Redaktorlar: Y. X. Yusifov, E. E. Yaqublu, F.Ə.Əliyev, G. A. Ağamoğlanova
Download 17.41 Mb. Pdf ko'rish
|
- Bu sahifa navigatsiya:
- TRANSMĐLLĐ BĐRLĐKLƏR
- TRANSMĐLLĐ BĐRLĐKLƏRĐN NĐZAM- NAMƏ FONDU
- fərdi
- TRAST FĐRMALARI
- TULLANTILARDAN ĐSTĐFADƏ (EMAL, UTĐLĐZASĐYA) EDĐLMƏSĐ
- TULLANTILARIN BASDIRILMASI (ZƏ- RƏRSĐZLƏŞDĐRĐLMƏSĐ, ANBARA YI- ĞILMASI)
- TUNC VEKSEL (ÜMĐDSĐZ VEKSEL)
- TURAGENT
- TURBROKER
- TURĐST
- TURĐST MARŞRUTLARI
- TURĐSTLƏRĐN SIĞORTALANMASI
- TURĐSTLƏRĐN YERLƏŞDĐRĐLMƏSĐ ÜÇÜN ŞƏRAĐT
- Kollektiv yaşayış müəssisəsi
- Özəl turist müəssisələri
- TURĐZM – (I)
- - giriş turizmi
- “milli turizm” ;
(II) - əməliyyat kimi müəyyənləşdirilir. Bu zaman bir institusional vahid ikinci vahidə mal, xidmət və aktivlər verir, lakin ikincidən əvəzinə hər hansı bir mal, xidmət və ya aktiv almır.
investisiya, kommersiya və
maliyyə-kredit fəaliyyəti sahəsində beynəlxalq əməkdaşlığın müasir formalarından biridir və bilavasitə milli müəssisələr arasında qarşılıqlı əmtəə mübadiləsi əsasında kooperasiya əlaqələrinin yaradılmasına yönəldilmişdir. "Transmilli şirkət"
əsasən beynəlxalq xarakter daşıyan fəaliyyət göstərmək məqsədilə və milli kapitalın payının üstünlük təşkil etməsi ilə yaradılan təsərrüfat vahidi kimi müəyyənləşdirilir. Transmilli şirkətlər öz iş fəallığını, bir qayda olaraq, xarici ölkələrdə yerləşən istehsal filiallarının geniş şəbəkəsinə istinad edərək həyata keçirirlər. Transmilli birliklər aşağıdakı formalarda yaradılır: müştərək maliyyə-sənaye qrupları; beynəlxalq təsərrüfat birlikləri; korporasiyalar; holdinq şirkətləri; assosiasiyalar; ittifaqlar; müştərək müəssisələr; ticarət
evləri şəklində ticarət-vasitəçilik təşkilatları; agentlər və beynəlxalq birjalar; müştərək kommersiya bankları və onların birlikləri; maliyyə və sığorta şirkətləri. TRANSMĐLLĐ BĐRLĐKLƏRĐN ĐDXALI – transmilli birliklər tərəfindən xaricdən gətirilmiş əmtəələrin həcminin dəyəridir və dövlət sərhədini keçən anda idxal edən ölkənin SĐF və ya franko- sərhəd qiymətləri ilə qiymətləndirilir.
–
transmilli birliklər tərəfindən xaricə göndərilən əmtəələrin həcminin dəyəridir və dövlət sərhədini keçən anda ixrac edən ölkənin FOB və ya franko- sərhəd qiymətləri ilə qiymətləndirilir TRANSMĐLLĐ BĐRLĐKLƏRĐN ĐSTEHSA- LININ HƏCMĐ - hazır məhsulların və kənara satılmış yarımfabrikatların, həmçinin əlavə dəyərə vergisiz, xüsusi vergisiz və aksiz yığımsız buraxılış qiymətlərlə kənarın sifarişi əsasında yerinə yetirilmiş sənaye xarakterli işlərin dəyəridir. Transmilli birliklərin satılmış məhsullarının həcmi – transmilli birliklərin yerləşdikləri ölkələrdə satdıqları əmtəə və xidmətlərdən, həmçinin transmilli birliklərin təsisçi ölkələri arasında məhsulların dəyişdirilməsi formasında əmtəə və xidmətlərin satışından ibarətdir. 657
TRANSMĐLLĐ BĐRLĐKLƏRĐN NĐZAM- NAMƏ FONDU – transmilli birliklərin qeyd sənədlərində qeyd edilmiş kapitalın həcmidir. Nizamnamə fondu, transmilli birliklərin əsas və dövriyyə vəsaitlərinin yaradılmasının mənbəyi kimi təsisçilərin əmanətləri və pay haqları hesabına formalaşdırılır. Transmilli birliklərin nizamnamə fondunda tərəf müqabillərinin payı – mənfəət əldə etmək məqsədilə transmilli birliklərin istehsal fəaliyyətinə nəzarət etmək üçün onun nizamnamə fonduna xarici sahibkar tərəfindən qoyulmuş kapitalın nisbi həcmidir.
–
BMT-nin işləyib hazırladığı tərifə görə mənşə ölkəsindən asılı olmayaraq iki və ya daha çox dövlətdə qəbul edilmiş qərarlar sisteminə uyğun fəaliyyət göstərən strukturlara malik xüsusi, qarışıq müəssisələr və dövlət müəssisələridir.
– etibarlılıq mülkiyyəti institutudur. Trast sistemində adətən üç tərəf iştirak edir: trastı təsis edən, etibarlı mülkiyyətçi və benefisiarçı (xeyir götürən). Trastın hüquqi əsası, trastı təsis edənlə, yəni trast satılan mülkiyyət sahibi ilə etibarlı mülkiyyətçi (ona keçən mülkiyyətin idarə olunma öhdəliklərini öz üzərinə götürən tərəf) arasında bağlanan müqavilədir. Trast təsisçisi sahibkar olur, lakin o, müqaviləyə görə
mülkiyyətin idarə olunmasının bütün hüquqlarını etibarlı mülkiyyətçiyə (məsələn, banka) verir. Trast, bir qayda olaraq, məxfi sahibkara keçən mülkiyyətin idarə olunmasında ona tam sərbəstlik verir - mülkiyyətin istifadəsindən əldə olunan xeyrin, gəlirlərin (mədaxilin, istiqrazlara görə faizlərin və s.) benefisiarçıya verilməsi şərti ilə. Trast əməliyyatları aşağıdakılara bölünür: fərdi trast xidmətləri (ayrı-ayrı vətəndaşlar üçün); institusional trast xidmətləri, uzunmüddətli borc öhdəliklərinin emitenti arasında və ya bu öhdəliklərin qanunvericisi və bu öhdəlikləri idarə edən hüquqi şəxs arasında bağlanılan müqavilə əsasında, yaxud şirkətlə və ya digər hüquqi şəxs – sahibkar və bu mülkiyyətin idarə olunması üzrə ixtisaslaşmış və “master trast” (bank və ya trast şirkəti tərəfindən pensiya fonduna və ya digər şirkətlər qrupuna, vəkalət verənlərin gəlirlərinin maksimum olması məqsədi ilə onların ümumi hesabını idarə etməklə göstərilən xidmətlər) tipli xidmətlər təqdim edən trast şirkəti arasında bağlanan müqavilə əsasında göstərilən xidmətlər. Trast, həmçinin müəyyən mülkiyyətin xüsusi şərtlərlə bankın nəzarəti və idarəsi altına verilməsidir. Vəkalət verən şəxs, trast şirkətinə və ya bankın trast-şöbəsinə onun mülkiyyəti ilə əməliyyatların aparılmasını etibar edən şəxsdir. Belə olduqda, vəkalət verənin tapşırığı ilə bu əməliyyatları yerinə yetirən trast-şöbə etibarlı şəxs kimi iştirak edir. Etibar
olunan mülkiyyətin idarə olunma
xüsusiyyətinə görə, trastlar aktiv və passivlərə bölünürlər. Aktiv trastda olan mülkiyyət satıla, borc verilə, girov qoyula bilər, yəni etibarlı şəxsin əlavə razılığı olmadan şəklini dəyişə bilər (məsələn, pulların qızıla, qiymətli kağızlara çevrilməsi). Passiv trastlar, müəyyən mülkiyyətin etibarlı şəxs tərəfindən satıla və ya girov qoyula bilmədiyi xidmətləri göstərir (məsələn, müəssisə, torpaq, daşınmaz əmlak). Aşağıdakılar trastın ən çox yayılan xidmətləridir: - müştərinin şəxsi bank hesablarının aparılması (onun hesablarının ödənilməsi, ona düşən ödənişlərin alınması); - müştərinin qiymətli kağızlarının, riskin “norma” dərəcəsində onun
gəlirlərinin maksimumlaşdırılması (çoxaldılması) ilə alışı və satışı; - müştərinin vergi bəyannaməsinin hazırlanması (onun hesab yazıları əsasında ilin nəticəsi üzrə); - gəlirlərin müştərinin xeyrinə yığılması (dividentlər, faizlər və s.).
– qeyri-adi maliyyə institusioal vahididir. Bir qayda olaraq, bank idarələri ilə birlikdə, etibar edilmiş əmlakın; himayə altında olan varisliyin, mülkiyyətin; səhmlərin verilməsi və qeydiyyatı və digər xidmətlərin göstərilməsinin idarə
edilməsi məqsədi ilə etibarlı şəxs, fidusiar və ya agent kimi fəaliyyət göstərir. Bundan əlavə, trast maliyyə idarələri vəsiyyət edilmiş vəsaitlərin (yəni fidusiar fəaliyyət həyata
keçirir) idarə
olunması (investisiyalaşdırma) ilə məşğul olur.
– sıranın “orta” səviyyəsinin dəyişmə xüsusiyyətidir. Determinik və stoxastik trendlər fərqləndirilir. Determinik trendlər dedikdə, ən kiçik kvadratlar üsulunun istifadəsi ilə seçmə məlumatlar əsasında qiymətləndirilən vaxtın bu və ya digər determinik funksiyasını ifadə edən müvəqqəti sıranın əsas uzunmüddətli meyli başa düşülür. Belə determinik funksiyalara misal kimi, polinomial, eksponensial, loqorifmik və s. funksiyaları göstərmək olar. Stoxastik proseslərə baxılan zaman t X sırası çox vaxt iki təsadüfi komponent kimi təsvir edilir:
X =
t ε ξ +
burada t ξ sıranın “səviyyəsinin” təsadüfi olmasını xarakterizə edir, yəni stoxastik trenddir,
ε - bu “səviyyədən” təsadüfi kənarlaşmadır. t ξ
658
və t ε kəmiyyətləri sıranın digər üzvlərindən əlaqə xüsusiyyətinə görə fərqlənirlər. t ε dəyişəni yalnız t X sırasının sinxron üzvü ilə əlaqəlidir, bu zaman isə
ξ kəmiyyəti ilə vaxtın müxtəlif anlarına aid olan sıra üzvlərinin qarşılıqlı təsiri həyata keçirilir. Stoxastik trendə misal kimi aşağıdakı funksiyanı göstərmək olar: ∑ =
+ = + = t i i t t t u u 1 0 1 ξ ξ ξ
burada 0 ξ - müəyyən ilkin qiymət; i u - orta kəmiyyət sıfıra
bərabər təsadüfi sərbəst dəyişəndir. Trendin müəyyən edilməsi üçün sürüşkən orta kəmiyyət, eksponensial hamarlaşma üçün eyniləşdirmə (hamarlaşdırma) üsullarından istifadə olunur.
– ətraf mühitin mühafizəsinə çəkilən xərclərin ölçülməsi zamanı müəyyən olunan göstəricilərdən biridir. Bu, tullantıların azaldılmasına, qarşısının alınmasına, onların yığılmasına, daşınmasına, emalına və
yerdəyişməsinə, avadanlıqların quraşdırılmasına, həmçinin tullantıların monitorinqinə çəkilən xərcləri birləşdirir. Əsasən tullantıların azaldılmasına və onlardan istifadə edilməsinə yönəldilmiş emal üzrə fəaliyyət növləri daxil edilir.
UTĐLĐZASĐYA) EDĐLMƏSĐ – əhaliyə satış da nəzərə alınmaqla, istehsal prosesində təkrar (ikinci dəfə) istifadə olunmuş və ya kənara (pulsuz və ya kommersiya əsasında) satılmış tullantıların miqdarıdır. Həmçinin məhsul və ya yarımfabrikatların əldə edilməsi şərti ilə xüsusi dəzgahlarda və zibili emaletmə zavodlarında işlənmiş tullantılar da buraya daxil edilir. Đstehsal və məişət tullantıları yandırıldıqda, onlardan əmələ gələn istiliyin yalnız faydalı istifadə olunan hissəsi utilizasiyaya aid edilir. Đstifadə olunmuş tullantılara konkret müəssisələrin (müəssisələr qrupunun) texnoloji iş rejiminə ilkin olaraq qoyulması ilə əldə edilmiş və işlənmiş eyni istiqamətdə olan məhsullar daxil edilmir. Bu, xüsusilə ət emalı
kombinatlarının subməhsullarına, buynuzlara, dırnaqlara, qana və s. aid edilir.
istifadəsində (işlənməsində) onlar çəki (kq, ton), həcm (m 3 ) və s. ilə ayrı-ayrı növlər və iriləşdirilmiş qruplar şəklində nəzərə alınır (öyrənilir). Yekun (ümumiləşdirilmiş) məlumatların işlənməsi fəaliyyət növü və ərazi üzrə həyata keçirilir. TULLANTILARIN BASDIRILMASI (ZƏ- RƏRSĐZLƏŞDĐRĐLMƏSĐ, ANBARA YI- ĞILMASI) –
təhlükəli tullantılar daxil edilməklə, istehsal və istehlak tullantılarının tam, daimi və ya qismən, müvəqqəti izolyasiya edilməsi, həmçinin natamam neytrallaşdırılması ilə təmizlənməsi metodudur. Bu metod sonradan tullantıların istifadəsi (utilizasiya-tullantılardan istifadə edilməsi) ilə əlaqədar deyil.
Statistikada müvafiq tullantıların mövcudluğu, yığılması (toplanması), müvəqqəti saxlanması, birdəfəlik basdırılması, zərərsizləşdirilməsi və s. öyrənilir. Məlumatların toplanılması və onun təhlili müxtəlif ölçü vahidlərindən (çəki, həcm və s.) istifadə etməklə, siniflər (qruplar) və konkret istehsal və istehlak tullantıları üzrə ayrıca həyata keçirilir.
ŞINMALARI (YERDƏYĐŞMƏSĐ)
– tullantıların bir dövlətin milli yurisdiksiyası altında
olan rayondan digər dövlətin yurisdiksiyası altında olan rayona (və ya rayondan keçərək) yerdəyişməsidir. Tullantıların transsərhəd daşınmasının (yerdəyişməsinin) uçotu, tullantıları idxal və ixrac edən bütün mülkiyyət növlü təsərrüfat obyektlərindən hesabat məlumatlarının yığılması və təhlili ilə həyata keçirilir. Bundan başqa, gömrük statistikasının məlumatlarından istifadə olunur. Tullantıların transsərhəd daşınmasını (yerdəyişməsini) xarakterizə edən məlumatların əldə olunması üçün dövlətlərarası sıx əməkdaşlıq, tullantıların idxal və ixracı haqqında məlumatların qarşılıqlı müqayisəsi və qarşılıqlı nəzarəti vacibdir.
– əmtəə ilə ödənilə bilməyən (təminatı olmayan) vekseldir.
- konkret müddətdə konkret marşrut üzrə və səyahətin məqsədindən asılı olaraq, müxtəlif xidmətlər kompleksindən ibarət olan turizm məhsulunun vauçer şəklində satılan formasıdır.
- turoperator tərəfindən formalaşdırılmış turların bilavasitə turizm bazarında satışı üzrə vasitəçilik fəaliyyəti göstərən fiziki və ya hüquqi şəxsdir. Turagent öz fəaliyyəti müqabilində komisyon mükafatlar alır (turun dəyərinin 7-15%-i). Turagent turun keyfiyyətinə görə məsuliyyət daşımır.
659
TURBROKER - turların topdansatışı ilə məşğul olan firma tərəfindən turların tərkibinə daxil edilmiş nəqliyyat xidmətlərini göstərmək məqsədilə şəxsi nəqliyyat vasitəsinə malik olmayan, lakin onu icarəyə götürən hüquqi və ya fiziki şəxsdir.
- istirahət, müalicə, tanış olma, idrakı (tarix və mədəniyyət sərvətlərindən bəhrələnmə və s.), iş-peşə (vəzifə borclarının icra edilməsi istisna olmaqla), idman və dini məqsədlərlə getdiyi ölkədə (yerdə) ödənişli fəaliyyətlə məşğul olmamaq şərti ilə, 24 saatdan 12 ayadək müddətdə müvəqqəti olan şəxsdir.
MARŞRUTLARI – getmə
davamlılığı bir gündən artıq olan, özündə nəqliyyat, yemək, hərəkət
boyunca turist
xidmətləri daxil olmaqla, turist yollayışları və ya digər
gediş sənədləri üzrə vətəndaşların dincəlməsi və gəzintisi üçün nəzərdə tutulmuş turist marşrutlarıdır.
sığortanın xüsusi forması olub, turist səfərləri, səyahətlər və şop-turlar zamanı vətəndaşların mülki maraqlarının qorunması məqsədilə həyata keçirilir. Bu sığorta növü yüksək riskli sığorta əməliyyatları qrupuna aid olub, əsas xarakterik cəhəti qısamüddətli (6 aydan çox olmayaraq) olması və sığorta hadisəsinin baş vermə vaxtının və mümkün
zərərin həcminin müəyyənləşdirilməsinin qeyri-mümkünlüyüdür. Xaricə səfərə gedən turistlərin sığortalanması dedikdə, adətən, turistin gözlənilmədən xəstəliyə tutulması və ya bədbəxt hadisə nəticəsində bədən xəsarəti alması hallarına qarşı könüllü tibbi sığorta nəzərdə tutulur. Bəzən turistlərin tibbi yardımdan başqa, hüquqi, texniki, inzibati və s. kimi yardımlara da ehtiyacı olur.
YERLƏŞDĐRĐLMƏSĐ ÜÇÜN ŞƏRAĐT - “gecələmək üçün turistlərə müntəzəm olaraq (və ya hərdənbir) təqdim olunan istənilən yer” kimi müəyyənləşdirilir. Öz yaşayış yerlərindən kənarda olan qonaqlara kommersiya əsasında daimi xidmət göstərən yerlərlə təsadüfən gecələmək üçün təklif olunan yerləri fərqləndirmək zəruridir. Belə ki, turistlərin yerləşdirilməsi üçün şərait iki əsas qrupa bölünür: Kollektiv yaşayış müəssisəsi: səyyahların otaqda və
ya digər
yerdə gecələmək üçün yerləşdirilməsini təmin edən yaşayış müəssisəsi kimi müəyyən edilir, lakin bu zaman təqdim edilən yerlərin sayı bir ailədən artıq şəxslər qrupu üçün nəzərdə tutulmuş minimumdan artıq olmalı və hətta gəlir gətirməsə belə, müəssisədəki bütün yerlər ümumi kommersiya idarəetməsi altında olmalıdır. Bu qrup üç kiçik qrupa bölünür: mehmanxanalar və onlara oxşar müəssisələr, ixtisaslaşdırılmış müəssisələr və digər kollektiv müəssisələr. Bu kiçik qruplar daha 9 kiçik qruplara bölünür. Özəl turist müəssisələri: kollektiv turist mənzillərinin müəyyən edilməsinə uyğun gəlmir və turistlərin yerləşdirilməsi formasını əks etdirir. Bu müəssisə iki kiçik qrupa və beş vahid qrupuna bölünür. Kiçik qruplar arasında “özəl tutulmuş mənzil” və “özəl tutulmamış mənzil” qruplarını fərqləndirmək vacibdir. Belə ki, birinci mənzilin tutulması və bununla əlaqədar xərclər tələb edilir, eyni zamanda bu, sonuncu qrupa aid deyildir.
– (I) - ölkə vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müvəqqəti olacağı ölkədə (yerdə) ödənişli fəaliyyətlə məşğul olmamaq şərti ilə, istirahət, müalicə, tanış olma, idrakı (tarix və mədəniyyət sərvətlərindən bəhrələnmə və s.), iş-peşə (vəzifə borclarının icra edilməsi istisna olmaqla), idman və dini məqsədlərlə daimi yaşayış yerlərindən müvəqqəti getmələridir (səyahətləridir). (II) - istirahət, işgüzar və digər məqsədlərlə səyahət edən və ardıcıl bir ildən artıq olmayan dövr ərzində öz yaşayış yerindən fərqli olan yerdə qalan şəxslərin fəaliyyəti kimi müəyyən olunur. Verilmiş əraziyə münasibətdə (məsələn, rayon, ölkə, ölkələr qrupu) üç elementar turizm forması mövcuddur:
bəzi ərazilərin hüdudlarında səyahət edən bu ərazilərin rezidentlərinin fəaliyyəti kimi müəyyən olunur;
Qeyd: Verilmiş kontekstdəki “daxili” termini Milli
Hesablar Sistemində istifadə edilən
termindən fərqlənir. Milli hesablar kontekstində bu termin verilmiş ərazidə səyahət edən rezident və qeyri-rezidentlərin fəaliyyəti və xərclərinə aid edilir, turist fəaliyyətini xarakterizə edən termin isə daxili turizm və xarici ölkə sərhədlərinə turizm hesab edilir. - giriş turizmi (sərhəddən kənardan): öz yaşayış yerlərindən kənar bəzi ərazilərə səyahət edən qeyri-rezidentlərin fəaliyyəti daxildir;
(və öz yaşadıqları ərazidən kənar) hüdudlarında yerləşən yerlərə səyahət edən və vaxt keçirən bu ərazilərin rezidentlərinin fəaliyyətini əks etdirir; Əraziyə bir neçə ölkə qəbul edildiyi halda, aşağıdakı turizm kateqoriyalarını müəyyən etmək üçün üç əsas turizm forması müxtəlif formada birləşdirilə (əlaqələndirilə) bilər: - “daxili turizm” və “giriş turizm”i daxil olan
660
- “daxili turizm” və “çıxış turizm”i daxil olan “milli turizm”; - “çıxış turizm”i və “giriş turizm”dən ibarət olan “beynəlxalq turizm”. Qarışıqlıqdan qaçmaq üçün, bu üç terminin bir ölkə ilə münasibətdə turizm üçün ehtiyatda saxlanılması məsləhət görülür. Digər hallarda verilmiş terminin hansı coğrafi və ya inzibati səviyyəyə aid olmasını dəqiq müəyyən etmək vacibdir, məsələn, “əyalət səviyyəsində çıxış turizmi”, “Avropa Đttifaqında daxili turizm”. Download 17.41 Mb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling