1. Xidmət sahələrinin inkişafında turizmin yeri və rolu


Turizmin iqtisadi məzmunu


Download 495.29 Kb.
bet3/35
Sana05.01.2022
Hajmi495.29 Kb.
#232688
1   2   3   4   5   6   7   8   9   ...   35
Bog'liq
YourFileName

2.Turizmin iqtisadi məzmunu
Turizm (fransız sözü olub gəzinti, səfər) cəmiyyətin inkişafı ilə formalaşıb, istirahət tələbatını ödəmək və əmtəə, xidmət tələbatını ödəməklə genişlənən tələbat növünə daxildir. Səyahət etmək turizmin meydana gəlməsi və onun iqtisadi əsasını yaradır. Turizm mənəvi dəyər olmaqla, zövq əyləncə əhəmiyyəti kəsb edir. İnsanın fizioloji tələbatı və bu tələbatın ödənilmə forması olaraq turizm səyahətləri meydana çıxır. Turizm tələbatı xüsusi fizioloji tələbat olmaqla insanın inkişafı və onun digər tələbatlarının ödənilməsi şəraitində meydana çıxır və formalaşır. Bu məqsədlə turizm şəraiti formalaşır. İnsan turizm subyekti olmaqla, turizm tələbatının daşıyıcısı kimi çıxış edir. İnsanın maddi tələbatının ödənilməsi dərəcəsi onun pul vəsaitləri, ailə tərkibi və iş şəraiti turizmin tələbatı və onun ödənilməsi yollarını formalaşdırır. Turizm tələbatı maddi tələbatın ödənilməsindən sonra meydana çıxır. Ona görə də o tarixi və iqtisadi şəraitlə formalaşır. İnsanın ərzaq və təkrar istehsal tələbatı ödənildikdən sonra onun mənəvi tələbat növü olan daha çox istirahət, səyahət və dünya görüşü ehtiyacları artır. Səyahət məlumatlarına ehtiyac artır. Turizm tələbatı insanın inkişafı ilə yeni müstəvi və keyfiyyət göstəriciləri kəsb edir. Daha çox yeni dünya ilə tanışlıq, tələbatın dərk
edilməsi, fiziki və zehni aşınmanın3 bərpası üçün ekoloji mühitə və istirahətin təşkilinə tələbat artır. Bu da turizm bazarının, turizm rəqabətinin və turizm gəlirlərinin kommersiya mənasını artırır. Turizm fəaliyyət dairəsi və hər hansı sosial rifah sahəsi kimi maddi əşya və funksional məna kəsb edir. Turizmin maddi texniki bazası, onun fəaliyyəti kimi təşkili, bu sahədə kadr potensialının formalaşması və istifadəsi təsərrüfat fəaliyyəti kimi turizmin iqtisadi mənasını kompleks təsərrüfat dairəsi kimi qiymətləndirir. Dünya iqtisadiyyatı, açıq iqtisadi əlaqələr, biznes mühütü və ixracat, idxal prosesləri, turizmin iqtisadi və təsərrüfat əlaqələr formalarını onun iqtisadi ira-dəetmə sahəsinin ərazi, sahə və funksional xüsusiyyətlərini formalaşdırır, turizmdə

xidmət məhsulu yaranır. Bu isə özünün texnoloji xüsusiyyətlərini, maddi, maliyyə xüsusiyyətlərini formalaşdırır.


Turizm həyat üçün birinci dərəcəli tələbat növü olmayıb, insanın inkişafının və onun həyat tərzinin müəyyən sərhədləri və məhdudiyyətləri çərçivəsində həll olunur. Turizm əhali gəlirlərinin müəyyən səviyyəsində formalaşır, onun üçün planlaşma və təminat səviyyəsi bölgü və gəlirlər səviyyəsi ilə ölçülür. Azərbaycanda turizm mühütü iqtisadi inkişafla yanaşı formalaşır və genişlənir. Onun maddi və maliyyə bazası, dövlət himayəsi və idarə edilməsi zəruriyyəti yaranır. Beləliklə turizm iqtisadi sistemin, iqtisadi artımın və onun bölgü sisteminin ayrılmaz tərkib hissəsidir. Turizm iqtisadiyyatı ümumi iqtisadi və sosial həyatın tərkib hissəsi olmaqla yanaşı, onun iqtisadi əsasını ümumi daxili məhsul, büdcə gəlirləri və əhalinin sahibkarlıq fəaliyyəti təşkil edir. Azərbaycanda turizm inkişafı planlı təsərrüfat sistemində mərkəzləşdirilmiş resurslar hesabına inkişaf etdirilirdi və planlaşma obyekti kimi sahə statusuna malik idi. Müasir şəraitdə turizm sahəsi bazar tipli model əsasında inkişaf edir. Bu sahənin özünün iqtisadi cəhətdən səmərəli və kommersiya marağına uyğun idarə olunması zəruriliyi meydana çıxır. Turizm mahiyyətcə istirahət və gəzinti sferasıdır. Turizm sahəsi məhsul və xidmət istehsal etməklə, onun istehlakı üçün fəaliyyət göstərir. Turizm sahəsində iqtisadi resurslar maliyyə vəsaitləri, iş qüvvəsi və elmi cəhətdən əsaslandırılmış təşkilatı idarəetmə strukturu formalaşdırır. Bu aspektlər turizmin çoxşaxəli iqtisadi və sosial məna kəsb edən nəticələrini və respublika səviyyəsində iqtisadi və sosial mənasını açır. Turizm sferasında turistlər, təbii resurslar və yaradılmış tarixi mədəni sərvətlər arasında istifadə hüququnu və istifadə4 qaydalarını tənzimləyən qanunlar sistemi və maraqlar dairəsi iştirak edir. Turizm təşkilatı dövlət-yerli orqanlar, turistlər və turist müəssisələri arasında turizm sənayesi xidməti və təşkili arasında münasibətlər sistemi yaranır. Turizmin müəyyənləşməsində onun iqtisadi mənasının açılmasında aşağıdakı xarakteristikaları qəbul etmək olar.
-turizm insanların müxtəlif marşrutlarda yerləşdiril- məsidir;


  • turizm həmişə özünün son məkanını və orada məskunlaşmanı ifadə edir;




  • səyahət daimi yaşadığı ölkədən getməyi göstərir;




  • turizm müvəqqəti səyahət olub, müəyyən müddətdən sonra əvvəlki yerinə

qayıtmağı ifadə edir;


  • turizm səyahət olub, mənfəət gətirmək fəaliyyətini özündə əks etdirir. Müasir şəraitdə BMT-nin tərifinə görə turizm sağlamlığın bərpası, istirahət, fiziki

cəhətdən insanın inkişafı ilə bağlı səyahət kimi başa düşülür.
Turizm Azərbaycanın əhalisini ölkə daxilində və ölkədən kənarda müvəqqəti yerdəyişməsi və istirahətinin əsas marşrutlarını ifadə edir. Turizm mənəvi ləzzət olub müalicə, istirahəti, mədəni elmi və işgüzar görüşlərdə iştirak etməkdir. Turizm əmtəə olaraq xidmət formasında reallaşır. Xidmət olaraq turizm istehlak dəyərini özündə əks etdirərək insanın faydalı səmərə kimi hər hansı tələbatını ödəyir. Turizm xidməti istehlak dəyəri kimi əmtəə və canlı əməyin fəaliyyətinin prosesi olaraq sənaye məhsulu, qida və xidmət olaraq təzahür edir. Turizm xidmətində müəyyən əmtəə və xidmət istehlakı onun istehsalı ilə eyni vaxtda baş verir. Turizm xidmətinə göndərişlərin verilməsi otellərlə təmin olunma, otellərdə qida və mədəni xidmətlə təmin olunma daxildir. Qeyd edək ki, turizm xidməti dəyər və istehlak dəyərinə malik olub, çəkilən xərclər və təkrar istehsal üçün zəruri olan gəlirlilik səviyyəsi ilə müəyyənləşir. Müasir şəraitdə turizm dəyəri onun bazar qiymətləri və onun rentabellik səviyyəsi və davamlı inkişafı üçün zəruri olan mənfəət norması ilə ölçülür.
Turizmin müxtəlif maddi, xidmət və təşkilati elementləri kompleks əlaqədə turizm fəaliyyətini təşkil edir.
TUR- yerdəyişmə üçün kompleks xidmətlər, daşınma, turistlərin qidalanması, ekskursiya xidməti, qidlərin tərcümə və tanışlıq xidmətləri.
Turist məhsulu- turistlərin5 tələbinə və seçiminə uyğun təklif olunan əmtəə və xidmətlərin məcmuudur. Turist məhsullarına tanışlıq, sağlamlıq və digər məqsədləri reallaşdıran xidmətlər, turist ekskursiya xidmətləri (yerləşmə, qidalanma, daşınma və s.), turist-suvenir xidmətləri (şəkillər, suvenirlər, kitablar, turist əşyaları) aiddir.
Turizm idxalı- ölkəyə gətirilən pul vəsaiti və turistlərin ölkə haqqında mülahizələri.
Turizm ixracatı- əhalinin xarici ölkələrə apardığı təsərrüfat və ölkə haqqında mənəvi fikirlər və pul vəsaitləri.
Turist təsərrüfatı mənəvi etik dəyərlər olub, ölkə haqqında formalaşmış

emosialar, mədəni və fəlsəfi dəyərlərdir. Turizm sferasının iqtisadi və sosial mənası, məhz turizm təsərrüfatının sosial mənasını genişləndirmək onun məkan və məzmun mahiyyətini genişləndirməkdən ibarətdir. Azərbaycan respublikasına gələn turistlər onun iqtisadi, təbii coğrafi, demoqrafik və milli xüsusiyyətləri haqqında formalaşmış təsərrüfatı dünya ölkələrinə ixracat edir. Həmçinin Azərbaycan əhalisinin digər ölkələrdə turist kimi iştirakı, onun dünya görüşü, həyat tərzi və ölkə daxili münasi-bətlərin tənzimlənməsində xarici amilin müsbət tərəflərini tətbiq etməyə imkan verir.


Turizm ölkə üçün əlavə gəlir mənbəyini, yerli əhalinin öz məhsulunu satmaq imkanını genişləndlirir. Yerli əhali xarici turistlərə xidmət etməklə ailə gəlirlərini artırır. Təcrübə göstərir ki, turizm inkişaf edən regionlarda əhali daha çox fəal həyat tərzi və gəlir gətirmək vərdişlərinə malikdir. Turist ixracatı və idxalı əraziyə gələn və gedən turist axını ilə eyni istiqamətdə baş verir. Bu zaman ölkəyə pul daxil olur və yaxud ölkədən pul axır.



Download 495.29 Kb.

Do'stlaringiz bilan baham:
1   2   3   4   5   6   7   8   9   ...   35




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling