1 Sosial tərəfdaşlıq və əsas mahiyyəti
Tərəfdaşlar arasındakı prinsiplər
Download 83.57 Kb.
|
şk tərəfdaşlıq.
21.Tərəfdaşlar arasındakı prinsiplər
BƏT tərəfdaşlar arasında mədəni əlaqələrin əsasını qoyan bir sıra prinsipləri hazırlamışdır ki, bunlar sosial tərəfdaşlı sisteminin sisteminin inkişaf etməkdə olan ölkələrdə və keçid iqtisadiyyatlı ölkələr üçün əsas istiqamətini təşkil edir. Onlardan əsasları aşağıdakılardır: Ümumi və möhkəm sülh yalnız sosial ədalət əsasında qurula bilər; Hər hansı bir ölkədə işçiyə lazımı əmək şəraiti yaradılmaması zəhmətkeşlərin vəziyyətini yaxşılaşdırmaq istəyən digər ölkə üçün maneədir; Söz və birləşmək azadlığı daimi tərəqqinin mühüm şərtidir; İstənilən yerdə yoxsulluq ümumi rifah üçün təhlükədir; İrqindən, dinindən və cinsindən asılı olmayaraq bütün insanlar sərbəstlik və ləyaqət, iqtisadiyyatda sabitlik və imkanlarda bərabərlik şəraitində maddi firavanlıq və mənəvi inkişf hüququna malikdir; Tam məşğulluq və həyat səviyyəsi yüksəldilməlidir; Əmək əmtəə deyil (ehtimal ki, BƏT əməyin iqtisadi deyil, sosial-mənəvi təyinini nəzərdə tutur). Bizim tariximizin sovet dövründə də əmək münasibətlərinin tənzimləmə sistemi olmuşdur. Sosial-əmək münasibətlərinin sovet sistemində də həmkarlar ittifaqları var idi. Onlar praktiki olarq bütün zəhmətkeşləri əhatə edirdi, müəssisə rəhbərləri isə dövlətin adından “işəgötürənlər” simasında çıxış edirdilər. Bu isə zahirən sosial tərəfdaşlıq sistemində sadəcə olaraq fəaliyyət göstərən əsas təsir dairəsini xatırladır: Sosial inkişaf və əmək münasibətləri məsələləri üzrə danışıqlar və məsləhətləşmələr; Zəhmətkeşlərin həmkarlar ittifaqları və işəgötürənlər (müdriyyət) arasında müqavilə və saziş bağlanması; İstehsalın idarə olunmasında zəhmətkeşlərin iştirakı. Hər halda əmək münasibətləri sahəsində sovet sisteminin dövlət göstərişləri ilə tamamilə başqa sistemin, yəni sosial tərəfdaşlığın prinsipial fərqini görməmək sadəlöhvlük olardı. “Real sosializm” əmək bazarının mövcudluğunu inkar edirdi, əmək müqaviləsi bağlanmasının birinci məqsədi planı, yəni dövlət tapşırığının yerinə yetirilməsi idi. Zəhmətkeşlərin həmkarlar ittifaqına kütlə və partiya-dövlət arasında “ötürücü qayış” rolunu oynayan müəssisə rəhbərləri də daxil idilər, inhisarçı isə dövlət, faktiki olaraq “işəgötürən” idi. Sovet İttifaqında “hakim” kimi xarakterizə olunan çox özünəməxsus “sənaye münasibətləri sistemi” fəaliyyət göstərirdi. Ancaq “alver və sovdələşmə” anlayışlarını inkar edən bu sərt sistemə, ona tam zidd olan, ancaq həqiqətdə ona nisbətən rahat işləməyə imkan verən mühüm element əlavə olunmuşdu. Söhbət çox vaxt “alver” daxil olmaqla qeyri-formal münasibətlərdən gedir: fəhlə və usta, usta və növbəti səviyyənin rəisi arasinda, ən yuxarıya qədər. Mütəxəssislər SSRİ-də bütövlükdə sosial-əmək münasibətlərini hal hazırda “dövlət paternalizmi” termini ilə xarakterizə edirlər. Sonuncu praktiki olaraq əmək həyatının xüsusiyyətlərinə bütün baxışları müəyyən edən, tənzimlənməsi mərkəzi dövlət orqanlarının məsuliyyəti və səlahiyyətlərinə aid olan inhisarçı işəgötürən kimi dövlət və müştərək işçi arasında sabit sosial-əmək münasibəti sistemidir. Sosial-əmək münasibətlərinin sovet sistemi və indiki prinsipial sosial tərəfdaşlıq sisteminə keçid vaxtı çox mühümdür, belə ki, o baş verən irəliləyişləri daha real qiymətləndirməyə kömək edir və eyni zamanda keçid dövrunun qaçılmaz çətinliklərini görür. Yeni şəraitdə sosial-əmək müəssisələrinin idarə olunmasında müəssisələrin (təşkilatların) rolu xeyli artmışdır, belə ki, konkret idarəetmə qərarlarını müəyyən edən faktorlar müəssisənin fəaliyyətinin konkret nəticəsi yox, əvvəlki dövrlərdə yaranmış çoxlu hadisələrdir: müəssisənin vəziyyəti, onun bazarda inhisarçılığı, texnoloji səviyyənin bə i.a. Nəticə kimi əmək fəaliyyətinin müxtəlif sahə və dairələrində ziddiyyətli meyillər artmış, sosial-əmək münasibətləri gərginləşmişdir. Müəyyən ərazilərdə məhdudlaşdırılmış, addımbaşı ziddiyyətli belə proseslər sosial gərginlik mənbələrinin yaranmasına gətirib çıxarmışdır. Download 83.57 Kb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling