Redaktorlar: Y. X. Yusifov, E. E. Yaqublu, F.Ə.Əliyev, G. A. Ağamoğlanova


TĐKĐNTĐ  TƏYĐNATLI  ƏSAS  FONDLAR


Download 17.41 Mb.
Pdf ko'rish
bet167/183
Sana06.03.2017
Hajmi17.41 Mb.
#1858
1   ...   163   164   165   166   167   168   169   170   ...   183

TĐKĐNTĐ  TƏYĐNATLI  ƏSAS  FONDLAR

 

–  tikinti  istehsalında:  binalarda,  qurğularda, 

maşınlarda 

və 


avadanlıqlarda, 

kommunikasiyalarda 

və 

s. 


işlədilən 

əmək 


vasitələrinin məcmusudur. Bunlar istifadə olunma 

prosesində  dəyərlərini  tədricən  özlərinin  aşınma 

(amortizasiyası) 

həddində 

istehsal 

edilmiş 


məhsulun dəyərinə keçirirlər. 

 

TĐKĐNTĐ VƏ QURAŞDIRMA ĐŞLƏRĐNĐN 



MAYA  DƏYƏRĐ

 – tikinti təşkilatlarının tikinti 

və  quraşdırma  işlərinin  istehsal  və  onların 



sifarişçiyə  təhvil  verilmə  xərclərinin  (“Tikinti 

istehsalına çəkilən xərclər”ə bax) həcmidir. 

 

TĐKĐNTĐ VƏ QURAŞDIRMA ĐŞLƏRĐNĐN 



MEXANĐKLƏŞDĐRĐLMƏSĐ

 

– 



tikintidə 

texniki  siyasətin  istiqamətidir.  Bir  və  ya  bir  neçə 

əsas  əməliyyatları  (işləri)  tikinti  maşın  və 

mexanizmlərinin  köməyi  ilə  yerinə  yetirilən  işlər  



mexanikləşdirilmiş  (qismən)  sayılır.  Bütün  əsas 

və qismən köməkçi əməliyyatları tikinti maşın və 

mexanizmləri  ilə  yerinə  yetirilən  işlər  kompleks-

mexanikləşdirilmiş  hesab  edilir.  Tikinti  və 

quraşdırma 

işlərinin 

mexanikləşdirilməsinin 

səviyyəsi  (əmsalı)  mexanikləşdirilmiş  işlərin 

həcminin  bu  növdən  olan  bütün  işlərin  həcminə 

nisbəti  kimi  hesablanır.  Tikinti  və  quraşdırma 

işlərinin  kompleks  mexanikləşdirmə  səviyyəsi 

(əmsalı)  kompleks-mexanikləşdirmə  üsulu  ilə 

yerinə  yetirilmiş  işlərin  həcminin  ümumi  işlərin 

həcminə nisbəti ilə müəyyənləşdirilir.  

 

TĐKĐNTĐ  VƏ  QURAŞDIRMA  TƏŞKĐLA-



TI

  –  müəyyənləşdirilmiş  qaydada  qeydiyyatdan 

keçən  və  tikinti  fəaliyyətinə  lisenziya  almış 

istehsal  müəssisəsidir.  Tikinti  və  quraşdırma 

təşkilatlarının  əsas  fəaliyyəti,  müxtəlif  təyinatlı 

tikinti obyektlərinin ucaldılması, həmçinin onların 

yenidən  qurulması  və  təmiri  üzrə  işlərin  yerinə 

yetirilməsindən  ibarətdir.  Tikinti  statistikasında 

müşahidə  vəzifəsindən  asılı  olaraq,  hesabat 

vahidləri  ilkin  tikinti  təşkilatları,  tikinti  və 

quraşdırma birlikləri, trestlər ola bilərlər. 

 

TĐKĐNTĐ 



VƏ 

QURAŞDIRMA 

TƏŞ-

KĐLATLARININ  ĐSTEHSAL  GÜCÜ

  –  öz 


sərəncamında  olan  ehtiyatlardan  (maşın  və 

mexanizmlərdən,  işçi  qüvvəsindən)  tam  istifadə 

etməklə,  təşkilatın  öz  gücü  ilə  yerinə  yetirə 

biləcəyi  tikinti  məhsulunun  maksimum  həcmidir. 

Tikinti  və  quraşdırma  təşkilatlarının  istehsal 

gücünün 


hesablanmasının 

məqsədi 


mövcud 

ehtiyatların  üzə  çıxarılması  və  işlənməsi  üzrə 

təşkilati-texniki 

tədbirlər 

planının 

işlənib 


hazırlanması  üçün  real  istehsal  imkanlarının  və 

onların 


faktiki 

istifadə 

səviyyəsinin 

qiymətləndirilməsi;  tikinti  istehsalının  və  işlərin 

keyfiyyətinin 

səmərəliliyinin 

yüksəldilməsi; 

tikinti  və  quraşdırma  təşkilatlarının  istehsal 

güclərinin  inkişafının  planlaşdırılması  üçün  ilkin 

məlumatların  hazırlanması;  onun  inkişafı  üzrə 

kompleks tədbirlərin işlənib hazırlanmasını həyata 

keçirməkdən ibarətdir. 

 

TĐKĐNTĐ  VƏ  SƏNAYE  FƏALĐYYƏTĐN-

DƏN  DÖVRĐYYƏ

  -  Đqtisadi Fəaliyyət Növləri 

Təsnifatının  müvafiq  bölmələrində  təsnif  olunan 

müvafiq fəaliyyət növləri üzrə alınan hissədir.  

Bu  göstəriciyə  subpodrat  münasibətlər  obyekti 

olan  əmtəə  və  xidmətlərin  satışından  alınan 

dövriyyə  daxildir.  Alınmış  vəziyyətdə,  emal 

edilmədən  təkrar  satılmaq  üçün  alınan  əmtəə  və 

xidmətlər dövriyyəsi istisna edilir. 

 

TĐKĐNTĐDƏ  BĐRBAŞA  XƏRCLƏR



  – 

bilavasitə  tikinti  işlərinin  yerinə  yetirilməsi  ilə 

əlaqədar olan tikinti istehsalına çəkilən xərclərdir. 

Đşçilərin 

əmək 

haqqının, 



materialların, 

məmulatların,    konstruksiyaların  və  tikinti 

maşınlarının  dəyərinin  ödənilməsini  nəzərə  alır. 

Faktiki  birbaşa  xərclər  mühasibat  uçotunun 

məlumatları əsasında müəyyənləşdirilir. 

 

TĐKĐNTĐDƏ  BURAXILIŞ  OBYEKTLƏRĐ

 

–  hazırkı  dövrdə  (hesabat  ilində)  fəaliyyətə 



verilməli  olan  tikinti  və  obyektlərdir.  Həmin 

dövrdə  tikilən,  fəaliyyətə  verilməsi  hazırkı 

dövrdən  sonrakı  dövrdə  nəzərdə  tutulan  tikinti 

obyektləri keçici obyektlərə aiddir.



 

 

TĐKĐNTĐDƏ  ƏMƏYĐN  ENERJĐ  TƏC-



HĐZATI

  –  quraşdırılmış  mühərriklərin  yekun 

güclərinin  tikinti  və  quraşdırma  işləri  ilə  məşğul 

olan  işçilərin  orta  ümumi  sayına  nisbəti  ilə 

xarakterizə  edilən  mexanikləşdirmə  səviyyəsinin 

göstəricisidir.  

 

TĐKĐNTĐDƏ  ƏSAS  ĐSTEHSAL

  –  bina  və 

qurğuların 

tikilməsi, 

yenidən 


qurulması, 

genişləndirilməsi,  layihələşdirilməsi,  həmçinin 

onların  əsaslı  təmiri  üzrə  tikinti  təşkilatlarının 


 

650 


bölmələri  tərəfindən  həyata  keçirilən  tikinti  və 

quraşdırma işlərinin istehsalıdır.  

 

TĐKĐNTĐDƏ  XĐDMƏT

  –  tikinti  obyektlərinin 

istifadəsi  və  onların  istismarının  təmin  edilməsi 

ilə  əlaqədar  xidmətlər  kompleksidir.  Tikintidə 

xidmət  iki  yerə  –  satışdan  əvvəl  və  satışdan 

sonrakı xidmətlərə bölünür. 

 

TĐKĐNTĐDƏ  ĐXTĐSASLAŞMA



  –  tikinti 

təşkilatlarının fəaliyyətinin eyni tipli işlərin yerinə 

yetirilməsinə,  ya  da  eyni  təyinatlı  obyektlərin 

ucaldılmasına 

cəmləşdirilməsidir. 

Tikintinin 

ixtisaslaşdırılmasında iki növ fərqləndirilir – sahə 

və  texnoloji.  Sahə  üzrə  tikintidə  ixtisaslaşma 

dedikdə,  tikinti  və  quraşdırma  təşkilatlarının 

fəaliyyətinin  müəyyən  sahələrin  obyektlərinin  və 

ya 

tikinti 


növlərinin 

tikintisinə, 

məsələn, 

elektrostansiyaların,  metallurgiya  zavodlarının, 

yaşayış 

evlərinin 

və 

s. 


tikintisinə 

cəmləşdirilməsidir.  Texnoloji  ixtisaslaşmaya  (iş 

növləri  üzrə)  bina  və  tikililərin  müəyyən 

hissələrinin  qurulmasında  zəruri  olan  tikinti  və 

quraşdırma  işlərinin  ayrı-ayrı  növlərinin  istehsalı, 

məsələn,  torpaq  işlərinin,  bünövrənin  qoyulması, 

dəmir-beton 

konstruksiyaların 

quraşdırılması, 

bəzək 


işləri 

və 


s. 

aid 


edilir. 

Tikintidə 

ixtisaslaşmanın  texnoloji    səviyyəsi  tikinti  və 

quraşdırma  təşkilatlarının  yerinə  yetirdikləri 

işlərin  həcminin  yerinə  yetirilmiş  ümumi  işin 

həcmində,  texnoloji  profilə  uyğun  olaraq,    xüsusi 

çəkisi ilə xarakterizə olunur. 

 

TĐKĐNTĐDƏ  ĐŞ  NÖVLƏRĐ  TƏSNĐFATI



  – 

Đqtisadi  Fəaliyyət  Növləri  Təsnifatına  uyğun 

olaraq, tikinti və obyektlərdə tikinti və quraşdırma 

işlərinin  həyata  keçirilməsi  zamanı  layihə-smeta 

sənədlərində  yerinə  yetirilməsi  nəzərdə  tutulmuş 

iş növlərinin məcmusudur.  

 

TĐKĐNTĐDƏ  QĐYMƏT  ĐNDEKSLƏRĐ

  - 

statistika 

təcrübəsində 

tikintidə 

qiymət 

indekslərinin 



hesablanmasının 

müxtəlif 

metodlarından  istifadə  olunur.  Onlardan  hər  biri 

uçota  lazım  olan  həddə  öz  xüsusi  elementlərini 

daxil  edir.  Đstifadə  olunacaq  metodun  seçilməsi 

mövcud  olan  resurslarla;  iqtisadi  fəaliyyət  növü 

kimi  tikintinin  təşkili  üsulu  ilə;  müxtəlif 

informasiya  mənbələrindən  alınan  məlumatların 

mövcudluğu  və  əldə  edilə  bilməsi  ilə  müəyyən 

edilir. 


Tikintidə  qiymət  indekslərinin  yaradılmasının 

əsas  metodları  aşağıdakılardan  ibarətdir:  yekun 

qiymətlər  metodu,  reqressiv  təhlil  metodu 

(gedonik  yanaşma),  tikintinin  xərc  elementləri 

metodu,  tərkib  elementləri  metodu,  modelli 

metod.  Onlardan  bəziləri  alıcı  nöqteyi-nəzərdən 

(funksional  xüsusiyyətlərin  qiymətləndirilməsi) 

yanaşmaya,  digərləri  podratçı  nöqteyi-nəzərdən 

(görülən  işlərin  göstəriciləri  üzrə)  yanaşmaya 

əsaslanır,  bəziləri  isə  dəqiq  fərqlərlə  tədqiq 

edilmir. 

Yekun  qiymətlər  metodu  üzrə  standart  tikinti 

vahidlərinin (yaşayış binaları, zavodlar, məktəblər 

və  s.)  ilkin  seçimi,  onların  ətraflı  təsvirinin-

səciyyələrinin  işlənməsi  və  bazis  ilində  bu  tip 

tikintinin  (1  kv.m-ə  düşən  göstəricilər  əsasında) 

şərti-hesablanma  qiymətlərinin  müəyyən  edilməsi 

nəzərdə 

tutulur. 

Hesabat 

dövründə 

yekun 

qiymətlər 



(real, 

yaxud 


nəzərdə 

tutulan) 

məlumatına  malik  tikinti  firmalarında  real 

layihələr haqqında sorğu aparılır. Bu zaman bazis 

dövründəki  tikinti  texnologiyasının  dəyişilməz 

qalması  əsas  şərt  kimi  götürülür.  Bu  yolla 

müəyyən  edilən  hipogetik  düzülüşün  qiyməti 

əməyin  istehsal  qabiliyyətinin,  yeni  material  və 

avadanlıqların tətbiqinin təsirini aradan qaldırmaq 

məqsədi  ilə  təshih  edilir.  Hər  bir  layihə  üzrə 

alınmış  yekun  qiymət,  bu  cür  layihənin  bazis 

dövründə  olan  şərti-hesablanma  qiymətləri  ilə 

müqayisə  edilir.  Seçilməyə  daxil  edilmiş  hər  bir 

tikinti  layihəsi  üçün  sonralar  yüksək  səviyyədə-

ümumilikdə  tikintiyə  aqreqasiya  ediləcək  qiymət 

indeksləri  hesablanır.  Bu  indeks  Paaşe  indeksi 

adlanır  ki,  burada  cari  dövr  ərzində  tikilən 

binaların  yekun  dəyərində  hər  bir  tikinti 

obyektinin payı çəkilər kimi çıxış edir.  

Yuxarıda  təsvir  edilən  metodun  bir  variantı 



gedonik yanaşma, yaxud keyfiyyət parametrləri 

metodu  adlanır.  O,  məhsulun  müxtəlif  keyfiyyət 

xarakteristikaları 

və 

ya 


istifadəçilər 

üçün 


yararlılığı  ilə  qiymətləri  arasında  olan  əlaqələrin 

mövcudluğuna 

əsaslanır. 

Əgər 


keyfiyyət 

xarakteristikalarının  müxtəlif  kombinasiyalarını 

özündə  əks  etdirən  fərqli  məhsul  modellərini  və 

onların  qiymətlərini  müşahidə  etmək  olsa,  onda 

qiymətlərin  reqressiya  bərabərliyini  hesablamaq 

olar. 


Tikintidə  qiymət  statistikası  təcrübəsində  xərc 

elementləri  metodundan  daha  geniş  miqyasda 

istifadə  olunur.  Belə  ki,  tikinti  obyektlərinin 

qiymətlərinə 

nəzərən 


xərc 

elementlərinin 

qiymətləri daha asan uçota alınır. Bu zaman tikinti 

məhsullarının  qiymətlərinin  formalaşmasına  təsir 

edən  əsas  amillərin  (tikinti  materiallarının 

qiymətləri, 

əmək 

haqqı, 


istifadə 

olunan 


avadanlıqların 

səviyyəsi 

və 

digərləri) 



dinamikasının təhlilinə əsaslanır. Çıxış anı - bazis 

dövründə 

məhsulun 

dəyərinin 

tərkib 

elementlərinin  strukturunu  müəyyən  etmək  və 



“standart” konstruksiyanı işləyib hazırlamaqdır. 

Tikintidə 

istehsalçı 

qiymətləri 

indeksinin 

hesablanmasının  daha  bir  metodu,  yuxarıda 

göstərilən  iki  metodun  (xərc  elementləri  metodu 


 

651


və  yekun  qiymətlər  metodu)  əsas  prinsiplərinə 

əsaslanan  tərkib  elementləri  metodudur.  Bu 

metod  ona  əsaslanır  ki,  tikinti  məhsullarının  bəzi 

tərkib  elementləri  son  məhsul  olmasalar  da,  xərc 

elementləri  arasında  özünəməxsus  yer  tutur. 

“Tərkib  elementləri”  metodu  ona  əsaslanır  ki, 

tikinti  obyektlərinin  konstruktiv  dəstinə  (özül, 

pəncərə,  döşəmə  və  s.)  və  onların  quraşdırılması 

üçün  digər  iş  növlərinə  (torpaq,  quraşdırma, 

rəngsaz  və  s.)  əsaslanır.  Hər  bir  element  üçün 

qiymətə  təsir  edən  elementlər  müəyyən  edilir. 

Ölkə  üçün  xarakterik  olan  eyni  tipli  tikinti 

obyektləri  seçilir.  Eyni  tipli  obyektlər  üzrə 

indeksin  hesablanması  seçilmiş  binanın  ümumi 

tikinti  dəyərində  hər  bir  elementin  çəkiləri  üzrə 

aparılır. Đndeks Laspeyres düsturu ilə hesablanılır.  

 

TĐKĐNTĐDƏ  LAYĐHƏ 

– gələcək müəssisənin 

və  ya  binanın  texnologiyası  və  avadanlığı  üzrə 

qərarlardan, 

arxitektura-planlaşdırma 

və 


konstruksiya 

qərarlarından, 

texniki-iqtisadi 

hesablamalar  və  əsaslandırmalardan,  smeta  və 

zəruri  izahatlardan  ibarət  olan  qrafik  və  mətnli 

kompleks materiallardır.  

 

TĐKĐNTĐDƏ  LAYĐHƏLƏNDĐRMƏ  MƏR-

HƏLƏSĐ

  –  yeni  tikintilərin,  fəaliyyətdə  olan 

müəssisələrin  genişləndirilməsinin  və  texniki 

təchizat vasitələrinin tamamilə yeniləşdirilməsinin, 

iqtisadiyyat  sahələrinin  bina  və  qurğularının, 

sənaye  sahələri  və  inşaat  növlərinin  tikintidə 

layihə-smeta sənədləşməsinin yaradılmasının başa 

çatdırılmasının 

layihələşdirmə 

prosesinin 

hissəsidir. 

Müəssisə, 

bina 


və 

qurğuların 

layihələşdirilməsi  müəssisə,  bina  və  qurğuların 

mürəkkəbliyi  və  böyüklüyündən  asılı  olaraq,  bir 

və iki mərhələdə həyata keçirilir.  

 

TĐKĐNTĐDƏ 



SĐYAHIYAALMALAR

 

əsaslı  tikintidə  rəsmi  statistik  müşahidələrin 



başdan-başa uçotu əsasında xüsusi təşkil olunmuş 

formasıdır.  Azərbaycanda  ilk  dəfə  tikintidə 

siyahıyaalma  1932-ci  ildə  “Tikinti  sənayesinin 

siyahıyaalınması” 

adı 

altında 


keçirilmişdir. 

Sonrakı  illərdə  bu  növ  siyahıyaalmalar  həyata 

keçirilmişdir 

ki, 


onların 

arasında 

da 

ən 


əhəmiyyətli 

siyahıyaalmalar 

başa 

çatmamış 



tikililərin,  texnikanın,  tikintidəki  material  və 

avadanlıq 

ehtiyatlarının, 

podrat 


tikinti 

təşkilatlarının siyahıyaalınması olmuşdur.  

 

TĐKĐNTĐDƏ  TƏQVĐM  PLANI

  –  tikintinin 

həyata  keçirilməsinin    ardıcıllığını  və  vaxtını 

müəyyənləşdirən  sənədlər  toplusudur.  Tikintidə 

təqvim  planı  tikintinin  təşkili  və  işlərin  istehsalı 

layihələrinin  tərkibində  əsas  sənəd  hesab  edilir. 

Tikintidə  təqvim  planına  uyğun  olaraq,  işçi 

kadrların  və  maddi-texniki  ehtiyatların  hərəkət 

qrafiki işlənib hazırlanır. Tikintidə təqvim planına 

əməl  edilməsi  tikinti  işlərinin  ahəngdarlığını 

təmin edir. 

 

TĐKĐNTĐLƏRĐN  QALIQ  SMETA  DƏ-

YƏRĐ

  –  tikintinin  tam  başa  çatdırılması  və  ya 

istifadəyə  verilməsi  üçün  tikinti  smetasında 

nəzərdə  tutulmuş  vəsaitdən  qalıq  müəyyən  edilən 

dövrə  istifadə  edilməmiş  hissəsidir.  Tikilinin  tam 

smeta dəyərindən qalıq müəyyən edilən dövrədək 

istifadə 

edilmiş 

əsas 


kapitala 

yönəldilmiş 

investisiyanın  həcmini  çıxmaqla,  tikintinin  qalıq 

smeta dəyəri müəyyən edilir. 

 

TĐKĐNTĐLƏRĐN  SĐYAHIYAALINMASI

  –

müəyyən 

tarixə 

tikintilərin 

vəziyyətinin 

öyrənilməsi  üçün  həyata  keçirilən  statistika 

müayinəsidir.  Đstehsal  və  qeyri-istehsal  təyinatlı 

tikintilər üzrə keçirilə bilər. Tikinti və quraşdırma 

işləri  həyata  keçirilən,  müvəqqəti  və  ya  tamamilə 

dayandırılmış  və  dondurulmuş  tikintilər  nəzərə 

alınır. Siyahıyaalmaya daxil edilmiş hər bir tikinti 

üzrə  tikintinin  xarakteri  (yeni,  genişləndirilmə, 

yenidənqurma), 

tikintinin 

dəyəri, 

hazırlıq 

dərəcəsi,    istifadəyə  verilməli  olan  güclərin 

ölçüləri  və  bir  sıra  digər  göstəricilər  müəyyən 

edilir.  Statistika  orqanlarında  bu  iş  xüsusi 

hazırlanmış  və  təsdiq  edilmiş  formalar  və 

proqramlar üzrə aparılır. 

 

TĐKĐNTĐNĐN DAXĐLĐ TĐTUL SĐYAHISI



 – 

tikinti  obyektlərinin  siyahısını  müəyyənləşdirən 

sənəddir.  Bu  sənəddə  hər  bir  tikinti  obyekti  üzrə 

tikintinin  dəyəri,  təhvil  verilmiş  quraşdırılmış 

avadanlıqların  və  tikinti  və  quraşdırma  işlərinin 

dəyəri  çıxılmaqla,  kapital  qoyuluşunun  həcmi, 

güclərin  istifadəyə  verilməsinin  və  əsas  fondların 

istifadəyə  verilməsinin  kəmiyyəti,  istifadəyə 

vermənin  vaxtı,  başa  çatdırılmamış  tikintinin 

həcmi göstərilir.  

 

TĐKĐNTĐNĐN  DAVAMĐYYƏT  MÜDDƏTĐ

 

– 

tikinti 


meydançasında 

hazırlıq 

işlərinin 

başlanmasından 

müəssisələrin, 

onların 


növbələrinin,  buraxılış  komplekslərinin  və  ayrı-

ayrı obyektlərin güclərinin istifadəyə verilməsinə, 

layihədə nəzərdə tutulmuş işlərin tamamilə yerinə 

yetirilməsinə qədər olan dövr ərzindəki vaxtdır. 

Statistika  təcrübəsində  bir  qrup  müəssisə  üzrə 

tikintinin orta davamiyyət müddəti tikintinin gücü 

və  ya  dəyəri  üzrə  orta  hesabi  çəkidə  müəyyən 

olunur. 


 

TĐKĐNTĐNĐN FAKTĐKĐ DƏYƏRĐ

 – sifarişçi 

təşkilatın  tikintisini  həyata  keçirdiyi  tikili  və 

obyektlərin  istifadəyə  verilməsi  təmin  edilənə 



 

652 


qədər  (layihə-smeta  sənədlərinə  əsasən)  sərf 

edilmiş 


investisiyanın 

cəmidir: 

tikinti 

və 


quraşdırma  işlərinə  görə  sifarişçi  tərəfindən 

ödənilmiş  xərclərin  faktiki  məbləği;  sifarişçinin 

əldə  etdiyi  avadanlıq,  alət,  inventarın  faktiki 

dəyərinə  çəkilən  xərclər;  layihə-axtarış  işlərinə 

çəkilən  xərclər  və  məsrəflər;  həmçinin  tikinti 

obyektinin inventar dəyərinə aid olan məsrəflər. 

 

TĐKĐNTĐNĐN  FONDLA  TƏCHĐZATI  (SĐ-



LAHLANMA) 

–  tikinti  istehsalının  əsas 

fondlarla təchizatını xarakterizə edən göstəricidir. 

Tikinti təyinatlı əsas fondların orta illik dəyərinin 

tikinti və montaj işlərinin illik həcminə nisbəti ilə 

müəyyən edilir. Tikintinin fondla təchizatı iqtisadi 

mahiyyətinə görə fond tutumuna uyğundur. 

 

TĐKĐNTĐNĐN  HAZIR  MƏHSULU  (POD-



RAT  TĐKĐNTĐ  TƏŞKĐLATLARININ  HA-

ZIR  MƏHSULU)

  –  tikintisi  başa  çatmış  və  

dövlət  komissiyasının  qəbul  aktları  əsasında 

istismara  qəbul  edilmiş  tikili  və  obyektlərdir. 

Tikintinin  hazır  məhsulu  yerinə  yetirilmiş  tikinti 

və  quraşdırma  işlərinin  həcmini,  yəni  istifadəyə 

verilmiş  tikili  və  obyektlərin  dəyərinin  bilavasitə 

tikintidə yaradılan hissəsini əhatə edir. 

 

TĐKĐNTĐNĐN 



HAZIRLIĞI

 

– 

ayrı-ayrı 

tikintilər  üçün  müəyyən  tarixə  istifadəyə  verilmiş 

buraxılış komplekslərinin (növbələrinin) gücünün, 

tikilinin  və  ya  tikinti  obyektinin  tam  layihə 

gücünə  nisbəti  ilə  müəyyən  olunur.  Tikintilərin 

məcmusu  üzrə,  həmçinin  ayrı-ayrı  tikili  və 

obyektlər  üzrə  tikintinin  hazırlığı  müəyyən  tarixə 

əsas  kapitala  yönəldilmiş  investisiyanın  istifadə 

edilmiş 


dəyərinin 

müqayisəli 

qiymətlərdə 

tikintinin  tam  dəyərinə  nisbəti  ilə  müəyyən 

olunur. 

 

TĐKĐNTĐNĐN  XALĐS  MƏHSULU

  -  maddi 

istehsal  sahəsi  kimi,  tikintidə  yaradılmış  milli 

gəlirin  hissəsidir.  Tikintinin  ümumi  məhsulundan 

material  xərclərinin  çıxılması  ilə  hesablanır. 

Tikintinin  xalis  məhsulu  faktiki  fəaliyyətdə  olan 

qiymətlərlə  və  müqayisəli  qiymətlərlə  müəyyən 

edilir. Axırıncı halda qiymət indekslərinin köməyi 

ilə  müqayisəli  qiymətlərdə  ümumi  məhsulun 

yenidən hesablanması həyata keçirilir.  



 

TĐKĐNTĐNĐN 

QĐSMƏN 

ĐSTĐFADƏYƏ 

VERĐLMƏSĐ 

– 

tikintinin 

ayrı-ayrı 

obyektlərinin  müddətlər  üzrə  ayrılıqda  istifadəyə 

verilməsinin layihədə nəzərdə tutulmasını göstərir. 

 

TĐKĐNTĐNĐN  LAYĐHƏLƏŞDĐRĐLMƏSĐ

  – 


nəticəsi,  bina  və  tikililərin  tikintisi  üçün  zəruri 

olan  texniki  sənədlər  hesab  edilən  qarşılıqlı 

əlaqəli işlər kompleksidir.  

 

TĐKĐNTĐNĐN  MEXANĐZMLƏRLƏ  SĐ-

LAHLANMASI

  –  tikinti  istehsalının  texniki 

təchizatının  xarakteristikasıdır.  Tikinti  maşın  və 

mexanizmlərinin  orta  illik  dəyərinin  il  ərzində 

yerinə  yetirilmiş  tikinti  və  quraşdırma  işlərinin 

dəyərinə 

nisbəti 


kimi 

hesablanır. 

Tikinti 

təşkilatlarının  istehsal  fondlarının  aktiv  hissəsinə 

tələbatın  hesablanmasında,  əmək  vasitələrindən 

istifadənin 

texniki 

səviyyəsinin 

xarakteristikasında və təhlilində istifadə edilir.  

 

TĐKĐNTĐNĐN SMETA DƏYƏRĐ

 – müəssisə, 

bina  və  tikililərin  layihəsinə  uyğun  olaraq, 

tikintinin  həyata  keçirilməsi  üçün  lazım  olan  pul 

vəsaitlərinin  məbləğidir.  Tikintinin  smeta  dəyəri 

tikinti  məhsuluna  sərbəst  (müqavilə)  qiymət 

formalaşdırılması, 

qoyulan 

investisiyanın 

həcminin 

təyin 


edilməsi, 

tikintinin 

maliyyələşdirilməsi üçün əsasdır. Tikintinin smeta 

dəyərinin təyin edilməsi üçün əsaslar kimi, layihə 

və  işçi  sənədləşdirməsi,  fəaliyyətdə  olan  smeta 

normativləri  (o  cümlədən  ehtiyatlar),  eyni 

zamanda  müvafiq  tikintiyə  aid  olan  təchizat, 

mebel,  inventar,  ayrı-ayrı  əşyaların  buraxılış 

qiyməti,  mərkəzi  və  digər  dövlət  idarəetmə 

orqanlarının  qərarları  xidmət  edir.  Texnoloji 

struktura  uyğun  olaraq,  tikintinin  smeta  dəyərinə 

qoyulan 


investisiya 

tikinti 


işinin 

dəyəri; 


avadanlıqların  quraşdırılması  üzrə  iş  (quraşdırma 

işi); avadanlıq, mebel və inventar əldə edilməsinə 

(hazırlanması) xərclərə və digər xərclərə bölünür. 


Download 17.41 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   163   164   165   166   167   168   169   170   ...   183




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling