və təsərrüfat üsulu ilə tikinti və quraşdırma işlərinin, bina və tikililərin əsaslı və cari təmiri üzrə işlərin; digər podrat işlərinin; podrat və ya təsərrüfat üsulu ilə fərdi bina tikənlərin gücü ilə yerinə yetirilmiş fərdi yaşayış tikintisi üzrə işlərin; layihə-axtarış və podrat təşkilatları tərəfindən yerinə yetirilən layihə-
qazma
(istismar-qazma) işlərinin; tikintidə əsas fondların ləğvindən olan itkilərin; konservasiya olunmuş və müvəqqəti dayandırılmış tikinti və obyektlər üzrə xərclərin; sair əsaslı işlərin və xərclərin dəyəri daxildir. Tikintinin ümumi məhsulu faktiki qiymətlərlə əlavə dəyərə
vergisiz qiymətləndirilir. Qiymətləndirmə müqayisəli qiymətlərlə də aparıla bilər. TĐKĐNTĐSĐ BAŞA ÇATMIŞ OBYEKTĐN ĐSTĐSMARA QƏBUL AKTI – tikintisi başa çatmış obyektin istifadəyə verilməsini təsdiq edən əsas sənəddir. Bu sənəd müvafiq səlahiyyətli orqan
tərəfindən təsdiq
edilmiş dövlət
komissiyasının qəbul aktıdır. Obyektin istifadəyə verilməsi haqqında məlumatın statistik hesabata daxil edilməsi tikintisi başa çatmış obyektin istismara qəbul aktı qeydə alındığı dövrdə həyata keçirilir. Đş icraçısı qəbul aktı əsasında müqavilə öhdəliklərinin yerinə yetirilməsi haqqında müəyyən edilmiş qaydada statistik hesabat təqdim edir.
– tikintinin smeta dəyərinin müəyyən edilməsinin əsasında duran sənədlərdir. Smeta sənədləri lokal smeta, lokal smeta hesabları, obyekt smetası, obyekt smeta hesabı, xərclərin ayrı-ayrı növlərinə smeta hesabları, tikinti dəyərinin ümumi smeta hesabları, yekun xərclər və digər sənədlərdən ibarətdir.
dövrü ərzində tikintiyə və binaların və ya tikililərin yenidən
qurulmasına, genişləndirilməsinə çəkilən xərclərdir, həmçinin cari təmir və saxlamağa çəkilən xərclər istisna olmaqla, vahidə məxsus olan və ya onun tərəfindən icarəyə götürülmüş bina və ya daşınmaz əmlakın digər növlərinin təmiri və saxlanmasına çəkilən xərclərdir.
- mühasibat uçotu kontekstində tipik fəaliyyət özündə, adətən, müəssisə tərəfindən həyata keçirilən istehsal və maliyyə fəaliyyətlərini birləşdirir. Fövqəladə fəaliyyətlər bura daxil edilmir.
– tipik istehsal və maliyyə fəaliyyətlərindən olan gəlirlərin cəmidir. Bu, əmtəə və xidmətlərin satışından (dövriyyədən) gəlirlərin, subsidiyaların, istehsalla bağlı investisiyadan gəlirlərin, faizlər və buna oxşar maliyyə gəlirlərinin cəmidir. Əsas fondların satışı daxil edilmir. Bu gəlir uçotun aşağıdakı maddələri üzrə birbaşa yolla hesablanır: Təmiz dövriyyə + Đstehsal fəaliyyətindən olan digər gəlir + Kapitalda iştirakdan olan gəlir + Əsas fondların bir hissəsini təşkil edən digər investisiya və ssudalardan olan gəlir + Alınan faizlərdən olan və buna oxşar digər gəlirlər = Tipik fəaliyyətlərdən gəlir
- statistika məcmusunun yekcins hissələrə və ya ictimai- iqtisadi tiplərə ayrılmasıdır. Burada məqsəd, yekcins
olmayan sosial-iqtisadi hadisələrin yekcins
tiplərə ayrılması nəzərdə tutulur. Müəssisələrin təşkilati-hüquqi formasına, mülkiyyət növlərinə və s. görə qruplaşdırılmasını misal göstərmək olar.
TƏHLĐL – tədqiq
olunan obyektlərin qruplara (siniflərə) bölünməsinə və oxşar obyektlərin araşdırılmasına əsaslanır. Tipoloji təhlilə olan zərurət oxşar olmayan obyektlər çoxluğunun araşdırılması və ya hər hansı bir qanunauyğunluğun öyrənilməsi ilə bağlıdır. Tipoloji təhlil məsələlərin həllində çox vaxt müşahidələrin çoxölçülü təsnifləşdirilməsi metodlarından istifadə edilir. Tipləşdirmə (oxşar qrupların aşkar edilməsi) prosesi aşağıdakı mərhələləri əhatə edir: konkret tədqiq olunan çoxluğun (məcmunun) təhlilində istifadə olunan tipləşdirici əlamətlərin ekspert və statistik qiymətləndirilməsində əlamətlərin seçilməsi; təsnifləşdirmənin alqoritmlərinin seçilməsi və istifadə edilməsi; nəticələrin təhlili, alınmış siniflərin yayılması. Belə prosesə, məsələnin qoyuluşuna müvafiq olaraq
(“obyektlərin yaxınlığı” dərəcəsinə, sinif daxili səpələnmənin qiymətlərinə görə
və s.),
qiymətləndirilən, nəzərdə tutulan eyni tipli 654
obyektlərin alınmasınadək bir neçə təsvir (şərh) daxil edilə bilər. Tipoloji təhlil iqtisadi və sosioloji tədqiqatlarda tətbiq olunur.
– sifarişçinin xammalının emalı
üzrə əməliyyatlardır.
müəyyən sayda (ayrılıqda iri, orta və ya hətta kiçik) müəssisələri birləşdirən təşkilatdır və bu təşkilatın məqsədi yaradılmış alıcılıq və satış potensialı hesabına, alış planında (qiymət və alış şəraitində) olduğu kimi, müxtəlif növ kömək və yardım mexanizmi planında da əmtəə satışı (topdan və ya pərakəndə satış) sahəsində, həmçinin idarəetmə, sənədlərin hazırlanması və maliyyələşdirmə sahəsində tədarükçüdən ən yaxşı şəraiti əldə etməkdir.
– topdan satıldığı şəraitdə əmtəənin qiymətidir. Müəssisənin öz əmtəəsini vasitəçisiz satdığı qiymətdir. Adətən, pərakəndə satış qiymətindən aşağıdır, çünki topdansatışda hər əmtəə vahidinə düşən tədavül məsrəfləri aşağı olur. TOPDANSATIŞ TĐCARƏT DÖVRĐY- YƏSĐ - əvvəllər emal etmək, yenidən satılmaq və ya digər peşəkar istifadə üçün kənardan alınmış əmtəələrin kənara göndərilməsinin (verilməsinin) dəyərini əks etdirir. Topdansatış ticarət dövriyyəsi, bundan əlavə, özündə digər şəxs və ya firmaların adından və ya hesabına alış-satış sövdələşmələrini həyata keçirən topdansatış vasitəçilərinin əmək haqlarını da birləşdirir.
– topdansatış ticarətlə məşğul olan müəssisələrin dövriyyəsinin onun alıcılarının işgüzar fəallığının növlərinə uyğun olaraq təhlilidir. Bu halda topdansatış ticarətçilərdən satışlarının təqribən (faizlə) aşağıdakı kimi bölüşdürülməsi tələb olunur: - digər topdansatış ticarətçilərə və ya topdansatış bazalarına; - pərakəndə satış ticarətçilərə; - əmtəə istehsalçılarına (fermerlərə, kustarlara və s.);
- təşkilatlara, dövlət idarələrinə; - digər alıcılara (xidmət göstərən şəxslərə və s.).
– 1) ticarətin vasitəçilik əməliyyatları, həmçinin istehsalçılara və digər kütləvi istehlakçılara əmtəə satmaq üzrə ixtisaslaşan altsahəsidir;
kommersiya, institusional və
ya peşəkar
istehlakçılara, yaxud
digər topdansatış ticarətçilərinə təkrar satışından ibarət olan fəaliyyətdir; 3) ticarətin elə bir növüdür ki, bu zaman əmtəələr böyük miqdarda alınır, saxlanılır və son istehlakçılara deyil, alverçilərə, ixtisaslaşmış fərdlərə və ya qruplara razılaşdırılmış miqdarda hissə-hissə satılır.
- torpaq vergisi və ya icarə haqqı şəklində həyata keçirilən, torpaqdan istifadəyə görə ödəmələrdir. Mülkiyyətində, mülkündə və istifadəsində torpaq sahələri olan vətəndaşlar və hüquqi şəxslər vergi ödəyiciləri hesab edilirlər. Dövlət, bələdiyyə və xüsusi mülkiyyətdən, icarəyə verilmiş torpaq sahələrinə görə vətəndaş və hüquqi şəxslərdən icarə haqqı alınır. Torpaq mülkiyyətçilərinin və istifadəçilərinin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq, torpaq vergisi torpaq sahəsinə görə sabit tədiyyə formasında hesablanır. Torpaq
vergisinin miqdarı
qanunvericiliklə müəyyən olunmuş orta tarif əsasında torpağın keyfiyyətindən və yerləşdiyi yerdən asılı olaraq müəyyənləşdirilir. Torpağa görə icarə haqqının kəmiyyəti mülkiyyətçi ilə və icarədar arasında müqavilə ilə müəyyən edilir. Dövlət və ya bələdiyyə torpaqlarının icarəsi zamanı icra hakimiyyətinin müvafiq orqanları torpaqdan istifadə növləri
və icarədarın kateqoriyaları üzrə icarə haqqının baza ölçülərini müəyyənləşdirirlər.
– bu göstərici torpaqdan başqa yeraltı faydalı qazıntı mədənlərinə, meşələrə və daxili sulara qoyulan investisiyaları da əks etdirir. Əgər torpaq, üzərində mövcud olan binalarla birlikdə alınırsa və bu iki komponentin dəyəri bölünməzdirsə və torpağın qiyməti üzərində yerləşən binaların qiymətindən çoxdursa, onda ümumi məbləğ
torpağa qoyulan
ümumi investisiya maddəsi ilə qeydiyyata alınır. Əgər mövcud binaların dəyəri torpağın dəyərindən çoxdursa, onda ümumi məbləğ “Mövcud bina və tikililərə qoyulan ümumi investisiya” maddəsi üzrə qeydiyyata alınır. Torpağın hamarlaşdırma yolu ilə
yaxşılaşdırılması dəyərləri, boru kəmərlərinin, piyada və şose yollarının çəkilişinin dəyərləri də buraya daxil edilir. Birləşdirmə yolu ilə əldə olunan torpağın dəyəri isə daxil edilmir. 655
Torpağa qoyulan ümumi investisiyalar “maddi aktivlərə qoyulan ümumi
investisiyalar” göstəricisinin bir hissəsidir. TORPAĞIN MONĐTORĐNQĐ – torpağın vəziyyəti üzərində müntəzəm müşahidədir (şəklinin çəkilməsi, müayinəsi və tədqiqatı), baş verən dəyişikliklərin aşkar edilməsi və onların qiymətləndirilməsidir. Monitorinqin obyektinə ölkənin bütün torpaqları daxil edilir. Torpağın monitorinqinə aşağıdakı vəzifələr daxildir: torpağın vəziyyətində baş verən dəyişikliklərin vaxtında üzə çıxarılması, onların qiymətləndirilməsi, proqnozlaşdırılması, neqativ proseslərin qarşısının alınması və nəticələrinin aradan
qaldırılması üzrə
tövsiyələrin hazırlanması; dövlət torpaq kadastrının aparılmasının, torpaq ehtiyatları dövlət idarələrinin torpaqdan səmərəli istifadəsi, yer quruluşu, torpaqdan istifadə və mühafizəsinə nəzarət edilməsinin və digər funksiyalarının məlumatlarla təmin olunması. Məqsəd və əhatə olunan
ərazidən asılı
olaraq, torpaq
monitorinqinin ölkə, region, rayon və lokal formaları olur və müəyyən proqramlara müvafiq həyata keçirilir.
– vəziyyətinə görə torpağın mövcudluğu və nisbəti, təyinatı və istifadəsi üzrə statistika praktikasında istifadə edilən göstəricilərin məcmusudur. Məqsədli təyinat və hüquq rejimi üzrə torpaq aşağıdakı əsas kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin və kənd məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, radio
verilişlərinin idarə
şəbəkəsi, televiziya, informatika, kosmik təmin etmə, energetika, müdafiə və digər sənaye təyinatlı torpaqlar; xüsusi qorunan ərazi və obyektlərin torpaqları (təbiəti mühafizə, təbiət qoruqları, sağlamlaşdırma, tənəffüs, tarixi-mədəni təyinatlı); meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat torpaqlar. Torpaq dövlət, bələdiyyə və xüsusi mülkiyyətə ayrılır. Torpağın sahibi torpaq istifadəçilərinin qrupları nöqteyi-nəzərindən uçota alınır – kənd təsərrüfatı müəssisələri (onların tipi və formaları üzrə), sənaye, nəqliyyat və s. müəssisələri, meşə və su təsərrüfatı təşkilatları, bağ
və bostançılıq təsərrüfatları daxil edilməklə, əhali təsərrüfatı. Yerlər növlər üzrə kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı yerlərinə ayrılır. Kənd təsərrüfatı yerlərinin tərkibinə əkin yerləri, çoxillik əkilmə altında olan sahələr, biçənək, otlaq və dincə qoyulmuş torpaqlar daxildir. Qeyri-kənd təsərrüfatı yerlərinə meşə, kolluq, bataqlıq, tikinti və inşaat, yol, sualtı, qumluq, dağ silsiləsi və s. ilə tutulmuş torpaqlar aid edilir. Suvarılan və qurudulmuş (meliorasiya edilmiş) torpaqların həcmi və tərkibi xüsusi olaraq uçota alınır. Təsərrüfat yerlərinin ayrı-ayrı növlərinin vəziyyətinin qiymətləndirilməsində, hər şeydən əvvəl, eroziyaya uğramış, bataqlaşmış, daşlarla zibillənmiş, ekoloji sağlam olmayan və digər torpaqları ayırırlar.
– iqtisadiyyatda istehsalın dörd əsas amillərindən biridir, adətən, məhsuldar olmaq üçün əmək və kapitalla birləşməlidir. Torpağın uçotunda aşağıdakıları fərqləndirmək lazımdır: - tikinti altında istifadə olunmayan torpaq sahələri; - şirkətə aid olan binaların yerləşdiyi torpaq sahələri; - müəssisəyə aid olmayan binaların yerləşdiyi torpaq sahələri. Milli Hesablar Sistemində torpaq, sahiblik hüququ müəyyənləşdirilmiş torpaq örtüyü və onunla bağlı istənilən səth suları daxil edilməklə, torpaq (süxur) kimi müəyyənləşdirilir. Torpaq bina və tikililər altında olan torpaqlardan, becərilən torpaqlardan, dincə qoyulmuş torpaqlardan və onunla bağlı səth sularından və sair torpaqlardan ibarətdir.
ZƏSĐ STATĐSTĐKASI – torpaq ehtiyatlarının istifadəsinin səmərəlilik səviyyəsini (dərəcəsini) və mühafizəsini, birinci növbədə onların zərərli maddələrlə (məhsullar) çirklənməsinə qarşı mühafizə edilməsini, çirklənmiş torpaqların təmizlənməsi və bərpa edilməsini və s. xarakterizə edir. Torpaq ehtiyatlarına dəymiş zərərlərin, həmçinin su və hava eroziyası, deflyasiya, quruma və bataqlaşma, şoranlaşma və s. ilə mübarizə üzrə işlərin uçotu buraya aid edilə bilər.
– mülkiyyətdən gəlir forması olan, torpaq sahibinin icarədardan aldığı icarə haqqıdır. Renta hesablanmış məbləğ əsasında nəzərə alınır, yəni rentaya torpaq sahibi ilə icarədar arasında bağlanmış sazişdə göstərilmiş, bütün dövr ərzində torpaq sahibinə fasiləsiz hesablanmış haqq kimi baxılır.
– ilkin gəlirlərin bazasında, onun bir hissəsinin bir sahibkardan digərinə verilməsi nəticəsində yaranan gəlirlərdir. Đqtisadiyyat üzrə ümumilikdə verilmiş və alınmış gəlirlər bir-birinə uyğun gəlir, hər bir sahibkar üzrə isə əhəmiyyətli dərəcədə
656
fərqlənir, bunun nəticəsində də verilən və alınan gəlirlərin müsbət və mənfi saldosu formalaşır. Planlı iqtisadiyyat dövründə Xalq Təsərrüfatının Balansı (XTB) sistemində müxtəlif mülkiyyət formalı müəssisə və təşkilatlar, əhali və dövlət (dövlət büdcəsi) gəlir sahibləri kimi çıxış edirdi. Törəmə (ikinci) gəlirlərə büdcəyə vergi və qeyri- vergi ödəmələri, büdcədən ödəmələr, sığorta ödəmələri, istiqraz faizləri, pay və ianələr, qeyri- istehsal sferasının işçilərinin əməyinin ödənilməsi, pensiyaların, təqaüdlərin, müavinətlərin ödənilməsi daxil edilir. Milli Hesablar Sistemində isə institusional
sektorları) gəlir sahibləri kimi çıxış edir. Törəmə (ikinci) gəlirlərə vergilər, sığorta ödəmələri, istehsala dövlət subsidiyaları, ev təsərrüfatlarına pulsuz və güzəştli qiymətlərlə xidmətlərin göstərilməsi, pensiya və imtiyazlar, pul və natural formasında olan digər sosial transferlər daxil edilir. TÖRƏMƏ SƏHMDAR CƏMĐYYƏTĐ - nizamnamə kapitalında iştirakının daha çox olması və ya digər səbəbdən fəaliyyəti əsas səhmdar cəmiyyətinin tam nəzarəti altında olan digər səhmdar cəmiyyətidir. Ya da cəmiyyət o halda törəmə cəmiyyət sayılır ki, digər (əsas) təsərrüfat ortaqlığı və ya cəmiyyəti onun nizamnamə kapitalında üstün iştirakına görə və ya onlar arasında bağlanmış müqaviləyə əsasən həmin
cəmiyyətin qəbul
etdiyi qərarları müəyyənləşdirmək imkanına malik olur. Törəmə cəmiyyət əsas ortaqlığın və ya cəmiyyətin borcları üçün cavabdeh deyildir.
- kapitalının böyük hissəsinə malik olan hüquqi şəxs tərəfindən nəzarət olunan hüquqi vahiddir. (Qeyd: “Bölmə”
QĐYMƏTĐ – istehsalçı müəssisənin qiymətlərinin müxtəlif növlü
olmasıdır. Eyni bir müəssisənin bölmələri arasında kommersiya əməliyyatlarında tətbiq edilir. Həm hazır məmulatlar, yarımfabrikatlar, xammallar, həm də xidmətlər (işlər), o cümlədən idarəçilik üzrə müəyyənləşdirilir.
– (I) - əməliyyatın bir iştirakçısı tərəfindən digərinə birtərəfli qaydada əvəzi ödənilmədən verilən iqtisadi (təqdim edilən) qiymətlilərdir; əvəzində digər iştirakçıdan iqtisadi qiymətli ola bilən heç nə alınmır. Cari transferlər (məsələn, xaricdən olan humanitar kömək) cari əməliyyatlar hesablarına daxil edilir, kapital transferlər isə (kapital investisiyası ilə əlaqədar əmtəə və xidmətlərin əldə olunması çərçivəsində xaricdən kömək) kapitalla əməliyyatlar hesablarında əks olunurlar. Download 17.41 Mb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling