1. Xidmət sahələrinin inkişafında turizmin yeri və rolu


Download 495.29 Kb.
bet4/35
Sana05.01.2022
Hajmi495.29 Kb.
#232688
1   2   3   4   5   6   7   8   9   ...   35
Bog'liq
YourFileName

Sxem: Turist axını
Azərbaycanda turist axını onun məqsədləri və turistlərin sosial-iqtisadi vəziyyəti onların turist səyi ilə bağlıdır. Turist səyi obyektiv səbəblər və yaxud gəlirlər səviyyəsi ilə ölçülür. Turizmin inkişafında xarici turistlərin tələbatını, onların turizm motivini və daha çox yerli imkanların modifikasiyası ilə uyğunlaşması turizm islahatları çərçivə-sində həll olunur. Ona görə6 də turizm iqtisadiyyatı xarici amillərin təsiri və daxili resursların istifadəsi mexanizmləri ilə səciyyələnir. Turizm fəaliyyəti hüquqi və fiziki şəxslərin sahibkarlıq və sahibkarlıq yaratmadan turizm məhsulu, turist xidmətləri və infrastruktur bazasının yaradılmasında rolu ilə qiymətləndirilir. Turist təsərrüfatı iqtisadi element olaraq məqsəd resurs, proqram xarakterli fəaliyyətlə reallaşır. Turist təsərrüfatı əsas aşağıdakı funksiyaları təmin edir.


  • turist məhsulunun istehsalı və onun istifadəsinin təşkili;




  • turizm məhsulu və xidmətinin reallaşmasının təşkili.

Turizm təsərrüfatında turistlərə xidmət onların ehtiyaclarına uyğun resurs

təminatı və turist təşkilatının rəqabət mühütü şəraitində davamlı inkişafı təşkil edir. Turizm sahə təsərrüfatı baxımından ixtisaslaşır, müəyyən xidmət və tələbata uyğun olaraq xidmətin resurs təminatı təşkil edir. Yeni sahələrin və onların son məhsulunun elmi texniki innova- siya xarakterli resurslarla təzələnməsi baş verir.
Turizm sahəsi sahələr arası kompleks kimi istehsal makroiqtisadi bölgü və yerli sahələrlə, funksional sahələr arasında təsərrüfat əlaqələri kimi inkişaf etdirilir. Turizmin istehsal kriteriyası turizm məhsulunun maksimumlaşması onun səmərəli istehsal amillərinin tapılması və keyfiyyətli xidmət sferasını təmin etmək qarşıda durur.
Turizmin iqtisadi kontekstdə yerli və onun rolu bu sahənin makrosəviyyəli səmərəsini ifadə edir. Turizm sahələ- rarası kompleks, differensiallaşmış və sosial məişət infrastrukturu funksiyası rolunu oynayır. Turizm istehsal və qeyri istehsal funksiyasını formalaşdırır. Turizm təsərrüfat prosesi kimi maddi texniki baza, iş qüvvəsi və onlardan istifadənin müxtəlif variantlarını özündə əks etdirir. Turizm sferası rentabellik, mənfəət və sosial effekt kimi meyarlar məcmu və onların kombinasiyası ilə qiymətləndirilir. Turizmin sahə strukturu onun istehsal və xidmətlər üzrə təsnifatına uyğun qiymətləndirilir. Turist sənayesi kənd təsərrüfatı və turizm, ev təsərrüfatı və turizm problemləri hər bir ölkədə dominant roluna görə qiymətləndirilir. Azərbaycan respublikasında turizm sənayesi, kənd turizmi, dini turizm, etnik turizm xarakterik cəhətdir. Dünya azərbaycanlıları, respublikadan kənarda yaşayan digər millətlər və diaspora respublikada turizmin həm subyekti və həm də təşkilatçısı kimi potensial rolu oynaya bilər.



  1. Download 495.29 Kb.

    Do'stlaringiz bilan baham:
1   2   3   4   5   6   7   8   9   ...   35




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling