Sərbəst iş№1 Tələbə: İxtisas
Download 19.97 Kb.
|
1 2
Bog'liqS rb st i №1 T l b xtisas
- Bu sahifa navigatsiya:
- BAKU-2022 Elektrik ölçmə vasitələri
- Ölçmə xətaları
Azərbaycan Texniki Universiteti nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci Sərbəst iş№1 Tələbə: İxtisas: Rabitə qovşaqları və kommunikasiya sistemləri Qrup: RQ310A Kurs: lll Müəllim: Fənn: Elektrik ölçmələri və vasitələri Mövzu:Elektrik ölçmə vasitələri, ölçmə xətaları BAKU-2022 Elektrik ölçmə vasitələri: Ölçmə vasitələri ölçmədə istifadə olunan və normalaşdırılmış metroloji xarakteristikalara malik xüsusi texniki vasitələrdir. Təsnifatına görə ölçmə vasitələrinə aşağıdakılar daxildir: 1. Ölçülər – fiziki kəmiyyətin müəyyən qiymətini özündə əks etdirən ölçmə vasitəsidir. Ölçülər bir qiymətli, çoxqiymətli və ölçü dəstinə bölünürlər. Birqiymətli ölçü fiziki kəmiyyətin vahid ölçüsünü əks etdirir. Ölçmə zamanı eyni kəmiyyəti müxtəlif üsullarla ölçdükdə eyni qiymət alınmalıdır. Çoxqiymətli ölçü eyni adlı fiziki kəmiyyətin müxtəlif ölçüsünü əks etdirir. Çoxqiymətli ölçülərə dəyişən tutumlu kondensatoru misal göstərmək olar. Ölçü dəsti eyni adlı bir sıra müxtəlif ölçülü kəmiyyətləri təcəssüm etdirən xüsusi ölçülər komplektindən ibarətdir. Ölçü dəsti ölçmə texnikasında geniş yayılmışdır. Buna misal olaraq müqavimətlər mağazasını, tutumlar mağazasını göstərmək olar. 2. Elektrik ölçmə çihazları - müşahidəçinin bilavasitə qəbul edə bildiyi formada ölçmə informasiyası yaradan elektrik ölçmə vasitələrinə deyilir. Ölçmə cihazlarının göstərişi ölcülən kəmiyyətin vahidi ilə ifadə olunur. Ölçmə cihazları analoq və rəqəm ölçmə cihazlarına bölünür. 3. Ölçmə çeviriciləri – sonradan çevirmək, ötürmək, işləmək və yadda saxlamaq üçün münasib formada ölçmə informasiya siqnalı hasil edən ölçmə vasitələridir. Elektrik kəmiyyətlərini qeyri - elektrik kəmiyyətlərinə çevirən və qeyri - elektrik kəmiyyətlərini elektrik kəmiyyətlərinə çevirən olmaqla iki qrupa bölünürlər. 4. Elektrik ölçmə qurğuları – ölçməni səmərəli təşkil etmək üçün ölçmə vasitələri və köməkçi qurğuların funksional və konstruktiv cəhətdən birləşmiş cəminə deyilir. 5. İnformasiya ölçmə sistemləri - hər hansı bir informasiyanı avtomatik qəbul edib onu rabitə kanalı vasitəsilə ötürərək lazimi vasitələrdə təsvir olunması sistemlərinə deyilir. Ölçmə xətaları: Fiziki kəmiyyətin ölçülməsi nəticəsində onun təyin olunan qiyməti kəmiyyətin əsl qiymətindən həmişə fərqlənir. Həmin fərq ölçmə xətası olub, ölçmə prosesinə və nəticəsinə təsir edən müxtəlif faktorların və mənfi amillərin səbəbindən yaranır. İfadə edilmə üsuluna görə ölçmə nəticələrinin xətaları mütləq və nisbi olurlar. Mütləq xəta – ölçmə nəticəsində alınan qiymətdən ölçülən kəmiyyətin əsl qiymətinin fərqinə deyilir və aşağıdakı düsturla ifadə olunur: ΔA = Aölç ─ Aəsl Burada ΔA - mütləq xəta, Aölç - çıhazın göstərmiş olduğu nəticə, Aəsl - kəmiyyətin əsl qiymətidir. Mütləq xəta ölçülən kəmiyyətin vahidi ilə ifadə olunur. Ölçülən kəmiyyətin əsl qiyməti məlum olmadıqda ”həqiqi qiymət” terminindən istifadə olunur. Belə qiymət kimi ölçmə vasitələrinin köməyilə müəyyən oluna bilən qiymət q əbul edilir. Mütləq xətanın ölçülən kəmiyyətin həqiqi qiymətinə olan nisbətinin faizlə ifadəsinə nisbi xəta deyilir: Ölçmə nəticəsi həqiqi qiymətdən artıq alınarsa xəta müsbət, əks halda isə xəta mənfi olur. Ölçmənin xətasını azaltmaq məqsədilə eyni bir kəmiyyət bir neçə dəfə ölçülür. Alınan nəticələr cədvəldə qeyd olunur. Ölçülən kəmiyyətin həqiqi qiyməti kimi ölçmənin orta qiymətini götürmək olar. Kəmiyyətin orta qiyməti ölçmələrdən alınan nəticələrin cəminin bu ölçmələrin sayına olan nisbətidir. Bu aşağıdakı formula ilə təyin olunur: Burada: n - ölçmələrin aparılma sayı; Ai –ölçmələrdən alınan nəticələrdir. Download 19.97 Kb. Do'stlaringiz bilan baham: |
1 2
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling