1. Metalların təsnifatı. Metalların kristallik quruluşu
Download 21.44 Kb.
|
Bilet 1
Bilet 1 1. Metalların təsnifatı. Metalların kristallik quruluşu. 2. Likvasiya. 3. Karbonlu poladlar 4. Çuqunun struktur və xassələrinə karbonun, silisiumun və manqanın təsiri 5. Yastıq poladları 1.Metalların təsnifatı.Metalların kristallik quruluşu. ➢ Metalların təsnifatı Metallar çoxlu miqdarda xırda və bir-birlərinə nisbətən müxtəlif istiqamətlərdə yer-ləşmiş kristallardan ibarətdir. Parlaqlığı olan, döyülə bilən, istiliyi və elektriki yaxşı keçirən maddələrə metal deyilir. Bu xüsusiyyətlərinə görə də metallar qeyri-metallardan (kömür, şüşə və s.) fərqlənirlər. Metallarda xarici elektronların nüvə ilə əlqəsi möhkəm deyildir. Buna səbəb onların xarici elektron təbəqələrində 1-elektronun olmasıdır. Qeyri metalların xarici elektron təbəqələrində isə 5-8 elektron olur. Ona görə metallar qeyri-metallarla reaksiyaya girərkən öz xarici valentlik elektronlarını asanlıqla verə bilir. Hər metal biri-birindən quruluş və xas-sələrinə görə fərqlənir. Metalları əsasən iki böyük qrupa ayırırlar: • qara metallar • əlvan metallar. Qara metallar bozumtul qara rəngdə olub, yüksək sıxlığa (qələvi torpaq metalla-rından başqa), yüksək ərimə temperaturuna, nisbətən yüksək bərkliyə və əksər hallarda allotropik çevrilmə qabiliyyətinə malikdir. Qara metalların tipik nümayəndəsi dəmirdir. Qara metallar 5 yarımqruplara bölünür: 1) Dəmir metalları qrupu - Fe, Co (Kobalt) , Ni (Nikel) ( ferromaqnit metallar). 2)Yüksək ərimə temperaturlu metallar - bura ərimə temperaturu dəmirin ərimə temperatu-rundan yuxarı olan metallar daxildir. W (volfram) V, (Vanadium) Nb (Niobium) Zr (Sirkonium) Cr (Xrom) s. 3)Uran qrupu metalları – aktinoidlər. (Ac,Th,Pa,U və s. )Bunlar atom energetikasında istifadə edilirlər. 4)Az tapılan metallar qrupu - bura lantanoidlər ( La, Ce və s.) 5)Torpaq qələvi metallar - xüsusi hallardan başqa sərbəst metallik halında tətbiq olunmurlar. • Əlvan metallar adətən qırmızı, sarı və ağ rəngdə olub, yüksək plastikliyə, kiçik bərk-liyə və aşağı ərimə temperaturuna malikdirlər. Onların nümayəndəsi misdir. • Əlvan metallara aşağıdakılar aiddirlər: 1). Yüngül metallar. Bura Be, Mg və Al aiddir. 2). Nəcib metallar. Bu qrupa Ag, Au, Pl və s. aid edilir. 3).Tezəriyən metallar. Bu qrupa Cu,Sn, Pb və digər elementlər aid edilir. 2.Likvasiya Kristallaşma prosesinin başlanğıcında əmələ gələn bərk məhlul kristalları yüksək ərimə temperaturuna malik olan komponentlə, kristallaşmanın sonunda isə aşağı ərimə temperaturuna malik olan kom-ponentlə zəngin olurlar. Buna seçilərək kristallaşma deyilir. Göründüyü kimi müəyyən temperatur inter-valında yaranan kristalların tərkibi eyni olmur. Onu da qeyd eymək lazımdır ki, kristallaşma zamanı ərin-tinin içərisində arasıkəsilmədən diffuziya prosesi gedir. Diffuziya prosesi ərintidən ayrılmış bərk məhlul kristallarının müxtəlif hissələrində kristalı təşkil edən komponentlərin konsentrsiyasını və bu kristallar ilə onların arasında qalmış maye ərintinin konsentrasiyasının bərabərləşməsinə kömək edir. Lakin diffuziya prosesi böyük sürətlə, xüsusən bərk məhlullarda, getmədiyindən quruluş və tərkiblər bircinsli alınmır. Ərintidə və onu təşkil edən kristalların daxilində ayrı-ayrı elementlərin qeyri bərabər paylanmasına likvasiya deyilir. Likvasiya üç qrupa bölünür: - dendrit və ya kristaldaxili likivasiya ; - yerli likvasiya; - xüsusi çəkiyə görə likvasiya. Download 21.44 Kb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling