1. Xidmət sahələrinin inkişafında turizmin yeri və rolu


Download 495.29 Kb.
bet1/35
Sana05.01.2022
Hajmi495.29 Kb.
#232688
  1   2   3   4   5   6   7   8   9   ...   35
Bog'liq
YourFileName



1.Xidmət sahələrinin inkişafında turizmin yeri və rolu

Son dövrlərdə iqtisadiyyatda xidmətlərin rolu əhəmiyyətli dərəcədə artmışdır. Bu, təkcə istehsalın mürəkkəbləşməsi və gündəlik tələbat malları ilə bazarın yüksək səviyyədə təmin edilməsi ilə deyil, eyni zamanda xidmətlər sferasında yeni fəaliyyət növlərinin yaranmasına səbəb olan elmi-texniki tərəqqi ilə bağlıdır. Hazırda istehsalın dinamik inkişafı maliyyə, informasiya, nəqliyyat və digər xidmətlərsiz mümkün deyildir. Müasir şəraitdə xidmətlər texniki baxımdan mürəkkəb məhsulların satışının yüksəksəviyyəli servis xidməti tələb edən əmtəə ticarətinə daha böyük təsir göstərir. Məhz buna görə də dünyada birbaşa xarici sərmayələrin 40%-dən çoxu xidmət sahələrinə, əsasən ticarətə, bank xidmətləri və sığorta sahələrinə qoyulmuşdur. Keçən əsrin 80-ci illərinin sonunda inkişaf etmiş ölkələrin ümumdaxili məhsulunda (ÜDM) xidmətlərin payı 70%-ə yaxınlaşmış, eyni zamanda xidmət sferasında məşğul olanların sayı xeyli yüksəlmişdir. Bu sferanın sürətli inkişafına, iqtisadiyyatda rolunun yüksəlməsinə baxmayaraq indiyədək “xidmət” anlayışının hansı tərəfdən qəbul edilmiş tərifi hələ də mövcud deyil1. Xidmətin - “Xidmət xüsusi istehlak dəyəridir, bu da əmək sayəsində yaradılır, digər əmtəə kimi o da satılır, amma xidmət şey deyil, fəaliyyət növüdür...” kimi təyin edən K.Marks onun iki növünü fərqləndirir: “...əmtəədə reallaşmış xidmət, digər xidmətlər isə əksinə, görünən, hiss edilən nəticələr buraxmırlar, bu xidmətlərin icraçılarından ayrıca mövcud olur, başqa sözlə, onların nəticəsi satışa yararlı əmtəə deyildir”. Хidmət (ingiliscə «sеrvicе» sözündən götürülmüşdür) – fаydаlı еffекtə mаliк оlаn və insаnın hər hаnsı bir tələbаtını ödəyən əməк fəаliyyətinin nəticəsi kimi xarakterizə edilir.

Хidmət bаzаrı – qеyri-istеhsаl sfеrаnın müəssisələrinin fəаliyyətinin nəticəsi оlаn


Download 495.29 Kb.

Do'stlaringiz bilan baham:
  1   2   3   4   5   6   7   8   9   ...   35




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling