1. Metalların təsnifatı. Metalların kristallik quruluşu
Çuqunun struktur və xassələrinə karbonun, silisiumun və manqanın
Download 21.44 Kb.
|
Bilet 1
4. Çuqunun struktur və xassələrinə karbonun, silisiumun və manqanın
təsiri Çuqunun tərkibindəki daimi qatışıqların (C,Si, Mn, S, P) miqdarı poladdakına nis-bətən çox olduğundan, onlar çuqunun struktur və xassələrinə daha böyük təsir göstərirlər. • Çuqunun təkibində olan ən vacib elementlər karbon və sislisium sayılır. Onlar birlik-də karbonun qrafit şəklində ayrılmasına, çuqunun ərimə temperaturunun aşağı düşməsinə,maye axıcılığının artmasına, qəlibin tam dolmasına kömək edirlər. Çuqunlarda karbonun miqdarı praktiki olaraq 2-5%-ə qədər olur. Karbon çuqunda həm qrafit və həmçinin də Fe3C –sementit şəklində olur. Silisium ferrtidə həll olaraq onu möhkəmləndirir.Çuqunda karbonun miqdarının artması silisiumun qrafitləşdirici təsirini gücləndirir.Çuqunlarda silisiumun miqdarı onların nö-vündən asılı olaraq 03-0,5%-dək ola bilir.Silisiumun miqdarını dəyişməklə müxtəlif struktur və xassələrə malik olan az silisiumlu ağ çuqundan tutumuş yüksək silisiumlu lövhəli qrafitl, boz ferritli və kürəşəkilli qrafitli möhkəm çuqunlar almaq olur • Manqan elementi qrafitləşməni çətinləşdirərək çuqunun «ağarmasını» yəni ağ çuqunun alınmasına səbəb olur və onun bərkliyini artırır.Başqa bir tərəfdən manqan kükürdlə biləşib (MnS) onu posaya çevrir, kükürdün və həmçinin də manqanın çuqunun ağarmasına kömək edən təsirinin qarşısını alır. Manqan karbonla (Mn3C) birləşməsi, yəni manqan karbidi əmələ gətirir.Polad və çuqunlarda manqan karbidinin bir hissəsi sementitdə həll olub onun dayanıqlığını artırır.Eyni za-manda manqan da ferritdə həll olaraq onun möhkəmliyini yüksəldir.Çuqunda manqanın miq-darı 0,4-0,6%-ə qədər olur.Əgər manqanın midarı göstərilən həddən çox olarsa, onda qrafit-ləşməni yaxşılaşdırmaq üçün çuqunda silisiumun miqdarını artıırmaq lazım gəlir. Ağ çuqun-larda manqanın miqdarı 3,5%-ə qədər ola bilir. Download 21.44 Kb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling