Yeni Yazarlar və Sənətçilər Qurumu
Download 3.88 Mb. Pdf ko'rish
|
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
Yeni Yazarlar və Sənətçilər Qurumu – www.kitabxana.net – Milli Virtual Kitabxana 89
Səviyyə 3: Vətəndaş cəmivvəti. Bu, dövlətdən ayrı olan və demokratik siyasi institutların əsasını təşkil edən, öz-özünə törəyən sosial strukturlar padşahlığıdır. Bu strukturlar siyasi institutlardan da ləng təşəkkül tapır. Onlar dövlət siyasəti tərəfindən daha az manipulyasiya edilə bilirlər və çox vaxt dövlət hakimiyyət orqanlarından əks asılılıqda olurlar: dövlət geri çəkildikcə güclənirlər və ya əksinə. Bu yaxınlara qədər vətəndaş cəmiyyəti çox nadir hallarda təhlil predmetinə çevrilirdi. Qərbdə çox vaxt onu modernləşmənin qaçılmaz yol yoldaşı kimi təbii bir hal kimi qəbul edirdilər, Şərqdə isə marksistlər onu saxta bir şey kimi inkar edirdilər. Vətəndaş cəmiyyəti kommunizmin süqutundan sonra yenidən dəbə mindi. Çünki, etiraf olundu ki, post-totalitar cəmiyyətlər, stabil demokratik institutların meydana gəlməsinin məcburi ilkin şərti olan sosial strukturlar sarıdan xüsusilə kasaddır. Son iyirmi il ərzində həmin təhlil səviyyəsində politologiya sahəsində böyuk həcmdə maraqlı işlər görülmüşdür və bunun da nəticəsində müasir vətəndaş cəmiyyətinin demokratik institutlara münasibətinin təsviri üçün zəngin taksanomiya və dil işlənib hazırlanmışdır. Səviyyə 4: Mədəniyyət. Bu, ən dərin səviyyə, öziində ailə strukturu, din, mənəvi dəyərlər, etnik şüur, "vətəndaşlıq" və partikulyarist tarixi ənənələr kimi təzahürləri əks etdirir. Demokratik institutlar sağlam vətəndaş cəmiyyəti üzərində qurulduğu kimi, vətəndaş cəmiyyəti də, öz növbəsində, mədəniyyət səviyyəsində öz sələflərinə və ilkin şərtlərinə malikdir. Mədəniyyəti ənənə vasitəsilə ötürülən arasional etik vərdiş kimi müəyyən etmək olar. O, tez təsir altına düşə bilsə də və digər üç üst səviyyədə baş verən hadisələrin təsiri altında öz şəklini asanlıqla dəyişsə də, yalnız ən ləng dəyişikliklərə meyllidir. Təhlil baxımından bu, sosiaologiya və antropologiya sferasıdır. Politologiya sahəsində mədəniyyət səviyyəsi və bu səviyyənin vətəndaş cəmiyyətinə təsiri ilə bağlı araşdırmalar vətəndaş cəmiyyəti ilə bağlı araşdırmalarla müqayisədə çox az aparılmışdır. Samuel P.Xantinqtonun demokratiyaya keçidin "üçüncü dalğası" adlandırdığı şey bir çox cəhətdən birinci səviyyə - yəni, ideologiya səviyyəsi səbəbindən doğmuşdur. Legitimliyin qavranılması bu və ya digər səbəbdən 70-ci illərin sonlarında və 80-cı illərdə sürətlə və ciddi şəkildə müsbət dəyişikliklərə uğramağa başladı və bu da, məsələn, ona gətirib çıxardı ki, bazar iqtisadiyyatına meyl göstərən maliyyə nazirləri Latın Amreikasında hakimiyyətə gəldilər, keçmiş kommunist dünyasında demokratiya tərəfdarı hərəkatlar meydana çıxdı və həm sağda, həm də solda avtoritarizm tərəfdarları ümumən ruh düşgünlüyünə uğradılar. İdeologiyadakı bu cür dəyişikliklər ikinci səviyyədə, yəni institutlar səviyyəində böyük dəyişikliklər baş verməsini sürətləndirdi və məsələn, "qradualizmlə" "şok terapiyası" arasında, "əwəlcə iqtisadi islahatlar" və "əwəlcə demokratiya" tezisləri arasında seçim zamanı olduğu kimi daha münasib strategiyalar barədə çoxsaylı debatlar doğurdu. İnstitutsional möhkəmlənmə prosesi başa çatmaqdan hələ çox uzaq olsa da, 80-ci illərin inqilablarının baş verdiyi biitiin regionlarda həmin səviyyədə xeyli nailiyyətlər əldə edilmişdir. Üçüncü səviyyədə, yəni vətəndaş cəmiyyəti səviyyəsində dəyişikliklər xeyli ləng baş verdi. Bax burada, dəyişikliklərin tempi açıq-aşkar xeyli dərəcədə dördüncü səviyyənin - “Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
Yeni Yazarlar və Sənətçilər Qurumu – www.kitabxana.net – Milli Virtual Kitabxana 90
mədəniyyət səviyyəsinin xarakteristikalarından asılı olur. Vətəndaş cəmiyyəti Polşa, Macarıstan, Çex Respublikası və Baltikyanı ölkələrdə nisbətən daha sürətlə meydana gəldi, çünki burada güclü alternativ elitalar var idi və onlar, həm də, köhnə kommunist elitasını bir kənara atmağa hazır idi. Sağlam özəl sektorun meydana çıxması ilə bu ölkələrdə iqtisadi böhranın daha da dərinləşməsinə son qoyuldu, siyasi həyat isə tanış Qərbi Avropa nümunələrinə doğru irəliləməyə başladı. Vətəndaş cəmiyyəti Belarus, Ukrayna və Rusiyada daha ağır əzab-əziyyətlə doğuldu: bu ölkələr yeni (bəzən isə çox da yeni olmayan) institutlardakı boş vəzifələri doldurarkən köhnə kommunist elitalarından hələ xeyli dərəcədə asılı idi. Bu fərqləri mədəniyyətə qədərki səviyyədə izləmək mümkündür. Üçüncü və dördüncü səviyyələr arasında qarşılıqlı təsirin spesifik mexanizmlərinin izahı demokratikləşmə prosesinin gələcək tədqiqatçılarının əsas vəzifəsi olacaqdır. Qətiyyətlə demək olar ki, son dörd və ya beş il ərzində dünyanın hər yerində "üçüncü dalğa"nın" tənəzzülə uğramasının müşahidə edilməsi, bu dörd səviyyədə baş verən dəyişikliklərin tempindəki fərqlərlə izah olunur. Normativ düşüncələrdə, demək olar ki, bir an içərisində baş verən dəyişikliklərin doğurduğu böyük ümidlər, ardıcıl olaraq daha dərin səviyyələrdə dəyişikliklərə qarşı müşahidə edilən böyük müqavimətlər nəticəsində özünü doğrultmadı. Bəzi ölkələrdə bu müqavimət demokratiyaya doğru irəliləyişi, hələ bu institutların yaranma imkanı meydana çıxmamışdan əwəl yerində saymağa məcbur etdi. Ümidlə reallıq arasındakı uçurum digər ölkələrdə institutların möhkəmlənməsi nəticəsində əldə edilən əsl tərəqqini təhdid etməyə başladı, çiinki o, demokratik inqilabların əsasını təşkil edən normativ düşüncələrə nüfuz edirdi. Liberal demokratiyanın gələcəkdə üzləşməli olacağı əsas çətinliklərə, çox güman ki, üçüncü və xüsusilə də dördüncü səviyyədə rast gəlinəcəkdir. Hazırda birinci və ikinci səviyyələrdə böyük fərqlər mövcud deyil: mümkün ideoloji rəqiblərin adını çəkmək çox çətindir və hansısa entuziazm doğura biləcək alternativ institutların sayı olduqca azdır. Bu səviyyələrdə mübahisələr marginal xarakter daşıyır, çünki bu zaman yalnız ümumi rifah dövlətinin imkanlarını necə genişləndirmək və yaxud məhdudlaşdırmaq, prezident idarəçiliyinin parlament idarəçiliyindən üstünlükləri və s. kimi məsələlər müzakirə olunur. Əslində, mən, hətta bunu təsdiqləməyə cəsarət edərdim ki, institutlar səviyyəsində sosial quruculuq daşdan tikilmiş möhkəm divara dirənmişdir. Ötən yüzilliyin təcrübəsi demokratik dövlətlərə əyani surətdə göstərmişdir ki, institutların iddialı şəkildə yenidən qurulması çox vaxt nəyisə həll etmək əvəzinə böyük gözlənilməz problemlər törədir. Əksinə, müasir demokratik dövlətlərin həyat keyfiyyətlərinə təsir göstərən real çətinliklər sosial və mədəni normadan yayınmalara aiddir: görünür onlar institutsional qərarların imkanları xaricində qalırlar, deməli, dövlət siyasətinin də imkanları xaricindədir. Belə olan halda, mədəniyyət məsələsi dərhal önə çıxır.
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
Yeni Yazarlar və Sənətçilər Qurumu – www.kitabxana.net – Milli Virtual Kitabxana 91
DEMOKRATİYANIN RƏQİBLƏRİ
Demokratiyanın ən aşkar sistematik rəqiblərindən biri sürətlə qüwə toplayır və deyəsən doğma ərazisində belə ona meydan oxumaq iqtidarındadır. Bu yeganə ciddi rəqib -Asiya avtoritarizminin paternalist formasıdır. Digər güman edilən mümkün rəqiblər isə: 1) ifrat millətçilik və ya faşizm; 2) islam; 3) dirçəlmiş neobolşevizmdir. Bu son üç hərəkatın hər biri ümumdünya miqyasında ideoloji hərəkata çevilməyə cəhd göstərərkən ciddi çətinliklərlə üzləşirlər. Nəzərə çarpan odur ki, bu hərəkatların hər üçünün müasir təbiyyət elmlərinin tələblərinə uyğunlaşmaq qabiliyyəti məhduddur və deməli, onlar, texnoloji cəhətdən getdikcə daha da qloballaşan iqtisadiyyata inteqrasiya olunmaqdan imtina etməyə məcburdurlar. Misal üçün faşizmi nəzərdən keçirək. Son illərdə etnik münaqişələr və miqrasiyalar ənənəvi liberal siyasət nəzəriyyəsində iri dəliklər üzə çıxarmışdır: vətəndaşları yalnız fərdlər kimi nəzərdən keçirməklə liberal dövlət real dünya xalqlarının qrup oriyentasiyasına məhəl qoymur, halbuki, onlar, pis və ya yaxşı olmasına baxmayaraq, mənşə ümumiliyi əsasında özlərini başqaları ilə eyniləşdirməkdən böyük məmnunluq duyurlar. Ancaq, bu heç də o demək deyil ki, həmin problem liberal dövlətlər üçün dəf edilməz bir şeydir. Onların əksəriyyəti, qlobal şəkildə fərdi hüquq prinsiplərinə istiqamətlənmiş bir mühitdə qrup plüralizminə əsaslanan institutlara müəyyən qədər yer ayırmağı bacarmışdır. Əksinə, məsələn, Serbiya kimi millətçiliyin daha ifrat təzahürlərinə meyl göstərən və dözümlülüyün fundamental liberal prinsiplərini pozan dövlətlər heç nəyə müvəffəq olmadılar. Belə ölkələrdə əhali bircinsli olmadığından, onların etnik təmizləmə aparmağa can atmaları faktı münaqişələrə, müharibələrə və müasir dövlətin iqtisadi əsaslarının dağılmasına gətirib çıxarır. Buna görə heç də qəribə görünməməlidir ki, Rusiya, Moldova və Macarıstan kimi ölkələrdəki bir neçə marginal narazı insan qrupundan savayı, Serbiya nə Şərqdə, nə də Qərbdə heç kim üçün nümunəvi cəmiyyət ola bilmədi. Etnik münaqişələrin yaxın zaman kəsiyində demokratiya üçün ciddi təhlükə olmasına baxmayaraq, bunun ötəri bir təzahür olacağını guman etməyə əsas verən bütöv bir səbəblər silsiləsi mövcuddur. Eynilə də, islam fundamentalizmi dalğası alovunun Yaxın Şərqin marginallaşmış qrupları arasında hələ də sönməməsinə baxmayaraq, heç bir fundamentalist dövlət industrializasiya prosesinin öhdəsindən gəlməyə qadir olduğunu sübut edə bilməyib. Hətta, zəngin təbii resurslara irsən yiyənməkdə bəxti gətirən dövlətlərdə belə, onlar, hakimiyyəti ələ keçirmələrinə kömək edən sosial problemləri səmərəli şəkildə həll edə bilməyiblər. İndiki İranda narazılıq səviyyəsi son dərəcə yüksək olaraq qalır. Elə bircə bu cəhət islam mədəniyyəti ənənəsi ilə bağlı olmayanların hamısında islam fundamentalizminə ikrah hissi oyadır. Liberal demokratiyanın bütün ideoloji rəqibləri adasında nisbətən ən az ciddi olanı kommunizmin yeniləşmiş formasıdır. Doğrudur, keçmiş kommunistlər Litvada, Polşada, Macarıstanda və Şərqi Almaniyada hakimiyyətə qayıdıblar və bununla bərabər keçmiş kommunist dünyasının digər hissələrində onlar hakimiyyəti müəyyən mənada,
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
Yeni Yazarlar və Sənətçilər Qurumu – www.kitabxana.net – Milli Virtual Kitabxana 92
ümumiyyətlə, heç zaman əldən verməyiblər. Lakin bu qruplar yalnız kapitalzmə keçid tempini bir qədər aşağı salmağa çalışır və geniş sosial sığorta sisteminin yaradılmasını tələb edirlər. İctimai rəy sorğularının nəticələri göstərir ki, onları başlıca olaraq təqaüdçülər, keçmiş kommunist elitasının üzvləri və köhnə sistem tərəfdarları olan digər xırda qruplar müdafiə edirlər. Neobolşeviklərin, iqtisadi proqramlarının perspektivdə uzunmüddətli iqtisadi yeniləşmə vəd etmədiyini isə heç xatırlatmamaq da olar. Faşizm, islam və neobolşevizmin qlobal ideoloqiyaya çevrilişi üçün kifayət qədər əsaslara malik olmamaları faktı, heç də o demək deyil ki, onlar öz reqional sferaları çərçivəsində yayılmaqda davam etməyəcəklər. Burada onlar yerli əhalinin həyat keyfiyətinə xeyli ziyan vuracaq və işlək demokratik siyasi sistemlərin birləşməsini geçikdirə və yaxud bəzi hallarda isə qeyri-mümkün edəçəklər. Lakin, onların bu regionların hüdudlarından kənarda etibar qazanaçaqlarına və hakimiyyətə gələçəklərinə ümid çox azdır. Nətiçədə paternalist Asiya avtoritarizmi özunun hansı formasındasa liberal demokratiyanın yeganə ciddi rəqibi olaraq qalır. Aydındır ki, Asiya avtoritarizmi də faşizm və ya islam kimi reqional hadisədir. Şimali Amerikada və ya Avropada heç kim konfusiyaçılığı milli ideologiya kimi qəbul etmək haqqında çiddi düşünmür. Lakin Asiya təçrübəsi, Qərb insanlarını Qərb cəmiyyətlərinin çatışmazlıqlarını elə bir həddə dərk etməyə məçbur etdi ki, buna yuxarıda sadalanan üç ideoloqiyadan heç biri nail ola bilməmişdir. Yalnız asiyalılar muasir texnologiya dünyasina uyğunlaşmağı və Qərblə rəqabət apara, özu də, demək olar ki, bir çox munasibətlərdə hətta, Qərbi üstələyə bilən kapitalist çəmiyyətləri qurmağı baçardılar. Asiyanın qlobal hakimiyyətdə payının durmadan artdığını güman etmək üçün təkcə bu fakt kifayətdir. Lakin Asiya dünyaya həm də ideoloji cəhətdən meydan oxuyur. Asiya alternativinə verilən məlum təriflər müasir Qərb siyasi fəlsəfəsinin sosial-siyasi sistemlərə yalnız institutsionalizm terminləri vasitəsilə tərif vermək həvəsinin ifratçılığı səbəbindən axsayır. Buna görə də tez-tez belə bir fikir eşitmək mümkündür ki, "yumşaq" Asiya avtoritarizmi nisbətən azad bazarı nisbətən güçlü siyasi hakimiyyətlə -fərdi hüquqlar hesabına qrup konsensusunu dəstəkləyən hakimiyyətlə birləşdirir. Bu cür təhlil müəyyən ölçüdə doğrudur, ancaq onda Asiya cəmiyyətlərinin əhəmiyyətli bir xüsusiyyəti nəzərdən qaçırılır. Ənənəvi Asiya mədəniyyətlərində siyasi hakimiyyət, institutların düzgün qurulmasından daha çox fundamental sosial strukturların uzlaşmasını təmin edən geniş kütlə mənəvi tərbiyəsinə əsaslanır. (Bu mənada konfusiyaçılığın oriyentasiyası klassik Qərb siyasi fəlsəfəsi oriyentasiyasını xatırladır). Başqa sözlə, müasir Qərb siyasi düşüncəsi birinci və ikinci səviyyələrə söykənərək, yuxarıdan aşağıya ədalətli sosial quruluş qurmağa çalışdığı halda, ənənəvi Asiya mədəniyyətləri dördüncü və üçüncü səviyyələrdən başlayaraq yuxarıya doğru irəliləyir. Buna görə də, konfusiyaçılıq fərdi individualizmi ailəyə - Çin cəmiyyətinin fundamental tikinti blokuna tabe etdirmək üçün fərdləri sosiallaşdırır. Daha iri siyasi strukturlar daha aşağı səviyyəli bu cür elementlərdən təşkil olunmuşdur: nəsil ailələrin ailəsini təmsil edir, bütün Çin imperiya “Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
Yeni Yazarlar və Sənətçilər Qurumu – www.kitabxana.net – Milli Virtual Kitabxana 93
sistemi isə bütövlükdə Çin xalqının ailəsi deməkdir, özü də imperatorun hakimiyyəti ailələr atasının hakimiyyəti nümunəsi üzərində qurulur. Asiya cəmiyyətləri dördüncü səviyyədən başladığına və sonra yuxarı irəlilədiklərinə görə onların yaratdıqları və yaxud bir araya sığışa bildikləri siyasi strukturlar tipi bir qədər qeyri-müəyyən olaraq qalır. Buna görə də modernləşmiş Asiya cəmiyyətləri iyirminci yüzillikdə konfusi alimi Du Veyminin "Siyasi konfusiyaçılıq" adlandırdığı şeyi "adi həyat" konfusiyaçılığından ayıra bilməyə müvəffəq oldular. Müfəssəl işlənib hazırlanmış mandarinlər və xeyirxah alimlər iyerarxiyasına malik imperiya sisteminin mövcudluğunu diqtə edən ənənəvi siyasi konfusiyaçılıq nisbətən xeyli asanlıqla bir kənara atıla və cəmiyyətdəki fikir birliyinə heç bir ziyan vurulmadan müxtəlif formalı siyasi institutlarla əvəz edilə bilərdi. Buna görə də, Asiya alternativini parlamentin mövcudluğu kimi konkret institutların varlığı və yaxud bəzi fərdi hüquqların yoxluğu ilə eyniləşdirmək doğru deyildir. Asiya alternativinin mahiyyəti ondan ibarətdir ki, o, fərd əsasında hüquqlar deyil, güclü sosial strukturların və ictimai həyatın özülünü təşkil edən dərindən kök atmış mənəviyyat kodeksi əsasında qurulmuş bir cəmiyyətdir. Belə cəmiyyət həm demokratik (Yaponiya), həm də yarıavtoritar (Sinqapur) dövlətdə mövcud ola bilər. Bəzi institutların bu tip sosial quruluşla (məsələn, kommunizm) bir araya sığmadığı aydın görünsə də, o, institutlara görə deyil, sosial strukturlara və onların mədəni fikir birliyinə əsasən müəyyən edilir.
ASİYA VƏ AMERİKADA VƏTƏNDAŞ CƏMİYYƏTİ Əgər Asiya alternativinin bu cür qeyri-institutsional formaya malik olması fikrilə razılaşsaq, onda bütün dünyada demokratiyanın gələcəyi üçün bəzi maraqlı nəticələrin onunla bağlı olduğunu dərk edə bilərik. Əwələn, konfusiyaçılığın və digər ənənəvi Asiya mədəniyyəti elementlərinin Asiyada liberal demokratiyanın genişlənməsinə ciddi maneələr törədə biləcəyi çox şübhəlidir. Onların belə bir maneə təşkil edəcəyini, Sinqapurun keçmiş baş naziri Li Kvanyu kimi asiyalılar və Qərbin Samuel P.Xantinqton kimi nümayəndələri iddia edirlər. Li Kvanyunun fikrincə bunun əksini düşünmək konfusiyaçılığı bilərəkdən, tamahkarcasına təhrif etməkdir; o, konfusiyaçılığı, hakimiyyətdə olduğu konkret vaxtda Sinqapurda qurmağı münasib saydığı siyasi quruluşla eyniləşdirir. Tayvan və Koreya kimi digər Asiya cəmiyyətləri son on il ərzində yaxşı tanınan Qərb demokratiyası istiqamətində irəliləmiş və bununla yanaşı öz konfusiyaçı xarakterlərini itirməmişlər. Burada, Yaponiyanın yarıkonfusian mədəniyyətinin iki nəslin həyatı boyunca demokratik institutlara tamamilə uyğun gəldiyini xatırlatmamaq da olar. 1993-cü ilin iyulunda, liberal-demokrat partiyası öz hakimiyyətini itirərkən başlayan siyasi həcrmərclik bir müddətdən sonra Yaponiyanı, indikindən daha da çox amerikan tipli demokratik dövlətə çevirəcək prosesin başlanğıcı demək idi. Son illərdə Qərb və demokratiya əlehinə Sinqapurda və Malaziyada rəsmi “Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
Yeni Yazarlar və Sənətçilər Qurumu – www.kitabxana.net – Milli Virtual Kitabxana 94
şəxslər və intellektuallardan eşidilən təcavüzkar ritorika daha çox Li və Malaziyanın baş naziri Datun Seri Maxatir kimi xadimlərlə bağlıdır. Onları yeni liderlər nəsli əvəz edəndə, çox güman ki, hər iki cəmiyyət demokratiyanın yapon-tayvan-koreya versiyasının əksinə deyil, elə o istiqamətdə hərəkətə başlayacaqdır. Xantinqtonun səhvi təbiəti etibarilə konseptual səhvdir. O, konfusiyaçılığın mahiyyətini siyasi konfusiyaçılıq kimi müəyyən edir, halbuki konfusiyaçılıq daha aşağı səviyyədə ailə və digər sosial münasibətlər haqqında təlimdir. Nəzəri cəhətdən, konfusian sosial strukturlara demokratik siyasi institutlarla birgə və çox uyumlu şəkildə yaşamağa imkan verməyəcək heç bir səbəb mövcud deyil. Əslinə, qalsa hətta bunun əksini, son illərdə sonuncuların məhz birincilər sayəsində daha da gücləndiyini sübut etmək olar. Digər tərəfdən, konfusiyaçılığın müasir demokratiya ilə uyuşa bilməsi faktı heç də o demək deyildir ki, demokratiya hökmən Asiyaya nüfuz edəcəkdir. Gələcəkdə Asiyada demokratik institutların nüfuzu, burada Qərb institutlarının səmərəli cəhətlərinin deyil, Qərb cəmiyyəti və mədəniyyətinə xas problemlərin necə qəbul ediləcəyindən asılı olacaqdır. Bu nüfuz son iyirmi ildə xeyli sönükləşmişdir: təkcə ona görə yox ki, müasir kommunikasiya vasitələri Asiya əhalisini ABŞ-da nələr baş verdiyi ilə daha yaxşı tanış etdi, həm də ona görə ki, Amerikanın sosial problemlərinin (adətən zorakılıq halları, narkotika, irqi gərginlik, yoxsulluq, natamam ailələr və s. kimi tez-tez sadalanan problemlər) özü daha dərinləşmişdir. Başqa sözlə, amerikalılar birinci və ikinci səviyyələrdə müqayisə zamanı asiyalılara həqarətlə yanaşarkən, asiyalılar da üçüncü və dördüncü səviyyələrdə öz cəmiyyətlərinin Amerika üzərində müəyyən sayda başlıca üstünlüklərə malik olduqlarını dərk edirlər. Li Kvanyu kimi ABŞ-ın asiyalı tənqidçiləri belə güman edirlər ki, birinci və ikinci səviyyə üçüncü və dördüncü səviyyə ilə qırılmaz şəkildə bağlıdır, yəni fərdi hüquqlara əsaslanan liberal institutlar vətəndaş cəmiyyətinə və mədəniyyətə dağıdıcı təsir göstərir və demokratiya hökmən sosial strukturların iflasına gətirib çıxarır. Bu səbəbdən Asiyada liberal demokratiyanın taleyi xeyli dərəcədə ABŞ-ın nisbətən xırda instititsional problemlərin deyil, daha sərt sosio-mədəni problemlərin öhdəsindən nə qədər uğurla gələ biləcəyindən asılı olacaqdır. Doğrudan da, bir tərəfdə birinci və ikinci səviyyələr, digər tərəfdə isə üçüncü və dördüncü səviyyələr arasında müəyyən əlaqə mövcuddur, lakin bu əlaqə, Li və digərlərinin təsəwür etdiklərindən də xeyli qarışıq əlaqədir. Fərdi hüquqlara əsaslanan liberalizm, icma xarakterli güclü sosial strukturlar və dissiplinli mədəni vərdişlərlə tamamilə bir araya sığa bilər. Əslində, belə bir fikri təsdiq etmək olar ki, müasir demokratik dövlətdə vətəndaş cəmiyyəti və mədəniyyətin əsl əhəmiyyəti məhz elə onların həm siyasi, həm də iqtisadi ənənəvi liberal doktrinaya xas olan ayırıcı fərdiyyətçiliyi tarazlaşdırmaq və yaxud səngitmək qabiliyyətindədir. Amerika cəmiyyətinin Tokvil, Veber və bu kimi digər araşdırmaçılarının qeyd etdikləri kimi, Amerika heç vaxt bir-birindən ayrı düşmüş fərdlərin "qum yığını"na bənzəməmişdir, çünki digər amillər (amerikan protestantizminin təriqət xarakteri kimi) qrupların sıx birləşməsinə tarazlaşdırıcı təsir göstərmişdir. Yalnız son 50 ildə fərdiyyətçi istiqamət “Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
Download 3.88 Mb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling