1 Sosial tərəfdaşlıq və əsas mahiyyəti
Həmkarlar ittifaqlarının vətəndaş cəmiyyətinin təşəkkülündə rolu
Download 100 Kb.
|
DOC-20230403-WA0007.
17.Həmkarlar ittifaqlarının vətəndaş cəmiyyətinin təşəkkülündə rolu
Zəhmətkeşlərin həmkarlar ittifaqları vətəndaş cəmiyyətinin təşəkkülündə mühüm rol oynayır. Onlar yarandığı vaxtdan işçilərin vətəndaş azadlığının, onlara və bütün əhaliyə verilmiş vətəndaşlıq, iqtisadi, siyasi və sosial hüquqların silahı olmuşdur. Sahibkarın özbaşınalığını məhdudlaşdırıb, işçini iqtisadi cəhətdən müdafiə edərək həmkarlar ittifaqları işçilərin vətəndaş kimi, sosial subyekt kimi təşəkkülünə imkan yaratmışdır. Özünün mövcudluğunu və azad fəaliyyət hüququnu qoruyaraq, həmkarlar ittifaqları eyni zamanda işçilərin öz maraqlarının müdafiəsi üçün birləşərək, vətəndaş-siyasi hüquqlarını müdafiə etdilər. Həmkarlar ittifaqlarının onilliklər ərzində mübarizəsi (bir çox hallarda işçi partiyaların və yuxarı sinfin ayrı-ayrı nümayəndələrinin köməyi ilə) bu cəmiyyətin liberallıqdan liberal-sosialist və liberal demokratikə çevrilməyinə səbəb olmuşdur. Uğurların əldə edilməsində respublikanın nüfuzlu və ən çoxsaylı qeyri-hökumət təşkilatı olan həmkarlar ittifaqlarının rolu danılmazdır. Hazırda antiböhran tədbirlərini həyata keçirən ölkə hakimiyyəti həmkarlar ittifaqlarının cəmiyyətin inkişaf vektoruna uyğun olan mövqeyinə və inkişafın fövqündə duraraq böyük əhəmiyyət daşıyan təkliflərinə də ciddi diqqət yetirir. Cəmiyyətdə sosial lift rolunu oynayan Həmkarlar ittifaqları vaxtaşırı hökumətlə, parlamentlə məsləhətləşmələr aparır, layiqli əməyin əsas prinsipini, minimum əməkhaqqının artırılması, yaşayış minimumuna yenidən baxılması, əmək qanunvericiliyinin təkmilləşdirilməsi və sair məsələlərlə məşğul olur, cəmiyyətdə fluktasion vəziyyətin yaranmasının qarşısının alınmasında, bifurkasiyaların işçilərin xeyrinə həll olunmasında müstəsna rol oynayır. Bu gün dünyanın siyasi elitalarının çəkindiyi 3 qüvvə var: gənclər, dindarlar və həmkarlar. Həmkarlar ittifaqları öz nüfuzunu qorumalı, düzgün və obyektiv fəaliyyət göstərməlidir. Azərbaycan həmkarlar ittifaqları dövlətin sosial-iqtisadi siyasətinin, sağ və sol iqtisadiyyatın optimallaşdırılması layihəsinin reallaşdırılmasında fəal iştirak edir. Bu dün, demək olar ki, həmkarlar ittifaqlarının strategiyasının müəy¬yən¬ləş¬di¬ril¬mə¬sin¬də, müdafiə funksiyalarının yerinə yetirilməsində model sənədlərə və tövsiyələrə istinad olunur . Download 100 Kb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling