Zeynalova Ülkər İlham qızı “Müəssisələrin iqtisadi təhlükəsizliyinin təmin edilməsində strateji marketinqin tətbiq edilməsi”
Download 1.02 Mb. Pdf ko'rish
|
Zeynalova-lk-r-lham-q-z-
İnformasiya təhlükəsizliyi və sənaye casusluğu. Bazar münasibətləri şəraitində
ideya, məxfi informasiya və deməli, kommersiya sirri mənfəət, fayda əldə etmək deməkdir. Müəssisənin uğurlu bazar fəaliyyəti göstərmə qabiliyyəti həlledici dərəcədə kommersiya sirrinin mühafizə və ya müdafiə olunma səviyyəsindən asılıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə görə kommersiya sirri üçüncü şəxsə məlum olmaması, qanuni əsaslarla onun əldə edilməsinin mümkün olmaması və informasiyanın sahibi onu lazımi dərəcədə qoruduğundan əlçatan olmaması səbəbindən real və ya potensial kommersiya dəyərliliyi olan informasiyadır. Kommersiya sirrinin qorunması probleminə yanaşmada əsas mühakimə onun mülkiyyət və dəyərliliyə malik olmasıdır. Bu problemin həll edilməsi üçün, birincisi, müəssisədə dövr edən hansı məlumatın kommersiya sirri olduğunu müəyyən etmək, ikincisi, kommersiya sirrinin mühafizəsi üzrə tədbirlərin işlənib hazırlanması lazımdır. Bazar münasibətlərinə keçid iqtisadi təhlükəsizlik üzrə mütəxəssislərdən yeni, lakin yaxın bir fəaliyyət sahəsinə - kommersiya sirrinin qorunmasına istiqamətlən- mək bacarığı tələb etdi. Kommersiya sirrinin qorunmasının əsas, başlıca cəhəti məlumatın və onu təşkil edən elementlərin alğı-satqı predmeti, tamahkarlıq predmeti olmasıdır. Məlumatın məhsul olması keyfiyyətinə malik olması üçün ondan sərbəst istifadə edilməsi məhdudlaşdırılmalıdır, yəni müstəsna olaraq məlumatlar onu qiymətləndirən, ondan istifadə edilməsi hüdudlarını və imkanlarını müəyyən edən, həmçinin onların qorunmasını təşkil edən və onlara sərancam verə bilən mülkiyyət- çisinə məxsus olmalıdır. Şübhəsizdir ki, bazar münasibətləri mütləq müəssisələr arasındakı rəqabəti gücləndirir. Xarici ölkələrin təcrübəsi göstərir ki, kommersiya sirrini mühafizə edə bilməyənlər mümkün satışının 30%-ni itirir və ya müflis olur. Bəzi məlumatlara görə texnoloji və işgüzar sirlər səbəbindən ABŞ biznesinə dəyən ziyanın illik həcmi 40 milyard $ təşkil edir. Tədqiqatçılar xüsusi informasiyanın texnoloji (elmi-tədqiqat və təcrübə konstruktor işləri, texnologiya, idarəetmə) və işgüzar (kommersiya-maliyyə) növü- 28 nün olduğunu qeyd edirlər. Bu məfhumlardan yalnız onlar sadə olduğuna və müəyyən məna kəsb etdiyinə görə deyil, həm də onların hər birinin müxtəlif növləri və özünə məxsus xüsusiyyətləri olduğuna görə istifadə edilir. Xüsusi informasiya kommersiya informasiyası olduqda və onun mühafizəsi və realizsiyasının effektli üsulları hazırlandıqda bu bölgü xüsusilə faydalıdır. Texnoloji informasiya bu və ya digər avadanlıqla, dizaynla, kimyəvi tərkibi (formulu) və ya istehsal üsülu ilə müəyyən edilə bilər. Bunların bəziləri patentləş- dirilə bilər. Bütün bunlar “texnologiya” kateqoriyasının təsir dairəsinə düşür və onun əks izahı yoxdur, yəni heç də bütün texnoloji informasiyalar patentləşdirilmir. Həqi- qətən də çoxlu sayda ideyalar, məsələn, “nou-hau” xüsusi informasiya olmasına baxmayaraq patenləşdirilmir. Texnoloji informasiya işgüzar informasiyadan tətbiqi sferasına görə də fərqlənir. İşgüzar informasiya, müştərilərin siyahısı, müəssisənin marketinq planı, məhsulun rəqabətqabiliyyətliliyi və s. daha çox biznes və rəqabətlə əlaqəlidir. Beləliklə, xüsusi informasiya bütünlüklə konkret bir müəssisəyə məxsus olmasa belə onun üçün kommersiya baxımından qiymətli olan informasiyadır. Bir sıra hallarda bir neçə yerdən götürülmüş və hamıya məlum olan ideya kommersiya baxımından qiymətli olan informasiyanın bənzərsiz (unikal) kombinasiyasını təşkil edir. Bəzi hallarda bu informasiyanın heç bir xərc çəkmədən və ya cüzi xərclərlə əldə edilməsinin mümkün olmasına baxmayaraq o, rəqiblərlə müqayisədə ona malik olan müəssisəyə rəqabət üstünlüyü əldə etməyə imkan verir. Kommersiya informasiyasının bir növü də rəqibləri və onun fəaliyyətini xarakterizə edən informasiyadır. Rəqiblərin fəaliyyəti haqqında konfidensial informasiyanın əldə edilməsinin coxsaylı üsulları vardır. Şərti olaraq bu üsulları 2 qrupa: qanuni və qeyri-qanuni üsullara bölmək olar. Qanuni metodlara a) nəşr edilən mənbələr; b) rəqiblərin təşkil etdikləri yarmarkalarda, sərgilərdə iştirak etmə; c) rəqib müəssisələrin məhsullarının əldə edilməsi və onların tədqiqi aiddir. Qeyri-qanuni metodlara informasiyanın: a) rəqib müəssisələrin mütəxəssislərindən “söz çəkməklə” əldə ediməsi; b) aparıcı mütəxəssisləri aldatmaqla və ya tovlamaqla əldə edilməsi; c) 29 rəqiblərin əsas şöbələrinin işçilərinin rüşvətlə və ya bəxşişlə ələ alınması yolu ilə əldə edilməsi; d) məhsulun çertyojlarının, sənədlərinin və nümunələrinin oğurlanması yolu ilə əldə edilməsi; e) dövlət məmurlarından qeyri-qanuni yollarla əldə edilməsi və s. aiddir. Beləliklə, müəssisənin informasiya təhlükəsizliyi dedikdə onun rəhbərliyinin və əməkdaşlarının və müəssisənin fəaliyyət göstərdiyi xarici mühitin məlumatlılıq səviyyəsini təmin edən informasiya resurslarının və informasiya vasitələrinin vəziyyəti, həmçinin daxili və xarici təhdidlərdən həmin resursların və vasitələrin qorunması başa düşülür. Download 1.02 Mb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling