1 Sosial tərəfdaşlıq və əsas mahiyyəti


Əmək münasibətləri sistemində qanunauyğunluqlar


Download 100 Kb.
bet2/23
Sana04.04.2023
Hajmi100 Kb.
#1326148
1   2   3   4   5   6   7   8   9   ...   23
Bog'liq
DOC-20230403-WA0007.

2. Əmək münasibətləri sistemində qanunauyğunluqlar
Əmək münasibətlərinin təkamülündə müəyyən qanunauyğunluqlara baxılır. Kortəbii bazarda onlar çətin tənzimlənir, əmək və kapital arasında ziddiyyət kəskin xarakter alır və əsasən güc üsulu ilə həll olunur. Lakin tədricən cəmiyyətdə əmək münasibətlərinin müəssisə, milli iqtisadiyyat səviyyəsində və beynəlxalq miqyasda tənzimləmə obyekti olması üçün şərait yaranır. İşəgötürənlər və muzdlu işçilər arasında ziddiyət isə ancaq onların qarşılıqlı maraqları əsasında həll oluna bilər. Beləliklə, sosial tərəfdaşlıq – işçilər, işəgötürənlər və dövlətin maraqlarının tarixən şərtləndirilən razılaşmaları əsasında sosial konsensusu əldə etmək məqsədi olan, əmək bazarında sosial münasibətləri tənzimləyən xüsusi formadır.
Sosial konsensus və əməkdaşlıq ideyası, onları praktiki olaraq həyata keçirmək imkanı yaranmamışdan xeyli əvvəl meydana gəlmişdir. XIX əsrin sonu XX əsrin əvvəlində sənaye ölkələrndə sosial konsensus üçün əsas yaradan bir neçə elementlər yaranmağa başladı: zəhmətkeşlərin həmkarlar ittifaqlarının leqallaşması, əmək qanunvericiliyinin formalaşmağa başlaması, ayrı-ayrı müəssisələrdə həmkarlar ittifaqları və işəgötürənlər arasında danışıqları təşkil etmək cəhdləri oldu. Əmək münasibətlərinin təkamülündə 1917-ci ildə Rusiyadakı inqilabın, eləcə də 1929-cu ildə Qərb olkələrini bürüyən dərin iqtisadi böhranın böyük təsiri olmuşdur; Qərb dövlətləri əmək münasibətləri sahəsində danışıqlar prosesinin daimi və daha fəal iştirakçısı olmuşdur. Hər halda sosial tərəfdaşlığın əmək münasibətlərinin tənzimləmə sistemi kimi fəaliyyət göstərməsini ikinci dünya müharibəsindən sonrakı dövrə aid etmək lazımdır, bu dövrdə inkişaf etmiş sənaye ölkələrində bunun üçün iqtisadi, sosial, siyasi şərait yaranmışdı.
İnkişaf etmiş sənaye ölkələrinin müasir iqtisadiyyatında əsas istehsal amillərinin rolunun sonrakı təkamülü baş verir: torpaq (təbii ehtiyatlar), kapital (maliyyə ehtiyatları), “Aqrar” cəmiyyətdə torpaq istehsalın həlledici amili kimi əhalinin hətta ən elementar tələbatlarını ödəyə bilməz. “Sənaye” cəmiyyətində kapital istehsalın əsas amili olmuş və milli sərvəti artıra bilər. Ancaq buna baxmayaraq aşağı və yuxarı səviyyəsi “qalıq” xarakteri daşıyır. Sahibkarın gəliri və fəhlələrin həyat səviyyəsini təmin edən xərclər arasındakı ziddiyyətlər, obyektiv olaraq kəskin xarakter daşıyırdı.

Download 100 Kb.

Do'stlaringiz bilan baham:
1   2   3   4   5   6   7   8   9   ...   23




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling