Redaktorlar: Y. X. Yusifov, E. E. Yaqublu, F.Ə.Əliyev, G. A. Ağamoğlanova


Download 17.41 Mb.
Pdf ko'rish
bet151/183
Sana06.03.2017
Hajmi17.41 Mb.
#1858
1   ...   147   148   149   150   151   152   153   154   ...   183

SIĞORTA  ÜZVLÜK  HAQQI

  –  sığortaçının 

sığortaya  görə  ödənişidir.  Sığorta  edənə  sığorta 

müqaviləsinə,  sığorta  məbləği  vahidinə  və  ya 

sığorta  obyektinə  qoyulan  tarif,  qanunvericiliyə 

uyğun olaraq, sığortaçının mütləq verməli olduğu 

ödənişdir.  Sığortalanmanın  mütləq  növləri  üzrə 

sığorta 

tarifləri 

mütləq 

sığorta 


haqqında 

qanunlarla  müəyyən  edilir.  Şəxsi  sığortanın 

könüllü  növləri  üzrə  əmlak  və  məsuliyyət 

sığortası  sığorta  edənlər  tərəfindən  müstəqil 

hesablana  bilər.  Sığorta  tarifinin  konkret  miqdarı 


 

588 


tərəflərin  razılığı  ilə  sığorta  müqaviləsində 

müəyyən edilir. 

 

SIĞORTA 

VASĐTƏÇĐLƏRĐ

 

– 

sığorta 


şirkətlərinin  özü  ilə  onun  müştəriləri  arasında 

əlaqələndirici bölmədir və onlar bilavasitə sığorta 

xidmətini həyata keçirirlər. 

Sığorta 


vasitəçilərinin 

əsas 


funksiyaları 

aşağıdakılar hesab edilir: 

-  sığorta  şirkətinin  fəaliyyətinin  xüsusiyyətləri  və 

sığortanın 

şərtləri 

haqqında 

müştərilərin 

məlumatlandırılması,  yəni  təşviqat  funksiyasının 

yerinə yetirilməsi; 

-  sığorta  təkliflərinin  qəbul  edilməsi  və  ilkin 

keyfiyyət 

təhlili, 

sığorta 

müqavilələrinin 

bağlanması,  yeniləşdirilməsi  və  sığorta  üzvlük 

haqlarının inkassasiyası; 

- sığorta hadisəsi baş verdikdə, müştərilərə onların 

hüquq və vəzifələrinin izah edilməsi. 

 

SIĞORTAÇI

 

– 



sığorta 

edənlə 

sığorta 

müqaviləsi  bağlayan,  ya  da  qanuni  şəkildə 

sığortaçı  hesab  edilən  hüquqi  şəxslər  və  iş 

bacarığı  olan  (hüquqi  səlahiyyəti  olan)  fiziki 

şəxslərdir.  Sığortaçının  sığorta  edənlə  üçüncü 

şəxslərin  sığortası  haqqında  sonuncuların  xeyrinə 

müqavilə  bağlamağa  haqqı  vardır,  həmçinin 

sığorta  müqaviləsi  bağlanan  zaman,  sığorta 

müqaviləsi  üzrə  sığorta  ödəmələrini  alacaq  fiziki 

və hüquqi şəxsləri təyin edə bilər.  

Mülkiyyətin  müxtəlif  növlərinə,  iqtisadiyyatın 

müxtəlif  sahələrinə  (bölmələrinə)  aid  olan 

rezidentlər 

və 


qeyri-rezidentlər, 

həm 


də 

vətəndaşlığı olmayan şəxslər sığortaçı ola bilərlər. 

Sığortaçının  əsas  vəzifəsi  müntəzəm  olaraq 

sığorta  haqlarını  (mükafatları,  ödəmələri)  həyata 

keçirməkdən ibarətdir. 

 

SĐKKƏ

  –  pul  nişanıdır.  Müxtəlif  metaldan  – 

qızıldan, gümüşdən, misdən və mis ərintilərindən, 

yeni  dövrdə  mis,  nikel  və  alüminiumun  müxtəlif 

ərintilərindən  hazırlanır.  Tədavül  və  tədiyyə 

vasitəsidir. 

 

SĐMVOLLAR  VƏ  SƏTĐRLƏR  ÜZƏ-



RĐNDƏ  ƏMƏLĐYYATLAR

  –  simvollar  və 

onların  ardıcıllığı  (sətirləri)  üzərində  EHM-in 

sistemli komandasını nəzərdə tutan fəaliyyətdir. 

 

SINAĞIN PLANLAŞDIRILMASI

 – təsadüfi 

səhvlərə  məruz  qalan  göstəricilərin  rasional 

təşkilini  öyrənən  riyazi  statistikanın  bölməsidir.

 

Sınağın  məqsədi  -  θ  naməlum  parametrlər 



vektorunun  bütün  və  ya  bəzi  parametrlərinin,  ya 

da  onların  funksiyalarının  qiymətləndirilməsi  və 

ya  θ  parametrləri  haqqında  bəzi  fərziyyələrin 

qiymətləndirilməsi  hesab  edilir.

 

Sınağın  məqsədi



 

əsasında 

sınaq 

planının 



optimal 

meyarı 


formalaşdırılır.

 

Sınağın 



planlaşdırılmasının 

nəticəsi  sınaqda  χ  dəyişəninə  verilən  alınmış 

qiymətdir. Sınaq aparan, seçimi üzrə χ dəyişəni Χ 

çoxluğunun bəzi mümkün qiymətlərini ala bilir. 

 

SINAQ  MARKETĐNQĐ  (MARKETĐNQ 

TƏCRÜBƏSĐ)

 

- 

istehlakçıların 

sorğusu, 

tələbata    bənzər  (oxşar)  modellərin  işlənməsi  ilə 

uyğunlaşdırılmış,  az  miqdarda,  yeni  (təzə)  əmtəə 

partiyalarının  sınaq  satışıdır.  Sınaq  marketinqi 

(marketinq  təcrübəsi)  istehlakçıların  fikrinin  və 

nəyə  üstünlük  vermələrinin  aşkar  edilməsi, 

tələbatın 

operativ 

proqnozlaşması, 

firmanın 

marketinq  strategiyasının  və  qiymət  siyasətinin 

əsaslandırılması məqsədini daşıyır. 

 

SINAQ MÜŞAHĐDƏLƏRĐ 

– əsas müşahidəyə 

hazırlıqla  bağlı  proqram-metodoloji  və  təşkilati 

məsələlərin  dəqiqləşdirilməsi  məqsədilə  aparılan 

statistik  müşahidədir.  Məsələn,  əhalinin  sınaq 

siyahıyaalınması. 

 

SĐNTAKSĐS



   - əlifbada olan simvollardan, dilin 

ayrı-ayrı 

konstruksiyalarının 

(komandaların, 

operatorların)  yaradılmasının  formal  qaydalarıdır. 

Bu 


qaydalar 

müxtəlif 

həll 

alqoritmlərini 



proqramlaşdırmağa imkan verir. 

 

SĐRK

  –  dövri  olaraq  sirk  artistləri  kollektivinin 

dəyişməsi ilə sirk tamaşaları verən, səhnə (manej) 

və binaya malik olan tamaşa müəssisəsidir. Sirklər 

stasionar  (qış  və  yay),  hərəkətdə  olan  şapito 

(səyyar  sirk  çadırı),  səhnədə  sirklərə,  zoosirklərə 

bölünürlər.  Sirklərin  statistika  hesabatlarında 

aşağıdakı  göstəricilər  öz  əksini  tapır:  tamaşaların 

və  tamaşaçıların  sayı,  yığımların  məbləği.  Yekun 

məlumatlar  ərazilər  və  sirklərin  növləri  üzrə 

işlənilir. 

 

SĐSTEM 

PROQRAMÇISI

 

sistem 


proqramlaşdırılması  və  sistem  təminatı  üzrə 

ixtisaslaşmış şəxsdir. 

 

SĐYAHI

  (məlumatların  işlənməsində)  –  eyni 

tipli  elementlərin  (dəyişənlərin)  nizamlanmış 

dəstidir. 

 

SĐYAHIYAALMA  MATERĐALLARININ 



ĐŞLƏNMƏSĐ 

PROQRAMI

 

– 



əhalinin 

əlamətlər üzrə qruplaşdırılması sistemidir. Onların 

əsasında  əhalinin  siyahıyaalınması  (müşahidəsi) 

zamanı  alınmış  fərdi  məlumatlar  ümumi  əhalinin 

və  onun  ayrı-ayrı  əlamətlərinin  sayı,  tərkibi, 

yerləşməsi  və  təkrar  istehsalını  xarakterizə  edən 

toplu  ümumiləşdirilmiş  kəmiyyətlər  məcmusuna 


 

589


çevrilir.  Siyahıyaalma  materiallarının  işlənməsi 

proqramı  əhalinin  siyahıyaalınması  nəticəsində 

iqtisadiyyatın  ehtiyacları,  idarə  etmə  və  elmi 

tədqiqatlar  üçün  zəruri  olan  məlumatlar  dairəsini 

və  məzmununu  müəyyən  edir.  Onun  əsasında 

siyahıyaalma proqramının özü, yəni sorğu zamanı 

nəzərə  alınan  əlamətlərin  siyahısını  və  müvafiq 

sualların  qısa  və  dürüst  ifadəsini  müəyyən  edir. 

Proqramın 

hər 


bir 

cədvəlində 

insanların 

siyahıyaalma  proqramlarının  ayrı-ayrı  əlamətləri  

haqqında  məlumatlar  olur.  Bu  əlamətlərin 

birləşməsi  əhalinin  siyahıyaalınması  vəzifələrinin 

bu  və  ya  digər  aspektlərini  əks  etdirir. 

Siyahıyaalma 

materiallarının 

işlənməsi 

proqramının 

cədvəlləri 



sadə

qrup 


və 

kombinasiyalı    cədvəllərə  bölünür.  Cədvəllərin 

əksəriyyətində eyni zamanda insanların 3 və daha 

çox  əlamətlər  üzrə  bölgüsü  verilir.  Cədvəllərin 

strukturu  təkcə  siyahıyaalma  ilə  deyil,  eyni 

zamanda  onların  alınması  üçün  tətbiq  olunan 

hesablama  texnikası  vasitələrinin  imkanları  ilə 

müəyyən edilir. 

Əhalinin 

siyahıyaalınması 

materiallarının 

işlənməsi  proqramı  bir  neçə  əsas  mövzuya  həsr 

edilir.  Demoqrafik  xarakteristika  əhalinin  bu  və 

ya  digər  kateqoriyasına  (daimi  və  mövcud)  aid 

olan insanların sayı haqqında; yaş-cins tərkibi  və 

digər  yaş  qrupları  üzrə  bölgüsü;  nikah  vəziyyəti 

haqqında  ayrı-ayrı  yaş  qrupları  üzrə,  nikahda 

olmayanları heç vaxt nikahda olmayanlara, dul və 

boşanmışlara 

ayırmaqla; 

ailələrin 

və 

ev 


təsərrüfatlarının 

sayı 


və 

tərkibi 


haqqında 

məlumatlar  vardır.  Etnik  xarakteristika  müxtəlif 

millətlərdən,  xalqlardan  və  etnik  qruplardan  olan 

insanların  sayı,  ana  dili,  ayrı-ayrı  millətlərə 

mənsub  olan  şəxslərin  demoqrafik  və  sosial-

iqtisadi  tərkibi  haqqında  məlumatları  əhatə  edir. 



Mədəni xarakteristikalarda təhsil səviyyəsi, sorğu 

aparılanların  cinsi,  yaşı,  məşğulluğu,  konkret 

məşğuliyyəti, müxtəlif tip təhsil müəssisələri üzrə 

şagirdlərin  yaş-cins  tərkibi  haqqında  məlumatlar 

göstərilir. 

Sosial-iqtisadi 

xarakteristikada 

insanların  yaşayışı  üçün  gəlir  mənbələri  üzrə 

iqtisadi  fəal  olanları  –  iqtisadiyyatın  sahələri  və 

məşğuliyyəti 

üzrə 


bölüşdürülməsi 

haqda 


məlumatlar 

vardır. 


Miqrasiya 

haqqında 

məlumatlar  insanları  daimi  yaşayış  yerində 

yaşama müddəti üzrə, doğulduğu yer, yaxud əvvəl 

müəyyən dövrdə yaşadığı yer, miqrasiya səbəbləri 

üzrə  bölüşdürülməklə  göstərilir.  Siyahıyaalma 

məlumatlarına  görə,  əhalinin  təkrar  istehsalı, 

adətən, qadınların yaşa və doğduğu uşaqların sayı 

üzrə  bölüşdürülməsi  kimi,  nikah  vəziyyəti  və 

digər  sosial-demoqrafik  əlamətlərlə  birlikdə 

verilir. Əhalinin yerləşməsi,   yəni hər bir şəhər və 

kənd  ərazi  vahidləri  üzrə  qadın  və  kişilərin  sayı, 

şəhər  və  kənd  yaşayış  məntəqələrinin  tipləri  və 

sakinlərin sayı üzrə qruplaşmanı xarakterizə edir.  

Hər  cədvəl  bu  və  ya  digər  ərazi  və  əlamətə  görə 

hazırlanır.  Siyahıyaalma  materiallarının  işlənməsi 

proqramı onlarla müstəqil cədvəllərdən ibarət olur 

və  onların  qruplaşmaları  nəzərə  alınmaqla  – 

milyonlarla 

göstəricilərdən 

ibarət 

çoxsaylı  



cədvəllərdən ibarətdir. 

 

SĐYAHIYAALMA  MÜDDƏTĐ



  –  1)  adətən, 

bu  zaman  adamların  nisbətən  az  hərəkəti  ilə 

xarakterizə  olunan,  əhalinin  siyahıyaalınması 

keçirilən  təqvim  ilinin  müəyyən  bir  müddətidir. 

Siyahıyaalmanın  məlumatlarına  görə,  adamların 

yerləşməsi  adi  yerləşməyə  uyğun  gəlməli  və 

onların  evdə  olma  ehtimalları  daha  yüksək 

olmalıdır.  Siyahıyaalma  müddəti  həm  də  əhalinin 

siyahıyaalınmasının 

digər 


müayinələrlə 

əlaqəsindən  asılıdır;  2)  əhali  siyahıyaalınmasının 

davamiyyəti. 

Siyahıyaalma 

proqramının, 

siyahıyaalma metodunun və siyahıyaalmada uçota 

alınacaq  əhali  kateqoriyasının  mürəkkəbliyindən 

asılı  olaraq,  siyahıyaalmanın  müddəti  bir  ayadək 

və  daha  çox  ola  bilər.  Adətən,  siyahıyaalmanın 

keçirilmə müddəti 10 gün olur. 

 

SĐYAHIYAALMA 

PROQRAMI

 

– 



insanların, 

ailələrin 

(ev 

təsərrüfatlarının) 



xarakteristikaları  üzrə  siyahısı,  yaxud  əhalinin 

siyahıyaalınması  (müşahidəsi)  zamanı  onlar 

haqqında  toplanmış  məlumatlardır.  Siyahıyaalma 

proqramına  uyğun  olaraq,  müşahidə  blankına, 

sorğu vərəqəsinə və başqa statistik formulyara bir 

sıra suallar, əlamətlər (çox vaxt onların siyahısını 

da  siyahıyaalma  proqramı  adlandırırlar)  daxil 

edilir.  Siyahıyaalma  proqramlarına  daxil  edilən 

əlamətlər  sırasında  aşağıdakılar  ayrılır:  1)  ünvan 

məlumatları;  2)  əhali  kateqoriyalarının  uçotu  ilə 

bağlı  suallar;  3)  ümumi  demoqrafik  əlamətlər 

(cins,  yaş,  ailə  vəziyyəti);  4)  vətəndaşlığı,  etnik 

xarakteristikaları,  dini,  etiqadı;  5)  əhalinin  təhsili 

(savadlılıq, təhsil səviyyəsi, tədris müəssisələrində 

oxuması);  6)  sosial-iqtisadi  xarakteristikalar 

(fəaliyyət  sahəsi,  məşğuliyyəti,  fəaliyyət  növü, 

məşğulluqda  statusu  (sahibkar,  qulluqçu  və  s.), 

sosial-iqtisadi qrupu, gəlir, məşğulluq sektoru); 7) 

nikah və doğum (diri doğulmuş uşaqların sayı); 8) 

miqrasiya  (doğulduğu  yer,  əvvəllər  müəyyən 

dövrdə  yaşadığı  yer  –  iş  yerinin  ünvanı).  Bəzi 

ölkələrdə  siyahıyaalma  proqramlarında  mənzil 

şəraiti  haqqında,  həmçinin  sənayenin,  kənd 

təsərrüfatının  müşahidəsi  ilə  bağlı  suallar,  ölkədə 

müəyyən  edilmiş  vaxtda  aktual  olan  spesifik 

suallar  olur.  Müasir  siyahıyaalma  proqramları 

əhalinin  sosial-iqtisadi  əlamətlərinin  daha  ətraflı 

öyrənilməsi,  doğumun,  miqrasiyanın  öyrənilməsi, 

əhalinin  sayı  və  tərkibinin  proqnozlaşdırılması 


 

590 


hesabına  genişlənir.  Bir  sıra  ölkələrdə  başdan-

başa və seçmə siyahıyaalma proqramları fərqlənir.  

 

SĐYAHIYAALMA  VƏRƏQƏSĐ

  -    əhalinin 

siyahıyaalınması  üçün  əsas  sənəddir,  sorğu 

vərəqəsidir.  Siyahıyaalmanın  proqramına  uyğun 

olaraq,  blankda  çap  olunmuş  suallara  cavabların 

yazılması  üçün  nəzərdə  tutulur.  Siyahıyaalmanın 

metodundan,  sorğu  üsullarından  və  siyahıyaalma 

materiallarının 

işlənməsindən 

asılı 


olaraq, 

müxtəlif  formalı  siyahıyaalma  vərəqələri  tətbiq 

olunur. 

 

SĐYAHIYAALMANIN 



RAYONLAŞDI-

RILMASI

  -  siyahıyaalmanın  rayon  (şəhər)  

təşkilat  planında  əsas  bölmə  olan,  əhalinin 



siyahıyaalınmasının  keçirilməsi  üzrə  işin  təşkili 

üçün  siyahıyaalma  sahələrinə  bölünməsidir. 

Siyahıyaalmanın 

rayonlaşdırılması 

rayonların 

xəritələri  və  şəhər  yerlərinin  məhəllələri  üzrə 

sxematik 

planları, 

həmçinin 

siyahıyaalma 

işçilərinə  düşən  yükün  müəyyənləşdirilməsi 

norması nəzərə alınmaqla, yaşayış məntəqələrində 

və  onların  ayrı-ayrı  hissələrində  əhalinin  mövcud 

sayı    əsasında  aparılır.  Ölkə  təcrübəsində   

siyahıyaalmalarda  hər  bir  rayonun  (şəhərin) 

ərazisi  siyahıyaalma  məntəqələrinə,  o  isə  öz 

növbəsində  təlimatçı  məntəqələrinə  bölünür, 

sonuncular isə sayıcı məntəqələrinə ayrılır. Bütün 

siyahıyaalma  sahələri  şəhər  və  kənd  üzrə  təşkil 

edilir.  

 

SĐYAHIYAALMANIN  SAYICISI  (QEYD-

ÇĐSĐ)

  –  əhalinin  siyahıyaalınması  (müşahidəsi) 

zamanı  insanlar,  yaxud  ailələr  (bəzən  də 

mənzillər)  haqqında  məlumatları  bilavasitə  yığan 

şəxsdir.  Bir  qayda  olaraq,  sayıcı  şifahi  sorğu 

aparmaq  bacarığına  malik  müvəqqəti  cəlb  olunan 

işçilər  (adətən,  tələbələr,  qulluqçular  və  digər 

işçilər)  olur.  Onlar  siyahıyaalmadan  əvvəl  xüsusi 

təlim  keçir  və  təlimatçı-nəzarətçinin  rəhbərliyi 

altında işləyirlər. Öz sahəsində əhalinin tam uçota 

alınması,  siyahıya  alınanın  sorğu    vərəqələrində 

qeydlərin 

keyfiyyətinə 

və 

toplanmış 



fərdi 

məlumatın məxfiliyinə məsuliyyət daşıyırlar. 

 

SMETA

  –  1)  büdcə  idarələrinin  smetası  –  idarə 

və  təşkilatların  xərclərini  dövlət  büdcəsindən 

maliyyələşdirmək üçün əsas plan sənədidir; 



2) istehsal xərcləri smetası – müəssisənin, birliyin 

məhsul  istehsalına  və  xidmətlər  göstərilməsinə 

sərf 

olunmuş 


xərclərin 

plan 


məbləğinin 

hesablanmasıdır.  

 

SMETA  QĐYMƏTLƏRĐ

  –  yeni  tikintilərin, 

fəaliyyətdə 

olan 


müəssisələrin, 

binaların, 

tikililərin  və  obyektlərin  yenidən  qurulması, 

texniki  təchiz  edilməsi  və  genişləndirilməsinin 

dəyərinin  müəyyənləşdirilməsi  üçün  istifadə 

olunan  qiymətlər,  tariflər,  qiymət  qoymalardır. 

Tikinti 

təşkilatları 

layihələri 

və 


smetaları 

işləyərkən  tikilən  obyektlərin  smeta  dəyərinin 

ilkin  müəyyənləşdirilməsi  üçün  hesablama  smeta 

normalarından  və  qiymət  qoymalarından  istifadə 

edirlər. Đnvestorlar (sifarişçilər) və tikinti (podrat) 

təşkilatları  arasında  faktiki  hesablaşmalar  sərbəst 

(müqavilə) qiymətlərlə həyata keçirilir.  

 

SMETA  NORMATĐVLƏRĐ



  (tikintidə)  –  

normativ  sənədlər  sistemidir.  Smeta  normativləri 

dövlət,  sahə-istehsal,  ərazi,  firma  (istifadəçi 

bazasının  xüsusi  normativi)  bölmələrinə  ayrılır. 

Smeta  normativlərinin  təyin  edilmə  qaydaları  və 

tikintinin  dəyəri  ilə  birlikdə  bütün  smeta 

normativləri  tikintidə  qiymət  qoyma  və  smeta 

normalaşdırma sistemini təşkil edir. Onların cəmi 

tikintidə  qiymətqoyma  və  smeta  normalaşdırma 

sisteminin 

smeta-normativ 

(normativ-

informasiya)  bazasını  təşkil  edir.  Sərbəst  (bazar) 

qiymətləri,  eyni  zamanda  istehsal-texniki  təyinat 

məhsulu  və  xidmətinə  nizamlanan  qiymət  və 

tariflər 

bu 

sistemə 


daxil 

edilmir. 

Smeta 

normativləri tikintinin dəyərinin təyin edilməsi ilə 



birbaşa əlaqəsi olan şərtlərə cavab verməlidir. 

 

SON  GƏLĐRLƏR



  –  ilkin  və  törəmə  (ikinci) 

gəlirlər  əsasında  formalaşan  və  iqtisadi  prosesin 

iştirakçıları  tərəfindən  son  istehlaka  və  yığıma 

istifadə edilən gəlirlərdir.  

Planlı  iqtisadiyyat  dövründə  tərtib  olunan    Xalq 

Təsərrüfatı Balansında (XTB) son gəlirlərə faktiki 

olaraq maddi nemətlərin istehlakı və yığılmasında 

istifadə  olunan  gəlirlər  daxil  edilirdi.  Onların 

kəmiyyəti  müəssisələr,  təşkilatlar,  idarələr  və 

əhali  üzrə  müəyyənləşdirilirdi.  Onların  hamısı 

yaradılmış  gəlirlərin  yenidən  bölüşdürülməsində 

iştirak 

edirdilər. 

Dövlət 

yalnız 


yenidən 

bölüşdürmə  prosesində  iştirak  edirdi  və  son 

gəlirlərə malik olmurdu.  

Milli Hesablar Sistemində  (MHS) isə son gəlirlər 

kateqoriyası 

sərəncamda 

olan 

gəlirlər 



kateqoriyasına  uyğun  gəlir.  Onlardan  əmtəə  və 

xidmətlərin  son  istehlakında  və  yığımda  istifadə 

edilir.  Milli  Hesablar  Sistemində  dövlət    yenidən 

bölüşdürmənin subyekti kimi, iqtisadiyyatın digər 

sektorları  ilə  yanaşı,  sərəncamda  olan  gəlirlərin 

sahibi  kimi  çıxış  edir.  Dövlətin  son  istehlakı 

bütövlükdə 

cəmiyyətə 

göstərilən 

kollektiv 

xidmətin dəyəri ilə ölçülür. 

 

SON  HƏDD  (LĐMĐT)  XƏRCLƏRĐ



  –  əldə 

edilmiş buraxılış həcmindən əlavə istehsal olunan 

məhsul  vahidinə  sərf  edilən  xərclərdir.  Đstehsalın 


 

591


ümumi  həcmindən  asılı  olaraq,  əsasən  son  hədd 

xərclərinin əyrisi U formaya malik olur. 

 

SON  ĐSTEHLAK

  –  ÜDM-dən  istifadəni 

xarakterizə  etdirən,  Milli  Hesablar  Sisteminin 

göstəricisidir. 

Özündə 


fərdi 

və 


kollektiv 

tələbatların ödənilməsi üçün nəzərdə tutulmuş mal 

və  xidmətlərin  dəyərini  əks  etdirir.  Mal  və 

xidmətlərin  son  istehlakı  ev  təsərrüfatlarının, 

dövlət 

idarəetmə 



orqanlarının 

və 


ev 

təsərrüfatlarına 

xidmət 

göstərən 



qeyri-

kommersiya  təşkilatlarının  son  istehlakını  əhatə 

edir.  

Son 


istehlak 

Milli 


Hesablar 

Sisteminin 

metodologiyası 

üzrə 


aşağıdakı 

kimi 


qiymətləndirilir:  1)  ev  təsərrüfatlarının  son 

istehlakı:  bazardan  alınmış  mallar  və  alıcıların 



qiyməti  ilə  xaricdən  hədiyyə  kimi  alınmış  oxşar 

mallar;  şəxsi  istehlak  üçün  istehsal  edilmiş  kənd 

təsərrüfatı  və  ərzaq  malları  və  əsas  qiymətlə 

işçilərin  əmək  haqqı  kimi  işverənlərdən  aldıqları 

mallar;  faktiki  ödəmə  ilə  -  ev  qulluqçularının 

əməyi;  2)  faktiki  cari  xərclər  üzrə  -  dövlət 

idarəetmə  orqanlarının  və  ev  təsərrüfatlarına 

xidmət  göstərən  qeyri-kommersiya  təşkilatlarının 

son istehlakı.  

 

SON ĐSTEHLAKA DÖVLƏT XƏRCLƏRĐ

  

–  həm  mal  və  xidmətlərin  şəxsi  istehlakına,  həm 



də  xidmətlərin  kollektiv  istehlakına  dövlət 

tərəfindən ödənilən şərti hesablanmış məsrəflər də 

daxil  edilməklə,  çəkilən  xərclərdir.  Bu  xərclər 

aşağıdakılara bölünə bilər: 

a)  mal  və  xidmətlərin  şəxsi  istehlakına  dövlət 

idarəetmə orqanlarının xərcləri; 

b)  xidmətlərin  kollektiv  istehlakına  dövlət 

idarəetmə orqanlarının xərcləri. 



 

SON MƏHSUL

 – (I) - bir qayda olaraq, makro 

səviyyədə  istehsalın  son  nəticəsini  xarakterizə 

edən  göstəricidir.  Ölkənin  son  məhsulu,  özündə 

müəyyən  dövr  ərzində  (adətən,  il  ərzində)  cari 

istehsal  istehlakına  daxil  olan  hissəni  çıxmaqla, 

müəssisə, 

təşkilat 

və 


idarələr 

tərəfindən 

yaradılmış  məhsulun  həcmini  əks  etdirir.  MHS-

nin  metodologiyasına  görə,  son  məhsul  özündə 



son istehlaka və ümumi kapital yığımına həmçinin 

onların  ixracında  istifadə  olunan,  istehsal  edilmiş 

mal və xidmətlərin dəyərini birləşdirir. 

(II)  –  emal  prosesi  tamamilə  başa  çatmış 

məhsuldur. 

Qeyd:  Belə  tərif  iqtisadi  fəaliyyət  növləri 

təsnifatının 

izahlarında 

verilmişdir. 

Digər 

kontekstlərdə bu termin başqa məna verə bilər. 



Download 17.41 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   147   148   149   150   151   152   153   154   ...   183




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling