1. Metalların təsnifatı. Metalların kristallik quruluşu
Download 21.44 Kb.
|
Bilet 1
5.Yastıq poladları
Maşın və mexanizmlərin ən məsuliyyətli hissələrindən biri də yastıqlardır.Yastıqlar metalkəsən dəzgahların dəqiqliyini, məhsuldarlığını, elektrik mühərriklərin etibarlığını, avto-mobillərin, təyyarələtin və vaqonların keyfiyyətini təyin edirlər. İş vaxtı diyirlənmə yastıqlarının kürələri (diyircəkləri) yastığın həlqələrinin xarici və daxili səthləri üzrə diyirlənirlər. Əksər hallarda yastıqların işdən çıxmasının səbəbi həlqələrinin işçi səthlərinin yorulması, sınması və dağılmasıdır. Odur ki, yastıqların həlqələrinin və kürə-ciklərinin (diyircəklərinin) iş şəraiti onlardan yüksək bərklik və yeyilməyə qarşı müqavimət tə-ləb edir. Bu səbəbdən də yastıqları əsasən yüksəkkarbonlu, xromlu və xrommanqansilisiumlu poladlardan hazırlayırlar. Xrom yastıq poladlarına tablanma dərinliyini artırmaq üçün veri-lir.Cədvəl3-də diyirlənən yastıq poladlarının kimyəvi tərkibi verilmişdir.Yumşaltmadan sonra strukturu narındənəli perlitdən ibarət olan poladın bərkliyi 180-207HB alındığından kəskilərlə asan emal olunur. Belə srukturlu poladdan soyuq ştamplama ilə yastığın kürəcik və həlqələrini də hazırlamaq mümkündür. Yastıqların hissələri 840-8600 C temperaturdan yağda tablandı-ralaraq 20-250 C temperatura qədər soyudulduqdan sonra (məqsəd qalıq austenitin miqdarını azaltmaqdır) 150-1700 C-də 1-2 saat saxlamaqla tabəksiltməyə uğradılır. Bu emal nəticəsində poladın bərkliyi 62HRC –dən çox alınır, strukturu isə xırda iynəvari martensitdən və bərabər yayılmış izafi karbidlərdən ibarət olur. Download 21.44 Kb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling