Şərqi Sudan tarixi Misir və Həbəşistan xalqlarının tarixi ilə sıx bağlıdır. E.ə IV-III minilliklərdə hökmdarlar Nubiyaya fil sümüyü, qızıl, qullar, heyvan dəriləri
Download 15.92 Kb.
|
Şərqi Sudan
Şərqi Sudan Şərqi Sudan tarixi Misir və Həbəşistan xalqlarının tarixi ilə sıx bağlıdır.E.ə IV-III minilliklərdə hökmdarlar Nubiyaya fil sümüyü , qızıl, qullar, heyvan dəriləri. ətir, starus lələkləri əldə etmək üçün ekspedisyalar təşkil edirdilər. IVsülalənin hökmdarı Snofru dövrün yazılarında Nubiyadan 7 min qul gətirdiyini yazmışdır.Onlara misirlilər “nexsi” deyirdilər. XVIII sülalənin hökmdarları ( 1580-1350) Nubiyanı ələ keçirdilər və buranı Misir canişini idarə etdi.Nubiyda Misir mədəniyyəti; dil, yazı, memarlıq, din yayılır. E.ə XIIəsrdə Nubiyada müstəqil dövlətlər meydana gəlir. Napat quldar dövləti. Napatda qızıl mədənlərində, əkin sahələrində minlərlə qul çalışırdı.E.ə. 840-cı ildə Napat hökmdarları Memfis şəhərinə qədər bütün yuxarı Misiri işğal etmişdilər.Sonra bütün Nil vadisini işğal etmişdilər. Lakin çox keçməmiş əldə etdikləri əraziləri itirmişlər və paytaxt Napat şəhərini Meroye şəhərinə köçürmüşlər,yəni Nil çayının 6-ci astanasından yuxarı .Meroye dövlətinin çiçəklənmə dövrü e.ə. I-IIIəsrlərə təsadüf edir. O Misir, Kanım və Aksum dövlətlərinə gedən ticarət yollarının mərkəzi olur. Bu dövrdə kənd təsərrüfatı,sənətkarlıq, xüsusilə toxuculuq intensive inkişaf edir. Meroye mədəniyyətinin Misir mədəniyyəti ilə fərqli cəhətləri var.Beləki onlar əlifba yazısı yaratmışlar. Meroye uzun müddət köçəri beca tayfaları ilə müharibələr aparmışlar.Eramızın 24-cü ilində Nepata romalılar soxulublar.Eramızın 350-ci ilində Aksum hökmdarı Eyzan Meroye dövlətini işğal etmiş və talamışdır.Eramızın VI əsrində xristianlıq Nubiyada yayılmağa başlayır.VII əsrdə buraya gəlmiş ərəblərin bir hissəsi Aksumda qərarlaşır digər hissəsi isə Kordofan və Darfura miqrasiya edir.VII-IX əsrlərdə ərəblər Şərqi Afrikadan köç edirdilər. XIII əsrdə isə ərəblər tamamilə Nubiyanı tabe edirlər, bundan sonra İslam yayılmağa başladı XV əsrdə xristianlığı sıxışdırıb aradan çıxardı. Lakin indinin özündə belə ərəb dilinin geniş yayılmasına baxmayaraq beccalar və bərbərlər arasında doğma dillərindən istifadə olunur.XIX əarin əsrin astanasında Şərqi Sudanda iki qüdrətli sultanlıq mövcud idi.Qərbdə Darfur, Şərqdə Sennar. Əvvəl müstəqil olmuş Kordofan sultanlığı Darfur sultanlığının idarəçiliyi altına düşmüşdür. Darfur sultanlığında kotan əkinçiliyi ,çəltik, darı, buğda,bostan bitkiləri ,iribuynuzlu mal-qara,davar yetişdirirdilər.Darfurun avtoxton əhalisi zənci irqinə mənsub olan darqo tayfasıidi.Darfurun çoxsaylı sultanlarından ən tanınmışı 1596-1637-ci illərdə ölkəni idarə etmiş Süleyman Solonq olmuşdur.Oğlu Musa 1637-1682-ci illərdə hakimiyyətdə olmuşdur.XIX əsrin 70-ci illərində Darfur sultanlığının sərhədləri Kordofan sultanlığını da əhatə edirdi. XVI-XVII əsrlərdə Darfura bəni-hilal ərəbləri gəlmişlər.XIX əsrin ortalarında artıq bütün əhali ərəb dilinə keçmişdir.Darfur qonşu ölkələrlə sıx ticarət əlaqələri yaratmışdır.Misirdən (Asyut) qullar,fil sümüyü, emu (dəvəquşu) lələkləri gətirilir. Darfurdan silah, qiymətli əşyalar aparılırdı. Qullar əkin sahələrinə, mallara qulluq edir, Darfur sultanlığının qoşunlarında xidmət edirdi. Əyalətlərdə sultanın qohumları rəhbərlik edirdi.Bütün əhali xəzinəyə vergi verirdi.Qurani-Kərim qanunları tətbiq edilirdi . XVII əsrdə İslam dini dövlət dini səviyyəsinə yüksəldi. Download 15.92 Kb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling