Suyu ağzı hermetik bağlanan artezian quyuları daha yaxşı qoruyur


Download 16.75 Kb.
Sana04.01.2023
Hajmi16.75 Kb.
#1077190
Bog'liq
Zəhərlənmiş yeyinti məhsulları


Zəhərlənmiş yeyinti məhsulları, yem və su adamların və heyvanların kütləvi zəhərlənmələri üçün mənbə ola bilər. Buna görə də göstərilənlərin kütləvi zəhərlənmə vasitələrindən mühafizəsinin təşkili-müvafiq xidmət dəstələrinin, yeyinti sənayesi müəssisələrinin ən mühüm vəzifəsidir. Ərzaq məhsullarının, suyun və yemin mühafizə edilməsi zəhərləndikdən sonra onları zərərsizləşdirməkdən asandır.
Ərzaq məhsullarının mühafizəsi, onların xarici mühitdən ayrılmasındadır. Yeyintinin mühafizə üsulları, onun həcmindən və saxlanma şəraitindən asılıdır.
Birinci dərəcəli mühafizə tədbirlərinə ərzaq və yem ehtiyatının seyrədilməsi, onların mümkün ola bilən nüvə basqını obyektlərindən uzaqda yerləşdirilməsi, ərzaq saxlamaq üçün yararlı olan zirzəmilərdən istifadə edilməsi və sığınacaqların, mühüm anbarların, soyuducuların və müxtəlif anbarların hazırlanması və avadanlıqla təchiz edilməsi, yanğın təhlükəsizliyinin gözlənilməsi, ərzaq məhsulları saxlanan rayonlarda radiasiya, kimyəvi və bakterioloji kəşfiyyat aparılması daxildir..
Yeyinti məhsullarını və yemi qəfəslərdə saxlayırlar. Qalaq şəklində yığılmış məhsulun üstünü brezentlə örtürlər. Yeyinti məhsullarını və dənli yemi açıq yerlərdə saxladıqda üzərini polietilən pərdə,örtürlər.
Suyun qorunması ərzağın qorunması kimi çətindir. Su kəməri olan şəhərlərdə hermetik qapalı borularda saxlanılmaqla zəhərlənmədən qorunur. Lakin, su yığım yerlərindən kəmərə axanda zəhərlənə bilər. Buna görə də nasos stansiyalarında suyun zəhərsizləşdirilməsi üçün qurğular vardır.
Su kəməri olmayan yaşayış məntəqələrində yerli su təchizat mənbələrinin, artezian quyularının, buruq quyularının, şaxta quyularının, rezervuarların və fərdi su ehtiyatlarının qorunmasına xüsusi diqqət yetirilir.
Suyu ağzı hermetik bağlanan artezian quyuları daha yaxşı qoruyur.
Yeyinti məhsullarının, yemin və suyun əsas zərərsizləşdirilməsi üsulları – dezaktivasiya, deqazasiya və dezinfeksiyadır.
Yeyinti məhsullarını və yemi dezaktivasiya etməzdən əvvəl onların radioaktiv maddələrlə zəhərlənmə dərəcəsini müəyyənləşdirirlər. Əgər zəhərlənmə yolverilən normadan artıqdırsa, onda yeyinti məhsulunu və yemi dezaktivasiya, yaxud öz-özünə dezaktivasiya edirlər. Zəhərlənmə yolverilən normadan aşağıda olduqda isə onları dəqiq dozimetrik yoxlamadan keçirdikdən sonra istifadə etmək olar.
Zəhərlənmiş ət məhsullarını (mal, qoyun və donuz ətini) bişirdikdə 1-ci 20-25 dəqiqədə radioaktivliyin təxminən 50%-i ətin suyuna keçir. Sonrakı qaynama praktik olaraq effekt vermir.
Südü emal etdikdə radioaktiv izotroplar emal məhsuluna qeyri-bərabər keçir. Südün daha tam təmizlənməsi üçün süd zavodlarından quraşdırılan xüsusi iondəyişən süzgəclərdən istifadə edirlər.
Zəhərlənmiş ərazidə yetişdirilmiş kartofu təmizlədikdə onun radioaktivliyi 2 dəfə azalır. Şəkər çuğundurunu işləyib emal etdikdə radioaktiv maddələrin əsas hissəsi çuğundur puçalının içərisində qalır. Qənd isə praktik olaraq həmin maddələrdən azad olur.
Miqdarından, sığınacaqların növündən, zəhərlənmə xarakteri və dərəcəsindən asılı olaraq yemi də dezaktivasiya edir, yaxud öz-özünə dezaktivasiya olunmaq üçün saxlayırlar.
Suyu müxtəlif üsullarla dezaktivasiya edirlər: çökdürməklə, süzməklə və distillə etməklə. Təbii ionitləri – gili, permutiti, qaratorpağı – su ilə dolu qaba tökür və yaxşıca qarışdıraraq çökməsini gözləyirlər. Çökdükdən sonra üst təmiz su qatı 50-70% və daha artıq stronsium – 90 və digər radioaktiv izotroplardan təmizlənmiş olur.
Download 16.75 Kb.

Do'stlaringiz bilan baham:




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling