Somatik sinir sistemi


Download 18.77 Kb.
Sana04.04.2023
Hajmi18.77 Kb.
#1326186
Bog'liq
Mövzu 12-1


Somatik sinir sistemi.
Mövzu 12
Sinir sistemi quruluş və vəzifə cəhətcə şərti olaraq iki əsas heyvan və bitki hissələrinə müvafiq olaraq iki şöbəyə bölünür:
Somatik (lat. soma-bədən deməkdir) ya animal (heyvani) və vegetativ ya bitki sinir sistemi.
Somatik sinir sistemi eninə zolaqlı skelet əzələlərini və bir qısım daxili üzvlərin ( dil, damaq, dalaq və qıda borusunun yuxarı hissəsi) əzələlərini innervasiya edir və duyğu üzvləri vasitəsi ilə insan orqanizmini xarici mühitlə rabitə saxlayır.
Vegetativ sinir sistemi daxili üzvləri (həzm tənəffüs, sidik-cinsiyyət aparatlarının), vəziləri, dərinin saya əzələlərini, ürəyi və damarları innervasiya edir. Bu sistem eyni zamanda skelet əzələlərini və təchiz edir, onların tonusunu nizama salır, bütün üzvlərin qidalanmasını təmin edir.
Somatik və vegetativ sinir sistemi bir-birini qarşılıqlı tamamlayan, vəhdətdə olan və birlikdə fəaliyyət göstərən bir mexanizm kimi başa düşülmməlidir, çünki onların ümumi fəaliyyəti orqanizmin bütünlüklə idarə olunması təmin edərək, onun daim dəyişməkdə olan mühit şəraitinə uyğunlaşması səbəb olur.
Bədənin ümumi vəziyyətinin və hərəkətlərin tənzimi üçün cavabdeh olan törəmələr mərkəzi sinir sisteminin ən müxtəlif şöbələrində onurğa beyindən başlayaraq, beyin yarımkürələri daxil olmaqla, bütün hissələrdə yerləşmişdir. Hərəkətlərin daha incə tənzimi üçün bütün müvafiq beyin mərkəzlərinin əlaqəli fəaliyyəti zəruridir, çünki hərəkətləri nizamlayan sinir mərkəzləri perefirik sinir aparatları və işçi orqanlarla funksional əlaqədə olur və bu məqsədə uyğun hərəki mərkəzləri arasında sıx funksional əlaqə vardır. Hərəkətlərin düzqün icrası üçün müvafiq sinir mərkəzləri hər an bədənin vəziyyəti və əzələ fəaliyyəti haqqında periferik hissi aparatlar vasitəsilə əks rabitə mexanizmi əsasında məlumat almalıdır. Bu halda bəzi sensor informasiyalar (məsələn: görmə, lamisə hissələri və s.) müəyyən hərəkətlərin icrası zamanı daxıl ola bilər. Hər hansı bir hərəkətin, o cümlədən bədənin vəziyyəti və müvazinətini təmin edən hərəkətlərin həyata keçirilməsi üçün ən müxtəlif sensor siqnallar zəruridir. Əzələ-oynaq, vətər-bağ, dəri, eşitmə, görmə, dad, qorxu və hətta daxili reseptorlarının verdiyi siqnallar skelet əzələlərinin fəaliyyəti üçün xüsusi əhəmiyyət kəsb edir.
Skelet əzələləri bədənin və onun hissələrinin hərəkətlərini bilavasitə təmin edən işçi orqanlardır. İnsan və heyvan orqanzimində müxtəlif formalı və funksiyalı əzələ qrupları mövcuddur. Skelet əzələləri öz quruluşuna görə eninə- zolaqlı əzələlərdir. Hər əzələ çoxlu miqdarda əzələ hüceyrələrindən və ya əzələ liflərindən təşkil olunmuşdur.
Əzələ hüceyrələrinin membran səthi hissi və hərəki sinir ucları vasitəsi sinir-əzələ sinapsları ( sinir-əzələ lövhələri) əmələ qətirir.
Əzələ lifləri, adətən onları innervasiya edən neyronlardan sinir-əzələ sinansı vasitəsilə təsir potensialları aldıqda oyanır. Bu zaman əzələ lifinin membranında təsir potensialı yananır ki, o da əzələ lifini oyadır. Əzələ iylərinə sinir lifləri və kapillarlar daxil olur. Bura eyni zamanda afferent və efferent lifləri gəlir. Əzələ lifində 2 cür afferent şaxələr- birinci və ikinci hissi uclar vardır. Birinci hissi sinir ucu ancaq bir əzələ lifini innervarsiya edir, ikincili isə eyni zamanda bir necə liflə əlaqədardır.
Vegetativ sinir sisteminin refleks qövsü hissi { afferent, sensor), assosiativ (qondarma) və effektor (eferent) şöbələrdən təşkil olunmuşdur. Hissi şöbə onurğa beyni hüceyrədən və ya periferik qanqlionnar neyronlardan təşkil olunmuşdur.
Vegetativ sinir sistemi neyronların iştraki ilə yaranan reflekslərə vegetativ reflekslər deyilir. Vegetativ sinir sisteminin bir sira özünəməxsus xüsusiyyətləri vardır.

  • oyanıcılığı azdır;

  • funksional labilliyi aşağıdır;

  • oyanmanın naqılolma sürəti azdır;

  • qanqilionlarda oyanmaların zamana və məkana görə toplanması müşahidə olunur.

Vegetativ sinir sisteminin təncimləyici funksiyaları əsasən kimyəvi mediator və reseptor mexanizmlərin hesabına yerinə yetirilir.
Download 18.77 Kb.

Do'stlaringiz bilan baham:




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling