1. Xidmət sahələrinin inkişafında turizmin yeri və rolu


Azərbaycanda turizmin inkişafı perspektivləri


Download 495.29 Kb.
bet34/35
Sana05.01.2022
Hajmi495.29 Kb.
#232688
1   ...   27   28   29   30   31   32   33   34   35
Bog'liq
YourFileName

4.Azərbaycanda turizmin inkişafı perspektivləri

Respublikada ərazi üzrə yerləşməsi turizmin perspektiv inkişafında disproporsiyaların aradan qalxmasına uzunmüddət təsir edə bilməz. Belə ki, daha çox Abşeron və Bakı iqtisadi zonasında sahibkarlığın inkişafı bu regionda olan otel təsərrüfatı, kommunikasiya xidmətləri, rekriasiya obyektləri, turizmin inkişafı üçün

139

formal potensial olğudu üçün onun regionlarda təşkili və inkişafı əlavə kapital məs-rəflərinə və həmçinin maliyyə-kredit siyasətinin regionlarla reallaşmasına şərait yaradır.


İslahatlar şəraitində sahibkarlığın turizmin inkişafında rolu, yeni yaradılan təsərrüfatçılıq mexanizmləri, bu sahəyə qoyulan kapitalın stimullaşdırılması, xarici investisiyaların turizmə yönəldilməsi dövlətin büdcə vəsaiti ilə təminatçılığı, yəni onun riskinə təminat verilməsi və həmçinin əhali turizmin inkişafı üçün vəsaitlərinin kredit ittifaqlarında yığılması və istifadəsi yolu ilə mümkündür. Azərbaycanda turizmin

inkişafı milli sahibkarlıq obyekti kimi ənənəvi sahə olub öz statusunu almamışdır. Bu da respublikada xidmət sferasının həmişə geri qalması, mərkəzləşdirilmiş fondlar he-sabına Azərbaycanda sosial obyektlərin turist bazalarının və həmçinin SSRİ əhalisi üçün birgə istifadə olunan turist müəssisələrinin az tikilməsi ilə baş vermişdir. Ona görə də turizmin Azərbaycan üçün əsaslandırılması vaxt amili baxımından uzun müddət və istehlakın həyat səviyyəsinin yüksəldilməsi və investisiyaların səmərəli istifadə edilməsi yolu ilə mümkün olmasıdır. Ona görə də turizmin inkişafı modeli respublikada özünəməxsus xüsusiyyətlər kəsb etdiyi kimi müəyyən üstünlük amilləri və prioritetləri də kəsb edir. Hər şeydən əvvəl təbii ehtiyatlar, iqlim şəraiti coğrafi amil və kommunikasiya və əmək ehtiyatları potensialı turizmin inkişafı üçün xərclərin strukturunda istehsal xərclərinin az olmasına və turist gəlirlərinin artırılmasına şərait yaradır. Digər tərəfdən turizmin təşkilində əhalinin işsiz potensialının işlə təmin olunması və həmçinin dağ regionlarının məskunlaşmasını təmin etmək baxımından respublikada bu sahənin zəruriliyi artır. Respublikada neft gəlirləri, ehtiyat fondu, ayrı-ayrı sahibkarların maliyyə imkanları və həmçinin xarici borcların hələ ki, aşağı olması maliyyə resurslarının turizm üçün istifadəsinə şərait yaradır. Bu gün köklü islahatlar və bazar münasibətlərinə uyğun istehsalın və xidmətin strukturunda köklü dəyişmələr etmək istəyiriksə, onda turizmin iqtisadi artımda rolu ən azı sənaye (neft-qaz) və tikinti səviyyəsinə çatmalıdır. Məhz struktur amil olaraq turizmin inkişafı həm iqtisadi artımla, həm də istehlak davranışında öz əksini tapmalıdır.




  1. =
    Download 495.29 Kb.

    Do'stlaringiz bilan baham:
1   ...   27   28   29   30   31   32   33   34   35




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling