Mövzu İdarəetmənin funksiyaları: motivləşdirmə, nəzarət və marketinq


Download 104.76 Kb.
Pdf ko'rish
Sana13.12.2020
Hajmi104.76 Kb.
#165973
Bog'liq
Menecment-mövzu 8


Mövzu 8İdarəetmənin funksiyaları: motivləşdirmə, nəzarət və

marketinq

Bildiyimiz kimi idarəetmə fəaliyətində ən başlıca amil, işçiləri qarşıya

qoyulmuş məqsədin yerinə yetirilməsinə yönəltmək və icra olunacaq işi yüksək

səviyyədə təmin etməkdir. Bu baxımdan motivləşdirmə idarəetmədə əsas

təkanverici amillərdəndir. Motivləşdirmə yaxşı səy göstərməyin əvəzində verilən

maddi və mənəvi mükafatdır. Başqa sözlə, fəaliyyət göstərməyə maraq oyatma,

həvəsləndirmədir.

Hər bir işçinin öyrənilməsi və onun peşə fəaliyyətinin optimallaşdırılması

müasir dövrdə ən vacib problemlərdəndir. Motivləşdirmədən əvvəl isə bunun

sosial-mədəni aspektdə təhlili daha vacibdir. Motivləşdirmə mahiyyət etibarilə

idarəetmənin səmərəli təşkili və uğurlu son nəticə əldə edilməsinə yönəldilmişlər.

Motivləşdirmə üçün zəruri amillərdən ən başlıcası rəhbərlərin və işçilərin

vərdiş və bacarıqlarının, bilik və səriştələrinin artırılmasıdır. Yəni, işçilərin öz

vəzifələrini və istehsalat tapşırıqlarını səmərəli yerinə yetirmələri üçün onların

vərdiş və bacarıqlarını inkişaf etdirmək zəruridir. Belə ki, təcrübədə,

motivləşdirmə istiqamətində sistematik hazırlıq proqramları kadrların vəzifəcə

yüksəldilməsi üçün istifadə olunur. Bu zaman görülən işin təhlili əsasında rəhbərlik,

təşkilatda bütün vəzifələrdə vəzifə borcunu yerinə yetirmək üçün hansı bacarıqlar

və vərdişlər lazım olduğunu müəyyən etməlidir. Bu imkan verir ki, təşkilat

müəyyən etsin ki, rəhbərlərdən kim hansı vəzifədə hansı ixtisas səviyyəsinə

uyğundur və hansıların təhsil almağa və yenidən hazırlanmağa ehtiyacı vardır.

Bütün bu məsələləri həll edərək, rəhbərlik, konkret şəxslərin vəzifədə irəliləməsi

üçün hazırlıq qrafikini müəyyənləşdirə bilər. Bu formada kadrların hazırlanması


müvəffəqiyyətin, professional inkişafın və öz gücünə inamın artırılması məqsədini

güdür.


Buradan aydın olur ki, motivləşmə insanı məqsədyönlü formada hər hansı

bir işi görməyə sövq edən, onu hərəkətə gətirən bir prosesdir. Motivlər insanı

fəaliyyətə təhrik edir. Deməli, motivasiya insanı fəaliyyətə sövq etdirən və ya onu

fəallaşdıran hərəkətverici qüvvə və amillərin məcmusudur.



İdarəetmənin nəzarət funksiyası. Nəzarət idarəetmənin ən vacib

funksiyalarından biri olmaqla, həm də müəssisənin fəaliyyətində baş verən müsbət

və ya mənfi dəyişiklikləri qiymətləndirmə mexanizmidir.

Nəzarət təşkilatın öz məqsədlərinə çatmasının təmin edilməsi prosesidir.

Nəzarət prosesi standartlar qoyulmasından, faktiki əldə olunmuş nəticələrin bu

standartlarla ölçülməsindən və lazım gələrsə düzəlişlər aparılmasından ibarətdir.

Əgər əldə olunan nəticələr qoyulan standartlardan həddən artıq fərqlənərsə, onda

mütləq əlavə tədbirlər görülməsi üçün qərar qəbul edilməlidir. Deməli, nəzarət

qarşıya çıxan problemlərin aşkar edilməsi və həll edilməsi üçün vacibdir. Nəzarət,

həmçinin uğurlu fəaliyyət üçün işçilərin stimullaşdırılması və ya əksinə, uğursuz

fəaliyyət üçün onların cəzalandırılması üçün də əhəmiyyətlidir.

Nəzarət prosesi 3 mərhələyə bölünür:

- Standartlar qoyulması - Standartlar alınacaq nəticələri ölçmək üçün konkret

mey arlardır.

- Müqayisə edilməsi - Nəzarət prosesinin ikinci mərhələsi əldə olunan

nəticələrin qoyulan standartlarla müqayisə edilməsidir. Bu mərhələdə cari vəziyyət

qoyulan standartlarla müqayisə edilərək, menecer hansı qərarın qəbul edilməsini

müəyyən edir.

- Nəticələrin qiymətləndirilməsi - Nəzarət prosesinin üçüncü mərhələsi

nəticələrinin qiymətləndirilməsidir. Bu zaman qarşıya qoyulan məqsədlə alınan



nəticənin uyğunluğu qiymətləndirilir. Fəaliyyətin nəticələrinin qiymətləndirilməsi

həm də ona görə lazımdır ki, işçiləri gördükləri işin səviyyəsi haqda

məlumatlandırmaq mümkün olsun. Bu zaman işçi özünün kifayət qədər yaxşı və ya

pis işləməsi, qüsurları və ya üstün keyfiyyətləri barədə rəhbərliyin fikrini öyrənə

bilir ki, bu da ona işində və davranışında dəyişikliklər etməyə imkan verir.

Nəzarət təşkilatın öz məqsədinə çatmasını təmin edən bir prosesdir.

İdarəetmədə nəzarət tətbiqi sahələri ilə əlaqədar olaraq aşağıdakı məqsədlər üçün

istifadə olunur:

1. Nizam-intizam qaydalarına əməl edilməsi məqsə-dilə nəzarət;

2. Norma və normativlərə əməl edilməsi məqsədilə nəzarət.

3. İcraçılıq intizamına əməl edilməsi baxımından nə-zarət.

4. Funksiyaların yerinə yetirilməsinə nəzarət.

5. İdarəçilik qərarlarının icrasına nəzarət.

6. Planların yerinə yetirilməsinə nəzarət.

Nəzarəti həyata keçirən rəhbərlər aşağıdakı funksiyaları yerinə

yetirməlidirlər:

1. Nəzarətin mexanizminin yaradılması.

2. Nəzarətin zaman və məkan aspektindən planlaşdırılması.

3. Müəssisədə nəzarət strukturunun yaradılması.

4. Nəzarəti gücləndirmək məqsədilə informasiya ma-teriallarının cəlb edilməsi.

5. Nəzarət edilən obyektin real vəziyyətinin qiymətləndirilməsi və aşkara

çıxarılması.

6. Norma və standartların, tapşırıqların, qaydaların pozulması hallarının müəyyən

edilməsi.



Nəzarətin aşağıdakı formaları vardır:

1) Dövlət nəzarəti (Səlahiyyətli dövlət orqanlarının həyata keçirdiyi nəzarət).

Dövlət nəzarəti icra orqanları, məhkəmə, prokurorluq, vergi, gömrük, ədliyyə

orqanları və s. tərəfindən həyata keçirilir.

2) İctimai nəzarət (Müxtəlif ictimai təşkilatlar, xalq nəzarəti).

3) Daxili nəzarət (Hər bir müəssisə və təşkilatların tərkibində daxili struktur

vahidləri).

Nəzarət uçot, yoxlama (audit), təhlil və tənzimləmə kimi prosesləri özündə

cəmləşdirir.

Nəzarətin həyata keçirilməsində uçot mühüm rol oynayır. Uçot həmçinin

maliyyə və maddi resurslardan istifadənin təhlil edilməsi üçün də müstəsna

əhəmiyyətə malikdir.

Yoxlama (audit) prosesin gedişində və başa çatdıqdan sonra problemlərin

aşkar edilib aradan qaldırılmasını təmin edir.

Təhlil (təsvir etmə). Təhlil dedikdə hər hansı bir hadisəni, prosesi və ya

göstəricini araşdırarkən onu hissələrə, elementlərə ayıraraq öyrənilməsi başa

düşülür.

Yaddan çıxarmaq olmaz ki, təşkilatın nəzarətə sərf etdiyi xərclər, onun

gəlirlərinin artmasına gətirməlidir. Əgər nəzarət sisteminə sərf edilən ümumi

xərclər, əldə edilən qazancı ötüb keçirsə, yaxşı olar ki, təşkilat bu nəzarət sistemini

ümumiyyətlə istifadə etməsin. Həddən artıq nəzarət, kollektivdə əsəbilik şəraiti

yaratdığı kimi, həddən baha başa gələn nəzarət də kollektivi müflis edə bilər. Bu

baxımdan nəzarətin təşkili və aparılması mümkün qədər sadə və ucuz olmalıdır.

Səmərəli nəzarət o nəzarətdir ki, təşkilata yalnız xeyir vermiş olsun. Nəzarət o



zaman səmərəli ola bilər ki, burada son məqsəd, cəza vermək yox, səhvlərin və

yayınmaların qarşısını almaq olsun.



İdarəetmənin marketinq funksiyası. Marketinq əmtəə və xidmətlərin alıcıya

çatdırılmasına yönəlmiş fəaliyyətdir. Marketinq satışın təşkili, həvəsləndirilməsi və

ya alıcıya təsiridir. Marketinq bazarların təhlili və satışın proqnozlaşdırılması

metodlarıdır. Marketinqin əsas məqsədi ilk növbədə müəssisədə mənfəətin əldə

edilməsi istiqamətində yeni bazarların tapılması, bazarın ələ keçirilməsi,

istehlakçıların müvafiq əmtəə və xidmətlərə olan tələbatının öyrənilməsi, təmin

edilməsi, bazarda rəqabət mühitinin formalaşdırılması və müəyyənləşdirilməsidir.

Bu baxımdan marketinqə müəssisənin mənfəətlə işləməsində, rentabelliyin

qorunub saxlanılmasında, ümumiyyətlə, məqsədyönlü idarə olunmasında əsas

vasitə kimi baxılır.

Bəziləri marketinqin yalnız satış və reklamdan ibarət olduqlarını düşünürlər.

Marketinq prosesi istehlakçılarla başlayır, istehlakçılarla davam edir və

istehlakçılarla da bitir. Deməli, təşkilatlar istehsala başlamamışdan əvvəl istehlakçı

tələbatını öyrənməli, istehsalı bu tələbatın ödənilməsinə uyğun qurmalı, sonra

istehsal olunmuş məhsulu reallaşdırmaq haqqında düşünməlidirlər. Marketinq

bazarda tələbatı öyrənən, bu məqsədlə istehsalı müəyyənləşdirən, istehsal olunmuş

məhsulun satışını təşkil edən, nəhayət tələbatı ödəməklə gəlir əldə etməyi təmin

edən fəaliyyətdir.

Marketinq insan ehtiyaclarının və tələbatının ödənilməsi məqsədi ilə

mübadilənin baş verməsi üçün bazarda aparılan işdir. Mübadilə prosesi zəhmət

tələb edir. Satmaq istəyən hər bir kəs alıcıları axtarmalı, onların ehtiyaclarını aşkar

etməli, müvafiq malları layihələşdirməli, anbarlaşdırmalı, alıcılara təqdim etməli,

qiymətləri razılaşdırmalıdırlar.


Həmçinin, marketinqin əsas funksiyası konyunkturanın dinamikasının dərin

uçotunun aparılması ilə tələb və təklif arasında səmərəli uyğunluğun

öyrənilməsindən ibarətdir. Bazarın konyunkturası bazarda vəziyyəti tələb və

təklifin nisbətini özündə əks etdirir. Bazarın konyunkturasının öyrənilməsi orada

baş verən dəyişikliklərin qiymətləndirilməsinə və onların inkişaf tendensiyasının

müəyyənləşdirilməsinə imkan verir. Belə ki, marketinq tədqiqatları vasitəsilə

marketoloqlar tərəfindən istehlakçıların arzuları, tələbatları öyrənilir, tələbatların

müəssisənin imkanlarına uyğunluğu qiymətləndirirlir və bu uyğunluq səviyyəsinə

görə istehsal üzrə qərarlar qəbul edilir.

Həmçinin, marketinq tədqiqatlarına bazarın seqmentləşməsi də aid edilir.

Bazarın seqmentləşdirilməsi bazarın hər hansı bir əlamət – əmtəənin növü,

valyutanın tipi, ölkə, region, sahə, istehlakçıların sosial əlamətləri, mədəniyyət,

dini ənənələr və s. üzrə ayrı-ayrı seqmentlərə bölgüsüdür.

Bazar iqtisadiyyatı şəraitində və rəqabət mühitində marketinqin mühüm

vəzifələrindən biri də istehlakçıya göstərilən xidmətdir. Göstərilən xidmət demək

olar ki, məhsulun tərkib hissəsidir. Nəzərə almaq lazımdır ki, satışdan əvvəl

göstərilən xidmət satış prosesinə qısa müddətdə təsir göstərirsə, satışdan sonrakı

xidmət sabit müştəri kütləsinin yaranması üçün çox vacibdir. Personalın davranışı

isə xidmətin əsas göstəricilərindən biridir. Bu baxımdan xidmət səviyyəsinin

artırılmasının ən vacib şərtlərindən biri də işçilərin təlimidir.



Document Outline

  • Mövzu 8.  İdarəetmənin  funksiyaları: motivləşdirm
  • İdarəetmənin nəzarət funksiyası. Nəzarət idarəetmə
  • İdarəetmənin marketinq funksiyası. Marketinq əmtəə

Download 104.76 Kb.

Do'stlaringiz bilan baham:




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling