3
GİRİŞ
Mövzunun aktuallığı. Müəssisənin iqtisadi təhlükəsizliyi məsələsinin aktuallığı
rəqabət mübarizəsinin güclənməsinə real təhlükənin olması, iqtisadi proseslərin
qeyri-stabilliyi, mənəvi cəhətdən köhnəlmiş və enerji tutumlu avadanlıqların və
texnologiyanın tətbiqi, təsərrüfat subyektləri tərəfindən müqavilə öhdəliklərinin
yerinə yetirilmə səviyyəsinin aşağı olması və s. ilə müəyyən olunur. Müəssisənin
iqtisadi təhlükəsizliyinin təmin edilməsində bir çox alətlərdən istifadə edilir. Bu
alətlər çərçivəsində müəssisənin perspektiv inkişaf istiqamətlərinin müəyyən
edilməsində xüsusi
rol oynayan, müəssisədaxili imkanları və müəssisədən kənar
mühitin yaratdığı təhlükələri nəzərə almağa imkan verən
strateji marketinq birinci
dərəcəli əhəmiyyətə malikdir.
Xarici ölkələrin praktikasında bazar münasibətləri şəraitində idarəetmənin, o
cümlədən müəssisənin iqtisadi təhlükəsizliyinin idarə edilməsinin çoxsaylı metod və
alətləri mövcuddur və tətbiq edilir. Tədqiqat mövzusu çərçivəsində müəssisənin
iqtisadi təhlükəsizliyi dedikdə müəssisənin fəaliyyətinin həyata keçirilməsi pro-
sesində müəssisədaxili və müəssisədənkənar imkanlarının dinamik qiymətləndiril-
məsi başa düşülür.
Do'stlaringiz bilan baham: