Reyhan Mirzəzadə azərbaycançiliq və


Download 216 Kb.
Pdf ko'rish
bet1/55
Sana28.01.2018
Hajmi216 Kb.
#25476
  1   2   3   4   5   6   7   8   9   ...   55
25476

Reyhan  Mirzəzadə
AZƏRBAYCANÇILIQ VƏ 
VƏTƏNPƏRVƏRLİK MƏFKURƏSİ
-
Azərbayc-n  Respublikası  Prezidentinin 
işlor idarəsi
P R E Z İD E N T   K İTA B X A N A S I
Bakı -  ZPIff

REDAKTORU:  Musa Ələkbərli
Reyhan  Mirzəzadə  “Azərbaycançılıq  və  vətənpərvərlik 
məfkurəsi” Bakı. “Zərdabi LTD” 2016. 664 səh.
Publisist - politoloq Reyhan  Mirzəzadənin  imzası Azərbaycan 
ictimaiyyətinə yaxşı  tanışdır.  Onun  iyirmi  ildən  artıq  bir  müddətdə 
dövlətçilik,  ölkəşünaslıq,  İslam  dini,  uşaqların  tərbiyəsi,  respub­
likamızın  dünyanın  müxtəlif millətləri,  ölkələri  ilə  tarixi  və  müasir 
mədəni  əlaqələri,  dostluğu,  xalqların  tanınmış  simaları,  eləcə  də 
Azərbaycanın görkəmli  dövlət,  elm,  mədəniyyət  xadimlərinin  həyatı 
və  xidmətləri  haqqında  çoxsaylı  yazıların  müəllifidir.  Bu  yazı  və 
digər  tədqiqat  məqalələri  ölkə  mətbuatında  mütəmadi  dərc  olunub 
və 
dərc olunmaqda davam  edir.  Sayca müəllifin ikinci kitabı olan 
bu 
nəşrə  daxil edilən  materiallar  Reyhan  Mirzəzadənin yaradıcılıq fə a ­
liyyətindəki  yazılarının  bir  qismidir. Qeyd  olunan  mövzularla  bağlı 
müəllifin fəaliyyətinin digər nümunələri növbəti nəşrlər üçün nəzərdə 
tutulmuşdur.
470512049457
M   ------------------
0103-2016
© Reyhan  M irzəzadə,  2016
“Müstəqil  Azərbaycan  dövlətinin  əsas  ideyası  azər- 
baycançılıqdır.  Hər  bir  azərbaycanlı  öz  milli  mənsubiy­
yətinə,  mentalitetinə  görə  qürur  hissi  keçirməlidir  və  biz 
azərbaycançılığı - Azərbaycanın dilini,  mədəniyyətini,  milli
- mənəvi dəyərlərini,  adətlərini yaşatmalıyıq”.
“Xalqımız  böyük  xalqdır.  Böyük tarixə,  böyük  mədə­
niyyətə  malik  olan  xalqdır.  Bu  mədəniyyətimizi,  onun  qə­
dimliyini,  dünya  miqyasında  böyük  şöhrətə  malik  oldu­
ğunu  xalqımıza  nə  qədər  dərindən  anlatdıra  bilsək,  bir  o 
qədər  də  xalqımızda  vətənpərvərlik  hissini,  vətəndaşlıq 
hissini,  azərbaycançılıq  hissini yüksəldərik”.
HEYDƏR  ƏLİYEV 
Azərbaycanın  Ümummilli  Lideri
“Bizim  xaricdə  yaşayan  böyük  ailəmiz  vardır,  bu, 
azərbaycanlılardır.  Onlar  öz  doğma  Vətəninə  bağlı  olan 
adamlardır.  Bizi  fərqləndirən  əlamət  ondan  ibarətdir  ki, 
harada  yaşamağımızdan  asılı  olmayaraq,  öz  Vətənimizə 
bağlıyıq.  Bura  bizim  Vətənimizdir,  hamımızın  Vətənidir. 
Müstəqil  Azərbaycan  bütün  azərbaycanlıların  Vətənidir. 
Bizim  bir Vətənimiz var - Azərbaycan!  Bizim  bir dilimiz var
-  Azərbaycan  dili!  Bizim  ümumxalq  ideologiyamız  var- 
azərbaycançılıq  məfkurəsi!  Mən  arzu  edirəm  ki,  dünyada 
yaşayan  bütün  azərbaycanlılar  həmişə  bir yerdə  olsunlar. 
Həmişə  bilsinlər  ki,  onların  arxasında  güclü  Azərbaycan 
dövləti  dayanır və  onlar  hər zaman  Azərbaycan  dövlətinə 
arxalana  bilərlər”.
A zərbavcancılıa və vətənpərvərlik məfkurəsi
____ _
İLHAM  ƏLİYEV 
Azərbaycan  Respublikasının  Prezidenti, 
Silahlı  Qüvvələrin Ali  Baş  Komandanı
se>3 cz

NAXÇIVANDA YENİ  KİTABIN TƏQDİMATI
Bu  günlərdə  Naxçıvan  Dövlət  Universitetində  Mux­
tar Respublikanın  75  illik yubileyinə  hazırlıq tədbirləri  silsi­
ləsindən  bu  yurdda  anadan  olmuş Azərbaycan  Respubli­
kasının  Prezidenti  möhtərəm  Heydər  Əliyev  cənablarının 
30  illik  rəhbərliyi  dövründəki  həyat və  fəaliyyətindən  bəhs 
edən  “Azərbaycanı  dünyaya  saydıran  insan”  kitabının 
təqdimat mərasimi  keçirilmişdir.
Universitetin  rektoru,  professor  İsa  Həbibbəyli  məra­
simi  açaraq  qeyd  etmişdir  ki,  Reyhan  Mirzəzadənin  Nax­
çıvan  ictimaiyyətinə  təqdim  olunan  bu  kitabında  Heydər 
Əliyev  cənablarının  istər  1969-1987-ci  illərdə,  istərsə  də 
son  dövrlərdə  Azərbaycanın  imicini  beynəlxalq  aləmdə 
tanıtmaq,  yüksəltmək,  geniş  miqyasda  təbliğ  etmək,  elm, 
təhsil,  mədəniyyət,  səhiyyə,  rabitə,  radio  və  televiziya, 
iqtisadiyyat,  o  cümlədən  neft,  enerji  istehsalı,  kənd  təsər­
rüfatı,  meliorasiya,  qaz,  kimya,  yüngül  və  ağır  sənaye­
lərin,  avtomobil  və  dəmir yollarının,  körpülərin tikintilərinin 
inkişafı  istiqamətindəki  xidmətləri  dəlillər,  faktlar,  sübutlar 
və  sənədlər məzmunlu  bir publisist dillə təqdim  edilmişdir.
İsa  Həbibbəyli  qeyd  etmişdir  ki,  yüksək  poliqrafik 
nəşrlə  çap  olunmuş  kitab  hörmətli  Prezidentimizin  Azər­
baycana  rəhbərlik  etdiyi  30  illik  dövrün  həqiqi  salna­
məsidir.
Mərasimdə  iştirak  edən  yazıçı  -  jurnalist 
Zöhrə 
Əsgərova,  Naxçıvan  Dövlət  Universitetinin  prorektoru, 
tarix  elmləri  namizədi,  dosent  İsmayıl  Hacıyev,  fəlsəfə 
elmləri  namizədi  Məmməd  Rzayev,  Naxçıvanın  xalq  de­
putatı,  universitetin  "Qeyrət”  nəşriyyatının  direktoru  Vaqif 
Məmmədov,  Naxçıvan  Dövlət  Mərkəzi  Kitabxanasının  di­
rektoru,  yazıçı  Həsən  Elsevər,  Naxçıvan  Muxtar  Res­
publikası  Ali  Məclisi  sədrinin  birinci  müavini  Abutalıb
_________________Reyhan_Mirzəzadə___________________so4_ea'>__ ____________
Reyhan Mirzəzadə
________________
so4 ea
Qasımov  və  digər  natiqlər  çıxışlarında  qeyd  etmişlər  ki, 
tariximizin  ən  yeni  dövrü  görkəmli  siyasi  düha  -  Heydər 
Əliyevin  adı  ilə bağlıdır.  Bu  şəxsiyyətin  siyasi fəaliyyətinin 
bir qərinədən  artıq  dövrü  bilavasitə  müasir tariximizin  ən 
mühüm  hissəsidir.
Mərasimin  sonunda  müəllif  Reyhan  Mirzəzadə 
Naxçıvanın  bütün  rayonlarının  mərkəzi  kitabxana,  arxiv 
və  muzeylərinə,  o  cümlədən  Naxçıvan  Dövlət  Uni­
versitetinə  80 kitab hədiyyə etmişdir.
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
____
"Azərbaycan" qəzeti, 
28 fevral  1999-cu il.
so 5ca

AZƏRBAYCAN  PREZİDENTİ  HAQ QINDA KİTABA 
TÜRKİYƏDƏ BÖYÜK MARAQ
Jurnalist  -  publisist  Reyhan  Mirzəzadənin  respub­
likamızın  Prezidenti  Heydər  Əliyevə  həsr  etdiyi  “Azər­
baycam  dünyaya  saydıran  insan" kitabı  qardaş Türkiyədə 
böyük maraqla qarşılanmışdır.
Istanbullu  şair-jurnalist  Dursun  özdən  müəllifə  gön­
dərdiyi  məktubda  bildirir ki,  adı  çəkilən  kitab  barədə  yaz­
dığı  məqalələr,  o  cümlədən  “Oxuduqca  (100  kitab  -  100 
yazar  )  portretlər"  kitabında  dərc  etdirdiyi  geniş  məqalə 
türk  oxucuları  arasında  geniş  əks-səda  doğurmuşdur. 
Universitetlər,  elm  və  mədəniyyət  mərkəzləri,  kitabxana­
lar,  tələbələr tez-tez  müraciət  edərək  soruşurlar ki,  “Azər­
baycanı  dünyaya  saydıran  insan”  kitabını  necə  əldə  et­
mək olar?
Bunu  nəzərə alaraq,  D.özdən  kitabın Türkiyədə  bö­
yük tirajla  nəşri  məcələsini  qaldırır və  bu  barədə  müəllifin 
fikrini  öyrənmək  istədiyini vurğulayır.
_______________
Reyhan Mirzəzadə
________________
“AZƏRTAC” 
24 dekabr 2000-ci  il.
80
 6 caa
MƏKRLİ XƏYANƏTİN XRONİKASI
Bu  yaxınlarda  Moskvada,  “Türklər,  azərbaycanlılar, 
ermənilər:  tarixi  həqiqətin  “soyqırımı”  kitabı  rus  dilində 
nəşr olunmuşdur.  Kitabın  müəllifləri Azərbaycan  MEA-nın 
akademiki,  Milli  Məclisin  deputatı  Cəlal  Əliyev  və  aka­
demik  Budaq  Budaqov,  redaktoru  jurnalist  Reyhan 
Mirzəzadə,  naşiri  isə  Moskvada  çıxan  “Antaliya” qəzetinin 
baş  redaktoru,  şərqşünas,  Azərbaycan  ədəbiyyatının  gö­
zəl tərcüməçisi  Iqor Peçenevdir.
Ermənilərin  özgə  torpaqları  hesabına  dövlət  ya­
ratmaq  məqsədi  ilə əsrlər boyu  apardıqları  məkrli  siyasət 
diplomatiya tarixində və  elm aləmində müəyyən dərəcədə 
məlumdur.  Bu barədə xeyli kitablar da yazılmışdır. Amma 
çox  təəssüf  ki,  ümumən,  dünya  ictimaiyyəti  ermənilərin 
xislətindən  o  qədər  də. xəbərdar deyildir.  Əksinə,  dünya­
nın  hər yerində yayılmış ermənilər saxta,  lakin  mütəşəkkil 
və  məqsədyönlü  təbliğatları  nəticəsində  özləri  barədə 
“yazıq,  əzabkeş millət" təsəvvürü yarada  bilmişlər.
Son  illər  Azərbaycan  müəllifləri  də  bədnam  qonşu­
larımızın  xain  niyyətlərini  və  rəzil  əmələrini  ifşa  edən  bir 
sıra  kitablar  yazmışlar.  Lakin  akademiklər  Cəlal  Əliyevin 
və  Budaq  Budaqovun  adı  çəkilən  bu  kitabı  məzmunu  və 
məsələnin  şərhi  baxımından  digər  nəşrlərdən  yaxşı 
mənada  fərqlənir.  Burada  səslənən  fikirlər  müxtəlif  ölkə­
lərdə  nəşr  olunmuş  əsərlərdən  və  hətta  ermənilərin  öz­
lərinin  qələmindən  çıxmış  sənədlərdən  götürülmüş  fakt­
lara  əsaslanır.  Bu  baxımdan  erməni  millətçi  “Hnçaq”  Par­
tiyasının  müraciətnaməsinin  mətni  diqqəti  cəlb  edir. 
Həmin  müraciətnamə  erməniləri  bütün  vasitələrdən  isti­
fadə  edərək,  müstəqil  dövlət  yaratmaq  uğrunda  mübari­
zəyə  çağırır.  Ermənilər  Qafqazda,  Kiçik  Asiyada  gəlmə 
xalq  olduğuna  görə,  təbii  ki,  belə dövləti özgə torpağında
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
____
SO 7 03

yaratmaqdan  söhbət  gedə  bilərdi.  Kitabın  müəllifləri  bu 
fikri daha  da tutarlı  dəlillərlə əsaslandırmaq  üçün xıx əsrin 
sonunda  Fransanın  İstanbuldakı  səfirinin  Xarici  İşlər 
nazirinə  göndərdiyi  məktubdan  sitat  gətirirlər.  Hələ  1897- 
ci  ildə  dərc  olunmuş  həmin  məktubda  deyilir:“Müstəqil  Er­
mənistan  haqqında  düşünməyə  də dəyməz.  Əgər Avropa 
hansısa  ağlasığmaz  şərait  ucbatından  Ermənistan  yara­
dılmasını  təklif  edərdisə,  bu  yeni  dövlətin  hətta  sərhəd­
lərini belə göstərmək,  demək olar ki,  mümkün  olmazdı”.
Müəlliflər  erməni  təbliğatına  deyil,  vicdanlı  elmi 
araşdırmaların  nəticələrinə  əsaslanan  tədqiqatçıların 
əsərlərindən  gətirdikləri  konkret  faktlarla  bir  daha  sübut 
edirlər  ki,  tarixdə  “erməni  soyqırımı”  olmayıb,  əsl  soy­
qırımını  ermənilər  türklərə,  azərbaycanlılara  qarşı  törə­
diblər.  Son  illərdə  erməni  təbliğat  maşınının  yenidən  hə­
min  məsələ  ətrafında  ajiotaj  yaratdığını  nəzərə  alsaq,  bu 
barədə  əsl  həqiqəti  dünyanın  bilməsi  cox  vacibdir.  Bu 
baxımdan  Cəlal  Əliyev  və  Budaq  Budaqovun  kitabının 
böyük  əhəmiyyəti  var.  Cənab  Iqor  Peçenevin  AzərTac-ın 
müxbiri  ilə  söhbətində dediyi  kimi,  kitabın  ingilis  dilinə tər­
cüməsi onun daha  geniş  yayılmasına imkan verəcəkdir.
Kitabda  ermənilərin  azərbaycanlılara  qarşı  nankor- 
luğu,  zaman-zaman  xalqımızın  başına  gətirdikləri  müsi­
bətlər  və  nəhayət,  Dağlıq  Qarabağı  Azərbaycandan  qo­
parmaq  kimi  sərsəm  niyyətlə  başladıqları  münaqişənin, 
müharibənin  ağır  nəticələri  barədə  də  söhbət  gedir. 
Müəlliflər  belə  bir  cəhəti  də  vurğulayırlar  ki,  etnik  təmiz­
ləmə  ilə  kifayətlənməyən  ermənilər  1930-cu  illərdən  bəri 
Ermənistan  deyilən  ərazidə  15  mindən  cox  Azərbaycan 
coğrafi adlarını  da  planlı  şəkildə dəyişdirmişlər.
Akademiklər  Cəlal  Əliyev və  Budaq  Budaqovun  kita­
bını  oxuyarkən  belə  bir  qəti  qənaətə  gəlirsən  ki,  müasir 
dünyada  saxtakarlığın,  yalan,  böhtan  və  uydurmaların
__________________80_08_həqiqət_kimi_gələmə_verilməsi,_əsl_həqiqətin_isə_özünə'>Revhan Mirzəzadə
________________
80# 08
həqiqət  kimi  gələmə  verilməsi,  əsl  həqiqətin  isə  özünə 
çətinliklə  yol  açmasının  əsas  səbəbi  tarixi  faktlara,  ha­
disələrə  ikili  standartlarla,  qərəzli  yanaşmaqdan  irəli  gəlir. 
Bu  isə  olduqca  təhlükəlidir.  Çünki  cinayət  cəzasız  qal­
dıqca,  daha  cox  bəlalar  gətirir.  Ona  görə  də  ermənilərin 
cox  böyük  canfəşanlıqla  və  həyasızlıqla,  eyni  zamanda 
ustalıqla  yaydıqları  uydurmalar,  onların  saxta  təbliğatı 
qətiyyətlə  ifşa  olunmalı  və  gələcəkdə  daha  böyük  bə­
laların  baş  verməməsi  üçün  dünya  ictimaiyyəti,  nəhayət, 
erməni-daşnak  millətçiliyin  əsl  mahiyyətini  bilməlidir. 
Adı 
çəkilən kitab  bu  baxımdan cox dəyərlidir.
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi,
____
AZƏRTAC 
11  dekabr 2002-ci il
80 9 08

SAXTA SOYQIRIMINA TUTARLI CAVAB
Moskvada  “Türklər,  azərbaycanlılar,  ermənilər:  tarixi 
həqiqətin  “soyqırımı"  kitabı  rus  dilində  yenicə  nəşr  olu­
nub.  Kitabın  müəllifləri  Azərbaycan  Milli  Elmlər Akademi­
yasının  akademiki,  Milli  Məclisin  deputatı  Cəlal  Əliyev  və 
akademik  Budaq  Budaqovdur.  Erməni  millətçilərinə tutarlı 
cavab  olan  bu  kitabın  nəşri  ilə  bağlı  “Xalq"  Mətbuat  Mər­
kəzində mətbuat konfransı  keçirildi.
Mətbuat  konfransında  “Türklər,  azərbaycanlılar,  er­
mənilər:  tarixi  həqiqətin  “soyqırımı"  kitabının  redaktoru, 
jurnalist  Reyhan  Mirzəzadə  və  naşiri  Moskvada  çıxan 
“Antaliya”  qəzetinin  baş  redaktoru,  şərqşünas  alim  Iqor 
Peçenev  yeni  nəşr  haqqında  məlumat  verdilər.  Reyhan 
Mirzəzadə  qeyd  etdi  ki,  ermənilərin  məkrli  siyasəti  elm 
aləmində  məlumdur.  Onlar  özgə  torpaqlarının  hesabına 
dövlət yaratmağa  cəhd edirlər.  Təəssüf ki,  dünya  ictimaiy­
yəti  erməni  xislətindən  hali  deyil.  Onlar məkrli  xəyanətlə­
rindən  əl  çəkmirlər,  dünyanın  hər yerində  özləri  haqqında 
“yazıq  millət”  təsəvvürü  yaradırlar.  Ancaq  akademiklər 
Cəlal  Əliyevin və  Budaq  Budaqovun  haqqında  danışdığı­
mız kitabı  “yazıq  millət” in  iç üzünü açır.
R.  Mirzəzadə  bildirdi  ki,  erməni  məkrinə  cavab  olan 
çox kitablar işıq  üzü görüb.  Sonuncü  nəşr tamam fərqlidir. 
Burada  faktlar  geniş  şərh  olunur.  Bu  mənbədə  erməni 
soyqırımını  ifşa  edən  tədqiqatçıların  -  Castin  Makkarti, 
Karolin  Makkarti,  Erix  Fayql,  Ezzel  Kural  Şounun  əsər­
lərindən  sitat gətirilir.  Bu kitabı  rus dilinə  azərbaycanlıların 
yaxşı  tanıdığı  Iqor Peçenev tərcümə edib.  Kitabdan  yaxın 
vaxtlarda  inglis,  alman,  fransız,  azərbaycandilli  oxucular 
da  istifadə edə biləcəklər.
Şərqşünas,  türkoloq,  yazıçı,  tərcüməçi,  Rusiya 
Yazıçılar  ittifaqının  üzvü  Iqor  Peçenev  isə  kitabda  istinad
Reyhan Mirzəzadə
________________
s o
J O
c a
edilən  faktların  əhəmiyyətindən  danışdi.  O,  çıxışına  “dil 
ağrıyan  dişin  ətrafına  fırlanar”  -  atalar  sözü  ilə  başladı. 
Natiq fikrini  belə açıqladı  ki,  Dağlıq Qarabağ  problemi  hər 
bir azərbaycanlının, türkün ağrılı  yeridir.  Son vaxtlar çoxlu 
yazılar yazır,  kitablar çap  etdirirsiniz.  Həmin  materialların 
oxucusu  məhdud  saydadır.  Yaxşı  bilirsiniz  ki,  bu  kitabın 
rus  variantını  minlər,  milyonlar  oxuyacaq,  əsl  həqiqəti 
biləcəklər.  O, yeni işıq üzü görən kitabla  Rusiya  Federasi­
yasının  Prezidenti  Vladimir  Putinin  tanış  olduğunu,  rəyini 
bildirdiyini  də  xatırlatdı.  Iqor  Peçenev  çıxışının  sonunda 
belə dedi:
-  Ermənilərin  azərbaycanlılarla  davasının  tarixi 
böyükdür.  Dağlıq  Qarabağ  davası  da  qurtarmayıb.  Pre­
zidentiniz  Heydər  Əliyevin  səyi  ilə  atəşkəs  əldə  edilib. 
Hazırda  müharibə  informasiya  xarakteri  daşıyır,  informa­
siya  müharibəsində ermənilərin fəallığına  tez-tez  rast gə­
lirik.  Onlar faktları  təhrif edib  öz iddialarına  bəraət  qazan­
dırırlar.  Siz  real  faktlara  söykənib  həqiqəti  sübut  etmə­
lisiniz.
Mətbuat  konfransında 
kitabın 
məziyyətlərindən 
geniş  bəhs  edildi.  Sonda jurnalistlərin  çoxsaylı  suallarına 
ətraflı  cavablar verildi.
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
____
Şahin Əliyev 
“Xalq  qəzeti” 
18 dekabr 2002-ci  il
BD 11
 
0 3

MÜSTƏQİL ERMƏNİSTAN  HAQQINDA 
DÜŞÜNMƏYƏ  DƏYMƏZ
Fransanın  İstanbuldakı səfiri Xarici İşlər nazirinə yazdığı 
məktubda belə qeyd edib
Dünən  "Xalq"  qəzetinin  Mətbuat  Mərkəzində  bu 
yaxınlarda  Moskvada  rus  dilində  nəşr  olunmuş  “Türklər, 
azərbaycanlılar,  ermənilər:  tarixi  həqiqətin  “soyqırımı”  ki­
tabının  təqdimatı  ilə  bağlı  kütləvi  informasiya  vasitələri­
nin  nümayəndələri  üçün  mətbuat  konfransı  keçirildi.
Tədbiri giriş sözü  ilə  açan  kitabın  redaktoru, jurnalist 
Reyhan  Mirzəzadə  əvvəlcə  yenicə  çapdan  çıxmış  kitab 
haqqında  ətraflı  məlumat  verdi.  Bildirdi  ki,  kitabın  müəl­
lifləri  Azərbaycan  MEA-nın  akademiki,  Milli  Məclisin  de­
putatı  Cəlal  Əliyev  və  Budaq  Budaqov,  naşiri  isə  Mosk­
vada  çıxan  “Antaliya"  qəzetinin  baş  redaktoru,  türkoloq- 
şərqşünas,  Azərbaycan  ədəbiyyatı  nümunələrinin  əksə­
riyyətini  rus  dilinə  tərcümə  edən  Iqor  Peçenevdir.  R.  Mir- 
zəzadənin  sözlərinə  görə,  kitab  ilkin  variantda  10  min 
tirajla  çap  edilib.  Bundan  sonra  onun  ingilis,  alman,  fran­
sız  və  Azərbaycan  dillərində  nəşr  edilməsi  də  nəzərdə 
tutulub  ki,  hal-hazırda  bu  sahədə  işlər gedir.  Natiq  onu  da 
bildirdi  ki,  kitab  Kremldə  yüksək  qiymətləndirilməklə 
yanaşı,  Rusiya  rəhbərliyinin  böyük  marağına  səbəb olub.
Akademiklər Cəlal  Əliyevin və  Badaq  Budaqovun  bu 
kitabı  eyni  məzmunda  dərc  olunmuş  digər  kitablardan 
fərqi  və  özəlliyi,  burada  səslənən  fikirlərin  müxtəlif  ölkə­
lərdə  nəşr  olunmuş  əsərlərdən  və  hətta  ermənilərin  özlə­
rinin  qələmindən  çıxmış  sənədlərdən  götürülərək faktlara 
əsaslanmasıdir.  Bu  baxımdan  erməni  millətçi  "Hnçaq" 
Partiyasının  müraciətnaməsinin  mətni  diqqəti  cəlb  edir. 
Həmin  müraciətnamə  ermənilərin  bütün  vasitələrdən
_______________
Reyhan Mirzəzadə
________________
so/2ca
istifadə  edərək,  müstəqil  dövlət yaratmaq  uğrunda müba­
rizəyə  çağırır.  Ermənilər  Qafqaza,  Kiçik  Asiyaya  gəlmə 
xalq  olduğuna  görə,  təbii  ki,  belə  dövləti  yalnız  özgə top- 
rağında yaratmaqdan  söhbət gedə bilərdi.  Kitabın  müəllif­
ləri  bu  fikri  daha  da  tutarlı  dəlillərlə  əsaslandırmaq  üçün 
Xİx  əsrin  sonunda  Fransanın  istanbuldakı  səfirinin  Xarici 
işlər  nazirinə  göndərdiyi  məktubdan  sitat  gətirirlər.  Hələ 
1897-ci  ildə  dərc  olunmuş 
həmin  məktubda  deyilir: 
“Müstəqil  Ermənistan  haqqında  düşünməyə  də  dəyməz. 
Əgər  Avropa  hansısa  ağlasığmaz  şərait  ucbatından 
Ermənistanın yaradılmasını  təklif edərdisə,  bu yeni dövlə­
tin  hətta  sərhədlərini  belə  göstərmək  demək  olar  ki, 
mümkün  olmazdi”.
Müəlliflər  erməni  təbliğatına  deyil,  vicdanlı  elmi 
araşdırmaların  nəticələrinə  əsaslanan  tədqiqatçıların 
əsərlərindən  gətirdikləri  konkret  faktlarla  bir  daha  sübut 
edirlər  ki,  tarixdə  “erməni  soyqırımı”  olmayıb,  əsl  soyqırı­
mını  ermənilər türklərə,  azərbaycanlılara  qarşı  törədiblər. 
Son  illərdə  erməni  təbliğat  maşınının  yenidən  həmin  mə­
sələ  ətrafında  ajiotaj  yaratdığını  nəzərə  alsaq,  bu  barədə 
əsl  həqiqəti  dünyanın  bilməsi  çox  vacibdir.  Bu  baxımdan 
Cəlal  Əliyev  və  Budaq  Budaqovun  kitabının  böyük  əhə­
miyyəti var.
Kitabda  həmçinin, 
ermənilərin 
azərbaycanlılara 
qarşı 
nankorluğu, 
zaman-zaman  xalqımızın 
başına 
gətirdikləri  müsibət  və  nəhayət,  Dağlıq  Qarabağı  Azər­
baycandan  qoparmaq  kimi  sərsəm  niyyətlə  başladıqları 
münaqişənin,  müharibənin  ağır  nəticələri  barədə  söhbət 
gedir.  Müəlliflər  belə  bir  cəhəti  də  vurğulayırlar  ki,  etnik 
təmizləmə  ilə  kifayətlənməyən  ermənilər  1930-cu  illərdən 
bəri  Ermənistan  deyilən  ərazidə  15  mindən  cox  Azər­
baycan coğrafi adlarını  da planlı  şəkildə dəyişdirmişlər.
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
____
so 73 caa

Reyhan  Mirzəzadə  onu  da  əlavə  etdi  ki,  kitabın  so­
nunda  müəlliflər  Fransa  Prezidentinə  xitabən  ondan  bu 
məsələlər barəsində xəbəri  olub-olmadığını  soruşurlar.
Sonra  söz  kitabın  araya-ərsəyə  gəlməsində  böyük 
rolu  olan  Iqor  Peçenevə  verildi.  Kitab  haqqında  ürək  söz­
lərini  bildirən  natiqin  bir  deyimi  xüsusilə  diqqəti  cəlb  etdi: 
“Dil  həmişə  ağrıyan  dişin  ətrafında  fırlanar”,  ö lkə  başçısı 
Heydər  Əliyev  bütün  səfər  və  görüşlərində  birinci  növbə­
də  söhbət  açdığı,  önə  gətirdiyi,  daim  onu  narahat  edən 
ağrılı  məsələnin  Qarabağ  problemi  olmasını  bu  nümünə 
ilə  müqayisə  edən  Iqor  Peçenev  bir  daha  xatırlatdı  ki, 
Ermənistanla  Azərbaycan  arasında  elan  edilməmiş 
müharibə  davam  edir  və  biz  indi  onun  bir  mərhələsini 
yaşayırıq.  Atəşkəs  olsa  belə,  ermənilər daim  hazırlaşır və 
çox ciddi  işlər görürlər.
Sonda  onu  da  geyd  edək  ki,  türkoloq-şərqşünas 
Iqor  Peçenev  hal-hazırda  Xocalı  soyqırımı  ilə  bağlı  kitab 
üzərində  işləyir.
____  
Reyhan Mirzəzadə
________________
Zərnişan Ağaqızı 
“Yeni Azərbaycan" qəzeti, 
18  dekabr 2002-ci il
to  M ca
YALANÇI  ERMƏNİ TƏBLİĞATI İLƏ 
MÜBARİZƏYƏ XİDMƏT EDƏN 
FUNDAMENTAL ƏSƏR
Dünya  şöhrətli  alim,  akademik,  Milli  Məclisin  depu­
tatı  Cəlal  Əliyevin  və  akademik  Budaq  Budaqovun  "Türk­
lər,  azərbaycanlılar,  ermənilər:  tarixi  həqiqətin  “soyqırımı” 
kitabı  ermənilərin  Azərbaycana  qarşı  apardığı  təbliğat 
müharibəsi  ilə  mübarizədə  çox  böyük  əhəmiyyəti  olan 
fundamental əsərdir.
Yanvarın  17-də  Azərbaycan  Respublikasının  Prezi­
denti  yanında  Dövlət  idarəçilik  Akademiyasında  kitabın 
təqdimat mərasimi keçirilmişdir.
Akademiyanın  rektoru  professor Seyfəddin  Qəndilov 
təqdimat  mərasimi  iştirakçılarını,  o  cümlədən  xarici  ölkə­
lərin  səfirlərini  salamlayaraq  bildirdi  ki,  respublika  Prezi­
denti  Heydər  Əliyevin  “Azərbaycanlıların  soyqırımı  haq­
qında”  fərmanından  sonra  tarixi  həqiqətlərin  araşdırılıb 
dünya  ictimaiyyətinə  çatdırılmasında  müəyyən  irəliləyiş 
hiss  olunsa  da,  bu  iş  hələlik  lazımı  səviyyədə  deyildir. 
Ona  görə  də  tədqiqatçılar  dövlətimizin  başçısının  bu  sa­
hədə  qarşıya  qoyduğu  vəzifələri  lazımi  səviyyədə  yerinə 
yetirmək  üçün  daha  geniş  və  məqsədyönlü  araşdırmalar 
aparmalıdırlar.
Kitabın  müəlliflərindən  biri,  akademik  Budaq  Buda- 
qov  öz  çıxışında  1915-ci  il  qondarma  “erməni  soyqırı- 
m f’na  dair  iddiaların  əsassızlığını  konkret  faktlarla  açıq­
ladı.  Tarixi  faktlar  göstərir  ki,  həmin  dövrdə  2,5  milyona 
yaxın  azərbaycanlı,  türk  və  kürd  qətlə  yetirilmişdir,  öldü­
rülmüş  ermənilərin  sayı  isə  600  min  nəfərdir.  Hələ  bu 
rəqəmin  özü  də  şübhə  doğurur.  Alim  belə  bir  faktı  da 
xatırlatdı  ki,  Birinci  Dünya  müharibəsi  zamanı  ermənilər 
qarşıduran  tərəflərin  hər  ikisinə  məktublar  göndərərək,

Download 216 Kb.

Do'stlaringiz bilan baham:
  1   2   3   4   5   6   7   8   9   ...   55




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling