1. Xidmət sahələrinin inkişafında turizmin yeri və rolu
Turizmin formaları və müxtəliflikləri
Download 495.29 Kb.
|
YourFileName
4.Turizmin formaları və müxtəliflikləri
Turizmin səmərəliliyi və faydalılığı onun formaca təsni- fatlaşması ilə müəyyənləşir. Turizm təsnifatı10 onun oxşar cəhətləri, məqsədləri tə texnoloji quruluşun görə yaxınlığı ilə qruplaşma metodikasına deyilir. Təsnifatlaşma hər bir ölkədə dinamika struktur dəyişməlidir, onun dünya standartları və xüsusiyyətləri və turizm xarakterinə görə dəyişmə qanunauyğun- çuluğu mövcuddur. Turizmin formaları turizm tələbatlarına uyğun təşkil olunmuş və konkret tələbatın ödənilməsi forması kimi çıxış edir. İqtisadi ədəbiyyatlarda turizm iqtisadi-xidməti prosesi olaraq aşağıdakı formada qruplaşır. -turizm formaları; -turizm növləri -turizm formalarının müxtəlifliyi. Turizm formalarına görə sərhəddən kənarı və sərhəd daxilində daxili və xarici səyahətlərə bölünür. Daxili turizm hər bir ölkədə özünün təyinatı ilə bağlıdır. Daxili turizm yaşayış yerindən ,48 80kilometr kənarda olan turizm xidməti ilə müəyyənləşir. Daxili turizmə özünü daxili peşə məqsədinə görə: təklənmə, gündüz yerdəyişməsi iş yeri daxildir. Daxili turizmdə gecələmək heç də vacib deyil. 24 saat müddətində turizm yerindən yaşayış məntəqəsinə qayıtmaq olar. Ayrı-ayrı ölkələrdə daxili turizmə yanaşma onun meyar və məsafə normaları ölkələr üzrə müəyyənləşir. Beynəlxalq turizm-xarici ölkələrə olan turizmdir. Beynəlxalq turizm məqsədi daxili yaşayış yerindən uzaqlaşma nəzərdə tutulur. Beynəlxalq turizm ölkədən kənarda, beynəlxalq müqavilələr və prinsiplər üzərində qurulan turizmdir. Beynəlxalq turizm dövlətlərarası iqtisadi və miqrasiya qaydaları üzərində qurulur. Beynəlxalq münasibətlərin forması əlaqə forması kimi inkişaf edir. Beynəlxalq turizm fəaliyyəti, inteqrasiya şəraiti olmaqla, beynəlxalq gəlir gətirmək və ölkədə olan resursları xarici istehlakçılara vermək formasıdır. Hər bir ölkəyə beynəlxalq turizm yeni iqtisadi siyasətini dəyişməsinin əsas istiqamətidir. Beynəlxalq turizm getmə və gəlmə turizminə bölünür. Gəlmə turizm Azərbaycanın daxilində gələn turist axınını müəyyənləşdirir. Getmə turizmi Azərbaycan əhalisinin xarici ölkələrdə turist səyahətini əhatə edir. Elmi texniki tərəqqi inteqrasiyasının yeni firmaları, ölkələrin əhalinin rifahı və onların sosial tərəqqisi beynəlxalq turizmə ehtiyacları artırır. Hər bir ölkədə beynəlxalq turizm gələn gəlirlərin artırılmasına11 stimul yaradır. Elm, təhsil və yeni biznes əlaqaləri beynəlxalq turizmin zəruriliyini və onun şəraitinin formalaşdırır. Turizm tarixi aspekt daşımaqla milli və beynəlxalq münasibətlərin vəhdətində və onların sintemində qarşılıqlı əlaqəsində inkişaf etdirilir. Ona görə də beynəlxalq standartlar da beynəlxalq turizmin təşkili və idarə olunmasında aparıcı amil rolunu oynayır. Beynəlxalq turizmə demoqrafik, iqtisadi və sosial amillər təsir edir: Download 495.29 Kb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling