1 Sosial tərəfdaşlıq və əsas mahiyyəti


Həmkarlar ittifaqlarının idarəetmədə iştirakı


Download 100 Kb.
bet15/23
Sana04.04.2023
Hajmi100 Kb.
#1326148
1   ...   11   12   13   14   15   16   17   18   ...   23
Bog'liq
DOC-20230403-WA0007.

18.Həmkarlar ittifaqlarının idarəetmədə iştirakı
XX əsrin ortalarından etibarən bir sıra inkişaf etmiş sənaye ölkələrinin həmkarlar ittifaqları əməkçilər üçün onların “idarəetmədə iştirakı”hüququna qanunvericilik qaydasında nail odular. İlk dəfə bu hüquq AFR-də müəyyən olunmuşdur. İndi o, İngiltərədən başqa Avropa Birliyi (AB) ölkələrində geniş tətbiq olunur. Formal olaraq belə hüquqa bilavasitə fəhlə və qulluqçular, yəni işçilər, faktiki isə hamıdan çox həmkarlar ittifaqları malikdir.
XX əsrin ortalarından həmkarlar ittifaqlarının maraq dairəsinin və qayğılarının genişlənməsi müşahidə olunur. Əvvəllər həmkarlar ittifaqları üzvlüyündə fiziki əməklə məşğul olan fəhlələr üstünlük təşkil edirdilər, sonralar isə həmkarlar ittifaqlarına dövlət qulluqçuları, müəllimlər, həkimlər, alimlər və s. Nümayəndələri daxil olmağa başladılar. Təbii ki, həmkarlar ittifaqlarının müdafiə etdikləri maraqlar çox müxtəlif oldu.
Bəzi nəzəriyyəçi və siyasi xadimlər həmkarlar ittifaqlarının müasir vəziyyətini guya inandırıcı dəlil kimi onların tarixi dövrünün artıq keçməsi və onlara sənayeləşmiş cəmiyyətdə yer olmaması kimi istifadə edirlər. Onların “əsaslandırılması”təxminən aşağıdakılara aparır: vətəndaş cəmiyyətində əmək və kapital arasında mübarizə üçün artıq səbəb yoxdur. İşçilərin kifayət qədər yuksək həyat səviyyəsi var və sosial nemətlərdən istifadə edirlər. Həmkarlar ittifaqlarının müdafiə funksyasının yox olub getməkdə olduğunu söyləyirlər. Həmkarlar ittifaqları onda lazım idi ki, o vaxt kollektiv müqavilə və sazişlər vacib idi və onlar fəhlələrin tapşırığı ilə bunu sahibkarlarla bağlayırdılar. Hüquqi dövlət şəraitində isə əmək münasibətləri təcrübəsində fərdi əmək müqavilələri sistemi geniş tətbiq olunur. İşçi özü işəgötürənlə müqavilə bağlayır, burada onun əmək haqqı, iş gününün müddəti, məzuniyyət, sosial sığorta və s. Şərtləndirilir. Belə işçiyə nəyə görə həmkarlar ittifaqı lazımdır?
Bu cür “arqumentlərlə” razılaşmaq olmaz. Təcrübə göstərir ki, sosial münaqişələr, həm də müəssisə səviyyəsində qrup halında və kollektiv halda qaçılmazdır. Sahibkarın bütün maraqları heç də həmişə heyətin maraqları ilə üst-üstə düşmür. Daha vacibi isə, bazar münasibətləri və əmək bazarının xüsusiyyətlərinə fikir verməkdir. “Alqı- satqı”sövdəsi çox vaxt satıcı və alıcının iqtisadi gücündən asılıdır. Sözsüz ki, əmək bazarında tək işçi özündən xeyli “güclü” olan işəgötürənlə görüşür. Lakin mədəni əmək bazarında sahibkarın göstəriş verməsi artıq mümkün deyil. Məhz həmkarlar ittifaqı hərakatı sayəsində ölkələrdə minimum əmək haqqı, iş gününün müddəti, minimum sosial təminat haqqında qanunverıcilik mövcuddur. Beləliklə, işçilərin həmkarlar ittifaqları və sahibkarlar arasında bağlanan kollektiv müqavilə və sazişlər muzdlu işçilər üçün əmək bazarında daha əlverişli şərait yaradır. Faktiki olaraq işçi əmək bazarına tək gəlmir-onu həmkarlar ittifaqında minlərlə işçi müdafiə edir.
Fərdi əmək müqaviləsi bir çox ölkələrdə inkişaf edir. Ancaq onu kollektiv müqavilə və sazişlə qarşı-qarşıya qoymaq olmaz. Hər şeydən əvvəl ona görə ki, işçinin heç də bütün maraqları fərdi müqavilədə qeyd oluna bilməz. Eyni zamanda, kollektiv müqavilə fərdi əmək müqaviləsinin istinad edə bildiyi minimal bazadır. Bu sistemlər bir-birini tamamlamalıdır.


Download 100 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   11   12   13   14   15   16   17   18   ...   23




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling